Az yemə və içmənin faydaları nədir? Yemək yemədə ölçü nə olmalıdır?

Mədə bədənimizin hovuzu kimidir. Bütün orqanların ehtiyacı olan qida maddələri və vitaminlərin hazırlandığı mətbəxdir mədə. Mədədə əmələ gələn yemək və aclıq hissi; bütün istəklərin,arzuların başıdır. Tox olan insan, ən başda cinsi arzulara iştah duyar. Ardından o toxluğu davamlı etmək üçün mala-mülkə, çox qazanmağa yönələcək. Çox qazanmağın yolu isə vəzifə sahiblərinə yaxın olmaq, vəzifə sahibləri ilə yaxşı dolanmaq ya da o yüksək məqamları əldə tutmaqla mümkündür. Bu da mala-şöhrətə olan tamahı artırar. Tamah, arzuları oyandıracaq və insan məqamını, vəzifəsini qorumaq üçün bəlkə də insan qüruru ilə bir araya sığmayan bəzi haram yollara əl atmaq məcburiyyətində qalacaq. Qəzəb-Hiddət-Düşmənçilik-Kin-Önə Atılma Ehtirası və s. şeytani sifətlər insana yoldaş olmağa başlayacaq. Bunların təbii nəticəsi isə; əzaba doğru sürüklənmədir.

Bu incə və basit təhlildən də göründüyü kimi "Bütün günahların başı mədəyə təslim olmaq, onun əmrinə girməkdir" desək, hesab edirik ki şişirtmiş olmarıq.

Dil deyərkən qəsdimiz necə ki; onun bioloji funksiyaları deyilsə mədədən qəsdimiz də onun necə işlədiyi və həzm funksiyası deyil, mədədən ortaya çıxan arzuların insanı haralara çəkdiyi, necə ucaldıb alçaltacağı olacaq. Bu çərçivədə, az yeməyin fəzilətləri və çox yeməyin gətirdiyi zərərlər üzərində dayanacağıq:

Rəsulullah-Səhabə və Sirrə Ərənlərin Az Yemək Haqqında Sözləri

"Az yemək və az içmək surətiylə nəfsinizlə cihad edin. Az yemək və az içməyin savabı eynilə düşmənlə cihad etmək savabı kimidir. Allah qatında bundan daha məqbul bir savab yoxdur"

"Mədəsini yeməklə dolduranın göy mələkûtuna (Sırlar Âləminə) yüksəlməsinə icazə verilməz"

"Allah qatında ən sevimliniz; Çox Düşünən və az yemək Yeyənlərdir. Ən sevilməyən isə; Çox Yeyənlər, Çox Gülənlər və Çox yatanlardır "

"Çox yemək və içməklə qəlbinizi öldürməyin. Qəlb əkin kimidir, çox suvarılan əkin çürüyər "

"İnsanın doldurduğu ən pis qab; mədəsidir "

"Qarnınızın üçdə birini yeməyə, üçdə birini suya, üçdə birini tənəffüs etməyə ayırın (yəni boş buraxın ki daralmayasınız)"

"Qarınınızı tam doldurmayın ki ibadət və zikrə gücünüz olsun"

"Şeytan insan bədənində qan kimi dolaşır. Az yeyin ki, şeytanın yolları tıxansın "

"Qəlbinizin Allah'ı görməyini istəyirsinizsə mədənizi ac və susuz buraxın" Hz.İsa(Aleyhissalam)

"Cənnətin qapısını aclıq və susuzluqla döyün. Mütləq cavab gələr" Hz.Aişe(radıyallahu anhâ)

"Özünə çatacaq qədər qidası olan və kimsəyə möhtac olmadan sabahlayan adam, dünyanın ən xoşbəxt insanıdır" Malik B.Dinar

Az Yeməyin Faydaları:

1-Qəlbi Parladır-Aydınladır: Az yemək qəlbî funksiyaların artmasına səbəb olacaq. Çox yemək isə zəkanı kütləşdirər.

