Azan başqa dillərdə verilə bilərmi?
Ustad Said Nursi (rahmətullahi aleyh), "Məktubat" adlı əsərində belə deyir:
"Şeâir-i İslâmiyeyi tağyire teşebbüs edenlerin senetleri ve hüccetleri, yine her fena şeylerde olduğu gibi, ecnebîleri körü körüne taklitçilik yüzünden geliyor. Diyorlar ki:
"Londra'da ihtidâ edenler ve ecnebîlerden imana gelenler, memleketlerinde ezan ve kamet gibi çok şeyleri kendi lisanlarına tercüme ediyorlar, yapıyorlar. Âlem-i İslâm onlara karşı sükût ediyor, itiraz etmiyor. Demek bir cevaz-ı şer'î var ki sükût ediliyor."
Elcevap: Bu kıyasın o kadar zâhir bir farkı var ki, hiçbir cihette onlara kıyas etmek ve onları taklit etmek zîşuurun kârı değildir. Çünkü:
1. Ecnebî diyarına, lisan-ı şeriatta "dâr-ı harp" denilir. Dâr-ı harpte çok şeylere cevaz olabilir ki, diyar-ı İslâmda mesağ olamaz.
2. Hem frengistan diyarı, Hıristiyan şevketi dairesidir. Istılahât-ı şer'iyenin maânîsini ve kelimât-ı mukaddesenin mefâhimini lisan-ı hal ile telkin edecek ve ihsas edecek bir muhit olmadığından, bilmecburiye, kudsî maânî, mukaddes elfâza tercih edilmiş; maânî için elfaz terk edilmiş, ehvenüşşer ihtiyar edilmiş.
Diyar-ı İslâmda ise, muhit, o kelimât-ı mukaddesenin meâl-i icmâlîsini ehl-i İslâma lisan-ı hal ile ders veriyor. An'ane-i İslâmiye ve İslâmî tarih ve umum şeâir-i İslâmiye ve umum erkân-ı İslâmiyete ait muhaverât-ı ehl-i İslâm, o kelimât-ı mukaddesenin mücmel meallerini, mütemadiyen ehl-i imana telkin ediyorlar. Hattâ, şu memleketin maâbid ve medâris-i diniyesinden başka, makberistanın mezar taşları dahi, birer telkin edici, birer muallim hükmündedir ki, o maânî-i mukaddeseyi ehl-i imana ihtar ediyorlar.
Acaba kendine Müslüman diyen bir adam, dünyanın bir menfaati için bir günde elli kelime frengî lügatından taallüm ettiği halde, elli senede ve hergünde elli defa tekrar ettiği Sübhanallah, Elhamdülillâh ve Lâ ilâhe illâllah ve Allahu ekber gibi mukaddes kelimeleri öğrenmezse, elli defa hayvandan daha aşağı düşmez mi?
Böyle hayvanlar için bu kelimât-ı mukaddese tercüme ve tahrif edilmez ve tehcir edilmezler. Onları tehcir ve tağyir etmek, bütün mezar taşlarını hâkketmektir; bu tahkire karşı titreyen mezaristandaki ehl-i kuburu aleyhlerine döndürmektir.
Ehl-i ilhâda kapılan ulemâü's-sû', milleti aldatmak için diyorlar ki:
"İmam-ı Âzam, sair imamlara muhalif olarak demiş ki:
'İhtiyaç olsa, diyar-ı baîdede, Arabî hiç bilmeyenlere, ihtiyaç derecesine göre, Fâtiha yerine Fârisî tercümesi cevazı var.'
Öyle ise biz de muhtacız, Türkçe okuyabiliriz."
Elcevap: İmam-ı Âzamın bu fetvâsına karşı, başta âzamî imamların en mühimleri ve sair on iki eimme-i müçtehidîn, o fetvânın aksine fetvâ veriyorlar. Âlem-i İslâmın cadde-i kübrâsı, o umum eimmenin caddesidir; muazzam ümmet, cadde-i kübrâda gidebilir. Başka hususî ve dar caddeye sevk edenler, idlâl ediyorlar.
İmam-ı Âzamın fetvâsı beş cihette hususîdir.
• Birincisi: Merkez-i İslâmiyetten uzak diyar-ı âharde bulunanlara aittir.
• İkincisi: İhtiyac-ı hakikîye binaendir.
• Üçüncüsü: Bir rivayette lisan-ı ehl-i Cennetten sayılan Fârisî lisanıyla tercümeye mahsustur.
• Dördüncüsü: Fâtiha'ya mahsus olarak cevaz verilmiş-tâ Fâtiha'yı bilmeyen namazı terk etmesin.
• Beşincisi: Kuvvet-i imandan gelen bir hamiyet-i İslâmiye ile, maânî-i mukaddesenin, avâmın tefehhümüne medar olmak için cevaz gösterilmiş.
Halbuki, zaaf-ı imandan gelen ve menfi fikr-i milliyetten çıkan ve lisan-ı Arabîye karşı nefret ve zaaf-ı imandan tevellüt eden meyl-i tahrip saikasıyla tercüme edip Arabî aslını terk etmek, dini terk ettirmektir!
