Ayə nə deməkdir?
I. "Ayə" kəliməsinin, lüğət və termin mənası:
Ayə, nə deməkdir?
"Ayə" kəliməsinin cəm halı "âyəət" olub, dildə bir neçə mənaya gəlir. Bunları, bu şəkildə sıralamaq, mümkündür:
a. Möcüzə:
Ayə kəliməsi, Allahın bu sözündə, bu mənada istifadə edilmişdir:
سَلْ بَنِىٓ إِسْرَٰٓءِيلَ كَمْ ءَاتَيْنَـٰهُم مِّنْ ءَايَةٍۭ بَيِّنَةٍ...
Səl bəni İsrailə, kəm ətəynəhum min əyətin bəyyinətin...
"İsrail oğullarından soruş ki, onlara nə qədər açıq möcüzələr verdik..." (Bəqərə/211)
b. Əlamət:
Ayə kəliməsi, Allahın bu sözündə, bu mənada istifadə edilmişdir:
وَقَالَ لَهُمْ نَبِيُّهُمْ إِنَّ ءَايَةَ مُلْكِهِۦٓ أَن يَأْتِيَكُمُ ٱلتَّابُوتُ...
Və qalə ləhum nəbiyyuhum: innə əyətə mulkihi ən yə'tiyəkumu't-təbut...
"Peyğəmbərləri onlara dedi: 'Onun hökmdarlığının əlaməti, sizə bir sandığın gəlməsidir..." (Bəqərə/248)
c. İbrət:
Ayə kəliməsi, Allahın bu sözündə, "ibrət" mənasında istifadə edilmişdir:
...إِنَّ فِى ذَٰلِكَ لَءَايَةً لَّكُمْ....
...İnnə fi zəlikə ləəyətən ləkum...
"...Şübhəsiz ki, bunda, sizin üçün ibrət vardır..." (Bəqərə/248)
d. Heyrət oyandıran hal:
Ayə kəliməsi, Allahın bu sözündə, "heyrət oyandıran hal" mənasında istifadə edilmişdir:
وَجَعَلْنَا ٱبْنَ مَرْيَمَ وَأُمَّهُۥٓ ءَايَةً
Və cəəlnə'b-nə Məryəmə və umməhu əyətən.
"Məryəm oğlunu və anasını, heyrət oyandıran bir hala gətirdik." (Mu'minun/50)
e. Topluluq:
Ayə kəliməsi, ərəblərin bu sözündə, "topluluq" mənasına gəlir:
خرج القوم با يتهم
Xaracə'l-qavmu bi əyətihim.
"Qövm, topluluqları ilə çıxdı."
Bu söz, onların arxalarında heç kimi buraxmadıqları mənasını ifadə edir.
f. Dəlil:
Ayə kəliməsi, Allahın bu sözündə, bu mənada istifadə edilmişdir:
وَمِنْ ءَايَـٰتِهِۦ خَلْقُ ٱلسَّمَـٰوَٰتِ وَٱلْأَرْضِ وَٱخْتِلَـٰفُ أَلْسِنَتِكُمْ وَأَلْوَٰنِكُمْ ۚ إِنَّ فِى ذَٰلِكَ لَءَايَـٰتٍ لِّلْعَـٰلِمِينَ
"Göylərin və yerin yaradılışı; dillərinizin və rənglərinizin müxtəlifliyi də, Onun dəlillərindəndir. Həqiqətən, bunda bilənlər üçün ibrətamiz dəlillər vardır!" (Rum/22)
Allahın varlığının, hökmdarlığının və kamal ilə vəsf edilməsinin dəlillərindən biri, göyləri və yer üzünü yaratması; dilləri və rəngləri fərqli qılmasıdır.
Bütün bunlar, ayə kəliməsinin, lüğət mənasıdır.
Termin olaraqsa, ayə, "Quranın bir surəsinin içində yer alan; başı və sonu müəyyən olan bölmə" mənasına gəlir.
Termin mənası ilə, bir az əvvəl verilən lüğət mənaları arasındakı münasibət, son dərəcə açıqdır:
• Möcüzədir. Quran ayəti, bir bənzərinin öz yanına qoyulması ilə belə, möcüzədir.
• Əlamətdir. Ayələri ifadə edən peyğəmbərin doğruluğunun əlamətidir.
• İbrətdir. Dərs almaq istəyənlər üçün, ayələr, bir ibrətdirlər.
• Heyrət verir. İ'caz (möcüzəlilik) və üstünlük cəhətindən Quran ayələri, heyrət verici bir mövqedədir.
• Topluluqdur. Çünki, kəlimə və hərflərdən meydana gəlmişdir.
• Dəlildir. Ehtiva etdiyi hidayət, elm ilə, Allahın qüdrəti, elmi, hikməti və Muhamməd (sallallahu aleyhi və səlləm)'in peyğəmbərliyi mövzusunda, dəlildir.
-----------------------------------
Il. Ayələri bilməyin yolu
Quran ayələri, ancaq və ancaq, Şari (şəriəti göndərən Allah)'ın təyini ilə bilinə bilər. Çünki, bu mövzuda, qiyas və fikir bəyan etməyin yeri, yoxdur. Bu mövzu, sadəcə, öyrətmək və irşad ilə bilinir. Bunun dəlillərini, bu şəkildə sıralamaq, mümkündür:
a. Alimlərin, "الٓمٓصٓ / əlif, lam, mim, sad" (Əraf/1) hərflərini, 1 ayə sayarkən; bunun bənzəri olan "الٓمٓر / əlif, lam, mim, ra" (Ra'd/1) hərflərini, 1 ayə saymamaları.
b. Alimlərin, "يسٓ / ya, sin" (Yasin/1) hərflərini, 1 ayə sayarkən; bunun bir bənzəri olan "طسٓ / ta, sin" (Nəml/1) hərflərini, 1 ayə saymamaları.
c. Alimlərin "حمٓ • عٓسٓقٓ / ha, mim • ayn, sin, qaf" (Şura/1-2) hərflərini, 2 ayə sayarkən; bunun bir bənzəri olan "كٓهيعٓصٓ / kəf, hə, yə, ayn, sad" (Məryəm/1) hərflərini, 2 ayə saymayıb, tək ayə saymaları.
Əgər ayələrin təyini qiyasa görə olsaydı, bildirilən əsaslar çərçivəsində, bir-birinin bənzəri olan hərflərin hökmü, eyni olardı. Bu şəkildə də, fərqli hal, ortaya çıxmazdı.
Bu bildirilənlər, Kufəlilərin görüşüdür. Çünki onlar,
~ 2 ayə olaraq qəbul etdikləri حمٓ • عٓسٓقٓ / ha, mim • ayn, sin, qaf" (Şura/1-2) ilə;
~ özündən sonrakı ayəin davamı olaraq düşündükləri "طسٓ / ta, sin" (Nəml/1) xaric,
başında hurufu'l-muqattaa (kəsik hərflər) gələn surə başlarının hamısını, 1 ayə olaraq saymışlardır.
d. Alimlərin, içində "ر / ra" hərfi gələn "الٓر / əlif, lam, ra" (Yunus/1; Hûd/1; Yusuf/1; İbrahim/1; Hicr/1) və "الٓمٓر / əlif, lam, mim, ra" (Ra'd/1) şəklində gələn hurufu'l-muqatta'ları, 1 ayə saymamaları;
e. Alimlərin, "قٓ / qaf" (Qaf/1); "صٓ / sad" (Sad/1); və "نٓ / nun" (Qələm/1) şəklində tək olaraq gələn hərfləri, tək başlarına 1 ayə olaraq dəyərləndirməmələri.
