Bəqərə surəsi 1-ci ayətin təfsiri - 1

 

Əlif, Lam, Mim.

Bunların hər hansı bir məna ifadə edib-etmədiyi; edirlərsə də, nə mənaya gəldikləri xüsusunda, fərqli görüşlər iləri sürülmüşdür. Bunları, belə icmal etmək mümkündür:

a. Qatadə, Mücahid və ibn Cüreyc'dən:

"Bu hərflərin, Quran-i Kərim'in isimlərindən biri olduğu" rəvayət edilmişdir.

b. Mücahid'dən nəql edilən digər bir görüşə görə isə, bu hərflər:

"Quran-i Kərimin bəzi surələrinin girişi mahiyyətindədir. Allah Taala, bəzi surələrə, bu hərflərlə başlamışdır."

c. Abdu'r-Rahmən b. Zeyd'dən nəql edilən bir görüşə görə isə, bu hərflər: "başında yer aldıqları surələrin isimləridir."

d. Süddi və Şabi'dən nəql edilən bir görüşə görə, bu hərflər: "Allah Taala'nın ism-i Əzəm'idirlər."

e. Abdullah b. Abbas və İkrimə'dən nəql edilən bir görüşə görə isə, bu hərflər: "Allah Taala'nın, özlərilə and içdiyi isimlərindəndirlər. Allah Taala, bunlarla and içərək surəyə başlamaqdadır."

f. Bu hərflər, isim və fellərin qısaldılmış muqatta'a hərfləridir. Hər birinin, özünə görə mənası vardır. Birinin mənası, digərinə bənzəməməkdədir. Məsələn:

~ Əlif, Lam, Mim'in mənası: "Mən hər şeyi ən yaxşı bilən Allaham."

Burda, "əlif-Mən; lam-Allah; mim-yaxşı bilirəm" mənalarına gəlməkdədir.

Bu görüş, Abdullah b. Abbas, Səid b. Cubeyr və Abdullah b. Məsud'dan nəql edilməkdədir.

g. Bu hərflər: "dildə istifadə edilən normal heca hərfləridir."

Bu görüş də, Mücahid'dən nəql edilməkdədir.

h. Bu hərflərin hər biri, bir çox mənaya gəlməkdədir.

Rəbi b. Ənəs'dən "Əlif, Lam, Mim" hərfləri haqqında, bunlar rəvayət edilməkdədir:

"Bu hərflərdən hər biri, Allah Taala'nın isimlərindən birinin baş hərfləridirilər. Məsələn:

• əlif-Allah isminin;

• lam-Lətif isminin;

• mim-Məcid isminin

baş hərfləridirlər. Bu hərflər:

~ Allah Taalanın nemətlərini;

~ Müsibətlərini;

~ BİR TOPLULUĞUN NƏ QƏDƏR YAŞAYACAĞINI VƏ ƏCƏLİNİN NƏ VAXT GƏLƏCƏYİNİ

göstərir. İsa (əleyhissəlam)'dan bunlar rəvayət edilməkdədir:

"Təəcüb edirəm insanlara ki, Allahın isimləri haqqında danışırlar, nemətlərinin içində yaşayırlar, buna baxmayaraq ona necə nankorluq edirlər?"

• Əlif, "Allah" isminin baş hərfidir;

• Lam, "Lətif" isminin baş hərfidir;

• Mim də, "Məcid" isminin baş hərfidir.

~ Əlif, "Allahın nemətləri";

~ Lam, "Lütfü";

~ Mim, "Ucalığı"

mənasına gəlməkdədir.

Hesablamada:

• Əlif - "1 il"i;

• Lam - "30 il"i;

• Mim - "40 il"i

ifadə etməkdədir.

Bu hərflərin, qısaldılmış bir hesabı ifadə etdiyini söyləyənlər də vardır.

i. Bir qisim alimlər isə, bu hərflər üçün bunları söyləmişlərdir:

"Hər kitabın bir sirri vardır. Quranın sirri də, bəzi surələrin başında zikr edilən bu hərflərdir."

Yenə də, ən doğrusunu bilən, Allahdır.

