Axirət həyatına iman rüknü və əqli isbatı (kərəm və rəhmət felləri üzərindən)
İhtar: Şu risalelerde teşbih ve temsilleri hikâyeler suretinde yazdığımın sebebi, hem teshil; hem hakaik-ı İslâmiye ne kadar makul, mütenasip, muhkem, mütesanit olduğunu göstermektir.
Yəni:
İxtar (xatırlatma): Bu risalələrdə, təşbih və təmsilləri, yəni, həqiqətləri misal yolu ilə açıqlamağı hekayələr surətində yazdığımın səbəbi,
1. Həm təshil, yəni, asanlaşdırmaq,
2. Həm İslam həqiqətlərinin, yəni, 6 iman rüknü və 5 İslam əsasının,
~ nə qədər məqul, yəni, əqlə müvafiq;
~ mütənasib, yəni, bu iman və İslam əsasları arasında, müntəzəm bir nisbət mövcud olduğu (-Bütün iman əsaslarının, bir-birilərilə münasibəti mövcuddur. Məsələn, tövhidlə haşr, tövhidlə nübüvvət, bir-birindən ayrılmaz həqiqətlərdir.-)
~ möhkəm, yəni, İslam həqiqətləri, həm bir-birini təhkim edir, yəni, biri, digərinə qüvvət verir və onu isbat edir. (Məsələn, haşr və tövhid rüknləri, bir-birinə dəlil olmaqla, biri, digərini təhkim edir. Bununla bərabər, İslam həqiqətlərinin hamısı, möhkəmdir, yəni, təvil və nəsxə qabil deyildir.)
~ mütəsanid, yəni, bir-birinə istinad edib qüvvət alan, qüvvətli bir etimad ilə bir-birinə bağlı olduğunu göstərməkdir.
Demək, təşbih və təmsillər, yüksək həqiqətləri ağla yaxınlaşdırmaq üçündür.
Bəli, müəllif Nursi'nin "Risale-i Nur" külliyyatında keçən misallar, zahirən hekayə kimi görünsə də, həqiqətdə hekayə deyillərdir. Çünki, hekayələr, məntiq elminə görə, dəlil deyildir. O halda, "Risale-i Nur"dakı hekayələr, yüksək həqiqətlərin başa düşülə bilməsi və fəhmə yaxınlaşdırılması üçün, bir təmsil məsabəsindədirlər.
Necə ki, bəyanı möcüzə olan Quran, əksər muxatabı olan (xitab etdiyi) avamın zehninə yüksək həqiqətləri yerləşdirmək üçün, təşbih və təmsillər istifadə etməkdədir. Haqq Taala, şanı uca olan Kitab'ındakı təmsillərin zikr edilməsindəki hikməti, belə bəyan etməkdədir:
...وَيَضْرِبُ ٱللَّهُ ٱلْأَمْثَالَ لِلنَّاسِ لَعَلَّهُمْ يَتَذَكَّرُونَ
"...Allah insanlar üçün belə misallar gətirir ki, düşünüb ibrət alsınlar." (İbrahim/25);
...وَتِلْكَ ٱلْأَمْثَـٰلُ نَضْرِبُهَا لِلنَّاسِ لَعَلَّهُمْ يَتَفَكَّرُونَ
"...Biz, bu misalları, insanlar üçün çəkirik ki, bəlkə, fikirləşələr." (Haşr/21)
Demək, təşbih və təmsillər, Quranın irşad metodunda istifadə etdiyi bir üslubdur. Quranın mənəvi təfsiri olan "Risale-i Nur" da, Quranın bu üslubunu istifadə etmişdir. "Haşr" risaləsindəki təşbih və təmsillər, bu qəbildəndir.
Müəllif (rahmətullahi aleyh), Quranın çoxca təmsil zikr etməsinin bir hikmətini, belə açıqlamaqdadır:
"Kur'ân'ın muhataplarından kısm-ı ekseri avâmdır. Avâm sınıfının hakaik-i İlâhiyenin ince ve müşkül kısmına fehimleri kàdir değildir. Ancak, temsil ve icmallerle fehimlerine yakınlaştırmak lâzımdır. Bunun içindir ki, Kur'ân, kesretle temsilleri zikrediyor." ("Məsnəvi-i Nuriyyə", 14-cü Rəşha, 4-cü Qətrə, 3-cü Nüqtə, s. 203)
Yəni:
Quranın muxatablarının böyük əksəriyyəti, avamlardır. Avam sinfinin isə, İlahi həqiqətlərin incə və müşkil qisminə fəhimləri, qadir deyildir. (Bu İlahi həqiqətləri), Ancaq, təmsil və icmallarla fəhmlərinə yaxınlaşdırmaq lazımdır. Bunun üçündür ki, Quran, çoxca təmsil zikr edir.
------------------------------------------------------
------------------------------------------------------
"Hikâyelerin mânâları, sonlarındaki hakikatlerdir. Kinâiyat kabilinden, yalnız onlara delâlet ederler. Demek, hayalî hikâyeler değil, doğru hakikatlerdir."
Yəni:
Hekayələrin mənaları, sonlarındakı həqiqətlərdir. Kinaiyyət qəbilindən, yalnız onlara dəlalət edərlər. Demək, xəyali hekayələr deyil, doğru həqiqətlərdir.
Bəlağat elmində, bir həqiqətin daha yaxşı başa düşülə bilməsi üçün, həqiqi mənası, sırf bir mülahizə aləti olsun deyə sərf edilən kəlama, "kinai kəlam" deyilir. Demək, o kinai kəlamdakı həqiqi mənalar, özlərini deyil; əksinə, onlar, bir alət məsabəsində olub, başqa məqsəd və həqiqətləri ifadə etmək üçündür.
Bəli, müəllifimizin "Risale-i Nur" külliyyatında keçən təşbih və təmsillər, qissədən hissə götürmək məqsədilə söylənilən hər hansı bir hekayə cinsindən deyildir. Əksinə, "Risale-i Nur"da keçən təşbih və təmsillər, kinayə qəbilindəndir. Müəllif, kinayənin mənasını, "Sözlər" (32-ci Söz, 2-ci Məvqif, 2-ci Məqsəd, s. 598) adlı əsərində, belə açıqlamaqdadır:
"Malûmdur ki, fenn-i belâğatte, bir lâfzın, bir kelâmın mânâ-yı hakikîsi, başka bir maksud mânâya sırf bir âlet-i mülâhaza olsa, ona 'lâfz-ı kinâî' denilir. Ve 'kinâî' tabir edilen bir kelâmın mânâ-yı aslîsi, medar-ı sıdk ve kizb değildir. Belki kinâî mânâsıdır ki, medar-ı sıdk ve kizb olur. Eğer o kinâî mânâ doğruysa, o kelâm sadıktır; mânâ-yı aslî kâzip dahi olsa, sıdkını bozmaz. Eğer mânâ-yı kinâî doğru değilse, mânâ-yı aslîsi doğru olsa, o kelâm kâziptir. Meselâ, kinâî misallerinden, 'Fülânün tavîlü'n-necad' denilir. Yani, 'kılıcının kayışı, bendi uzundur.' Şu kelâm, o adamın kametinin uzunluğuna kinayedir. Eğer o adam uzun ise, kılıcı ve kayışı ve bendi olmasa da, yine bu kelâm sadıktır, doğrudur. Eğer o adamın boyu uzun olmazsa, çendan uzun bir kılıcı ve uzun bir kayışı ve uzun bir bendi bulunsa, yine bu kelâm kâziptir. Çünkü mânâ-yı aslîsi maksud değil.
İşte, Onuncu Sözün ve Yirmi İkinci Sözün hikâyeleri gibi, sair Sözlerin hikâyeleri, kinâiyat kısmındandırlar ki, be-gayet doğru ve gayet sadık ve mutabık-ı vaki olan hikâyelerin sonlarındaki hakikatler, o hikâyelerin mânâ-yı kinâiyeleridir.
Mânâ-yı asliyeleri bir temsil-i dürbinîdir; nasıl olursa olsun, sıdkına ve hakkaniyetine zarar vermez.”
Yəni:
Məlumdur ki, bəlağat elmində, bir ləfzin, bir kəlamın həqiqi mənası (yəni, dildə hər hansı bir mənanı ifadə etmək üçün qoyulan söz), qəsd olunan başqa bir mənaya sırf bir mülahizə aləti olsa, ona, 'kinai ləfz' deyilir. Və kinayə deyə təbir edilən bir kəlamın əsl mənası, (sözün) sidq (doğruluq) və kizb (yalnış) səbəbi deyildir. Əksinə, (doğru və ya yalnış olan), sözün kinai mənasıdır ki, sidq (doğruluq) və kizb (yalnış) səbəbi, budur. Əgər kinai məna, doğrudursa, kəlam, doğrudur; əsl məna (yəni, dildə hər hansı bir məna ifadə etmək üçün qoyulan söz), yalnış da olsa, kəlamın doğruluğunu zədələməz. Əgər kinai məna, doğru deyilsə, əsl məna doğru olsa belə, kəlam, yalnışdır. Kinayəyə aid olan misallardan biri, budur:
'Fulənun təvilu'n-nəcad.' Yəni, 'Filan kimsənin qılıncının qayışı, bəndi, uzundur.'
Bu kəlam, adamın qamətinin uzunluğundan kinayədir. Əgər adam uzundursa, qılıncı və qayışı və bəndi olmasa da, yenə, bu kəlam, doğrudur.
Əgər adamın boyu uzun olmazsa, hərçənd uzun bir qılıncı və uzun bir qayışı və uzun bir bəndi də olsa, yenə, bu kəlam, yalnışdır. Çünki, burda, əsl məna (sözün dildə ifadə etdiyi məna, yəni, qılıncın uzunluğu) qəsd edilməmişdir.
Bax, 10-cu Sözün və 22-ci Sözdə bəhsi keçən hekayələr kimi, digər Sözlər'in hekayələri, kinaiyyat qismindəndirlər, ki, çox doğru və vaqeyə uyğun olan hekayələrin sonlarındakı həqiqətlər, o hekayələrin kinayi mənalarıdır.
Əsl mənaları isə, bir "durbin" (məsabəsində olan) təmsillərdir. Necə olursa olsun, mənanın doğruluğuna zərər verməz.
Quran, bir çox ayətlərində, bəlağat elminin bu üslubunu istifadə etmişdir. Quranda keçən kinaiyyatla bağlı bir neçə misalı, nümunə olaraq zikr edəcəyik:
• Birinci misal:
...وَلَمْ يَمْسَسْنِى بَشَرٌ...
"...Mənə, heç bir insan toxunmadı..." (Məryəm/20) ayətində keçən "məss / toxunmaq" təbiri, "cinsi münasibət"dən kinayədir.
• İkinci misal:
...وَهَنَ ٱلْعَظْمُ مِنِّى...
"...Mənim sümüyüm, zəiflədi..." (Məryəm/4) ayətində keçən "sümüyün zəifləməsi", "qüvvətin itməsi" və "cismin zəifləməsi"ndən kinayədir.
• Üçüncü misal:
أُحِلَّ لَكُمْ لَيْلَةَ ٱلصِّيَامِ ٱلرَّفَثُ إِلَىٰ نِسَآئِكُمْ...
"Orucluq gecəsi zövcələrinizlə yaxınlıq etmək sizə halal edildi..." (Bəqərə/187) ayətində keçən "rafəsu" kəliməsi, "cima / cinsi münasibət"dən kinayədir. Çünki, "rafəsu" kəliməsi, çirkin söz söyləmək mənasına gəldiyi halda, burda, "cinsi münasibət"dən kinayə olaraq istifadə edilmişdir.
--------------------------------------------------
--------------------------------------------------
بِسْمِ ٱللَّهِ ٱلرَّحْمَـٰنِ ٱلرَّحِيمِ
فَانْظُرْ اِلٰۤى اٰثَارِ رَحْمَتِ اللهِ كَيْفَ يُحْيِى اْلاَرْضَ بَعْدَ مَوْتِهَا اِنَّ ذٰلِكَ لَمُحْيِى الْمَوْتٰى وَهُوَ عَلٰى كُلِّ شَىْءٍ قَدِيرٌ
"Bax Allahın rəhmət əsərlərinə. Yeri ölümündən sonra necə dirildir? Şübhə yoxdur ki, ölüləri də belə dirildəcəkdir. O, hər şeyə qadirdir." (Rum/50)
Ayətdə, "rəhmət"dən murad, "yağış"dır. Yağışın əsərləri isə, bitki, ağac və çiçəklərdir. Bu halda, ayətin zahiri mənası, belə olur:
"Hər bahar mövsümündə, ölmüş və qurumuş olan yeri, bir nəfs kimi çox asanlıqla dirildən və yerdəki yüz minlərlə bitki, ağac və çiçəklərə həyat verib bununla qüdrətini göstərən Allah, əlbəttə, insanları da, öldükdən sonra, haşrın sabahında yenidən diriltməyə qadirdir."
Ayətdə keçən "fənzur / nəzər et, bax" əmri, belə bir həqiqəti ifadə etməkdədir:
Göz, bu aləmə ibrətlə baxıb, 2 nöqtəni təsbit etməklə mükəlləfdir:
• Biri: Bitki və ağac deyilən rəhmət əsərlərinə baxıb, onlarda təcəlli edən İlahi isim və felləri, xüsusilə də ayətdə keçən "rəhmət, ihya/diriltmə və qüdrət" fellərilə, "Rahim/mərhəmətli", "Muhyi/həyat verən" və "Qadir/qüdrətli" isimlərini tapmaq və başa düşməkdir.
• Digəri isə: Madam ki, o Rahim, Muhyi və Qadir olan Allah, rəhmət, ihya/diriltmə və qüdrət fellərilə qışda vəfat etmiş olan yeri, hər bahar mövsümündə yenidən dirildir, bitki və heyvanlarla şənləndirir. Hər baharda, yeri, bir nəfs kimi ihya edir. Əlbəttə, o qüdrət və cəlal sahibi Allah, insanları da öldükdən sonra ihya etməyə qadirdir.
Demək, insan, başda göz olmaq üzərə, sair maddi və mənəvi cihazları ilə, ilk əvvəl, kainatda təcəlli edən isimləri tapmalı; bundan yola çıxaraq, tövhidə intiqal etməli (keçməli); daha sonra da, haşrı, o isimlər üzərinə bina etməlidir.
Əgər insan, bu İlahi əmrə (yəni, "nəzər et/bax" əmrinə) müvafiq hərəkət etməzsə, yəni, gözü, yaradılış qayəsinə uyğun istifadə etməzsə, yəni, əsərdən felə ---> feldən ismə ---> isimdən Müsəmma (isim sahibi olan Allaha) və haşra intiqal etməzsə, gələcək ayətin hökmünə masadaq (doğrulayıcı xüsus, bir məna fərdi) olacaqdır:
وَمَنْ أَعْرَضَ عَن ذِكْرِى فَإِنَّ لَهُۥ مَعِيشَةً ضَنكًا وَنَحْشُرُهُۥ يَوْمَ ٱلْقِيَـٰمَةِ أَعْمَىٰ • قَالَ رَبِّ لِمَ حَشَرْتَنِىٓ أَعْمَىٰ وَقَدْ كُنتُ بَصِيرًا • قَالَ كَذَٰلِكَ أَتَتْكَ ءَايَـٰتُنَا فَنَسِيتَهَا ۖ وَكَذَٰلِكَ ٱلْيَوْمَ تُنسَىٰ
"Kim, Mənim Zikrimdən üz döndərsə, onun güzəranı, sıxıntılı olacaq və Biz, Qiyamət günü, onu, kor kimi hüzurumuza gətirdəcəyik. O deyəcək: 'Ey Rəbbim! Mən, dünyada görürdümsə, indi, nə üçün məni kor olaraq gətirdin?' Allah deyəcək: 'Elədir! Çünki sənə, ayələrimiz gəldi, sən isə, onları unutdun. Bu gün də, sən beləcə unudulacaqsan!" (Taha/124-126)
Haqq Taala, Özünü bildirmək və tanıtdırmaq üçün, bu kainatı, qüdrət qələmilə bir kitab şəklində yazmışdır. Hər bir mövcud, bu kainat kitabında, bir qüdrət kəliməsidir. Şanı əzəmətli olan Quran isə, o kainat kitabının əzəli bir tərcüməsidir. Gözün vəzifəsi, Quran vasitəsilə, bu böyük kainat kitabına ibrətlə baxmaq və o kainat kitabının mənası olan isimləri, tövhid və haşrı oxumaq və başa düşməkdir. Göz, bu 2 zikirdən, yəni, Quran və kainat kitabını oxumaqdan i'rad edər (üz çevirər)'sə, dünyada mənən kor olduğu kimi; axirətdə də, maddətən kor olaraq Allahın hüzuruna çıxacaqdır.
Yenə bu mövzu ilə bağlı olaraq, uca Allah, Quranda belə buyurmaqdadır:
وَمَن كَانَ فِى هَـٰذِهِۦٓ أَعْمَىٰ فَهُوَ فِى ٱلْءَاخِرَةِ أَعْمَىٰ وَأَضَلُّ سَبِيلًا
"Bu dünyada kor olan kəs, axirətdə də kor olacaq və üstəlik, haqq yoldan daha çox azacaqdır." (İsra/72);
أَفَلَمْ يَسِيرُوا۟ فِى ٱلْأَرْضِ فَتَكُونَ لَهُمْ قُلُوبٌ يَعْقِلُونَ بِهَآ أَوْ ءَاذَانٌ يَسْمَعُونَ بِهَا ۖ فَإِنَّهَا لَا تَعْمَى ٱلْأَبْصَـٰرُ وَلَـٰكِن تَعْمَى ٱلْقُلُوبُ ٱلَّتِى فِى ٱلصُّدُورِ
"Məgər onlar, yer üzündə gəzib dolaşmırlarmı ki, zalımların aqibətini qəlbi ilə düşünüb, qulaqları ilə eşitsinlər? Çünki, əslində, maddi gözlər deyil, kökslərdəki qəlb, kor olur." (Hacc/46).
------------------------------------------------------
------------------------------------------------------
"Birader, haşir ve âhireti basit ve avam lisanıyla ve vâzıh bir tarzda beyanını istersen, öyle ise şu temsîlî hikâyeciğe nefsimle beraber bak, dinle."
Yəni:
Ey qardaş! Haşr və axirəti, bəsit və avam dililə, yəni, bir çox dəlil sərd etməklə bərabər, hər kəsin başa düşə biləcəyi bir dillə və vazeh/açıq bir tərzdə bəyanını, izah və isbatını istəyirsənsə, bu təmsili hekayəyə bax, dinlə:
"Bir zaman, iki adam, Cennet gibi güzel bir memlekete (şu dünyaya işarettir) gidiyorlar. Bakarlar ki, herkes, ev, hane, dükkân kapılarını açık bırakıp, muhafazasına dikkat etmiyorlar. Mal ve para, meydanda, sahipsiz kalır. O adamlardan biri, her istediği şeye elini uzadıp, ya çalıyor, ya gasp ediyor. Hevesine tebaiyet edip her nevi zulmü, sefaheti irtikâp ediyor. Ahali de, ona, çok ilişmiyorlar."
Yəni:
Bir zaman, 2 adam, cənnət kimi gözəl bir diyara (bu "dünya"ya işarətdir) gedirlər. Baxırlar ki, hər kəs, ev, xan (karvansaray), dükan qapılarını açıq qoyub, mühafizəsinə diqqət etmirlər. Mal və pul, meydanda, sahibsiz qalır. O adamlardan biri, hər istədiyi şeyə əlini uzadıb, ya oğurlayır, ya qəsb edir. Həvəsinə tabe olub hər növ zülmü, səfahəti işləyir. Əhali də, ona, çox ilişmir.
Mətndəki:
~ "2 adam"dan məqsədin nə olduğunu, Müəllif, yenə bu risalənin "1-ci İşarət"ində (s. 56) belə bəyan etməkdədir:
"Hikâyedeki sersem adamın, o emin arkadaşıyla, üç hakikatleri var.
• Birincisi: Nefs-i emmârem ile kalbimdir.
• İkincisi: Felsefe şakirtleriyle Kur'ân-ı Hakîm tilmizleridir.
• Üçüncüsü: Ümmet-i İslâmiye ile millet-i küfriyedir."
Yəni:
Hekayədəki sərsəm (başı zəhərli fikirlərlə zəhərlənmiş) adamın, o əmin (özünə güvənilən, doğru) dostu ilə, 3 həqiqəti vardır:
• Birincisi: pisliyi əmr edən nəfsim ilə qəlbimdir;
• İkincisi: fəlsəfə şagirdlərilə hikmətli Quranın tələbələridir;
• Üçüncüsü: İslam ümməti (müsəlmanlar) ilə küfr milləti (kafirlər)'dir.
Bunlar, aşağıdakı ayətlərdən muqtəbəs (iqtibas edilmiş)'dir:
هَـٰذَانِ خَصْمَانِ ٱخْتَصَمُوا۟...
"Onlar, öz Rəbbi barəsində höcətləşən iki dəstədir..." (Hacc/19);
وَٱضْرِبْ لَهُم مَّثَلًا رَّجُلَيْنِ...
"Onlara, iki kişinin əhvalatını misal çək..." (Kəhf/32)
~ "Hər kəs"dən murad, bu dünya içindəki bütün mövcudatdır.
~ "Mal"dan məqsəd, o ev, xan və dükanda insana təqdim edilən və istifadəsinə ərz edilən şeylərdir.
~ "Pul"dan murad, mübadilə yolu ilə insanın bu aləmdən faydalandığı qiymətli maddələrdir.
Dünyaya gələn hər bir insan üçün, bu aləm:
• ya bir əsgəri hərbi hissə;
• ya bir xan/karvansaray;
• ya da bir məşhər/sərgi salonu və ticarətgahdır.
Müəllif, "Haşr risaləsi"ndə, dünyanı, bu 3 şəkildə tərif etməkdədir:
Dünya:
1. Bir imtahan və manevr meydanı;
2. Bir karvansaray;
3. Bir məşhər və ticarətgah (kimi)'dir.
Mətndə keçən:
~ "Ev" kəliməsi, dünyanın, əsgəri bir hərbi hissə olduğuna ("Şüalar", 11-ci Şüa: "Meyvə risaləsi", 7-ci Məsələ, s. 183);
~ "Xan" kəliməsi, dünyanın bir karvansaray, mehmanxana olduğuna;
~ "Dükan" kəliməsi isə, dünyanın bir məşhər və ticarətgah olduğuna
işarətdir.
I. Bəli, bu dünya, bir cəhətlə baxılsa, bir manevr meydanı və əsgəri hərbi hissə şəklində görünür. Bütün mövcudat,
...وَلِلَّهِ جُنُودُ ٱلسَّمَـٰوَٰتِ وَٱلْأَرْضِ...
"...Göylərin və yerin orduları, Allahındır..." (Fəth/4) ayətinin nassı ilə, dünya deyilən bu manevr meydanı və hərbi hissəsində təlim görən əsgərlərdir.
Müəllif, "İşaratu'l-İ'caz" adlı təfsirində, belə deyir:
"Bil ki! Muhakkak Allah (celle celeluhu), herşey için bir nokta-i kemal tayin etmiştir."
Yəni:
Bil ki! Şübhəsiz ki, Haqq Taala, hər şey üçün bir kamal nöqtə təyin etmişdir.
Məsələn, bir beton ilanının boyu 10 metrə qədər çata bildiyi halda, bir kərtənkələnin boyu 15-20 santimetrdən çox uzana bilməməkdədir. Demək, beton üçün kamal nöqtə 10 metr ikən; kərtənkələ üçün kamal nöqtə 15-20 sm'dir.
Bir insanın boyu ən çox 2 metrdən bir az çox olduğu halda, bir milçəyin boyu, 0.6-0.7 santi metr qədərdir. Demək, insan üçün kamal nöqtə 2 metr ikən, milçək üçün kamal nöqtə 0.6-0.7 santimetrdir.
Bunlar kimi, Allah Taala, hər bir varlıq üçün bir kamal nöqtə təyin etmişdir. Bu kamal nöqtə, o varlığın alacağı son şəkil və böyüklük olaraq çatacağı ən son hüduddur.
"Ve o noktayı elde etmek için de, o şeye bir meyil, bir iştiyak vermiştir. Sanki her şey, manevi bir emir almış gibi, o nokta-i kemale doğru muntazaman hareket edip, ona müteveccihen yürümektedir."
Yəni:
Və o şeyə də, kamal nöqtəsinə doğru hərəkət etməsi üçün bir meyil vermişdir. Sanki o şey, mənəvi bir əmr almış kimi, özü üçün təyin edilən kamal nöqtəyə doğru sürətlə hərəkət edib əmri yerinə yetirir.
Məsələn, hər doğan varlıq, dərhal böyüməyə başlayır və özü üçün təyin edilən o nöqtəyə çatmaq üçün çalışır. Hətta bir ağacın budaqlarını kəssəniz, dərhal fərqli bir yerindən yenisi çıxır və o da böyüməyə başlayır. Yəni hər şey, böyümə üzərə proqramlanmış, hər bir varlığa bir kamal nöqtə təyin edilmiş və o nöqtəyə doğru hərəkət etməsi üçün ona bir meyil verilmişdir.
"Halbuki, esna-i hareketinde, kendisine meded verecek çok şeylere muhtac ve ona engel olup zarar verecek çok şeyleri de def etmeye, manileri bertaraf etmeye ihtiyacı vardır. İşte, esna-i hareketlerinde onlara yardım eden ve manilerini def eden, şübhesiz Cenab-ı Hakk'ın terbiyesidir."
Yəni:
Halbuki, o şey, kamal nöqtəsinə doğru hərəkət edərkən, səfər əsnasında və hərəkətində, özünə kömək edəcək və mədəd verəcək çox şeylərə möhtac olduğu kimi; onun, səfər və hərəkətinə mane olan çox əngəllərinin ortadan qaldırılmasına da ehtiyacı vardır. Bax, hərəkət əsnasında, onlara kömək edən və manelərini dəf edən, şübhəsiz ki, Haqq Taalanın tərbiyəsidir.
Yəni, biri müsbət, digəri mənfi olan 2 şey onu gözləməkdədir.
Məsələn, bir ağacın kökü kamal nöqtəsinə doğru hərəkət edərkən, qarşısına bir qaya çıxsa, kök, o qayanı parçalamaqda və hərəkətinə davam etməkdədir. O sərt qayanı ipək kimi yumşaq köklərə boyun əydirən, Allahdır. O sərt qaya, Haqq Taalanın əmrilə parçanlanır. Yenə ağacın budaqlarındakı yarpaqlar, çiçəklər və meyvələr, yayın şiddətli istisinə qarşı təravətlərini qoruyurlar. Günəş onları yandıra və quruda bilməz. Hərarəti ağaca boyun əydirən, Allahdır. Bunlar kimi, bir varlıq, kamal nöqtəsinə doğru hərəkət edərkən bir maneə ilə qarşılaşsa, o maneəni dəf edən, Allah Taala'dır.
Bununla bərabər, o şeyin möhtac olduğu bütün ehtiyacları qarşılayan da, Allahın tərbiyəsi və idarəsidir ki, buna, "rububiyyət həqiqəti" deyirik.
Bəli, bu kainata diqqətli nəzərlərlə baxsan, bütün kainat, bütün aləm, Bəni Adəmin tayfa və qəbilələri kimi, fərdi və toplu halda, Xaliq və Sani'lərinin onlara təyin etdiyi vəzifələr və qulluqlara səy göstərərək, hər birinin özünə məxsus bir vəzifə və ibadətlə məşğul olduğunu görəcəksən. Demək, mövcudatdan heç bir mövcudu, başı boş və vəzifəsiz görə bilməzsən.
Əsgəri vəzifələrini tamamlayanlar, tərxis ilə, əsli vətənlərinə, yəni axirət yurduna sövq edilməkdədirlər.
II. Bu dünya, bir cəhətdə isə, bir xan/karvansaray'dır. Əvvəlki zamanlarda, yolçuların səyahətləri əsnasında, gecələri qonaqlamaq üçün tikilmiş yol kənarlarında bəzi binalar vardı. Bunlara, "xan" deyilirdi.
Elə də, bax bu dünya, bir gecəlik qonub köçmək məqsədilə bina edilmiş bir xandır. Hər mövcud, o xanda, müvəqqəti olaraq qonaq edildikdən sonra, haşr yolu ilə, əbəd diyarına getmək üçün, uzun səfərinə davam etməkdədir. Gələcək ayətlər, dünyanın bir karvansaray olduğuna işarət etməkdədir:
وَهُوَ ٱلَّذِىٓ أَنشَأَكُم مِّن نَّفْسٍ وَٰحِدَةٍ فَمُسْتَقَرٌّ وَمُسْتَوْدَعٌ ۗ قَدْ فَصَّلْنَا ٱلْءَايَـٰتِ لِقَوْمٍ يَفْقَهُونَ
"Sizi tək bir candan yaradan, Odur. Sizin üçün, qərar tutacağınız və əmanət olaraq durduğunuz yer vardır. Artıq Biz, ayələri anlayan bir qövmə izah etdik." (Ənam/98)
Demək ki, dünya, axirətə nisbətən əmanət olaraq durulacaq bir yer məsabəsindədir. Müstəqarr (həqiqi qərar yeri) deyildir.
Məzkur (Ənam/98) ayət, dünyanın insan üçün bir müstəqarr və müstəvdə olduğunu bəyan etdiyi kimi; gələcək ayət isə, dünyanın, bütün canlılar üçün bir müstəqarr və müstəvdə (əmanət olaraq durulacaq yer) olduğunu bəyan etməkdədir. Belə ki:
وَمَا مِن دَآبَّةٍ فِى ٱلْأَرْضِ إِلَّا عَلَى ٱللَّهِ رِزْقُهَا وَيَعْلَمُ مُسْتَقَرَّهَا وَمُسْتَوْدَعَهَا ۚ كُلٌّ فِى كِتَـٰبٍ مُّبِينٍ
"Yer üzündə elə bir canlı yoxdur ki, onun ruzisini, Allah verməsin. Allah, onların qərar tutduqları yeri də, qorunub saxlanıldıqları yeri də bilir. Bunların hamısı, açıq-aydın Yazıdadır (Lövhi-məhfuzdadır)." (Hud/6)
III. Bu dünya, bir cəhətdə isə, bir məşhər/sərgi salonu və ticarətgah məsabəsindədir. Bütün məsnuat (sənətlə yaradılan varlıqlar), bu məşhərdə təşhir edilməkdə (sərgilənməkdə); bütün nemətlər, bu ticarətgahda sərgilənməkdədir. Quran-i Kərim'də,
~ İlahi sənəti bəyan edən ayətlər, dünyanın bir məşhər olduğuna;
~ İlahi nemətləri bəyan edən ayətlər isə, dünyanın bir ticarətgah/dükan olduğuna
işarət etməkdədir.
