Bədi isminin şərhi

əl-Bədi:

Bu: "Zatında, sifətində və ona raci (aid) olan hər işdə, misli görülməmiş" deməkdir.

Bu vəsf, mütləq surətdə, ancaq Allaha məxsusdur. Çünki mütləq Bədi, ancaq və ancaq Odur. Çünki Ondan əvvəl, hər hansı bir kimsə və heç bir şey yoxdur ki, misli görülmüş olsun. Ondan sonrakı varlıqların hamısını, O yaratmışdır. Yaradılanlar, heç bir vaxt Yaradanla bir ola bilməzlər. Bu halda, O (Allah), əzəli və əbədi olaraq Bədi'dir.

Hər hansı bir quluna peyğəmbərlik və ya vəlilik verərək, üstün qılmışdırsa, bu üstünlük, ancaq bəzi zamanlarda və ya öz əsrində olmuşdur.

Bu halda, o qul, özünə verilən bu üstünlüklə, ancaq öz zamanına izafətlə Bədi olmuşdur.

(Ğazzali, "əl-Maqasidu'l-Əsna fi şərhi Əsmaullahi'l-Husna", Bədi isminin şərhi)

---------------------------------------------------------------------------------------------------------------------------------

Quran-i Kərimdə, izafət (Allaha nisbət) halında varid olmuşdur:

بَدِيعُ ٱلسَّمَـٰوَ‌ٰتِ وَٱلْأَرْضِ...

"Göylərin və yerin Bədi'si..." (Bəqərə/117)

Əbu Hureyrə (radiyallahu anh) hədisində də, izafət olmadan isim olaraq varid olmuşdur. Ümmət də, üzərində icma etmişdir.

Nəkira (sözün başında əlif-lam olmadan) QUL üçün İSTİFADƏ EDİLMƏSİ, CAİZ'dir.

İb-tə-da, mub-di-u şəklində, özündən törəyən sözləri vardır.

əl-Bidə': bir şeyi ihdas etmək, yəni var etmək deməkdir.

əl-Bid'us: Hər şeyin ilki, deməkdir.

Allah Taala, Quran'da belə buyurmuşdur:

قُلْ مَا كُنتُ بِدْعًا مِّنَ ٱلرُّسُلِ...

"De ki: 'Mən, rəsulların "bid'u" (ilki, birincisi) deyiləm..." (Əhqaf/9)

Bu, Mənim gətirdiyim din və şəriət də, Mənim ihdas etdiyim bir bidət deyildir. Əksinə, Məndən əvvəl gələn peyğəmbərlər, sizdən əvvəl olanlara bunu gətirmişlərdir. Bundan dolayı, arxasınca:

...إِنْ أَتَّبِعُ إِلَّا مَا يُوحَىٰٓ إِلَىَّ وَمَآ أَنَا۠ إِلَّا نَذِيرٌ مُّبِينٌ

"Mən, ancaq, Mənə vəhy edilənə tabe oluram və Mən, ancaq açıq-aşkar xəbərdar edənəm!" (Əhqaf/9) buyurmuşdur.

İbnu'l-Arabi belə deyir:

✓ əl-Mubdi, əl-Mubtədi, əl-Bədi: "Hər hansı bir nümunə olmadan, bir şeyi inşa edən" deməkdir.

Ancaq mənim, "əl-Mubtədi" haqqında, fərqli bir görüşüm vardır. Deyirəm ki:

Cəvhəri belə deyir:

"Bir şeyi, ib-ti-da etdim." Yəni, nümunəsi olmadan icad etdim, deməkdir. əl-Bədi də, əl-Mubtədi'dir. Eyni mənadadır. Allah Taala'nın sifəti olaraq əl-Bədi, Mubdi mənasındadır. Yəni:

"Varlıqları, daha öncə var olan bir nümunəsi olmadan, yoxdan var edəndir. Onlara ən güzəl surəti verərək, təsvir edəndir."

Gör ki, O, şəkil verəndir.

...فَتَبَارَكَ ٱللَّهُ أَحْسَنُ ٱلْخَـٰلِقِينَ

"...Yaradanların ən yaxşısı olan Allahın şanı, nə qədər ucadır!" (Mu'minun/14)

✓ Bədi, bənzəri görülməmiş şey üçün də istifadə edilə bilir. Buna görə Bədi: "bənzəri olmayan" demək olur. Bu halda, Allah Taalanın zatı və sifətlərinin haqqı olan bir vəsf olur. Çünki zatı və sifətləri, mümkin olmaqdan, bənzəri olmaqdan uca və müqəddəsdir.