Kufəlilərin xaricindəkilər isə, heç bir şəkildə, başlarındakı hərfləri, tək başına 1 ayə olaraq qəbul etməzlər.
Məsələnin, təvqifi olduğunu (İslamın bildirməsinə bağlı olduğunu) söylədiyimiz vaxt, bu fərqli görüşlər, fikirləri qarışdırmasın! Çünki, hər kəs, özünə gələn və öyrəndiyi biliyə görə hərəkət etmişdir.
"1 kəliməni, necə Quranın 1 ayəti sayarlar?" şəklində 1 sual, yönləndirilməməlidir. Çünki, Şari'dən belə gəlmişdir. Məsələn, Rahmən surəsinin başındakı "ٱلرَّحْمَـٰنُ / ər-Rahmən" (Rahmən/1) kəliməsi, bir ayədir. Eyni şəkildə, "مُدْهَآمَّتَانِ / mudhəmmətən" (Rahmən/64) kəliməsi də, 1 ayədir. Çünki, bu mövzuda gələn məlumata görə hərəkət edilmişdir.
~ Buxari, əbu Davud və Nəsai, əbu Səid ibnu'l-Mualla'nın, belə dediyini rəvayət etmişlərdir:
"Namaz qılırdım. Allah rəsulu (sallallahu aleyhi və səlləm), məni çağırdı. Ancaq, çağırışına icabət etmədim. Sonra yanına gedib: 'Ey Allahın elçisi! Namaz qılırdım.' dedim. (Bunun üzərinə): 'Allah Taala'nın: '...çağırdığı zaman, Allahın və Peyğəmbərinin çağırışına cavab verin...' (Ənfal/24) əmrini, eşitmədinmi?' buyurdu. Sonra, əlimdən tutdu. Məsciddən çıxmaq istədiyim vaxt, 'Ey Allahın elçisi! Bəs mənə Qurandakı ən böyük surəni öyrədəcəkdin?!' dedim. O da, belə buyurdu: 'Bəhs etdiyim surə, əlhəmdulilləhi Rabbi'l-aləmin'dir. O, təkrarlanan 7; və Mənə verilən Qurandır." (Buxari, "Fədailu'l-Quran"/9)
Bu hədis, Fatihə'nin, 7 ayə olduğunu; və
وَلَقَدْ ءَاتَيْنَـٰكَ سَبْعًا مِّنَ ٱلْمَثَانِى وَٱلْقُرْءَانَ ٱلْعَظِيمَ
"Biz, sənə, təkrarlanan yeddi ayəni və əzəmətli Quranı verdik." (Hicr/87) ayətində qəsd edilən təkrarlanan 7 olduğunu göstərməkdədir.
~ Tirmizi və Hakim'in, əbu Hureyrə (radiyallahu anh)'dan rəvayət etdiklərinə görə, Peyğəmbər (sallallahu aleyhi və səlləm), belə buyurmuşdur:
"Hər şeyin bir zirvəsi vardır. Quranın zirvəsi də, Bəqərə surəsidir. Bu surədə, bütün Quranın ağası olan 1 ayə vardır. O ayə, Ayətə'l-Kürsi'dir." (Tirmizi, "Fədailu'l-Quran"/2. Hədis, səhihdir.)
~ Muslim və Tirmizi'nin, Ubeyy b. Ka'b'dan rəvayət etdiklərinə görə, Peyğəmbər (sallallahu aleyhi və səlləm),
"Ey əbu'l-Munzir! Əzbərlədiyin ayələrdən, hansının daha böyük olduğunu bilirsənmi?" deyə soruşdu.
Rəvayətin bundan sonrasını, o, belə bildirmişdir:
Mən: "Allah və rəsulu, daha yaxşı bilir." dedim.
Peyğəmbər (sallallahu aleyhi və səlləm), yenə: "Ey əbu'l-Munzir! Əzbərlədiyin ayələrdən, hansının daha böyük olduğunu bilirsənmi?" deyə soruşdu.
Mən: "Ayətə'l-Kürsi / Allahu lə iləhə illə huvə'l-hayyu'l-qayyum" dedim.
Sonra, o, Peyğəmbər (sallallahu aleyhi və səlləm), mənim sinəmə vurdu və belə buyurdu:
"Ey əbu'l-Munzir! Allaha and olsun ki, elm, sənə xoş olsun." (Muslim, "Salatu'l-Musafirin"/44)
~ əbu Məsud əl-Bədri, Peyğəmbər (sallallahu aleyhi və səlləm)'in, belə buyurduğunu rəvayət edir:
"Hər kim, bir gecədə, Bəqərə surəsinin sonundakı 2 ayəti oxuyarsa, bu 2 ayə, ona kifayət edər." (Buxari, "Fədailu'l-Quran"/10)
~ Əhməd b. Hənbəl, "Müsnəd"ində, ibn Məsud (radiyallahu anh)'dan belə rəvayət edir:
"Peyğəmbər (sallallahu aleyhi və səlləm), mənə, 'ha, mim' ilə başlayan 30-luq surələrdən birini oxutdu." ("Müsnəd", l, 419)
İbn Məsud, bu sözü ilə, Əhqaf surəsini qəsd etmişdir. Çünki, 30 ayəti keçincə, surəyə, 30-luq adı verilir.
~ ibnu'l-Arabi, belə deyir:
Peyğəmbər (sallallahu aleyhi və səlləm), Fatihəni, 7 ayə; Mülk surəsini də, 30 ayə olaraq zikr etmişdir." (Haşiyə)
----------------------
(Haşiyə:
Əbu Hureyrə (radiyallahu anh)'dan rəvayət edildiyinə görə, Allah rəsulu (sallallahu aleyhi və səlləm), belə buyurmuşdur:
"Kim, 30 ayətlik bir surəni oxuyarsa, o surə, onu oxuyana şəfaət edər. O surə, 'Təbərakəlləzi biyədihi'l-mulk' surəsidir." (Əbu Davud, "Salat"/327; Tirmizi, "Fədailu'l-Quran"/9; Əhməd b. Hənbəl, "Müsnəd", ll, 299, 321; Hakim, "əl-Mustədrək", l, 753)
------------------------
Digər görüş:
Bəzi alimlər isə, ayələrin bilinməsinin bir qisminin, təvqifi; digər qisminin isə, qiyasi olduğu görüşünü mənimsəmişlərdir.
Bu görüşün istinadı isə, ayə sonlarındakı fasilələrdir. Fasilələr, nəsrdəki səciyyə və şeirdəki qafiyəyə bənzəyir.
