Az danışmaq

əbu Xallad (radiyallahu anh)'dan rəvayət edildiyinə görə, Allah rəsulu (sallallahu aleyhi və səlləm) belə buyurmuşdur:

"Siz, özünə dünyaya rəğbət göstərməmək və az danışmaq xisləti verilmiş bir adam gördüyünüz zaman, ona yaxınlaşın (yəni sözlərini diqqətlə dinləyin). Çünki o kimsə, hikmətli söz söyləyər (və ya qəlbinə hikmət ilham edilər)."

İbn Macə, Sünən tərcümə və şərhi, Kitabü'z-Zühd (Zühd kitabı): "Dünyada zühd (yəni dünyaya rəğbət göstərməyib ondan üz çevirmə)" babı, hədis no: 4101

--------------------

İzahı:

Bu hədisi Beyhaqi də rəvayət etmişdir.

Hədisdə keçən "az danışmaq"dan məqsəd: ibadət sayılmayan sözlərdən ancaq ehtiyac qədər olan məşru danışmaqdır.

Hikmət də, faydalı elm və qəlbin mənəvi xəstəliklərinə şəfa olan, insanı nəfsin arzularına tabe olmaqdan uzaq tutan gözəl sözlər diyə açıqlanmışdır.

Bu hədis, dini cəhətdən mötəbər və məqbul olan zahidlik, yəni dünyadan üz çevirmək məziyyətinə və lüzumsuz, faydasız danışıqlardan çəkinib ancaq ehtiyac halında danışmaq xislətinə sahib şəxslərin söhbətlərindən istifadə etməyə təşviqdir.

Read 13 times
In order to make a comment, please login or register