------------------------------

Surələrin başında yer alan bu hərflər haqqında, lüğət alimləri isə, bunları söyləmişlərdir:

a. Bəziləri, bu hərflərin, 28 hecə hərfindən bir qismini təşkil etdiklərini, bu hərflərdən bəzilərinin, bir qisim surələrin başlarında zikr edilərək digərlərinə gərək qalmadığını söyləmişlərdir. Necə ki, bir insan, heca hərfləri haqqında danışmaq istəyərkən, başdan bəzilərini saymaqla kifayətlənərək, hamısını söyləməz. Bu hal da, buna bənzəməkdədir.

b. Digər bəziləri isə, bu hərflərin, müşriklərin, Quran-i Kərimi dinləməyə qulaq vermələri üçün zikr edildiklərini söyləmişlərdir. Çünki müşriklər, bir-birilərinə, Quran-i Kərimi dinləməməyi tövsiyyə edir və belə deyirdilər:

...لَا تَسْمَعُوا۟ لِهَـٰذَا ٱلْقُرْءَانِ وَٱلْغَوْا۟ فِيهِ لَعَلَّكُمْ تَغْلِبُونَ

"...Bu Qurana qulaq asmayın, oxunarkən hay-küy salın. Bəlkə, qalib gələsiniz." (Fussilət/26)

c. Bir qisim alimlər isə, bu hərflərin hər birinin, surələrin başladığını və bitdiyini göstərən bir işarət olduqlarını söyləmişlərdir.

----------------------------------------

İmam Tabəri, (bütün bu görüşləri nəql etdikdən sonra) belə deyir:

✓ (a bəndində yer alan): "Əlif, Lam, Mim'in, Quranın isimlərindən biri olduğu"nu söyləyənlərin bu sözlərinin 2 mənası vardır:

1. Bu görüş sahibləri:

"Əlif, Lam, Mim, Quranın isimlərindən biridir." sözü ilə, "Furqan ismi kimidir." demək istəmişlərdir.

Bu izaha görə, "Əlif, Lam, Mim", "And" ifadə edir. Allah Taala:

"Qurana and olsun ki, bu kitabda heç bir şübhə yoxdur." demək istəmişdir.

2. Bu alimlər:

"Bu hərflər, Quranın surələrinin isimləridirlər. Məsələn:

"Mən, Əlif, Lam, Mim surəsini oxudum."

deyən kimsə, o surənin ismini zikr etmiş olur. Beləcə, dinləyici də, o kimsənin, hansı surəni oxuğunu başa düşmüş olur.

Hər nə qədər, "Əlif, Lam, Mim" kimi hərflərlə başlayan surələr, birdən çox olsalar da, bu kimi hərflərin yanında başqa şeyləri zikr edərək, bu hərflərlə, surələri bir-birindən ayırd etmək və o surələrin ismi olaraq zikr etmək mümkündür.

Məsələn, bir kimsə:

"Mən, Əlif, Lam, Mim, Bəqərəni; və ya Əlif, Lam, Mim, Al-i İmran'ı oxudum." deyir.

Beləcə, bildirmək istədiyi surəni, tanıtmış olur. Necə ki, "Əhməd" və ya "Muhamməd" kimi isimlərlə adlandırılan insanlar, birdən çox ola bilirlər. Bu kimi insanları da, bir-birilərindən ayırd etmək üçün, bir qisim sifətlər zikr edilir.

------------------------------------

✓ (b bəndində yer alan) Bu muqattaa hərflərininin hər birinin bir giriş olduqlarını, Allah Taala'nın, Öz kəlamını bunlarla açdıqlarını söyləyənlərin görüşlərinin izahı isə, belədir:

"Bu hərflər, bir surənin başlayıb-bitdiyini və başında yer aldığı digər surənin başladığını göstərirlər. Beləcə, ərəb dilində, "bəl" kəliməsi, bir qəsidənin başlayıb digərinin bitdiyini göstərdiyi kimi; bu hərflər də, surələri bu şəkildə bir-birindən ayırd etmiş olurlar."