Bu izaha görə, Bədi, nəfy mənasında olan zati bir vəsf olur. Allah Taalanın:

"Göylərin və yerin Bədi'si..." buyuruğunu, bu mənada açıqlarsaq, buna görə məna:

"Varlıq aləminin hamısına görə "bədi" olandır", deməkdir. (Yəni varlıq aləmindən bənzəri ola bilməz.) Bundan dolayı, belə buyurur:

بَدِيعُ ٱلسَّمَـٰوَ‌ٰتِ وَٱلْأَرْضِ ۖ أَنَّىٰ يَكُونُ لَهُۥ وَلَدٌ وَلَمْ تَكُن لَّهُۥ صَـٰحِبَةٌ ۖ وَخَلَقَ كُلَّ شَىْءٍ ۖ وَهُوَ بِكُلِّ شَىْءٍ عَلِيمٌ

"O, göyləri və yerin Bədi'sidir. Onun zövcəsi olmadığı halda övladı necə ola bilər? Hər şeyi O xəlq etmişdir. O, hər şeyi bilir." (Ənam/101)

Bu buyuruq, müqəddəs olma vəsfində, tənzihin qayəsi və zirvəsidir.

Bu izahı, Əqləşi vermişdir.

Həlimi belə deyir:

"əl-Bədi'nin mənası: misli olmayanı ihdas edən (yaradan)" deməkdir.

Allah Taala: "Göylərin və yerin bədisi" deyə buyurmaqdadır. Yəni, onları ibda edən (bir misli, bir nümunəsi olmadan, yoxdan var edən) deməkdir. Bütün maddi və mənəvi varlıqların, yoxdan və bənzərsiz bir şəkildə ibda edilməsi, yəni yaradılması, Allah Taala üçün sabit olunca, Bədi və Mubtədi deyə isimləndirilməyə layiq olmuşdur. (Həlimi, "əl-Minhac fi Şuabi'l-İman", 1/192 (nşr. Hilmi M. Fudə), Beyrut, 1399/1979)

"Göylərin və yerin Bədi'si..." buyruğunun mənası: "Göylərin və yerin Zinəti" mənasında da ola bilər. Necə ki, Allah Taala, Nur surəsi 35-ci ayətində belə buyurmuşdur:

"Allah, göylərin və yerin nurudur."

Yəni Onunla aydınlanmış, Onunla qaim olmuşlardır. Onlardan gözəl olan nə varsa, Onunla gözəl olmuşlardır. Bunların hamısı da "ibda"dır. Yəni: "bənzəri olmayan" deməkdir.

Bundan dolayı, hər mükəlləfin, Allahın, göylərin, yerin və ikisi arasındakıların Mubdi'i (yaradanı, bənzərsiz olaraq var edəni) olduğunu, Özündən başqa bir yaradanın mövcud olmadığını bilməsi, vacibdir.

Davamlı bir şəkildə, yaratdıqlarına nəzər edib təfəkkür etməlidir. Öz nəfsinə nəzər etməkdən də, qəflət etməməlidir. Çünki nəfsində, aləmdə olan hər şeyin bənzəri, kiçik aləm olan insanda mövcuddur. Bundan dolayı, uca Allah:

لَقَدْ خَلَقْنَا ٱلْإِنسَـٰنَ فِىٓ أَحْسَنِ تَقْوِيمٍ

"Biz insanı ən gözəl surətdə yaratdıq!" (Tin/4);

وَفِىٓ أَنفُسِكُمْ ۚ أَفَلَا تُبْصِرُونَ

"Sizin özünüzdə (nəfslərinizdə) də dəlillər vardır. Məgər görmürsünüz?" (Zariyat/21) buyurmuşdur.

• Hislər arasındakı eşitmə, görmə, günəş və ay kimidir. İdrak edilən hər şey, bu hislərlə idrak edilir.

• Əzaları da çürüdüyündə, torpaqla eyni cinsdən olur.

• Su növü olaraq da, insanda tər və bədənin sair rütubətləri vardır.

• Hava cinsindən, nəfəs və qaz vardır.

• Atəş cinsindən, səfran'ın acılığı vardır.

• Damarları, yer üzünün çayları məsabəsindədir.

• Ciyərləri də, çayların suyunu bəsləyən bulaqlar kimidir. Çünki damarlar, ciyərdən qan alırlar.

• Mədə və bağırsaqları, dəniz kimidir. Çünki bədəndə olan hər şey, ora tökülməkdədir. Eynilə, çayların dənizə töküldüyü kimi.

• Sümükləri də, yerin payaları mövqeyindəki dağlar kimidir.

• Əzaları da ağaclar kimidir. Hər ağacın necə ki, yarpaqları və meyvələri varsa; hər əzanın, təkrarı olan bir feli vardır.

• Bədəndəki tüklər də, yer üzünün otları kimidir.

Sonra insan, dili ilə, hər heyvanın səsini təqlid, əzaları ilə hər heyvanın hərəkətlərini edə bilir. Dolayısı ilə, insan, kiçik bir aləmdir.

İnsan, öz nəfsindən başqa bir yöndən də ibrət ala bilər. O da budur:

• Gözünə, gözün özəlliklərinə, təbəqələrinə, nuruna;

• Ağzına, içindəki danışan dilə, üyüdən dişlərinə;

• Ələ və əl ilə etdiklərinə;

• Ayağa və genişliyinə

baxıb incələyərək ibrət ala bilər.