"Qəlb, az yeməklə saf və incə olar"

"Az yeməyə davam edənlər, zəki-ağıllı və fikrən qüvvətli olarlar"

"Yeməyi doyunca yeməyin ki; qəlbinizdə marifət atəşi sönməsin.

Marifət cənnət yolu, az yemək də marifətin qapısıdır "

2-Qəlb İncəliyi və Fikir Artar. Bu da Zikr və Duadan Ləzzət almağı Təmin edər:

Çox yemək, qəzəb-hirs və yuxu gətirər. Çox yeyən, ibadətə cəsarət və qüvvət tapa bilməz. İbadət və zikr etsə də bu dildə qalar, qəlbə, könülə enməz, ləzzəti ruhuna işləməz.

"Süfrə Allah'la sizin aranıza pərdədir. Süfrəyə düşkün olanın duadan, zikrdən həzz alması qeyri-mümkündür " (Cüneyd-i Bağdadi)

3-Az yemək Acizlik Verir: Çox yemək baş qaldırıcı, üsyankar nəfsi qızışdırmaqdır. Az yeyən təvazökar və aciz olar. Qul öz acizliyini görmədikcə Allah qarşısında gerçək mənada səcdə etmiş olmaz. Acizliyini hiss etməyin bir yolu da az yeməkdir. Az yeyən, Allah'ın nemətlərinə şükr etməyi, O`nun önündə yalvarmağı daha çox bacaracaqdır.

Yer üzünün xəzinələri Rəsulullah'a təqdim olunarkən belə buyurdu: "İstəmirəm! .. Bir gün oruclu olub, bir gün iftar etməyi daha çox sevirəm. Çünki oruc olarkən səbr, iftar edincə şükr edirəm "

4-Açlık; Aç Olanları Xatırladar, Şəfqət və Mərhəmət Artar: Aclıq cəhənnəm əhlinin çətinliyini, susuzluq məhşər yerinin dəhşətini yada salar. Aclıq çəkməyən adam, axşamdan səhərə yeməyə loxması olmayan kasıb və miskinlərin halını heç bir şəkildə anlaya bilməz. Az yeyən, arabir oruc tutan kimsə; kasıbların halını daha yaxşı anlayar. Bu da mərhəmət-şəfqət duyğularının canlanmasına; sədəqə-zəkatın və yardımlaşmanın artmasına vəsilə olar. Mərhəmət və Şəfqət; Cənnətin açarlarındandır.

Hz.Yunus (Aleyhissalam)'a: "Sən yer üzü xəzinələrinə sahibsən, nə üçün aç qalırsan?" deyə soruşdular. "Tox olsam acların halını unudaram" deyə cavab verdi.

5-Çox Yemək Nəfsi azdırar:Nəfsin azması isə; insanın başda şəhvət olmaq üzrə, bütün heyvani duyğu və təhriklərə təslim olması, onların əmrinə girməsi deməkdir. Nəfs, ən yaxşı aclıqla tərbiyə edilər. Doyana qədər yemək; günahlara öz əliylə dəvətnamə vermək sayılır.

6-Az  yeyən, az yatar:

Çox yemək yuxu və qəfləti çağırmaqdır. Bu isə tənbəlliyi, işə, ibadətə qarşı istəksizliyi özü ilə gətirər. Bunlar, insanın fəlakətinə səbəb olarlar. Tənbəl adam istər zehni istərsə də feli işlərdə özünə lazım olan enerjini bədənində tapa bilməyəcək.

7-Az Yeyənin vaxtı Çox Olur:

 Yeməyə az vaxt ayıran adam, Elm-təhsil-Oxuma-Əmək-İstirahət-Dərs kimi faydalı işlərə daha çox vaxt tapacaq. Ən sadə ifadə ilə yeməyi hazırlamaq, almaq, daşımaq kimi zəhmətlərə ayıracağı vaxt özünə qalacaq.

8-Az Yeyen Xəstəlikdən-Dərmandan, Həkimlərdən qurtulur:

Xəstəliklərin təməlində faydası düşünülmədən əlimizə nə keçdi yeməyimiz dayanır. Bütün həkimlərin əsas müalicə amilinin pəhriz olduğunu düşünsək az yemənin başqa bir faydalı tərəfi özlüyündən  aydın olacaq.