(Said Nursi, 29-cu Məktub, 7-ci Risalə olan 7-ci Qism: "İşarat-ı Səba", Birinci işarət, s. 416-417)
-------------------------------
Yəni:
İslam şüarlarını (1) dəyişdirməyə təşəbbüs edənlərin sənədləri və hüccətləri -(yəni nəyə istinad edərək, bunu edirlər? Bunda sənəd və hüccətləri nədir?)-, yenə hər pis şeydə olduğu kimi, əcnəbiləri kor-koranə təqlidçilikdən qaynaqlanır. Onlar deyirlər:
"Londonda hidayətə gələnlər və əcnəbilərdən imana gələnlər, öz diyarlarında azan və iqamə kimi çox şeyləri, öz dillərinə tərcümə edirlər. İslam aləmi də, onlara qarşı sükut edir, etiraz etmir. Demək ki, bir şəri cəvaz vardır ki, sükut edilir..."
Cavab:
Bu qiyasda o qədər açıq bir fərq var ki, hər hansı bir cəhətlə İslam aləmini onlarla qiyaslamaq və onları təqlid etmək, şüur sahiblərinin karı deyildir. Çünki:
1. Əcnəbi diyarına, şəriət dilində (terminologiyasında), "daru'l-harb" deyilir. Daru'l-harbda isə çox şeylərə cəvaz verilə bilər ki, İslam diyarında bunlara icazə verilməz.
2. Həm Fransa, xristiyanlığın hakim olduğu yerdir. İslam şəriəti terminlərinin mənalarını və müqəddəs kəlimələrin məfhumlarını (yəni, kəlimənin, sözdə zikri keçməyən hansı mənaya dəlalət etdiyini) hal dililə təlkin edəcək və hiss etdirəcək bir mühit olmadığından, məcburi olaraq, o müqəddəs mənalar, müqəddəs ləfzlərə tərcih edilmiş; mənalar üçün ləfzlər tərk edilmiş (yəni mənalardan tamamilə yoxsul qalmasınlar deyə, ləfzi belə müqəddəs olan kəlimələr, müvəqqəti olaraq tərk edilmiş) əhvənü'ş-şər (iki şərdən daha az zərərli olanı) ixtiyar edilmişdir.
İslam diyarında isə, ətraf mühit, o müqəddəs kəlimələrin mücməl mənalarını, müsəlmanlara hal dililə dərs verməkdədir.
~ İslami ənənələr; və
~ İslam tarixi;
~ İslamın ümumi şüarları və İslam rüknlərinə dair müsəlmanların fikir alış-verişləri,
o müqəddəs kəlimələrin mücməl mənalarını, möminlərə mütəmadiyən təlkin etməkdədir.
Hətta bu diyarın məbəd və dini mədrəsələrini də bir yana qoyaq, qəbiristanlıqlardakı məzar daşları belə, bir təlkin edici, bir müəllim hökmündədir ki, möminlərə, o müqəddəs mənaları xatırlatmaqdadır.
Görəsən, özünə müsəlman deyən bir adam, dünyəvi bir mənfəət üçün, fransız lüğətindən bir gündə 50 kəlimə öyrəndiyi halda; 50 ildə, hər gün 50 dəfə təkrar etdiyi "Subhanallah", "Əlhəmdulilləh", "Lə iləhə illəllah" və "Allahu əkbər" kimi müqəddəs kəlimələri öyrənməzsə, heyvandan 50 dəfə aşağı düşməzmi?!
Belə heyvanlar üçün, bu müqəddəs kəlimələr, tərcümə, təhrif və təhcir edilməz ("hicrət etdirilməz")'lər. Onları dəyişdirmək və təhcir etmək, bütün məzar daşlarını qazımaqdır. Bu təhqir qarşısında titrəyən məzar əhlini, özləri əleyhinə (yəni bunu dəyişənlərin əleyhinə) çevirməkdir.
Dinsizlər tərəfindən aldadılan bu pis alimlər, milləti aldatmaq üçün deyirlər:
"İmam əzəm əbu Hənifə, sair imamlara müxalif olaraq demişdir ki:
'Ehtiyac olsa, uzaq diyarlarda yaşayan, ərəb dili bilməyənlərə, ehtiyac dərəcəsinə görə, namazda fatihə yerinə farsca tərcüməsinin oxunması, caizdir.' (2)
Elə isə, bizdə (azanın türkcə oxunmasına) möhtacıq, türkcə oxuya bilərik..."
Cavab olaraq deyirəm:
İmam əzəm əbu Hənifə'nin bu fətvasına qarşı, başda böyük imamların ən mühimləri və sair 12 müctəhid imam (3), o fətvanın əksinə fətva verirlər. İslam aləminin geniş yolu, bütün bu imamların yoludur. Bu böyük ümmət, bu böyük yolda gedə bilər. Başqa xüsusi və dar yola sövq edənlər, idlal etməkdədirlər.
İmam əbu Hənifə'nin fətvasına gəlincə isə, bu fətva, 5 cəhətdən xüsusidir:
• Birincisi: İslam mərkəzindən uzaq digər diyarlarda yaşayanlara aiddir.
• İkincisi: Həqiqi ehtiyacdan dolayıdır.
• Üçüncüsü: Bir rəvayətdə, Cənnət əhlinin dilindən sayılan farsca tərcüməyə məxsusdur (4).
• Dördüncüsü: Fatihəyə məxsus olaraq icazə verilmişdir, ta ki, fatihəni bilməyən, namazı tərk etməsin.
• Beşincisi: İman qüvvətindən gələn İslami bir hamiyyət (təəssübkeşlik) ilə, müqəddəs mənaları avam təbəqənin başa düşməsi üçün icazə verilmişdir.
