Az yemək, az danışmaq və az yatmaq haqqında məlumat verərsinizmi?
Az yemək, az yatmaq və az danışmaq salehlərin âdətidir. Çox yemək, çox yatmaq və gərəksiz yerə çox danışmaq qəflətə səbəbdir. Qəflətə düşmək isə böyük ziyandır.
Çox yemək, ürəyə kasvət (sıxıntı) verər.
Zehini fəaliyyətləri zəifliyə uğradar.
Bədəni yöndəmsizləşdirər.
Çox yatmağa səbəb olar.
Şəhvətli arzuları artırar.
Tox ikən yemək isə, xəstəlik üzərinə xəstəlikdir.
Müsəlman, hər mövzuda olduğu kimi yemək, içmək barəsində də etidalı(orta hal) mühafizə etməli, həddindən artıq, görməmiş kimi yeməkdən, içməkdən çəkinməlidir. Allah dostları, sülaha-yı salihin, ülema-yı amilin gündə bir dəfə, iki dəfə yeyərdilər. Səhər və ilkindi sonrası olmaq üzrə gündə iki dəfə yemək yemək gözəl bir adətdir.
Mədəni haram və şübhəli yemək və içkilərdən qorumaq lazımdır.
Ərzurumlu İbrahim Haqqı həzrətləri Marifətnamə’sində belə deyər: "Əhlullah demişlər ki: ‘Səni daşıyacaq miqdarda ye, əsla sən onu daşıyacaq miqdarda yemə. Yeməyi o dərəcədə ye ki, sən onu yemiş olasan. Əsla onun səni yeyəcəyi şəkildə çox yemə. Əgər sən onu yeyərsənsə hamısı nur və can olar. Əgər o səni yeyərsə hamısı dərd və duman olar."
Nəfsimizin azğınlıqlarına sədd çəkib, könül aləmimizin çiçək çiçək muhabbət açması, eşq tərənnümləri pıçıldaması, səhərlərdə açılan sirr pərdələrinin kənarını tamaşa etməsi üçün az yeməyi şüar edək. Az yeməklə əldə etdiyimiz qənaətlərimizi möhtaclara, xeyr qrumlarına köçürək.
Az yemək ayrı, Allah Təâlâ’nın insanlar üçün yaratmış olduğu nemətlərdən faydalanmaq ayrıdır. Yəni müsəlmanlar olaraq Allah cəllə cəlaluhunun vermiş olduğu, lütf etdiyi yemək və içkilərdən əlbəttə faydalanacaq, Rəbbimizə qulluq, Allah yolunda xidmət etmək üçün bədənimizi diri, sağlam, güclü tutacaq şəkildə yeyəcək və içəcəyik. Ancaq bunu edərkən, israf etməyəcək, tıxa basa, bədən və ruhumuza zərər verəcək şəkildə yeyib içməyəcəyik. Mədəmizə haram və şübhəli loxma verməyəcəyik.
Hz. Aişə radıyallahu ənhə belə rəvayət edir:
"Rəsulullah sallallahu əleyhi və selləmin qarını heç doymamışdır. Bu vəziyyətini də heç kimə şikayət etmədi. Kasıblığı zənginlikdən daha çox sevərdi. Səhərə qədər aclıqdan qarını bükülsə belə bu vəziyyət onun sabahısı gün oruc tutmasını maneə törətməzdi.
Halbuki O, Rəbbindən yer üzünün bütün xəzinələrini istəyə bilərdi.
Necə ki Məkkə vadisi qızıl edilib ona ərzolundu da O: "Xeyr ya Rəbbi! Bir gün tox olum bir gün aç qalım. Aç qaldığım gün sənə yalvarım. Tox olduğum gün sənə həmd edim. Səni sənâ edim." demişdi. (Tirmizi)
Az yatmanın ölçüsü də ehtiyac qədər yatmaqdır. Buda dörd beş saat qədərdir.
Çox danışmaqda zərərlidir. Çox danışanın insanlar arasında etibarı qalmaz və çox söz danışan özünü yalandan qoruya bilməz. Söz sırası gəldiyində və sual soruşulduğu zaman danışmağı adət etmək lazımdır. Danışdığımız zaman ya haqqı danışmalı və ya susmalıyıq.
Görüldüyü kimi, peyğəmbərimiz sallallahu əleyhi və səlləm və onun müqəddəs yolunu izləyənlər, əsla dünyaya rəğbət etməmişlər, özlərini;
İbadətlərini hüzurla etməkdən,
Allah Təâlâ’yı zikr etməkdən,
Səhərlərdə oyanıq olmaqdan,
Qəlb səfasından (fərahlıq) uzaqlaşdıran,
Qəflətə salan,
Çox yemək, çox yatmaq və çox danışmaqdan uzaq durmuşlar, bunlara əsla rəğbət etməmişlər.
- Az yemək, az danışmaq və az yatmaq haqqında məlumat verə bilərsinizmi? Çox danışmaq nədən xoş qarşılanmır?..
- Çəkim azdır. Biraz zəifəm. Bir az kökəlmək niyyəti ilə sünnədən kənar çox yemək günahdır?
- Ramazanda Necə Qidalanaq?
- Bir təsəvvüf anlayışı olaraq "əziyyət" nə deməkdir?
- Şaban Ayı
- Az yemə və içmənin faydaları nədir? Yemək yemədə ölçü nə olmalıdır?
- MÖMİN VƏ DÜNYA
- Cihad ayələrində necə bir sıra vardır?
- Bir həftədi imtahanlara hazırlaşdığım üçün sübh namazına qalxa bilmirəm, amma qəzasın qılıram. Bu nə qədər doğrudur?
- Ramazan'da Mədəni Vuran 7 Xəta