---------------------------------------

✓ (d, e və f bəndlərində yer alan) Bu hərflərin bəzilərinin, Allah Taala'nın isimlərinin; digər bəzilərinin də, Allah Taala'nın sifətlərinin qısaldılmış olduqlarını; və hər bir hərfin, özünə görə bir mənası olduğunu söyləyənlər isə, bu şəkildə izah vermişlərdir:

~ Əlif hərfi, "ənə", yəni "mən" əvəzliyinin qısaldılmışıdır;

~ Lam hərfi, "Allah" isminin qısaldılmışıdır;

~ Mim hərfi, "ə'ləmu", yəni "mən bilirəm" kəliməsinin qısaldılmışıdır.

Beləcə, "Əlif, Lam, Mim"in mənası:

"Mən Allaham, bilirəm." demək olur.

Bu şəkildə izah verənlər, ərəbcə danışan kimsənin:

• "Ya Nuh" yerinə, "Ya Nu";

• "Ya Malik" yerinə, "Ya Mal"

dediyi, çox geniş bir şəkildə istifadə edilməkdədir.

Bax bu hərflər də, bunlara bənzər bəzi qısaltmaları ifadə edirlər.

Bu hərflər, bəzi kəlimələrin qısaltmalarıdır.

-----------------------------------

✓ (h bəndində yer alan) "Bu hərflərdən hər birinin, birdən çox mənası vardır."

deyənlər, bunu qəsd etmişlərdir:

Əlif, Lam, Mim'dəki əlif hərfi, sadəcə bir kəlimədən deyil, bir çox kəlimədən qısaldılmış bir hərfdir. Yəni,

• (Əlif hərfi):

~ Allah kəliməsinin birinci hərfi;

~ Ala, nemətlər kəliməsinin birinci hərfi;

~ Əbcəd hesabındakı (1) sayının qarşılığı olan və ömürlərindən 1 il qalanları göstərən kəlimənin birinci hərfidir.

• (Lam hərfi):

~ Lətif isminin birinci hərfi;

~ Lütf sifətinin birinci hərfi; yenə

~ Əbcəd hesabında 30 rəqəmini göstərən və ömürlərindən 30 il qalanları göstərən bir hərfdir.

• (Mim hərfi):

~ Məcid isminin birinci hərfi;

~ Məcd (böyüklük, əzəmət) sifətinin birinci hərfi;

~ Əbcəd hesabında 40 rəqəmini göstərən və ömürlərindən 40 il qalanları ifadə edən bir hərfdir.

Allah Taala, bu hərfləri tək başına zikr edib bunların qısaldığı kəlimə və cümlələri zikr ETMƏMİŞDİR ki, bir hərflə, bir çox məna ifadə edilmiş olsun.

Beləcə, Allah Taala, kəlamına başlamadan əvvəl, Özünün hər şeydən xəbərdar olan əzəli elm sahibi olduğunu bildirmiş olmaqdadır.

Qullarına da, kəlamlarının, məktublarının və əhəmiyyətli işlərinin başlarında, bu yolu tutmalarını öyrətmişdir. Necə ki, digər bir qisim surələrə də, Özünə həmdi zikr edərək; digər bəzilərinə də, Özünü təsbihi bəyan edərək başlamışdır.

Beləcə, Quranın bəzi surələrinin girişini də, Özünə həmd ilə başlatmış; bəzilərini təsbih ilə başlatmış; bəzilərini də təzim ilə başlatmışdır.

Başlarında muqatta'a hərfləri olan surələrin:

~bəzilərində, Özünü elmlə;

~ digərlərində də ədalətlə;

~ digər bəzilərində Lütflə mədh

edərək, vəciz bir şəkildə başlatmışdır.

Bu hərflərin, qısaldılmış bir hesabı ifadə etdiyini söyləyənlər isə, belə deyirlər:

"Biz, muqatta'a hərflərin, qısaldılmış bir hesabı ifadə etmə xaricində bir məna daşıdıqlarını BİLMİRİK. Allah Taala'nın, qullarına, başa düşə bilmədikləri, düşünə bilmədikləri şeylərlə xitab etməsi, caiz DEYİLDİR."

