Bəqərə surəsi 1-ci ayətin təfsiri - 2

Əlif, Lam, Mim. (Bəqərə/1)

----------------------------------

Təfsiri:

Bu ayətdə, 2 məsələ vardır:

İkinci məsələ: "Əlif, Lam, Mim"in mənaları

"Əlif, Lam, Mim" və "Əlif, Lam, Mim" kimi bəzi surələrin başlarında gələn kəsik hərflər haqqında, uləmanın 2 görüşü vardır:

✓ Birinci görüş: Bu hərflər, Allah Taala'nın, Özünə ayırmış olduğu örtülü bir sirr və qapalı bir elmdir.

~ Əbu Bəkr əs-Siddiq (radiyallahu anh):

"Allahın hər kitabda bir sirri vardır. Onun Qurandakı sirri isə, bəzi surələrin başlarında gələn hurufu'l-muqatta'alardır." demişdir.

~ Əli (radiyallahu anh) da:

"Hər kitabın bir özü vardır. Bu kitabın özü isə, heca hərfləridir." demişdir.

~ Ariflərdən bəziləri də:

"Elm, bir dəniz məsabəsindədir. Ondan bir vadi; ---> vadidən bir çay; ---> çaydan bir kanal; ---> kanaldan da bir su borusu axıdılmışdır. Əgər kanallara, bu vadinin suları axıdılacaq olsa, kanalları sel basar, onu alt-üst edər. Əgər dəniz bu vadiyə axacaq olsa, bu da vadini alt-üst edər. Bu da, Allah Taala'nın:

أَنزَلَ مِنَ ٱلسَّمَآءِ مَآءً فَسَالَتْ أَوْدِيَةٌۢ بِقَدَرِ...

'O, göydən su endirdi və vadilər ölçülərinə uyğun öz məcralarından daşaraq axdılar...' (Ra'd/17)

sözündən murad ediləndir. Buna görə:

~ Elmin dənizləri, Allah qatındadır; --->

~ Bu dənizlərdən peyğəmbərlərə vadilər verilmiş; --->

~ Peyğəmbərlər bu vadilərdən alimlərə çaylar; --->

~ Alimlər isə, insanlara, insanların gücləri çatacaq qədər kanallar axıtmışlar; --->

~ Xalq da, öz ailə fərdlərinə gücləri çatacaq qədər borular axıtmışlardır."

Xəbərdə rəvayət edilən də, buna dəlalət etməkdədir. Xəbərdə belə deyilməkdədir:

"Alimlərin bir sirri; xəlifələrin bir sirri; peyğəmbərlərin bir sirri; mələklərin bir sirri; və bütün bunlardan sonra da, Allahın bir sirri vardır. Əgər:

~ cahillər, alimlərin sirlərinə vaqif olsaydılar, onları yox edərlər;

~ alimlər də, xəlifələrin sirrinə vaqif olsaydılar, onlara müxalifət edərlərdi;

~ xəlifələr, peyğəmbərlərin sirrinə vaqif olsaydılar, onlara qarşı gələrdilər;

~ peyğəmbərlər, mələklərin sirrindən xəbərdar olsaydılar, onları töhmət altında tutardılar;

~ mələklər, Allahın sirrinə vaqif olsaydılar, heyrət içində qalar və yox olub gedərdilər.

Bunun səbəbi isə, yarasanın gözləri günəşin işığını qaldıra bilmədiyi kimi, zəif ağılların da güclü sirləri qaldıra bilməməsidir.

Peyğəmbərlərin ağılları çox olduğu üçün, nübüvvət sirlərini daşıya bilmişlərdir. Alimlərin də ağılları çox olduğu üçün, insanların qaldıra bilməyəcəkləri sirləri qaldıra bilmişlərdir. Batini elmdən xəbərdar olan alimlər, ağılları çox olduğu üçün, zahiri elmlərlə məşğul olan alimlərin aciz olduğu şeyləri qaldıra bilmişlərdir.

~ Şabi'dən bu hərflər haqqında soruşulduğunda, o:

"Bunlar, Allahın sirləridir. İncələməyin." demişdir.

~ əbu Zubyan, ibn Abbas'dan:

"Alimlər, bunu anlamaqdan acizdirlər."

dediyini rəvayət etmişdir.

~ Hüseyn b. Fadl isə, bu hərflərin, mütəşabihatdan olduğunu söyləmişdir.

-------------------------------------------

√ Bu hərflər haqqında, kəlam alimlərinin görüşləri:

Kəlam alimləri, hurufu'l-muqatta'a'nın mütəşabihdən olduğu görüşünü qəbul ETMƏMİŞ və:

"Allahın kitabında, insanlar üçün anlaşılmayan şeyin mövcud olması, caiz DEYİLDİR"

deyərək, bu görüşlərinə:

~ Ayət;

~ Hədis; və

~ Əqli cəhət

dən dəlil gətirmişlərdir.

~ Ayətdən dəlilləri 14'dür:

• Birincisi:

"Məgər onlar Quran haqqında düşünmürlərmi? Yoxsa qəlbləri qıfıllıdırmı?" (Muhamməd/24) ayətidir.

Allah Taala, bu ayətdə, onlara Quran haqqında düşünmələrini əmr etmişdir. Əgər Quranın mənası anlaşılmayacaq olsaydı, Allah, onlara Quran üzərinə düşünmələrini, necə əmr edərdi?!

• İkincisi:

"Məgər onlar Quran barəsində düşünmürlərmi? Əgər o, Allahdan başqası tərəfindən olsaydı, əlbəttə, onda çoxlu ziddiyyət tapardılar." (Nisa/82) ayətidir.

İnsanlar tərəfindən mənası anlaşılmayacaq olsaydı, Quranda bir ziddiyyətin olmadığını başa düşmək üçün, Allah, onlara, Quran üzərində düşünməyi necə əmr edərdi?!

• Üçüncüsü:

"Şübhəsiz ki, bu, aləmlərin Rəbbindən nazil edilmişdir. Onu sadiq Ruh (Cəbrail) endirdi –

sənin qəlbinə ki, xəbərdar edənlərdən olasan. Bu Quran açıq-aydın ərəb dilində nazil edildi." (Şuəra/192-195) ayətidir.

Əgər Quran, anlaşılmayacaq olsaydı, peyğəmbərin Onunla insanları xəbərdar etməsi, batil olardı. Və yenə, bu ayətdə keçən "açıq-aydın ərəbcə" ifadəsi, Quranın, ərəb dilində nazil edildiyinə bir dəlildir. Hal belə olunca, Onun, başa düşülən olması lazımdır.

• Dördüncüsü:

"...Onlardan (ayətlərdən) hökm çıxarmağı bilənlər, bunu bilərdilər..." (Nisa/83) ayətidir.

Qurandan hökm çıxarmaq, ancaq Onun mənasını yaxşıca qavramaqla mümkündür.

• Beşincisi:

Bu ayətlərdir:

~ وَنَزَّلْنَا عَلَيْكَ ٱلْكِتَـٰبَ تِبْيَـٰنًا لِّكُلِّ شَىْءٍ...

"Biz Kitabı sənə hər şey üçün bir izah/açıqlama olaraq endirdik..." (Nəhl/89);

~ ...مَّا فَرَّطْنَا فِى ٱلْكِتَـٰبِ مِن شَىْءٍ...

"...Biz, Kitabda, heç bir şeyi nəzərdən qaçırmadıq..." (Ənam/38);

• Altıncısı:

"Müttəqilərə/Allahdan qorxanlara bir hidayət olmaq üzərə." (Bəqərə/2); və

"...İnsanlar üçün bir hidayət olmaq üzərə." (Bəqərə/185) ayətləridir.

Bilinməyən şey, hidayət qaynağı ola bilməz.