Halbuki:
~ İman zəifliyindən gələn;
~ Mənfi milliyyət fikrindən çıxan;
~ Ərəb dilinə qarşı nifrətdən qaynaqlanan
təxribat meylinin sövqü ilə ərəbcə əslini tərk etmək, dini tərk etdirməkdir!..
-----------------------
Haşiyələr
1. "Şəair" (şüarlar):
Lüğətdə, "bilmək, hiss etmək" mənasındakı "şi'r" (şa'r) kökündən meydana gələn "şiar" (cəm halı - şəair): "ayırıcı özəllik, nişan, əlamət" mənasına gəlməkdədir.
Din istilahında (terminologiyasında) isə, "Allah tərəfindən qoyulan, Ona qulluq etməyə vəsilə olan, hörmət göstərilməsi və qorunması lazım gələn müəyyən ibadət, işarət və simvollar", şiar (şüar) olaraq qəbul edilmişlərdir.
Quranda şüar kəliməsi keçməməklə bərabər, "dinin, reallaşdırılmasını əmr etdiyi xüsuslar" mənasındakı "şairə"nin cəm halı olan "şəair", həcc ibadətindən bəhs edilən 4 yerdə, Allah kəliməsinə mudaf (izafə) olaraq zikr edilmişdir. Belə ki, Allah Taala, Öz kitabında belə buyurmaqdadır:
~ إِنَّ ٱلصَّفَا وَٱلْمَرْوَةَ مِن شَعَآئِرِ ٱللَّهِ...
"Şübhəsiz, Səfa və Mərvə, Allahın şüarlarından (nişanlarından)'dır..." (Bəqərə/158);
~ وَٱلْبُدْنَ جَعَلْنَـٰهَا لَكُم مِّن شَعَـٰٓئِرِ ٱللَّهِ...
"Biz, qurbanlıq dəvələri də, sizin üçün Allahın (dininin) şüarlarından qıldıq..." (Həcc/36);
~ يَـٰٓأَيُّهَا ٱلَّذِينَ ءَامَنُوا۟ لَا تُحِلُّوا۟ شَعَـٰٓئِرَ ٱللَّهِ وَلَا ٱلشَّهْرَ ٱلْحَرَامَ وَلَا ٱلْهَدْىَ وَلَا ٱلْقَلَـٰٓئِدَ وَلَآ ءَآمِّينَ ٱلْبَيْتَ ٱلْحَرَامَ يَبْتَغُونَ فَضْلًا مِّن رَّبِّهِمْ وَرِضْوَٰنًا...
"Ey iman gətirənlər!
• Allahın şüarlarına (nişanələrinə);
• Haram aylara;
• Qurbanlıq heyvana;
• Boynuna nişan taxılmış qurbanlıq heyvanlara;
• Rəbbinin lütfünü və razılığını diləyərək Beytulharama gələnlərə
qarşı hörmətsizlik etməyi, halal saymayın..." (Maidə/2)
~ ذَٰلِكَ وَمَن يُعَظِّمْ شَعَـٰٓئِرَ ٱللَّهِ فَإِنَّهَا مِن تَقْوَى ٱلْقُلُوبِ
"Bax belə! Hər kim Allahın şüarlarına (nişanlarına) hörmət etsə, bilsin ki, bu, qəlblərin təqvasındandır." (Həcc/32)
"Şəair" kəliməsi, nass'larda daha çox, həcc ibadətlərinin rükünlərilə bağlı ikən; daha sonra təfsir qaynaqlarında və dini ədəbiyyatlarda muhtəvası genişləndirilərək, ibadətə, hörmət və təzimə mövzu olan davranış və simvolların bütününü əhatə edən bir termin şəklində istifadə edilməyə başlanılmışdır.
~ İmam əbu Mansur əl-Maturidi (rahiməhullah), mövzu ilə bağlı ayəti təfsir edərkən, "şəairullah" məfhumuna, bütün fərzlərin və ya ümumi olaraq dini mövzuların girdiyi şəklindəki anlayışlara da toxunmaqdadır (bax: "Tə'vilatu'l-Quran", lV, 134).
~ Fəxrəddin ər-Razi (rahmətullahi aleyh) də, bir mənaya görə, Allaha qulluq işarətləri daşıyan hər şeyin, tək ibadətlə məhdud qalmayıb "şəair" məfhumuna girdiyini söyləməkdədir ("Məfatihu'l-Ğeyb", lV, 177).
~ Şah Vəliyullah əd-Dihləvi (rahiməhullah), "şəair"in sahəsini daha da genişləndirərək, ibadətlərlə bərabər, Allahın Özünə xas qıldığı və mənən Ona yaxınlaşma vəsiləsi etdiyi, hisslərlə idrak edilə bilən dini simvolları da, bu termin içinə daxil etməkdədir. Buna görə, ən böyük 4 şüar, Quran, Kəbə, Peyğəmbər və namazdır. Bunlara hörmət göstərmək, Allaha hörmət göstərmək; bunlara hörmətsizlik etmək, Allaha hörmətsizlik etmək hökmündədir ("Hüccətullahi'l-Bəliğa", l, 206-209).
-----------------------------------------
2. İmam əbu Hənifə və digər dildə ibadət məsələsi
Sual:
Əbu Hənifə digər dillərdə ibadət edilməsinə icazə vermişdirmi?