Məsələn, aşağıda gələcək ayətlərdə, o məşhərdə təşhir edilən ən əntiqə bir sənət əsəri olan insandan, belə bəhs edilməkdədir:
فَلْيَنظُرِ ٱلْإِنسَـٰنُ مِمَّ خُلِقَ • خُلِقَ مِن مَّآءٍ دَافِقٍ • يَخْرُجُ مِنۢ بَيْنِ ٱلصُّلْبِ وَٱلتَّرَآئِبِ
"Qoy insan, nədən yaradıldığına bir baxsın! O, süzülüb tökülən bir mayedən yaradılmışdır. Bu maye bel və köks sümükləri arasından çıxır." (Tariq/5-7);
Bir digər ayət isə, dağların sənətli yaradılışı haqqındadır:
وَتَرَى ٱلْجِبَالَ تَحْسَبُهَا جَامِدَةً وَهِىَ تَمُرُّ مَرَّ ٱلسَّحَابِ ۚ صُنْعَ ٱللَّهِ ٱلَّذِىٓ أَتْقَنَ كُلَّ شَىْءٍ ۚ إِنَّهُۥ خَبِيرٌۢ بِمَا تَفْعَلُونَ
"Sən, dağlara baxıb onları hərəkətsiz durmuş güman edərsən, halbuki onlar, bulud keçdiyi kimi keçib gedərlər. Bu, hər şeyi kamil şəkildə qılan Allahın sənətidir. Şübhəsiz ki, O, etdiklərinizdən xəbərdardır." (Nəml/88)
Həm gələcək ayətlər, dünya deyilən bu dükan və ticarətgahdakı nemətlərdən, belə bəhs etməkdədir:
فَلْيَنظُرِ ٱلْإِنسَـٰنُ إِلَىٰ طَعَامِهِۦٓ • أَنَّا صَبَبْنَا ٱلْمَآءَ صَبًّا •
ثُمَّ شَقَقْنَا ٱلْأَرْضَ شَقًّا • فَأَنۢبَتْنَا فِيهَا حَبًّا • وَعِنَبًا وَقَضْبًا • وَزَيْتُونًا وَنَخْلًا • وَحَدَآئِقَ غُلْبًا • وَفَـٰكِهَةً وَأَبًّا • مَّتَـٰعًا لَّكُمْ وَلِأَنْعَـٰمِكُمْ
"Qoy insan, yediyinə diqqət yetirsin bir az! Həqiqətən, yağışı, bol-bol Biz yağdırırıq. Sonra da, yeri çat-çat yarıb, orada taxıl yetişdiririk. Habelə, üzüm və yonca, zeytun və xurma ağacları, sıx-sıx bağlar, meyvələr və otlar da bitiririk. Bu nemətlər, sizin istifadəniz və mal-qaranızın faydalanması üçündür." (Əbəsə/24-32)
Xülasə: Bu dünya:
~ Bir cəhətdə, əsgəri hərbi hissə və manevr meydanıdır. Mövcudat, o hərbi hissə və manevr meydanında təlim görməkdədirlər. Vəzifələrini bitirənlər, tərxis olurlar.
~ Bir cəhətdə, bir xan'dır. Mövcudat, bu xanda bir gecə qonaq olub burdan köçürlər.
~ Bir cəhətdə isə, bir məşhər və ticarətgahdır. Təşhir və ticarət vəzifəsini bitirənlər, gedirlər, ta ki, yerlərinə, yeniləri gəlsin.
Dünyaya gələn insanlar da, 2 güruhdurlar:
• Birinci güruh: Bu diyar Sahibini tanıyan; Onun göndərdiyi elçiləri və fərmanları qəbul edən; və Onun əmri dairəsində hərəkət edən möminlərdir. Müəllif Nursi (rahiməhullah), "əmin dost" təbiri ilə, bu güruha işarət etməkdədir.
• İkinci güruh: Bu güruh da, 2 qismə ayrılır:
~ Birinci qisim: Fasiqlərdir. Bunlar da, 2 qrupa ayrılırlar:
1. Bu aləmin Sahibini qəbul etməklə bərabər, həddini aşaraq, həm öz istifadələrinə ərz edilən şeyləri; həm də öz vücud və əzalarını, qeyr-i məşru (şəriətin icazə vermədiyi) şəkildə istifadə etməklə, mənən oğurlayan kimsələrdir. Bunlar, "fasiq" müsəlmanlardır.
2. Yenə, bu aləmin Sahibini tanıdıqları halda, peyğəmbərlərin gətirdiyi hökmləri qəbul etməyən, kainat Xaliq'inin əsərlərini, səbəblərə və təbiətə verərək böyük bir zülm işləyən "kafir" və "müşrik"lərdir.
~ İkinci qisim: Dünyaya gələn insanlardan bir qismi də, aləm Sahib'inin zahirən görünməməsi səbəbilə, O qeybi Zat'ı inkar edənlərdir. Bu inkarları səbəbilə də, hər şeyə əllərini uzadıb onlara sahib çıxırlar. Sanki bir firon, qarun və nəmrud kimi, Allahın mülkünü Ona təslim etməyib, öz malları imiş kimi təməllük edirlər. Özlərinə və aləmə bu nəzərlə baxıb belə təsərrüf edənlər də, "muattilə" tayfasını təşkil etməkdədir.
"Ev, xan və dükan qapılarının açıq qoyulub malın və pulun meydanda olması", insanın, bu aləmdəki əşya üzərində istədiyi kimi təsərrüf edə bilməsindən kinayədir. Məsələn:
~ tarlanın məhsulunu toplayarkən;
~ ağacın meyvəsini qopararkən;
~ qoyunun südünü sağarkən;
~ toyuğun yumurtasını götürərkən,
onların heç birindən bir etiraz görməməyimiz, qapısı açıq qoyulan bir dükandan, yaxud evdən, bir şeylər götürməyimizə bənzədilmişdir.
Bax, imtahan sirri səbəbilə, bu aləmdəki bir qisim əşyanın təsərrüfü insanlara verildiyi və insan, o əşyada istədiyi kimi təsərrüf edə bildiyi üçün, sanki hər şey, sahibsiz kimi görünməkdə və istəyən, həddini aşaraq oğurluq, ya da qəsb edə bilməkdədir.
Mətndə keçən:
~ "ya oğurlayır" cümləsilə, fasiq müsəlmanlar; Allahın varlığını qəbul etdikləri halda, sifətlərində şirkə, küfrə düşən insanlara işarət edilmişdir. Çünki, bir malı oğurlayan adam, o mal sahibinin varlığını qəbul edir; ancaq, o malın təsərrüfünü, sahibindən alıb özünə və ya bir başqasına həsr edir.
"Ya oğurlayır" cümləsi, gələcək ayətlərdən muqtəbəsdir:
ٱلَّذِينَ يَنقُضُونَ عَهْدَ ٱللَّهِ مِنۢ بَعْدِ مِيثَـٰقِهِۦ وَيَقْطَعُونَ مَآ أَمَرَ ٱللَّهُ بِهِۦٓ أَن يُوصَلَ وَيُفْسِدُونَ فِى ٱلْأَرْضِ ۚ أُو۟لَـٰٓئِكَ هُمُ ٱلْخَـٰسِرُونَ
"O kəslər ki, Allahla əhd-peyman bağladıqdan sonra onu pozur, Allahın qovuşdurulmasını əmr etdiyi şeyləri (qohumluq əlaqələrini) kəsir və yer üzündə fitnə-fəsad törədirlər. Məhz onlar, ziyana uğrayanlardır!" (Bəqərə/27);
وَإِذَآ أَرَدْنَآ أَن نُّهْلِكَ قَرْيَةً أَمَرْنَا مُتْرَفِيهَا فَفَسَقُوا۟ فِيهَا فَحَقَّ عَلَيْهَا ٱلْقَوْلُ فَدَمَّرْنَـٰهَا تَدْمِيرًا
"Biz, bir məmləkəti məhv etmək istədikdə, onun cah-calal içində yaşayan sakinlərinə, Allaha itaət etməyi əmr edirdik. Onlar isə, orada, günah işlər görürdülər. Beləcə, onun (o məmləkətin) barəsindəki söz, gerçək oldu və Biz, onu, yerlə yeksan etdik." (İsra/16)
~ "ya qəsb edir" cümləsilə də, muattila (Allahın varlığını inkar edən kafirlər)'ə işarət edilməkdədir. Çünki, qəsb edən, bir növ, mal sahibini inkar edib o mala sahib çıxır.
Müəllifin "qəsb edir" cümləsi, gələcək ayətlərdən və bu mənaya gələn sair ayətlərdən muqtəbəsdir:
فَقَالَ أَنَا۠ رَبُّكُمُ ٱلْأَعْلَىٰ
"(Firon) dedi: 'Sizin ən uca rəbbiniz, mənəm!" (Naziat/24);
قَالَ إِنَّمَآ أُوتِيتُهُۥ عَلَىٰ عِلْمٍ عِندِىٓ...
"Qarun dedi: 'Bu, mənə, ancaq, məndə olan biliyə görə verilmişdir." (Qasas/78);
...قَالَ أَنَا۠ أُحْىِۦ وَأُمِيتُ...
"(Nəmrud) dedi: 'Mən də, həyat verirəm və öldürürəm." (Bəqərə/258)
Mətndə keçən:
~ "həvəsinə tabe olub" sözü ilə işarət edilən, fasiq, kafir, müşrik və muattilə tayfasının, səmavi vəhyi dinləməyib həva və həvəslərinə tabe olmalarıdır. Şanı uca olan Quran, onları, belə xəbər verməkdədir:
...فَٱعْلَمْ أَنَّمَا يَتَّبِعُونَ أَهْوَآءَهُمْ ۚ وَمَنْ أَضَلُّ مِمَّنِ ٱتَّبَعَ هَوَىٰهُ بِغَيْرِ هُدًى مِّنَ ٱللَّهِ ۚ إِنَّ ٱللَّهَ لَا يَهْدِى ٱلْقَوْمَ ٱلظَّـٰلِمِينَ
"...Bil ki, onlar, nəfslərinin istəklərinə uymuşlar. Allahdan bir doğru yol göstəricisi gəlməyincə, öz nəfsinin istəyinə uyandan daha çox azmış kim ola bilər?! Şübhəsiz ki, Allah, zalım adamları doğru yola yönəltməz." (Qasas/50);
...إِن يَتَّبِعُونَ إِلَّا ٱلظَّنَّ وَمَا تَهْوَى ٱلْأَنفُسُ ۖ وَلَقَدْ جَآءَهُم مِّن رَّبِّهِمُ ٱلْهُدَىٰٓ
"...Onlar, yalnız, zənnə və nəfslərinin istəklərinə uyarlar. Halbuki, Rəbbindən onlara doğru yolu göstərən rəhbər artıq gəlmişdir." (Nəcm/23);
أَرَءَيْتَ مَنِ ٱتَّخَذَ إِلَـٰهَهُۥ هَوَىٰهُ...
"Nəfsinin istəyini ilahiləşdirən kimsəni, gördünmü?" (Furqan/43)
~ "Hər növ zülmü, səfahəti işləyir." cümləsilə işarət edilənlər, kafir, müşrik, muattilə və fasiq müsəlmanlardır. Belə ki:
• Həvasına tabe olub Allahın mülkünü oğurlayanlar və ya qəsb edənlər, kafir, müşrik və muattilə tayfalarıdır. Bunlar, böyük bir zülm işləməkdədirlər. O zülm də, "küfr, şirk və tə'til"dir.
Bu səbəbdəndir ki, Quran-i Kərim'də, şirk, böyük zülm olaraq vəsf edilmişdir. Belə ki:
...إِنَّ ٱلشِّرْكَ لَظُلْمٌ عَظِيمٌ
"Şübhəsiz ki, şirk, böyük zülmdür." (Loğman/13)
• İnandıqları halda, həvalarına tabe olub həddini aşaraq günah işləyən fasiq müsəlmanlar isə, böyük bir səfahət işləməkdədirlər. Yəni, bu kimsələr, nə dinlərini, nə də dünyalarını bilirlər.
Mətndə keçən "səfahət" təbiri, "rüşd" kəliməsinin ziddidir. "Rüşd": "Din və dünya salahıdır. Yəni, din və dünya işlərini yerli-yerində etməkdir." "Səfahət" isə: "Din və dünya işlərini doğru edə bilməməkdir." Necə ki, hikmətli Quranda, bu həqiqət, belə bəyan edilmişdir:
وَلَا تُؤْتُوا۟ ٱلسُّفَهَآءَ أَمْوَٰلَكُمُ ٱلَّتِى جَعَلَ ٱللَّهُ لَكُمْ قِيَـٰمًا...
"Allah'ın, sizi qaim qıldığı malların idarəsini, (onların, yəni, yetimlərin) səfehlər(in)ə verməyin..." (Nisa/5);
وَمَن يَرْغَبُ عَن مِّلَّةِ إِبْرَٰهِۦمَ إِلَّا مَن سَفِهَ نَفْسَهُۥ...
"Səfeh olanlardan başqa kim İbrahimin dinindən üz çevirər?" (Bəqərə/130)
~ "Əhali də, ona çox ilişmirlər." cümləsilə işarət edilən, budur:
Bu cümlədə keçən "əhali" kəliməsi, bu aləmdəki mövcudata işarətdir. Müəllifin "çox ilişmirlər" ifadəsindən başa düşülür ki, "əhali", ona, yəni "o sərsəm adam"a, heç ilişmirlər deyil; bəzən də ilişirlər. Məsələn:
a. Dənizin, firona;
b. Yerdən fışqıran sular və göydən yağan yağışların, Nuh qövmünə;
c. Milçəyin, nəmrud'a
ilişməsi kimi...
"Əhali"nin kafirlərə çox ilişməməsi, kafirin küfrünün şiddətli olmasından dolayı, böyük bir məhkəməyə ertələnməsinə işarətdir.
Demək, kafirin küfrünün cəzası, o qədər böyükdür ki, bu dünyaya sığmır. Ancaq, əbədi bir cəhənnəm ilə o cəza təhəqqüq edə (reallaşa) bilər. Müəllifimiz Ustad Nursi, "Ləmalar" adlı əsərində (10-cu Ləma, s. 49), belə deyir:
"...Ehl-i dalâletin cinayetleri kadar büyüktür ki, kısacık hayat-ı dünyeviyeye cezaları sığışmadığından, mukteza-yı adalet olarak, âlem-i bekàdaki Mahkeme-i Kübrâya havale edildiği için, ekseriyetle burada cezaya çarpılmıyorlar..."
Yəni:
Bəli, dəlalət əhlinin cinayətləri o qədər böyükdür ki, qısa dünyəvi həyata sığışmadığından, ədalətin gərəyi olaraq, əbədi aləmdəki böyük məhkəməyə həvalə edildiyi üçün, əksəriyyətlə, bu dünyada cəzalandırılmırlar. (Haşiyə)
-----------------------------------
(Haşiyə:
Kafirlər üçün əbədi cəhənnəm, ədalətlidirmi?
https://suallarlaislam.com/.../kafirl%C9%99r-ucun-%C9%99b...)
-----------------------------------
Bəzən, dünyada belə, iqaz/tənbeh sədədində, onların küfr və üsyanından dolayı, kainat qəzəblənmiş, ünsürlər hiddətə gəlmişdir. Köhnə ümmətlərdə cərəyan edən hadisələr, asi və baği qövmlərə dəyən sillələr, bu mövzumuza, açıq bir dəlil təşkil etməkdədir. Haqq Taala, küfr və üsyanları səbəbilə, bəzi qövmləri, dünyada belə cəzalandırdığını, belə bəyan etməkdədir:
فَكُلًّا أَخَذْنَا بِذَنۢبِهِۦ ۖ فَمِنْهُم مَّنْ أَرْسَلْنَا عَلَيْهِ حَاصِبًا وَمِنْهُم مَّنْ أَخَذَتْهُ ٱلصَّيْحَةُ وَمِنْهُم مَّنْ خَسَفْنَا بِهِ ٱلْأَرْضَ وَمِنْهُم مَّنْ أَغْرَقْنَا ۚ وَمَا كَانَ ٱللَّهُ لِيَظْلِمَهُمْ وَلَـٰكِن كَانُوٓا۟ أَنفُسَهُمْ يَظْلِمُونَ
"Biz, hər birini, öz günahına görə yaxaladıq. Onlardan:
~ kimisinin üstünə, qasırğa ilə birgə daşlar göndərdik;
~ kimisini qorxunc səs yaxaladı;
~ kimisini yerə batırdıq;
~ kimisini də suya qərq etdik.
Allah, onlara zülm etmirdi, onlar, ancaq əməlləri ilə özləri özlərinə zülm edirdilər." (Ənkəbut/40);
وَكَذَٰلِكَ أَخْذُ رَبِّكَ إِذَآ أَخَذَ ٱلْقُرَىٰ وَهِىَ ظَـٰلِمَةٌ ۚ إِنَّ أَخْذَهُۥٓ أَلِيمٌ شَدِيدٌ
"Rəbbin, haqsızlıq edən məmləkətləri yaxaladığı zaman, belə yaxalayır. Onun yaxalaması, həqiqətən də, üzücüdür, şiddətlidir." (Hud/102)
Əhl-i küfr və əhl-i üsyanın, bu dünyada küfr və üsyanları səbəbilə dərhal cəzaya uğradılmamaları, onları aldatmasın. Çünki Haqq Taala, imhal edər (yəni, möhlət verər), ancaq ehmal etməz. Bəzən, bu dünyada; əksəriyyət etibarı ilə də, axirətdə cəzalandırar. Bu mövzuda, Allah (azzə və cəllə), belə buyurmaqdadır:
وَكَأَيِّن مِّن قَرْيَةٍ أَمْلَيْتُ لَهَا وَهِىَ ظَالِمَةٌ ثُمَّ أَخَذْتُهَا وَإِلَىَّ ٱلْمَصِيرُ
"Neçə-neçə şəhərlərə, əhalisi zülm edərkən möhlət verdim, sonra onları, əzabla yaxaladım. Dönüş də, ancaq Mənədir!" (Hacc/48);
وَٱلَّذِينَ كَذَّبُوا۟ بِـَٔايَـٰتِنَا سَنَسْتَدْرِجُهُم مِّنْ حَيْثُ لَا يَعْلَمُونَ • وَأُمْلِى لَهُمْ ۚ إِنَّ كَيْدِى مَتِينٌ
"Ayələrimizi yalan sayanları, özlərinin də bilməyəcəkləri bir yerdən tədricən tovlayıb məhvə aparacağıq. Mən, onlara möhlət verəcəyəm. Şübhəsiz ki, Mənim hiyləm, sarsılmazdır." (Əraf/182-183)
وَلَا تَحْسَبَنَّ ٱللَّهَ غَـٰفِلًا عَمَّا يَعْمَلُ ٱلظَّـٰلِمُونَ ۚ إِنَّمَا يُؤَخِّرُهُمْ لِيَوْمٍ تَشْخَصُ فِيهِ ٱلْأَبْصَـٰرُ
"Zalımların etdikləri əməllərdən Allahın xəbərsiz olduğunu sanma. Allah, sadəcə, onları cəzalandırmağı, gözlərin bərələ qalacağı günə saxlayır." (İbrahim/42);
وَلَا يَحْسَبَنَّ ٱلَّذِينَ كَفَرُوٓا۟ أَنَّمَا نُمْلِى لَهُمْ خَيْرٌ لِّأَنفُسِهِمْ ۚ إِنَّمَا نُمْلِى لَهُمْ لِيَزْدَادُوٓا۟ إِثْمًا ۚ وَلَهُمْ عَذَابٌ مُّهِينٌ
"Kafirlər, elə güman etməsinlər ki, Bizim onlara möhlət verməyimiz, onların xeyirlərinədir. Biz, onlara, ona görə möhlət veririk ki, günahlarını daha da artırsınlar. Onlar üçün, alçaldıcı bir əzab hazırlanmışdır." (Al-i İmran/178);
وَلَقَدِ ٱسْتُهْزِئَ بِرُسُلٍ مِّن قَبْلِكَ فَأَمْلَيْتُ لِلَّذِينَ كَفَرُوا۟ ثُمَّ أَخَذْتُهُمْ ۖ فَكَيْفَ كَانَ عِقَابِ
"Səndən əvvəlki elçilərə də, istehza edilmişdi. Mən, kafirlərə möhlət verdim, sonra isə, onları yaxaladım. Bir görəydin, onları cəzalandırmağım, necə oldu!" (Ra'd/32);
وَلَوْ يُؤَاخِذُ ٱللَّهُ ٱلنَّاسَ بِظُلْمِهِم مَّا تَرَكَ عَلَيْهَا مِن دَآبَّةٍ وَلَـٰكِن يُؤَخِّرُهُمْ إِلَىٰٓ أَجَلٍ مُّسَمًّى ۖ فَإِذَا جَآءَ أَجَلُهُمْ لَا يَسْتَـْٔخِرُونَ سَاعَةً ۖ وَلَا يَسْتَقْدِمُونَ
"Əgər Allah, insanları, hər etdikləri zülmə görə cəzalandırsaydı, yer üzündə, heç bir canlını sağ qoymazdı. Lakin Allah, onlara müəyyən vaxta qədər möhlət verir. Onların əcəlinin çatdığı an, bircə saat belə nə yubanar, nə də tezləşə bilər." (Nəhl/61);
وَلَوْ يُؤَاخِذُ ٱللَّهُ ٱلنَّاسَ بِمَا كَسَبُوا۟ مَا تَرَكَ عَلَىٰ ظَهْرِهَا مِن دَآبَّةٍ وَلَـٰكِن يُؤَخِّرُهُمْ إِلَىٰٓ أَجَلٍ مُّسَمًّى ۖ فَإِذَا جَآءَ أَجَلُهُمْ فَإِنَّ ٱللَّهَ كَانَ بِعِبَادِهِۦ بَصِيرًۢا
"Əgər Allah, insanları, etdikləri günahlara görə dərhal cəzalandırsaydı, yer üzündə, bir canlını belə sağ buraxmazdı. Lakin Allah, onlara, müəyyən vaxtadək möhlət verir. Vaxtları çatanda isə, hər kəsə, öz əməlinə görə cəza, yaxud mükafat verəcəkdir. Şübhəsiz ki, Allah, Öz qullarını görür." (Fatir/45);
وَأَصْحَـٰبُ مَدْيَنَ ۖ وَكُذِّبَ مُوسَىٰ فَأَمْلَيْتُ لِلْكَـٰفِرِينَ ثُمَّ أَخَذْتُهُمْ ۖ فَكَيْفَ كَانَ نَكِيرِ
"Mədyən əhli də, elçiləri yalançı saymışdı. Musa da, yalançı sayılmışdı. Mən, kafirlərə möhlət verdim, sonra, onları əzabla yaxaladım. Mənim onları inkar etməyimin necə olduğunu, bir görəydin!" (Həcc/44).
Demək, kafirlərə verilən möhlət, onların lehinə olmayıb əleyhinədir.
Müəllif'in, "Əhali də onlara çox ilişmir." cümləsi, bunlar kimi həqiqətlərə işarət etməkdə və məzkur (yuxarıda zikr edilən) ayətlərdən və bu mənaya gələn sair ayətlərdən iqtibas edilmişdir.
------------------------------------
------------------------------------
Diğer arkadaşı ona dedi ki: "Ne yapıyorsun? Ceza çekeceksin."
Bütün məxluqat, öz fitri ibadəti (vəzifəsi) ilə məşğul ikən, heç mümkünmüdür ki, insan, öz başına, vəzifəsiz buraxılsın?! Bəs heç ağıl qəbul edərmi ki, insan, öz vəzifəsini yerinə yetirdiyində, mükafat; vəzifəsinə tərk etdiyində də, cəzalandırılmasın?! Gələcək ayət, "Cəza çəkəcəksən." cümləsinə işarət etməkdədir:
...مَن يَعْمَلْ سُوٓءًا يُجْزَ بِهِ...
"...Pislik edən kəs, onun cəzasını alacaq..." (Nisa/123)
--------------------------------
--------------------------------
"Beni de belaya sokacaksın."
İnsan, küfr və üsyanı səbəbilə bəla və müsibətə giriftar olduğu kimi; sair mövcudat da, insanın küfr və üsyanı səbəbilə, bəla və müsibətlərə məruz qalır.
Demək, bir insanın işlədiyi günah və o günahın nəticəsi, öz şəxsinə məruz qalmayıb, ətrafına, bəlkə bütün mövcudat da sirayət etməkdədir. Çünki, fasiqin fisqi və kafirin küfrü, aləmin hüququna bir təcavüz hökmündədir. Necə ki, Haqq Taala, bu həqiqəti, belə ifadə etməkdədir:
وَٱتَّقُوا۟ فِتْنَةً لَّا تُصِيبَنَّ ٱلَّذِينَ ظَلَمُوا۟ مِنكُمْ خَآصَّةً ۖ وَٱعْلَمُوٓا۟ أَنَّ ٱللَّهَ شَدِيدُ ٱلْعِقَابِ
"Elə bir bəladan qorxun ki, o, sizlərdən təkcə zalım olanlara üz verməz (hamınızı bürüyər). Bilin ki, Allah şiddətli cəza verəndir." (Ənfal/25)
Müəllifimiz, zəlzələ ilə əlaqəli olaraq Özündən soruşulan bir suala, ("Sözlər", 14-cü Söz, s. 166) belə cavab verməkdədir:
"Bazı eşhâsın hatasından gelen bu musibet bir derece memlekette umumî şekle girmesinin sebebi nedir?
Elcevap: Umumî musibet, ekseriyetin hatasından ileri gelmesi cihetiyle, ekser nâsın o zalim eşhâsın harekâtına fiilen veya iltizamen veya iltihaken taraftar olmasıyla mânen iştirak eder, musibet-i âmmeye sebebiyet verir."
Yəni:
Bəzi şəxslərin xətasından gələn bu müsibət, bir dərəcə, bu diyarda ümumi bir şəklə girməsinin səbəbi, nədir?
Cavab: Ümumi müsibət, əksəriyyətin xətasından iləri gəlməsi cəhətilə, əksər insanların, o zalım şəxslərin hərəkətlərinə,
~ felən; və ya
~ iltizamən (lüzumlu görərək, qəlbən dəstəkləyərək)
~ iltihaqən (onlara qatılaraq, bu zülmdə hər hansı bir işi üstlənərək)
tərəfdar olması ilə, mənən iştirak edər; bu ümumi müsibətə səbəbiyyət verər.
"...Madem bir kısım hatalar, unsurları ve arzı hiddete getirecek derecede bir şümullü isyandır ve çok mahlûkatın hukukuna bir tahkirli tecavüzdür. Elbette, o cinayetin fevkalâde çirkinliğini göstermek için, koca bir unsura, küllî vazifesi içinde, "Onları terbiye et" diye emir verilmesi ayn-ı hikmettir ve adalettir ve mazlumlara ayn-ı rahmettir."
Yəni:
Madam ki, bəzi xətalar, ünsürləri və yeri hiddətə gətirəcək dərəcədə şümullu bir üsyandır və çox məxluqatın haqlarına təhqirli bir təcavüzdür. Əlbəttə, o cinayətin fövqə'l-adi çirkinliyini göstərmək üçün, böyük bir ünsürə, külli vəzifəsi içində, "Onları tərbiyə et." deyə əmr verilməsi, hikmət və ədalətin özüdür və məzlumlara da rəhmətdir.
ظَهَرَ ٱلْفَسَادُ فِى ٱلْبَرِّ وَٱلْبَحْرِ بِمَا كَسَبَتْ أَيْدِى ٱلنَّاسِ لِيُذِيقَهُم بَعْضَ ٱلَّذِى عَمِلُوا۟ لَعَلَّهُمْ يَرْجِعُونَ
"İnsanların öz əlləri ilə etdiyi əməllərinin nəticəsi olaraq, quruda və dənizdə fəsad törəyir ki, Allah, onlara, etdiklərinin bir qismini daddırsın. Bəlkə, onlar, haqqa qayıdalar." (Rum/41)
----------------------------
----------------------------
"Bu mallar, miri (dövlətə aid) malıdır."
Uca Allah, Öz əzəmətli kitabında, belə buyurmaqdadır:
...وَلِلَّهِ مُلْكُ ٱلسَّمَـٰوَٰتِ وَٱلْأَرْضِ وَمَا بَيْنَهُمَا...
"Göylərin, yerin və onların arasındakıların mülkü, Allaha məxsusdur." (Maidə/17)
لِّلَّهِ مَا فِى ٱلسَّمَـٰوَٰتِ وَمَا فِى ٱلْأَرْضِ...
"Göylərdə və yerdə nə varsa, Allahındır..." (Bəqərə/284)
Ayətlərin sərih/açıq mənası ilə, mülkün mütləq sahibi, Allah'dır. Göylərdə və yerdə olan hər şey, Onundur. Haqq Taala, mülkünü və o mülkdən istifadə edəcək maddi və mənəvi cihazları (orqanları, hissləri), insana ibahə etmiş, yəni, istifadəsinə vermiş, lakin təmlik etməmişdir. Bəyanı möcüzə olan Quran, bu həqiqəti, belə ifadə buyurmaqdadır:
...وَكُلُوا۟ وَٱشْرَبُوا۟ وَلَا تُسْرِفُوٓا۟ إِنَّهُۥ لَا يُحِبُّ ٱلْمُسْرِفِينَ • قُلْ مَنْ حَرَّمَ زِينَةَ ٱللَّهِ ٱلَّتِىٓ أَخْرَجَ لِعِبَادِهِۦ وَٱلطَّيِّبَـٰتِ مِنَ ٱلرِّزْقِ ۚ قُلْ هِىَ لِلَّذِينَ ءَامَنُوا۟ فِى ٱلْحَيَوٰةِ ٱلدُّنْيَا خَالِصَةً يَوْمَ ٱلْقِيَـٰمَةِ ۗ كَذَٰلِكَ نُفَصِّلُ ٱلْءَايَـٰتِ لِقَوْمٍ يَعْلَمُونَ
"Yeyin-için, lakin israf etməyin. Şübhəsiz ki, Allah, israf edənləri sevmir. De: 'Allahın Öz qulları üçün üzə çıxartdığı zinəti və təmiz ruziləri, kim haram etmişdir?' De: 'Bunlar dünya həyatında hamıya, Qiyamət günü isə yalnız möminlərə məxsusdur.' Biz, dərk edən adamlar üçün, ayələri belə izah edirik." (Əraf/31-32)
Demək, əşyada əsl olan, ibahədir, təmlik deyildir. Müəllif, bu həqiqəti, bir risaləsində (Barla lahikası, s. 288-289), belə bəyan etməkdədir:
"Cenâb-ı Hakkın sana in'âm ettiği vücudun, cismin, âzaların, malın ve hayvânâtın ibâhadır, temlik değildir. Yani, istifaden için kendi mülkünü senin eline vermiş, istifade et diye ibâha etmiş. Senin gibi, idare etmekten hakikaten âciz ve tedbirden cidden câhil bir şahsa temlik etmemiş. Çünkü, mülk olarak verseydi, idaresini sana bırakmak lâzım gelirdi."
Yəni:
Haqq Taala'nın, sənə nemət olaraq verdiyi vücudun, cismin, əzaların, malın və heyvanların, ibahədir, təmlik deyildir. Yəni, sənin istifadən üçün, Öz mülkünü, sənin əlinə vermiş, 'İstifadə et!' deyə ibahə etmişdir. Sənin kimi, idarə etməkdən həqiqətən aciz və (bunları) tədbirindən ciddən cahil bir şəxsə təmlik etməmişdir. Çünki, mülk olaraq versəydi, idarəsini sənə tərk etmək lazım gələrdi.
"Acaba en kolay, en zahir ve daire-i ihtiyar ve şuurda dahil olan bir midenin idaresini yapamadığın halde, nasıl göz ve kulak gibi daire-i ihtiyar ve şuurun haricinde idare isteyen şeylere mâlik olabilirsin?"
Yəni:
Görəsən, ən asan, ən zahir və ixtiyar və şüur dairəsinə daxil olan bir mədənin idarəsini edə bilmədiyin halda, necə göz və qulaq kimi ixtiyar və şüur dairən xaricində idarə istəyən şeylərə malik ola bilərsən?!