• Yeddincisi:

Bu ayətlərdir:

حِكْمَةٌۢ بَـٰلِغَةٌ

"Bu, kamal mərtəbədə olan böyük bir hikmətdir." (Qəmər/5);

يَـٰٓأَيُّهَا ٱلنَّاسُ قَدْ جَآءَتْكُم مَّوْعِظَةٌ مِّن رَّبِّكُمْ وَشِفَآءٌ لِّمَا فِى ٱلصُّدُورِ وَهُدًى وَرَحْمَةٌ لِّلْمُؤْمِنِينَ

"Ey insanlar! Rəbbinizdən sizə bir öyüd-nəsihət, kökslərdə olana bir şəfa, möminlərə doğru yol göstəricisi (hidayət rəhbəri) və mərhəmət gəlmişdir." (Yunus/57)

Bütün bu sifətlər, anlaşılmayan bir şey haqqında ola bilməz.

• Səkkizincisi:

Allah Taala'nın:

...قَدْ جَآءَكُم مِّنَ ٱللَّهِ نُورٌ وَكِتَـٰبٌ مُّبِينٌ

"...Artıq sizə Allahdan bir nur və açıq-aydın bir Kitab gəldi." (Maidə/15) ayətidir.

• Doqquzuncusu:

أَوَلَمْ يَكْفِهِمْ أَنَّآ أَنزَلْنَا عَلَيْكَ ٱلْكِتَـٰبَ يُتْلَىٰ عَلَيْهِمْ ۚ إِنَّ فِى ذَ‌ٰلِكَ لَرَحْمَةً وَذِكْرَىٰ لِقَوْمٍ يُؤْمِنُونَ

"Onlara oxunan Kitabı sənə nazil etməyimiz, onlar üçün kifayət deyilmi? Həqiqətən, bunda, iman gətirən adamlar üçün, mərhəmət və nəsihət vardır." (Ənkəbut/51) ayətidir.

Əgər Quran, anlaşılmamış olsaydı, insanlara necə kifayət edər və onlar üçün necə bir nəsihət olardı?!

• Onuncusu:

هَـٰذَا بَلَـٰغٌ لِّلنَّاسِ وَلِيُنذَرُوا۟ بِهِۦ

"Bu (Quran), Onunla özlərinə xəbərdarlıq edilsin deyə, insanlar üçün bir bildirişdir." (İbrahim/52) ayətidir.

Əgər Quran, anlaşılan olmasaydı, necə bir bildiriş olar və Onunla insanlar necə xəbərdar edilə bilərdilər?!

Allah Taala, bu ayətin sonunda da,

...وَلِيَذَّكَّرَ أُو۟لُوا۟ ٱلْأَلْبَـٰبِ

"...Ağıl sahibləri, yaxşıca düşünsünlər deyə..." (İbrahim/52) buyurmuşdur.

Bu da, ancaq, Quran başa düşülərsə, belə olar.

• On birincisi:

يَـٰٓأَيُّهَا ٱلنَّاسُ قَدْ جَآءَكُم بُرْهَـٰنٌ مِّن رَّبِّكُمْ وَأَنزَلْنَآ إِلَيْكُمْ نُورًا مُّبِينًا

Ey insanlar! Sizə Rəbbinizdən bir bürhan/dəlil gəldi və Biz sizə açıq-aydın bir nur nazil etdik." (Nisa/174) ayətidir.

Əgər Quran, başa düşülən olmasaydı, necə bir bürhan/dəlil və necə açıq-aydın bir nur olardı?!

• On ikincisi:

...فَمَنِ ٱتَّبَعَ هُدَاىَ فَلَا يَضِلُّ وَلَا يَشْقَىٰ • وَمَنْ أَعْرَضَ عَن ذِكْرِى فَإِنَّ لَهُۥ مَعِيشَةً ضَنكًا...

"...artıq kim, Mənim hidayətimə tabe olarsa, nə yolunu azar, nə də bədbəxt olar. Kim Mənim zikrimdən üz çevirərsə, ona sıxıntılı bir güzəran vardır..." (Taha/123-124) ayətidir.

Əgər Quran, başa düşülən olmasaydı, Ona tabe olmaq və Ondan üz çevirmək, necə mümkün ola bilər?!

• On üçüncüsü:

إِنَّ هَـٰذَا ٱلْقُرْءَانَ يَهْدِى لِلَّتِى هِىَ أَقْوَمُ...

"Həqiqətən bu Quran, ən doğru olana hidayət edər..." (İsra/9) ayətidir.

Quran, anlaşılan olmasaydı, necə hidayət edici olardı?!

• On dördüncüsü:

ءَامَنَ ٱلرَّسُولُ بِمَآ أُنزِلَ إِلَيْهِ مِن رَّبِّهِۦ وَٱلْمُؤْمِنُونَ ۚ كُلٌّ ءَامَنَ بِٱللَّهِ وَمَلَـٰٓئِكَتِهِۦ وَكُتُبِهِۦ وَرُسُلِهِۦ لَا نُفَرِّقُ بَيْنَ أَحَدٍ مِّن رُّسُلِهِۦ ۚ وَقَالُوا۟ سَمِعْنَا وَأَطَعْنَا...

"Peyğəmbər öz Rəbbindən ona nazil edilənə iman gətirdi, möminlər də iman gətirdilər. Hamısı Allaha, Onun mələklərinə, kitablarına və elçilərinə iman gətirdilər. Onlar dedilər: 'Biz Onun elçiləri arasında fərq qoymuruq!' Onlar dedilər: 'Eşitdik və itaət etdik!" (Bəqərə/285) ayətidir.

Allaha itaət etmək, ancaq Quranın anlaşılması ilə mümkündür. O halda, Quranın, başa düşülən olması lazımdır.

Bu görüşdə olanların HƏDİSDƏN dəlilləri:

~ Peyğəmbər (sallallahu aleyhi və səlləm), belə buyurmuşdur:

"Sizə elə bir şey qoyub gedirəm ki, əgər onlara sarılsanız, azmazsınız. Bunlar, Allahın kitabı və Mənim sünnətimdir." (Əbu Davud, Mənasi/56)

Əgər Quran başa düşülməsə, ona sarılmaq, necə mümkün ola bilər?!

~ Əli (radiyallahu anh)'dan, Peyğəmbər (sallallahu aleyhi və səlləm)'in belə buyurduğu rəvayət edilmişdir:

"Allahın kitabına sarılın. Çünki Onda, sizdən əvvəlkilərin xəbərləri, sizdən sonrakıların xəbəri və aranızdakı (məsələlərin) hökmü vardır. O, qəti hökm olub lağlağı deyildir. Onu tərk edən hər zalımın, Allah, (belini) qırar. Kim hidayəti Ondan başqa yerdə axtararsa, Allah o kimsəni azdırar. O, Allahın sağlam ipidir, hikmətli nəsihətdir. O, sırata'l-müstəqimdir. Nəfslər, Onunla azmaqdan qorunar. Alimlər, Ondan doymaz. Çox təkrarlanmasına baxmayaraq, O, köhnəlməz. Onun qeyr-i adi mənaları tükənməz. Onu söyləyən, doğru söyləmiş olar. Onunla hökm edən, adil olar. Kim iddiasını Onunla qüvvətləndirərsə, müxalifinə qalib gələr. Ona çağıran, doğru bir yola yönəldilmiş olar." (Darimi, 2435)

Bunların ƏQLİ DƏLİLLƏRİNƏ gəlincə:

~ Birincisi:

Əgər Quranda, anlaşılmasına imkan olmayan bir şey gəlmiş olsaydı, bu, ərəbə, zənci dililə danışmaq kimi olardı. Bu, caiz ola bilməyəcəyinə görə; Quranın anlaşıla bilməməsi də, caiz deyildir.

