Az da olsa, davamlı ibadət etmək

4237- "...(Möminlərin anası) ümmü Sələmə (radiyallahu anha)'dan belə rəvayət edilir:

"Peyğəmbər (sallallahu aleyhi və səlləm)'in ruhunu (alıb) götürən (Rəbbim)'ə and içirəm ki, O, ömrünün son zamanlarında (fərz olanı xaric) namaz(lar)ının çoxu(nu) oturaraq (qılır) idi.

Ona ən sevimli əməl də, az belə olsa, (mömin) qulun davamlı işlədiyi saleh əməl (yəni ibadət) idi."

---------------------

4238- Aişə (radiyallahu anha)'dan belə rəvayət edilir:

(Bir gün) yanımda bir qadın var idi. Bir az sonra Peyğəmbər (sallallahu aleyhi və səlləm) otağıma girdi və:

"Bu qadın kimdir?" diyə soruşdu. Mən də:

'Filan kimsədir. (Gecə vaxtı) heç yatmaz.' dedim. (Aişə qadının qıldığı namazları anlatmağa başladı.) Bunu üzərinə Peyğəmbər (sallallahu aleyhi və səlləm):

"Burax. (Davamlı) edə biləcəyiniz əməllər (yəni nafilə ibadətlər) ilə məşğul olun. Çünki Allaha and olsun ki, siz (ibadətdən) bezənə qədər, Allah sizə ehsanını kəsməz." buyurdu.

Aişə deyir ki:

"Allah rəsulu (sallallahu aleyhi və səllə )'ə ən sevimli din (yəni ibadət), sahibinin davamlı ifa etdiyi (ibadət) idi."

İbn Macə, Sünən tərcümə və şərhi, Kitabü'z-Zühd (Zühd kitabı): "Əməl (yəni ibadət)'ə davam etmək babı"

------------------------

İzahı:

Müəllifimiz ibn Macə, 4237 no-lu Ümmü Sələmə (radiyallahu anha) hədisini, "Kitab-u iqamətu's-salah" kitabında, 1225 no-lu "Nafilə namazı oturaraq qılmaq haqqındakı bab"da da rəvayət edir.

Bununla bərabər bu hədisi, Nəsai də rəvayət etmişdir.

Bu hədis, Allah rəsulu (sallallahu aleyhi və səlləm)'in ömrünün sonlarına doğru, nafilə namazlarının əksəriyyətini oturaraq qıldığına və ən məqbul, sevimli əməlin, davamlı işlənən yaxşı əməl olduğuna dəlalət edər.

Tirmizi də, Hafsa (radiyallahu anha)'dan belə rəvayət edir:

"Peyğəmbər (sallallahu aleyhi və səlləm)'in vəfatından bir il əvvələ qədər, nafilə namazlarında oturduğunu heç görmədim. Vəfat ili, nafilə namazlarında otururdu."

-----------------------

4238 no-lu Aişə (radiyallahu anha) hədisini, Buxari, Muslim, əbu Davud, Nəsai, Malik və Əhməd də rəvayət etmişlərdir.

Aişə (radiyallahu anha)'nın yanında olan qadının, əl-Havla (binti Tuveyt) olduğu, Muslim'in rəvayətində bildirilir. Aişə (radiyallahu anha), qadının gecələr yatmadığını ərz edib nafilə namazlarını Peyğəmbərə bildirmişdir.

əl-Hafiz ibn Həcər Asqalani, bu hədisin izahı bölməsində geniş məlumat vermişdir. Biz bunun bəzi bölmələrini müxtəsər olaraq nəql etməklə kifayətlənəcəyik:

• ibnu't-Tin:

"Umulur ki, Aişə (radiyallahu anha), qadının məğrur olmayacağı qənaətində olduğu üçün, üzünə qarşı onu tərifləmişdir." deyir.

Mən (ibn Həcər) isə, deyirəm ki:

"Hammad b. Sələmə'nin Hişam'dan olan rəvayətinə görə, qadın, hüzurdan ayrıldıqdan sonra Aişə (radiyallahu anha) onu tərifləmişdir."

Hədisdə keçən "məh" kəliməsinin mənası: "burax" deməkdir.