"Madem sana verilen hayat ve hayatın levâzımatı temlik değil, ibâhadır. Elbette ibâhanın düsturuyla hareket etmek lâzımdır. Yani, nasıl bir zât, ziyafete misafirleri dâvet eder. Onlara, meclis ziyafetindeki eşyadan ve ziyafetten istifadeyi ibâha ediyor, temlik etmiyor. İbâha ve ziyafetin kaidesi ise, mihmandarın rızası dahilinde tasarruf etmektir. Öyleyse israf edemez, başkasına ikram edemez, sofradan kaldırıp başkasına sadaka veremez, dökemez, zâyi edemez. Eğer temlik olsaydı, yapabilirdi ve kendi arzusuyla hareket edebilirdi."
Yəni:
Madam ki, sənə verilən həyat və həyatın lazımı olan şeylər, təmlik deyil, ibahədir. Əlbəttə, ibahənin düsturu ilə hərəkət etmək lazımdır. Yəni, necə ki, bir şəxs, qonaqları ziyafətə dəvət edir. Onlara, məclis ziyafətindəki əşyadan və ziyafətdən, istifadəni ibahə edir, (lakin) təmlik etmir. İbahə və ziyafətin qaydası isə, qonaq sahibinin razılığı daxilində təsərrüf etməkdir. Elə isə,
~ israf edə;
~ başqasına ikram edə;
~ süfrədən qaldırıb başqasına sədəqə verə;
~ tökə;
~ zay
edə bilməz. Əgər təmlik olsaydı, bunları edə və öz arzusu ilə hərəkət edə bilərdi.
"Aynen bunun gibi, Cenâb-ı Hak sana ibâha suretinde verdiği hayatı intiharla hâtime çekemezsin, gözünü çıkaramazsın ve mânen gözü kör etmek demek olan gözü verenin rızası haricinde harama sarf edemezsin. Ve hâkezâ, kulağı ve dili ve bunlar gibi cihazâtı harama sarf etmekle mânen öldüremezsin. Ve eti yenilmeyen hayvanını lüzumsuz tâzip edip katledemezsin. Ve hâkezâ, bütün sana verilen nimetler, bu misafirhane-i dünyanın sahibi olan Mihmandar-ı Kerîm-i Zülcelâlin kavânîn-i şeriatı dairesinde tasarruf etmek gerektir."
Yəni:
Eynilə, bunun kimi, Haqq Taalanın, sənə, ibahə surətində verdiyi:
~ həyata, intiharla xatimə çəkə bilməzsən;
~ gözünü çıxara bilməzsən; və
~ mənən gözü kor etmək demək olan gözü verənin razılığı xaricində harama sərf edə bilməzsən.
Və yenə,
~ qulağı və dili və bunlar kimi cihazları harama sərf etməklə, mənən öldürə bilməzsən. Və
~ əti yeyilməyən heyvanına, lüzumsuz əzab verib qətl edə bilməzsən. Və yenə,
~ bütün sənə verilən nemətləri, bu dünya mehmanxanasının Sahibi olan cəlal və kərəm sahibi
Mehmandar'ın şəriət qanunları çərçivəsində təsərrüf etmək lazımdır.
----------------------------
----------------------------
"Bu ahali, çoluk-çocuğuyla asker olmuşlar."
Kainatı bir ordugaha bənzətsək, bütün mövcudat, bu ordugahda, "səma və yer taborları"nda, silah altına alınmış əskərlər kimidir. Əskər, təlim və cihad vəzifəsilə mükəlləf olan; dövləti, daxili və xarici təhlükələrə qarşı qoruyan kimsədir. Bu cəhətlə, aləmdəki bütün mövcudat, düşmənlərə, yəni, zalımlara, kafirlərə, müşriklərə və asilərə qarşı bir əskər vəziyyətindədirlər. Həm Allahın səltənətini, həm o səltənətə itaət edən möminləri, müdafiə və mühafizə edirlər. Quran, bu İlahi əskərləri, belə xəbər verməkdədir:
...وَلِلَّهِ جُنُودُ ٱلسَّمَـٰوَٰتِ وَٱلْأَرْضِ...
"...Göylərin və yerin orduları, Allaha aiddir..." (Fəth/4, 7);
يَـٰٓأَيُّهَا ٱلَّذِينَ ءَامَنُوا۟ ٱذْكُرُوا۟ نِعْمَةَ ٱللَّهِ عَلَيْكُمْ إِذْ جَآءَتْكُمْ جُنُودٌ فَأَرْسَلْنَا عَلَيْهِمْ رِيحًا وَجُنُودًا لَّمْ تَرَوْهَا ۚ وَكَانَ ٱللَّهُ بِمَا تَعْمَلُونَ بَصِيرًا
"Ey iman gətirənlər! Allahın sizə göstərdiyi iltifatını xatırlayın. O zaman ki, düşmən ordusu, sizin üstünüzə hücuma keçmişdi, Biz də, onların üstünə, külək və görmədiyiniz qoşunlar göndərmişdik. Allah, sizin nə etdiyinizi görür." (Əhzab/9)
Ayətin ifadəsilə, Allahın əskərlərindən biri, küləkdir, ki, Xəndək döyüşündə meydana çıxan bir fırtına, düşmən çadırlarını sökür; atəşlərini söndürür; atlarını hürküdür; düşməni, toz və dumana boğurdu.
Müəllif, "Şüalar" adlı əsərinin 7-ci Şüası olan "Ayətu'l-Kubra" risaləsində (s. 128-129), bu həqiqəti, belə ifadə etməkdədir:
“ وَ ِللّٰهِ جُنُودُ السَّمٰوَاتِ وَاْلاَرْضِ
âyetinin askerlik mânâsını ihsas eden temsiline göre, zerrât ordusundan ve nebatat fırkalarından ve hayvanat taburlarından, tâ yıldızlar ordusuna kadar olan cünud-u Rabbaniyeden, o küçücük memurlarda ve bu pek büyük askerlerde hâkimane tekvinî emirlerin, âmirane hükümlerin, şâhane kanunların cereyanları, bedahetle bir hâkimiyet-i mutlakanın ve bir âmiriyet-i küllîyenin vücuduna delalet ederler.”
Yəni:
“Göylər və yerin orduları, Allaha məxsusdur." ayətinin, əskərlik mənasını hiss etdirən təmsilinə görə,
~ zərrələr ordusundan; və
~ bitkilər firqələrindən; və
~ heyvanlar taborlarından;
~ ta ulduzlar ordusuna qədər olan Rabbani (Allahın tərbiyəsindən keçmiş) ordulardan,
o kiçik məmurlarda və bu çox böyük əskərlərdə hökm edən təkvini əmrlərin, əmr edən hökmlərin, şahanə (şaha yaraşan) qanunların cərəyanları, açıq bir şəkildə, mütləq bir hökm ediciliyin və külli bir əmr ediciliyin varlığına dəlalət edər.
-------------------------------
-------------------------------
"Veya memur olmuşlar."
Kainat, bir dövlətə bənzədilsə, bütün mövcudat, o dövlətin məmurları hökmündə olar. Bu məmurlar, kainat Sultan'ının əmrlərinə muti (itaət edən) olduqları kimi; o səltənətə qarşı iman və itaətlə qarşılıq verən möminlərə də, dost və köməkçi vəziyyətini alar və onlara xidmətçi olarlar. Quran-i Kərim, bu həqiqəti, belə ifadə etməkdədir:
أَلَمْ تَرَ أَنَّ ٱللَّهَ يُسَبِّحُ لَهُۥ مَن فِى ٱلسَّمَـٰوَٰتِ وَٱلْأَرْضِ وَٱلطَّيْرُ صَـٰٓفَّـٰتٍ ۖ كُلٌّ قَدْ عَلِمَ صَلَاتَهُۥ وَتَسْبِيحَهُۥ ۗ وَٱللَّهُ عَلِيمٌۢ بِمَا يَفْعَلُونَ • وَلِلَّهِ مُلْكُ ٱلسَّمَـٰوَٰتِ وَٱلْأَرْضِ ۖ وَإِلَى ٱللَّهِ ٱلْمَصِيرُ
"Məgər göylərdə və yerdə olanların, həm də qanad açıb uçan quşların Allahı təsbih etdiklərini görmürsənmi? Hər biri, öz duasını və təsbihini bilir. Allah, onların nə etdiklərini bilir. Göylərin və yerin mülkü, Allaha məxsusdur. Dönüş də, Allahadır." (Nur/41-42)
...وَلَهُۥٓ أَسْلَمَ مَن فِى ٱلسَّمَـٰوَٰتِ وَٱلْأَرْضِ طَوْعًا وَكَرْهًا...
"...Göylərdə və yerdə olan hər bir məxluq, istər-istəməz, Ona təslim olmuşdur..." (Al-i İmran/83)
Müəllif (rahmətullahi aleyh), mövcudatın vəzifə surətindəki ibadətlərini, "Məktubat" (29-cu Məktub, 1-ci Qisim, 6-cı Nüqtə, s. 379), belə ifadə etməkdədir:
"...Bak, kâinattaki bütün mevcudata: Zîhayat olsun, câmid olsun, kemâl-i itaat ve intizamla vazife suretinde ubûdiyetleri var. Bir kısmı, şuursuz, hissiz oldukları halde, gayet şuurkârâne, intizamperverâne ve ubûdiyetkârâne vazife görüyorlar. Demek, bir Mâbud-u Bilhak ve bir Âmir-i Mutlak vardır ki, bunları ibadete sevk edip istihdam ediyor..."
Yəni:
Bax, kainatdakı bütün mövcudata: Həyat sahibi olsun, cansız olsun, mükəmməl itaət və intizamla, vəzifə surətində qulluqları vardır (yəni, hər bir həyat sahibinin fitri, yəni yaradılışından gələn ibadəti, Allahın o həyat sahibinə yükləmiş olduğu vəzifədir. O vəzifəni yerinə yetirməklə, Allaha ibadət etmiş sayılır. Çünki o vəzifəni ifa etməklə, Allahın əmrinə riayət etmiş olur. Allahın əmrinə riayət etmək isə, ibadətdir.
Məsələn, həyat sahibi bir varlıq olan arı, bal verməklə, ortaya bir fel qoymuşdur. Əslində bu fel və felin nəticəsi olan bal, arının əsəri deyildir. Allahın, onu bu işdə istixdam etməsi /çalışdırmasıdır). Bir qismi, şüursuz, hissiz olduqları halda, çox şüurlu, intizamlı və qullud edərcəsinə vəzifə görürlər. Demək ki, haqqı ilə ibadətə layiq və mütləq əmr sahibi olan Biri vardır ki, bunları ibadətə sövq edib istixdam edir/çalışdırır.
---------------------------------------------
---------------------------------------------
"Şu işlerde, sivil (mülki) olarak istihdam ediliyor (çalışdırılır)'lar. Onun için, sana ilişmiyorlar."
Yəni, zahirən, əskər və məmur olaraq görünmürlər. Lakin, şiddətli bir intizamın varlığı göstərir ki, bu əhali, bir əmr və qanun dairəsində hərəkət edən əskərlər və məmurlardırlar. O əhalinin, əskər və məmur olduqları halda sivil olaraq çalışdırılmaları, bir imtahan gərəyidir. Yəni, dövlət, imtahan gərəyi belə etmişdir. Onlara, rəsmi və ya əskəri bir uniforma geyindirilməmişdir ki, imtahandakı sirlər ortadan qalxmasın.
Müəllifin bu sözündən, onların, bəzən də ilişdikləri başa düşülməkdədir. Əsl cəza məhəlli axirət olduğu üçün, əsl cəza, ora ertələnir. Bununla bərabər, o uxrəvi (axirətə aid) cəzanın bir kölgəsi olaraq və o uxrəvi cəzanı hiss etdirmək məqsədilə, bəzən, bu dünyada belə cəza verilir. Çünki, O cəlal sahibi Suıtan, səltənətini tanımayan asiləri, şirk, küfr və üsyanlarından dönərlər deyə, bəzən, bu dünyada da məmur və əskərləri vasitəsilə cəzalandırmaqdadır.
Gələcək ayətlər, kafir və asilərin, O cəlal sahibi Sultanın elçilərini eşitmədikləri vaxt, əzaba necə düçar olduqlarını, belə ifadə buyurmaqdadır:
وَمَآ أَرْسَلْنَا فِى قَرْيَةٍ مِّن نَّبِىٍّ إِلَّآ أَخَذْنَآ أَهْلَهَا بِٱلْبَأْسَآءِ وَٱلضَّرَّآءِ لَعَلَّهُمْ يَضَّرَّعُونَ • ثُمَّ بَدَّلْنَا مَكَانَ ٱلسَّيِّئَةِ ٱلْحَسَنَةَ حَتَّىٰ عَفَوا۟ وَّقَالُوا۟ قَدْ مَسَّ ءَابَآءَنَا ٱلضَّرَّآءُ وَٱلسَّرَّآءُ فَأَخَذْنَـٰهُم بَغْتَةً وَهُمْ لَا يَشْعُرُونَ • وَلَوْ أَنَّ أَهْلَ ٱلْقُرَىٰٓ ءَامَنُوا۟ وَٱتَّقَوْا۟ لَفَتَحْنَا عَلَيْهِم بَرَكَـٰتٍ مِّنَ ٱلسَّمَآءِ وَٱلْأَرْضِ وَلَـٰكِن كَذَّبُوا۟ فَأَخَذْنَـٰهُم بِمَا كَانُوا۟ يَكْسِبُونَ
"Biz, hansı bir ölkəyə peyğəmbər göndərdiksə, onun əhalisini, sıxıntıya və bəlaya düçar etdik ki, bəlkə boyun əyələr. Sonra, pisliyi yaxşılıqla əvəz etdik. Nəhayət onlar, firavanlıq içində yaşayarkən: 'Atalarımıza da belə qıtlıq və bolluq üz vermişdi.' dedilər. Biz də, onları, heç özləri də hiss etmədən, qəflətən yaxaladıq. Əgər o ölkələrin əhalisi, iman gətirib Allahdan qorxsaydı, əlbəttə, Biz, onların üstünə göydən və yerdən bərəkət qapılarını açardıq. Lakin onlar, peyğəmbərləri yalançı hesab etdilər. Biz də, onları qazandıqları günahlara görə, əzabla yaxaladıq." (Əraf/94-96);
وَلَقَدْ أَرْسَلْنَآ إِلَىٰٓ أُمَمٍ مِّن قَبْلِكَ فَأَخَذْنَـٰهُم بِٱلْبَأْسَآءِ وَٱلضَّرَّآءِ لَعَلَّهُمْ يَتَضَرَّعُونَ • فَلَوْلَآ إِذْ جَآءَهُم بَأْسُنَا تَضَرَّعُوا۟ وَلَـٰكِن قَسَتْ قُلُوبُهُمْ وَزَيَّنَ لَهُمُ ٱلشَّيْطَـٰنُ مَا كَانُوا۟ يَعْمَلُونَ • فَلَمَّا نَسُوا۟ مَا ذُكِّرُوا۟ بِهِۦ فَتَحْنَا عَلَيْهِمْ أَبْوَٰبَ كُلِّ شَىْءٍ حَتَّىٰٓ إِذَا فَرِحُوا۟ بِمَآ أُوتُوٓا۟ أَخَذْنَـٰهُم بَغْتَةً فَإِذَا هُم مُّبْلِسُونَ • فَقُطِعَ دَابِرُ ٱلْقَوْمِ ٱلَّذِينَ ظَلَمُوا۟ ۚ وَٱلْحَمْدُ لِلَّهِ رَبِّ ٱلْعَـٰلَمِينَ
"Səndən əvvəl də, ümmətlərə, elçilər göndərmişdik. Biz, onları, sıxıntıya və xəstəliyə düçar etdik ki, bəlkə boyun əyələr. Nə üçün əzabımız onlara gəldiyi zaman, boyun əymədilər? Onların qəlbləri sərtləşdi, şeytan da, onlara, etdikləri əməlləri gözəlləşdirdi. Onlar, özlərinə edilmiş xəbərdarlığı unutduqları zaman, hər şeyin qapılarını, onların üzünə açdıq. Özlərinə verilən şeylərə sevindikləri vaxt isə, onları, qəflətən yaxaladıq və onlar, naümid qaldılar. Beləliklə də, zalım qövmün kökü kəsildi. Həmd olsun aləmlərin Rəbbi Allaha." (Ənam/42-45)
----------------------------------------------
----------------------------------------------
"Fakat, intizam, şedit (şiddətli)'dir."
Əmin dostu, o sərsəmə dedi:
Diqqət et! Bu diyarın Malik və Sahibi, hər şeyə bir qanun qoymuş və mövcudatı, o qanunlara görə sövq və idarə etməkdədir. Bu şiddətli intizamdan dolayı, bütün mövcudat, bir əskər və ya bir məmur vəziyyətini almışlardır. Bütün mövcudatı, qanunsuz və nizamsız buraxmayan bu diyar Sahibi; heç mümkünmüdür ki, insanın felləri, qövlləri (sözləri) və əhvalını (hallarını), qanunsuz, nizamsız qoysun?! Əlbəttə, insanın da, fel, qövl və halını tənzim edəcək bir nizamnaməsi və o nizamnaməni xalqa təbliğ və icra edəcək elçiləri, olacaqdır. Başda Quran olmaq üzərə bütün səmavi kitablar, bu diyar Padşahının bir nizamnaməsi olduğu kimi; başda Muhamməd (sallallahu aleyhi və səlləm) olmaq üzərə bütün rəsullar da, o nizamnaməni təbliğ və icra edən elçiləridir. Əlbəttə ki, o nizamnaməyə boyun əyməyənlər və o elçiləri dinləməyənlər, şiddətli bir cəza ilə cəzalandırılacaqlardır. Çünki, təkvini (kainatdakı fitri) qanunlara boyun əyməyənlər, cəzalandırıldıqlarına görə; təklifi əmrlərə boyun əyməyənlərin cəzalandırılmamaları, düşünülə bilməz. Məsələn, təkvini əmrlərdən biri, odun yandırıcılığıdır. Allahın kainatda qoyduğu bu qanununa görə, bir kimsə, əlini odun içinə salsa, od, onu yandırar (digər qanunları da, belədir). Elə isə, təklifi əmrlərindən biri olan "iman" və saleh əməl işləmək əmrinə tabe olmayanlar, necə cəzasız buraxıla bilər?! (Digər əmrlərinə də, buna qiyasla bax!) (haşiyə)
----------------------------
(Haşiyə:
Şəriət nədir? Qisimləri hansılardır?
https://suallarlaislam.com/.../s%C9%99ri%C9%99t-n%C9%99dir)
-----------------------------
Müəllif, bir risaləsində ("Sözlər", Ləməat, s. 681), belə deyir:
"Karıncayı emirsiz, arıyı yâsupsuz bırakmayan kudret-i ezeliye, elbette,
Beşeri de bırakmaz şeriatsiz, nebîsiz. Sırr-ı nizam-ı âlem böyle ister elbette..."
Yəni:
Qarışqanı, əmirsiz; arını, arı bəysiz qoymayan əzəli qüdrət; bəşəri də, şəriətsiz, nəbisiz qoymaz. Aləmin nizamındakı sirr, belə istəyər əlbət...
Yenə Müəllif (rahmətullahi aleyh), bir risaləsində ("Sözlər", 22-ci Söz, 1-ci Məqam, 10-cu Bürhan, s. 282), belə deyir:
"Eğer şu âlemin nizamlarını bilmezsek, Padişahını tanımazsak, cezaya müstehak oluruz. Özrümüz kalmadı. Zira, on beş gün, güya bize mühlet verilmiş gibi, bize ilişmiyorlar. Elbette biz başıboş değiliz. Bu derece nazik san'atlı, mizanlı, letâfetli, ibretli masnular içinde hayvan gibi gezip bozamayız. Bize bozdurmazlar. Şu memleketin haşmetli mâlikinin elbette cezası da, dehşetlidir.
O zat ne kadar kudretli, haşmetli bir zat olduğunu şununla anlayınız ki, şu koca âlemi bir saray gibi tanzim ediyor, bir dolap gibi çeviriyor. Şu büyük memleketi, bir hane gibi, hiçbir şey noksan bırakmayarak idare ediyor..."
Yəni:
"Əgər bu aləmin nizamını bilməzsək, Padşahını tanımazsaq, cəzaya haqq qazanmış olarıq. Üzrümüz qalmadı. Çünki, 15 gün (büluğ yaşına işarətdir), guya bizə möhlət verilmiş kimi, bizə ilişmirlər. Əlbəttə ki, biz, öz başına deyilik. Bu dərəcə nazik, sənətli, mizanlı, lətafətli, ibrətli məsnular (sənətlə yaradılan şeylər) içində, heyvan kimi gəzib toza bilməriz. Bizə, bunun üçün imkan verməzlər. Bu diyarın həşmətli Malik'inin, əlbəttə ki cəzası da, şiddətlidir.
O Zatın, nə qədər qüdrətli, həşmətli bir Zat olduğunu bununla bil ki, bu böyük aləmi, bir saray kimi tənzim edir, bir dolab kimi çevirir. Bu böyük diyarı, bir ev kimi, heç bir şey nöqsan olmadan idarə edir..."
Müəllif, bir digər risaləsində ("Sözlər", 25-ci Söz: "Quran möcüzəsi", 1-ci Şölə, 1-ci Şua, s. 363-364), belə deyir:
يَامَعْشَرَ الْجِنِّ وَاْلاِنْسِ اِنِ اسْتَطَعْتُمْ اَنْ تَنْفُذُوا مِنْ اَقْطَارِ السَّمٰوَاتِ وَاْلاَرْضِ فَانْفُذُوا لاَ تَنْفُذُونَ اِلاَّ بِسُلْطَانٍ • فَبِاَىِّ اٰلاَءِ رَبِّكُمَا تُكَذِّبَانِ • يُرْسَلُ عَلَيْكُمَا شُوَاظٌ مِنْ نَارٍ وَنُحَاسٌ فَلاَ تَنْتَصِرَانِ • فَبِاَىِّ اٰلاَءِ رَبِّكُمَا تُكَذِّبَانِ • وَلَقَدْ زَيَّنَّا السَّمَۤاءَ الدُّنْيَا بِمَصَابِيحَ وَجَعَلْنَاهَا رُجُومًا لِلشَّيَاطِينِ
âyetlerini dinle, bak ki ne diyor?
Diyor ki: "Ey acz ve hakareti içinde mağrur ve mütemerrid ve zaaf ve fakrı içinde serkeş ve muannid olan ins ve cin! Emirlerime itaat etmezseniz, haydi, elinizden gelirse hudud-u mülkümden çıkınız! Nasıl cesaret edersiniz ki, öyle bir Sultanın emirlerine karşı gelirsiniz; yıldızlar, aylar, güneşler, emirber neferleri gibi emirlerine itaat ederler.
Hem tuğyanınızla öyle bir Hâkim-i Zülcelâle karşı mübareze ediyorsunuz ki, öyle azametli mutî askerleri var, faraza şeytanlarınız dayanabilseler, onları dağ gibi güllelerle recmedebilirler.
Hem küfranınızla öyle bir Mâlik-i Zülcelâlin memleketinde isyan ediyorsunuz ki, cünudundan öyleleri var, değil sizin gibi küçük, âciz mahlûklar, belki farz-ı muhal olarak dağ ve arz büyüklüğünde birer adüvv-ü kâfir olsaydınız, arz ve dağ büyüklüğünde yıldızları, ateşli demirleri size atabilirler, sizi dağıtırlar.
Hem öyle bir kanunu kırıyorsunuz ki, onunla öyleler bağlıdır, eğer lüzum olsa arzınızı yüzünüze çarpar, gülleler gibi, küreler misillü yıldızları üstünüze Allah'ın izniyle yağdırabilirler."
Yəni:
"Ey cin və insan tayfası! Əgər göylərin və yerin hüdudlarını yarıb keçə bilərsinizsə, keçin! Siz, ancaq, qüdrət və qüvvətlə keçə bilərsiniz. Elə isə, Rəbbinizin hansı nemətlərini yalan sayırsınız? Sizin üstünüzə, tüstüsüz alov və ərimiş mis (və ya tüstü) göndəriləcək və siz, bir-birinizə kömək edə bilməyəcəksiniz. Elə isə, Rəbbinizin hansı nemətlərini yalan sayırsınız?" (Rahmən/33-36)" • "Biz, sizə yaxın olan göyü, ulduzlarla bəzədik və onları, şeytanlara atılan alovlar etdik." (Mulk/5) ayətlərini dinlə, bax ki, nə deyir?
Deyir:
Ey acizlik və həqirliyi içində məğrur və inadçı; zəiflik və möhtaclığı içində, baş qaldıran və inadçı olan insan və cin! Əmrlərimə itaət etməzsəniz, əlinizdən gəlirsə, mülkümün hüdudlarından çıxın! Elə bir Sultanın əmrlərinə qarşı gəlməyə, necə cəsarət edə bilərsiniz? (Ki), ulduzlar, aylar, günəşlər, əmrinə hazır əskərlər kimi, əmrlərinə itaət etməkdədirlər.
Həm tüğyan (azğınlıq, zülmdə iləri getmək) ilə, elə bir cəlal sahibi Hakim'ə qarşı mübarizə aparırsınız ki, Onun elə əzəmətli itaətkar əskərləri vardır ki, fərz edək şeytanlarınız dayana bilsələr, onları, dağ kimi güllələrlə rəcm edə (daşlaya) bilərlər.
Həm küfranınız (nankorluğunuz) ilə, elə bir cəlal sahibi Malik'in diyarında üsyan edirsiniz ki, ordularından elələri vardır ki, deyil sizin kimi kiçik, aciz məxluqlar, bundan da əlavə, imkansız da olsa fərz edək ki, sizlər, dağ və yer böyüklüyündə kafir düşmənlər olsaydınız, yer və dağ böyüklüyündə ulduzları, atəşli dəmirləri sizə ata bilər, sizi pərən-pərən sala bilərlər.
Həm elə bir qanunu qırır (qarşı gəlir, tapdalıyır)'sınız ki, o qanunla elələri bağlıdır ki, əgər lazım gəlsə, yeri üzünüzə çarpar; güllələr kimi, -kürələr misli olan- ulduzları üstünüzə, Allahın icazəsilə yağdıra bilərlər.
-------------------------------------
-------------------------------------
"Padişahın, her yerde telefonu var."
Mətndəki "telefon"dan məqsəd, Müəllifin, bu risalənin "9-cu Surət"ində (s. 51) bəyan etdiyi bu həqiqətdir:
"Ve telefon ise, makes-i vahy (vəhyin əks etdiyi yer) ve mazhar-ı ilham (ilhamın zahir olduğu yer) olan kalbden uzanan bir nisbet-i Rabbaniyyedir ki, kalb, o telefonun başıdır ve kulağı hükmündedir."
Yəni, mətndəki "telefon"dan məqsəd, "Allahın, bütün əşya ilə olan mənəvi nisbət/münasibət cəhəti"dir. O cəlal sahibi Padşah, isim və sifətlərilə, hər yerdə hazır və nazir (nəzər edən)'dir. Elə isə, belə bir Zat'ın hüzurundan qaçmaq və gizlənmək, əsla mümkün deyildir.
Bu həqiqəti, yenə Müəllifin verdiyi bir misalla ağla yaxınlaşdırmaq, mümkündür. Belə ki, O, deyir:
"Gözü veren Zât, hem gözü görür, hem ince bir mânâ olan gözün gördüğünü görür, sonra verir. Evet, senin gözüne bir gözlük yapan gözlükçü usta, göze gözlüğün yakıştığını görür, sonra yapar. Hem kulağı veren Zât, elbette o kulağın işittiklerini işitir, sonra yapar, verir." ("Şüalar", 2-ci Şüa, s. 9)
Mətndən də görüldüyü kimi, Allah, bir gözün nə gördüyünü, necə gördüyünü görür, sonra verir. Bir qulağın nə eşitdiklərini, necə eşitdiklərini bilir, sonra verir. Gözün anbaan gördüyünü və görmə felinin anbaan yaradıldığını; qulağın anbaan eşitdiyini və eşitmə felinin anbaan yaradıldığını bir düşün, Allah ilə əşya arasındakı bu nisbət, münasibət, sənin üçün daha zahir olacaqdır.
İsim və sifətlərilə hər yerdə hazır və nazir olan cəlal sahibi Allahın, hər bir insan qəlbilə də bir mənəvi nisbət/münasibəti vardır. Xüsusilə, O cəlal sahibi Allahın, vəhyin əks etdiyi yer olan peyğəmbərlərin qəlbi; və ilhamın (haşiyə) zahir olduğu yer olan vəlilərin qəlbilə də, xüsusi bir nisbət və mükaləmə/söhbəti vardır. Gələcək ayətlər, Allah ilə qul arasındakı bu nisbəti, belə ifadə etməkdədir:
وَلَقَدْ خَلَقْنَا ٱلْإِنسَـٰنَ وَنَعْلَمُ مَا تُوَسْوِسُ بِهِۦ نَفْسُهُۥ ۖ وَنَحْنُ أَقْرَبُ إِلَيْهِ مِنْ حَبْلِ ٱلْوَرِيدِ
"İnsanı Biz yaratdıq və nəfsinin ona nəyi vəsvəsə etdiyini də bilirik. Biz, ona, şah damarından da yaxınıq." (Qaf/16);
...وَهُوَ مَعَكُمْ أَيْنَ مَا كُنتُمْ ۚ وَٱللَّهُ بِمَا تَعْمَلُونَ بَصِيرٌ
"...Siz harada olsanız belə, O sizinlədir. Allah, sizin nə etdiklərinizi görür..." (Hədid/4)
...وَهُوَ عَلِيمٌۢ بِذَاتِ ٱلصُّدُورِ
"...O, kökslərdə olanları bilir." (Hədid/6)
-----------------------------
(Haşiyə:
İlham nədir?
https://archive.org/details/ilham1_202305
-----------------------------
-----------------------------
"...ve memurları bulunur..."
Bütün mövcudat, Allahın məmurları olmaqla bərabər, xüsusilə, o məmurlardan, zəbt və qeyd vəzifəsilə vəzifələndirilmiş məmurlar mövcuddur. Bunlara, mələkləri misal vermək olar. Bu məmurlar, kainatda cərəyan edən hər hadisəni qeyd etməklə bərabər, xüsusilə insan və cinlərin kiçik-böyük hər əməllərini zəbt edib mühafizə edirlər. Uca Allah, Quranda, belə buyurur:
وَإِنَّ عَلَيْكُمْ لَحَـٰفِظِينَ • كِرَامًا كَـٰتِبِينَ • يَعْلَمُونَ مَا تَفْعَلُونَ
"Həqiqətən, sizin üstünüzdə nəzarətçilər vardır –çox möhtərəm, əməllərinizi yazanlar. Onlar sizin nə etdiklərinizi bilirlər." (İnfitar/10-12)
--------------------
--------------------
"Çabuk git, dehalet et (daxil ol, sığın)!"
Yəni:
Fisq, küfr və şirkindən dolayı, tövbə et! Rəbbinə dön! Qüsurunu dərk edib, Allahın əmrlərinə boyun əy! Ta ki, kainat Sultan'ının hiddətindən və bütün mövcudatın nifrətindən qurtulub, nicat tapa biləsən.