Bu görüşdə olanlar, belə deyirlər:
Peyğəmbər (sallallahu aleyhi və səlləm)'in, daim dayandığı yerlərin fasilə olduğunu, qəti olaraq bilirik. Onun, daim keçdiyi yerlərin də, fasilə olmadığını, qəti olaraq bilirik. Bəzən dayandığı, bəzən də keçdiyi yerlərdə isə, bu hal, bəhs mövzusu ola bilər:
Peyğəmbər (sallallahu aleyhi və səlləm)'in dayanması, fasiləni öyrətmək üçün; ya da, istirahət üçün edilən "vəqfu'l-tam"ı (haşiyə) öyrətmək üçün ola bilər. Onun keçməsi isə, keçdiyi yerdə, fasilənin olmadığını göstərmək; və ya daha əvvəl öyrətdiyi üçün, fasiləni özündən sonrakı ilə birləşdirmək ola bilər. Bu mövzuda, qiyas üçün bir sahə vardır. Qiyas da, haqqında nass olmayan bir mövzunu, haqqında nass mövcud olan bir mövzuya, bunu lüzumlu qılan bir səbəbdən dolayı daxil etməkdir. Bunda isə, bir beis yoxdur. Çünki belə bir tətbiqat, Quran mövzusunda, nə nöqsanlığa, nə də əlavəyə yol açar. Bunun bütün məqsədi, fəsl və vəsli (haşiyə-2) müəyyənləşdirməkdir.
---------------------------------
(Haşiyə-1:
Vəqfu'l-tam: məbədi (özündən sonrakı kəlimə və ya ifadə) ilə ləfz və məna yönündən münasibəti olmayan və sözün hər cəhətdən tamamlandığı yerlərdə edilən vəqf (dayanmaq)'dır.
Məsələn, Bəqərə surəsindəki "وَأُولَئِكَ هُمُ الْمُفْلِحُونَ / və uləikə humu'l-muflihun / onlar, qurtulanlardır." (Bəqərə/5) ayətinin sonunda, belə bir vəqf mövcuddur.
Bəzən ayə ortalarında da yer almaqla birlikdə, əksəriyyətlə, ayə sonlarında; qissələrin sonunda; və bütün surələrin bitməsində edilən vəqflər, tam vəqflərdir.
Haşiyə-2:
Fasl və vasl:
Lüğətdə "vasl", "bir şeyi, digər bir şeyə bağlamaq, əlavə etmək" mənasına gəlir.
Məani alimlərinin əksəriyyəti,
~ "vasl" ilə: "bir cümlənin, digər cümləyə, 'vav/və' bağlayıcısı ilə ətf edilməsini;
~ "fasl" ilə də: "bu ətfin tərk edilməsi"ni
qəsd edirlər.)
----------------------------------
Qurandakı 1 kəlimə haqqında, 2 halın bəhs mövzusu olduğu müşahidə edilir. Bunlardan
~ birinə görə: bu kəlimə, ayə sonu olması lazım gələrkən;
~ digəri isə: bunun əksini gərəkdirir.
Buna misal olaraq, Fatihə surəsindəki ilk "aleyhim" ifadəsi verilə bilər. Bəzi alimlər, bu ifadəni, ayə sonu qəbul edərkən; bəzi alimlər isə, bunu, belə görməmişlərdir. Bunun səbəbi, bu şəkildə izah edilir:
Alimlər, bismillahın, Fatihə surəsindən bir ayə olub-olmadığı mövzusunda, ixtilaf etmişlərdir. Halbuki, hamısı, bu surənin, 7 ayət olduğu mövzusunda, ittifaq halındadırlar.
~ Bismillahın Fatihə surəsindən 1 ayə olduğu görüşünü mənimsəyənlər,
صِرَٰطَ ٱلَّذِينَ أَنْعَمْتَ عَلَيْهِمْ غَيْرِ ٱلْمَغْضُوبِ عَلَيْهِمْ وَلَا ٱلضَّآلِّينَ
Siratalləzinə ənəmtə aleyhim, ğayril məğdubi aleyhim vələ'd-dallin.
"Nemət bəxş etdiyin şəxslərin yoluna, qəzəbə uğramışların və azmışların yoluna yox!" (Bəqərə/7) ifadəsini, tək başına 1 ayə qəbul edirlər.
~ Bismillahın Fatihədən bir ayə olmadığı görüşünü mənimsəyənlər isə, ilk "aleyhim" ifadəsindən sonra gələn qismi, surənin sonuna qədər 7-ci ayət olaraq qəbul edirlər. Onlara görə, 6-cı ayənin sonunda yer aldığı üçün, "aleyhim" ifadəsi, fasilədir. Bu ifadənin fasilə sayılmasını tərcih etdirən səbəblərdən biri, ayələrin, uzunluq-qısalıq cəhətindən, aralarındakı uyğunluğun, ancaq, bu şəkildə gerçəkləşməsidir. Əgər bu ifadə, fasilə olaraq qəbul edilməsəydi, bu son ayə, digərlərinə görə, çox uzun olardı.
Bu ifadənin fasilə olaraq sayılmamasını tərcih etdirən səbəblərdən biri isə, bu ifadənin, Fatihədəki ayə sonlarına bənzəməməsidir. Çünki, bu surədə, hər bir ayənin, son hərfindən əvvəl, məd hərflərindən "yə" hərfi gəlir. Buna, bir də, Quranın heç bir yerində, bu şəkildə bir fasilənin olmadığı da əlavə edilməlidir.
Bilinməlidir ki, ayə kəliməsi istifadə edildiyi vaxt,
~ bəzən, 1 ayənin bir bölməsi;
~ bəzən də, 1-dən çox ayə
qəsd edilir. Ancaq, bu istifadədə, bir məcaz və bir genişlik bəhs mövzusudur. Elə isə, bu mövzuda tərəddüd edilməməlidir.
~ Ayə'nin bir bölməsinə ayə deyilməsinə, ibn Abbas (radiyallahu anh)'ın bu sözü, nümunə olaraq verilə bilər:
Quranda ən çox ümid verən ayə, budur:
...وَإِنَّ رَبَّكَ لَذُو مَغْفِرَةٍ لِّلنَّاسِ عَلَىٰ ظُلْمِهِمْ...
"...Həqiqətən, Rəbbin insanların zalımlığına baxmayaraq, onları (tövbə edənləri) bağışlayır..." (Ra'd/6)
~ 1-dən çox ayəyə, ayə deyilməsinə nümunə olaraq isə, ibn Məsud (radiyallahu anh)'ın bu sözü verilə bilər:
"Qurandakı ən möhkəm ayə, budur:
فَمَن يَعْمَلْ مِثْقَالَ ذَرَّةٍ خَيْرًا يَرَهُۥ • وَمَن يَعْمَلْ مِثْقَالَ ذَرَّةٍ شَرًّا يَرَهُۥ
"Zərrə qədər yaxşılıq edən, əvəzini alacaqdır. Zərrə qədər pislik edən də, əvəzini alacaqdır." (Zilzal/7-8)
Bunların 2 ayə olduğu isə, ittifaqla sabitdir.
---------------------------------
---------------------------------
Ill. Quran ayələrinin sayılması
"Tibyan" müəllifi,bu mövzu haqqında belə deyir:
"Quran ayələrinin sayının, 6200 yarım olduğu xüsusunda, bu sahə ilə məşğul olan alimlər, ittifaq etmişlərdir. Ancaq, bu yarımın təsbiti xüsusunda, bu sahədə görüş bəyan edən alimlərin sayı qədər, fərqli görüşlər vardır:
~ Birinci Mədəni (Mədinəlilərə məxsus) saya görə, Quran ayələrinin sayı, 6217'dir. Nafi, bu görüşü mənimsəmişdir.