"Oruc tutun ki, sağlamlıq tapasınız" hədisinin nə dərəcə mənalı olduğunu müasir tibb təsdiq etmişdir.

9-Az Yeyənin Xərci Az Olar:

Çox yeyən adam mala, sərvətə ehtiyac duyar. Az yeyən isə onsuz da qənaətkar olacaq. Bu səbəblə xərcləri, məsrəfi  az olar.

İbrahim Ədhəm bazarda gəzərkən bir malın bahalı olduğundan şikayətlənən birinə belə dedi: "O malı ucuzlaşdırmaq istəyirsənmi?" Adam "Bəli" dedi. İbrahim Ədhəm dedi:

"Malı ucuz almağın ən asan yolu, onu satın almamaqdır"

10-Az Yeyen Sədəqə-Səbir və Qənaətə Güc Tapar:

İsraf etmədən yeyən adam sədəqəyə da ayıracaq mal və imkanı özündə tapa biləcək, səbri və qənaəti hər kəsdən daha çox qavrayacaq, başa düşəcək.

Rəsulullah sallallahu aleyhi və səlləm, göbəkli(kök) bir səhabənin qarınına toxunaraq belə buyurdu:

"Bura qoyduğunu başqa yerə qoysaydın sənin üçün faydalı olardı"

Sirrə ərənlər belə dedilər:

"Mədəyə doldurulan yemək; tualetə sərmayə olar. Sədəqə verilən isə cənnətə sərmayədir. "

Mədəni çox doldurmağın da israf olduğunu bilirik. Çox yemənin zərərləri bu gün tibb tərəfindən təsbit edilmişdir. Statistika rəqəmlərinin Türkiyədə bir ildə israf edilən çörəklə ikinci ili insanların doya biləcəyini göstərməsi acınacaqlıdır. Kasıblıq çəkən insanlar varkən, çörək və yeməyi israf etməyimizin əvəzini bədənimizdəki  xəstəliklərlə, mənən də bərəkətsizlik içində yaşamaq şəklində çox ağır ödəyirik. Ölkəmizdə iqtisadi tarazlıqların düzgün olmaması, inflyasiyanın artmasının altında belə mədəyə olan düşkünlük və bunun gətirdiyi israf vardır! Burada illər əvvəl dövlət orqanlarında xidmət edən yaşlı bir amirdən dinlədiklərimi  eyniylə yazmaq istərdim:

Əllinci  illərin ortalarında Menderes hökuməti ölkəni(Türkiyəni) inkişaf etdirmək üçün bir sıra proqramlar hazırlayır. İkinci Dünya Müharibəsindən çıxdığı halda gözə çarpacaq qədər sıçrayış edən Almaniya örnək alınacaq. Alman iqtisadiyyat naziri Türkiyəyə çağırılır. Bizim iqtisadiyyatın planını quranlara bir konfrans verəcək olan Nazir, dəbdəbəli bir oteldə yeməyə aparılır. Adət olduğu üçün şorba ilə başlanılır. Nazir şorbasını bitirərkən bizim məmurlar iki qaşıq alıb geri qaytarırlar. Bizimkilərin anlayışında qabı bitirmək mədəniyyətsizlikdir. Az bir şey də olsa saxlanılmalıdır. Ardınca gələn yeməkdə də bizimkilər eyni şeyi etdikləri halda, Nazir yenə də yeməyini bitirir. Ən son plov yeyilərkən bizimkilər yenə iki qaşıq geri qaytararkən  Alman nazir "Dayanın!" Deyə danlayar onları. "Hər kəs boşqabındakı düyü dənələrini saysın!" deyər tərcüməçi vasitəsiylə. Məmur və siyasətçilər çaşmış vəziyyətdə qonağın dediyini edirlər. "Çıxan rəqəmləri toplayın və Türkiyə əhalisinin yarısına vurun" deyir. Rəqəmlər vurulur və tonlarla düyünü israf etdiyimiz aydın olar. Bunun iqtisadi xərci isə dəhşətli ölçüdəki rəqəmlərdir. Alman nazir camaata qarşı dönür və belə deyir:

"Türk Milləti hər il bu qədər məhsulu israf edirsə mənim sizə verə biləcəyim heç bir dərs yoxdur bəylər! Biz Almanlar möcüzə yaratmadıq, sadəcə qaynaqlarımızı yaxşı istifadə etdik və israf etmədik! "

Mədəyə doldurulacaq olanlar, bədənə və nəticədə tualetə sərmayə olub, mənəvi heç bir qazanc gətirməzlər. Mədədən kəsib insanlara vermək, ölçülü yeyib-içmək, arada bir oruc tutub, həm bədənin səhhətinə töhfə vermək, həm də savab qazanmaq ən qazanclı sərmayə olacaq.

Beyni mədəyə yönümlü (bağlı) olanlar heç bir zaman mənəvi və əqli işlərdə müvəffəqiyyətli ola bilməzlər. Mədəyə sadəcə funksiyasını yerinə yetirən, beynə enerji təmin edən bir anbar olaraq baxarsaq səmərəli işlər ortaya qoymağımız mümkündür.

Keçmişdə sirrə çatmağa çalışanlar Riyazət adlı işlərlə aclıq-susuzluq təcrübələri çəkərək Haqq`a çatdıqların, Rəsul və Nəbilərin doyunca yemədiklərini, bizim Peyğəmbərimizin Hz.Muhamməd (sallallahu aleyhi və səlləm) 'in arpa çörəyinə doyamadığını, bəzi günlər bir xurma və bir stəkan su ilə iftar etdiyini də unutmayaq

Yemək yemədə Ölçü Nə Omalıdır?

Köklük "xüsusilə inkişaf etmiş ölkələrdə diqqət çəkəcək ölçüdə yayılmış bir xəstəlik olduğundan, müalicəsi günümüz tibbinin əhəmiyyətli araşdırma sahələrindən birini təşkil edir. İslamiyyət isə, insanı maraqlandıran hər mövzuda dünəndən bu günə, bu gündən sabaha köhnəlməyən prinsiplər vâzetmiş, yollar göstərmişdir. İslamın köklüyü əngəlləmək üçün tövsiyə etdiyi xüsuslar da qoruyucu tibbin bu gün çatmağa çalışdığı hedeflerdendir.

Köklüyün qarşısının alınmasında diqqət edilməsi lazım olan xüsuslar

Günümüz tibbi, köklüyə yol açan səbəbləri, təməl olaraq yeməklərin tərkibi, miqdarı, öynələr (yemək) arasında buraxılan zaman boşluğu, toxluq hissi və bir öynədə yemək müddəti kimi başlıqlar altında toplamaqdadır. 

Yeməklərin Tərkibi

Yağ, şəkər, zülal, vitamin və minerallar orqanizmə təməl maddələr olaraq qəbul edilir. Bunlardan tərkibində yağ və zülal çox olan qidalar əvvəl damar sistemini sonra əlaqədar orqanın toxumalarını pozar. Ölkəmizdə bu mövzudakı statistik araşdırmalar qeyri-kafi olduğu üçün sağlam bir məlumat sahibi olmadığımız aterosklerozdan (damar daxili divarın yağlı maddələrin örtməsiylə meydana gələn damar sərtliyi) ölüm nisbəti, ABŞ və inkişaf etmiş ölkələrdə 50 % dir. Rəqəmin bu qədər yüksək olması az yağlı pəhrizlərə meyli artırmaqdadır. Həddindən artıq karbohidrat qəbul edilərkən, ehtiyacdan artıq qlükoza qaraciyərdəki maddələr mübadiləsinə bağlı olaraq toxumalarda yağa çevrilər. Diyetdə toxumaların istifadə edə biləcəyindən çox zülal varsa yenə yağ kimi saxlanılır. Yağ, şəkər və zülalların artığının bədəndə yağ olaraq yığılması "yeməklərin tərkibini" önəmli etməkdədir. Əfəndimiz (sallallahu aleyhi və səlləm):

"Mədə bədənin hovuzudur, damarlar mədəyə gəlirlər. Mədə sağlam isə damarlar sağlam, mədə xəstə isə damarlar xəstə olaraq çıxarlar." buyurmuşdur.