Cavab:
İmam əbu Hənifə (rahmətullahi aleyh)'in, ərəbcə əzbər və tələffüz mövzusunda hər hansı bir problemi olmayan şəxslərin belə, namazda ərəb dilindən başqa bir dillə qiraət edə biləcəyini söylədiyi, doğrudur. Ancaq bu məsələyə, bir neçə qeyd gətirilməsi də lazımdır. Belə ki:
İmam əs-Səraxsi'nin "əl-Məbsut" (l, 37)'də nəql etdiyinə görə, imam, bu məsələyə, kərahətlə "caiz"dir demişdir. Bunun mənası isə, budur:
İmam əbu Hənifə, ərəbcə qiraət mövzusunda bir problemi olmayanların, namazın qiraət fərzini başqa bir dil ilə yerinə yerinə yetirmələrinə cəvaz vermişdir, ancaq, bunun, çirkin, xoş olmayan, arzu edilməyən bir hal olduğunu da bildirmişdir.
Yenə əs-Səraxsi, imam əbu Hənifə'yə görə, bir kimsənin -ərəbcə qiraət mövzusunda problemi olsun və ya olmasın- Tövrat, İncil və ya Zəbur'dan "hər hansı bir şey" oxumaqla qiraəti yerinə yetirmiş olmayacağını da deməkdədir. (bax: "əl-Məbsut", l, 234. Bu, imam Muhamməd'in 'Kitabu'l-Asl'ında (l, 236), 'Sahibeyn'in görüşü olaraq zikr edilmişdir.)
Bu nəql, sadəcə mənayamı, yoxsa həm nəzm, həm mənaya bərabərmi Quran deyiləcəyi mövzusunda, imam əbu Hənifə'nin ilk görüşü tərcih etdiyi yolundakı izahlara -ki, daha sonra məzhəb alimlərincə ortaya qoyulmuşdur- ehtiyatla yanaşılmasını gərəkdirməkdədir. Çünki burdakı "mütləq" ifadə, Tövrat, İncil və Zəbur'un, məna və muhtəva olaraq Quran ilə zidd olmayan qisimlərinə də şamildir.
Əsasən, imam əbu Hənifə'nin, ləfz-məna bərabərliyinə deyil, sadəcə mənaya "Quran" deyilə biləcəyi görüşündə olduğunun söylənməsinin qarşısındakı ən böyük əngəl, şəxsən imamın, "əl-Fiqhu'l-Əkbər"dəki (s. 58) bu ifadələridir:
"Quran, Allah Taala'nın, mushaflarda yazılmış; qəlblərdə əzbərləmmiş; dillərdə oxunmuş; Peyğəmbər (sallallahu aleyhi və səlləm)'ə endirilmiş olan kəlamıdır..." (Bənzər ifadələr, "əl-Vasiyyə" risaləsində də mövcuddur.)
Bu açıqdır ki, Quran, Peyğəmbər (sallallahu aleyhi və səlləm)'ə yalnız məna olaraq deyil, həm ləfz, həm məna olaraq endirilmişdir. Quranda buna dəlalət edən bir çox nass mövcuddur. Buna misalar olaraq Qiyamət surəsindəki bu ayətləri zikr etmək, mümkündür:
لَا تُحَرِّكْ بِهِۦ لِسَانَكَ لِتَعْجَلَ بِهِۦٓ • إِنَّ عَلَيْنَا جَمْعَهُۥ وَقُرْءَانَهُۥ • فَإِذَا قَرَأْنَـٰهُ فَٱتَّبِعْ قُرْءَانَهُۥ • ثُمَّ إِنَّ عَلَيْنَا بَيَانَهُۥ
"Cəbrail sənə Quranı nazil etdikdə, onu tələm-tələsik yadda saxlamaq üçün, dilini tərpətmə! Şübhəsiz ki, sənin qəlbində onun qərar tutması və dilinlə onun oxunması, Bizə aiddir. Biz onu oxuduğumuz zaman, sən onun oxunuşunu izlə. Sonra, sözsüz ki, onu izah etmək də, Bizə aiddir." (Qiyamət/16-19)
Bu ayət, "Quran"ın tərifində, ləfzin də eynilə məna kimi nəzərdən qaçırılmayacaq qədər əsas bir yer tutduğunu, açıq bir şəkildə göstərməkdədir. Çünki Peyğəmbər (sallallahu aleyhi və səlləm)'in, vəhyin kəlimələrini dərhal əzbərləməsi üçün, çox böyük bir həssassiyyətlə ayətləri Cəbrail (əleyhissəlam)'ın oxumasının dərhal ardından təkrar etməsilə bərabər, davam edən ayətdə, Quranın, Peyğəmbər (sallallahu aleyhi və səlləm)'ə oxudulmasının İlahi qarantiya altında olduğunun bəyan edilməsi də, bu təsbiti dəstəkləməkdədir.
Əks halda, nə Peyğəmbər (sallallahu aleyhi və səlləm)'in Quran kəlimələrini dərhal əzbərləmək üçün cəhd göstərməsinin; nə də onların Peyğəmbər (sallallahu aleyhi və səlləm)'ə oxudulmasının uca Allah tərəfindən qarantiya altına alındığının bəyan edilməsinin, hər hansı bir mənası olmazdı.