Quran-i Kərim, bir çox ayətində, asi və mucrim qulları, Allahın dərgahına sığınmağa əmr və dəvət etməkdədir. Məsələn:
وَٱسْتَغْفِرُوا۟ رَبَّكُمْ ثُمَّ تُوبُوٓا۟ إِلَيْهِ ۚ إِنَّ رَبِّى رَحِيمٌ وَدُودٌ
"Rəbbinizdən bağışlanma diləyin, sonra Ona tövbə edin. Həqiqətən, Rəbbim, Rəhmlidir, Vədud (sevəndir, həm də sevilən)'dir." (Hud/90);
...وَتُوبُوٓا۟ إِلَى ٱللَّهِ جَمِيعًا أَيُّهَ ٱلْمُؤْمِنُونَ لَعَلَّكُمْ تُفْلِحُونَ
"...Hamınız Allaha tövbə edin ki, bəlkə nicat tapasınız." (Nur/31)
Müəllif də, risalələrindən birində ("Ləmalar", 13-cü Ləma, 11-ci İşarət, s. 85), belə deyir:
"Ey cirmi ve cismi küçük ve cürmü ve zulmü büyük ve ayıp ve zenbi azîm biçare insan! Kâinatın hiddetinden, mahlûkatın nefretinden, mevcudatın öfkesinden kurtulmak istersen, işte kurtulmanın çaresi: Kur'ân-ı Hakîmin daire-i kudsiyesine girmektir ve Kur'ân'ın mübelliği olan Resul-i Ekrem Aleyhissalâtü Vesselâmın sünnet-i seniyyesine ittibâdır. Gir ve tâbi ol."
Yəni:
Ey maddəsi və cismi kiçik; və günahı və zülmü böyük; və eyb və qəbahəti əzəmətli, çarəsiz insan! Kainatın hiddətindən; məxluqatın nifrətindən; mövcudatın qəzəbindən qurtulmaq istəyirsənsə, qurtulmanın çarəsi: Hikmətli Quranın müqəddəs dairəsinə girmək; və Quranın mübəlliği (təbliğçisi) olan Allah rəsulu (sallallahu aleyhi və səlləm)'in sünnətinə tabe olmaqdır. Gir və tabe ol!"
---------------------
---------------------
"Fakat, o sersem inad edip dedi: "Yok, miri malı değil, belki, vakıf malıdır, sahibsizdir. Herkes, istediği gibi tasarruf edebilir. Bu güzel şeylerden istifadeyi men edecek (əngəlləyəcək) hiç bir sebep görmüyorum."
~ "Miri malı", dövlətə aid olan və dövlətin işlətdiyi binalar, ərazilər və iş yerləridir. Şəxslər, bu mallarda, dövlətin icazəsi olmadan və ya müəyyən bir qarşılıq ödəmədən təsərrüf edə bilməzlər.
~ "Vəqf malı" isə, xeyir üçün vəqf edilmiş və xüsusilə, kasıb insanların ehtiyaclarına ərz edilmiş şeylərdir. Bu mallardan faydalananlar, qarşılığında heç bir şey ödəməzlər.
Misaldakı sərsəm adam, bu dünyada, onun istifadəsinə ərz edilən məxluqatı, vəqf malı kimi görməkdə, yəni, onları istifadə etməsinə, onlardan faydalanmasına qarşılıq, özünə heç bir vəzifə düşmədiyi zənnindədir. Bundan da əlavə, bu gözəl şeylərdən istifadədən əngəlləyəcək hər hansı bir səbəb də görməməkdədir.
Bu düşüncə, bütün əhl-i şirk və küfrün ortaq düşüncəsidir. Quran, onların bu düşüncələrini, belə ifadə buyurmaqdadır:
قَالُوا۟ يَـٰشُعَيْبُ أَصَلَوٰتُكَ تَأْمُرُكَ أَن نَّتْرُكَ مَا يَعْبُدُ ءَابَآؤُنَآ أَوْ أَن نَّفْعَلَ فِىٓ أَمْوَٰلِنَا مَا نَشَـٰٓؤُا۟...
"Onlar dedilər: “Ey Şueyb! Atalarımızın ibadət etdikləri məbudlardan; yaxud mallarımızı istədiyimiz kimi istifadə etməkdən vaz keçməyimizi, Sənə, namazınmı əmr edir?" (Hud/87)
Şuayb (əleyhissəlam), onları, 2 şeyə dəvət edirdi:
1. Tövhid;
2. İnsanların haqlarına təcavüzdən uzaq durmaq.
Onlar da, "Bütləri tərk etmək, bizə münasib olmaz. Çünki, atalarımızın məbudlarıdırlar. Mallarımızda da, istədiyimiz kimi təsərrüf etmək səlahiyyətinə sahibik. Çünki, mülkün sahibi, mülkündə istədiyi kimi təsərrüf etməyə iznlidir. O halda, ölçü və tərəzidə, istədiyimiz kimi təsərrüf edərik. Az verər, çox alarıq; və ya çox verər, az alarıq. Mal, bizimdir. Sən, bizə qarışa bilməzsən." deməklə, Şuaybın vəhyə istinad edən təbliğatını dinləməyəcəklərinə dair söz verdilər və Ondan üz döndərdilər.
Müəllifin, "Bu güzel şeylerden istifadeyi men edecek (əngəlləyəcək) hiç bir sebep görmüyorum." cümləsi, belə kimsələrə işarətdir.
-----------------------------------
-----------------------------------
"Daha sonra, bu adam, Allahı, "Gözümle görmezsem, inanmayacağım." dedi."
Hər əsrdəki münkir (inkar edənlər tayfası), bu ifadəni istifadə etmişlərdir. Necə ki, Quran-i Kərim, Musa (əleyhissəlam)'ın qövmü olan Bəni İsrail'in inkarından, belə bəhs etməkdədir:
...يَـٰمُوسَىٰ لَن نُّؤْمِنَ لَكَ حَتَّىٰ نَرَى ٱللَّهَ جَهْرَةً...
"...Ey Musa! Biz, Allahı açıq-aşkar görməyincə, Sənə iman gətirməyəcəyik!” (Bəqərə/55)
----------------------------------
----------------------------------
“Hem feylesofane (filosof kimi) çok safsatiyyatı (səfsətələr) söyledi.”
"Səfsətə": "ümumilikdə, müqəddimələri vəhmiyyatdan (haşiyə-1) meydana gələn, ancaq məşhurata (haşiyə-2) bənzəyən qəziyyələrdən (haşiyə-3) təşəkkül edən qiyas"dır.
Mücməl olaraq ifadə etsək,
Qiyas, müqəddimələri doğru kimi görünən yalan qəziyyələrdən təşəkkül edərsə, "səfsətə" deyilir.
Məsələn, "Bu divardakı şəkil, atdır. Hər at da, kişnəyir. Elə isə, bu divardakı şəkil də, kişnəyir."
----------------------------
(Haşiyə-1:
~ Vəhm qüvvəsi üçün bax:
https://suallarlaislam.com/m%C9%99qal.../10-hiss-hansilardir
~ Məntiq elmində "vəhm": "2 hökmdən tərcihə uzaq və 2 qənaətin daha zəif olanı"na deyilir.
Qısaca ifadə etsək, hökmlərdə, 2 tərəfdən biri tərcih edilməklə bərabər, digər tərəf tamamilə tərk edilməzsə, tərcih edilən tərəfə - zənn; zəif tərəfə isə - vəhm deyilir. Əgər zehn, zəif tərəfi tərk edərsə, tərcih edilən tərəf - "zənn-i qalib" adını alır.
~ Vəhmiyyat: Zehnin bir qüvvəsi olan vəhm və ya xəyalın, təcrübi varlıq və hadisələrə baxmaq və ümumiləşdirmək surətilə meydana gətirdiyi qəziyyələrdir. Məsələn, cisimlərin məkanda yer tutmalarına baxaraq, "Var olan hər şey də, məkanda yer tutar." şəklində iləri sürülən qəziyyələr, vəhmiyyat'dandır.
Haşiyə-2:
Məşhurat: Doğruluğu, insanlar tərəfindən qəbul görmüş olmasından qaynaqlanan qəziyyələrdir. Ancaq, burdakı "insanlar", ümumi mənada olmayıb istisna, hər zaman mövcuddur. Bu səbəblə, "məşhurat"ın doğruluğu, örfi olub, əsrlərə, bölgələrə, ölkələrə və ya sənət sahələrinə görə dəyişə bilər. Məntiqçilər, bu qəziyyələrə, əksəriyyətlə, "Ədalət, gözəldir.", "Yalan, pisdir." kimi əxlaqi hökmləri nümunə verirlər.
Haşiyə-3:
Qəziyyə: Hökm bildirən cümlələr üçün istifadə edilən məntiq terminidir. Aristotel, qəziyyəni, "Özü ilə, bir şey haqqında, bir başqa şeyin təsdiq və ya inkar edildiyi sözdür." deyə tərif etmişdir. Buna görə, qəziyyə, "2 və ya daha çox terminlə edilmiş müsbət və ya mənfi hökm bildirən cümlədir."
-----------------------------------
Quran nəzərində, dəlalət əhlinin bütün sözləri, səfsətə'dir. Zahirən parlaq və zinətli görünsə də, batinən boş və həqiqətsizdir. Gələcək ayət, bu həqiqəti ifadə etməkdədir:
وَكَذَٰلِكَ جَعَلْنَا لِكُلِّ نَبِىٍّ عَدُوًّا شَيَـٰطِينَ ٱلْإِنسِ وَٱلْجِنِّ يُوحِى بَعْضُهُمْ إِلَىٰ بَعْضٍ زُخْرُفَ ٱلْقَوْلِ غُرُورًا...
"Beləliklə, Biz, hər bir peyğəmbər üçün, insanlar və cinlərdən olan şeytanlarından düşmənlər müəyyən etdik. Bunlar, aldatmaq məqsədilə, bir-birlərinə, təmtəraqlı sözlər təlqin edirlər." (Ənam/112)
Həm Quran nəzərində, dəlalət əhlinin bütün fikirləri, elmə və haqqa istinad etmədiyi üçün, zənn'dən ibarətdir. Quran-i Kərim, bu həqiqəti, bir çox ayətlərində ifadə etmişdir. Nümunə olaraq, onlardan birini zikr edirik:
وَمَا لَهُم بِهِۦ مِنْ عِلْمٍ ۖ إِن يَتَّبِعُونَ إِلَّا ٱلظَّنَّ ۖ وَإِنَّ ٱلظَّنَّ لَا يُغْنِى مِنَ ٱلْحَقِّ شَيْـًٔا
"Halbuki, buna dair, heç bir elmləri / bilikləri yoxdur. Sadəcə olaraq, zənnə qapılırlar. Zənn isə, əsla həqiqət ola bilməz." (Nəcm/28)
-------------------------------
-------------------------------
"Daha sonra, "İkisi arasında, ciddi bir münazara başladı."
"Münazirə": Haqqın izharı üçün qarşılıqlı dəlil gətirməyə deyilir.
"Mücadilə" və "münaqişə" isə: Müxalif tərəfi məğlub etmək üçün, dəlil gətirməyə deyilir.
Quran nəzərində, münazirə, caizdir. Çünki, haqqın izharı üçündür. Mücadilə və münaqişə isə, caiz deyildir. Çünki, mücadilə və münaqişədə, haqqın izharı deyil, müxalif tərəfin məğlubiyyətilə, şəxsin, öz ənaniyyətini (eqosunu) ön plana çıxarması vardır. Bundan dolayıdır ki, Müəllif (rahiməhullah), mətndə, "münazirə" təbirini istifadə etmişdir.
Müəllif, bu mövzunu, əsərlərində, belə izah etməkdədir:
"...Mesâil-i imaniyenin (imana dair məsələlərin), münakaşa suretinde bahsi caiz değildir...
...Mezkûr (zikr edilən) mesâil (məsələlər) gibi dakik (incə) mesâil-i imaniyeyi (iman məsələlərini), mizansız mücadele suretinde cemaat içinde bahsetmek, caiz değildir. Mizansız mücadele olduğundan, tiryak iken, zehir olur. Diyenlere, dinleyenlere zarardır. Belki, böyle mesâil-i imaniyenin (imana dair məsələlərin), itidal-i demle (soyuqqanlılıqla, tədbirli bir şəkildə), insafla, bir müdavele-i efkâr (fikir alış-verişi) suretinde bahsi, caizdir." ("Məktubat", 12-ci Məktub, s. 42)
Yenə, Müəllifimiz, bir digər risaləsində ("Məktubat", 28-ci Məktub, 2-ci Məsələ, s. 336), belə deyir:
"Bu çeşit mesâili (məsələləri) münakaşa etmenin birinci şartı, insafla, hakkı bulmak niyetiyle, inatsız bir surette, ehil olanların mabeyninde (arasında), sû-i telâkkiye (yalnış başa düşülməyə) sebep olmadan müzakeresi caiz olabilir. O müzakere, hak için olduğuna delil şudur ki:
Eğer hak, muarızın (müxalif tərəfin) elinde zâhir olsa, müteessir olmasın, belki memnun olsun. Çünkü bilmediği şeyi öğrendi. Eğer kendi elinde zâhir olsa, fazla birşey öğrenmedi; belki gurura düşmek ihtimali var."
----------------------------------
----------------------------------
"Evvelâ sersem dedi: "Padişah kimdir? Tanımam."
Əhl-i fəlsəfə, ağlı gözünə endiyi və maddədə boğulduğu üçün, gözü ilə görmədiyi şeyə inanmaz. Bu aləmin şanlı Mütəsərrif (təsərrüf edən)'i isə, qeybi olduğundan, görülməz. Görmədiyi üçün də, qəbul etməz.
-------------------------------
-------------------------------
“Sonra arkadaşı ona cevaben:
• Bir köy muhtarsız olmaz.
• Bir iğne ustasız olmaz, sahipsiz olamaz.
• Bir harf kâtipsiz olamaz, biliyorsun.
Nasıl oluyor ki, nihayet derecede muntazam (intizamlı) şu memleket, hâkimsiz olur?”
Dostlardan biri, digərinə, tövhidin isbatı sədədində, aşağıdakı dəlilləri zikr etməkdədir:
1. Bir kənd, muxtarsız olmaz. Elə isə, son dərəcə intizamlı bu diyarın hakimsiz olması, imkansızdır. Çünki nizamın varlığı, "Nazim/nizamı, qanunu qoyan"ın varlığına dəlildir.
Bir diyarın nizam və intizamının təmin edilməsi və davamı üçün, 2 şərt gərəklidir:
a. İdarəçinin mövcud olması;
b. İdarəçinin bir olması.
Müəllifin, "Bir kənd, muxtarsız ola bilməz." sözü, bu 2 şəkildə də başa düşülə bilər.
2. Bir iynə, ustasız, sahibsiz ola bilməz. Elə isə, sənət əsərlərinin sərgiləndiyi bir salon məsabəsində olan bu diyarın ustasız, sahibsiz olması, imkansızdır. Çünki sənətin varlığı, ustasının varlığına dəlildir.
3. Bir hərf, katibsiz ola bilməz. Elə isə, mənalı bir kitab məsabəsində olan bu diyarın Katibsiz olması, imkansızdır. Çünki, kitabın varlığı, Katib'in varlığına dəlildir.
Müəllif, bu "Haşr risaləsi"nin "1-ci İşarət"ində (s. 56), belə deyir:
"Nasıl ki, bir kitap—bahusus öyle bir kitap ki, her kelimesi içinde küçük kalemle bir kitap yazılmış; her harfi içinde ince kalemle muntazam bir kaside yazılmış—kâtipsiz olmak son derece muhaldir. Öyle de, şu kâinat, nakkaşsız olmak, son derece muhal ender muhaldir. Zira bu kâinat öyle bir kitaptır ki, her sahifesi çok kitapları tazammun eder. Hattâ, her kelimesi içinde bir kitap vardır. Herbir harfi içinde bir kaside vardır.
Yeryüzü bir sahifedir; ne kadar kitap içinde var. Bir ağaç bir kelimedir; ne kadar sahifesi vardır. Bir meyve bir harf, bir çekirdek bir noktadır. O noktada koca bir ağacın programı, fihristesi var."
Yəni:
Necə ki, bir kitab, -xüsusilə elə bir kitab ki,
~ hər kəliməsi içində, kiçik qələmlə bir kitab yazılmış;
~ hər hərfi içində, incə qələmlə intizamlı bir qəsidə yazılmış;
(olsa), katibsiz olması, son dərəcə muhal/imkansız olar.
Elə də, bu kainatın da, nəqqaşsız olması, son dərəcə muhal içində muhaldır. Çünki,
~ Bu kainat, elə bir kitabdır ki, hər səhifəsi, çox kitabları ehtiva edir. Hətta, hər kəliməsi içində, bir kitab vardır. Hər bir hərfi içində, bir qəsidə vardır. (Belə ki):
~ Yer üzü, (bu kainat kitabının) bir səhifə(si)dir, içində neçə-neçə kitablar vardır.
~ Bir ağac, bir kəlimədir, içində neçə-neçə səhifələr vardır.
~ Bir meyvə, bir hərf;
~ Bir çəyirdək, bir nöqtədir. Bu nöqtədə, böyük bir ağacın proqramı, fihristi vardır.
-------------------------
-------------------------
“Ve bu kadar çok servet—ki, her saatte bir şimendifer (haşiyə) gaipten gelir gibi, kıymettar, musannâ mallarla dolu gelir, burada dökülüyor, gidiyor—nasıl sahipsiz olur?”
(Haşiye:
Seneye işarettir. Evet, bahar, mahzen-i erzak bir vagondur, gaipten gelir.)
Yəni:
Və bu qədər çox sərvət -ki, hər saatda, bir qatar (haşiyə) qeybdən gəlir kimi, qiymətli, sənətli mallarla dolu gəlir, burda tökülür, gedir. (Elə isə)- Necə sahibsiz ola bilər?!
(Haşiyə:
Qatar, "il"ə işarətdir. Bəli, bahar, ərzaq deposu bir vaqondur, qeybdən gəlir.)
---------------------------------
Bu dünyada möhtac olduğumuz şeylər, fabriklərdə emal edilir; daha sonra isə, fərqli nəqliyyat vasitələrilə bizə çatdırılırlar. Mətndə də, nəqliyyat vasitəsi üçün, "şimendifer/qatar", nümunə olaraq verilmişdir.
Dünya nemətlərinin var edilmələri isə, buna bənzəməz. Bunlar, başqa ölkələrdən deyil, Allahın qeybi xəzinələrindən gəlməkdədirlər. Müəllif, bir risaləsində (13-cü söz, Meyvə risaləsi, s. 151), belə deyir:
“Bir senede yirmi dört bin senelik bir dairede muntazaman seyahat eden; ve yüz binler ve ayrı ayrı erzak isteyen taifeleri içine alan; ve seyahatıyla mevsimlere uğrayıp, baharı bir büyük vagon gibi, binler ayrı ayrı taamlarla doldurarak, kışta erzakı tükenen bîçare zîhayatlara getiren...”
Yəni:
Bir ildə, 24.000 illik bir dairədə, intizamlı səyahət edən; və yüz minlər və ayrı-ayrı ərzaq istəyən tayfaları içinə alan; və səyahətilə, mövsümlərə uğrayıb, baharı, bir böyük vaqon kimi minlər ayrı-ayrı təamlarla dolduraraq, qışda ərzaqı tükənən çarəsiz həyat sahiblərinə gətirən...
Bütün bu tayfaların, yəni, canlı növlərinin möhtac olduqları qidalar, "bahar vaqonu"na, hər hansı bir stansiyadan, yaxud limandan yüklənmirlər. Bahar, İlahi bir qanundur. Bu mövsüm gəldiyində, ağacların içindən, yarpaqlar çıxmağa başlayır; bunu, çiçəklərin açması izləyir. Nə yarpaqlar, nə çiçəklər, nə də meyvələr, ağacın gizli bir bölməsində depolanmış deyillərdir.
Yaradan, Allahdan başqasıdırsa, bütün bu fəaliyyətə sahib çıxa bilərmi?! Heç mümkünmüdür ki, elmi olmayan bir varlıq, bütün həyat sahiblərinin ehtiyacını bilsin, onlar üçün bu böyük kainatı onların faydası üçün hərəkət etdirib baharı gətirsin?!
--------------------------------
--------------------------------
"Ve her yerde görünen ilânnameler ve beyannameler ve her mal üstünde görünen turra ve sikkeler, damgalar ve her köşesinde sallanan bayraklar, nasıl Mâliksiz olabilir?"
Yəni:
Hər yerdə görünən:
~ "elannamələr..." sözü: sənətlə yaradılan hər şeyə, xüsusilə, nəbatat (bitkilər) və heyvanat (heyvanlar)'a işarətdir.
Müəllif, yenə bu risalənin 4-cü həqiqətində (s. 64-65), belə deyir:
"...meşher-i san'at-ı İlâhiye olan aktâr-ı âlem sergilerine bak. Yeryüzündeki nebatat ve hayvanatın ellerinde olan ilânât-ı Rabbâniyeye dikkat et. Evet, kemik gibi bir kuru ağacın ucundaki tel gibi incecik bir sapta gayet münakkaş, müzeyyen bir çiçek ve gayet musannâ ve murassâ bir meyve, elbette gayet san'atperver, mucizekâr ve hikmettar bir Sâniin mehâsin-i san'atını zîşuura okutturan bir ilânnamedir. İşte, nebatata, hayvanatı dahi kıyas et..."
Yəni:
Allahın sənət əsərlərinin sərgiləndiyi yer olan aləmin, hər tərəfindəki sərgilərə bax. Yer üzündəki nəbatat və heyvanatın əllərində olan Rabbani (Allahın tərbiyəsindən keçmiş) elanlara diqqət et. Bəli, sümük kimi bir quru ağacın ucundakı tel kimi incə bir sapda, çox naxışlı, zinətli bir çiçək; və çox sənətli və daş-qaşla bəzədilmiş bir meyvə, əlbəttə, sənəti çox sevən, möcüzə göstərən və hikmətli bir Sani (sənətkar)'ın sənət gözəlliklərini şüur sahiblərinə oxutduran bir elannamədir. Bax, bitkilərə, heyvanları da qiyas et...
Bahar mövsümündə, birdən-birə həyat qazanan bütün ağacları, bir düşün! Qup-quru ikən, birdən canlanır (özündə həyat olmayan bir varlıq, başqasına həyat verə bilərmi?); tel kimi olan budaqlarına, yarpaq, çiçək və meyvələr asılır (faydanın, yəni, meyvənin hasil olması, bu sıra ilə mümkündür. Əgər yaradan, təbiət və ya səbəblərdirsə, faydanı nə cür təmin edəcək bir elmə, bir gözə sahibdirlərmi?).
Beləcə, hər bir ağac, budaqları, yarpaqları, çiçəkləri və meyvələrilə, tövhidin bir elannaməsi olurlar. Bu ağacı, belə musənnə (sənətli) və murassa (daş-qaşla bəzədilmiş) bir surətdə xəlq edən və onunla Özünü elan edən, Allahdan başqası ola bilərmi?!
~ "bəyannamələr..." sözü, din və şəriətə (yəni, mənbələri olan səmavi kitablar və suhuflara) işarətdir. Bütün nəbilər və vəlilər isə, bunların bir dəllal'larıdırlar.
Müəllif, bir risaləsində ("Məktubat", 19-cu Məktub: "Mucizat-ı Ahmediyye" risaləsi, 19-cu Nüqtəli İşarət, 7-ci Əsas, s. 184), belə deyir:
"...o İslâmiyet ve şeriat, öyle bir tarzda muhit ve mükemmeldir ve öyle bir surette kâinatı kendiyle beraber tarif eder ki; onun mâhiyetine dikkat eden elbette anlar ki; o din, bu güzel kâinatı yapan Zâtın, o kâinatı kendiyle beraber tarif edecek bir beyannamesidir ve bir tarifesidir. Nasıl ki bir sarayın ustası, o saraya münasip bir tarife yapar, kendini vasıflarıyla göstermek için bir tarife kaleme alır. Öyle de, din ve şeriat-i Muhammediyede (a.s.m.) öyle bir ihata, bir ulviyet, bir hakkaniyet görünüyor ki, kâinatı halk ve tedbir edenin kaleminden çıktığını gösterir. Ve o kâinatı güzelce tanzim eden kim ise, şu dini güzelce tanzim eden yine Odur..."
Yəni:
O İslamiyyət və şəriət, elə bir tərzdə muhit/əhatə edən və mükəmməl; və elə bir surətdə kainatı özü ilə bərabər tərif edir/açıqlayır ki, onun mahiyyətinə diqqət edən, əlbəttə başa düşər ki, o din, bu gözəl kainatı yaradan Zatın, o kainatı Özü ilə bərabər tərif edəcək bir bəyannaməsi və bir tərifidir. Necə ki, bir sarayın ustası, o saraya münasib bir tərifnamə düzəldər, özünü, vəsiflərilə göstərmək üçün bir tərifnamə qələmə alar. Elə də, din və şəriətdə, elə bir əhatə, bir ülviyyət/ucalıq, bir doğruluq görünür ki, kainatı xəlq və tədbir edənin qələmindən çıxdığını göstərir. Və o kainatı gözəlcə tənzim edən Kimdirsə, bu dini gözəlcə tənzim edən də, yenə Odur...
Yenə Müəllif, bu risalənin 4-cü həqiqətində (s. 65), belə deyir:
"... Mehâsin-i rububiyetin dellâlları olan enbiya ve evliyaya kulak ver. Nasıl müttefikan Sâni-i Zülcelâlin kusursuz kemâlâtını, harika san'atlarının teşhiriyle gösteriyorlar, beyan ediyorlar, enzâr-ı dikkati celb ediyorlar...
Yəni:
Allahın tərbiyə ediciliyindəki gözəlliklərin dəllaları/duyurucuları olan nəbilər və vəlilərə qulaq ver. (Ki, Onlar) necə ittifaqla, cəlal sahibi Sani'nin qüsursuz kamilliyini, qeyr-i adi sənətlərinin təşhirilə göstərir, bəyan edir, diqqətli nəzərləri cəlb edirlər.
Yenə Müəllifimiz, bir risaləsində ("Məsnəvi-i Nuriyyə", "Zərrə" risaləsi, s. 164), belə deyir:
"Evet, merâtibiyle tevhid bayrağını kâinatın en üst tepesi üstünde dikmiş olan ve enzâr-ı âleme karşı makamlarıyla beraber tevhide dellâllık eden ve enbiyanın mücmel bıraktıkları hakaiki tafsilâtıyla beyan eden ve açıklayan, ancak ve ancak Hazret-i Muhammed aleyhissalâtü vesselâmdır."
Yəni:
Bəli,
~ bütün mərtəbələtilə tövhid bayrağını, kainatın ən üst təpəsi üstündə sancmış olan; və
~ aləmin nəzərinə qarşı (bütün) məqamları ilə tövhidə dəllallıq (elan edicilik) edən; və
~ peyğəmbərlərin mücməl buraxdıqları həqiqətləri, təfsilatı ilə bəyan edən və açıqlayan,
ancaq və ancaq Muhamməd (sallallahu aleyhi və səlləm)'dir.
Bütün sənət əsərləri, xüsusilə bitkilər və heyvanlar, hal dililə, Allahın varlıq və birliyini elan etmələri cəhətilə, bir elannamə məsabəsində; o hal dililə ifadə edilən mənaları bəyan edən/açıqlayan isə, dinlər və ya onların mənbələri olan səmavi kitablar və suhuflardır. Bütün nəbilər və vəlilər isə, bu bəyannamələrin dəllallarıdırlar.
~ "Her mal üstünde görünen turra ve sikkeler, damgalar ve her köşesinde sallanan bayraklar, nasıl Maliksiz ola bilir?.." sözləri, mövcudatın hal dillərilə göstərdikləri tövhid dəlillərinə işarətdir.
• "Turra", bir başqa ifadə ilə "tuğra", "padşahın imzası" deməkdir. Buna görə, bu varlıq aləmində, hər bir İlahi əsər, Allahın isimlərinə ayna olması, onları göstərməsi, oxutdurması yönü ilə, İlahi turradır. Yediyimiz meyvədə, Xaliq, Rəzzaq, Musavvir (təsvir verən), Müzəyyin (zinətləndirən) kimi neçə-neçə isimləri oxuya bilərik. Beləcə, o meyvə, Allahın bir turrası kimi, bizə, Onun isimlərini oxutmuş olar. (haşiyə)
---------------------
(Haşiyə:
Əşyanın həqiqəti nədir?
https://suallarlaislam.com/.../%C9%99syanin-h%C9%99qiq%C9...)
---------------------
• "Sikkə", "pulun üzərinə vurulan damğa" deməkdir. Bu damğada, pulun zərb edildiyi sikkəxana, yəni, mətbəə yazılıdır. Bir sikkəxanada, çox fərqli pullar zərb edilə bilər. Ancaq, hamısının üzərində, eyni sikkə vardır. Hansına baxılsa, pulun zərb edildiyi yer, açıqca oxunmaqdadır.
Bu kəlimə, bizi, hər biri digərindən dəyərli ollan məxluqat aləmində gəzdirməkdədir. Bir tək çiçəkdə belə, bu sikkəni oxuya bilərik:
"Bu əsər, kainat fabrikində düzəldilmişdir."
Dünya, dönməsə; günəş, istilik və işıq verməsə; hava, bu çiçəyi hər tərəfilə əhatə etməsə; torpaq, ona saxsılıq etməsə; su, onun vücuduna girməsə, bu çiçək, meydana gəlməz. Bax bütün bu və bənzəri mənalar, o çiçəkdə mövcuddur.
• "Damğa", bir başqa sözlə "xatəm, möhür" kəliməsi üzərində də, bir az dayanaq. Belə ki:
Möhür deyilincə, ağlımıza, rəsmi yazı, yaxud məktub gəlməkdədir. Möhür, bu yazının sonuna vurulur. Yazını yazan kimdirsə, möhürü vuran da, odur. Kainatda da, ən son "yazılan", yəni yaradılan, insandır. Bu yönü ilə, o, bir xatəm, bir möhürdür ki, bu həqiqəti, bütün ağıl sahiblərinə açıqca dərs verməkdədir:
"Kainatı Kim yaratmışdırsa, insanı, onun sonuna bir möhür kimi vuran da, Odur."
Bu məna, daha kiçik şəkildə, hər meyvədə də oxunmaqdadır. Ağacı "yazan", Kimdirsə, meyvəni bir möhür kimi vuran da, Odur və s.
• "bayraqlar..." kəliməsinə gəlincə, Müəllifimiz, bir risaləsində (İlk Dönəm Əsərləri, "Nurun ilk qapısı", 8-ci Müqəddimə, s. 60-61), belə deyir:
"...şu kasr-ı kâinatta, taklit edilmez sikkeleriyle ve Ona mahsus hâtemleriyle ve Ona münhasır turralarıyla ve Ona has fermânlarıyla bütün mevcudata damga-i vahdet koymasına ve âyât-ı tevhidi nakşetmesine ve aktâr-ı âfâkta bayrak-ı vahdaniyetini ilân etmesine mukabil; tasdikle, iman ve tevhidle, iz'an ve şehadet ve ubudiyetle mukabele etmektir."
Yəni:
...bu kainat sarayında,
~ təqlid edilməz sikkələri;
~ Ona məxsus xatəm/möhürləri;
~ Ona məxsus turraları;
~ Ona məxsus fərmanları
ilə, bütün mövcudata,
• vəhdət damğası qoymasına;
• tövhid ayətləri nəqş etməsinə; və
• xarici aləmin hər tərəfində vahdaniyyət/birlik bayraqlarını elan etməsinə
müqabil, (insanın vəzifəsi), təsdiqlə, iman və tövhidlə, şübhəsiz inanc, şəhadət və ubudiyyət/qulluq ilə qarşılıq verməkdir.