Nəticə etibarilə mədəyə daxil olan yeməklərin tərkibi çox əhəmiyyətlidir. Yağ, karbohidrat və zülal kimi yüksək kalorili maddələrlə mədə doldurulursa, 40-60 yaş arasında ateroskloroza tutulma ehtimalı, ailədən gələn genetik və fizioloji proqrama bağlı olaraq artar.

Yeməklərin Miqdarı

Mədə və bağırsaqlar elastik və büzülən orqanlardır. Mədənin normal həcmi 1.000-1.500 millilitr ikən, nazik bağırsaqların uzunluğu sıxılmış halda 5 metrdir. Mədədə qidalı maddələrin parçalanması prosesi mədə şirəsinin təsiri altında davam edir. Həzm olunmaqda olan qida bir neçə saat şirənin təsirinə məruz qalır. Mədə divarının yığılması sayəsində qida mədə şirəsi ilə daha yaxşı qarışır, bu isə onun həzm olunmasını asanlaşdırır. Sonra qida nazik bağırsağın onikibarmaq bağırsaq hissəsinə keçir. Lakin bu, mədədə sıyıq halına çevrilən hər qidanın birbaşa nazik bağırsaq sisteminə boşalacağı mənasına gəlməz. Çünki mədə ilə bağırsaq arasına yerləşdirilən avtomatik sistem vasitəsiylə, yeməklərin kimyəvi xüsusiyyəti və miqdarı yoxlanılır; Mədənin onikibarmaq bağırsağa açılan hissəsində olan sfinktor açılaraq yarım qarışdırılmış qida möhtəviyyatını hissə-hissə bağırsağa ötürür. Yaradıcının qoymuş olduğu sistem uyğun görməzsə keçməsinə icazə verilməz, istifadə edilər. O halda mədəyə nə qədər qida alaq? Peyğəmbər Əfəndimiz (sallallahu aleyhi və səlləm) yemək miqdarını bu iki hədisdə belə buyurmuşdur:

• Mədə bədənin hovuzudur, damarlar mədəyə gəlirlər, mədə sağlam isə damarlar sağlam, mədə xəstə isə damarlar xəstə olaraq çıxarlar. (K. Hafa, Bağdadi, Qayyim, Ummal Zəvaid)

“Mü'min bir kimsə bir bağırsağı dolana qədər yeyər, kafir isə yeddi bağırsağı dolana qədər yeyər.” (Buxari, E'imə Müslim, Tirmizi, ibn Macə)

İnsanoğlu mədəsindən daha zərərli bir qab doldurmamıştır. Insanoğluna belini dikəldəcək bir neçə loxma kafayətdir. Mütləq yeməsi lazımdırsa üçdə birini yeməyə, üçdə birini suya, üçdə birini də nəfəs alıb verməyə ayırmalıdır.  (Tirmizi, Mâcə Ət`imə, Müsnəd)

Allah'a ən sevimli olanınız, az yiyenleriniz, vücud baxımından da yüngül (xəfif) olanınızdır. (Münavi, Feyzu'l-Qədr, 1/175)

• Mən sizin haqqınızda ancaq mədəniz və tənasül üzvünüz barədəsində həddi aşmağınızdan və nəfsani sapqınlıqlarınızdan qorxuram.

• Peyğəmbərlərdən sonra bu ümmətdə meydana gələn ilk bəla, çox yemək və toxluqdur. Millətin qarını doyduğu zaman bədəni yağlanır, lakin buna müqabil qəlblərində zəiflik meydana gəlir, şəhvani duyğular isə söz dinləməz hələ gəlir

• Əfəndimiz (aleyhissalatu vəssəlâm) Mədinə əhalisi üçün "Buranın sakinləri qarınları acmadıqca yemək yeməzlər. Yedikləri qədər yiyəcəkkən doymadan süfrədən qalxarlar. Buna görə də xəstə olmazlar." buyurmuşdur.