~ İkincisi:

Sözdən məqsəd, bir şey başa salmaqdır. Əgər Quran, başa düşülməmiş olsaydı, Onunla xitab etmək əbəs və ağılsızlıq olardı. Bu, Hakim (hikmət sahibi) olan Allaha yaraşmaz.

~ Üçüncüsü:

Quranda təhəddi (bənzərini gətirmək xüsusunda meydan oxumaq) vardır. Quran, başa düşülən olmasaydı, Onunla meydan oxumaq caiz olmazdı.

Kəlam əhlinin bütün sözləri, bundan ibarətdir.

------------------------------------------

Bu hərflərin mənasının anlaşıla BİLMƏYƏCƏYİNİ söyləyənlərin dəlilləri:

Onların (kəlam alimlərinin) müxalifləri də:

• Ayət;

• Hədis; və

• Əqli yöndən

dəlillər gətirmişlərdir.

• Onların, AYƏTDƏN dəlilləri, budur:

Mütəşabih ayətlər də, Qurandandır. Halbuki bunların (mütəşabih ayətlərin) mənası bilinmir. Çünki Allah Taala:

...وَمَا يَعْلَمُ تَأْوِيلَهُۥٓ إِلَّا ٱللَّهُ...

"...Onun (mütəşabihin) təvilini, Allahdan başqa kimsə bilə bilməz..." (Al-i İmran/7) buyurmuşdur.

Bu ayətdə, "Allah" kəliməsi sonunda vəqf etmək/dayanmaq, bir neçə səbəbdən dolayı, zəruridir:

~ Birincisi:

Allah Taala'nın: وَٱلرَّ‌ٰسِخُونَ فِى ٱلْعِلْمِ / "elmdə dərinləşmiş olanlar" kəliməsi, "illəllah" üzərinə ətf etmiş olsaydı, يَقُولُونَ ءَامَنَّا بِهِ / "onlar deyərlər: ona iman etdik" kəliməsi, وَٱلرَّ‌ٰسِخُونَ فِى ٱلْعِلْمِ / "elmdə dərinləşmiş olanlar" kəliməsindən qopmuş olardı. Bu da, caiz deyildir.

Onun, "hal" olduğu da deyilə bilməz. Çünki bu halda biz deyirik ki, يَقُولُونَ ءَامَنَّا بِهِ / "onlar deyərlər: ona iman etdik" sözü, özündən əvvəlki hər sözlə bağlı olar. Beləcə də, Allah Taala'nın da:

"Biz ona inandıq, onun hamısı Rəbbimizin qatındandır."

demiş olması lazım gəlir, ki, bu iddia, küfrdür.

~ İkincisi:

Elmdə dərinləşənlər, mütəşabih ayətlərin mənasını bilmiş olsaydılar, onların mütəşabihə iman etmələrinin xüsusilə zikr edilmiş olmasının, bir mənası olmazdı. Çünki onlar, mütəşabihi dəlillərilə öyrənmiş olsaydılar, mütəşabihə iman etmələri, muhkəm ayətlərə iman etmiş olmaları kimi olardı ki, bu halda da, mütəşabihə iman etmələrində, təriflənməyi gərəkdirəcək bir səbəb olmazdı.

~ Üçüncüsü:

Mütəşabih ayətlərin təvilini bilmək, bilinməsi gərəkli olan şeylərdən olsaydı, mənasını anlamaq xüsusundakı arzu, qınanmazdı. Lakin Allah Taala:

...فَأَمَّا ٱلَّذِينَ فِى قُلُوبِهِمْ زَيْغٌ فَيَتَّبِعُونَ مَا تَشَـٰبَهَ مِنْهُ ٱبْتِغَآءَ ٱلْفِتْنَةِ وَٱبْتِغَآءَ تَأْوِيلِهِ...

"...Qəlblərində əyrilik olanlar fitnə-fəsad törətmək və istədikləri kimi təvil etmək məqsədilə, mütəşabih olanın ardınca düşərlər..." (Al-i İmran/7)

buyuraraq, mütəşabihin təvilini araşdırmağı, zəmm etmiş/pisləmişdir.

• Bu görüşdə olanların HƏDİSDƏN olan dəlillərinə gəlincə, bu mövzunun baş qismində, görüşümüzə dəlalət edən bir xəbəri nəql etmişdik.

Eyni şəkildə, Peyğəmbər (sallallahu aleyhi və səlləm)'in belə buyurduğu rəvayət edilmişdir:

"Elmdə xəzinələr kimi gizlənmiş sirlər vardır ki, onu ancaq, Allahı bilənlər bilir. Əgər Allahı bilənlər, onları söyləyəcək olsalar, qəflətdə olanlar, bu sözləri qəbul etməzlər."

~ Bir də, surələrin başlarında yer alan hurufu'l-muqatta'a'ların mənalarının bilinə BİLMƏYƏCƏYİ xüsusu, böyük səhabələrdən rəvayət edilmişdir. Bu səbəblə, bunun həqiqət olması lazımdır.

Çünki Peyğəmbər (sallallahu aleyhi və səlləm):

"Səhabələrim, ulduzlar kimidirlər. Onlardan hansına tabe olsanız, doğru yolu tapmış olarsınız." buyurmuşdur. (Beyhaqi, "əl-İtiqad və'l-Hidayə", s. 437 və davamı)

• Əqli dəlilləri isə, bunlardır:

Özü ilə məsul tutulduğumuz fellərimiz, 2 qisimdir:

~ Biri: Ümumi mənada, ağlımızla, hikmətini başa düşdüyümüz fellərdir.

Məsələn, namaz, oruc, zəkat kimi. Çünki namaz, Yaradana sırf bir təvazö və yalvarmaqdır. Zəkat, kasıbın ehtiyacını ödəməyə çalışmaqdır. Oruc isə, şəhvəti qırmaq xüsusunda bir səydir.

~ Digəri isə: Hikmətini BAŞA DÜŞMƏDİYİMİZ fellərdir.

Məsələn, həcc ziyarətində edilən bəzi əməllər kimi. Çünki biz, ağlımızla, şeytan daşlanmasının, Səfa ilə Mərvə arasında səy göstərməyin, rəmlə etməyin, iztiba etməyin (yəni ehramlı şəxsin, ehramını, sağ qoltuğunun altından keçirib sol çiyni üstünə atmasının) hikmətinin nə olduğunu başa düşə bilmərik.

Sonra mühəqqiq alimlər, Allahın, qullarına hikmətini başa düşdüyümüz felləri əmr etməsi necə gözəldirsə; hikmətini başa düşmədiyimiz felləri də əmr etməsinin yerində olduğunda ittifaq etmişlərdir.

~ Birinci növ fellərdə, itaət, tam bir təslimiyyəti göstərməz. Çünki əmr edilən feldə, ağıl faydalı bir şey olduğunu bildiyi üçün, qulun, onu bundan dolayı etməsi möhtəməldir.

~ İkinci növ fellərdəkı itaətə gəlincə, bu, qulun tam təslimiyyətini göstərir. Çünki qul, bu cür felində, zahirən bir mənfəət görə bilməyincə, onu etməsi, sadəcə Allaha təslimiyyət və boyun əyməkdən ötrü olur.

Fellərdə hal belə olunca, sözlərimiz xüsusunda da halın eyni bu cür olması, niyə caiz olmasın ki?!

Buna görə də, Allah Taala, bəzən mənasını anladığımız şeyləri söyləməyimizi əmr edər. Bundan məqsəd də, əmr edilən şəxsin, amirinə boyun əymək və təslimiyyətini ortaya qoymasıdır.

