Az yemək, az danışmaq və az yatmaq haqqında məlumat verə bilərsinizmi? Çox danışmaq nədən xoş qarşılanmır? ..
(Ramazana hazırlıq)
Az yemək, az yatmaq və az danışmaq salehlərin adətidir. Çox yemək, çox yatmaq və gərəksiz yerə çox danışmaq qəflətə səbəbdir. Qəflətə düşmək isə böyük ziyandır.
- Çox yeməkqəlbə kasvət verər.
- Zehni fəaliyyətləri zəifliyə düçar edər.
- Bədəni qabalaşdırar.
- Çox yatmağa səbəb olar.
- Şəhvani arzuları artırar.
- Tok ikən yemək isə, xəstəlik üzərinə xəstəlikdir.
Müsəlman, hər mövzuda olduğu kimi yemək, içmək xüsusunda da etidalı mühafizə etməli, ifrat dərəcədə, oburca yeməkdən, içməkdən çəkinməlidir. Allah dostları, sülaha-yı salihin, ülema-yı amilin gündə bir dəfə, iki dəfə yeyirdi.
Sabah və ikindi sonrası olmaq üzrə gündə iki dəfə yemək yemək gözəl bir adətdir.
Mədəni haram və şübhəli yemək və içkilərdən qorumaq lazımdır.
Ərzurumlu İbrahim Haqqı Həzrətləri "Marifetname" sində belə deyər:
"Əhlullah demişlər ki: 'Səni daşıyacaq miqdarda ye, əsla sən onu daşıyacaq miqdarda yemə. Yeməyi o dərəcədə ye ki, sən onu yemiş olasan. Əsla onun səni yeyəcəyi şəkildə çox yemə. Əgər sən onu yersənsə hamısı nur və can olar. Əgər o səni yesə hamısı dərd və duman olar. "
Nəfsimizin azğınlıqlarına səd çəkib, könül aləmimizin çiçək çiçək məhəbbət açması, eşq tərənnümləri fısıldaması, səhərlərdə açılan sirr pərdələrinin ötesini tamaşa etməsi üçün az yeməyi şüar və adət edək. Az yeməklə əldə etdiyimiz qənaətimizi möhtaclara, xeyr qurumlarına bağışlayaq.
Az yemək ayrı, Allah Təâlâ'nın insanlar üçün yaratmış olduğu nemətlərdən faydalanmaq ayrıdır. Yəni müsəlmanlar olaraq Allah cəllə cəlaluhunun vermiş olduğu, lütf etdiyi yemək və içkilərdən əlbəttə faydalanacaq, Rəbbimizə qulluq, Allah yolunda xidmət etmək üçün bədənimizi diri, sağlam, güclü tutacaq şəkildə yeyəcək və içəcəyik. Ancaq bunu edərkən, israf etməyəcək, tıxa basa, bədən və ruhumuza zərər verəcək şəkildə yeyib içməyəcəyik. Mədəmizə haram və şübhəli loxma daxil etməyəcəyik.
Hz. Aişə radıyallahu anha belə rəvayət edir:
"Rəsulullah sallallahu aleyhi və səlləmin qarını heç zaman doymamışdır. Bu vəziyyətini da heç kimə şikayət etmədi. Kasıblığı zənginlikdən daha çox sevərdi. Sabaha qədər aclıqdan qarnı bükülse belə, bu vəziyyət onun ertəsi gün oruc tutmasını əngəlləməzdi.
Halbuki O, Rəbbindən yer üzünün bütün xəzinələrini istəyə bilərdi.
Necə ki Məkkə vadisi qızıl edilib ona təqdim olunanda da O:
"Xeyr Ya Rəbbi! Bir gün tox olum bir gün aç qalım. Aç qaldığım gün sənə yalvarım. Tok olduğum gün sənə həmd edim. Səni səna edim." demişdi. (Tirmizi, Kitabu'z-Zühd, IV / 575)
Az yatmağın ölçüsü də ehtiyac qədər yatmaqdır. Bu da dörd beş saat qədərdir.
Çox danışmaqda zərərlidir. Çox danışanın insanlar arasında etibarı qalmaz və çox söz danışan özünü yalandan qoruya bilməz. Söz sırası gəldiyində və sual soruşulduğu zaman danışmağı adət etmək lazımdır. Danışdığımız zaman ya haqqı danışmalı və ya susmalıyıq.
Göründüyü kimi, Peyğəmbərimiz sallallahu aleyhi və səlləm və onun müqəddəs izini təqib edənlər, əsla dünyaya rəğbət etməmişlər, özlərini;
- İbadətlərini hüzurla etməkdən,
- Allah Təâlâ'yı zikr etməkdən,
- Səhərlərdə oyanıq olmaqdan,
- Qəlb səfasına mane olan,
-, Qəflətə salan,
Çox yemək, çox yatmaq və çox danışmaqdan uzaq durmuşlar, bunlara əsla rəğbət etməmişlər.
- Az yemək, az danışmaq və az yatmaq haqqında məlumat verərsinizmi?
- Az danışmaq
- İrəlidə evlənməyi düşündüyümüz adam ilə telefonla danışmaq və mesajlaşmaq caiz mi?
- Məscidlərdə dünyəvi mövzular danışmaq caizdirmi? Bu cür söhbətləri qadağan edən ayə, hədis və ya səhabə sözləri və s varmıdır?..
- Çəkim azdır. Biraz zəifəm. Bir az kökəlmək niyyəti ilə sünnədən kənar çox yemək günahdır?
- Küfr hesab olunan təkamül nəzəriyyəsini dərs zamanı məcbur olub məllimə danışmaq insanı küfrə salarmı?
- Yalan danışmaq orucu pozurmu?
- Ölü haqqında pis danışmaq olarmı?
- Bir təsəvvüf anlayışı olaraq "əziyyət" nə deməkdir?
- "Hər istədiyini yeməyin israf olaraq yetər." mənasını verən bir hədisi şərif varmıdır? Varsa maddi imkanları olan insanların canının istədiyi şeyləri sağlamlığına zərər verməyəcək şəkildə doyana qədər yeməsi israfdırmı?