Aşurə orucu haqqında məlumat verərsinizmi?

1733- Aişə (radiyallahu anha)'dan belə rəvayət edilir:

"Rasulullah (sallallahu aleyhi və səlləm), Aşurə günü oruc tutar və o gün oruc tutmağı əmr edərdi."

---------------------

1734- ibni Abbas (radiyallahu anh)'dan belə rəvayət edilir:

Allah rəsulu (sallallahu aleyhi və səlləm), Mədinəyə hicrət etdikdən sonra, oradakı yəhudiləri (aşurə günü) oruclu olaraq gördü. Və:

"Bu, nə orucdur?" diyə soruşdu.

Yəhudilər:

"Bu gün Allah, Musanı (düşmənlərindən) qurtardığı və Fironu boğdurduğu gündür. Musa (əleyhissəlam), (Allahın bu ehsanına) şükür olaraq, bu gün oruc tutmuşdur." dedilər.

Allah rəsulu (sallallahu aleyhi və səlləm):

"Biz Musa(nın sünnətini ihya)'ya sizdən daha yaxın və haqq sahibiyik." buyurdu. Və o gün oruc tutdu. O gün oruc tutmağı da əmr etdi."

İbn Macə, Sünən tərcümə və şərhi, Kitabu's-Siyam (Oruc kitabı): "Aşurə günü orucu babı"

--------------------------

İzahı:

1733 no- lu Aişə (radiyallahu anha) hədisini, Kütübü'l-Sittə sahibləri (Buxari, Muslim, Tirmizi, əbu Davud, ibn Macə və Nəsai), Beyhaqi və Darimi də uzun və qısa mətinlər halında rəvayət etmişlərdir. Uzun olan rəvayətlərdə Aişə (radiyallahu anha)'dan icmal olaraq belə buyurulur:

"Aşurə günü, Qureyşin, cahiliyyə dövründə orucla keçirdiyi bir gündür. Allah rəsulu (sallallahu aleyhi və səlləm) də, Peyğəmbərlik və ya hicrətdən əvvəl, o gün oruc tutardı. 

Mədinəyə hicrət etdikdən sonra da aşurə orucuna davam etdi. Və o gün oruc tutmağı əmr etdi. Ramazan orucu fərz qılındığında, artıq fərz oruc, Ramazan orucu oldu. Və Aşurə orucunu tərk etdi. Artıq istəyən, Aşurə orucunu tutdu, istəməyən tutmadı."

"əl-Mənhəl Azbi'l-Məvrud şərh-u Sunən-i əbu Davud" müəllifi- imam Mahmud Muhamməd Xattab əs-Subqi, bu hədisin açıqlaması bəhsində icmal olaraq belə deyir:

"Bu hədisin zahiri, Aşurə günü orucunun, ilk zamanlarda vacib olduğuna, sonra Ramazan orucunun fərz qılınması ilə, onun vacibliyinin nəsx edildiyinə dəlalət edir.

Əbu Hənifə və Şafi'nin əshabından bir camaat, bununla hökm etmişlərdir.

Bir qisim Şafi alimləri:

Aşurə orucu məşru qılındığı gündən bəri sünnətdir. Bu ümmətə heç vacib qılınmamışdır. Lakin ilk zamanlarda çox əhəmiyyətli müstəhəb idi. Ramazan orucu fərz qılınınca, o müstəhəb oldu."

Birinci görüş, daha qüvvətlidir.

----------------------

1734 no- lu İbn-i Abbas (radiyallahu anh) hədisini, Tirmizi'dən başqa Kütübü'l-Sittə sahibləri və Beyhaqi də bənzər ləfzlərlə rəvayət etmişlərdir.

Allah rəsulu (sallallahu aleyhi və səlləm), Rəbiu'l-Əvvəl ayında Mədinəyə hicrət etmiş və hicrətin 2-ci ili Aşurə günü yəhudilərin oruc tutduğunu görmüşdür.

Peyğəmbər (sallallahu aleyhi və səlləm), Musa (əleyhissəlam)'a, yəhudilərə nisbətən çox daha yaxın olduqlarını, Musa (əleyhissəlam)'ın sünnətini ihya etməyin, ilk əvvəl özlərinin haqqı olduğunu bildirmişdir.

Çünki biz Müsəlmanlar, Musa (əleyhissəlam)'ın kitabına inanırıq. Və dinin təməl hökmlərində bizim kitabımız ilə Musa (əleyhissəlam)'ın əsl kitabı arasında bir ayrılıq yoxdur. Onun üçündür ki, Allah Taala, Peyğəmbərimizə:

"---أُو۟لَـٰٓئِكَ ٱلَّذِينَ هَدَى ٱللَّهُ ۖ فَبِهُدَىٰهُمُ ٱقْتَدِهْ...---"

"---Bunlar Allahın doğru yola yönəltdiyi kəslərdir. Sən də onların haqq yoluna yönəl...---" (Ənam/90) buyurmuşdur.

-----------------

Belə bir sual xatirə gələ bilər:

"Yəhudilər kafir olduqları üçün, verdikləri xəbərlər rədd edilməyə məhkumdur. 

Bununla bərabər, Allah rəsulu (sallallahu aleyhi və səlləm), onların verdiyi xəbəri doğrulamış olmur mu?"

Buna belə cavab verərik:

• Yəhudilərin verdikləri xəbərlərin doğruluğu, gələn bir vəhylə doğrulanmış ola bilər; vəya

• Onlardan İslamı qəbul edən Abdullah b. Səlam (radiyallahu anh) kimi şəxslər tərəfindən xəbər verilmiş ola bilər; yaxud da

• Bu xəbər, ən balaca bir şübhəyə yer buraxmayacaq tərzdə, *təvatür həddinə çatmış çox kimsə tərəfindən bildirilmiş ola bilər.

*Təvatür: Yalan üzərində birləşmələri mümkün olmayan bir topluluğun verdiyi xəbər.

Read 5 times
In order to make a comment, please login or register