~ İkinci Mədəni saya görə, Quran ayələrinin sayı, Şeybə'yə görə, 6214; əbu Cəfərə görə isə, 6210'dur.
~ Məkki saya görə, Quran ayələrinin sayı, 6220'dir.
~ Kufi saya görə, Quran ayələrinin sayı, 6236'dır. Bu görüş, Həmzə əz-Zəyyat'dan nəql edilmişdir.
~ Basri (Basra'lılara məxsus) saya görə, Quran ayələrinin sayı, 6205'dir. Bu görüş, Asim əl-Cahdəri'dən nəql edilmişdir. Yenə ondan nəql edilən görüşə görə, Quran ayələrinin sayı, 6204'dür. Eyyub b. Mütəvəkkil əl-Basri də, bu görüşü dilə gətirmişdir.
Basri'lərdən nəql edilən bir görüşə görə isə, Quran ayələrinin sayı, 6219'dur. Bu görüş, Qatadə'dən də nəql edilmişdir.
~ Şami (Şam əhlinə məxsus) saya görə, Quran ayələrinin sayı, 6226'dır. Bu görüş, Yəhya b. əl-Haris əz-Zimari'dən nəql edilmişdir." (haşiyə)
------------------------
(Haşiyə:
Zəmaxşəri, ibn Xuzeymə, ibn Kamal, Said Nursi, ayə sayının, 6666 olduğunu bildirmişlərdir.)
------------------------
Yenə, "Tibyan" müəllifi, bu məlumatlardan əvvəl, bunları da söyləmişdir:
"Məkki say, 7 qiraət imamından Abdullah b. Kəsir'ə nisbət edilmişdir. O da, bunu, Mücahid, ibn Abbas və Ubeyy b. Ka'b'dan nəql etmişdir.
Mədəni say isə, birinci və ikinci olmaq üzərə, ikiyə ayrılır:
~ Birinci Mədəni say, müəyyən birinə nisbət edilməmişdir. Kufə xalqı, onu, Mədinə əhlindən, mürsəl olaraq nəql etmişlərdir. Bu mövzuda, hər hansı birinin adını zikr etməmişlərdir. Hər nə qədər Kufə əhlinin özlərinə aid bir sayı olsa da, bununla əməl etmişlərdir.
~ İkinci Mədəni say isə, 10 qiraət imamından əbu Cəfər b. Yezid əl-Qa'qa və Şeybə b. Nisah'a mənsubdur. Onlardan bu görüşü, Süleyman b. Cəmmar yolu ilə, İsmail b. Cəfər b. əbi Kəsir nəql etmişdir.
Birinci Mədəni sayı, əbu Cəfər və Şeybə'yə; ikinci Mədəni sayı isə, İsmayıl b. Cəfərə nisbət edən kimsə, xəta etmişdir. Elə başa düşülür ki, onun bu xətaya düşməsinə, bəzi kitablarda yer alan, Nafi'nin, onlardan, birinci Mədəni sayı nəql etdiyi; və əbu Amr'ın, birinci sayı, əbu Cəfər'ə ərz etdiyi məlumatıdır. Çünki, bunun onlardan rəvayət edilməsi, bu görüşün, özlərinə nisbət edilməsini gərəkdirməz. Ancaq, ikinci Mədəni sayın onlara nisbəti mövzusunda, hər hansı bir şübhə, yoxdur."
Bəzi rəvayətlərin qarışıq olduğu bu mövzunu işıqlandırmaq üçün nəql etmək istədiyimiz məlumatlar, burda bitir.
A. İxtilafın səbəbi:
Bu ixtilafın səbəbi, bu şəkildə açıqlanır:
Peyğəmbər (sallallahu aleyhi və səlləm), əshabına, ayə sonlarını öyrətmək üçün, ayələrin bitdiyi yerdə dayanardı. Əshabı, bunları öyrənincə, mənanı tamamlamaq üçün, ayələri, bir sonrakı ayələrlə birlikdə oxuyardı. Bu səbəblə,
~ bəziləri, Peyğəmbər (sallallahu aleyhi və səlləm)'in dayandığı yerlərin fasilə olmadığını zənn etmiş və hamısının, 1 ayə olduğunu düşünərək, özündən sonrakı bölmə ilə, ayəni birləşdirmişdir;
~ bəziləri də, bunları, müstəqil 1 ayə qəbul etmiş və özündən sonrakı ilə birləşdirməmişdir.
Beləcə, məsələnin, nə qədər bəsit olduğu başa düşüldü. Çünki, bu mövzu üzərinə, Qurana əlavə edildiyi və ya ondan bir şey çıxarıldığı nəticəsi çıxmaz.
Quran ayələri, uzunluq və qısalıq cəhətindən, bir-birindən fərqlidir. Ən uzun ayə, ən uzun surə olan Bəqərə surəsində yer alan borc ayətidir. (bax: Bəqərə/282)
Ən qısa ayə isə, Yasin surəsinin başında yer alan "Ya, sin." ayətidir.
B. Ayələri bilməyin faydası
Bəzi insanlar, ayə saylarını, harda sonlanın hardan başlandığını bilməyin bir faydasının olmadığını söyləmişlərdir. Bu insanlara cavab vermək üçün, bunları bilməyin, 1 deyil, 3 faydasının olduğunu zikr edəcəyik:
• Birinci fayda: Hər 3 qısa ayənin, Peyğəmbər (sallallahu aleyhi və səlləm)'in möcüzəsi olduğunun bilinməsi.
3 qısa ayənin uzunluğuna bərabər olan uzun 1 ayə də, bunların hökmündədir. Bunu, bu şəkildə açıqlamaq, mümkündür:
Allah Taala, insanlara, Quranın 1 surəsinin bənzərini gətirmə mövzusunda meydana oxumuşdur. Bu mövzuda, belə buyurmuşdur:
وَإِن كُنتُمْ فِى رَيْبٍ مِّمَّا نَزَّلْنَا عَلَىٰ عَبْدِنَا فَأْتُوا۟ بِسُورَةٍ مِّن مِّثْلِهِۦ...
"Əgər qulumuza nazil etdiyimizə şübhə edirsinizsə, onda ona bənzər bir surə gətirin..." (Bəqərə/23)
Ən böyük surəyə, surə deyilə biləcəyi kimi; ən kiçik surəyə də, surə deyilir. Quranın ən kiçik surəsi isə, Kövsər surəsidir. O da, 3 qısa ayətdən meydana gəlməkdədir. Beləcə, hər qısa 3 ayətin və bunlara bərabər olan uzun 1 ayətin möcüzə olduğu həqiqəti, sabit olur.