Digər yandan, imam əbu Hənifə'nin, ərəbcə tələffüz və əzbər mövzusunda bir problemi olmayanların belə, namazda başqa dillərlə qiraət edə biləcəyi mövzusundakı ictihadının, hansı dəlillərə və səbəblərə söykəndiyi, ŞƏXSƏN ÖZÜ TƏRƏFİNDƏN NƏQL EDİLMİŞ DEYİLDİR. Bu babda, sonrakı alimlərin bu ictihadı dəyərləndirərlərkən iləri sürdükləri dəlillər -imamın bir az yuxarıda zikr etdiyimiz Quranın tərifi də nəzərə alındığında- gərək bu ayət, gərəksə bu ayətə bənzər başqa ayətlər səbəbilə, mübahisəyə açıqdır.
Necə ki, imamın bu ictihadına qatılmayan -başda "Sahibeyn / əbu Yusuf və imam Muhamməd" olmaq üzərə- digər alimlər də, işarət edilən dəlillər haqqında uzun-uzun danışmış, "muftəbih (özünə istinad edilərək fətva verilən şəri hökmə və ya bir hadisə haqqında ortaya qoyulan fərqli görüşlərdən fətva üçün tərcih edilən hökmün) görüşün, "Sahibeyn"in ictihadı olduğu xüsusunda qərar qılmışlardır.
İmam əbu Hənifə'nin, bəhsini etdiyimiz görüşündən rücu etdiyini (döndüyünü), daha sonra ələ alacağıq. Ancaq burda, bu "rücu" məsələsini bir tərəfə qoyaraq, bir nöqtəni qeyd etməkdə fayda vardır:
Əgər bir məsələdə, bir müctəhid imam infirad etmişdirsə (yəni, ictihadında özünə qatılan kimsə olmamışdırsa), bu, əlbəttə tək başına o ictihadın "şazz" və ya zəif olmasını gərəkdirmir. Ancaq burda, o imamın hansı dəlillərdən yola çıxdığını və hansı xüsusları göz önündə tutaraq belə ictihad etdiyini bilmək lazımdır. Bəhs mövzusu dəlilə vaqif olduqdan sonra, bu hal incələnə bilər. Əgər zəif bir dəlildirsə, o ictihad tərk edilir və cumhurun görüşünə dönülür. Necə ki, məzhəbdə, bu və ya buna bənzər hallarda, "muftəbih" olan və olmayan qövllər bir-birindən ayırd edilmiş; "racih" olanlar tərcih edilmiş; "məcruh" olanlar isə, tərk edilmişdir.
Bu qaydalardan yola çıxaraq məsələmizə gələcək olarsaq, imam əbu Hənifə'nin "başqa dildə ibadət" məsələsində bəhs mövzusu olan ictihadına, Onun hansı dəlillərlə çatdığını bilmirik. Bildiyimiz isə, onun bu ictihadının dəlilləri olaraq əlimizdə olan məlumatların, daha sonrakı fəqihlər tərəfindən ortaya atıldığıdır.
Ancaq bir az yuxarıda qeyd etdiyimiz kimi, şəxsən imamın "əl-Fiqhu'l-Əkbər"indən Quran haqqında təsbit etdiyimiz ifadələri, onun, Quranı Quran qılan əsl ünsürün məna olduğu düşüncəsini daşıdığı yolundakı təsbitlərə ehtiyatla yanaşmağımızı gərəkli qılmaqdadır.
İmam əbu Hənifə'nin "digər dildə ibadət" məsələsindəki ictihadı mövzusunda, bu xüsusları ərz etmək lazımdır:
Əlimizdəki qaynaqlar, imamın bu mövzudakı görüşünün dəlilləri haqqında, şəxsən özündən nəql edilmiş hər hansı bir məlumat zikr etmir. Dolayısı ilə, "İmam əbu Hənifə (rahiməhullah)'ın bu mövzudakı dəlili, budur." tərzindəki baxış tərzi mövzusunda, ehtiyatı əldən qoymamaq, ən doğrusudur.
İmam, bu məsələdə -bilə bildiyimiz qədərilə- digər bütün müctəhidlərdən ayrılmışdır.
Əlbəttə -bir az yuxarıda dediyimiz kimi- bu hal, tək başına imamın bəhsə mövzu olan bu ictihadının "təvhin"i (zəif qılınması) üçün, bir səbəb təşkil etmir. Ancaq yuxarıda ifadə etdiyimiz hal və bir az sonra zikr edəcəyimiz maddədə ortaya qoymağa çalışacağımız səbəblərlə, imamın bu məsələdəki ictihadı, məzhəbdə də "muftəbih" olmamış və "Sahibeyn"in qövlü, mötəməd sayılmışdır.
Bu halda, burda -bildiyimiz qədərilə, sadəcə əl-Kasani" tərəfindən müdafiə edilən- "məcruh" (çürüdülmüş) bir görüş ilə qarşı-qarşıyayıq. Digər məzhəb imamlarına müxalif olması bir yana, şəxsən Hənəfi məzhəbi içində belə bu şəkildə dəyərləndirilmiş bir məsələnin, "İslam fiqhi" olaraq təqdim edilməsi, doğru deyildir.
Çünki müctəhid imamların demək olar ki hər birindən nəql edilmiş elə "şazz" görüşlər vardır ki, heç bir şəkildə etibar edilməmiş və "mərdud" olaraq dəyərləndirilib tərk edilmişdir.
Bu halda, bir məsələnin "İslam fiqhi"nə nisbət edilə bilməsi üçün, sistemin öz iç mexanizmləri tərəfindən mənimsənilib qəbul görmüş və özü ilə əməl edilmiş olması lazımdır. Şəxsən məzhəb içində belə tərk edilmiş bir görüşün, sadəcə o məzhəbə deyil, bütün bir "İslam fiqhi"nə nisbət edilməsi, mütləq şəkildə haqdan azdırmaqdır.