Necə ki, bir diyarın fərqli yerlərində eyni bayrağın dalğalanması, dövlətin hüdudlarını təsbit edər və idarəçinin birliyini göstərər. Eynilə bu misalda olduğu kimi, su, torpaq, hava, günəş kimi külli ünsürlərin və sair mövcudatın bir bayraq kimi bütün aləmi istila etməsi, elan edər ki, bu kainat, bir tək Zat'ın mülküdür və Onun mülkündə, şəriki yoxdur. Müəllifimiz, bu həqiqəti belə ifadə etməkdədir:
"Kâinatın âlemleri, envâları ve unsurları öyle birbiri içine girift olarak girmiştir ki, kâinatın heyet-i mecmuasına mâlik olmayan bir sebep, hiçbir nev'ine, hiçbir unsuruna hakikî tasarruf edemez...
...Meselâ, bu kâinatın lâmbası olan güneşin bir olması, umum kâinat birinin olmasına işaret ettiği gibi; zîhayatların çevik ve çalak hizmetçileri olan hava unsuru bir olması; ve aşçıları olan ateş bir olması; ve zemin bahçesini sulayan bulut süngeri bir olması; ve umum zîhayatın imdadına yetişen yağmur bir olması ve her yere yetişmesi; ve ekser hayvânat ve nebâtat taifelerinin herbirisi umum zemin yüzünde serbest yayılmaları, vahdet-i nev'iyeleri ve meskenleri bir bulunması gayet kat'î bir surette işaretler, şehadetlerdir ki, meskenleriyle beraber umum o mevcudat, birtek Zâtın malı olduğuna delâlet ederler." ("Ləmalar", 30-cu Ləma, Dördüncü Nüqtə, s. 332-333)
Yəni:
Kainatın aləmləri, növləri və ünsürləri, bir-biriləri içinə elə girift olaraq girmişlərdir ki, kainatın bütününə malik ola bilməyən bir səbəb, heç bir növünə, heç bir ünsürünə, həqiqi təsərrüf edə bilməz...
Məsələn, bu kainatın
~ lampası olan günəşin bir olması, ümum kainatın da Birinin olmasına işarət etdiyi kimi;
~ həyat sahiblərinin çevik xidmətçiləri olan hava ünsürünün də bir olması; və
~ aşpazları olan atəşin bir olması; və
~ "yer baxçası"nı sulayan bulud süngərinin bir olması; və
~ ümum həyat sahiblərinin imdadına yetişən yağışın bir olması və hər yerə yetişməsi; və
~ əksər heyvan və bitki tayfalarının hər birinin, ümum yer üzündə sərbəst yayılmaları, növlərindəki birliyin və məskənlərinin bir olması,
qəti bir surətdə işarətlər, şəhadətlərdir ki, məskənlərilə bərabər ümum o mövcudat, bir tək Zatın malı olduğuna dəlalət edərlər.
Xülasə: Mətndəki "sikkə, damğa, bayraq" kəlimələri, varlıqlar üzərində görünən tövhid dəlilləridir.
-------------------------------
-------------------------------
"Sen, anlaşılıyor ki, bir parça frengi okumuşsun. Bu İslam yazılarını okuyamıyorsun..."
Müəllifin qəsdi, budur:
Fəlsəfə oxuyan kimsələr, kainata, məna-yi hərfi ilə deyil, məna-yi ismi ilə baxmaqdadırlar. Quran isə, kainatdan, məna-yi ismilə deyil, məna-yi hərfilə bəhs etməkdədir.
Məna-yi ismi və Məna-yi hərfi, nədir?
• İsim: müstəqil məna daşıyan; əşya, keyfiyyət, say və ad bildirən sözlərdir. Məsələn, kitab, elm, masa və s.
• Hərf isə: ayrılıqda müstəqil bir məna daşımayan; və yalnız, digər sözlər ilə birləşərkən bir məna ifadə edən sözlərdir. Məsələn, ilə (a, ə); fi (da, də); alə (üzərində) və s.
Məsələn, "masa" kəliməsi, bir isim olaraq tək başına bir məna daşımaqdadır. Ancaq, "nın" ədatı, tək olaraq bir məna ifadə etməz. Ancaq, "masanın" dediyimizdə, "masa" kəliməsinin başa düşülməsinə köməkçi olur.
Ərəb dilinin qrammatikasında keçən "isim" və "hərf" təriflərini, Müəllifimiz Nursi, əqidəyə tətbiq etmiş və İlahi bir sənət əsəri olan bu aləmdəki varlıqlara, necə baxılması gərəkdiyini, bu təriflərlə ortaya qoymuşdur.
Bir meyvədən, məsələn, bir almadan bəhs edərkən, onun xüsusiyyətlərindən; daşıdığı vitaminlərdən; yetişdiyi diyarlardan bəhs edib; onun, İlahi bir əsər və insanlara bir ehsan olduğundan bəhs açmamaq, almanı, məna-yi ismi ilə seyr etmək deməkdir. Yəni, onu, müstəqil bir varlıq olaraq düşünüb, Yaradıcısını heç nəzərə almamaq, "məna-yi ismi" ilə bir nəzərdir.
Almanın, insana faydalı bir ruzi olduğunu; bunu isə, şüursuz ağacın bilib yarada bilməyəcəyi; şəklindən, qoxusundan, rəngindən, daşıdığı c vitamininə qədər hər şeyi ilə insana görə yaradılan bu meyvəni, Allahın "ər-Rəzzaq/ruzi verən" isminin bir təcəllisi olaraq seyr etmək isə, məna-yi hərfilə bir baxışdır. Yəni, o meyvə, bir hərf olaraq, "ər-Rəzzaq" isminin başa düşülməsinə kömək etməkdə, insanlara, o İlahi ismi xatırlamaqla, onları düşünməyə və şükrə dəvət etməkdədir.
-------------------------
-------------------------
"Hem de, Bilenden sormuyorsun."
Quran nəzərində, bilən, yalnız Allahdır. Bəşər, tək başına haqqı tapa bilmədiyi üçün, Haqq Taala, Şəxsən, haqq və həqiqəti, peyğəmbərlərinə təlim etmiş; onlar da, vəhy yolu ilə Allahdan aldıqları bu haqq və həqiqətləri, olduğu kimi insanlara təbliğ etməklə mükəlləf qılınmışlardır. Peyğəmbərlər və onların varisləri olan saleh alimlər isə, ancaq, Allahın bildirməsilə bilə bilərlər. Elmin, yalnız Allaha məxsus olduğunu; şüur sahiblərinin elminin isə, Allahdan gəldiyini və Allahın təlimilə olduğunu, gələcək ayət, belə ifadə etməkdədir:
قَالُوا۟ سُبْحَـٰنَكَ لَا عِلْمَ لَنَآ إِلَّا مَا عَلَّمْتَنَآ ۖ إِنَّكَ أَنتَ ٱلْعَلِيمُ ٱلْحَكِيمُ
"Onlar dedilər: 'Sən, pak və müqəddəssən! Sənin bizə öyrətdiklərindən başqa, bizdə heç bir bilik yoxdur! Həqiqətən, Sən Alim (bilən)'sən, Hakim (hikmət sahibi)'sən." (Bəqərə/32)
Haqq və həqiqət, Müəllifin dediyi kimi, nübüvvət içində və nəbilərin əlindədir. Dəlalət, şərr və xəsarət isə, Onun müxalifindədir. ("Ləmalar", 17-ci Ləma, 9-cu Nota, s. )
Bundan dolayı, şanı əzəmətli olan Quran, bilənlərdən soruşmağımızı, yəni, kitab və sünnətə müraciət etməyimizi əmr etməkdədir. Necə ki, uca Allah, Ənbiya surəsi 7-ci ayətdə, belə buyurmaqdadır:
...فَسْـَٔلُوٓا۟ أَهْلَ ٱلذِّكْرِ إِن كُنتُمْ لَا تَعْلَمُونَ
"...Əgər bilmirsinizsə, zikr əhlindən (bilənlərdən) soruşun."
Müəllif, "Məsnəvi-i Nuriyyə" adlı əsərində ("Qətrə" risaləsi, s. 67), belə deyir:
"Arkadaş! Vesvese ve evham zulmetleri içinde yürürken, Resul-i Ekrem'in (A.S.M.) sünnetleri, birer yıldız, birer lâmba vazifesini gördüklerini gördüm. Her bir sünnet veya bir hadd-i şer'î, zulmetli dalalet yollarında güneş gibi parlıyor. O yollarda insan, zerre-miskal o sünnetlerden inhiraf ve udûl ederse; şeytanlara mel'ab, evhama merkeb, ehval ve korkulara ma'rez ve dağlar kadar ağır yüklere matiyye olacaktır.”
Yəni:
Ey qardaş! Vəsvəsə və vəhm zülmətləri içində gedərkən, Allah rəsulu (sallallahu aleyhi və səlləm)'in sünnətlərinin, bir ulduz, bir lampa vəzifəsini gördüklərini gördüm. Hər bir sünnət və ya şər'i bir hədd, zülmətli dəlalət yollarında, günəş kimi parlamaqdadır. O yollarda, insan, zərrə misqal o sünnətlərdən üz çevirsə, geri dönsə, şeytanlara, oyuncaq; vəhmlərə, minik; hal və qorxuların üzə çıxdığı yer (yəni, qorxular, bu adam üzərində hökm edər); və dağlar qədər ağır yüklərə minik olacaqdır.
Müəllif, bu mətndə, sünnətləri, ulduzlara bənzətməkdədir. Yəni:
Necə ki, insanlar, qaranlıq gecələrdə, ulduzlarla yollarını təyin edirlərsə; elə də, sünnətlər, qaranlıq dəlalət (hər cür batil etiqad, görüş, fikir) yollarında, bir ulduz məsabəsindədirlər və insanlara, doğru yolu təyin etməyə kömək edirlər.
Müəllifin qəsdi, budur:
İnsan, əşyanın həqiqətini tapmaq və doğru yaşamaq kimi mövzularda, vəhyə və sünnətə istinad etməyib, öz ağlı və şəxsi rəyi ilə hərəkət etsə; yaxud, batil cərəyanlara və azğın inanclara qapılsa, şeytanlara, oyuncaq olar; onun qəlbində, vəhmlər hakim olar; və bu haldakı bir insan, "dağlar qədər ağır yükləri öz çiynində daşımaq" kimi çox çətin bir hala düşər. "Dağlar qədər ağır yüklər", insan ağlının tək başına çata bilmədiyi həqiqətlər; bir çarə tapa bilmədiyi problemlər; və hansının doğru olduğuna qərar verməkdən aciz qaldığı bütün məsələlərdir.
~ Etiqad mövzusunda, haqq və batilin nə olduğu;
~ Yemək, içmək, baxmaq, dinləmək və s. kimi fellərdə, nələrin doğru, nələrin yalnış olduğu;
~ İnsanın, ticarətini hansı əsaslara görə quracağı və s.
kimi məsələlərdə, haqq və həqiqəti tam olaraq təsbit etmək, insan ağlının taqətini aşmaqdadır. Bunların, rəhbərsiz olaraq bilinməsini, Müəllif (rahmətullahi aleyh), "dağlar qədər ağır yüklərin altına girmə"yə bənzətməkdədir. Və ağlın, bu işə taqət gətirə bilməyəcəyini, beləcə nəzərə vermiş olur.
İnsan, şəxsi qüvvət və ağlına güvənib, "Mən, haqq və həqiqətləri, özüm də taparam; Peyğəmbər və Onun rəhbərliyinə möhtac deyiləm." deyərsə, şeytana, oyuncaq; vəhmlərə, minik; qorxulara bulaşmış bir xəstə; dağlar qədər yükləri daşımağa məcbur bir hanbal vəziyyətinə düşər. Halbuki, insanın, belə ağır yükləri yüklənməyə, taqəti yoxdur.
Allah, insanı, hidayətə nail olmaq mövzusunda, Peyğəmbərlərə və vəhyə möhtac bir şəkildə yaratmışdır. Bu səbəblə, insan, Allahın göndərdiyi peyğəmbərlərə, iman və təvəkkül ilə təslim olmaq məcburiyyətindədir. Əgər təslim olmazsa, ağır bir yük altına girmiş olar. Eynilə, atəş böcəyinin, öz cüzi işığına güvənib, günəşə meydan oxuduqdan sonra, zifiri qaranlığa məhkum olması kimi; insan da, öz cüzi ağlına və vəhmi elminə güvənib, vəhy günəşinin tərbiyə və rəhbərliyinə girməzsə, küfr və şirk qaranlığına məhkum olar. Həm dünya, həm də axirət səadətini itirər. Məsələn, insan, öz fikri ilə ölümə baxsa, ölümü, bir yoxluq; qəbri isə, dibi olmayan bir qaranlıq quyu kimi vəhm edər. Bu vəhm ilə, bəla və sıxıntılar çəkər. Ölümdəki ayrılıq və heçlik ağrısı, həyatını, bütünü ilə zəhərə çevirər. Ancaq, iman və Quran nəzərilə baxsa, qəbri, nurani aləmlərin qapısı, ölümü isə, əbədi səadətin başlanğıcı olaraq görər. İnsan, sadəcə ağlına güvənərsə, bunun kimi minlərlə hadisə qarşısında, çarəsiz qalar, bəla və sıxıntılara düçar olar. Vəhydən müstəqil şəkildə gedən (bir qrup) fəlsəfə, bunun canlı nümunəsidir.
Müəllifimiz, belə davam edir:
"Ve keza o sünnetleri, sanki semadan tedelli ve tenezzül eden ipler gibi gördüm ki, onlara temessük eden yükselir, saadetlere nâil olur. Muhalefet edip de akla dayananlar ise, uzun bir minare ile semaya çıkmak hamakatında bulunan Firavun gibi bir firavun olur..."
Yəni:
Və yenə, o sünnətləri, sanki səmadan enən, nüzul edən iplər kimi gördüm ki, onlara sarılan, yüksələr, səadətlərə nail olar. Müxalifət edib ağla istinad edənlər isə, uzun bir minarə ilə səmaya çıxmaq axmaqlığında olan firon kimi bir firon olar...
Bu mətndə isə, Müəllif (rahiməhullah), sünnəti, "(həqiqət) səmasına çıxmaq üçün, səmadan enən iplər"ə bənzətmişdir. Ki, bu "iplər"dən tutanlar, yüksələr, böyük səadətlərə nail olarlar. Müxalifət edənlər isə, uzun bir minarə ilə səmaya çıxmağa çalışan axmaq firona bənzədilmişdir. Müəllifin bu təşbihi, Qurandan muqtəbəsdir. Uca Allah, Quran-i Kərim'də belə buyurur:
وَقَالَ فِرْعَوْنُ يَـٰهَـٰمَـٰنُ ٱبْنِ لِى صَرْحًا لَّعَلِّىٓ أَبْلُغُ ٱلْأَسْبَـٰبَ • أَسْبَـٰبَ ٱلسَّمَـٰوَٰتِ فَأَطَّلِعَ إِلَىٰٓ إِلَـٰهِ مُوسَىٰ...
"Firon dedi: 'Ey Haman! Mənim üçün bir uca qala tik ki, bəlkə yollara çatım – göylərin yollarına çatım və Musanın məbudunu görüm..." (Ğafir/36-37);
...يَـٰهَـٰمَـٰنُ عَلَى ٱلطِّينِ فَٱجْعَل لِّى صَرْحًا لَّعَلِّىٓ أَطَّلِعُ إِلَىٰٓ إِلَـٰهِ مُوسَىٰ...
"...Ey Haman! Mənim üçün palçığın üzərində od qala və bir qüllə düzəlt ki, Musanın məbudunun yanına qalxım..." (Qasas/38)
Firon, maddədən və məkandan münəzzəh olan Allahı, bu dünya gözü ilə görməyin mümkün olmadığını bilməyəcək qədər axmaqdır. Hər məkanda isim və sifətlərilə hazır olan Allahı görmək üçün, qüllə tikməyə və ora çıxmağa, əlbəttə ki, lüzum yoxdur. Halbuki, vəhyə istinad edən sıravi bir mömin, kainatda fellərilə təsərrüf edən Allahı, Onun isim və sifətlərini, yəqinliklə bilməkdə və Onun vəd etdiyi böyük səadətlərə nail olmaq üçün çalışmaqdadır.
Dolayısı ilə, mətluv və qeyr-i mətluv vəhy (haşiyə-1), "həqiqət səmalarına çıxmaq üçün bir ip" məsabəsindədirlər.
Öz şəxsi görüşünə istinad edib yüksəlməyə, həqiqətə çatmağa çalışanlar isə, firon kimi, axmaqcasına, "qüllə tikərək səmada Allahı axtaranlar"a bənzədilmişdir. Ki, bunun imkansızlığı, hələ bu adamlar üçün bilinməməkdədir.
Bu, Müəllifin bu ayətlərdən çıxardığı bir işari mənadır (haşiyə-2).
-----------------------------
(Haşiyə-1:
Mətluv və qeyr-i mətluv vəhy:
https://suallarlaislam.com/.../sunn%C9%99t-v%C9%99hydirmi...
Haşiyə-2:
İşari təfsir, nədir?
https://suallarlaislam.com/.../isari-t%C9%99fsir-haqqinda...)
Ayətlərin zahiri və batini mənaları üçün, bax:
https://suallarlaislam.com/.../h%C9%99r-ay%C9%99tin...
-------------------------------
Müəllifin bənzəri bəyanları, yenə, "Ləmalar" adlı risaləsinin 11-ci Ləması olan "Mirqatu's-Sünnə və Tiryaq-u Maradi'l-Bid'a", 3-cü Nüqtə'də də keçməkdədir. İstəyən, məzkur risaləyə müraciət edə bilər.
-----------------------------
-----------------------------
"İşte, gel, en büyük fermanı sana okuyacağım."
Fərman, Quran-i Kərim'ə işarətdir. Müəllif (rahmətullahi aleyh), "ən böyük fərman" təbirilə, başqa fərmanlara (yəni, səmavi kitablara) da diqqət çəkməkdədir. Ancaq, bu fərmanların ən böyüyü, Quran'dır.
-----------------------------
-----------------------------
Bura qədər olan söhbətləri, belə icmal edə bilərik:
Dostlardan biri, digərinə, ilk əvvəl, bu diyarın Sahibi olduğunu, bu əqli dəlillərlə isbat etdi:
~ "Bir kənd, muxtarsız; bir iynə, ustasız; bir hərf, katibsiz ola bilməyəcəyi kimi; bu aləm də, Hakimsiz, Sanisiz, Katibsiz ola bilməz."
~ Bu diyardakı hər mövcud, varlığı ilə bu diyar Sahibi'nin varlığının zəruri olduğunu göstərdiyi kimi; nizam və intizamı ilə də, Onun birliyinə şəhadət edər. Demək, mövcudat, təkvini cəhətdən, Allahın varlığının zəruri olmasına və birliyinə dəlalət və şəhadət edir.
Bütün səmavi kitablar, xüsusilə bəyanı möcüzə olan Quran isə, mövcudatın hal dililə Allahın varlıq və birliyinə dəlalətini, insanların anlaya biləcəyi dilə sanki "tərcümə" etmiş və insanlığa dərs vermişdir. Demək, bütün fərmanlar, xüsusilə ən böyük fərman olan Quran, təklifən, Allahın varlığının zəruri olmasına və birliyinə dəlalət edirlər.
Müəllif, əvvəla, 3 əqli dəlillə Allahın varlığının zəruri olmasını və birliyini isbat etdikdən sonra, "İşte, gel, en büyük fermanı sana okuyacağım." cümləsilə də, Allahın varlığının zəruri olmasının və birliyinin isbatını, nəqlə həvalə etdi. Beləcə, təkvin ilə təklifi birləşdirdi.
---------------------------------
---------------------------------
"O sersem döndü, dedi: "Haydi, padişah var. Fakat benim cüz'î istifadem ona ne zarar verebilir? Hazinesinden ne noksan eder? Hem burda, hapis-mapis yoktur, ceza görünmüyor."
Yəni:
Gətirdiyin dəlillər qarşısında, deyək ki, Onun varlığını qəbul etdim. Ancaq mənim cüzi istifadəm, yəni, sərbəstliyim, halal-haram demədən hərəkət etməyim, Ona, nə zərər verə bilər? Yəni, Onun əzəmətinə yaraşmarmı ki, belə cüzi istifadəmdən dolayı, məni hesaba çəksin və cəzalandırsın? Həm də, biz, burda, həbsxanalar, cəza yerləri görmürük.
------------------------------
------------------------------
"Arkadaşı, ona cevaben dedi: "Yahu, şu görünen memleket, bir manevra meydanıdır."
Məlumdur ki, manevr meydanı, əsgəri qərargah deyil, tətbiqat yeridir. Necə ki, əsgər, manevr meydanında, tətbiqat müddətincə qalır; sonra isə, əsl yerinə, yəni, qərargahına təkrar qayıdır. Yəni, əsgərlik vəzifəsini bitirənlər, əsl vətənlərinə, gəldikləri yerə təkrar qayıdacaqlardır. Yalnız, cinlər və insanlar deyil, bütün məxluqat, tətbiqat üçün bu manevr meydanına göndərilən əsgərlərdir. Çünki, bu aləmin şanlı Sultanı, hər biri bir əsgər məsabəsində olan bütün mövcudatı, əsl vətənləri olan axirət yurdundan bura göndərmişdir. O şanlı Sultan, hikmətinin gərəyi olaraq, bu əsgərlərini, dünya deyilən bu manevr meydanında, təcrübəyə tabe tutmuşdur. Təcrübə və tətbiqat bitincə, hər kəsi və hər şeyi, öz qərargahına, yəni, axirət yurduna geri göndərəcəkdir. Haqq Taala, axirət yurdunun qərargah olduğunu, belə xəbər verməkdədir:
...إِنَّمَا هَـٰذِهِ ٱلْحَيَوٰةُ ٱلدُّنْيَا مَتَـٰعٌ وَإِنَّ ٱلْءَاخِرَةَ هِىَ دَارُ ٱلْقَرَارِ
"...Bu dünya həyatı, ancaq fani bir zövqdür, axirət isə, qərar tutacağınız yurddur." (Ğafir/39)
Müəllifimiz də, bir risaləsində, belə deyir:
اِذاَ السَّمَۤاءُ انْشَقَّتْ • وَاَذِنَتْ لِرَبِّهَا وَحُقَّتْ • وَاِذَا اْلاَرْضُ مُدَّتْ • وَاَلْقَتْ مَا فِيهَا وَتَخَلَّتْ • وَاَذِنَتْ لِرَبِّهَا وَحُقَّتْ
Gök ve zeminin, Cenâb-ı Hakkın emrine karşı derece-i inkıyad ve itaatlerini şöyle âli bir üslûpla beyan eder ki: Nasıl bir kumandan-ı âzam, mücahede ve manevra ve ahz-ı asker şubeleri gibi, mücahedeye lâzım işler için iki daireyi teşkil edip açmış. O mücahede, o muamele işi bittikten sonra, o iki daireyi başka işlerde kullanmak ve tebdil ederek istimal etmek için, o kumandan-ı âzam o iki daireye müteveccih olur. O daireler, herbirisi hademeleri lisanıyla veya nutka gelip kendi lisanıyla der ki:
"Ey kumandanım, bir parça mühlet ver ki, eski işlerin ufak tefeklerini, pırtı mırtılarını temizleyip dışarı atayım, sonra teşrif ediniz. İşte, atıp senin emrine hazır duruyoruz. Buyurun, ne yaparsanız yapınız. Senin emrine münkadız. Senin yaptığın işler bütün hak, güzel, maslahattır."
Öyle de, semâvât ve arz, böyle iki daire-i teklif ve tecrübe ve imtihan için açılmıştır. Müddet bittikten sonra, semâvât ve arz, daire-i teklife ait eşyayı emr-i İlâhî ile bertaraf eder, derler: "Yâ Rabbenâ! Buyurun, ne için bizi istihdam edersen et. Hakkımız Sana itaattir. Her yaptığın şey de haktır."
İşte, cümlelerindeki üslûbun haşmetine bak, dikkat et."
Hem mesela:
يَۤا اَرْضُ ابْلَعِى مَۤاءَكِ وَيَا سَمَۤاءُ اَقْلِعِى وَغِيضَ الْمَۤاءُ وَقُضِىَ اْلاَمْرُ وَاسْتَوَتْ عَلَى الْجُودِىِّ وَقِيلَ بُعْدًا لِلْقَوْمِ الظَّالِمِينَ
İşte şu âyetin bahr-i belâğatinden bir katreye işaret için, bir üslûbunu bir temsil âyinesinde göstereceğiz.
Nasıl bir harb-i umumîde bir kumandan, zaferden sonra, ateş eden bir ordusuna "Ateş kes!" ve hücum eden diğer bir ordusuna "Dur!" der, emreder; o anda ateş kesilir, hücum durur. "İş bitti, istilâ ettik, bayrağımız düşmanın merkezlerinde yüksek kalelerinin başında dikildi. Esfelü's-sâfilîne giden o edepsiz zalimler cezalarını buldular" der.
Aynen öyle de, Padişah-ı Bîmisal, kavm-i Nuh'un mahvı için semâvât ve arza emir vermiş. Vazifelerini yaptıktan sonra, ferman ediyor: "Ey arz, suyunu yut. Ey semâ, dur, işin bitti." Su çekildi. Dağın başında memur-u İlâhînin çadır vazifesini gören gemisi kuruldu. Zalimler cezalarını buldular.
İşte şu üslûbun ulviyetine bak. "Zemin ve gök, iki muti' asker gibi emir dinler, itaat ederler" diyor. İşte şu üslûp işaret eder ki, insanın isyanından kâinat kızıyor, semâvât ve arz hiddete geliyorlar. Ve şu işaretle der ki: "Yer ve gök iki muti' asker gibi emirlerine bakan bir Zâta isyan edilmez, edilmemeli." Dehşetli bir zecri ifade eder.
Yəni:
"Göy yarılacağı və Rəbbini dinləyib boyun əyməyə hazır olacağı zaman; Yer dümdüz ediləcəyi, içindəkiləri kənara atıb boşalacağı; və Rəbbini dinləyib boyun əyməyə hazır olacağı zaman..." (İnşiqaq/1-5) ayətləri, göy və yerin, Haqq Taalanın əmrinə qarşı itaət dərəcəsini, belə ali bir üslubla bəyan edir ki:
Necə ki, böyük bir komandir, cihad, manevr və əsgərə alma şöbələri kimi, cihada lazım işlər üçün 2 dairə təşkil edib açmışdır. O böyük komandir, mücahidə, o muamələ işi bitdikdən sonra, o 2 dairəni başqa işlərdə istifadə etmək və dəyişdirərək istifadə etmək üçün, o 2 dairəyə tərəf yönələr. O dairələrin hər biri, öz xidmətçilərinin dililə və ya nitqə gəlib öz dililə (sanki belə) deyər:
"Ey komandirim! Bir parça möhlət ver ki, köhnə işlərin artıqlarını, tör-töküntülərini təmizləyib çölə atım, sonra təşrif edin. Bax, atıb, Sənin əmrinə hazır dururuq. Buyur, nə edirsiniz, edin. Sənin əmrinə boyun əymişik. Sənin gördüyün bütün işlər, haqqdır, gözəldir, maslahatdır."
Elə də, səmalar və yer, təklif, təcrübə və imtahan üçün açılmış 2 dairədir. Müddət bitdikdən sonra, göylər və yer, təklif dairəsinə aid şeyləri, Allahın əmrilə bir tərəfə atar; (sanki belə) deyərlər:
"Ey Rəbbimiz! Buyur nə üçün bizi çalışdırarsansa, çalışdır. Haqqımız, Sənə itaətdir. Hər gördüyün iş də, haqdır."
Bax, cümlələrindəki üslubun həşmətinə bax, diqqət et!
Həm məsələn:
“Ey yer, suyunu ud! Ey göy, yağışını saxla!' Su çəkildi, iş bitdi və gəmi, Cudi dağı üzərində qərar tutdu. Sonra deyildi: 'Məhv olsun zalım adamlar!” (Hud/44)
Bax, bu ayətin bəlağat dənizindən bir qətrəyə işarət üçün, bir üslubunu, bir təmsil aynasında göstərəcəyik:
Necə ki, ümumi bir hərbdə, bir komandir, zəfərdən sonra, atəş açan bir ordusuna, 'Atəşi kəs!' və hücum edən digər bir ordusuna, 'Dayan!' deyər, əmr edər. O anda, atəş kəsilər, hücum isə, dayanar. 'İş bitdi istila etdik. Bayrağımız, düşmənin mərkəzi yerlərində yüksək qalalarının başına asıldı. Əsfəl-i safilinə (aşağıların ən aşağısına) gedən o ədəbsiz zalımlar, öz cəzalarını tapdılar.' deyər.
Eynilə (bu misalda olduğu kimi):
Bənzərsiz Padşah, Nuh qövmünün məhvi üçün, göylər və yerə, əmr vermişdir. Vəzifələrini gördükdən sonra, fərman edir: 'Ey yer! Suyunu ud. Ey göy! Dayan, işin bitdi.' Su çəkildi. Dağın başında, Allahın məmurunun çadır vəzifəsini görən gəmisi, qurtuldu. Zalımlar da, cəzalarını tapdılar.
Bax, bu üslubun ucalığına bax. 'Yer və göy, 2 itaətkar əsgər kimi əmr dinləyər, itaət edərlər.' deyir.
Bax, bu üslub işarət edər ki, insanın üsyanından, kainat qəzəblənməkdədir. Göylər və yer, hiddətə gəlir və bu işarətlə, (sanki) belə deyirlər: 'Yer və göy, 2 itaətkar əsgər kimi, əmrlərinə riayət edən bir Zat'a, üsyan edilməz və edilməməlidir.' Dəhşətli bir zəcr (çəkindirmə)'yi ifadə edir." ("Sözlər", 25-ci Söz: "Mucizat-ı Quraniyyə" risaləsi, 1-ci Şölə, 1-ci Şua, 2-ci Surət, 3-cü Nöqtə, s. 366)
Demək, bu dünya, bir manevr meydanıdır; aləmdəki bütün mövcudat isə, bir əsgər məsabəsindədirlər.
---------------------------
---------------------------
"Hem sanayi-i garibe-i Sultaniyyenin meşheridir."
Yəni:
Həm bu şəhadət aləmi, Sultanın qeyr-i adi sənət əsərlərinin sərgiləndiyi bir yerdir.
Müəllif, bir risaləsində, belə deyir:
"Bir zaman bir sultan varmış. Servetçe onun pek çok hazineleri vardı. Hem o hazinelerde her çeşit cevahir, elmas ve zümrüt bulunuyormuş. Hem gizli, pek acaip defineleri varmış. Hem kemâlâtça sanayi-i garibede pek çok mahareti varmış. Hem hesapsız fünun-u acibeye marifeti, ihatası varmış. Hem nihayetsiz ulûm-u bediaya ilim ve ıttılaı varmış.
İşte her cemâl ve kemâl sahibi kendi cemâl ve kemâlini görmek ve göstermek istemesi sırrınca, o sultan-ı zîşân dahi istedi ki, bir meşher açsın, içinde sergiler dizsin, ta nâsın enzarında saltanatının haşmetini, hem servetinin şaşaasını, hem kendi san'atının harikalarını, hem kendi marifetinin garibelerini izhar edip göstersin. Ta, cemâl ve kemâl-i mânevî sini iki vech ile müşahede etsin: Bir vechi, bizzat nazar-ı dekaik-âşinâsıyla görsün. Diğeri, gayrın nazarıyla baksın. Bu hikmete binaen, cesîm ve geniş ve muhteşem bir kasrı yapmaya başladı...