• Davudi'nin dediyinə görə, bu kəlimənin əsli: "mə həzə"dir. Yəni: "Bu nədir?"

• Allah rəsulu (sallallahu aleyhi və səlləm)'in istifadə etdiyi bu kəlimə ilə qarşı çıxdığı şey, Aişə (radiyallahu anha)'nın etdiyi tərif ola bilər. Yəni:

"Ey Aişə! Qadını çox namaz qılmaq ilə tərifləmək işini burax." demək olur.

• İkinci bir ehtimal, Allah rəsulu (sallallahu aleyhi və səlləm)'in qadının etdiyi işə qarşı çıxmasıdır. Yəni bir möminin gecə heç yatmayıb sabaha qədər namaz qılması, uyğun bir iş deyildir. Çünki bu hal, sahibinin (ibadət edən kəsin) bezməsinə yol aça bilər, bu halı davam etdirməsi də çox çətindir.

---------------

Hədisin: "Edə biləcəyiniz əməllərlə məşğul olunuz." cümləsindən məqsəd:

Əməllərdən davam etdirə biləcəyiniz şeylərlə məşğul olun. Bir müddət edib də, sonra tərk edəcəyiniz əməllərlə məşğul olmayın.

Bu cümlədən 2 hökm çıxarmaq mümkündür:

• Birincisi: Gücün yetdiyi nafilə ibadətlə kifayətlənmə əmri;

• İkincisi: Gücün xaricində qalan nafilə ibadətlərə, insanın öz nəfsini məcbur etməsinin  qadağan olması.

Qadı İyad isə, belə demişdir:

"• Bu cümlə ilə verilən əmrin gecə namazına məxsus olması möhtəməldir. 

• İkinci ehtimal isə, bu hökmün bütün şər'i (şəriətə aid) məsələlərə şamil olmasıdır."

Mən (ibn Həcər) isə, deyirəm ki:

Bu hədisin buyurulmasına vəsilə olan hadisə, qadının bütün gecəni namazla keçirməsidir. Lakin verilən əmr, ümumidir. Allah rəsulu (sallallahu aleyhi və səlləm)'in o hadisədə, xitab etdikləri qadınlar olduğu halda, kişilərə aid əvəzlik istifadə etməsi , bu hökmün ümumiliyini təyid edər (qüvvətləndirər).

--------------------------

Hədisin: 

"---لا يمل الله حتى تملوا---"

cümləsinin əsl mənası:

"Siz bezməyənə qədər, Allah bezməz." şəklindədir.

Lakin Allah Taala, bezmək kimi sifətlərdən pak və münəzzəhdir. Bu ifadə tərzi, "Müşakələ" deyilən ədəbi sənət baxımındandır, məcazi mənada istifadə edilmişdir. Bu səbəblə, bu cümlə fərqli şəkillərdə açıqlanmışdır:

• Birincisi:

"Siz ibadətdən bezənə qədər, Allah sizə ehsan və lütüflərini kəsməz. Amma siz, ibadətdən bezincə, O da ibadət qarşılığında verdiyi ehsan və lütfünü kəsər."

• əl-Hərəvi deyir ki, bu cümlədən məqsəd belədir:

"Siz, dua etməkdən bezmədikcə, Allah sizə ehsan və lütfünü kəsməz."

• Qastallani də:

Bu cümlənin mənası belə ola bilər:

"Siz öz güc və qüdrətiniz çərçivəsində nafilə ibadətinizə davam edin. Çünki siz, gümrah və zövqlə ibadət etdiyiniz müddətcə, Allah sizin ibadətinizin savabını əksiltməz və bezmişcəsinə qarşılıq verməz.

Bu etibarla, ibadətdən bezəcək hala gələcək olursanız, bu hala düşmədən əvvəl oturun, bezməyə meydan verməyin. Çünki ibadətdən bezərsəniz, Allah Taala bezən kimsənin davranışına bənzər bir davranışla haqqınızda iş görər."

• Xattabi isə, bu cümlənin mənası belədir, demişdir:

"Siz ibadətdən bezsəniz belə, Allah bezməz.

Bir qövlə görə isə, məna belədir:

'Siz ibadət və əməldən bezmədikcə, Allah savab verməyi tərk etməz.'

Read 33 times
In order to make a comment, please login or register