Bunun bir başqa faydası daha vardır:

İnsan, bir şeyin mənasını yaxşıca başa düşdüyündə, o şeyin təsiri qəlbdən gedir. Ancaq o şeyi söyləyənin, Hakimlər Hakimi olan Allah olduğuna qəti inanaraq, onun mənasını başa düşməzsə, o insanın qəlbi, davamlı olaraq o sözə yönəlir və davamlı onu düşünür. Çünki mükəlləfiyyətin özü, insanın sirrini/qəlbini, Allahın zikri və Quranı təfəkkür ilə məşğul etməkdir. Allahın, qulunun zehnini davamlı buna yönəlməsi və bununla məşğul olmasında, qul üçün böyük bir mənfəət olduğunu bilməsi; qulun da, bu mənfəəti əldə etmək üçün Ona qulluq etməsi, uzaq görülən bir ehtimal deyildir.

Bu mövzuda, 2 qrupun sözünün özü, bundan ibarətdir.

-----------------------------------------

Bu hərflərin mənasının bilinə biləcəyini söyləyənlərin görüşləri

✓ İkinci görüş:

Bu, surələrin başlarındakı hurufu'l-muqatta'a'ların mənalarının bilinə BİLƏCƏYİNİ söyləyənlərin görüşüdür.

Bunlar da, öz aralarında ixtilaf edərək, fərqli bir neçə xüsus söyləmişlərdir:

• Birincisi: Bunlar (kəsik hərflər), surələrin isimləridir.

Bu, əksəriyyətli kəlam alimlərinin görüşüdür. Xəlil və Sibeveyh'in tərcih etdiyi görüş də, budur.

Qaffal isə, belə deyir:

"Ərəblər, bu hərflərlə, bir çox şeyi adlandırmışlardır. Məsələn, Harisə b. Lam ət-Tai'nin atasına, 'Lam' demişlərdir. Nəhhas, yəni mis düzəldənə 'sad'; pula 'ayn'; buluda 'qayn' demişlərdir. Yenə onlar, 'qaf dağı' demişlər və balığa 'nun' ismini vermişlərdir."

• İkincisi: Bu hərflər, Allahın isimləridir.

Əli (radiyallahu anh)'ın belə dediyi rəvayət edilir:

يَاكَهٰيٰعٓصٓ، يَا حَمٓ عَسقٓ

• Üçüncüsü: Bu hərflər, qrup-qrup Allahın isimlərini göstərirlər.

Səid b. Cübeyr, belə deyir:

"Bunların hamısı, Allahın 'Rahmən' ismidir. Nə var ki, digər kəsik hərflərdə, bu tərkib kimi bir tərkib meydana gətirə bilmirik."

• Dördüncüsü:

Bunlar, Quranın isimləridirlər.

Bu görüş, Kəlbi, Suddi və Qatadə'nin görüşüdür.

• Beşincisi:

Bunların hər biri, Allahın isimlərindən və sifətlərindən birinə dəlalət edir.

İbn Abbas (radiyallahu anh), belə demişdir:

~ "Əlif, Lam, Mim" haqqında:

"Əlif - Allahın Əhəd (bir), Əvvəl (ilk), Axir (son), Əzəli və Əbədi olduğuna işarətdir;

"Lam" - Onun Lətif;

"Mim" - Məlik, Məad (dönüş yeri) və Mənnan (ehsanı bol) olduğuna işarətdir."

~ "Kəhf, Hə, Yə, Ayn, Sad" haqqında:

Bu isə, Allah Taala'nın Özünü mədh etməsidir. Burdakı:

"Kəhf" - Allahın kafi (hər şeyə kifayət edən) olduğuna;

"Hə" - Onun hadi (hidayət edən);

"Ayn" - Alim;

"Sad" - Sadiq

olduğuna dəlalət edir."

• ibn Cərir ət-Tabəri, ibn Abbas (radiyallahu anh)'dan, Onun:

"Burdakı:

~ 'Kəhf' - Allahın 'Kəbir və Kərim' olduğuna;

~ 'Yə' - Onun 'Yucir/Himayə edən' olduğuna;

~ 'Ayn' isə - Allahın 'Əziz və Adil' olduğuna

həml etdiyini rəvayət etmişdir.

İbn Abbasın 2 fərqli görüş bildirməsi, belə izah edilə bilər:

O, birinci görüşdə, hərflərdən hər birini, müəyyən bir ismə təxsis etmiş; ikincisində isə, belə etməmişdir.

• Altıncısı:

Bu hərflərin bir qismi, Haqq Taala'nın Zati isimlərinə, bir qismi də Sifət isimlərinə dəlalət edir.

İbn Abbas:

~ "Əlif, Lam, Mim" haqqında:

"Bu, 'Ənəllahu ə'ləmu/Mən ən yaxşı bilən Allaham!"

~ "Əlif, Lam, Mim, Sad" haqqında:

"Bu, 'Ənəllahu əfsilu/Mən, ayıran/yəni qəti hökm verən Allaham!"

~ "Əlif, Lam, Ra" haqqında:

"Bu, 'Ənəllahu əra/Mən, görən Allaham." deməkdir, demişdir.

Bunu, əbu Salih və Səid b. Cübeyr, ibn Abbas'dan rəvayət etmişdir.

• Yeddincisi:

Bu hərflərdən hər biri, Allahın feli sifətlərini göstərir:

~ "Əlif" - Allahın nemətlərini;

~ "Lam" - Lütfünü;

~ "Mim" - Məcdini (böyüklüyünü, əzəmətini)

göstərir.

Bunu, Muhamməd b. Ka'b əl-Qurazi söyləmişdir.

ər-Rəbi b. Ənəs də:

"Hərflərin hər biri, Allahın nemətləri haqqındadır." demişdir.

• Səkkizincisi:

Bu hərflərin bəziləri, Allahın isimlərinə; bəziləri də Allahdan başqa varlıqların isimlərinə dəlalət edir.

Dahhaq, belə deyir:

"Əlif - Allaha; Lam - Cəbrailə; Mim - Muhammədə dəlalət edir. Yəni, Allah Taala, Kitabını, Cəbrailin dili ilə Muhammədə endirmişdir."

• Doqquzuncusu:

Bu hərflərdən hər biri, Allahın fellərindən birinə dəlalət edir.

Məsələn, buna görə:

~ Əlif'in mənası:

اَلِفَ اللّهُ مُحَمَّداً فَبَعَثَهُ نَبياََّ

"Əlifəllahu Muhammədən fəbəasəhu nəbiyyən / Allah Muhammədi sevdi, Onu peyğəmbər olaraq göndərdi.";

~ Lam'ın mənası:

لَامَهُ الجَاحِدُونَ

"Ləməhu'l-cəhidun / Kafirlər, Onu qınadılar.";

~ Mim'in mənası:

مِيمَ الْكَافِرُونَ غِيظُوا او كَبتُوا بِظُهُور الْحَقِّ

"Kafirlərə ğeyz olundu / hiddət edildi; və onlar, Haqqın ortaya çıxması ilə zəlil qılındılar."

şəklindədir.

Bəzi sufilər də:

~ Əlif'in mənası: Ənə/Mən;

~ Lam'ın mənası: Li/Mənə;

~ Mim'in mənası: Minni/Məndən

olduğunu söyləmişlərdir.

• Onuncusu:

Bu, Mübərrəd'in görüşüdür. Mühəqqiq alimlərdən böyük bir qrup, bu görüşü tərcih etmişdir. (Onlara görə):

Çünki Peyğəmbər (sallallahu aleyhi və səlləm), onlara, Quranın bənzərini və ya 10 surəsinin və yaxud da tək 1 surənin bənzərini söyləmələrini meydan oxuyaraq təklif edib, onlar da bunu edə bilməyincə, Allah Taala, Quranın, bu hərflərindən başqa bir şeydən mütəşəkkil olmadığına; onların da, bu hərflərə sahib olduğuna; fəsahat qaydalarını bildiklərinə, bu səbəblə də, Quranın bir bənzərini gətirəə bilmələri gərəkdiyinə diqqətlərini çəkmək üçün, bu hurufu'l-muqattaa'nı endirdi. Kafirlər bunu edə bilməyincə, bu, Quranın bir insan tərəfindən deyil, Allah tərəfindən endirildiyinə dəlalət etmişdir.