Yəni:
Bir zaman, bir Sultan (əzəl-əbəd sultanı olan Allaha işarətdir) varmış. Sərvətcə, Onun çoxlu xəzinələri var idi. Həm o xəzinələrdə, hər növ cövhər, almaz və zümrüd var imiş. Həm, gizli çox qeyr-i adi dəfinələri (Allahın isimlərinə işarətdir) var idi. Həm kamillik cəhətindən, qeyr-i adi sənətlərdə çox məharəti (yaratdığı hər əsərin, bir sənət möcüzəsi olmasına işarətdir) var idi. Həm saysız-hesabsız qeyr-i adi fənlərə mərifəti, əhatə ediciliyi var idi. Həm nəhayətsiz bənzərsiz elmlərə elmi və onlardan xəbərdarlığı var imiş.
Hər camal və kamal sahibi, öz camal və kamalını görmək və göstərmək istəməsi gərəyincə, o şanlı Sultan da istədi ki, bir məşhər/sərgi salonu açsın, içində sərgilər düzsün, ta ki, insanların nəzərində,
~ səltənətinin ehtişamını;
~ həm sərvətinin dəbdəbəsini;
~ həm öz sənətinin xariqələrini;
~ həm öz mərifətinin misilsiz əsərlərini
izhar edib göstərsin. Ta ki, mənəvi camal və kamalını, 2 cəhətlə müşahidə etsin:
1. Şəxsən ən incə, gizli şeyləri görüb anlayan Öz nəzərilə;
2. Başqalarının nəzərilə.
Bu hikmətdən dolayı, böyük və geniş və möhtəşəm bir saray düzəltməyə başladı...
(Müəllifin, "Sözlər" adlı əsərinin 11-ci Söz'ündən iqtibas edilmişdir. İstəyən, linkə daxil olaraq, oxuya bilər.
http://erisale.com/#content.tr.1.177)
Yenə, bir digər risaləsində ("Məsnəvi-i Nuriyyə", "Zərrə" risaləsi, s. 164-165), belə deyir:
"İ'lem eyyühe'l-aziz! Sath-ı âlemde kurulan şu sergi-yi İlâhîde teşhir edilen tezyinâta, kemâlâta, güzel manzaralara ve rububiyetin haşmetiyle ulûhiyetin azametine bir müşahit, bir mütenezzih, bir mütehayyir, bir mütefekkir lâzımdır ki, o güzellikleri görsün, o manzaralar arasında tenezzüh etsin, o harika nakışlara, ziynetlere tefekkürle hayran olsun. Sonra o sergiden Sâniinin celâline, Mâlikinin iktidar ve kemâlâtına intikal ile Onun azametine secde-i hayret etsin. Bu vazifeyi ifa edecek, insandır...
...Evet, mâşukun hüsnü, âşıkın nazarını istilzam ettiği gibi, Nakkaş-ı Ezelînin rububiyeti de insanın nazarını iktizâ eder ki, hayret ve tefekkür ile takdir ve tahsinlerde bulunsun.
Evet, gül ve çiçeklerin yüzlerini güzelleştiren Zât, nasıl o güzel yüzlere arılardan, bülbüllerden istihsan âşıkları icad etmesin? Ve güzellerin güzel yüzlerinde güzelliği yaratan, elbette o güzelliğe müştakları da yaratır.
Kezâlik, bu âlemi şu kadar ziynetlerle, nakışlarla tezyin eden Mâlikü'l-Mülk, elbette ve elbette o harika, antika, mu'cize manzaraları, ziynetleri, seyircilerden, müşahitlerden, âşık ve müştaklardan, ârif dellâllardan hâli bırakmayacaktır...
Yəni:
Bil, ey əziz (qardaşım)! Aləm (kainat və xüsusilə dünya)'da qurulan bu İlahi sərgidə təşhir edilən (sərgilənən) təzyinat (zinətli şeylərə), mükəmməlliklərə, gözəl mənzərələrə və rububiyyət (tərbiyə edicili)'yin həşməti ilə uluhiyyət (itaət etdiricil)'iyin əzəmətinə, bir şahid, bir seyr edən, bir heyrət içində olan, bir mütəfəkkir/təfəkkür edən lazımdır ki, o gözəllikləri görsün, o mənzərələr arasında seyr etsin, o xariqə naxışlara, zinətlərə, təfəkkürlə heyran olsun. Sonra, o sərgidən, Sani (sənətkar olan Allah)'ın cəlalına, Malik'inin iqtidar və mükəmməlliklərinə keçməklə, Onun əzəmətinə, heyrət səcdəsi etsin. Bu vəzifəni ifa edəcək, insandır...
...Bəli, məşuqun hüsnü (gözəlliyi), aşiqin nəzərini gərəkdirdiyi kimi; əzəli Nəqqaş olan Allahın rububiyyəti də, insanın nəzərini iqtiza edər/gərəkdirər ki, heyrət və təfəkkürlə təqdir və təhsin etsin (gözəl görsün).
Bəli, gül və çiçəklərin üzlərini gözəlləşdirən Zat, necə (ola bilər ki), o gözəl üzlərə, arılardan, bülbüllərdən istihsan edən (gözəl görən) aşiqləri icad etməsin?! Və gözəllərin gözəl üzlərində gözəlliyi yaradan, əlbəttə, o gözəlliyə müştaq (istəkli kimsələri) də yaradar.
Yenə, bu aləmi, bu qədər zinətlərlə, naxışlarla zinətləndirən mülkün sahibi Allah, əlbəttə və əlbəttə, o xariqə, əntiqə, möcüzə mənzərələri, zinətləri, tamaşaçılardan, şahidlərdən, aşiq və müştaqlardan, arif dəllallardan boş qoymayacaqdır...
Halbuki, son dərəcə ehtimam və diqqətlə və məsrəflərlə düzəldilən və qeyr-i adi üsullarla varlıq sahəsinə gələn bu qiymətli sənət əsərləri, qısa bir müddət görünüb, diqqətli nəzərləri və istihsan və təbrikləri cəlb etdikdən sonra, dərhal gözdən itir; yerinə, başqa əsərlər varlıq meydanına gəlir.
Bu hal və keyfiyyət, göstərir ki, bu dünya, bir məşhər, bir təşhirgah (sərgi yeri)'dir ki, qeybi bir Zat, gizli sənətlərini, bu məşhərdə təşhir edib (sərgiləyib) Özünü tanıtdırır; və istihsan edici (gözəl görücü) tamaşaçılarını, daimi bir təşhirgaha; bu sənətlərin və nemətlərin əsllərinin təşhir edildiyi əbədi bir seyrangaha dəvət edir.
------------------------------------
------------------------------------
Hem muvakkat, temelsiz misafirhanelerdir..."
Yəni:
Həm dünya, təməlsiz mehmanxana kimidir.
Müəllif, bu həqiqəti, bir risaləsində ("Sözlər", 25-ci Söz: "Mucizat-ı Quraniyyə" risaləsi, 3-cü Şölə, 2-ci Ziya, s. ), belə bəyan etməkdədir:
"...Felsefe ve hikmet-i insaniye dünyaya sabit bakar...
Kur'ân ise, dünyaya geçici, seyyal, aldatıcı, seyyar, kararsız, inkılâpçı olarak bakar...
...İşte, nasıl elimizdeki saat, sureten sabit görünüyor; fakat içindeki çarkların harekâtıyla, daimî içinde bir zelzele ve âlet ve çarklarının ıztırapları vardır. Aynen onun gibi, kudret-i İlâhiyenin bir saat-i kübrâsı olan şu dünya, zâhirî sabitiyetiyle beraber, daimî zelzele ve tagayyürde, fenâ ve zevâlde yuvarlanıyor.
Evet, dünyaya zaman girdiği için, gece ve gündüz, o saat-i kübrânın saniyelerini sayan iki başlı bir mil hükmündedir. Sene, o saatin dakikalarını sayan bir ibre vaziyetindedir. Asır ise, o saatin saatlerini tâdât eden bir iğnedir. İşte, zaman, dünyayı emvâc-ı zevâl üstüne atar. Bütün mazi ve istikbali ademe verip yalnız zaman-ı hazırı vücuda bırakır.
Şimdi, zamanın dünyaya verdiği şu şekille beraber, mekân itibarıyla dahi, yine dünya zelzeleli, gayr-ı sabit bir saat hükmündedir. Çünkü cevv-i hava mekânı çabuk tagayyür ettiğinden, bir halden bir hale sür'aten geçtiğinden, bazı günde birkaç defa bulutlarla dolup boşalmakla, saniye sayan milin suret-i tagayyürü hükmünde bir tagayyür veriyor.
Şimdi, dünya hanesinin tabanı olan mekân-ı arz ise, yüzü, mevt ve hayatça, nebat ve hayvanca pek çabuk tebeddül ettiğinden, dakikaları sayan bir mil hükmünde, dünyanın şu ciheti geçici olduğunu gösterir. Zemin, yüzü itibarıyla böyle olduğu gibi, batnındaki inkılâbat ve zelzelelerle ve onların neticesinde cibâlin çıkmaları ve hasflar vuku bulması, saatleri sayan bir mil gibi, dünyanın şu ciheti ağırca mürur edicidir, gösterir.
Dünya hanesinin tavanı olan semâ mekânı ise, ecramların harekâtıyla, kuyruklu yıldızların zuhuruyla, küsufat ve husufâtın vuku bulmasıyla, yıldızların sukut etmeleri gibi tagayyürat gösterir ki, semâ dahi sabit değil; ihtiyarlığa, harabiyete gidiyor. Onun tagayyürâtı, haftalık saatte günleri sayan bir mil gibi, çendan ağır ve geç oluyor, fakat herhalde geçici ve zevâl ve harabiyete karşı gittiğini gösteriyor.
İşte, dünya, dünya cihetiyle şu yedi rükün üzerinde bina edilmiştir."
Yəni:
Fəlsəfə və hikmət, dünyaya sabit baxar...
...Quran isə, dünyaya, keçici, səyyal (axıb gedən), aldadıcı, səyyar (gəzən), qərarsız, inqilabçı (dəyişgən) olaraq baxar...
...Bax, necə ki, əlimizdəki saat, surətən sabit görünür; lakin, içindəki çarxların hərəkətilə, içində, daim, bir zəlzələ və alət və çarxlarının izdirabları vardır (yəni, alət və çarxları, daim işləməkdədir).
Eynilə, onun kimi, İlahi qüdrətin böyük bir saatı olan bu dünya, zahiri sabitiyyətilə bərabər, daim zəlzələ və dəyişiklikdə, fəna və zavalda yuvarlanmaqdadır.
Bəli, dünyaya zaman girdiyi üçün,
1. Gecə və gündüz, o böyük saatın saniyələrini sayan, 2 başlı bir mil hökmündədir.
2. İl, o saatın dəqiqələrini sayan bir əqrəb hökmündədir.
3. Əsr isə, o saatın saatlarını sayan bir iynədir.
Bax, zaman, dünyanı, "zaval dalğaları" üstünə atar. Bütün keçmiş və gələcəyi yoxluğa verib yalnız hazır zamanı varlıqda buraxar.
İndi, zamanın dünyanı şəkilləndirməsilə bərabər, məkan etibarı ilə də, yenə dünya, zəlzələli, qeyr-i sabit bir saat hökmündədir. Çünki,
1. Dünyanın atmosferi, tez dəyişdiyindən, bir haldan digər bir hala sürətlə keçdiyindən, bəzi gündə, bir neçə dəfə buludlarla dolub boşalmaqla, saniyə sayan milin dəyişməsi kimi, bir təğayyur verir (yəni, dünyanı dəyişdirir).
2. İndi, dünya evinin dabanı olan yer isə, üzü (yəni, səthi), ölüm və həyatca, bitki və heyvanca çox tez dəyişdiyindən, dəqiqələri sayan bir mil hökmündə(dir), dünyanın, bu cəhətlə də keçici olduğunu göstərir.
3. Yer, üzü (yəni, səthi) etibarı ilə belə (yəni, dəyişgən) olduğu kimi; içindəki inqilablar və zəlzələlərlə və onların nəticəsində dağların çıxmaları və çöküntülərin baş verməsi, saatları sayan bir mil kimi, dünyanın bu cəhəti, onun, ağır-ağır keçib getdiyini göstərir.
4. Dünya evinin tavanı olan səma məkanı isə,
~ (göy) cisimlərinin hərəkəti;
~ quyruqlu ulduzların zühuru (ortaya çıxması);
~ günəş və ay tutulmaları;
~ ulduz düşmələri
kimi dəyişikliklərə göstərir ki, səma da sabit deyildir; qocalığa, xarab olmağa doğru getməkdədir. Onun təğayyürat (dəyişikliklər)'i isə, həftəlik saatda, günləri sayan bir mil kimi, hərçənd gec və ağır olur, lakin, hər halda, keçici və zaval və xarab olmağa doğru getdiyini göstərir.
Bax, dünya, dünya cəhətilə, bu 7 rükn üzərinə bina edilmiş (qurulmuş)'dur.
Yenə, Müəllif, bir risaləsində ("Məsnəvi-i Nuriyyə", "Lasiyyəmalar", s. 34), belə deyir:
"...Ve keza, icraatından, faaliyetinden anlaşılan pek harika bir ihtişam içinde bir saltanatı varken, milletinin içtimaları için yalnız dar bir misafirhane yapılmış; daimî olarak milleti istiab edemez, daima dolar boşalır.
Ve bir imtihan meydanı var; her vakit değişir, tebeddül eder.
Ve sultanın bazı âsâr-ı sanatına ve ihsanatına bazı numuneler göstermek için meclisleri var; zaman zaman tahavvül eder.
Bu vaziyet, bu dar menzil ve meydan ve meşherden sonra daimî bir menzil, sabit saraylar, açık hazineler bulunup ve sakinleri sabit ve daimî kalacaklarına bilbedâhe delalet eder...
...bu âlemin geliş ve gidişatında ve bütün mahlûkatın bir hedefe sevkinde ve semâvî, süflî bütün ecramın bir kudrete bağlı ve musahhar olmasında pek büyük bir saltanat eseri görünüyor. Ve bundan anlaşılıyor ki, bu mevcudatta tasarruf eden Sâniin azîm rububiyetinde harika bir saltanatı vardır. Halbuki, bu dünya menzili tahavvülâta, zevale mâruzdur. Sanki misafirler için yapılmış bir handır ki daima dolup boşalıyor. Ne kendisinin sabit bir şekli vardır ve ne de içinde oturanların bir kararı vardır. Ve Sâni-i Âlemin garip ve acip san'atlarının nümunelerini teşhir ve ilân için tahavvülden hâli kalmayan bir meşherdir. Bu itibarla o handa ve o meşherde içtimâ eden insanlar sabit kalacak değiller. Çünkü meskenleri sâbit değildir.
İşte bu hal ve şu vaziyet, bu fâni menzilden sonra o sermedî saltanata karargâh olmak üzere, sabit, bâkî, ebedî, sermedî saadetlerin, Cennetlerin ve sarayların olacağına kat'î bir delâletle şehadet eder. Çünkü, fâni, bâkiye makam ve medar olamaz. Evet, bir melikin gelip giden misafirleri için yolda yaptığı şu menzile ve o menzilde oturan misafirlere bakıldığı zaman görülüyor ki, milyonlarca lirayla yapılan o menzil, pek az bir zaman içindir. Ve ondaki ziynetler, kıymetli şeyler, hep suret ve örneklerdir. Ve misafirler o nefis taam ve yemeklerin yalnız tadına bakıp, karınlarını doyuracak derecede yemiyorlar. Ve herbir misafir, hususî makinesiyle o menzildeki zînetlerin resimlerini alırlar. Ve melikin de gizli memurları onların bütün harekât, ef'al ve muamelelerini yazıyorlar. Ve o melik her mevsimde milyonlarca o ziynetleri, o güzel şeyleri yeni gelecek misafirler için tahrip ve tecdit ediyor. Ve hakeza, pek çok garip ve acip şeyler görünüyor.
İşte bu vaziyet gösterir ki, o muvakkat menzil sahibinin pek yüksek kıymetli menzilleri, daireleri ve ebedî, sermedî sarayları vardır. Bu küçük menzilde görünen şeyler, haller, misafirleri ebedî menzillerdeki yüksek şeylere teşvik için gösterilen nümunelerdir.
Yəni:
Və yenə, icraatlarından, fəaliyyətindən başa düşülən çox xariqə bir ehtişam içində bir səltənəti var ikən, (buna baxmayaraq), millətinin ictimaları (toplanmaları) üçün, yalnız dar bir mehmanxana düzəldilmiş; (belə bir mehmanxana isə), daimi olaraq milləti öz içinə ala bilməz, daim dolar-boşalar.
Və bir imtahan meydanı var ki, hər vaxt dəyişir, təbəddül edir.
Və Sultanın bəzi sənət əsərlərinə və ehsanlarına bəzi nümunələr göstərmək üçün, məclisləri var; zaman-zaman dəyişir.
Bu vəziyyət, bu dar mənzil və meydan və məşhərdən sonra, daimi bir mənzil, sabit saraylar, açıq xəzinələrin mövcud olub sakinlərinin isə orda sabit və daimi qalacaqlarına, açıq bir şəkildə dəlalət edər...
...Bu aləmin gəliş və gedişatında; və bütün məxluqatın bir hədəfə sövqündə; və səmavi və süfli (yəni, səmaya nisbətən aşağıda yer alan) bütün cirm (cisim)'lərin bir qüdrətə bağlı olması və boyun əydirilməsində, çox böyük bir səltənət əsəri görünür. Və bundan başa düşülür ki, bu mövcudat üzərində təsərrüf edən Sani (sənətkar olan Allah)'ın, böyük rububiyyətində (tərbiyə ediciliyində), qeyr-i adi bir səltənəti vardır. Halbuki, bu dünya mənzili, təhəvvülat (dəyişikliklər)'ə, zavala məruz qalmaqdadır. Sanki, qonaqlar üçün düzəldilmiş bir xan'dır ki, daim dolub-boşalmaqdadır. Nə özünün sabit bir şəkli, nə də içində oturanların bir qərarı vardır. Və aləmin sənətkarı olan Allahın, qərib və əcaib sənətlərinin nümunələrini təşhir və elan üçün, təhəvvüldən xali (uzaq, boş) qalmayan bir məşhərdir. Bu etibarla, o xanda və o məşhərdə ictima edən (toplanan) insanlar, sabit qalacaq deyillərdir. Çünki, məskənləri sabit deyildir.
Bax bu hal və vəziyyət, bu fane mənzildən sonra, o əbədi səltənətə qərargah olmaq üzərə, sabit, əbədi səadətlərin, cənnətlərin və sarayların olacağına, qəti bir dəlalətlə şəhadət edər. Çünki, fane, əbədiyə məqam və mədar (ətrafında dövr edilən yer) ola bilməz.
Bəli, bir məlikin, gəlib-gedən qonaqları üçün yolda düzəltdiyi bu mənzilə və o mənzildə oturan qonaqlara baxıldığı vaxt görülür ki, milyonlarla lirə ilə düzəldilən o mənzil, çox az bir zaman üçündür. Və ondakı zinətlər, qiymətli şeylər, hamısı, surət və nümunələrdir. Və qonaqlar, o ləzzətli təam və yeməklərin yalnız dadına baxıb, qarınlarını doyuracaq dərəcədə yemirlər. Və hər bir qonaq, xüsusi aparatı ilə, o mənzildəki zinətlərin rəsmlərini çəkirlər (insan yaddaşına işarətdir). Və Məlikin də gizli məmurları (mələklərə işarətdir), onların bütün hərəkət, fel və davranışlarını yazmaqdadırlar. Və o Məlik, hər mövsümdə, milyonlarla o zinətləri, o gözəl şeyləri, yeni gələcək qonaqları üçün təxrib və təcdid edir (yeniləyir). Və yenə, bir çox qərib və əcaib şeylər görünməkdədir.
Bax bu vəziyyət göstərir ki, o müvəqqəti mənzil Sahibinin, çox yüksək, qiymətli mənzilləri, dairələri və əbədi sarayları vardır. Bu kiçik mənzildə görünən şeylər, hallar, qonaqları, əbədi mənzillərdəki yüksək şeylərə təşviq üçün göstərilən nümunələrdir.
Müəllifin qəsdi, budur:
Heç mümkünmüdür ki, zərrələrdən günəşlərə, ağaclardan qalaktikalara qədər bütün mövcudatı itaətkar bir əsgər kimi əmrinə boyun əydirən və bütün kainatı idarə və tədbir edərək həşmətli rububiyyətini göstərən bir Zat, sadəcə, bir mehmanxana məsabəsində olan bu dünyada müvəqqəti bir həyat keçirən fane varlıqlar üzərində dayansın; həşmətli icraatına və ali rububiyyətinə ayna olacaq əbədi və daimi bir diyarı icad etməsin?! Haşa və kəlla!
-------------------------------
-------------------------------
"Görmüyormusun ki, her gün bir kafile gelir, biri gider, kaybolur. Daima dolar boşanır."
Dünyaya,
~ istər, bir manevr meydanı;
~ istər, bir təşhirgah (sərgi salonu);
~ istər, bir mehmanxana
nəzərilə baxılsın, görüləcəkdir ki, bu dünya, hər gün, nizam və intizamla dolmaqda və boşalmaqdadır. Hər gün bir tayfa, qeybdən gəlir, digəri isə, gedir. Bir manevr meydanı, bir təşhirgah və bir mehmanxana olan bu dünya içindəki mövcudatın daim fəna və zavala məhkum olduğunu, hikmətli Quran, belə elan etməkdədir:
كُلُّ مَنْ عَلَيْهَا فَانٍ
"Yer üzündə olan hər kəs, ölümə məhkumdur." (Rahmən/26)
Bu dünya deyilən manevr meydanına, təşhirgahına və mehmanxanasına gələn hər mövcudun gəlib, dayanmadan köçüb getməsi, ağlı başında hər insanın diqqətini cəlb etməlidir. "Görəsən, bu mövcudat, hardan gəlir, nə üçün gəlir və hara gedir?" suallarına cavab tapmağa çalışmalıdır.
--------------------------------
--------------------------------
"Bir zaman sonra, şu memleket, tebdil edilecek (dəyişdiriləcək). Bu ahali, başka ve daimi bir memlekete nakl edilecek. Orada her kes, hizmetine mukabil ya ceza, ya mükafat görecek." dedi.
Yəni:
~ Bu manevr meydanında əskərlik vəzifəsini hakkı ilə əda edənlər;
~ Bu təşhirgahdakı sənət əsərlərinə baxıb imanla Sani'lərini tanıyanlar; və
~ Bu mehmaxana Sahibinin əmri və icazəsi dairəsində hərəkət edənlər,
əlbəttə, xidmətlərinin mükafatını görəcək;
~ Bu manevr meydanında əsgərlik vəzifəsini tərk edənlər;
~ Bu təşhirgahdakı sənət əsərləri ilə Özünü tanıtdıran Sani'ni iman ilə tanımayanlar;
~ Bu mehmanxana Sahibinin əmrinə müxalifət edənlər,
əlbəttə, cəza görəcəklərdir.
-----------------------------------
-----------------------------------
"Yine, o hain sersem, temerrüd edip:
'İnanmam. Hiç mümkünmüdür ki, bu memleket harab edilsin; başka bir memlekete göç etsin.' dedi.
Yəni:
O əmanətə xəyanət edən, özünə verilən maddi və mənəvi əzalarla kainatın tilsim və müəmmasını kəşf edə bilməyən, 'İnsan və aləm nədir? Hardan gəlir? Hara getməkdədir?' kimi sualların cavabını düşünməyən sərsəm, inad etdi və bunları mümkün görmədi.
-------------------------------
-------------------------------
Bunun üzerine, emin arkadaşı dedi:
"Madem bu derece inat ve temerrüt edersin. Gel, had ve hesabı olmayan delâil içinde, On İki Suret ile sana göstereceğim ki, bir mahkeme-i kübrâ var, bir dâr-ı mükâfat ve ihsan ve bir dâr-ı mücazat ve zindan var. Ve bu memleket, hergün bir derece boşaldığı gibi, bir gün gelir ki, bütün-bütün boşalıp harap edilecek."
Yəni:
Madam ki, bu dərəcə inad edirsən. Gəl, hədd və hesabı olmayan dəlillər içində, 12 surət ilə sənə göstərim ki, böyük bir məhkəmə, mükafat və ehsan yurdu; və cəza və zindan yeri vardır. Və bu diyar, hər gün bir dərəcə boşaldığı kimi; bir gün gələcək ki, bütün-bütün boşalıb xarab ediləcək.
----------------------------------------
"Haşr" risaləsinin haqqı ilə başa düşülə bilməsi üçün, 2 cəhətin bilinməsində, fayda vardır:
1-ci cəhət: Müəllif, "Haşr" risaləsində, 3 həqiqəti isbat etməkdədir. Belə ki:
a. Birinci həqiqət: Əvvəla, kainatdakı əsərləri nəzərə verib, onunla intizamlı felləri isbat edir. "Fel, failsiz ola bilməyəcəyindən dolayı, bu intizamlı fellərin bir Faili vardır." deməklə, Allahın varlığının vacib/zəruri olmasını və birliyini isbat edir.
b. İkinci həqiqət: O intizaml fellərdən doğan isimləri nəzərə verir və onları isbat edir.
c. Üçüncü həqiqət: O isim üzərinə, haşrı bina etmək surətilə, haşrı isbat edir.
Necə ki, Müəllif (rahiməhullah), bu isbat metodunu, bir əsərində ("Barla Lahiqası", s. ), belə izah etməkdədir:
"Herbir Hakikat, üç şeyi birden ispat ediyor: Hem Vâcibü'l-Vücudun vücudunu, hem esmâ ve sıfâtını; sonra haşri onlara bina edip, ispat ediyor. En muannid münkirden, tâ en hâlis bir mü'mine kadar herkes, her Hakikatten hissesini alabilir. Çünkü, Hakikatlerde, mevcudata, âsâra nazarı çeviriyor. Der ki:
Bunlarda muntazam ef'al var. Muntazam fiil ise fâilsiz olmaz. Öyleyse bir fâili var. İntizam ve mizanla o fâil iş gördüğü için, hakîm ve âdil olmak lâzım gelir. Madem hakîmdir; abes işleri yapmaz. Madem adaletle iş görüyor; hukukları zayi etmez. Öyle ise bir mecma-ı ekber, bir mahkeme-i kübrâ olacak.
İşte Hakikatler, bu tarzda işe girişmişler."
Yəni:
(Bu "Haşr" risaləsindəki) hər bir həqiqət, 3 şeyi birdən isbat edir:
1. Həm Vacibu'l-Vücud (varlığı zəruri olan Allah)'ın varlığını;
2. Həm isim və sifətlərini;
3. Sonra da, haşrı, bu isim və sifətlər üzərinə bina edib isbat edir.
Ən inadçı münkir (inkar edən)'dən, ta ən xalis bir möminə qədər hər kəs, hər həqiqətdən hissəsini ala bilər. Çünki, həqiqətlərdə, mövcudata, əsərlərə nəzəri çevirməkdədir. Deyir ki:
Bunlarda, intizamlı fellər var (yəni, görünür). Müntəzəm fel isə, failsiz olmaz. Elə isə, bir faili vardır. İntizam və mizanla o Fail iş gördüyü üçün, hakim (hikmət sahibi) və adil (ədalətli) olmaq lazım gəlir. Madam ki, hakimdir, əbəs iş görməz. Madam ki, ədalətlə iş görür, hüquqları zay etməz. Elə isə, böyük bir toplantı yeri, böyük bir məhkəmə olacaqdır.
Bax, həqiqətlər, bu tərzdə işə girişmişlərdir.
2-ci cəhət: "Haşr" risaləsində keçən surət və həqiqətlərdə, əvvəl, kainatda cari olan təkvini qanunlar nəzərə verilir. Təklifi qanunların isə, üzərindən keçildiyi üçün, isbatı görünmür. Bununla bərabər, təkvini qanunların isbatı nəticəsində, təklifi qanunlar, zəruri olaraq təzahür edir. Haşr məsələsi isə, o təklifi qanunlar üzərinə qurulur. Çünki, təklif olmazsa, haşr da olmaz. Məsələn:
~ hər şeyə, həyat haqqı vermək;
~ hər şeyi, mizan dairəsində xəlq etmək;
~ istedad, fitri ehtiyac, iztirar (çarəsizlik) dililə edilən bütün dualara cavab vermək;
~ haqsızları ədəbləndirmək,
bir ədalətin varlığını isbat edər. Bu isə, təkvini qanunların, ədalət şəklindəki təzahürüdür.
Madam ki, bu kainatda icra olunan təkvini qanunlar nəticəsində, ədalət həqiqəti təzahür edir. Əlbəttə, bütün məxluqatın rəisi və şərəflisi olan insan haqqında da, ədalətin təhəqqüq etməsi (reallaşması), yəni, Allahın və qulların haqlarının mühafizəsi üçün, bir qanuna ehtiyac vardır. O qanun isə, peyğəmbərlər vasitəsilə təbliğ edilən təklifi qanunlardır.
Madam ki, insanların bir qismi, Allahın və qulların haqlarından ibarət olan ədalətə riayət etməklə, "iman və saleh əməl" dairəsində hərəkət edirlər. Bir qismi isə, inkar və üsyan ilə, o ədalətdən üz çevirib şirk və səfahət yolunu ixtiyar edirlər. Zalım, izzətində; məzlum, zillətində qalıb ölüm ilə bərabər hala gəlirlər. Bunda isə, zahirən bir zülm görsənir. Allah isə, kainatdakı əsərlərilə, mütləq ədalət sahibi olduğu üçün, bu zülmdən münəzzəhdir. Elə isə, bu ədalətin, insan növü haqqında da haqqı ilə təhəqqüq etməsi üçün, bir haşr və nəşr olacaq; ədalətə riayət edənlər üçün, bir mükafat; o ədalətə baş qaldıran asilər üçün də, bir cəza olacaqdır.
Müəllifimiz Ustad Nursi'nin "Haşr" risaləsi, 2 hissədən ibarətdir. Belə ki:
~ 1-ci hissəsində: Bir təmsili hekayə ilə 12 surət;
~ 2-ci hissəsində isə: Bir müqəddimə ilə 12 həqiqət vardır.
Birinci hissədə keçən surətlər, ikinci hissədə keçən həqiqətlərin təmsilləridir. Yəni, birinci hissədəki surətlərin mənaları, ikinci məqamdakı həqiqətlərdir. Bundan dolayı, biz, "Surət"lər üzərində qısa dayanacaq, Müəllifin, "Həqiqət"lərdə bəhs etdiklərini şərh edəcəyik. Müvəffəqiyyət, Allahdandır.
------------------------------------------
------------------------------------------
İkinci Suret
"Bu gidişata, icraata bak: Nasıl en fakir, en zayıftan tut, ta herkese mükemmel, mükellef erzak veriliyor. Kimsesiz hastalara çok güzel bakılıyor. Hem gayet kıymettar ve şahane taamlar, kaplar, murassâ nişanlar, müzeyyen elbiseler, muhteşem ziyafetler vardır."
Yəni:
Əmin dost, o xain sərsəmə deyir:
Bu diyarın gedişatına, bu diyarda edilən fəaliyyətlərə, icraatlara bax. Bu gedişat və icraatdan, bu diyarın mərhəmət və kərəm sahibi bir Padşahının var olduğu, açıq bir şəkildə başa düşüləcəkdir. Belə ki:
~ Ən möhtac, ən zəifdən tut, ta ki hər kəsə, mükəmməl, mükəlləf olduqları ərzaqlar verilir;
~ Kimsəsiz xəstələrə, çox gözəl baxılır;
~ Çox qiymətli və şəhanə təamlar (meyvə-tərəvəzə işarətdir), qablar (ağaclara, bostanlara, bağ və baxçalara işarətdir), murassa (daş-qaşla bəzədilmiş) nişanlar (ağac başlarındakı yarpaq və çiçəklərə işarətdir), müzəyyən (zinətləndirilmiş) libaslar (hər bahar mövsümündə meydana gələn, sanki silah altına alınan bitki və heyvan tayfalarından hər birinə, ona layiq bir libas geyindirilməsinə işarətdir), möhtəşəm ziyafətlər (bahar mövsümündə, hər bir növə məxsus elə bir ziyafət verilir ki, hər məxluq, o ziyafətdən istifadə edər) vardır.