İmamın, bu görüşündən döndüyü rəvayət edilməkdədir. Hənəfi məzhəbinin demək olar bütün əsas qaynaqlarında, imam əbu Hənifə (rahmətullahi aleyh)'in məzkur (yuxarıda zikr edilən) görüşü zikr edildikdən sonra, bu görüşündən daha sonra rücu edərək "Sahibeyn"in qövlünə döndüyü bildirilməkdədir. Sadəcə imam Muhamməd'in "əl-Camiu's-Sağir"i (s. 94) ilə "Kitabu'l-Asl"ı (l, 39, 236), bunun istisnasıdır. Bu əsərlərdə, imamın bəhsə mövzu olan ictihadı zikr edildikdən sonra, bu görüşündən döndüyü yolunda, hər hansı qeyd nəzərə çarpmamaqdadır.
Elə isə, imam əbu Hənifə'nin, "digər dillərdə ibadət"ə əvvəllər cəvaz vermişkən, daha sonra bu görüşündən dönərək "Sahibeyn"in qövlünü mənimsədiyi yolundakı nəqllərin qaynağı nədir?
İlk əvvəl, imam əbu Hənifə'nin "digər dildə ibadət"ə cəvaz verdiyini bildirən nəqlə bir nəzər salaq:
İmam Muhamməd'in "əl-Camiu's-Sağir"ində (s. 94), bu görüş, belə nəql edilməkdədir:
"Muhamməd, Yaqub (imam əbu Yusuf'dan) ---> O da, əbu Hənifə'dən..."
Görüldüyü kimi, imam Muhamməd, bu ictihadı, imam əbu Hənifə'dən bir başa deyil, imam əbu Yusuf'dan nəql etməkdədir. İmam əbu Yusuf'in bir digər tələbəsi və başda əl-Buxari olmaq üzərə, bir çox hədis imamının şeyxi olan böyük Hənəfi mühəddis Əli b. əl-Ca'd isə, imam əbu Yusuf'dan, imam əbu Hənifə'nin bu ictihadından döndüyünü nəql etmişdir. Bu nəql, ya imam əbu Yusuf'un "əl-Əmali"sindən alınmış; ya da bir-başa şifahi rəvayət olaraq "əl-Ca'diyyat"da zikr edilmiş olmalıdır. Hər iki əsər də, təəssüf ki, bu gün əlimizdə olmadığı üçün, bunları təhqiq edə bilmirik.
Bu halda, bu mövzu haqqında, imam əbu Hənifə'dən, hər ikisi də imam əbu Yusuf tərəfindən nəql edilmiş 2 görüş nəql edildiyini söyləməliyik. İmam Muhamməd'in kitablarında zikr edilmiş olan məsələlərin, məzhəbdə "zahiru'r-rivayə" (haşiyə) olduğunu bilmək, burda, məsələni həll etmir. Çünki əhlincə məlumdur ki, başda imam əl-Mərğinani'nin "əl-Hidayə"si olmaq üzərə, məzhəbin bir çox əsas əsərlərində, "zahiru'r-rivayə" görüşlərin toplandığı 6 əsərdə, bəzən bir-birinə zidd rəvayətlərə rastlana bilməkdədir.
---------------------------------------
(Haşiyə:
Zahiru'r-rivayə: İmam Muhamməd b. Həsən əş-Şeybani tərəfindən qələmə alınan və Hənəfi məzhəbinin quruluş dövrü əsas görüşlərini ehtiva edən əsərlərin ortaq adıdır.
Buna, "məsailu'l-üsul" da deyilir. (bax: ibn Abidin, "Rasail", l, 16)
Hənəfi məzhəbinin əsaslarına aid ictihadların, imamlardan sonrakı dövrlərə nəqli, ümumiyyətlə imam Muhammədin kitabları vasitəsilə olmuşdur. Çünki imam Muhammədin həm əsərləri çoxdur, həm də bunlar, dövrümüzə qədər gəlib çıxmışdır. Bu səbəblə, ona, Hənəfi məzhəbinin "naqili / nəql edəni" deyilməkdədir.
İmam Muhammədin, əbu Hənifənin, əbu Yusufun və özünün görüşlərindən topladığı kitabların bir qismi, təvatür və ya şöhrət yolu ilə siqa ravilər tərəfindən nəql edilmişdir. Bir qisminin rəvayəti isə, bu dərəcə sağlam deyildir. Bunlardan birincisinə - "Zahiru'r-Rivayə"; ikincisinə isə - "Nadiru'r-Rivayə" deyilir. (bax: ibn Abidin, "Durru'l-Muxtar", l, 69)
"Zahiru'r-Rivayə" məsələləri, imam Muhammədin topladığı bu 6 kitabda cəm edilmişdir:
1. "əl-Məbsut": imam Muhammədin bizə qədər gələn əsərləri içərisində, ən böyüyüdür. O, bu əsərdə, əbu Hənifə və əbu Yusufun fürua aid görüşlərini nəql etmiş və öz görüşlərini də bunlara əlavə etmişdir. Bu kitaba, "əl-Asl" da deyilir.