Bədəninin içi də, qeyr-i adi tərkiblərlə doludur. İlki, qəlbdir. Qəlbdəki qeyr-i adilikləri, kim açıqlaya bilər?! Bununla bərabər, digər əzaları və bu əzaların faydaları... Allah necə də, bütün bunları, insanın xidmətinə hazırlamışdır.

Ciyər, növləri fərqli olsa da, yeyilənləri tək vəsfə- qana çevirir. İçindəki artıqları, qalıqları isə, dalaq alır. İçindəki köpükləri, öd kisəsi alır. İçindəki incə mayeləri, böyrəklər alır.

Nəticədə qan, saf bir şəkildə damarlarda dolaşmağa başlayır. Böyrək suyu sidik kisəsinə atır. Artığı da, bağırsaqlar alır. Sonra o da, asan bir şəkildə axıb gedir. Bundan dolayı, Nəbi (sallallahu aleyhi və səlləm), tualetdən çıxdığında belə deyərdi:

"Pisliyi Məndən çıxaran, faydalısını Məndə saxlayan Allaha həmd olsun."

Sonra:

• Allahın hər şeyi yoxdan və bənzərsiz var etdiyini;

• Özünün də o var edilənlər cümləsindən olduğunu;

• Səndə istədiyi şəkildə bir qüdrət yaratdığını

əgər bildinsə, o vaxt vəzifən- bu qüdrətlə, səndə və başqasında saleh əməllərin var olması üçün səy göstərmək olmalıdır.

Ömər (radiyallahu anh)'ın təravih namazında etdiyini, özünə nümunə almalısan. Dində bidət çıxarmaqdan və qullara yaraşmayan şeylər meydana gətirməkdən uzaq durmalısan. Necə ki, bu xüsusu, "əl-Musavvir" isminin şərhində izah edəcəyik. Bunu edənlərdən də uzaq durmalısan.

Əgər bidət, sünnətə müvafiqdirsə, ona görə əməl et və bu, nə gözəl əməldir.

Xattabi belə deyir:

Quldan meydana gələn hər bidət, bu 2 halın xaricində ola bilməz:

• Ya şəriətdə vardır;

• Ya şəriətdə yoxdur.

✓ Əgər şəriətdə bir təməli var isə, bu halda, Allahın məndub gördüyü, Allah rəsulu (sallallahu aleyhi və səlləm)'in də təşviq etdiyi ümumi qaydaların muhtəvasında yer alır, deməkdir. Təriflənən əməllərdən sayılır.

✓ Əgər bir bənzəri yoxdursa, lakin comərdlik, yaxşılıq və xeyir işləmə yollarından bir şəkil üzərədirsə, bu da gözəl əməllərdən sayılır. İstərsə, bunu, daha əvvəl edən kimsə olmasın. Bunu da, Ömər (radiyallahu anh)'ın:

"Bu, nə gözəl bidətdir." sözü dəstəkləyir.

Bu fel, xeyirli və təriflənən bir əməl olunca, gözəl bir bidət olmuşdur. Nəbi (sallallahu aleyhi və səlləm), əvvəllər qılmış, sonra da tərk etmiş, insanları camaat üçün toplamamış olsa da, Ömərin bunu etməsi və bu əmələ təşviq etməsi, bir bidətdir. Ancaq Allah və rəsulunun xilafına olarsa, o vaxt bu bidət, münkər və rədd edilmiş əməllər muhtəvasında yer alır. Allah rəsulu (sallallahu aleyhi və səlləm), bir xütbəsində belə buyurmuşdur:

"Hər bidət, dəlalətdir."

Məqsədi, Qurana, sünnətə və ya səhabə əməlinə müvafiq olmayandır. Bunu, bu buyruğu ilə bəyan etmişdir:

"Kim İslamda gözəl bir cığır (sünnət) açarsa, ona, açdığı cığırın əcri (savabı) veriləcəyi kimi, o yolda gedənlərin savabının bir misli də veriləcək və bu (adam), onların savablarından bir şey əskiltməyəcəkdir. Kim də İslamda pis bir cığır açarsa, ona da açdığı cığırın günahı yükləniləcəyi kimi, o yolda gedənlərin günahlarının bir misli də ona yüklənəcək və bu (adam), onların günahlarını əskiltməyəcəkdir." (İbn Macə, Sünən, hədis no: 203)

Bu da, ihdas edilən gözəl və çirkin şeylərə işarətdir. Bu hədis, bu mövzunun təməli mövqeyindədir.

(İmam Qurtubi, "əl-Əsna fi Şərhi Əsmaillahi'l-Husna və Sifətihi'l-Ulya", Bədi isminin şərhi)

 

 

 

 

 

 

 

 

Read 7 times
In order to make a comment, please login or register