• On birincisi:

Abdu'l-Azib b. Yəhya, belə demişdir:

"Allah Taala, bu hərfləri, Quranda zikr edərək, sanki belə demişdir:

Bunları, parça-parça (hərf-hərf) dinləyin. Ta ki, bu hərflər, birləşdirilmiş olaraq sizə gəldiyində, əvvəl bunları tanımış olasınız. Necə ki, uşaqlar, ilk əvvəl hərfləri, tək-tək öyrənirlər. Sonra da, bunlardan meydana gələn kəlimələri öyrənirlər."

• On ikincisi:

İbn Ravq və Qutrub'un görüşüdür. Bu görüşə görə:

وَقَالَ ٱلَّذِينَ كَفَرُوا۟ لَا تَسْمَعُوا۟ لِهَـٰذَا ٱلْقُرْءَانِ وَٱلْغَوْا۟ فِيهِ لَعَلَّكُمْ تَغْلِبُونَ

"Kafirlər: “Bu Qurana qulaq asmayın, oxunarkən hay-küy salın. Bəlkə, qalib gələsiniz”– dedilər." (Fussilət/26)

deyib, Qurandan üz çevirməyi bir-birilərinə tövsiyyə edincə, Allah Taala, onların fayda və mənfəətlərini istədiyi üçün, onların susmalarına və Qurandan özlərinə gələn şeyi dinləmələrinə səbəb olsun deyə, onların bilmədikləri şeyi onlara endirməyi murad etdi və onlara bu hərfləri endirdi. Onlar, bu hərfləri eşidincə, heyrətə düşmüşcəsinə, belə dedilər:

"Muhammədin söylədiklərinə, hələ bir qulaq verin."

Kafirlər belə qulaq verincə, Quran onlara nüfuz etdi və bu, onların Quranı dinləmələrinin və Ondan istifadə etmələrinin səbəbi oldu.

• On üçüncüsü:

Bu, əbu'l-Aliyə'nin (haşiyə) görüşüdür. Bu hərflərdən hər biri:

BƏZİ MİLLƏTLƏRİN HƏYATDA QALMAQ MÜDDƏTLƏRİ VƏ DİGƏR BƏZİ QÖVMLƏRİN DƏ ƏCƏLLƏRİ

haqqındadır. İbn Abbas (radiyallahu anh) belə deyir:

Peyğəmbər (sallallahu aleyhi və səlləm), Bəqərə surəsinin başında yer alan "Əlif, Lam, Mim..." ayətlərini oxuyarkən, əbu Yasir b. əl-Axtab, Peyğəmbər (sallallahu aleyhi və səlləm)'in yanına gəldi. Sonra, əbu Yasir'in qardaşı Hayy b. Axtab ilə Ka'b b. Əşrəf də gəldilər. Peyğəmbərdən bunun / "Əlif, Lam, Mim"in mənasını soruşdular və:

"Özündən başqa heç bir ilah olmayan Allahın adı ilə söylə. Bunun Sənə səmadan gəldiyi doğrudurmu?" dedilər.

~ (Bunun üzərinə), Peyğəmbər (sallallahu aleyhi və səlləm):

"Bəli! Eynilə belə endi." buyurdu.

~ Hayy:

"Əgər doğru deyirsənsə, mən, bu ümmətin əcəlinin neçə il olduğunu bilirəm." dedi və belə davam etdi:

"Ümmətinin ömrünün sadəcə 71 il olduğunu, bu hərflərin ƏBCƏD HESABI ilə göstərdiyi bir Adamın dininə, necə girə bilərik?!"

(Bunun üzərinə) Peyğəmbər (sallallahy aleyhi və səlləm), güldü.

~ Hayy:

"Bundan başqası da vardırmı?" deyincə,

~ Peyğəmbər (sallallahu aleyhi və səlləm):

"Bəli! Əlif, Lam, Mim, Sad." dedi.

~ Hayy:

"Bu, birinci (əlif, lam, mim)'dən daha çox və (əbcəd hesabı ilə) 161 il edir. Başqası da vardırmı?" deyə soruşdu.

~ (Bunun üzərinə) Peyğəmbər (sallallahu aleyhi və səlləm):

"Bəli! Əlif, Lam, Ra var." deyə buyurdu.

~ Hayy:

"Bu, birinci və ikincidən daha çoxdur. Biz şəhadət edirik ki, əgər doğru söyləyirsənsə, ümmətinin 231 ili var. Bundan başqası varmı?" deyincə,

~ Peyğəmbər (sallallahu aleyhi və səlləm):

"Bəli! Əlif, Lam, Mim, Ra var." dedi.

~ Hayy:

"Şəhadət edirik ki, Sənə iman etmirik və hansı sözünə inanacağımızı da bilmədik." dedi.

~ əbu Yasir:

"Ancaq mən, peyğəmbərlərimizin, bu (Muhamməd) ümmətin hökmran olacağını xəbər verdiklərinə, ancaq nə qədər hökmran olacaqlarını açıqlamadıqlarına şəhadət edirəm. Əgər Muhamməd doğru söyləyirsə, mən, onu, bütün bu söylədiklərini, birləşdirmiş olaraq sayıram." dedi.

(Bunun üzərinə) Yəhudilər qalxdılar və belə dedilər:

"İş, tamamilə qarışdı. Azınımı, yoxsa çoxunuğumu alacağamızı bilə bilmirik."

Bax bu, Allah Taala'nın:

"Sənə Kitabı endirən, Odur."

ayətilə ifadə edilən şeydir.

--------------------------------------------

(Haşiyə:

Əbu'l-Aliyə kimdir?

Əbu'l-Aliyə ər-Riyahi əl-Basri'nin cahiliyyə dövründə doğulduğu və əbu Bəkr (radiyallahu anh)'ın xilafəti zamanında müsəlman olduğu, qaynaqlarda zikr edilməkdədir. O, "Riyahi" nisbəsini, özünü (nökər olaraq) alıb bir müddət sonra azad edən Riyah oğullarından bir qadının nökəri olması səbəbilə aldığı anlaşılmaqdadır.

Təhsil həyatına, nökər olduğu illərdə, Basra'da, Quran oxumağı və yazı yazmağı öyrənərək başlamışdır. Daha sonra, səhabələrdən nəql edilən rəvayət və hədisləri öyrənməyə çalışan əbu'l-Aliyə, onları tanımaq və bu rəvayətləri şəxsən öz ağızlarından eşitmək üçün, Dəməşqə və Mədinəyə getmişdir. Əli b. əbu Talib, Ubeyy b. Ka'b, əbu Zərr əl-Ğifari, Abdullah b. Məs'ud, Aişə, Zeyd b. Sabit, Abdullah b. Abbas, əbu Musa əl-Əşari kimi böyük səhabələrdən hədis öyrənmiş, əbu Bəkr (radiyallahu anh) ilə görüşmüşdür.

Davud b. əbu Hind, ibn Sirin, Rəbi b. Ənəs və Xalid b. Mihran kimi tanınmış mühəddislərin özündən hədis rəvayət etdiyi əbu'l-Aliyə'dən, Şuayb b. Həbhəb, Rəbi b. Ənəs, Aməş və başqaları, qiraət elmini öyrənmişlərdir. 7 qiraət imamlarından biri olan əbu Amr b. Ala'nın da, ondan faydalandığı rəvayət edilmişdir.

İbn Main, əbu Zur'a və əbu Xatim kimi cərh və tədil imamlarının siqa olaraq dəyərləndirdikləri əbu'l-Aliyə'nin rəvayətləri, "Kütübü's-Sittə"də yer almış, ibn əbu Davud onun haqqında:

"Səhabələrdən sonra, Quranı ən yaxşı bilən kimsə" deyə bəhs etmişdir.

