Aşurə orucu haqqında məlumat verərsinizmi?

İbn-i Abbas (radiyallahu anh)'dan rəvayət edildiyinə görə, Allah rəsulu (sallallahu aleyhi və səlləm) belə buyurmuşdur:

"(And olsun) Əgər Mən, gələcək ilə qədər sağ qalacaq olarsam, Məhərrəm ayının 9-cu günü oruc tutacam." 

Əbu Əli demişdir ki:

Əhməd b. Yunus, bu hədisi, ibn əbi Zi'b'dən rəvayət edərək, bu əlavəni etmişdir:

Aşurə gününü qaçırmaq qorxusu ilə (Peyğəmbər sallallahu aleyhi və səlləm) belə buyurmuşdur.

İbn Macə, Sünən tərcümə və şərhi, Kitabu's-Siyam (Oruc kitabı): "Aşurə günü orucu babı", hədis no: 1736

-------------------

İzahı:

Bu hədisi, Muslim, əbu Davud, Beyhaqi də rəvayət etmişlərdir. Muslim və əbu Davud'un rəvayətlərində, Peyğəmbər (sallallahu aleyhi və səlləm)'in işarət buyurduğu gələcək ilə çatmadan vəfat etdiyi əlavəsi vardır. Lakin Əhməd b. Yunus'un əlavəsi yoxdur.

Allah rəsulu (sallallahu aleyhi və səlləm): "Gələcək il (Məhərrəmin) 9-cu günü oruc tutarıq." buyurarkən; Aşurə olan 10-cu gün yerinə 9-cu gün tutarıq demək istəmiş ola bilər.

Və ya Aşurə günü ilə bərabər 9-cu günü də orucla keçirərik, demək istəmiş ola bilər. Çünki Əhməd'in, ibni Abbas (radiyallahu anh)'dan mərfu olaraq rəvayət etdiyi bir hədisdə, Allah rəsulu (sallallahu aleyhi və səlləm) belə buyurmuşdur:

"---صوموا يوم عاشوراء وخالفوا اليهود صوموا يوما قبله أو يوما بعده---"

"---Aşurə günü orucu tutun və yəhudilərə müxalifət edin. Aşurədən bir gün öncə və ya bir gün sonra oruc tutun."

Hər 2 izahda da, yəhudilərə və xristiyanlara müxalifət vardır.

Əhməd b. Yunus'un rəvayətindəki əlavəyə görə, Allah rəsulu (sallallahu aleyhi və səlləm), Aşurə gününün fəzilətini qaçırmamaq məqsədi ilə və ehtiyatlı davranmaq üzərə, Aşurə günündən bir gün əvvəl oruc tutmağa başlamaq istəmişdir. Yəni hilalın təsbitində bir yanılma ola bilər və Aşurə günü sanılan gün, Məhərrəm'in 11-ci günü ola bilər. Bu halda, əsl Aşurə günü qaçırılmış olar. Bir gün əvvəldən oruca başlamaq ehtiyatlı olar.

Read 23 times
In order to make a comment, please login or register