Aşurə orucu haqqında məlumat verərsinizmi?

Muhamməd b. Sayfi b. Səhl əl-Xatmi (radiyallahu anh)'dan belə rəvayət edilir:

Allah rəsulu (sallallahu aleyhi və səlləm) Aşurə günü bizə:

"-Sizdən bu gün bir şey yeyən var mı?" diyə soruşdu. Biz:

"-Bizdən yeyən də var, yeməyən də var." diyə cavab verdik. O:

"-Artıq (bir şey) yemiş və (bir şey) yeməmiş olan sizlər, bu gününüzün qalan qismini (orucla) tamamlayın və Arud xalqına xəbər göndərin. Onlar da, günün qalan qismini orucla tamamlasınlar." buyurdu. 

Ravi deyir ki: Mədinə ətrafındakı Arud əhlini qəsd etmişdir."

Not: Heysəmi, Məcmau'z-Zəvaid'də belə deyir:

"Bunun isnadı, Buxari və Muslim'in şərti üzərinə səhih-qəribdir. Şabi'dən başqa heç kim, Muhamməd b. Sayfi (radiyallahu anh)'dan rəvayət etməmişdir. Buxari və Muslim'də Sələmə b. Əkva (radiyallahu anh) və ər-Rubeyyi b. Muavviz (radiyallahu anh) hədisindən bu hədisin şahidi vardır. Əl-Muzzi, Nəsai'nin də bu hədisi rəvayət etdiyini söyləmiş və ibnu's-Səni'nin rəvayətində yoxdur.

--------------------------

İzahı:

Buxari və Muslim'in rəvayət etdikləri, Sələmə (radiyallahu anh) və ər-Rubeyyi b. Muavviz b. Haris (Afra) ən-Neccariyyə əl- Ənsariyyə (radiyallahu anh)'ın hədisləri, bu hədisi təyid edir (qüvvətləndirir).

Sələmə (radiyallahu anh) hədisi belədir:

"Allah rəsulu (sallallahu aleyhi və səlləm), Aşurə günü gündüzü, Hind b. Əsma'nı, xalqa:

"Bu gün kim yemək yedi isə (günün qalan qismini də bir şey yeyib içmədən) gününü tamamlasın! Və ya oruc tutsun! Bir şey yeməmiş olanlar da, artıq (axşama qədər) bir şey yeməsin." diyə elan etmək üzərə, qəbiləsinə göndərdi.

Ər-Rubeyyi (radiyallahu anh)'ın hədisi də belədir:

Allah rəsulu (sallallahu aleyhi və səlləm), Aşurə günü sabahı Mədinə ətrafındakı kəndlərə bu əmri göndərdi:

"Oruclu olaraq sabahlayanlar, oruclarını tamamlasınlar. Orucsuz olaraq sabahlayanlar da, günün qalan qismini orucla tamamlasın."

--------------------

Arud əhli:

Məkkə, Mədinə və bunların ətrafına verilən addır. Aşurə günü ilə bağlı əmr, Mədinə ətrafındakı kəndlərə göndərilmişdir. Məkkə ətrafına göndərilməmişdir. Çünki o gün, tətbiq edilməsi lazım olan bu əmrin 500 km uzaqlıqdakı Məkkə ətrafına çatdırılması, maddətən mümkün deyildi.

İmam Sindi (əl-Hənəfi)'yə görə, bu və bundan əvvəlki hədislər, Aşurə günü orucunun ilk zamanlar fərz olduğuna dəlalət edir. Ancaq bu fərzin, sonradan qaldırıldığı xüsusunda, alimlər ittifaq halındadırlar. 

Bununla bərabər, bu hədis, fərz orucu, gündüz niyyət etməyin caizliyinə hökm edənlər üçün, bir dəlil sayılmışdır. 

Ancaq gecə niyyət etməyin şərt olduğunu iləri sürənlər belə deyirlər:

O gün oruc tutmağın fərz qılındığı, gecədən bilinmirdi. Gündüz bilinə bilmişdi. Bu səbəblə xalqın, o günki oruca gündüz niyyət etmələri məcburi idi. Necə ki, şəkk günü Ramazan hilalının görüldüyü sabit olunca, axşama qədər oruc pozan şeylərdən çəkinilir. Bu etibarla hədis, fərz oruca gündüz niyyət etməyin caizliyinə dəlalət etməz deyə, məlumat vermişlərdir.

Read 6 times
In order to make a comment, please login or register