•  Mədə xəstəliklərin evidir; pəhriz isə, müalicənin (dərmanların) başıdır. Hər vücuda öyrəşdiyi  şeyləri verin. (əl Mədhal, K. Hafa)

•  "Adəmoğlu tıxa basa doldurduğu mədəsindən daha pis bir qab doldurmamıştır. Mütləq doldurması lazımdırsa üçdə birini yeməyə, üçdə birini suya, üçdə birini də özünə ayırsın."

Mədənin ümumi tutumu 1.000-1.500 millilitr qəbul edilsə, hədislərə görə bir öynədə alınması lazım olan yemək miqdarı anatomik quruluşa görə 333-500 mlt'dir. Kobud bir ölçümle mədə həcmi böyük olan bir adam təxminən 2,5 su stəkanını keçməyəcək qədər yemək yeməlidir (Çörək, yemək, şorba, meyvə və 1/3 su əlavə edilsə, içilən su ilə birlikdə 666-1.000 qram arasında bir miqdar bir öynədə yeyiləcək miqdardır ). Bu da, diametri 4-5 santimetr, uzunluğu 20-25 santimetr olan və "duedonum" deyilən onikibarmaq bağırsağının həcminə (700-1570 qram) təxminən bərabərdir. Əfəndimiz (sallallahu aleyhi və səlləm): "Mömin bir kimsə bir bağırsağı dolana qədər yeyər, kafir isə yeddi bağırsağı dolana qədər yeyər." hadisiyle ideal miqdarın azlığını ifadə etmişdir. Sistem yaradılarkən orqanlara elaktiklik xüsusiyyəti verilmiş, nazik bağırsağın orta qisimi (jejenum) 4 litr həcmdə, lakin 10 litrə qədər genişlənmə tutumunda yaradılmışdır. Buna görə, insan həddindən artıq yesə belə, Yaradıcı kərəm və mərhəmətiylə bağırsaq sisteminə buna dözə bilmə istedadı vermişdir. Həddindən artıq yeməklə orqanların davamlı gərildiyi və köklük ağırlaşmalarının ortaya çıxdığı göz önünə gətirildiyində, Əfəndimizin (aleyhissalatu vəsselâm) ən ideal yemək ölçüsünü qoyduğu görülər. 

Yeməklər Arası Müddət

İnsan, fizioloji və psixoloji olaraq iki cür aclıq hiss edər.

Fizioloji aclıqdan, bədənin qida ehtiyacından ötəri mədədə aclıq qıcolmaları (spazma) görülərkən, psixoloji aclıqda şərti reflekslər söz mövzusudur. Aclıq qıcolmaları 12-24 saatlıq fasilələrlə gəlir. Alınan son qidanın ardınca başlayan bu qıcolmalar yeməklə susturulmazsa, 3-4 gün içində ən şiddətli səviyyəyə çatar, və irəliləyən günlərdə yemək yeyilməsə belə qıcolmalar getdikcə azalır.

Psixoloji aclıqda isə, on iki saatdan daha qısa müddətdə yemək saatları təsbit edilsə və riayət edilsə, 5-7 gün sonra bədən buna şərtlənir (uyğunlaşır) və saatı gəlincə insan acdığını hiss edər. İş yerlərində ümumiyyətlə saat 12-13 arası yemək fasiləsi verildiyindən, səhər 8'də evdə nahar edilsə belə, dörd saat sonraya yemək üçün şərtlənildiyindən, saat 12-13 olunca acmaq hiss edilər. Ramazan ayı başlayıb bir neçə gün keçdikdən sonra nahar unudular, saat 12-lərdə acmarıq. Məhz bu, psixoloji aclığın yeni bir şərtlənməsiylə bastırılmasıdır. Fizioloji aclıq isə, səhər saat 8'də nahar edilsə, axşam 20:00-da aclıq qıcolmaları (spazma) ilə hiss edilən aclıqdır. Bu səbəbdən, şəkər xəstəliyi və s kimi istisna vəziyyətlər xaricində, fitri (anadangəlmə) olan, fizioloji aclığa uyğun olaraq, gündə iki dəfə yeməkdir.