Bunlar, bu görüşlərinə dəlil olaraq, Abdullah b. Abbas'ın, Cabir b. Abdullah (radiyallahu anh)'dan nəql etdiyi bu hədisi də, dəlil olaraq göstərmişlərdir:

Cabir (radiyallahu anh) deyir:

Allah rəsulu (sallallahu aleyhi və səlləm), Bəqərə surəsinin girişi olan 'zəlikə'l-kitəbu lə raybə fih' ayətlərini oxuyarkən, əbu Yasir b. Axtab, Onun yanından keçdi və yəhudilərlə bərabər olan qardaşı Huyey b. Axtab'ın yanına vardı və onlara:

"Bilirsinizmi, Allaha and olsun, Muhammədin, Əziz və Cəlil olan Allahın, Ona endirdiklərindən 'zəlikə'l-kitəbu' ayətlərini oxuduğunu eşitdim."

~ Onlar: "Şəxsən eşitdinmi?" deyə soruşdular.

~ əbu Yasir: "Bəli!" deyə cavab verdi.

Bunun üzərinə, Huyey b. Axtab, ordakı yəhudilərlə birlikdə, Allah rəsulu (sallallahu aleyhi və səlləm)'in yanına gəldilər və Ona:

"Ey Rəsul! Sənə endirilənlər içində, zəlikə'l-kitəbu oxuduğun deyilir. Doğrudurmu?" deyə soruşdular.

~ Allah rəsulu (sallallahu aleyhi və səlləm):

"Bəli!" deyə cavab verdi.

~ Onlar:

"Bunu, Sənə, Allah qatından Cəbrailmi gətirdi?" deyə soruşdular.

~ Allah rəsulu (sallallahu aleyji və səlləm):

"Bəli!" deyə cavab verdi.

~ Onlar:

"Allah, səndən əvvəl də peyğəmbərlər göndərdi. Allah, onlardan hər hansı bir peyğəmbərə, iqtidarının və ümmətinin əcəlinin nə qədər olacağını bəyan etdiyini bilmirik. Bunu, ancaq Sənə bildirmişdir." dedilər.

~ Huyey b. Axtab, yanındakılara yönələrək:

• Əlif - 1;

• Lam - 30;

• Mim - 40

deməkdir. Bunların hamısı, 71 ildir.

İndi sizlər, Öz iqtidarı və ümmətinin əcəli 71 il davam edəcək olan bir Peyğəmbərin dininəmi girəcəksiniz?"

Sonra da, Allah rəsulu (sallallahu aleyhi və səlləm)'ə yönələrək:

"Ey Muhamməd! Bu zamana əlavə olaraq başqa bir şey vardırmı?" deyə soruşdu.

~ Allah rəsulu (sallallahu aleyhi və səlləm):

"Bəli!" deyə cavab verdi.

~ Huyey:

"O nədir?" deyə soruşdu.

~ Allah rəsulu (sallallahu aleyhi və səlləm):

"Əlif, Lam, Mim, Sad'dır." deyə cavab verdi.

~ Huyey:

"Bu, daha uzundur.' dedi.

• Əlif - 1;

• Lam - 30;

• Mim - 40;

• Sad - 90'dır.

Hamısı, 161 ildir. Bunun xaricində bir şey vardırmı?"

~ Allah rəsulu (sallallahu aleyhi və səlləm):

"Bəli!" deyə cavab verdi.

~ Huyey:

"Bu, daha uzundur:

• Əlif - 1;

• Lam - 30;

• Ra - 200'dür.

Bunların hamısı, 231 ildir. Ey Muhamməd! Bundan başqa bir şey vardırmı?" dedi.

~ Allah rəsulu (sallallahu aleyhi və səlləm):

"Bəli! Əlif, Lam, Mim, Ra'dır." deyə cavab verdi.

~ Huyey:

"Bu, daha uzundur:

• Əlif - 1;

• Lam - 30;

• Mim - 40;

• Ra - 200'dür.

Bunların hamısı, 271 ildir." dedi.

Sonra bunları dedi:

"Ey Muhamməd! Sənin işin, bizə qarışıq gəldi. Elə ki, Sənə, çox şeymi, yoxsa az şeymi verildi, bilə bilmirik."

Bundan sonra, Huyey, qalxıb getdi.