Zəhəbi də, ibn əbu Davudun "Quranı ən yaxşı bilən" ifadəsilə, Quranın təfsirini qəsd etdiyini söyləmişdir.

İbn Hibban, imam Şafi'nin, onun haqqındakı görüşünün mənfi olduğunu qeyd etməkdə, digər bəzi qaynaqlarda da, Şafi'nin:

"Əbu'l-Aliyə'nin hədisi, əslsizdir."

dediyi zikr edilməkdədir.

Ancaq gərək ibn Adi, gərəksə də Zəhəbi ("Mizanu'l-İ'tidal", ll, 54), mürsəl hədisləri dəlil qəbul etməyən Şafinin bu sözünün, əbu'l-Aliyə tərəfindən mürsəl olaraq rəvayət edilən, "namazda səsli olaraq gülmək"lə bağlı bir hədis haqqında söylənmiş olduğunu, dolayısı ilə, əbu'l-Aliyə'nin rəvayət etdiyi bütün hədisləri əhatə ETMƏDİYİNİ söyləmişlərdir.

İbn Abbas, Basra valisi ikən, elmi şəxsiyyətinə dəyər verdiyi əbu'l-Aliyəni məclisdə yanında oturdar; bir nökərə qarşı bu münasibəti qəribsəyənlərə də, elmin, insanın şərəfinə şərəf qatdığını və yuxarı başda oturma haqqı qazandıracağını söyləyərdi.

O, hicri 93-cü ildə vəfat etmişdir.

---------------------------------------

• On dördüncüsü:

Bu hərflər, sözün bitib yeni bir sözün başladığına dəlalət edir.

Əhməd b. Yəhya b. Sa'ləb, belə deyir:

"Ərəblərin bir sözə başlayacaqları vaxt, muxatablara, əvvəlki sözün bitib yeni bir sözün başlayacağı xüsusunda xəbərdarlıq üçün, başlayacaqları bu sözdən başqa bir şeyi söyləmək adətləridir."

• On beşincisi:

Əbu'l-Fərəc ibnu'l-Cevzi, ibn Abbas (radiyallahu anh)'dan belə rəvayət etmişdir:

"Bu hərflər, Allah Taala'nın, Öz Zatını tərifləməyə vəsilə qıldığı hərflərdir."

• On altıncısı:

əl-Əxfəş, belə deyir:

"Allah Taala:

~ bu hərflərin çox şərəfli və fəzilətli olmasından; və

~ bu hərflər, fərqli dillərdə endirilən səmavi kitabların təməli;

~ Allahın gözəl isimlərinin və uca sifətlərinin əsası; və

~ millətlərin sayəsində bir-birilərini tanıdıqları;

~ Allahı zikr edib birlədikləri sözlərin kökü

olmasından dolayı, bu hərflərlə and içməkdədir. Hər nə qədər bundan məqsəd bütün hərflərdirsə də, Allah Taala, onlardan bir qismini zikr etməklə kifayətlənmişdir. Necə ki, sən, surənin hamısını qəsd etdiyin halda, "əlhəmd"i oxudum deyirsən. Buna görə, sanki Allah Taala, belə demişdir:

'Bu hərflərə and içirəm. Çünki bu Quran, Lövh-i Məhfuz'dakı kitabın eynisidir."

• On yeddincisi:

Bu hərfləri söyləmək, hər kəsin adət etdiyi bir xüsus olsa da, bu hərflərin o isimlərlə adlandırılmış olduğunu, elmlə məşğul olub elmdən istifadə edənlərdən başqası bilməz. Peyğəmbər (sallallahu aleyhi və səlləm)'in, daha əvvəl elmlə məşğul olub elmdən istifadə etmiş olmadığı halda bunları xəbər verməsi, qeybdən xəbər verməkdir.

Bundan dolayı, Allah Taala, bu surənin ilk eşidilən qisminin, Peyğəmbərin doğruluğuna dəlalət edən bir möcüzə olsun deyə, başda, bu hurufu'l-muqatta'anı zikr etmişdir.

• On səkkizincisi:

Əbu Bəkr ət-Təbrizi, belə deyir:

"ALLAH TAALA, BU ÜMMƏTDƏN BİR QRUPUN, QURANIN (hərflərinin) QƏDİM OLDUĞUNU SÖYLƏYƏCƏYİNİ BİLDİYİ ÜÇÜN, KƏLAMULLAHIN BU HƏRFLƏRDƏN MEYDANA GƏLDİYİNƏ DİQQƏT ÇƏKMƏK ÜÇÜN, BUNLARI SURƏ BAŞLARINDA ZİKR ETMİŞDİR. BUNDAN DOLAYI, QURANIN (hərflərinin) QƏDİM OLMAMASI LAZIMDIR."

• On doqquzuncusu:

Qadı əl-Mavərdi, belə deyir:

"Əlif, Lam, Mim"dən məqsəd:

أَلَمَّ بِكُمُ ذَلِك الْكِتابُ

Yəni: "Bu kitab sizə endi, sizə qonaq oldu. Çünki 'ələmmə', 'ziyarət etmək' mənasındadır. Allah Taala, belə buyurmuşdur. Çünki Cəbrail (əleyhissəlam), Peyğəmbər (sallallahu aleyhi və səlləm)'ə, bir qonağın gəlişi kimi gələrdi.

• İyirmincisi:

~ "Əlif" - Əvvə'l-əmir'də (hər şeydən əvvəl), istiqamətin gərəkli olduğuna dəlalət edir. İstiqamət də, şəriətə riayət etməkdir. Necə ki, Allah Taala:

إِنَّ ٱلَّذِينَ قَالُوا۟ رَبُّنَا ٱللَّهُ ثُمَّ ٱسْتَقَـٰمُوا۟...

"Rəbbimiz Allahdır deyib, sonra doğru yolda olanlar..." (Əhqaf/13) buyurmuşdur;

~ "Lam" - Nəfslə cihad əsnasında meydana gələn təvazöyə işarətdir. Bu da, təriqətə riayət etməkdir. Necə ki, Allah Taala:

وَٱلَّذِينَ جَـٰهَدُوا۟ فِينَا لَنَهْدِيَنَّهُمْ سُبُلَنَا...

"Uğrumuzda cihad edənləri mütləq Öz yolumuza yönəldəcəyik..." (Ənkəbut/69) buyurmuşdur;

~ "Mim" isə - Sonu başlanğıcının eyni, başlanğıcı da sonunun eyni olan bir dairə kimi, qullarının məhəbbət məqamında olmasına işarətdir. Bu məqam da, ancaq, tamamilə fəna fillah / Allahda fani olmaq ilə olur. Bax bu, həqiqət məqamıdır. Necə ki, Allah Taala:

...قُلِ ٱللَّهُ ۖ ثُمَّ ذَرْهُمْ فِى خَوْضِهِمْ يَلْعَبُونَ

"...Allah de, sonra onları burax ki, daldıqları şeydə eşələnib qalsınlar." (Ənam/91) buyurmuşdur.

• İyirmi birincisi:

~ "Əlif" - boğazın ən uzaq yerindən çıxır. Bu, hərflərin ilk məxrəc yeridir;

~ "Lam" - dilin kənarından çıxır. Bu da, məxrəc yerlərinin ortasıdır;

~ "Mim" də - dodaqdan çıxır ki, bu isə, məxrəclərin sonuncusudur.

Beləcə, "Əlif, Lam, Mim": qulun zikrinin başlanğıcının, ortasının və sonunun, ancaq Allah olması gərəkdiyinə işarət edir. Necə ki, Allah Taala:

فَفِرُّوٓا۟ إِلَى ٱللَّهِ...

"Allaha tərəf qaçın..." (Zariyat/50) buyurmaqdadır.