Toxluq hissi və bir öynədə yemək yemə müddəti

Yemək, mədənin qapıçısı olan ağızda çox çeynənilməli və üyüdülməlidir. Çeynəmə müddəti və ifraz (Hüceyrələrin, bədəndəki bezlərin qandan ayırıb meydana gətirdikləri və yenidən qana, başqa orqana və ya çölə atdıqları maye maddə) nə qədər çox olursa toxluq hissi də o ölçüdə olur. Toxluq hissinin meydana gəlməsi yeməyin miqdarı ilə deyil də ağızda çeynəmə müddətiylə əlaqəlidir. Bunu təsdiqləyən  təcrübələr edilmişdir. Heyvanlarda yemək borusundan fistül açılaraq yedikləri yeməklər mədəyə deyil də, çölə verilmişdir. Heyvanlar yemi yedikdən 20-40 dəqiqə sonra, qabaqlarına qoyulan yeni yeməyə qarşı istəksiz davranmış və yememişlerdir. Bundan da aydın olur ki, toxluq hissi üçün yeməyin miqdarı və tərkibi ilə yanaşı, ağızda çeynəmə müddəti də əhəmiyyətlidir. Xüsusilə diyet edənlərin bu xüsusiyyətləri nəzərə alaraq, aşağı kalorili yeməkləri ağızda ən az 20 dəqiqə çeynəmələri və toxluq hissi meydana gətirməsi lazımdır. 

Diyetdə qida seçimi

İnsan xəstə deyilsə və çox kiloları varsa, yediyi yeməyin kalori miqdarını bilməlidir. Məsələn, bir öynədə 300-500 qramın hamısı unlu məmul olsa 1.050-1.750 kalori, kolbasa olsa 1.420-2.545 kalori alınar. Halbuki eyni miqdar ispanaq yeyilsə, bu yalnız 50-80-yə yaxın kaloriyə qarşılıq gəlir. Normal bir insanın gündəlik ehtiyacı, işinə görə 1.800-3.500 kalori arasındadır. 350 qram kolbasa yeyən bir adamın kilo almaması üçün 24 saat başqa bir şey yeməməsi lazımdır. Gündəlik öyünlərdən çox, yeyilən yeməyin miqdarıyla birlikdə tərkibi da əhəmiyyətlidir. Əfəndimiz (sallallahu aleyhi və səlləm), Mədinə əhalisi üçün: "Buranın sakinləri qarınları acmadıqca yemək yeməzlər, daha yeyə biləcəkləri halda doymadan süfrədən qalxarlar. Buna görə xəstə olmazlar." buyurmuşdur.

Həddindən artıq yeyərək süfrədən tox qalxmaq mədəni genişlədər. Buna, ləzzət və kalorisi çox ət və yağlı şeylər də əlavə edilincə, köklük xəstəliyi ortaya çıxar. Əfəndimizin (sallallahu aleyhi və səlləm) ölçülərindən hərəkətlə bunları deyə bilərik:

 

1) Hər öynədə (yeməkdə) 350-500 qram yeyilməlidir.

 

2) Yeməklər arası 8-12 saat olmalıdır.

 

3) Yeməklər 20 dəqiqədə yeyilməlidir.

Bu gün xüsusilə, inkişaf etmiş cəmiyyətlərdə köklük və buna bağlı xəstəliklərin görülmə sıxlığı çox ciddi ölçülərə çatmışdır. İslam isə, köklük xəstəliyinə bilə-bilə bulaşılmaması üçün, yeməyin miqdarı, tərkibi, ağızda çeynənmə müddəti, yeməklər arası zaman kimi xüsuslarda insan fitrətinə uyğun yollar göstərmişdir.

 Dr. Arslan MAYDA   Tibb-ı Nəbəvi; Guytan (Medical Fiziologiya)

 

Read 16.193 times
In order to make a comment, please login or register