• İkinci fayda: Fasilələrdə dayanmağın sünnət olduğunu düşünən kimsələrə görə, ayət sonlarında dayanmaq, gözəldir. Bu görüşdə olanlar, dəlil olaraq gətirdikləri əbu Davudun, ümmü Sələmə'dən nəql etdiyi bu hədisin zahirinə istinad etmişlərdir:
"Peyğəmbər (sallallahu aleyhi və səlləm), Quran oxuduğu vaxt, ayə-ayə oxuyardı: Bismilləhi'r-Rahməni'r-Rahim deyər dayanar; sonra əlhəmdulilləhi Rabbi'l-aləmin deyər dayanar; sonra ər-Rahməni'r-Rahim deyər dayanardı." (əbu Davud, "Sünən", Huruf/1)
"Tibyan" müəllifi, başqa bir yerdə, belə qeyd edir:
Bəzi alimlər, belə demişlərdir: Bu hədisi, bəhsi keçən məsələyə dəlil olaraq gətirməkdə, problem vardır. Çünki bu hədis, isnadı muttəsil (bitişik) olmayan ğərib bir hədisdir. Bunu, Yəhya b. Sə'd əl-Əməvi və daha başqaları, ibn Cureyc və ibn əbi Muleykə təriqilə ümmü Sələmə'dən rəvayət etmişlərdir. Bu mövzudakı ən səhih rəvayət, Leys'in, ibn əbi Muleykə isnadı ilə nəql etdiyi bu rəvayətdir:
"Yə'lə b. Malik, ümmü Sələmə'yə, Peyğəmbər (sallallahu aleyhi və səlləm)'in qiraətini və namazını soruşdu. O da: 'Siz, Onun kimi namaz qıla bilməzsiniz!' deyə cavab verdi. Ardından, Onun qiraətini, hərf-hərf, dənə-dənə oxuyaraq vəsf etdi."
Bu rəvayəti, Tirmizi ("Fədailu'l-Quran": 23; Nəsai, "İftitəh": 83) nəql etmişdir.
Bu 2 hədisi, bu şəkildə uzlaşdırmaq, mümkündür:
Peyğəmbər (sallallahu aleyhi və səlləm), bəzən mənanı tamamlamadan, ayə sonlarında dayanardı. Beləcə, ayə sonlarını açıqlayardı. Bəzən də, vəqf mövzusunda, mənanın tamam olmasına baxırdı. Dolayısı ilə, ayə sonlarında dayanmağa əhəmiyyət verməzdi. Beləcə, qiraəti, hərf-hərf açıqlayardı.
Buna görə, belə deyilə bilər:
Əgər insanlar, ayələrin sonlarının açıqlanmasına ehtiyac hiss edirlərsə, məna tamam olmasa belə, ayə sonlarında dayanmaq, gözəl olar. Əgər insanların ayə sonlarını bilməyə ehtiyacları yoxdursa, vəqf, ancaq, mənanın tamamlandığı yerdə gözəl olar.
Bir az əvvəl verilən hədisdə keçən hərf-hərf ifadəsi, Peyğəmbər (sallallahu aleyhi və səlləm)'in, dənə-dənə oxuduğu; və hərfləri, məxrəclərinə görə çıxardığı mənasına gələ bilər. Buna görə, birinci hədislə zidd düşməz.
• Üçüncü fayda: Namaz və xütbələrdə, ayələrə diqqət etmək:
Suyuti, belə deyir:
"Ayələrin sayını və sonlarını bilməklə bağlı, bəzi fiqhi hökmlər ortaya çıxır:
a. Fatihə surəsini bilməyənlər, buna riayət edərlər. Çünki o kimsələrin, bu surə yerinə 7 ayə oxumaları lazımdır.
b. Ayə saylarına, xütbədə diqqət etmək. Çünki, xütbədə, tam 1 ayə oxumaq lazımdır. Əgər uzun deyilsə, yarım ayə oxumaq, kifayət edir. Hətta cumhurun dəlillərlə ortaya qoyduğu görüşə görə, uzun da olsa, 1 ayədən az oxumaq, kifayət etməz.
c. Namazda və ya onunla eyni mövqedə olan ibadətlərdə oxunan surələrdəki ayə saylarına diqqət etmək. Buxari'nin, "Səhih"ində nəql etdiyinə görə, Peyğəmbər (sallallahu aleyhi və səlləm), sübh namazında, 60 ayə ilə 100 ayə arasında Quran oxuyardı. (Buxari, "Səhih", "Məvaqitu's-Salat", 13, 39)
d. Gecə namazında, ayə saylarına riayət etmək." (Suyuti, "əl-İtqan", l, 218)
Bununla bərabər, Suyuti, "əl-Kamil" adlı əsərində, (Yusuf b. Əli b. Cubarə) əl-Huzəli'nin, belə dediyini nəql edir:
"Bil ki, bir qrup insan, Quran ayələrinin sayından və bunu bilməyin faydalarından xəbərsizdirlər. Hətta Zəfərani, belə demişdir:
'Quran ayələrinin sayını bilmək, bir elm deyildir. Bəziləri, öz bazarını rəğbətləndirmək üçün, bununla məşğul olmuşlardır.'
Lakin hal, onun dediyi kimi deyildir. Çünki, bunu bilməkdə, vəqf yerlərini öyrənmək kimi, bəzi faydalar vardır. Çünki, yarım ayə ilə, namazın səhih olmayacağı xüsusunda, icma gerçəkləşmişdir. Bir qrup alim, namazda 1 ayə oxumağın kifayət etməyəcəyini bildirmişlərdir. Başqa bir qrup alim isə, namazda, ən az 7 ayə oxumağın zəruri olduğunu ifadə etmişdir. İ'caz (möcüzəlilik) isə, 1 ayə altında gerçəkləşməz. Elə isə, Quran ayələrinin sayını bilməyin, böyük faydası vardır."
Nə var ki, Huzəli'nin, bu sözü ilə, tam olaraq nəyi qəsd etdiyini və hansı məzhəbə görə danışdığını bilmirik.
IV. Quran ayələrinin tərtibi:
Ümmət, Quran ayələrinin, bu gün Mushaf'da gördüyümüz halı ilə sıraya qoyulduğu mövzusunda, icma etmişdir. Bu sıraya qoyma da, Peyğəmbər (sallallahu aleyhi və səlləm)'in, Allahdan aldığı biliyə görə edilmişdir. Bu mövzuda fikir yürütməyin və ictihad etməyin, bir yeri yoxdur. Doğrusu budur ki, Cəbrail, Peyğəmbər (sallallahu aleyhi və səlləm)'ə, vəhyi gətirmiş və Ona, hər ayənin, hansı surənin harasına qoyulacağını göstərmişdir. Sonra da, Peyğəmbər (sallallahu aleyhi və səlləm), bu şəklilə, ayələri əshabına oxumuş və vəhy katiblərinə, ayənin qoyulacağı surəni bu surə içərisində hara qoyulacağını bildirərək, yazmalarını əmr etmişdir. Ayələri, namazlarda, vaazlarda, məhkəmələrində və hökmlərində, dəfələrlə, bu sırasına görə oxumuşdur. Hər il də, Cəbrailə, Quranı, bu şəkildə ərz edərdi. Son il isə, Cəbrailə, Quranı, 2 dəfə ərz etmişdi. Bütün bunlar, bu gün, əlimizdəki Mushafdakı bilinən ayə sıralarına görə edilmişdi. Eyni şəkildə, Quranı, başdan sona əzbərləyən və ya ondan bir bölmə əzbərləyən kimsə də, bu tərtibə görə əzbərini reallaşdırmışdır. Bu tərtib, yayılmış və fərqli coğrafiyalar ilə fərdlərdə, özünə yer qazanmışdı. İnsanlar, bu tərtibə görə, aralarında, Quranı müzakirə etməyə, namazlarında oxumağa, bir-birilərindən öyrənməyə başlamışlardı. Hər kəs, bir başqasından, bu gün əlimizdə mövcud olan ayə sıralamasına görə Quran dinləyirdi.