Mühəqqiq alimlərin çoxuna görə, bu hərflər, surələrin isimləridir. Bunun dəlili isə, budur:

Bu ləfzlər, ya başa düşülməyəndir və ya başa düşüləndir. Birinci fikir (başa düşülən olmaması), bu yönlərdən batildir:

• Birincisi:

Əgər bu, caiz olsaydı, o vaxt, ərəblərə, zəncilərin dililə danışmaq və xitab etmək, caiz olardı.

• İkincisi isə:

Allah, Quranın bütününü, hidayət rəhbəri olaraq vəsf etdi. Bu isə, Onun, başa düşülən olmamasına MANEdir.

Başa düşülən olmasına gəlincə, biz, deyirik:

Allah Taala'nın, bu hərflərdən məqsədi, onları, ya:

1. Ləqəb isimləri; və yaxud da

2. Məna isimləri

qılmaqdadır.

Bunlardan ikinci ehtimal, yalnışdır. Çünki bu ləfzlər, ərəbcədə, müfəssirlərin zikr etmiş olduqları mənalar üçün qoyulmamışlardır. Bundan dolayı, bu ləfzləri, bu mənalara həml etmək, imkansızdır. Çünki Quran, ərəbcə nazil olmuşdur. Dolayısı ilə, Onu, ərəbcədə olmayan bir mənaya həml etmək, caiz deyildir.

Bir də ki, müfəssirlər, çox fərqli görüşlər zikr etmişlərdir. Bu ləfzlərin, onların zikr etdikləri görüşlərin bir qisminə dəlalət etmələri, digərlərinə dəlalət etmələrindən daha əvla DEYİLDİR. Bu halda, bu ləfzlər, müfəssirlərin zikr etdikləri mənaların hamısına həml edilməlidir ki, bu da, icma ilə imkansızdır. Çünki müfəssirlərdən hər biri, bu ləfzləri, zikr edilən möhtəməl mənalardan sadəcə birinə həml etmişlərdir. Müfəssirlər arasında, bu ləfzləri, bu mənaların hamısına həml edən, mövcud deyildir. Ya da, bu ləfzlər, bu mənalardan heç birinə həml edilməzlər ki, əldə qalan görüş də, budur. Bu ləfzlərin, məna isimləri olmaları yalnış olunca, onların ləqəb isimləri olduğuna hökm etmək gərəkdir.

"Bu ləfzlərin mənaları, bilinə bilməz."

deyilməsi, bir şəxsin:

"Əgər bu (kəsik hərflərin mənalarının bilinməməsi), caiz olsaydı, bu, Allahın, ərəblərlə, ərəb olmayanların dililə danışmış olmasının caiz olduğunu gərəkli qılmazmı?"

deyilərsə, belə cavab verərik:

Allahın, ərəblərə, ərəb olmayanların dililə xitab etməsi, niyə caiz olmasın ki?! Çünki Allah Taala, ərəblərə:

~ həbəşcə olan: "mişkət" / "qəndil" (Nur/35) ilə;

~ farsca olan: "istəbraq" / "ən gözəl ipək libas" (bax: Kəhf/31) və "siccil" / "palçıqdan bişirilmiş" (bax: Hud/82)

kəlimələrini istifadə edərək, xitab etmişdir.

Bu ləfzlərin (kəsik hərflərin) mənalarının anlaşılmaması, Allah Taala'nın, "Quranın hamısının bir hidayət rəhbəri olduğu"nu bildirməsinə, zidd düşmürmü?"

deyilərsə, biz, belə deyərik:

Quranın, mücməl və mütəşabihatı əhatə etməsi mövzusunda, hər hansı bir anlaşılmazlıq yoxdur. Quranın, mücməl və mütəşabihatı ehtiva etmiş olması, necə Onun bir hidayət rəhbəri olmasına zərər vermirsə, bu hərfləri ehtiva etməsi də, zərər verməz.

Biz, bu ləfzlərin mənalarının başa düşülən olduğunu qəbul edirik. Lakin sənin:

"Bu ləfzlər, ya məna ismidir, ya ləqəb ismidir."

şəklindəki sözün, bu ləfzlərin, ancaq, hər hansı bir şeyi ifadə etmək üçün qoyulmuş olduqlarının qətiləşməsi halında doğru olur ki, bu da, imkansızdır.

Bəlkə də, Allah Taala, bu ləfzlərlə, Qutrub'un dediyi kimi, başqa bir hikmətdən dolayı danışmışdır. Qutrub, belə deyir:

"Müşriklər, ilk əvvəl, Qurana iltifat etməməkdə ittifaq edincə, Allah Taala, rəsuluna, başlanğıcda, bu hərflərlə danışmasını əmr etdi; beləcə, onlar, bu hərfləri dinlədiklərində heyrətlənib sükut etdilər. Beləcə də, Quran, onların qulaqlarını yaxşıca doldurdu."

Biz, bu ləfzlərin, hər hansı bir şeyi ifadə etmək üçün qoyulmuş olduqlarını qəbul etdik. O halda, bu ləfzlərin, məna isimlərindən olduqlarını söyləmək, niyə caiz olmasın ki?!

Bu ləfzlərin mənaları məlum olmadığı vaxt:

"Bu ləfzlər, ərəbcədə qətiliklə hər hansı bir şey üçün qoyulmamışlardır."

deyilərsə, biz, belə deyərik:

"Bu ləfzlərin, tək başlarına hər hansı bir şey üçün qoyulmamış olduqlarında, bir anlaşmazlıq yoxdur. Ancaq bu ləfzlər, xüsusi bir qərinə ilə bərabər, müəyyən bir məna ifadə edirlər."

deyilməsi, niyə caiz olmasın ki?! Bunu, bir neçə yöndən belə açıqlaya bilərik:

• Birincisi:

Peyğəmbər (sallallahu aleyhi və səlləm), müşriklərə, bir çox dəfə, Quranla təhəddi etmiş / meydan oxumuşdur. Allah Taala, bu hərfləri zikr edincə, halın göstərdiyi qərinə, Allah Taala'nın, bu hərfləri zikr etməsindən muradının, onlara belə demək olduğuna dəlalət etməsidir:

"Ey müşriklər, bu Quran, sizin də özünə gücünüz çatdığı hərflərdən tərkib edilmişdir. Əgər bu, bir bəşər işi olsaydı, bunun bənzərini sizin də gətirə bilməyiniz lazım gələrdi."

• İkincisi:

O HƏRFLƏRİ, ƏBCƏD HESABINA VURMAQ, İNSANLAR NƏZDİNDƏ BİLİNƏN BİR ADƏTDİR.

• Üçüncüsü:

Bu hərflər, sözün kökləri olunca, şərəfli və əziz olmuşlardır. Bu səbəbdən dolayı, Allah Taala, bunlara, sair şeylərə and içdiyi kimi and içmişdir.

• Dördüncüsü:

Bir ismin hərflərindən tək bir hərflə kifayətlənmək, ərəblərcə bilinən bir adətdir. Beləcə, Allah Taala, Öz isimlərinə diqqət çəksin deyə, bu hərfləri zikr etmişdir.

Dəlilinizi qəbul edirik. Ancaq bu da, bir çox cəhətdən ziddiyyət doğurur:

~ Birincisi:

Bir çox surəni, "Ha, Mim" və "Əlif, Lam, Mim" ləfzlərində birləşmiş olaraq görürük. Buna görə, burda da bir qarışıqlıq vardır. Halbuki aləm isimlərindən məqsəd, qarışıqlığı ortadan qaldırmaqdır.