-------------------------------------------
-------------------------------------------
Müəllif, bura qədər, kərəm və rəhmət fellərinə diqqət çəkdi. İndi isə, izzət və cəlal fellərinə diqqət çəkəcək. Belə ki:
"Bak, senin gibi sersemlerden başka herkes vazifesine gayet dikkat eder. Kimse zerrece haddinden tecavüz etmez. En büyük şahıs, en büyük bir itaatle, mütevaziâne bir havf ve heybet altında hizmet eder."
Yəni:
Bax, sənin kimi sərsəmlərdən başqa hər kəs, vəzifəsinə çox diqqət edir. Kimsə, zərrə qədər həddindən təcavüz etməz. Ən böyük şəxs (günəşə işarətdir), ən böyük bir itaətlə, mütəvazi bir şəkildə, bir xof və heybət altında xidmət edir.
Aləmdəki mövcudatın, vəzifə surətində itaətləri, bir qanun altında hərəkət etdiklərini bildirir. O qanun isə, təkvini qanunlardır. Bu böyük kainatı Öz əmrinə boyun əydirməklə müxtəlif vəzifələrdə çalışdıran o cəlal və izzət Sahibi, əlbəttə, insan növünü, bu külli itaətdən xaric tutmamış, onu da itaət altına almışdır. Bu isə, ancaq, qanun surətində olur. O qanun isə, təklifi şəriətdir.
--------------------------------------
--------------------------------------
"Demek, şu saltanat sahibinin pek büyük bir keremi, pek geniş bir merhameti var. Hem pek büyük izzeti, pek celâlli bir haysiyeti, namusu vardır."
Yəni:
Demək ki, bu səltənət Sahibinin, çox böyük bir kərəmi, çox geniş bir mərhəməti vardır. Həm çox böyük izzəti, çox cəlallı bir heysiyyət və namusu vardır.
Yəni, bu diyar Sahibinin çox böyük kərəm və mərhəməti olduğu kimi; eyni zamanda, çox böyük izzət və cəlalı da vardır. Yəni, bu diyar Sahibi, həm Kərim və Rəhim'dir, rəiyyətinə hədsiz ehsanlar edir; həm də Əziz və Cəlil'dir, zərrədən ərşə qədər bütün məxluqatı əmrinə boyun əydirir.
-------------------------------------
-------------------------------------
"Halbuki kerem ise, in'âm etmek ister. Merhamet ise, ihsansız olamaz."
Yəni:
Halbuki kərəm isə, davamlı nemətləndirmək istəyər. Mərhəmət isə, daim ehsan etmək istəyər.
Yəni, Padşahın kərəm və rəhməti, nemət və ehsanın davamını; və o nemət və ehsanlardan istifadə edənlərin varlıqlarının davamlı olmasını istəyər.
-------------------------------------
-------------------------------------
"İzzet ise, gayret ister. Haysiyyet ve namus ise, edebsizlerin te'dib (ədəbləndirilmə)'sini ister."
Mətndəki "gayret/qeyrət" kəliməsi, məcazi mənadadır. Allah rəsulu (sallallahu aleyhi və səlləm), bir hədisində, belə buyurmuşdur:
عَنْ عَبد الله عن النَّبِيّ صلَّى الله عليه وسلم قال:
" مَا مِن أحَدٍ أغْيَرُ مِنَ اللَّهِ، مِن أجْلِ ذلكَ حَرَّمَ الفَواحِشَ...
"Allahdan daha qeyrətli (yəni, qısqanc) bir kimsə yoxdur. Bundan dolayı, O, bütün pislikləri haram qılmışdır." (Buxari, hədis no: 7403)
Bu məzmunda digər bir hədis və şərhi üçün bax:
https://suallarlaislam.com/.../gun%C9%99s-v%C9%99-ya-ay...
--------------------------------
--------------------------------
"Halbuki, şu memlekette, o merhamet, o namusa layık binden biri yapılmıyor."
Əhl-i iman və itaət haqqında, o rəhmətin; əhl-i küfr və üsyan haqqında isə, o izzətin, 1/1000-i icra edilmir. Bununla bərabər, bu diyarda, o mərhəmətə layiq mükafat və o izzətə layiq bir cəza, heç görünmür, bütün-bütün icra edilmir, deyil. Bəzən o rəhmət və o izzətin muqtəzası (gərəyi) olan mükafat və cəza, bu dünyada da icra edilir. Məsələn, Peyğəmbərlər və Onların ümmətlərinə gələn nüsrət/yardımlar və nicat/qurtuluş, onlar haqqındakı İlahi rəhməti; kafir və asilərə gələn səmavi və arzi (yerə aid) sillələr isə, onlar haqqındakı izzəti göstərir. Məsələn:
~ Ad, Səmud, Lut, Şuayb, firon qövmləri, həlak olub getdilər. Buna müqabil olaraq,
~ Hud, Saleh, Lut, Şuayb və Musa kimi Peyğəmbərlər və Onlara tabe olanlar, İlahi rəhmətə nail olub nicat tapdılar.
Müəllifimiz Nursi (rahiməhullah), asi və inadçı qövmlərin həlakı və Peyğəmbərlər və Onların ümmətlərinin nicatını, belə xəbər verməkdədir:
"...kavm-i Nuh ve Semûd ve Âd ve Firavun ve Nemrut gibi bütün muarızlar, gazab-ı İlâhîyi ve azabını ihsas edecek bir tarzda gaybî tokatlar yedikleri gibi, kàfile-i kübrânın Nuh aleyhisselâm, İbrahim aleyhisselâm, Mûsâ aleyhisselâm, Muhammed aleyhissalâtü vesselâm gibi bütün kudsî kahramanları dahi, harika ve mu'cizâne ve gaybî bir surette mu'cizelere ve ihsanat-ı Rabbâniyeye mazhar olmuşlar. Birtek tokat hiddeti, birtek ikram muhabbeti gösterdiği halde, binler tokat muarızlara ve binler ikram ve muavenet kàfileye gelmesi, bedahet derecesinde ve gündüz gibi zâhir bir tarzda, o kàfilenin hakkaniyetine ve sırat-ı müstakimde gittiğine şehadet ve delâlet eder..." ("Şualar", 6-ci Şua, 2-ci Sual, s. 82)
Yəni:
Nuh, Səmud, Ad, firon və nəmrud qövmləri kimi müxaliflər, İlahi qəzəb və əzabı hiss edəcək bir tərzdə qeybdən sillələr yedikləri kimi; böyük tayfanın Nuh, İbrahim, Musa, Muhamməd (Allahın hamısına salamı olsun) kimi bütün müqəddəs qəhrəmanları da, xariqə, möcüzəvi və qeybi bir surətdə, möcüzələrə və ehsanlara nail olmuşlardır. Bir tək sillə, hiddəti; bir tək ehsan, məhəbbəti göstərdiyi halda; minlər sillə, müxaliflərə; minlər ehsan və yardım, bu qrupa gəlməsi, açıq bir şəkildə və gündüz kimi zahir bir tərzdə, o qrupun haqq olmasına və istiqamətli bir yolda getdiyinə şəhadət və dəlalət edər.
-----------------------------
-----------------------------
"Zalim, izzetinde; mazlum, zilletinde kalıp, burdan göçüp gidiyorlar. Demek, bir mahkeme-i kübraya (böyük bir məhkəməyə) bırakılıyor."
Zalımlar, Allahın və qulların hüquqlarına təcavüz etdikləri halda, izzət içində ölüb gedirlər. Məsələn, göylər, yer, günəş, ay və s. Allaha xidmət etdiyi halda, kafir, küfrü ilə, mövcudatın haqqına təcavüz edər. Kafirin küfr və zülmü, sadəcə özü ilə məhdudlaşmayıb, digər mövcudata da sirayət edər. Məzlum əhl-i iman isə, Allahın və qulların haqlarına riayət etdikləri halda, zillət içində qalaraq burdan köçüb gedirlər. Demək, böyük bir məhkəməyə buraxılır, tərk edilir, ertələnir.
-----------------------------
-----------------------------
İkinci Hakikat
"Bab-ı kerem ve rahmetdir ki, Kerim ve Rahim isminin cilvesidir."
Yəni:
Kərəm və rəhmət qapısıdır ki, Kərim və Rahim isimlərinin cilvəsidir (haşiyə).
----------------------
(Haşiyə:
~ Təcəlli nə deməkdir?
"Təcəlli": "görünmək" deməkdir və "qeybi həqiqətlərin qəlblərdə hiss edilə bilən hala gəlməsi", "qeybi olan şeylərin nurlarından qəlblərə açılan şeylər" şəklində tərif edilir. (bax: Seyyid Şərif Cürcani, "Tarifat")
Qəlbdəki təcəllidən hasil olan bu şeyə də, "cilvə" adı verilir. "Cilvə" üçün, "arifin qəlbində parlayan İlahi nur" deyilmişdir.
Allahın sifətlərindən bir sifətin qulun qəlbində münkəşif olmasına (kəşf edilməsinə) - "sifət təcəllisi"; isimlərindən bir ismin qulun qəlbində inkişafına isə "isim təcəllisi" deyilir.
Təcəlli, Quran və hədislərdə, həm lüğət, həm də termin mənasında istifadə edilmişdir.
Quranda "təcəlli" kəliməsi:
وَٱلنَّهَارِ إِذَا تَجَلَّىٰ
"And olsun günəşin təcəllisi ilə aydınlaşan gündüzə!" (Leyl/2);
وَلَمَّا جَآءَ مُوسَىٰ لِمِيقَـٰتِنَا وَكَلَّمَهُۥ رَبُّهُۥ قَالَ رَبِّ أَرِنِىٓ أَنظُرْ إِلَيْكَ ۚ قَالَ لَن تَرَىٰنِى وَلَـٰكِنِ ٱنظُرْ إِلَى ٱلْجَبَلِ فَإِنِ ٱسْتَقَرَّ مَكَانَهُۥ فَسَوْفَ تَرَىٰنِى ۚ فَلَمَّا تَجَلَّىٰ رَبُّهُۥ لِلْجَبَلِ جَعَلَهُۥ دَكًّا وَخَرَّ مُوسَىٰ صَعِقًا ۚ فَلَمَّآ أَفَاقَ قَالَ سُبْحَـٰنَكَ تُبْتُ إِلَيْكَ وَأَنَا۠ أَوَّلُ ٱلْمُؤْمِنِينَ
"Musa təyin etdiyimiz vaxtda gəldikdə Rəbbi onunla danışdı. Musa dedi: 'Ey Rəbbim! Özünü mənə göstər, Sənə baxım.' O dedi: 'Sən məni görə bilməzsən. Lakin bu dağa bax. Əgər o, öz yerində qala bilsə, sən də Məni görəcəksən.' Rəbbi dağa təcəlli etdikdə, onu parça-parça etdi. Musa da bayılaraq yerə sərildi. Özünə gəldikdə isə dedi: 'Sən, pak və müqəddəssən! Sənə tövbə etdim və mən, iman gətirənlərin birincisiyəm!” (Əraf/143)
Hədislərdə "təcəlli" kəliməsi:
Bu kəlimə, hədislərdə, Allah rəsulu (sallallahu aleyhi və səlləm)'in bir günəş tutulması hadisəsi sonrasında namaz qıldığında, günəşin yenidən görünməsi (bax: Buxari, 67-ci Kitab: "Nikah kitabı", 88-ci bab, hədis no: 5197); axirətdə möminlərin görməsi üçün, Haqqın, Özünü, aşkar hala gətirməsi (Muslim, "İman"/191), təcəlli sözü ilə ifadə edilmişdir.
~ "Kərəm"in lüğət mənası, "istəmədən verən; verdiyində, ümid ediləndən çoxunu verən; nə qədər və kimə verdiyinə baxmayan" deməkdir.
~ "Rəhmət"in lüğət mənası isə, "şəfqət və mərhəmət" deməkdir. Əsl mənası isə, "qəlb şəfqəti"dir. Bu məna, Allah haqqında muhal/imkansız olduğu üçün, lazımi mənası muraddır. Yəni, "şəfqət və mərhəmətlə davranan" deməkdir.
----------------------------------
Bu kainatda, zərrədən ərşə qədər hər bir mövcud, bir əsərdir. Hər bir əsərdə, bir qapı hökmündə olan İlahi fellər təcəlli etməkdədir. Kərəm və rəhmət felləri də, bir qapı hökmündədir. Bu qapıdan, 2 şey görünməkdədir:
1. Kərim və Rahim isimlərilə müsəmma (isimləndirilən) bir Zat'ın varlığı (çünki bu fellərin öz-özünə baş verməsi, muhaldır).
2. Haşr həqiqəti.
----------------------------------
I - Kainatda görünən rəhmət və kərəm felləri
"Hiç mümkün müdür ki, gösterdiği âsâr ile nihayetsiz bir kerem ve nihayetsiz bir rahmet ve nihayetsiz bir izzet ve nihayetsiz bir gayret sahibi olan şu âlemin Rabbi, kerem ve rahmetine lâyık mükâfat, izzet ve gayretine şayeste mücazatta bulunmasın?"
Yəni:
Heç mümkünmüdür ki, göstərdiyi əsərlər ilə, sonsuz bir kərəm və sonsuz bir rəhmət; və nəhayətsiz bir izzət və nəhayətsiz bir qeyrət (qısqanclıq) sahibi olan bu aləmin Rəbbi,
~ kərəm və rəhmətinə layiq - mükafat; və
~ izzət və qeyrətinə layiq - cəza
verməsin?!
Müəllifimiz Nursi (rahiməhullah), bu "İkinci həqiqət"də,
1. İlk əvvəl, rəhmət felini;
2. Sonra kərəm felini nəzərə verəcək;
3. Ardından, kərəm felini, 4 misal ilə izah edəcək;
4. Sonra izzət və cəlal felini nəzərə verəcək; və
5. Daha sonra isə, rəhmət felini, 3 misal ilə izah edəcəkdir.
Bu fellər arxasında, "Kərim" və "Rahim" olan bir Zat'ın varlığı isbat edildikdən sonra isə, haşr, bu isimlər üzərinə qurulacaqdır. (Haşiyə)
----------------------
(Haşiyə:
Bu "İkinci həqiqət"də, kərəm və rəhmət felləri, əsl olaraq; izzət və cəlal felləri isə, təbəi/dolaylı olaraq işlənmişdir. Diqqət et!)
----------------------
Belə ki:
1. Müəllifimiz Said Nursi (rahmətullahi aleyh), aşağıdakı cümlələrilə, ilk əvvəl, rəhmət əsərlərini nəzərə verəcək. Belə ki:
"Evet, şu dünya gidişatına bakılsa görülüyor ki, en âciz, en zayıftan tut, (haşiye) ta en kavîye kadar her canlıya lâyık bir rızık veriliyor. En zayıf, en âcize en iyi rızık veriliyor.
Haşiye:
Rızk-ı helâl iktidar ile alınmadığına, belki iftikara binaen verildiğine delil-i kat'î, iktidarsız yavruların hüsn-ü maişeti ve muktedir canavarların dıyk-ı maişeti, hem zekâvetsiz balıkların semizliği ve zekâvetli, hileli tilki ve maymunun derd-i maişetle vücutça zayıflığıdır. Demek rızık, iktidar ve ihtiyar ile mâkûsen mütenasiptir. Ne derece iktidar ve ihtiyarına güvense, o derece derd-i maişete müptelâ olur."
Yəni:
Bəli, bu dünyanın gedişatına baxılsa görülür ki, ən aciz, ən zəifdən tut (haşiyə), ta ən qüvvətliyə qədər hər canlıya layiq bir ruzi verilir. Ən zəif, ən acizə isə, ən yaxşı ruzi verilir.
(Haşiyə:
Halal ruzinin iqtidar ilə alınmadığına, əksinə, möhtaclıqdan dolayı verildiyinə qəti dəlil,
~ iqtidarsız balaların məişətindəki gözəllik; və iqtidarlı canavarların məişətindəki çətinlik;
~ həm zəkasız balıqların köklüyü; və zəkalı, hiləli tülkü və meymunun məişət dərdi çəkməsilə, vücudca zəifliyidir.
Demək, ruzi, iqtidar və ixtiyar ilə tərs mütənasibdir. Nə dərəcə iqtidar və ixtiyarına güvənsə, o dərəcə məişət dərdinə mübtəla olar.)
Müəllif, bu həqiqəti, bir risaləsində ("Şualar", 7-ci Şua: "Ayətu'l-Kubra" risaləsi, s. 146-147), belə bəyan etməkdədir:
"Evet, bir nevi rızık isteyen ağaçlar iktidarsız ve ihtiyarsız olduklarından, onlar yerlerinde mütevekkilâne dururken rızıkları onlara koşup gelmesi; ve âciz yavruların nafakaları hayret-nümun tulumbacıklardan ağızlarına akması; ve o yavrulara bir parça iktidar ve azıcık bir ihtiyar gelmesiyle süt kesilmesi; hususan insan yavrularına analarının şefkatleri yardımcı verilmesi, bedahetle ispat eder ki, helâl rızık, iktidar ve ihtiyar ile mütenâsiben değildir, belki, tevekkül veren zaaf ve acze nisbeten geliyor.
Ekseriyetçe sebeb-i hüsran olan hırsı tahrik eden iktidar ve ihtiyar ve zekâvet, bir kısım büyük ediplerde o edipleri bir nevi dilenciliğe kadar sevk ettiği gibi, zekâvetsiz, kaba, çok âmî adamların tevekkülvâri iktidarsızlıkları dahi onları zenginliğe îsal etmesi ve
كَمْ عَالِمٍ عَالِمٍ أَعْيَتْ مَذَاهِبُهُ وَجَاهِلٍ جَاهِلٍ تَلْقَاهُ مَرْزُوقًا
darb-ı mesel olması ispat eder ki, rızk-ı helâl iktidar ve ihtiyar kuvvetiyle kazanılmaz, buldurulmaz. Belki çalışmasını ve sa'yini kabul eden bir merhamet tarafından verilir ve ihtiyacına acıyan bir şefkat cânibinden ihsan edilir."
Yəni:
Bəli,
~ bir növ ruzi istəyən ağaclar, iqtidarsız və ixtiyarsız olduqlarından, onlar, yerlərində təvəkkülvari dayanarkən, ruzilərinin onlara "qaçıb" gəlməsi; və
~ aciz balaların nəfəqələrinin, heyrət verici "lülək"lərdən ağızlarına axması (anaların sinələrinə işarətdir); və
~ o balalara, bir az iqtidar və az bir ixtiyar gəlməsilə, südün kəsilməsi;
~ xüsusilə insanların balalarına, analarının şəfqətlərinin köməkçi olaraq verilməsi,
açıq bir şəkildə isbat edər ki, halal ruzi, iqtidar və ixtiyar ilə mütənasib deyildir, əksinə, təvəkkül verən zəiflik və acizliyə nisbətən gəlməkdədir.
Əksəriyyətlə, hüsran səbəbi olan hərisliyi təhrik edən iqtidar və ixtiyar və zəka, bəzi böyük ədəbiyyatçılarda, o ədəbiyyatçıları, bir növ dilənçiliyə qədər sövq etdiyi kimi; zəkasız, kobud, çox avam adamların təvəkkülvari iqtidarsızlıqlarının da, onları zənginliyə çatdırması və "Neçə-neçə alimlər vardır ki, məişət çətinliyi içindədirlər. Neçə-neçə cahillər vardır ki, varlıq içində üzürlər." məsəli, isbat edər ki, halal ruzi, iqtidar və ixtiyar qüvvətilə qazanılmaz, tapılmaz. Əksinə, çalışmasını və səyini qəbul edən bir mərhəmət tərəfindən verilir və ehtiyacına acıyan bir şəfqət tərəfindən ehsan edilir.
Müəllifin bənzəri bəyanları üçün bax:
~ "Məktubat", 29-cu Məktub, 6-cı Qisim, Şeytanın 3-cü dəsisəsi/aldatması, s. 402-403;
~ "Məktubat, 22-ci Məktub, 2-ci Məbhas, s. 259.
-------------------------
"Her derdliye, ummadığı yerden derman yetiştiriliyor."
Müəllif, bu həqiqətə, bir risaləsində ("Məktubat", 28-ci Məktub, 1-ci Risalə olan 1-ci Məsələ, s. ), belə deyir:
"...Ehl-i dalâlet ve ehl-i felsefe, o gayr-ı meşhur hislere, hata ederek, ahmakçasına, "sevk-i tabiî" diyorlar. Hâşâ, sevk-i tabiî değil, belki bir nevi ilham-ı fıtrî olarak, insan ve hayvanı kader-i İlâhî sevk ediyor.
Meselâ, kedi gibi bazı hayvan, gözü kör olduğu vakit, o sevk-i kaderî ile gider, gözüne ilâç olan bir otu bulur, gözüne sürer, iyi olur."
Yəni:
...Əhl-i dəlalət və filosoflar, o qeyr-i məşhur hisslərə, xəta edərək, axmaqcasına, təbii sövq/instinkt deyirlər. Əsla! Təbii sövq deyil, əksinə, bir növ fitri ilham olaraq, insan və heyvanı, İlahi qədər sövq edir.
Məsələn, pişik kimi bəzi heyvanların gözü kor olduğu vaxt, qədərin o sövqü ilə gedər; gözünə dərman olan bir otu tapar; gözünə sürtər və sağalar..."
-------------------------
2. Müəllif Nursi (rahiməhullah), məzkur (yuxarıda zikr edilən) cümlələrilə rəhmət əsərlərini nəzərə verdikdən sonra, gələcək cümlələrilə də, kərəm əsərlərini nəzərə verəcək və bu kərəm fellərini, 4 misal ilə izah edəcəkdir. Belə ki:
"Öyle ulvî bir keremle ziyafetler, ikramlar olunuyor ki, nihayetsiz bir kerem eli, içinde işlediğini bedaheten gösteriyor."
Yəni:
Elə ülvi/uca bir kərəmlə ziyafətlər, ikramlar verilir ki, içində, sonsuz bir kərəm əli işlədiyini, açıq bir şəkildə göstərir.
--------------------------
3. Müəllif, kərəm fellərinə, aşağıdakı misalları zikr etməkdədir. Belə ki, onlardan:
• Birinci misal:
"Meselâ, bahar mevsiminde, cennet hurileri tarzında bütün ağaçları sündüs-misal libaslarla giydirip, çiçek ve meyvelerin murassaatıyla süslendirip hizmetkâr ederek onların lâtif elleri olan dallarıyla, çeşit çeşit, en tatlı, en musannâ meyveleri bize takdim etmek..."
Yəni:
Bahar mövsümündə, cənnət huriləri tərzində, bütün ağacları, işləməli-naxışlı libaslarla geyindirib, çiçək və meyvələrin murassaatı (tacın ətrafındakı mücəvhərlərdən və qiymətli daşlardan meydana gələn bəzəklər) ilə zinətləndirib xidmətçi edərək, onların lətif əlləri olan budaqları ilə, fərqli-fərqli, ən ləziz, ən sənətli meyvələri, bizə təqdim etmək...
Hər bahar mövsümündə, hər bir ağac, cənnət huriləri tərzdə bəzədilərək, yarpaq, çiçək və meyvələrlə zinətləndirilir. Ağacın hər bir budağı, bir əl kimidir ki, fərqli meyvələr, bu əllərlə təqdim edilir.
O halda, deyə bilərik ki, hər bir ağac, bir əsərdir; və bu ağaclarda, bir kərəm feli görsənir.
• İkinci misal:
"...hem zehirli bir sineğin eliyle şifalı, en tatlı balı bize yedirmek..."
"Zəhərli böcək", arıya işarətdir. Müəllif, bunu, bir risaləsində, belə açıqlamaqdadır:
(https://suallarlaislam.com/.../n%C9%99hl-sur%C9%99si-68...)
• Üçüncü misal:
"...hem en güzel ve yumuşak bir libası, elsiz bir böceğin eliyle bize giydirmek..."
"Əlsiz bir böcək", ipək qurduna işarətdir.
• Dördüncü misal:
"...hem rahmetin büyük bir hazinesini, küçük bir çekirdek içinde, bizim için saklamak..."
Dünyada müşahidə etdiyimiz kərəm fellərindən biri də, yaz mövsümündə, həyat sahiblərinə ehsan edilən ərzaqdır. Bu ərzaqlar, payız mövsümündə, toxum və çəyirdəklərində depolanır; ikinci bir baharda, o məhdud toxum və çəyirdəklərdən, hədsiz ərzaq, həyat sahiblərinə göndərilir. Demək, hər bir çəyirdək, hər bir toxum, bir anbar, bir depodur.
Bir depo və anbar hökmündə olan dünyadakı bütün çəyirdəklər və toxumlar toplansa, yekunu, bir şəhər qədər yer tutmaz ikən, bahar mövsümündə, yağışın gəlməsi və onlara təmas etməsilə, sanki, bütün dünyanı ərzaq ilə dolduracaq o xəzinələrin qapıları açılır; dünya qədər ərzaq, o toxum və çəyirdəklərdən çıxır. Həyat sahiblərinin ruziləri, bol-bol, hətta, saysız-hesabsız süfrələr şəklində, qarşılarına sərilir. Bu kərəm feli, dünyanın yaradıldığı gündən ta bu günə, qiyamətə qədər davam edir və edəcək.
İndi, bütün bu zaman və məkanları əhatə edən bu kərəm felini, külli bir nəzərlə düşün. Məsələn:
~ bir çəyirdəkdən, bir ağacın;
~ bir ağacdan, hədsiz meyvələrin;
~ o meyvələrdən, hədsiz çəyirdəklərin;
~ o çəyirdəklərdən hədsiz ağac və meyvələrin
çıxarıldığını bir təfəkkür et. Bütün ağacları nəzərə al, elə düşün. Bir ili, bir əsri deyil, bütün əsrləri birdən düşün. O vaxt, bu aləmdə, külli bir kərəm felinin işlədiyini görəcəksən...
-----------------------
4. Müəllifimiz Ustad Nursi (rahmətullahi aleyh), aşağıdakı cümlələrilə də, kainatda müşahidə edilən izzət və cəlal əsərlərini nəzərə verməkdədir. Belə ki, O, deyir:
~ "Cəlil": "əzəmət sahibi, böyük, uca və münəzzəh olmaq, uzun ömürlü olmaq" mənalarına gələn "cəlal" kökündən meydana gələn bir sifətdir. Allaha nisbət edildiyində, "heç bir qeyd və qiyas qəbul etmədən, əzəmət sahibi, qədr-qiyməti, mərtəbəsi ən uca olan" kimi mənalar daşıyır.
~ "İzzət": lüğətdə, "güclü və üstün olmaq, qalib gəlmək, hörmətli olmaq" kimi mənalara gələn "izz" kökündən meydana gəlməkdədir. "Acizlik" və "alçaqlıq" mənasındakı zillətin müxalif mənası olaraq istifadə edilir. Eyni kökdən sifət olan "əziz", "güclü, üstün və hakim mövqeyində olan, məğlub edilə bilməyən, bənzəri olmayan" mənalarına gəlir.
"Hem, insan ve bazı canavarlardan başka, güneş ve ay ve arzdan tut, ta en küçük mahlûka kadar herşey kemâl-i dikkatle vazifesine çalışması, zerrece haddinden tecavüz etmemesi, bir azîm heybet tahtında umumî bir itaat bulunması, büyük bir celâl ve izzet sahibinin emriyle hareket ettiklerini gösteriyor."
Yəni:
Həm insan və bəzi canavarlardan (haşiyə) başqa, günəş, ay və yerdən tut, ta ki ən kiçik məxluqa qədər hər şeyin, mükəmməl diqqətlə vəzifəsinə çalışması, zərrə qədər həddindən təcavüz etməməsi, bir əzəmətli heybət altında, ümumi bir itaət mövcud olması, böyük bir cəlal və izzət sahibinin əmrilə hərəkət etdiklərini göstərir.
(Haşiyə:
Mətndəki "bəzi canavarlar"dan məqsəd, fitrətinə qoyulmuş ət yeyicilik və ehtiyacı üçün istifadə edəcəyi gücü, yalnış yerdə istifadə edin heyvanlar aləmində anarxiya çıxaran şir, pələng, timsah, qurd, qartal kimi yırtıcı və güclü heyvanlardır. Bunların halal ruziləri, ölmüş heyvanların leşləri olub, zahri vəzifələri də, ətraf-mühiti təmizləməkdir.
Müəllif, bir risaləsində ("Ləmalar", 28-ci Ləma, 3-cü Nüqtə), belə deyir:
Evet, âkilüllâhm hayvanların helâl rızıkları, vefat etmiş hayvanların etleridir. Hayatta olan hayvanların etleri onlara haramdır. Eğer yeseler, cezâ görürler.
حَتّٰى يَقْتَصُّ الْجَمَّۤاءُ مِنَ الْقَرْنَۤاءِ
(ev kemâ kàl). Yani,
"Boynuzsuz olan hayvanın kısâsı kıyâmette boynuzludan alınır."
diye ifade-i hadîsiye gösteriyor ki:
Gerçi cesetleri fenâ bulur; fakat ervahları bâkî kalan hayvânât mâbeyninde dahi, onlara münâsip bir tarzda, dâr-ı bekàda mücâzat ve mükâfatları vardır. Ona binâen, canavarlara sağ hayvanların etleri haramdır, denilebilir.
Yəni:
Bəli, ət yeyən heyvanların halal ruziləri, vəfat etmiş heyvanların ətləridir. Həyatda olan heyvanların ətləri, onlara, haramdır. Əgər yesələr, cəza görərlər.
"Buynuzsuz olanın qisası, buynuzludan alınar." hədisi göstərir ki:
Hərçənd, onların cəsədləri, fane olur; lakin ruhları, əbədi qalan heyvanlar arasında da, onlara münasib bir tərzdə, əbədi həyatda, cəza və mükafatları vardır. Bundan dolayı, canavarlara, sağ heyvanların ətləri, haramdır, deyilə bilər.
---------------------------------
5. Müəllif, gələcək cümlələrində isə, rəhmət felini, 3 misal ilə izah etməkdədir. Belə ki, O, deyir:
"Hem, gerek nebatî ve gerek hayvanî ve gerek insanî bütün validelerin o rahîm şefkatleriyle (haşiyə) ve süt gibi o lâtif gıda ile o âciz ve zayıf yavruların terbiyesi, ne kadar geniş bir rahmetin cilvesi işlediği bedaheten anlaşılır."
(Haşiye:
Evet, aç bir arslan, zayıf bir yavrusunu kendi nefsine tercih ederek, elde ettiği bir eti yemeyip yavrusuna vermesi; hem korkak tavuk, yavrusunu himaye için ite, arslana saldırması; hem incir ağacı, kendi çamur yiyerek, yavrusu olan meyvelerine halis süt vermesi, bilbedâhe, nihayetsiz Rahîm, Kerîm, Şefîk bir Zâtın hesabıyla hareket ettiklerini, kör olmayana gösteriyorlar.
Evet, nebatat ve behimiyat gibi şuursuzların gayet derecede şuurkârâne ve hakîmâne işler görmesi bizzarure gösterir ki, gayet derecede Alîm ve Hakîm birisi vardır ki, onları işlettiriyor. Onlar, Onun namıyla işliyorlar.)