2. "əl-Camiu's-Sağir": Bu kitab, 1502 (və ya 1532) məsələ ehtiva etməkdədir. Bunlardan 170'ində ixtilaf vardır. Bu kitabda, əbu Yusuf'un, əbu Hənifə'dən rəvayət etdiyi məsələləri də toplanmışdır.
3. "əl-Camiu'l-Kəbir": əbu Hənifədən, arada vasitə olmadan, şəxsən özündən aldığı məsələləri ehtiva etməkdədir. Məsələlərlə bağlı bəzi açıqlama və təhlillərə yer verilmişdir.
4. "əs-Siyəru's-Sağir": Dövlətlər hüququna dairdir.
5. "əs-Siyəru'l-Kəbir": Bu əsər də, dövlətlər hüququna aiddir. Səraxsi tərəfindən şərh edilmişdir.
6. "əz-Ziyadat" və "Ziyadatu'z-Ziyada": "əl-Camiu'l-Kəbirdə əskik buraxılan məsələlərin tamamlayıcısıdır.
---------------------------------------
"Başqa dildə ibadət" məsələsində, imam Muhamməd'in "əl-Camiu's-Sağir" və "əl-Asl" xaricindəki əsərlərində, imam əbu Hənifə'yə yuxarıdakı görüşünmü, yoxsa "rücu" görüşününmü nisbət edildiyini bilmirik. İmam əs-Səraxsi'nin "əl-Məbsut"u, "rücu" görüşündən bəhs etmədiyinə görə, hələlik "cəvaz" görüşünün "zahiru'r-rivayə" kitablarındakı tək görüş olduğunu söyləmək məcburiyyətindəyik.
Digər tərəfdən, yenə imam Muhamməd'in bir digər əsərində, "əl-Asl" (və ya "əl-Məbsut"da) (l, 38-39), imam əbu Hənifə'nin məzkur ictihadının zikr ediliş tərzində də, diqqət edilməsi lazım gələn bir xüsus vardır:
Bu əsəri imam Muhamməd'dən rəvayət edən əbu Süleyman Musa b. Süleyman əl-Cüzcani'nin istifadə etdiyi ifadə, eynilə bu şəkildədir:
"- Dedim:
'Bir kimsə, namaza (təkbir cümləsini söyləmək yerinə), təhlil (lə iləhə illəllah deyərək), təhmid (əlhəmdulilləh deyərək) və ya təsbih (subhanallah deyərək) başlasa, bununla namaza girmiş sayılırmı?'
- (imam Muhamməd): 'Bəli!' dedi.
- 'Nə üçün?' deyə soruşdum.
- 'Bu kimsə, namaza 'Allahu əcəl' və ya 'Allahu ə'zəm' deyərək başlasa, beləcə namaza girmiş olurmu?' deyə soruşdu.
- 'Bəli!' dedim.
- İmam: 'Digərilə bu, eynidir.' dedi.
Bu, əbu Hənifə, Muhamməd, İbrahim və əl-Hakəm b. Uteybə'nin görüşüdür.
Əbu Yusuf isə,
'Əgər bir şəxs, namaza ancaq təkbir ifadəsilə giriləcəyini və təkbiri də gözəlcə gətirə biləcəyini bilirsə, onun bu şəkildə namaza başlaması, kifayət etmir. Əgər bu kimsə, namaza ancaq təkbir ifadəsilə giriləcəyini bilmirsə, o vaxt belə deməsi, kifayət edir."
"Əbu Hənifə, belə dedi:
'Əgər ərəbcə yaxşı tələffüz etdiyi halda, namaza (təkbiri) farsca söyləyərək başlayar və farsca qiraət edərsə, kifayət edir.'
Əbu Yusuf və Muhamməd isə:
'Ərəbcə yaxşı tələffüz edə bilməyəcəyi halda, bu, kifayət deyildir.' dedilər."
Bu uzun nəql, "əl-Asl"dakı nəqlin, imam Muhamməd tərəfindən bir başa imam əbu Hənifə'dən edilmədiyini; oxuduğumuz cümlələrin, "əl-Asl"ın ravisi əl-Cüzcani'nin ifadələri olduğunu açıqca göstərməkdədir.
Yuxarıda ortata qoymağa çalışdığımız xüsusları da diqqətə alaraq, imam əbu Hənifə'nin "digər dildə ibadət" məsələsindəki görüşü haqqında, bu nəticələrin ortaya çıxdığını deyə bilərik:
1. Əbu Hənifə (rahiməhullah)'ın bu mövzudakı "cəvaz" görüşü, imam Muhamməd tərəfindən əbu Yusuf'dan nəql edilmişdir.
2. İmam əbu Hənifə'nin bu görüşündən döndüyünü nəql edən Əli b. əl-Ca'd da, bunu imam əbu Yusuf'dan nəql etmiş olmalıdır. Çünki onun, imam Muhamməd ilə hər hansı bir münasibətinə dair bir qeydlə rastlaşmadıq. Elə olsa belə, imam Muhamməd'in də bu görüşü, imam əbu Yusuf'dan nəqlən zikr etdiyini, daha əvvəl görmüşdük.
3. Yenə, imamın bu görüşündən döndüyünü nəql edən Nuh b. əbi Məryəm də, imam əbu Yusuf ilə görüşmüş və qadılıq vəzifəsi əsnasında, özündən istifadə etmiş biridir (Onun cərhi, rical kitablarında nümunələrini bolca gördüyümüz "təəssüb" və "təşəddüd" qaynaqlı cərhlərin çox nümunələrini meydana gətirməkdədir).