Əbu Yasir, qardaşı Huyey b. Axtab və onunla birlikdə olan yəhudilərə belə dedi:

"Nə bilirsiniz, bəlkə də Muhammədə, bunların cəmi verilmişdir?! Bunlar:

71 + 161 + 231 + 271 = 734 il edir."

Onlar da belə dedilər:

"Onun bu halı, bizə qarışıq gəldi."

(Bu rəvayəti, Buxari də, "ət-Tarixu'l-Kəbir"də rəvayət etmişdir.)

Muqatta'a hərflərinin, qısaldılmış bir hesabı ifadə etdiklərini zikr edən alimlər, bu ayətlərin, yuxarıda rəvayət edilən Huyey b. Axtab və bənzərləri haqqında nazil olduğunu söyləmişlərdir.

هُوَ ٱلَّذِىٓ أَنزَلَ عَلَيْكَ ٱلْكِتَـٰبَ مِنْهُ ءَايَـٰتٌ مُّحْكَمَـٰتٌ هُنَّ أُمُّ ٱلْكِتَـٰبِ وَأُخَرُ مُتَشَـٰبِهَـٰتٌ ۖ فَأَمَّا ٱلَّذِينَ فِى قُلُوبِهِمْ زَيْغٌ فَيَتَّبِعُونَ مَا تَشَـٰبَهَ مِنْهُ ٱبْتِغَآءَ ٱلْفِتْنَةِ وَٱبْتِغَآءَ تَأْوِيلِهِۦ ۗ وَمَا يَعْلَمُ تَأْوِيلَهُۥٓ إِلَّا ٱللَّهُ ۗ وَٱلرَّ‌ٰسِخُونَ فِى ٱلْعِلْمِ يَقُولُونَ ءَامَنَّا بِهِۦ كُلٌّ مِّنْ عِندِ رَبِّنَا ۗ وَمَا يَذَّكَّرُ إِلَّآ أُو۟لُوا۟ ٱلْأَلْبَـٰبِ

"Kitabı sənə nazil edən Odur. O Kitabın bir qismi mənası aydın ayələrdir ki, bunlar da Kitabın anasıdır. Digərləri isə mənası aydın olmayan ayələrdir. Qəlblərində əyrilik olanlar fitnə-fəsad törətmək və istədikləri kimi yozmaq məqsədilə mənası aydın olmayanın ardınca düşərlər. Onun yozumunu isə Allahdan başqa heç kəs bilməz. Elmdə qüvvətli olanlar isə deyərlər: “Biz onlara iman gətirdik, hamısı bizim Rəbbimizdəndir”. Bunu isə ancaq ağıl sahibləri dərk edərlər." (Al-i İmran/7)

Bəli, bu görüşdə olanlar, yuxarıda zikr edilən hədisin, söylədiklərinin doğruluğunu; və bunların xaricindəki sözlərin fasid olduğunu göstərdiyini söyləmişlərdir.

-----------------------------------

İmam Tabəri deyir:

Bu görüşlərin doğru olanı:

"Bu hərflər, muqatta'a hərfləridir. Hər birinin fərqli mənaları vardır." deyən görüşdür.

Elə ki, müfəssirlərin zikr etdikləri bütün izah şəkillərini ehtiva ETMƏKDƏDİR.

(Ancaq) "Bu hərflərin hər biri, 28 əlifba hərfindən bir hərfdir. Allah Taala, bu hərfləri zikr edərək, surələrin, bu kimi hərflərdən meydana gəldiyini bildirmək istəmişdir."

şəklindəki görüşü ehtiva ETMƏMƏKDƏDİR.

Çünki bu görüş:

~ bütün sahabə və tabiin'in görüşlərinin xaricində bir görüş olduğu; və

~ müfəssirlərin görüşünə müxalif olduğu

üçün, fasid bir görüşdür. Mövcud qəti dəlillərin, bu görüşün əleyhinə şəhadət etməsi, bunun yalnışlığını isbat etməyə kifayət edir.