Yəni:
Həm gərək nəbati (bitkilərdən olan), gərək heyvani (heyvanlardan olan) və gərəksə də insani (insanlardan olan) bütün anaların o rəhmətli şəfqətlərilə (haşiyə); və süd kimi o lətif qida ilə, o aciz və zəif balaların tərbiyəsi, nə qədər geniş bir rəhmətin cilvəsi işlədiyi, açıq bir şəkildə başa düşülür.
Haşiyə:
Bəli,
1. Ac bir şirin, zəif bir balasını, öz nəfsinə tərcih edərək, əldə etdiyi bir əti yeməyib balasına verməsi; həm
2. Qorxaq toyuğun, balasını himayə üçün, itə, şirə hücum etməsi; həm
3. Əncir ağacının, özü palçıq yeyərək, balası olan meyvələrinə, xalis süd verməsi;
açıq bir şəkildə, nəhayətsiz Rahim, Kərim, Şəfiq (şəfqətli) bir Zat'ın hesabı ilə hərəkət etdiklərini, kor olmayana göstərirlər.
Bəli, bitki və heyvanlar kimi şüursuz varlıqların, çox iləri dərəcədə şüurvari və hikmətli işlər görməsi, zəruri olaraq göstərir ki, çox iləri dərəcədə Alim və Hakim (hikmət sahibi) biri vardır ki, onları işlətdirir. Onlar, Onun adına işləyirlər.
----------------------------
Il - Bu rəhmət və kərəm fellərinin Sahibi, kimdir?
İndi, biz soruşuruq:
1. Ağacları, huri kimi zinətləndirən, Kimdir?
2. Zəhərli bir böcəyin (arının) əli ilə, şəfalı balı bizə yedizdirən, Kimdir?
3. Əlsiz bir böcəyin əli ilə, bizə gözəl və yumşaq libası geydirən, Kimdir?
4. Böyük bir xəzinəni, kiçik çəyirdək içində, bizim üçün saxlayan, Kimdir?
5. Böyük, əzəmətli göy cisimlərini və yeri, itaət etdirən, Kimdir?
6. Bitki, heyvan və insanlardan olan anaların şəfqətlərini, balaları üçün köməkçi verən; onların südlərilə, balalarını tərbiyə edən, Kimdir?
Allahdan başqa bu "kim"lərə verilə biləcək bir cavab vardırmı?! Allahdan başqa, kimin həddi vardır ki, məxluqata belə rəhmət və kərəmilə davransın və onların ehtiyaclarını görüb, eşidib onlara köməyə gəlsin?! Necə ki, Müəllif Ustad Nursi (rahmətullahi aleyh), bir risaləsində ("Məktubat", 20-ci Məktub, 2-ci Məqam, s. 252), belə deyir:
"...bütün mevcudata şamil, herbir mevcuda lâyık bir surette rahmetin taltifâtı, bir rahmet-i vâsia içinde bir ilm-i muhîti gösteriyor. Çünkü, meselâ, zîhayatın etfallerini sütle iaşe eden ve zeminin suya muhtaç nebâtâtına yağmurla yardım eden, elbette etfâli tanır, ihtiyaçlarını bilir ve o nebâtâtı görür ve yağmurun onlara lüzumunu derk eder; sonra gönderir. Ve hâkezâ, bütün hikmetli, inâyetli rahmetinin hadsiz cilveleri, bir ilm-i muhîti gösteriyor."
Yəni:
...bütün mövcudata şamil, hər bir mövcuda layiq bir surətdə rəhmətlə "təltif edilmək", geniş bir rəhmət içində, muhit/hər şeyi əhatə edən bir elmi göstərməkdədir. Çünki, məsələn,
~ həyat sahiblərindən bala mövqeyində olanları südlə bəsləyən; və
~ yerin suya möhtac bitkilərinə yağışla yardım edən,
əlbəttə və əlbəttə, bu bala mövqeyində olanları tanıyır, ehtiyaclarını bilir və o bitkiləri görür və yağışın onlara lüzumunu dərk edir, sonra göndərir.
Və beləcə, bütün hikmətli, inayətli bir rəhmətinin hədsiz cilvələri, muhit bir elmi göstərir.
Əsərlər üzərində müşahidə edilən bu rəhmət və kərəm felləri, Allahdan başqasına (təbiət, səbəblər və s.) nisbət edilərsə, bütün bu fellərin nisbət edildiyi şeyin, elmi, iradəsi, qüdrəti və s. kimi sifətləri də, zəruri olaraq isbat edilməlidir. Əks halda (yəni, isbat edilə bilməsə), bu rəhmət və kərəm fellərinin, Allahdan başqasına nisbət edilə bilməyəcəyi, zəruri olaraq üzə çıxacaqdır.
Necə ki, günəşin işığı, günəşin vücudunu isbat edər və günəşi göstərər. Eynilə bunun kimi, bu misilsiz rəhmət və kərəm də, pərdə arxasında, Rahim və Kərim isimlərilə müsəmma bir Zatı bizə tanıtdırır və Onun varlığını isbat edir.
-------------------------
lll - Kərim və Rahim isimlərinin, haşrı iqtiza etməsi (gərəkdirməsi):
"Bu âlemin Mutasarrıfının madem nihayetsiz böyle bir keremi, nihayetsiz böyle bir rahmeti, nihayetsiz öyle bir celal ve izzeti vardır. Nihayetsiz celal ve izzet, edepsizlerin tedibini ister. Nihayetsiz kerem, nihayetsiz ikram ister. Nihayetsiz rahmet, kendine layık ihsan ister.
Halbuki, bu fâni dünyada ve kısa ömürde, denizden bir damla gibi, milyonlar cüzden ancak bir cüz'ü yerleşir ve tecellî eder.
Demek, o kereme lâyık ve o rahmete şayeste bir dar-ı saadet olacaktır. Yoksa, gündüzü ışığıyla dolduran güneşin vücudunu inkâr etmek gibi, bu görünen rahmetin vücudunu inkâr etmek lâzım gelir. Çünkü, bir daha dönmemek üzere zevâl ise, şefkati musibete, muhabbeti hırkate ve nimeti nıkmete ve aklı meş'um bir alete ve lezzeti eleme kalb ettirmekle, hakikat-i rahmetin intıfâsı lâzım gelir."
Yəni:
Madam ki, bu aləmin Mütəsərrif (təsərrüf edən)'inin, belə sonsuz bir kərəmi, belə sonsuz bir rəhməti; belə nəhayətsiz bir cəlal və izzəti vardır. Nəhayətsiz cəlal və izzət, ədəbsizlərin tə'dib (ədəbləndirilməsi)'ni istəyər. Nəhayətsiz kərəm, nəhayətsiz ikram etmək istəyər. Sonsuz rəhmət, özünə layiq ehsan etmək istəyər.
Halbuki, bu fane dünyada və qısa bir ömürdə, dənizdən bir damla kimi, (o rəhmət və kərəmin) milyonlar cüz (parçası)'ndan və ancaq bir cüz (parça)'sı yerləşir və təcəlli edir.
Demək, o kərəm və rəhmətə layiq bir səadət yurdu olacaqdır. Yoxsa, gündüzü işığı ilə dolduran günəşin varlığını inkar etmək kimi; bu görünən rəhmətin varlığını inkar etmək lazım gəlir. Çünki, bir daha dönməmək üzərə zaval (sonlanma, bitmə) isə,
1. Şəfqəti, müsibətə;
2. Məhəbbəti ayrılıq atəşinə;
3. Neməti, əzaba;
4. Ağlı, uğursuz bir alətə; və
5. Ləzzəti, ağrıya
çevirməklə, rəhmət həqiqətinin sonlanması lazım gələr.
1. Axirət olmazsa, şəfqətin müsibətə çevrilməsinə misal:
Məsələn, zalım bir adam, bir məzlumu təhqir edib hüquqlarına təcavüz etdiyi vaxt, insanın, şəfqət hissilə o məzluma yazığı gələr. O məzluma yardım edə bilməyincə, o şəfqət hissi, onu yandırar. (Şəfqətinə toxunacaq digər şeyləri də buna qiyas et.)
Vicdanınla bir düşün. Əgər əbədi bir həyat olmazsa, şəfqətli yaradılışın, şəfqət hissin, sənə müsibət verici bir alət olmazmı?!
Heç mümkünmüdür ki, insanı şəfqətli yaratsın; insan da, şəfqətinə toxunacaq n qədər hadisə görsün, eşitsin; sonunda onu, əbədi yoxluq ilə edam etsin?! Belə bir mərhəmətsizlik belə, şəfqət hissinə müxalifdir. Cüzi şəfqətin belə bunu qəbul etməzsə, hədsiz şəfqət və mərhəmət sahibi olan Allah, belə bir mərhəmətsizliyə, necə icazə verər?!
Demək ki, bir başqa diyar, mütləq mövcuddur!
2. Axirət olmazsa, məhəbbətin ayrılıq atəşinə çevrilməsi:
• İlk əvvəl, onu qeyd etmək lazımdır ki, məhəbbətə səbəb olan şeylər, 3-dür:
a. Ehsan. Bizə bir şey ehsan edən kimsəyə qarşı, qəlbən məhəbbət bəsləyir, təşəkkür edirik.
b. Camal (gözəllik).
c. Kamal (mükəmməllik). Keçmiş dövrlərdə yaşayan kamil insanları sevməyimiz, buna nümunədir.
• İkincisi, insan, davamlılıq vermədən, sevə bilmir. Yəni, insanın bir şeyi sevə bilməsi, ona fikri olaraq bir sonsuzluq payı biçməsinə bağlıdır. Bunu, bu misallarla dəstəkləyə bilərik:
İkinci sezonunu izlədiyimiz və həvəslə izləyib çox sevdiyimiz bir serialı sevə bilməyimizdəki əsas səbəb, onun davamlılığını bir parça görmüş olmağımız və davam edəcəyini düşünməyimizdir. Əgər ilk sezonun üçüncü bölümündən sonra, bu serialın yayınlanmayacağını bilsəydik, o serialı izləyib sevə bilərdikmi? Qənaətimizcə, izləməyə layiq belə görməzdik. Çünki, fitrət, sevəcəyi şeydə davamlılıq, yəni, bir növ sonsuzluq axtarmaqdadır.
Bir digər misal:
Məsələn, xoşuna gələn, ilk baxışdan aşiq olduğun bir xanımın sabah öləcəyi sənə deyilsəydi, bu xanımı, yenə sevməyə davam edərdinmi?
Hətta, insanlar, sevimli heyvanlarını itirdiklərində belə, kədər içində olur, günlər, bəzən aylar, bəzən də illərlə bu hüzn içində yaşayırlar. İnsan, bununla, hal dililə, əslində belə deməkdədir:
"Kaş ki, ölməsəydi."
Diqqət edilsə görünəcəkdir ki, sevdiyi şeyə bir növ əbədiyyət arzulamaqdadır.
İnsanın, bütün kainatı udsa belə doymayacaq məhəbbət potensialı, əbədi bir həyat olmazsa, ziddinə, yəni, ayrılıq atəşinə çevriləcəkdir.
Heç mümkünmüdür ki, insana, belə geniş məhəbbət potensialı verən; məhəbbət etdiyi şeyləri də yaradan; onu bunlardan faydalandıran, bununla Öz mərhəmət və kərəmini göstərən Allah, sevdiyi şeyləri onun əlindən əbədi bir şəkildə almaqla, bu məhəbbətini, ayrılıq atəşinə çevirsin?! (Dünyada belə, kərəm sahibi insanlar, nemət verdikləri kimsələrdən, verdikləri nemətləri almazlar. Alındığında, insanlarda necə nifrət yarandığı, çoxca müşahidə edilməkdədir.) 2 ziddin bir anda mövcud olması (yəni, həm mərhəmətli, həm mərhəmətsiz olmaq) muhal/imkansız olduğuna görə, rəhim və kərim olan Allah, əbədi sevən, sevdiklərindən ayrılmaq istəməyən insan üçün, əbədi aləmi gətirəcəkdir!
3. Axirət olmazsa, nemətin əzaba çevrilməsi:
Nemət, nədir?
Lüğətdə, məsdər olaraq, "bolluq və yaxşı hal içində olmaq"; isim olaraq isə, "maddi və mənəvi imkanlar" mənasına gələn "nemət" kəliməsini, bəzi alimlər, "insana, rifah və səadət təmin edən məşru/haram olmayan şeylər" deyə tərif etmişlərdir.
Nemətləri, 2 qismə ayırmaq, mümkündür:
~ Birinci qisim: Nemətin icadı;
~ İkinci qisim: İcaddakı davamlılıq.
Rəzzaq və Kərim olan Allah, əvvəl, bizi, rəhmətilə yoxdan icad edib varlıq sahəsinə çıxardı və bu vücudumuzun davamı üçün də, hədsiz nemətlər yaratdı. Həm, bu nemətlər, davamlı bir surətdə, ard-arda icad edilib yenidən bizə verilməkdədir. Çünki, vücudu təşkil edən zərrələr, hər daim təxrib və təmirə məruz qalır; təxrib olan zərrələrin yerinə, yenilərinin gəlməsi lazım gəlir.
İndi, bir düşün. Bütün bu nemətlər davamlı olmasa, insanın halı necə olardı?!
Elə isə, deyə bilərik ki, nemətin nemət olması, onun davam etməsinə bağlıdır. Müəllifin də dediyi kimi,
"Ləzzətin bitməsi, ələm/ağrı, əzab verməkdədir."
Başqa bir misal, daha verək:
Qarşısında dar ağacı asılmış olan bir adamın önünə, ləzzətli nemətlərdən ibarət bir süfrə qoysaq, o, bu nemətlərdən ləzzət ala bilərmi? Qətiliklə deyə bilərik ki, xeyr. Bir az sonra öləcəyini bilən insan, bu nemətlərdən ləzzət ala bilməz.
Elə isə, belə biz soruşuruq:
Bir dar ağacı hökmündə olan ölümlə həyat sonlansa, nemətlənəcəyi başqa bir həyat olmasa, insanın bu dünya nemətlərindən istifadəsi, onlardan ləzzət alması, necə mümkün ola bilər? Bir gün yox olub bütün bunlardan istifadə imkansız olduğunu göz önünə aldığında, hər daddığı nemət, ona bir əzab məsabəsində olan yoxluğu xatırladacaqdır. Bununla da, ləzzətləndiyi nemətlər, onun üçün, nemət deyil, əzaba çevriləcəkdir.
4. Axirət olmazsa, ağlın, uğursuz, əzab edici bir alətə çevrilməsi:
Müəllif, bir risaləsində ("Sözlər", 13-cü Sözün 2-ci Məqamı, s. 139), belə deyir:
"...insanda akıl ve fikir olduğu için, hayvanın aksine olarak, hazır zamanla beraber geçmiş ve gelecek zamanlarla da, fıtraten alâkadardır. O zamanlardan dahi, hem elem, hem lezzet alabilir. Hayvan ise, fikri olmadığı için, hazır lezzetini, geçmişten gelen hüzünler ve gelecekten gelen korkular, endişeler bozmuyor. İnsan ise, eğer dalâlet ve gaflete düşmüşse, hazır lezzetine, geçmişten gelen hüzünler ve gelecekten gelen endişeler, cüz'î lezzeti cidden acılaştırıyr, bozuyor. Hususan, gayr-ı meşru ise, bütün bütün zehirli bir bal hükmündedir.
Demek, hayvandan yüz derece lezzet-i hayat noktasında aşağı düşer. Belki ehl-i dalâletin ve gafletin hayatı, belki vücudu, belki kâinatı, bulunduğu gündür. Bütün geçmiş zaman ve kâinatlar, onun dalâleti noktasında mâdumdur, ölmüştür; akıl alâkadarlığıyla, ona zulmetler, karanlıklar veriyor. Gelecek zamanlar ise, itikadsızlığı cihetiyle, yine mâdumdur. Ve ademle hasıl olan ebedî firaklar, mütemadiyen onun fikir yoluyla hayatına zulmetler veriyorlar..."
Yəni:
...insanda ağıl və fikir olduğu üçün, heyvanın əksinə olaraq, hazır zamanla bərabər, keçmiş və gələcək zamanlarla da, fitri olaraq əlaqədardır. O zamanlardan da, həm ağrı, həm ləzzət ala bilir.
Heyvan isə, fikri olmadığı üçün, hazır ləzzətini, keçmişdən gələn hüznlər və gələcəkdən gələn qorxular, narahatlıqlar, pozmamaqdadır.
İnsan isə, əgər dəlalət və qəflətə düşmüşdürsə, hazır ləzzətinə, keçmişdən gələn hüznlər və gələcəkdən gələn narahatlıqlar, cüzi ləzzətini, ciddən acılaşdırır, pozur. Xüsusilə, qeyr-i məşru isə, bütün-bütün zəhərli bir bal hökmündədir.
Demək, insan, həyat ləzzəti nöqtəsində, heyvandan 100 dərəcə aşağı düşər.
Bundan da əlavə, dəlalət və qəflət əhlinin həyatı, vücudu, kainatı, mövcud olduğu gündür. Bütün keçmiş zaman və kainatlar, onun dəlaləti nöqtəsində, mədum/yoxdur, ölmüşdür; ağıl əlaqədarlığı ilə, ona, zülmətlər, qaranlıq verir.
Gələcək zamanlar isə, etiqadsızlığı cəhətilə, yenə mədum/yoxdur. Və yoxluqla hasil olan əbədi ayrılıqlar, mütəmadi olaraq, onun fikir yolu vasitəsilə həyatına zülmətlər verirlər.
--------------------
"Hem o celâl ve izzete uygun bir dar-ı mücazat olacaktır. Çünkü, ekseriya zalim izzetinde, mazlum zilletinde kalıp, buradan göçüp gidiyorlar. Demek, bir Mahkeme-i Kübrâya bırakılıyor, tehir ediliyor. Yoksa bakılmıyor değil. Bazan dünyada dahi ceza verir. Kurûn-u sâlifede cereyan eden âsi ve mütemerrid kavimlere gelen azaplar gösteriyr ki, insan, başıboş değil; bir celâl ve gayret sillesine her vakit maruzdur."
Yəni:
Həm o cəlal və izzətə uyğun bir cəza yurdu olacaqdır. Çünki, əksəriyyətlə, zalım, izzətində; məzlum isə, zillətində qalıb burdan köçüb gedirlər. Demək, böyük bir məhkəməyə buraxılır, ertələnir. Yoxsa, baxılmır, deyil. Bəzən, dünyada da cəza verir. Keçmiş əsrlərdə cərəyan edən asi və inadçı qövmlərə gələn əzablar göstərir ki, insan, öz başına deyil; bir cəlal və qeyrət silləsinə, hər vaxt məruzdur.
Müəllifimiz, bu həqiqəti, bir risaləsində ("Sözlər", 29-cu Söz, 2-ci Məqsəd, 2-ci Əsas, 10-cu Mədar, s. 511), belə izah etməkdədir:
"Âlemde çok görüyoruz ki, zalim, fâcir, gaddar insanlar gayet refah ve rahatla; ve mazlum ve mütedeyyin adamlar gayet zahmet ve zilletle ömür geçiriyorlar. Sonra ölüm gelir, ikisini müsavi kılar. Eğer şu müsavat nihayetsiz ise, bir nihayeti yoksa, zulüm görünür. Halbuki, zulümden tenezzühü, kâinatın şehadetiyle sabit olan adalet ve hikmet-i İlâhiye, bu zulmü hiçbir cihetle kabul etmediğinden, bilbedâhe, bir mecma-i âhari iktiza ederler ki, birinci cezasını, ikinci mükâfâtını görsün. Tâ, şu intizamsız, perişan beşer, istidadına münasip tecziye ve mükâfat görüp, adalet-i mahzâya medar ve hikmet-i Rabbâniyeye mazhar ve hikmetli mevcudat-ı âlemin bir büyük kardeşi olabilsin."
Yəni:
Aləmdə, çox görürük ki, zalım, facir, qəddar insanlar, rifah və rahat içində; məzlum və dindar adamlar, çox zəhmət və zillətlə ömür keçirirlər. Sonra, ölüm gəlir, ikisini bərabər qılır. Əgər bu bərabərlik, sonsuzdursa, bir nəhayəti yoxdursa, zülm (kimi) görünür.
Halbuki, zülmdən münəzzəhliyi, kainatın şəhadətilə sabit olan İlahi ədalət və hikmət, bu zülmü, heç bir cəhətlə qəbul etmədiyindən, açıq bir şəkildə başqa bir toplantı yerini (axirəti) iqtiza edər (gərəkdirər) ki, birinci, cəzasını; ikinci isə, mükafatını görsün. Ta ki, bu intizamsız, pərişan bəşər,
~ mütləq ədalətə mədar (ədalətin tam dövr, cərəyan etdiyi yer);
~ Rabbani hikmətə mazhar (hikmətin tam zahir olduğu yer);
~ aləmdəki hikmətli mövcudata bir böyük qardaş
ola bilsin.
Bu kainatda, hər şeyə bir qanun qoyulması və o qanun nəticəsində, hər şeyin intizamlı, faydalı və hüsn-ü sənətdə yaradılması, sonsuz "hikmət" sahibi bir Zat'ın vücudunu göstərir.
Həm bu aləmdə, hər şeyə, həssas mizanlarla, məxsus ölçülərlə vücud vermək, surət geyindirmək, hər şeyi yeri-yerinə qoymaq, hər haqq sahibinə, istedadı nisbətində haqqını vermək isə, sonsuz "ədalət" sahibi bir Zat'ın vücudunu göstərir.
Madam ki, bu kainatda, göz ilə müşahidə edilən "hikmət və ədalət" fellərini inkar edə bilmirik və bu fellərin, "Hakim və Adil" isimlərilə müsəmma bir Zat'ın vücuduna/varlığına dəlalət etdiklərini bilirik.
Həm madam ki, bu dünyada, hikmət və ədalət felləri, kamalı ilə təcəlli etmirlər. Çünki, bu dünyada, əksəriyyətlə, mömin, dindar və məzlum insanlar, zillət içində; kafir, asi, baği və zalım insanlar isə, izzət içində yaşayıb burdan bərabər köçüb gedirlər və ölüm ilə, hər 2 qrup, bərabər qılınırlar. Əgər bu bərabərlik daimi olsa, əlbəttə, bunda, əbəsiyyət və zülm görünəcəkdir. Hakim və Adil olan Allah isə, belə bir zülm və əbəsiyyətdən münəzzəhdir. Çünki, 2 ziddin bərabərliyi (yəni, eyni zamanda, həm ədalətli, həm zalım; həm hikmətli, həm də əbəs iş görən olmaq), muhal/imkansızdır. Məsələn, 10 işindən 9-u ədalətli və hikmətli olan bir şəxsin, 10-cu işində, zahiri hikmət və ədalət görünməzsə, bu, o şəxsin zalım və hikmətsiz olduğu mənasına gəlmir. Ya, 10-cu işin də, ədalətli və hikmətli olduğu qəbul ediləcək; ya da, 10-cu işin ədalətsiz və hikmətsiz olduğu iddia ediləcəksə, müşahidə edilən 9 hikmətli və ədalətli iş, inkar ediləcəkdir. Bu da, imkansızdır.
Dünyada bu ədalət və hikmət, tam təcəlli etmədiyindən, demək ki, birinci qrupun, mükafat; ikinci qrupun isə, cəza görəcəyi, başqa bir aləm, mütləq vardır. Bu aləm isə, axirətdir.
---------------------------------
"Evet, hiç mümkün müdür ki,
~ insan, umum mevcudat içinde ehemmiyetli bir vazifesi, ehemmiyetli bir istidadı olsun da, insanın Rabbi de insana bu kadar muntazam masnuatıyla kendini tanıttırsa, mukabilinde insan iman ile Onu tanımazsa;
~ hem bu kadar rahmetin süslü meyveleriyle kendini sevdirse, mukabilinde insan ibadetle kendini Ona sevdirmese;
~ hem bu kadar bu türlü nimetleriyle muhabbet ve rahmetini ona gösterse, mukabilinde insan şükür ve hamdle Ona hürmet etmese,
cezasız kalsın, başıboş bırakılsın, o izzet, gayret sahibi Zât-ı Zülcelâl bir dar-ı mücazat hazırlamasın?
~ Hem hiç mümkün müdür ki, o Rahmân-ı Rahîmin kendini tanıttırmasına mukabil, iman ile tanımakla; ve sevdirmesine mukabil, ibadetle sevmek ve sevdirmekle; ve rahmetine mukabil, şükür ile hürmet etmekle mukabele eden mü'minlere bir dar-ı mükâfatı, bir saadet-i ebediyeyi vermesin?
Yəni:
Bəli, heç mümkünmüdür ki,
~ insanın, ümum mövcudat içində, əhəmiyyətli bir vəzifəsi, əhəmiyyətli bir istedadı olsun, insanın Rəbbi də, insana, bu qədər intizamlı sənət əsərlərilə Özünü tanıtdırsa, müqabilində, insan, iman ilə Onu tanımasa;
~ həm bu qədər rəhmətin zinətli meyvələrilə Özünü sevdirsə, müqabilində, insan, ibadətlə özünü Ona sevdirməsə;
~ həm bu qədər nemətlərilə, məhəbbət və rəhmətini ona göstərsə, müqabilində, insan, şükr və həmdlə Ona hörmət etməsə,
cəzasın qalsın, öz başına buraxılsın, o izzət və qeyrət sahibi cəlal olan Allah, (bunlar üçün) bir cəza yeri hazırlamasın?!
~ Həm heç mümkünmüdür ki, o Rahmən və Rahim olan Allahın, Özünü tanıtdırmasına müqabil, iman ilə tanımaqla; və sevdirməsinə müqabil, ibadətlə sevmək və sevdirməklə; və rəhmətinə müqabil, şükr ilə hörmət etməklə müqabilə edən/qarşılıq verən möminlərə, bir mükafat yurdu, əbədi bir səadət verməsin?!
1. Bu kainatın camal sahibi Sani'si, kainatdakı hər bir mövcudu, bir sənət möcüzəsi olaraq yaratmış, bununla, insana, Özünü tanıtdırmaq istəyir. İnsanın vəzifəsi isə, iman ilə Onu tanımaqdır.
2. Həm kainatdakı hər bir mövcudu, bir nemət əsəri qılmaqla, Özünü, insana sevdirmək istəyir. İnsanın vəzifəsi isə, şükür və ibadətlə özünü, Ona sevdirməkdir.
Elə isə,
~ Allahın, Özünü tanıtdırmasına müqabil olaraq, Onu tanımış; Özünü sevdirməsinə qarşı da, Onu ibadətlə sevmiş olan kimsələr, əlbəttə, bir ehsan olaraq, cənnətdə, məsud bir şəkildə yaşayacaqlardır.
~ Dünyada, bu sənət əsərlərinə qarşı inkar ilə; nemətlərə qarşı da üsyan ilə qarşılıq verən kor, lal, kar və dallin (azğınlar) qrupu isə, əlbəttə, etdiklərinin cəzası olaraq, cəhənnəmdə, əbədi qalacaq və yanacaqlardır.
Haqq Taala'nın, bu kainatı yaratmasında, 2 mühim qayəsi vardır:
1. İnsanlar, sənətə baxıb Sani'ni tapsınlar və iman ilə Onu tanısınlar.
2. Nemətə baxıb Munim (nemət verən)'i tapsınlar və şükür və ubudiyyət (qulluq) ilə Onu sevsinlər.
İndi, heç mümkünmüdür ki, o əziz və rəhim olan Allah, sənət və nemətinə qarşı iman və şükür ilə müqabilə edən muti (itaətkar) qullarını, mükafatlandırmasın?! Küfür və inkar ilə qarşılıq verən asi qullarını da, cəzalandırmasın?! Haşa və kəlla. Çünki, Əziz və Rəhim isimlərinin gərəyi, budur.
Bəli, o əziz və rəhim olan Allah, bir çəyirdəkdən böyük bir ağac yaratması ilə; böyük günəşi, planetlərilə bərabər döndürüb, gecə-gündüz və mövsümləri meydana gətirməsilə; və bunun nəticəsində, bir çox sənət əsəri və nemətləri xəlq etməsilə, Özünü tanıtdırıb sevdirmək istəyir. Bütün bu sənət əsərləri və nemətlər, insana baxmaqdadır. O əziz və rəhim olan Allah, bu qədər sənət əsəri və nemətlərə nail olan bir insandan, əlbəttə, həqiqi bir iman və külli bir ubudiyyət istəyər. Yəni, insandan, sadəcə ağızla şükr etmək deyil, namaz, oruc, həcc və sair fərzlər olmaq üzərə, ən kiçik Nəbəvi bir adəti belə istəyər. Bu iman və ubudiyyəti dərs verəcək şəxslər isə, əlbəttə, peyğəmbərlərdir. Çünki, insanlar, tək başlarına, nə aləmin Xaliq'ini tam mənası ilə tanıya; nə də Ona layiq ibadət edə bilərlər. Demək, tövhid, risalətsiz ola bilməz.
Madam ki, o əziz və rəhim olan Allah, peyğəmbərləri göndərmək surətilə insanları təklif altına almış və o təklif nəticəsində, bəzi insanlar, öz iradələrilə iman və ubudiyyət yolunu ixtiyar edərkən; bəziləri də, öz iradələrilə küfr və üsyan yolunu ixtiyar etmişlərdir. Təklifdən sonra hər 2 qrupu bir tutması isə, mümkün deyildir. Əgər hər 2 qrupu bərabər tutacaqsa, peyğəmbərləri göndərməyin nə mənası qalır?! İnkar edilə bilməz bir həqiqətdir ki, bəşəriyyətə, hər dövrdə rəsullar göndərilmişdir. Hər peyğəmbər də, iman və saleh əmələ dəvət etmişdir. Bununla bərabər, əgər hər 2 qrupu da bərabər tutacaqsa, yəni, ölümlə yoxluğa göndərəcəksə, kainatı bir sənət əsəri və nemətlərin toplandığı yer olaraq yaratmağın nə mənası qalır?! Halbuki, rədd edilə bilməz bir həqiqətdir ki, hər bir əşya, həm sənət əsəri, həm də bir nemətdir. Əsər, təfəkkürü; nemət isə, təşəkkürü iqtiza edir (gərəkdirir).
Həm madam ki, iman və ubudiyyət yolunu ixtiyar edənlərə mükafat vermək, rəhmət və kərəmin; küfr və üsyan yolunu ixtiyar edənlərə də cəza vermək, izzətin şanındandır. Həm madam ki, bu mükafat və cəza, burda tam mənası ilə görünmür. Əhl-i iman və itaət, mükafat görmədən; əhl-i küfr və üsyan da, cəza çəkmədən bu dünyadan köçüb gedirlər və ölüm vasitəsilə, (zahirən) bərabər olurlar. Demək, o kərəm və rəhmətə layiq bir səadət məhəlli; və o cəlal və izzətə layiq bir cəza məhəlli olacaqdır. Əks təqdirdə, bu (kərəm və rəhmət) sifətləri, ziddinə inqilab edər (çevrilər)'lər. Həqiqətlərin ziddinə inqilab etməsi isə, muhal/imkansızdır. (Yəni, Allahın, eyni zamanda, həm mərhəmətli, həm mərhəmətsiz olması, imkansızdır).
Müəllif: Ustad Bədiü'z-Zaman Said Nursi (rahiməhullah)
"Sözlər" adlı əsərindən 10-cu Söz: "Haşr" risaləsi
---------------------
---------------------
Əlavələr:
Kafirlər üçün əbədi cəhənnəm, mərhəmətlidirmi?
https://suallarlaislam.com/m%C9%99qal%C9%99/kafirl%C9%99r-ucun-%C9%99b%C...