Quran-i Kərim'in ayələrinin sırasının müəyyənləşdirilməsində, səhabənin və rəşidi xəlifələrin hər hansı bir qatqısı və ya təsərrüfü olmamışdır. Doğrusu, əbu Bəkr (radiyallahu anh) dövründə yaşayan hər kəs, Quranı, xurma budaqlarından, yassı daşlardan və digər yazı materiallarından, səhifələrə nəql etməkdən başqa bir şey etməmişdilər. Osman (radiyallahu anh) dövründə reallaşdırılan çoxaltma fəaliyyəti isə, Quranı, səhifələrdən Mushaflara nəql etməkdən başqa bir şey deyildi. Hər 2 fəaliyyət də, Peyğəmbər (sallallahu aleyhi və səlləm)'in Allahdan aldığı və hər kəs tərəfindən bilinib qorunan tərtibə uyğun idi.
Bəli, bu mövzuda, heç şübhəsiz, tam olaraq, icma reallaşmışdır. Bu icmanın gerçəkləşdiyini, bir qrup alim xəbər vermişdir. Məsələn, Zərkəşi, "əl-Burhan" adlı əsərində; və əbu Cəfər də, "əl-Münasəbat" adlı əsərində, bu icmadan bəhs etmişdir. Əbu Cəfər, bu mövzuda, belə deyir:
"Ayələrin, içində olduqları surədə sıraya qoyulması, Peyğəmbər (sallallahu aleyhi və səlləm)'in müəyyənləşdirməsi və əmrilə gerçəkləşmişdir. Bu mövzuda, müsəlmanlar arasında, hər hansı bir ixtilaf yoxdur."
Bu icma, bir çox nass'a söykənməkdədir. Bunların bir qismi, bir az əvvəl keçdi. Digərlərini isə, bu şəkildə sıralamaq, mümkündür:
a. İmam Əhməd b. Hənbəl'in, Osman b. əbi'l-As'dan nəql etdiyi bu rəvayət:
Mən, Peyğəmbər (sallallahu aleyhi və səlləm)'in yanında oturmuşdum. Birdən, O, baxışlarını yuxarı doğru çevirdi; sonra dikəlib belə buyurdu:
"Cəbrail, Mənə gəldi və bu ayəni, bu surənin bu yerinə qoymağımı əmr etdi:
إِنَّ ٱللَّهَ يَأْمُرُ بِٱلْعَدْلِ وَٱلْإِحْسَـٰنِ وَإِيتَآئِ ذِى ٱلْقُرْبَىٰ وَيَنْهَىٰ عَنِ ٱلْفَحْشَآءِ وَٱلْمُنكَرِ وَٱلْبَغْىِ ۚ يَعِظُكُمْ لَعَلَّكُمْ تَذَكَّرُونَ
"Həqiqətən, Allah ədalətli olmağı, yaxşılıq etməyi və qohumlara haqqını verməyi əmr edir, iyrənc işlər görməyi, pis əməllər törətməyi və azğınlıq etməyi isə qadağan edir. O sizə öyüd-nəsihət verir ki, bəlkə düşünüb ibrət alasınız." (Nəhl/90)
b. Səhih olaraq nəql edilən sünnətdə, Peyğəmbər (sallallahu aleyhi və səlləm)'in, Bəqərə, Al-i İmran və Nisa kimi fərqli surələri oxuğu, qəti olaraq bilinməkdədir.
Yenə Onun,
~ məğrib (axşam) namazında, Əraf surəsini;
~ fəcr (sübh) namazında, Mu'minun və Rum surələrini;
~ Cümə günü sübh namazında, Səcdə ilə İnsan surələrini;
~ Cümə namazında, Cümə və Münafiqun surələrini;
~ Xütbədə, Qaf surəsini;
~ Bayram namazında, Ənbiya və Qaf surələrini
oxuduğu, səhih olaraq nəql edilmişdir.
Peyğəmbər (sallallahu aleyhi və səlləm), bütün bu surələri, səhabənin gözü qarşısında, Mushafdakı tərtibinə görə oxuyurdu. (Nəvəvi, "ət-Tibyan fi həmələti'l-Quran", s. 98-100)
c. İmam Buxari'nin nəql etdiyi bu rəvayət: ibnu'z-Zubeyr, Osman b. Affan'a: "Sizdən ölüb (dul) qadınların buraxan kimsələr..." (Bəqərə/240) ayəsini, başqa bir ayə nəsx etmişdi. O halda, niyə onu, Mushafa yazdın və ya olduğu kimi Mushafda buraxdın?" deyə soruşmuş. O da, bu şəkildə cavab vermişdir: "Ey qardaşım oğlu! Bu Mushafda, bir hərfin belə yerini dəyişdirmərəm." (Buxari, "Təfsir-u Surə": 2)
Bu ayənin nəsx edilməsinə baxmayaraq, yerində yazılmasının təvqifi olduğu mövzusunda, bu hədis, sabahın aydınlığından, daha açıqdır. Osmanın etiraf etdiyi kimi, bu mövzuda, bir təsərrüfü yox idi. Çünki, buna bənzər mözularda, ictihadın yeri yoxdur.
d. İmam Muslim'in, Ömər (radiyallahu anh)'dan nəql etdiyi bu rəvayət:
Peyğəmbər (sallallahu aleyhi və səlləm)'ə, kələlə (Nisa/176) mövzusunda çox sual verdiyim qədər, başqa bir mövzuda sual vermədim. Sonunda, Peyğəmbər (sallallahu aleyhi və səlləm), barmağı ilə sinəmə vurdu və belə buyurdu: "Sənə, Nisa surəsinin sonunda enən 'yaz' ayəsi, kifayət edər!" (Muslim, "Məsəcid": 78)
Peyğəmbər (sallallahu aleyhi və səlləm)'in, bu ayənin Nisa surəsindəki yerini ona göstərdiyi başa düşülməkdədir. Bəhsi keçən ayə, budur:
يَسْتَفْتُونَكَ قُلِ ٱللَّهُ يُفْتِيكُمْ فِى ٱلْكَلَـٰلَةِ...
"Səndən fətva istəyirlər. De: 'Valideyni və övladı olmayan kəsin mirası barəsində fətvanı, sizə Allah verir." (Nisa/176)
-------------------------------------
V. Dəyərləndirmə:
Bəziləri, Quran kəlimələrinin sayını, 77.934 olaraq açıqlamışlardır. Bəziləri də, daha başqa saylar vermişlərdir. Bu mövzuda, belə deyilmişdir:
"Kəlimələrin sayı xüsusunda fərqli görüşlərin iləri sürülməsinin səbəbi, kəlimələrin, həqiqət, məcaz, ləfz və rəsm şəklində qisimlərə ayrılmasıdır. Bunlardan hər hansı birini əsas almaq, caizdir. Alimlərdən hər biri, bunlardan caiz olan birini əsas almışlardır."
Səxavi, bu mövzuda, belə deyir:
"Kəlimə və hərflərin sayılmasında, hər hansı bir faydanın olduğunu, bilmirəm. Çünki, kəlimələri saymaqda bir fayda olsa, belə bir şey, əlavə və əskikliyin ola biləcəyi bir kitabda olar. Quranda isə, hər 2 hal da, əsla bəhs mövzusu ola bilməz."