Bununla bərabər, bu son görüşü iləri sürənlərin:

~ "Zəlikə'l-kitəbu", ifadəsinin sonunun ötrəli (haşiyə) oxunması xüsusunda, tərəddüd etmələri; bəzən

~ "Zəlikə"nin - mübtəda; "kitəbu"nun - xəbər olduğunu söyləmələri; bəzən də,

~ "Zəlikə'l-kutəbu" - mübtəda; "ləraybə fih"in - xəbər olduğunu; bəzən də

~ "Zəlikə'l-kitəbu"nun - mübtəda; "hudən li'l-muttəqin"in - xəbər olduğunu

söyləmələri göstərir ki, bunlar, "Əlif, Lam, Mim" hərflərinin - mübtəda, "Zəlikə'l-kitəbu"nun - xəbər olduğu görüşündən dönmüşlər və:

"Bu hərflər, bu kitabın hərfləridir."

şəkillərindəki təvillərini tərk etmişlərdir.

------------------------------

(Haşiyə:

Quran hərfləri içərisində, səsli hərflər yoxdur. Onun üçün, bu hərflərin oxunuşunu, ancaq hərəkələr və bəzi xüsusi işarətlər təmin edir. Hərəkələr, 3 növdür. Bunlar:

• üstün;

• ötrə; və

• əsrə

deyərək adlandırılırlar. Quran hərflərində, Azərbaycan dilindəki (a,e,i,u,ü) səsli hərflərin yerini, üstün, əsrə, ötrə hərəkələri alır. Bu hərəkələr, hərfi, Azərbaycan dilindəki kimi qısa oxudurlar.)

------------------------------

Əgər deyilsə ki:

"Muqatta'a hərflərindən hər birinin, fərqli mənalar ehtiva etməsi, necə caiz ola bilər?"

Cavab olaraq deyərik:

"Necə ki, ərəbcədə, bir kəlimənin birdən çox mənası ola bilir; tək bir hərfin də, birdən çox mənası olması mümkündür. Məsələn, ərəbcədə:

• "Ummətun" kəliməsi: "insanlardan meydana gələn bir camaat", "bir zaman dilimi", "Allaha itaət edən abid bir qul" mənasına gəlməkdə;

• "Din" kəliməsi: "qarşılıq", "qisas", "iqtidar", "itaət", "boyun əymək", "hesab" və başqa mənalara gəlməkdədir.

Bax, Allah Taala'nın zikr etdiyi kimi, muqatta'a hərflərinin hər birinin də, bütün müfəssirlərin söylədikləri görüşləri ehtiva edəcək qədər mənaları olduğunu söyləmək, MÜMKÜNDÜR.

Bu hərflər, eyni zamanda, surələrin başlanğıcıdırlar.

Bu hərflərin, Allah Taala'nın isim və sifətlərindən qısaldılmış hərflər olduqlarını söyləmək, bu hərflərin, surələrin başlanğıcı olmalarına əngəl deyildir. Çünki Allah Taala, Quranın bir çox surələrini, Özünə həmd edərək, Özünü təsbih və təzim edərək başlatmışdır. Bu hərflərin də, Allah Taala'nın sifətlərinin və isimlərinin qısaldılmış şəkilləri olaraq, surələrin başlarında yer aldıqları; və Allah Taalanın bu sifətlərinə və isimlərinə and içərək surələri başlatdığını söyləmək, isabətlidir.

Eyni zamanda, bu hərflərin hər biri, qısaldılmış hesab ifadə edirlər; və başlarında yer aldıqları surələrə bir əlamət və isimlərdir.

Bəli, bu hərflər, bütün bu mənaları ehtiva etməkdədirlər.

Əgər bu hərflər, bir çox mənanı deyil, tək bir mənanı ifadə etmiş olsalardı, Allah rəsulu (sallallahu aleyhi və səlləm), o tək mənanı, HƏR HANSI BİR QARIŞIQLIĞA SƏBƏB OLMAYACAQ BİR ŞƏKİLDƏ, İNSANLARA AÇIQLAYARDI. Çünki Allah Taala, peyğəmbərini, insanlara, ixtilaf etdikləri mövzuları açıqlığa qovuşdurması üçün göndərmişdir.

