"Axirətin bizim, dünyanın onların olmasına razı deyilsənmi?" Peyğəmbər və Ömər arasındakı hekayə

4151- Aişə (radiyallahu anha)'dan belə rəvayət edilir:

"Rasulullah (sallallahu aleyhi və səlləm)'in, üstündə yatdığı yataq, içi lif (yəni xurma yarpağı) ilə dolu tabaqlanmış dəri idi."

--------------------

4152- Əli b. əbi Talib (radiyallahu anh)'dan belə rəvayət edilir:

"Əli b. Talib və Fatimə, özlərinə aid bir hamil (yundan hazırlanmış saçaqlı bəyaz çarşaf) içində (yatmaqda ikən) Allah rəsulu onlara gəldi. Allah rəsulu o çarşafı, içi izhir (Məkkə samanı deyilən ot) ilə doldurulmuş bir yasdığı və bir su tulumunu cehiz olaraq onlara vermişdi."

------------------------

4153- Ömər b. Xattab (radiyallahu anh)'dan belə rəvayət edilir:

"Mən, Allah rəsulunun hüzuruna (otağına) girdim. O, bir həsir üstündə (uzanmış) idi.

Bir az sonra oturdum. Baxdım ki, Onun üzərində bir izar (beldən aşağı bədəni örtən libas) var və üzərində ondan başqa heç nə yoxdur. Bir də gördüm ki, həsir Onun böyründə iz buraxıb. Otağının bir kənarında da bir sa (3120 qram) qədər arpa və bir az qaraz (dəri tabaqlamaqda istifadə edilən sələm ağacı meyvəsi) gözümə ilişdi. Hələ tabaqlanmamış dərini də asılı gördüm. 

Bu vəziyyət qarşısında gözlərim yaşardı (ağladım). Bunun üzərinə o:

'Səni ağladan nədir, ey Xattab'ın oğlu?' buyurdu. Mən də:

'Ey Allah'ın nəbisi! Necə ağlamayım?! Bu həsir sənin böyründə iz qoyub, bu azuqə üçün ayırdığın küncdə də gördüyüm şeydən başqa heç nə görə bilmirəm. 

Halbuki Kisra və Qeysər, meyvələr ilə çaylardadılar. Sən isə, Allah'ın nəbisi və seçkin qulusan, azuqə qabın da elə budur.' dedim.

Allah rəsulu belə buyurdu:

'Ey Xattab'ın oğlu! Axirətin bizim, dünyanın da onların olmasına razı deyilsən mi?'

Mən: 'Razı olaram.' dedim."

(İbn Macə, Sünən tərcümə və şərhi, Kitabü'z-Zühd (Zühd kitabı): "Muhamməd (sallallahu aleyhi və səlləmin əhl-i beytinin yatağı babı, hədis no: 4151, 4152, 4153)

------------------------

İzahı:

Aişə (radiyallahu anha) hədisi, Buxari, Muslim və Tirmizi tərəfindən də rəvayət edilmişdir. 

Bu hədisdə keçən 'dica' kəliməsi: 'üstündə yatılan yataq' deməkdir.

Ədəm: Ədim'in cəm halıdır. Tabaqlanmış dəri deməkdir.

4152 nömrəli Əli (radiyallahu anh) hədisi, ibn-i Hibban tərəfindən də rəvayət edilmişdir. 

İmam Taberani'nin Ata b. əs-Saib kanalıyla Abdullah b. Ömər'dən rəvayət etdiyi bir hədisdə, Allah rəsulu'nun cehiz olaraq Fatimə ilə bərabər bir hamil, içi xurma yarpağı və izhir ilə dolu, tabaqlanmış dəri bir yastıq və bir su tulumu göndərdiyi, Əli ilə Fatimə'nin o hamil deyilən çarşafın yarısını atlarına sərib, digər yarısını üstlərinə atmaq surətiylə yataq qurduqları bildirilmişdir.

O rəvayətdə Ata, hamil'in nə olduğunu soruşmuş və: 'Hamil, bir saçaqlı çarşafdır.' cavabını almışdır. 

Hədisdə keçən 'izhir' gözəl qoxulu bir otdur. Quruduğu zaman rəngi ağarır. 

Ömər (radiyallahu anh) hədisini Muslim, Talaq kitabının 5. babında uzun bir hədis mətni içində rəvayət etmişdir. 

Bu babdakı hədislər, Allah rəsulunun və əhl-i beytinin yataqlarının necə olduğunu göstərir.

Axşamdan sabaha qədər çox yumşaq və bərbəzəkli yataqlar içində yuxuya dalan biz qafil qullara, uca Rəbbimiz şüur və qənaət ehsan etsin, bu nemətlərin şükrünü verməyə müvəffəq qılsın və bu qədər nemətin hesabını ehsan və kərəmi ilə sorğu-sualdan uzaq tutsun.

Read 3 times
In order to make a comment, please login or register