Ancaq, hədislərdə, Quranın hərflərinin belə dəyərləndirildiyi, nəql edilmişdir. Məsələn:
~ Tirmizi, ibn Məsud (radiyallahu anh)'dan mərfu olaraq, bunu rəvayət etmişdir:
"Kim, Allahın kitabından 1 hərf oxuyarsa, onun üçün, savab vardır. Hər savaba, 10 qatı verilir. Əlif, lam, mim'in, 1 hərf olduğunu söyləmirəm. Lakin əlif, 1 hərfdir; lam, 1 hərfdir; mim, 1 hərfdir." (Tirmizi, "Fədailu'l-Quran", 16)
~ Taberani də, Ömər (radiyallahu anh)'dan mərfu olaraq, bu hədisi rəvayət etmişdir:
"Quran, 1.000.027 hərfdir. Kim, bu hərfləri səbr edərək və savabını Allahdan umaraq oxuyarsa, hər hərfin qarşılığında, ona, hurilərdən bir zövcə vardır."
Suyuti, bu rəvayəti nəql etdikdən sonra, belə deyir:
"Bu hədisin raviləri, Taberani'nin şeyxi Muhamməd b. Ubeyd b. Adəm b. əbi İyas xaric, siqa'dır. İmam Zəhəbi isə, onu tənqid etmişdir."
Sonra Suyuti, sözünə belə davam edir:
"Bu hədisdə zikr edilən say, tilavəti nəsx edilən ayələrə həml edilmişdir. Çünki, bu gün var olan hərflər, bu saya çatmamaqdadır. Bəhsi keçən hədislə, bu böyük sayda, Quranın nəsx edilən və nəsx edilməyən nazil olmuş bütün hərflərinin diqqətə alındığı qəsd edilmişdir." (haşiyə)
Allah, ən doğrusunu bilir.
-----------------------
(Haşiyə:
Nasix-Mənsux:
https://suallarlaislam.com/m%C9%99qal.../nasix-m%C9%99nsux)
-----------------------
Bir iddia və bu iddianın çürüdülməsi:
Bu iddianı dilə gətirənlər, belə demişlərdir:
"İbn əbi Davud, sənədli olaraq, Abbad b. Abdullah ibnu'z-Zubeyr isnadı ilə, onun atasından, belə nəql etmişdir:
Haris b. Xuzeymə, Tövbə surəsinin sonundakı 2 ayəni gətirib, "Mən, bu ayələri, Peyğəmbər (sallallahu aleyhi və səlləm)'dən eşidib öyrəndiyimə dair, şahidlik edirəm." dedi. Bunun üzərinə, Ömər, "Mən də, bu ayələri eşitdiyimə dair şahidlik edirəm." dedi və arxasınca, bunları da əlavə etdi: "Əgər bunlar, 3 ayə olsaydı, bunları, tək başına 1 surə edərdim. O halda, Quranın 1 surəsinə baxın və bunları, onun sonuna əlavə edin!" (ibn əbi Davud, "əl-Məsahif", s. 38)
Bu hədis, Qurandakı bütün ayələrin tərtibinin, təvqifi olmadığını göstərir. Əsasında ayələrin sıraya qoyulması, bir qismində də olsa, səhabənin arzusu və təsərrüfü ilə olmuşdur."
Bu iddiaya, bu şəkildə cavab veririk:
a. Bu rəvayət, ümmətin icma etdiyi qəti məlumat ilə zidd düşməkdədir. Qəti bilik ilə zidd düşən də, diqqətə alınacaq dərəcəyə çata bilməz. O halda, bu xəbər, dəyərsiz və söyləyənə geri qaytarılan bir sözdür.
b. Bu rəvayət, əksini göstərən və sayıla bilməyəcək qədər çox olan digər rəvayətlərə müxalifdir. Daha əvvəl, bunların bir çoxuna yer verilmişdi. Hətta ibn əbi Davud, bu rəvayətlə zidd düşən başqa bir rəvayət daha nəql etmişdir. O, Ubeyy'dən belə nəql edir:
"Səhabə, Quranı topladı. Tövbə surəsinin sonundakı
...ثُمَّ ٱنصَرَفُوا۟ ۚ صَرَفَ ٱللَّهُ قُلُوبَهُم بِأَنَّهُمْ قَوْمٌ لَّا يَفْقَهُونَ
'...sonra da üz çevirib gedirlər. Anlamayan adamlar olduqlarına görə, Allah, onların qəlbini, imandan məhrum etmişdir.' (Tövbə/127) ayətinə gəlincə, bunun, surənin son ayəsi olduğunu zənn etdilər. Bunun üzərinə, Ubeyy,
'Allah rəsulu (sallallahu aleyhi və səlləm), bundan sonra, mənə,
لَقَدْ جَآءَكُمْ رَسُولٌ مِّنْ أَنفُسِكُمْ...
'Sizə özünüzdən bir Elçi gəldi...' (Tövbə/128-129) şəklində başlayan 2 ayə daha oxutdu." (İbn əbi Davud, "əl-Məsahif", s. 38)
(Muhamməd Əbdü'l-Əzim əz-Zurqani, "Mənahilu'l-İrfan fi Ulumi'l-Quran" adlı əsərdən nəql)
---------------------------
---------------------------
"Ayə", dildə,
~ "əlamət";
~ "Quranın tam olan hər bir cümləsi"; və
~ "Qurandan bir sıra hərfin bir araya gəlməsi"
mənalarına gəlir.
Kəlimənin əsli, "əvəyə" olub, cəm halı, "ay", "ayau" və "ayət" şəklindədir.
"Camiu'r-Rumuz"da, belə deyilir:
"Ayə" kəliməsi,
~ dildə, "əlamət" mənasına gəlir;
~ şəriət örfündə (yəni, dini terminologiyada) isə, "Allah kəlamından olan, başı və sonu təvqifi olaraq təyin edilən və isimsiz hər bir qisim" mənasına gəlir.
Bu tərifdəki "isimsiz" qeydi, surə'ni, tərif xaricində qoymaq üçündür. Bu, ən doğru tərifdir.
Kəlam:
"əl-İtqan" müəllifi Suyuti, belə deyir:
"Ayə, başı və sonu müəyyən olan; və bir surənin içində yer alan; cümlələrdən meydana gələn Qurandır.
~ Kəlimənin əsli, 'əlamət' mənasına gəlir. 'Bu, Onun mülkünün ayəsidir.' (Bəqərə/247) şəklindəki istifadə, buna nümunədir.
~ Kəlimənin əslinin bir digər mənası, 'topluluq'dur. Çünki ayələr, kəlimələr topluluğudur. Cəbəri, bu görüşdədir.
~ Başqaları isə, belə demişlərdir: Ayə, əvvəlindən və sonrasından ayrılan hər bir Quran bölməsidir.
~ Bir görüşə görə, ayə, surələr içindəki sayı müəyyən olan vahidlərin hər biridir.
~ Bunlara ayə deyilməsinin səbəbi, bunları gətirənin (yəni, Peyğəmbərimizin) doğruluğuna və bu kitabın bənzərini gətirmələri yönündə, özlərinə meydan oxunan muxatabların acizliyinə əlamətdir.
~ Bir görüşə görə, bunlara ayə deyilməsinin səbəbi, əvvəlindəki və sonrasındakı sözdən ayrılmış olduğuna əlamət olmalarıdır.