Allah Rəsulu (sallallahu aleyhi və səlləm)'in, bunların mənalarını açıqlamaması göstərir ki, bu hərflər, yuxarıda verilən mənaların sadəcə bir qismini deyil, HAMISINI EHTİVA ETMƏKDƏDİRLƏR

---------------------------------------

İmam Tabəri (davam edərək) deyir:

Bu izah şəklini qəbul etməyənlərdən bunu soruşmaq mümkündür:

"Necə olur ki, bir kəlimənin bir çox mənaya gəldiyini qəbul edirsən, ancaq bir hərfin bir çox mənaya gəlməsini qəbul etmirsən?!"

Və ya

"Bu hərfləri sadəcə mənalardan birinə təxsis edib (xas qılıb) digərinə təxsis etməməyinin səbəbi nədir? Sənin iləri sürdüyün səbəblərlə digərlərinin iləri sürdükləri səbəbləri bir-birindən üstün qılan dəlil nədir?"

Bu suallar qarşısında, təslim olmaqdan başqa çarə yoxdur.

Bu hərfləri, ərəb şeirindəki "bəl" hərfinə bənzədərək, bunların surələrin başlanğıc və bitişlərini bildirmə işarətləri olduqlarını, bunların başqa bir mənaları olmadığını, sadəcə sözü uzadan hərflər olduqlarını söyləyən lüğət alimlərinin görüşlərinə gəlincə:

Bu görüş, bir neçə yöndən yalnışdır:

• Birinci olaraq:

Bu görüş, Allah Taalanı, ərəblərə öz dillərində olmayan, hətta heç bir dildə mövcud olmayan bir ifadə ilə xitab etməklə vəsf etməkdədir. Çünki ərəblərin, şeirlərinin başlanğıcını "bəl" hərfilə başlatmaları, özlərincə bilinən bir xüsusdur. Lakin bunların, hər hansı bir sözlərini bu kimi hərflərlə başlatdıqları, bilinməyən və görülməyən bir xüsusdur. Allah Taalanın, ərəblərə bilmədikləri hərflərlə xitab etdiyini söyləmək, Quranın "açıqlayıcı" sifətinə zidd düşür. Halbuki Allah Taala, Quranı, açıq bir ərəb dil ilə endirdiyini bəyan edərək, belə buyurmaqdadır:

نَزَلَ بِهِ ٱلرُّوحُ ٱلْأَمِينُ • عَلَىٰ قَلْبِكَ لِتَكُونَ مِنَ ٱلْمُنذِرِينَ • بِلِسَانٍ عَرَبِىٍّ مُّبِينٍ

"Onu sadiq Ruh (Cəbrail) endirdi. Sənin qəlbinə ki, xəbərdar edənlərdən olasan. Bu Quran açıq-aydın ərəb dilində nazil edildi." (Şuəra/193-195)

Allah Taala'nın, Quranı, açıq bir ərəbcə endirdiyini bəyan etməsi, yuxarıda zikr edilən görüşü çürütməyə kifayət edir və ərəblərin, bu hərflərin mənalarını bildiklərinə dəlildir.

İkinci olaraq, Allah Taalanın, qullarına, faydasız və mənasız şeylərlə xitab etdiyini söyləmək, Onu boş bir şeylə məşğul olmaq şəklində vəsf etmək olar ki, bütün muvahhidlər, Allaha belə bir şeyin isnad edilməsini rədd edərlər.

Üçüncü olaraq, ərəblərin, şeirlərinin başında zikr etdikləri "bəl" hərfinin, ərəbcədə bilinən bir mənası vardır. O da, "Daha doğrusu, əksinə" deməkdir. Bu etibarla, muqatta'a hərflərinin "bəl" hərfinə bənzədərək, hər hansı bir məna ifadə etmədiklərini söyləmək, doğru deyildir. Çünki "bəl"in bir mənası olduğu kimi, bunların da bir mənası vardır. Bu səbəblə, bunları "bəl"ə bənzətmək, doğru deyildir.

(Muhamməd b. Cərir ət-Tabəri, "Camiu'l-Bəyan An Tə'vili Əyi'l-Quran", Bəqərə/1 təfsiri)

Read 10 times
In order to make a comment, please login or register