Bu halda, imam əbu Hənifə'nin, "digər dildə ibadət"ə cəvaz verdiyi də, bu görüşündən rücu etdiyi də, imam əbu Yusuf tərəfindən nəql edilmiş olmaqdadır.
4. Məzhəbin bir neçə kitabı istisna olmaqla, demək olar ki bütün kitablarında, imam əbu Hənifənin bu görüşündən rücu etdiyini ifadə edən qeydlərin, "mötəməd olan, budur" vurğusu ilə verilmiş olması, bu "rücu" nəqlini gücləndirən bir digər xüsusdur.
5. İmam əbu Hənifə'nin cəvaz görüşünün dəlili olaraq iləri sürülən xüsuslar, şəxsən imama deyil, özündən sonra gələn alimlərə aiddir.
Dolayısı ilə, cəvaz görüşünün nass'lardan istidlal edilərəkmi, yoxsa qiyas və ya istihsana istinad edilərək verilmiş bir hökmümü ifadə etdiyi mövzusunda deyilənlər və deyiləcəklər, izafi şeylər olmaqdan uzağa gedə bilməyəcəkdir.
6. Lap fərz edək ki, imamın, cəvaz görüşündən dönmədiyi söylənsə belə, dəlili-qaynağı bilinməyən bu görüş, məzhəbin digər imamlarınım da içində yer aldığı cumhur'un görüşü qarşısında "mərcuh" mərtəbəsində olduğundan, görünüşə görə "zahiru'r-rivayə" kitablarından ikisində, imama aid tək görüş olaraq zikr edildiyi halda, "muftə bih" sayılmamışdır.
Qaldı ki, "zahiru'r-rivayə" kitablarının da, öz aralarında bəzi ixtilaflı hökmlər ehtiva etdiyini, yuxarıda söylədik.
Dolayısı ilə, imamın hu mövzudakı cəvaz görüşünün, "zahiru'r-rivayə" kitablarının tamamında eyni şəkildə yer alıb-almadığının təhqiqə dəyər xüsus olduğunu düşünə bilərik.
7. Mövzu haqqındakı bütün bu şübhəli hallara baxmayaraq, imamdan nəql edilən bu cəvaz görüşünü, "İslam fiqhi" olaraq təqdim etmək, yuxarıdan bəri ortaya qoyulan xüsuslar gərəyincə, "rəcmən bi'l-ğeyb" olmaqdan (qeybə daş atmaqdan) başqa bir məna ifadə etməz.
-------------------------------------
3. On iki müctəhid imam
İmam Abdu'l-Vəhhab əş-Şarani, "Mi'zanu'l-Kubra" əsərində, icmal olaraq belə deməkdədir:
Məzhəblər, ilk əvvəl Səhabə dövründən Tabiun dövrünün sonuna qədər 19 idi. Sonra 16-ya endi...və daha sonra da, 12 oldu. Daha sonra isə, bütün İslam aləmi, qahir əksəriyyətlə, 4 haqq məzhəbdə qərar qıldı.
Məşhur 16 məzhəb imamlarının adları isə, belədir:
• Səhabədən olanlar:
1. Aişə (radiyallahu anha);
2. Abdullah b. Ömər (radiyallahu anh);
3. Abdullah b. Məs'ud (radiyallahu anh)
• Tabiun'dan olanlar:
4. İmam Ata;
5. İmam Mücahid;
6. Əbu'l-Leys əs-Səmərqandi;
7. Davud əz-Zahiri;
8. Əbu Hənifə;
9. Malik;
10. Şafi;
11. Əhməd b. Hənbəl;
12. Süfyan əs-Sevri;
13. Süfyan b. Uyeynə;
14. Muhamməd b. Cərir;
15. Ömər b. Abdu'l-Əziz;
16. A'məş;
17. Şa'bi;
18. İshaq b. Rahaveyh;
19. Abdu'r-Rahmən əl-Əvzai.
Bunların içindən 3 səhabə, imamların sırasından çıxarıldığında, geri qalan 16-sı, ictihad və fiqhdə məşhur imamlardır. Ancaq bu 16 imamın görüşlərinin mütləq əksəriyyəti, ən sona qalan və qərar qılan 4 haqq məzhəbin rəyləri içinə girmişdir.
-----------------------------------------
4. Hədis:
"Cənnət əhlinin dili, ərəb və dəriyy olan farscadır."
Alusi, "Ruhu'l-Məani" təfsiri, Yusuf surəsi 2-ci ayətin təfsiri;
Hənəfi fəqihlərindən biri olan Haskəfi də, bu rəvayəti nəql etmişdir. (bax: ibn Abidin, "Durru'l-Muxtar", 1/483)
Ustad Nursi'nin "bir rivayette..." demək surətilə rəvayətin zəifliyinə işarət etməsi və bidət əhlinin "Namazda Quranın türkçə oxunmasını təşviq etmək məqsədilə, imam Əzəm əbu Hənifə'nin bir fətvasını bəhanə etmələri səbəbilə, onlara belə bir rəvayətin var olduğunu söyləyərək, -imam Əzəmin fətvasının bir çox yöndən xüsusiyyət ərz etdiyini bildirərək- dini təxrib edənlərə cavab verməsi də, qüvvətli bir şey ifadə etməz.
Deyil ki, təkcə bu hədis, ümumiyyətlə, ərəb dilinin belə cənnət əhlinin dili olmasına dair gələn bütün hədislər, zəifdir.