Vahidi və əshabımızdan biri, belə demişlərdir:
Bu görüşə görə, 1 ayədən daha qısa Quran bölmələrini ayə olaraq adlandırmaq, caizdir. Nə var ki, hal-hazırda, ayə olaraq bilinənlərin ayə olduqları xüsusunda, təvqif mövcuddur.
əbu Amr əd-Dani, belə deyir:
"Mudhammətən." (Rahmən/64) ayəsi xaricində, tək kəlimədən mütəşəkkil bir ayənin var olduğunu bilmirəm. Ancaq, başqa alimlər, tək kəlimədən mütəşəkkil ayələr olduğunu söyləmişlərdir, ki, "və'l-fəcr", "və'd-duha", "və'l-asr" və digər surə başları, bunları müstəqil ayə sayanlar nəzdində, tək kəlimədən meydana gələn ayələrdir.
Biri, belə demişdir:
Doğru olan görüş, eynilə surələr kimi, ayələrin də, (hansı ayənin harda başlayıb harda bitdiyinin də) ancaq, Şari'dən gələn biliklə bilinəcəyidir. Buna görə, ayə, belə tərif edilir:
"Quran hərflərindən meydana gələn; əvvəlki və sonrakı Quran bölmələrindən ləfz və məna olaraq ayrı bir bütün təşkil etdiyinə dair Şari tərəfindən bildiriş gələn; və özünün bir bənzərini içində ehtiva etməyən bütündür."
Bu son qeyd, ayəni, surədən ayırmaq üçün qoyulmuşdur. Çünki, ayənin içində, başqa ayə olmaz. Ancaq, surənin içində, ayələr olur.
Zəmaxşəri, belə deyir:
Ayələrə dair məlumat, təvqifi olub, burda qiyasa yer yoxdur. Bu səbəblə, əlif, lam, mim ibarəsini, hər keçdiyi yerdə müstəqil ayə saymışlar, ancaq, əlif-lam-mim-ra və əlif-lam-ra ifadələrini, müstəqil ayə saymamışlardır. Yenə, ha-mim, ta-ha, ya-sin kəlimələrini, ayə sayarlarkən; ya-sin kəliməsini, ayə saymamışlardır.
Əbu Bəkr ibnu'l-Arabi, belə deyir:
Ayələrin sayı, Quranın ən çətin mövzularından biridir. Ayələrdən bəziləri, uzun; bəziləri, qısadır. Bəziləri, cümlə tamamlanmadan bitər; bəziləri isə, tamamlanandan sonra bitər.
Başqa bir alim, belə demişdir:
Sələfin ayə sayı haqqında ixtilaf etməsinin səbəbi, budur:
Peyğəmbər (sallallahu aleyhi və səlləm), insanlara, ayə sonlarını bildirmək üçün, ayə sonlarında vəqfə edərdi (yəni, oxuyarkən, ayələri birləşdirməz, qısa da olsa, hər ayəni, dənə-dənə ayıraraq oxuyardı). Ayələrin harda başlayıb harda bitdiyi bilindiyində, artıq, ayələri birləşdirərək (vəsl edərək) oxumağa başladı. Beləcə, dinləyən kimsə, bu yerlərin, ayə sonu olduğunu başa düşə bilirdi.
İbn Dureys ---> Osman b. Ata ---> Atası ---> ibn Abbas sənədilə nəql edilən bir rəvayətdə, ibn Abbas, belə deyir:
Quranın bütün
~ ayələrinin toplam sayı, 6616'dır.
~ hərflərinin sayı, 323.670'dir.
Dəvani, belə deyir:
Alimlər, Quran ayələrinin sayının, ən az 6000 olduğu mövzusunda, ittifaq etmişlərdir. Ancaq bəziləri, bundan ibarət olduğu görüşündə ikən; bəziləri də, bundan çox olduğu görüşündədir.
~ Bəziləri bu əlavənin, 104;
~ Bəziləri, 14;
~ Bəziləri, 19;
~ Bəziləri, 25;
~ Bəziləri də, 36
olduğunu söyləmişlərdir.
Sonra bil ki, əbu Yusuf Yaqub b. İshaq əs-Sikkit, belə deyir:
Quran olaraq endirilən ayələr, 4 qisimdir:
a. Məkki;
b. Mədəni;
c. Bir qismi, Məkki; bir qismi, Mədəni;
d. Nə Məkki; nə Mədəni.
Məkki və Mədəni terminlərini, insanlar (alimlər), 3 şəkildə tərif edirlər:
• Ən yayğın olan ilk tərifə görə:
~ Məkki, hicrətdən əvvəl endirilən;
~ Mədəni isə, istər Məkkə coğrafiyasında olsun, istər Mədinə coğrafiyasında; -istər, fəth ilində olsin, istər Vida həcci ilində; ya da istərsə hər hansı bir səfər əsnasında- hicrətdən sonra endiriləndir. Buna görə, hicrət yolçuluğu sırasında endirilənlər, Məkki sayılır.
• İkinci tərifə görə:
~ Məkki, hicrətdən sonra da olsa, Məkkədə endirilən bütün ayələrə deyilir;
~ Mədəni isə, Mədinədə endirilənlərdir. Buna görə, səfərlər əsnasında endirilənlər, nə Məkki, nə də Mədinə'dir. Buna görə, səfərlər əsnasında endirilənlər, nə Məkki, nə də Mədəni'dir. Beləliklə, ikisi arasında bir termin də ortaya çıxmış olur.
• Üçüncü tərifə görə:
~ Məkki, Məkkəlilərə xitab olaraq endirilənlər;
~ Mədəni isə, Mədinəlilərə xitab olaraq endirilənlərdir.
(Muhamməd Əli ət-Təhanəvi, "Kəşşaf-u İstilahati'l-Fünun və'l-Ulum" adlı əsərdən nəql)
------------------
------------------
Əlavələr:
Son dövr İslam alimlərinə görə, mütləq mənada ayə, başlıca 2 qismə ayrılır:
1. Feli ayələr;
2. Qövli ayələr.
1. Feli ayələr: Kainatdakı saysız-hesabsız fərqlilikləri, mütəmadi bir nizam və qanuna bağlayan Yaradıcı'nın varlığını, birliyini və uca sifətlərini göstərən və məxluqların daşıdığı xüsusiyyətlərdən çıxarılan dəlillərin hamısı, bu cür ayələri meydana gətirir. Bunlara, "kövni", "təkvini" və ya "elmi" ayələr deyilir.
Əlmalılı Hamdi Yazır, öz təfsirində, uluhiyyətə işarət edən ayələri də, öz içində, 3 qismə ayırır:
a. Sadəcə alimlərin bilə biləcəyi təbiət qanunlarında mövcud ümumi ayələr;
b. Günəş və ay tutulması, göy guruldaması kimi hər kəsin müşahidə etdiyi ayələr;
c. Möcüzələr kimi qeyr-i adi ayələr.
2. Qövli ayələr: Peyğəmbərlərə endirilən İlahi kitabların hamısı, bu cür ayələrdir. Bunlar, feli ayələrə işarət edir və insanlar tərəfindən asanlıqla başa düşülmələri üçün, lazımi açıqlamaları ehtiva edir. Bunlara, "təşrii", "tənzili" və "vəhyi ayələr" də deyilir.