Əgər:

"Bu, özlərinə Muhamməd adı verilən izdihamlı bir topluluğun olması ilə, bir çətinlik ərz edir. Çünki Muhamməd ismində hamısının ortaq olması, o ismin aləm olmasına zidd düşməz."

deyilərsə, biz, belə deyərik:

"Əlif, Lam, Mim" sözümüz, qətiliklə hər hansı bir məna ifadə etməz. Əgər "Əlif, Lam, Mim" sözünü bir aləm qəbul edərsək, bunun faydası, təyin etmək və qarışıqlığı ortadan qaldırmaqdır. Bu məqsəd əldə edilməyincə, bunu aləm qılmaq, imkansız olur. Muhamməd ismilə isimlənmək isə, belə deyildir. Çünki Muhamməd ismilə isimlənmədə, təyin etməyin xaricində, başqa məqsədlər də vardır. Bu da, o ismin peyğəmbər adı olması və şərəfli sifətlərdən bir sifətə dəlalət etməsi cəhətindən, bu isimlə bərəkət ummaqdır.

Yenə təyin etməyin xaricində, o isimlə, bu məqsədlərdən hər hansı bir məqsədi də qəsd etmək, caizdir. "Əlif, Lam, Mim" sözümüz, belə deyildir. Çünki bunda, təyindən başqa hər hansı bir fayda yoxdur. Hər hansı bir fayda ifadə etməyincə də, ona isim vermək, tamamilə mənasız olur.

• İkincisi:

Əgər bu ləfzlər, surələrin isimləri olsaydı, bunun təvatür yolu ilə bilinməsi lazım gələrdi. Çünki bu isimlər, ərəblərin isim vermə qaydalarına görə olmamışdır. Gizlədilmələrinə dair bir qorxu və ya bir arzunun olmadığı hallarda, qərib şeylərin nəql edilmələrinə dair, çoxca səbəblər olur. Əgər bunların nəql edilmələrinə dair bir çox səbəb olmuş olsaydı, bu xüsus, təvatürlə bilinər və özündəki anlaşılmazlıq da sonlanardı. Hal belə olmayınca, bunların, surələrin isimləri olmadıqlarını anlamış olduq.

• Üçüncüsü:

Quran, ərəbcə nazil olmuşdur. Ərəblər isə, isimləndirdikləri şeyi, ən çox 2 kəlimədən mürəkkəb olaraq isimləndirmişlərdir. Məsələn, "Ma'dikəribə" və "Bə'labəkkə" kimi...Ərəblərdən heç kim, bir şeyi, 3, 4 və 5 isimlə isimləndirməmişlərdir. Buna görə, bu ləfzlərin, surələrin ismi olduğunu söyləmək, ərəbcənin xaricinə çıxmaq olur ki, bu da, caiz deyildir.

• Dördüncüsü:

Bu ləfzlər, bu surələrin isimləri olmuş olsaydı, bu surələrin, sadəcə bu ləfzlərlə -başqa isimlərlə deyil- isimləndirilmiş olmaları lazım gələrdi. Ancaq bu surələr, başqa isimlərlə də tanınmaqdadırlar. Məsələn, ərəblərin, Bəqərə surəsi, Al-i İmran surəsi və b. demələri kimi...

• Beşincisi:

Bu ləfzlər, surəyə şəxsən daxil olub onlardan bir cüzdürlər. Bir şeyin cüzü isə, dərəcə cəhətindən o şeydən əvvəl; bir şeyin ismi isə, dərəcə cəhətindən o şeydən sonradır. Əgər bu ləfzləri, surələrin ismi qəbul edərsək, eyni anda, bərabər bir şəkildə, öncəlik və sonralıq lazım gəlir ki, bu da, muhal / imkansızdır.

Əgər:

"Bizim "..." sözümüzün hamısı, əsasında bu sözün ilk hərfinin adıdır. Mürəkkəb bir kəlimənin, öz cüzlərindən bir qisminin adı olması caiz olunca, bu mürəkkəb kəlimənin cüzlərindən birinin, mürəkkəb kəlimənin adı olması, niyə caiz olmasın ki?!"

deyilərsə, biz, belə deyərik:

Fərq, aşkardır. Çünki mürəkkəb, müfrəddən; isim, müsəmmadan sonra gəlir. Əgər mürəkkəbi, müfrədin adı qılsaq, 2 səbəbdən dolayı, bu mürəkkəbin, bu müfrəddən sonra gəlməsi lazımdır ki, bu da, imkansız deyildir. Ancaq əgər müfrədi mürəkkəbin ismi qılsaq, bir müfrədin müfrəd olması etibarı ilə əvvəl olması, bir də, onun isim olması cəhətilə sonra olması lazımdır ki, bu da, imkansızdır.

• Altıncısı:

Əgər hal, belə olsaydı, Quran surələrindən hər hansı bir surənin bu şəkildəki bir isimdən, uzaq olmaması lazım gələrdi. Halbuki bilindiyi üzərə, hal, belə deyildir.

"Allah, Quranda, ərəbcə olmayan "mişkət" və "siccil" kimi kəlimələri istifadə etmişdir."

şəklindəki suala, 2 şəkildə cavab veririk:

• Birincisi:

Bu kəlimələrin hamısı, ərəbcədir. Ancaq, digər dillərlə təvafuq (uyğunluq) bəhs mövzusudur. İki dildə, bəzən eyni kəlimələr ola bilir.

• İkincisi:

Bu isimlərlə isimləndirilən şeylər, daha əvvəllər, ərəb ölkələrində mövcud deyildi. Nə vaxt ki isimləndirilən bu şeyləri tapdılar, tanıdılar, bundan sonra da bu şeylərin isimlərini öyrəndilər. Bunun davamı olaraq da, bu isimləri istifadə etdilər və bu ləfzlərin hər biri, ərəbcə ləfzlər oldular.

"Allahın kitabında, mücməl kəlimələrin mövcud olması, bu kitabın bir bəyan olmasına zərər verməz."

sözü haqqında isə, bunu deyirik:

Allahın kitabında yer alan hər mücməlin, ağılda və ya Kitabda və yaxud da Sünnətdə, bir açıqlaması vardır. O vaxt, Kitab bir şey ifadə edər. Açıqlama isə, özündən, Allahın muradının nə olduğunun bilinmədiyi yerlərdə olur.

"Bu ləfzlərin zikr edilməsindən məqsədin, müşriklərin hay-küylərinə son vermək olması, niyə caiz olmasın ki?"

sözünə gəlincə, deyirik ki, əgər bu ləfzlərin (hurufu'l-muqatta'a)'nın bu məqsəd üçün zikr edilmələri caiz olsaydı, bu məqsəddən dolayı (onların hay-küylərinə qarşılıq) Allahın buna qarşılıq sözləri Quranda zikr etməsi, caiz olardı ki, bu da, icma ilə yalnışdır.

Onların zikr etdikləri digər yönlərə gəlincə, biz, "Əlif, Lam, Mim" sözümüzün, ərəbcədə bu mənaları ifadə etmək üçün qoyulmadığını açıqlamışdıq. Bu səbəblə, bu mənaların, o kəlimə haqqında istifadə edilməsi, caiz deyildir. Çünki Quran, ərəbcə nazil olmuşdur. Digər yandan, bu mənalar bir-birilərilə zidd düşməkdədirlər. Bu səbəblə, ləfzi mənalardan bir qisminə həml etmək, digərinə həml etməkdən daha əvla deyildir.

Bir üçüncü səbəb də budur:

Əgər biz, bu qapını açsaq, bütün batini təvillərin və digər ifrat sözlərin qapısı da açılmış olar ki, bunu etməyimizə imkan da yoxdur.

~ Birinci muarazaya (sözlə mücadiləyə) cavabımıza gəlincə:

Bir çox surənin bir isimlə isimləndirilmiş, sonra da, bunların hər biri, digərindın başqa bir əlamətlə ayrılmış olmasında, gizli bir hikmətin olması, uzaq bir ehtimal deyildir.

~ İkinci muarazaya cavabımız isə, budur:

Bir surəni, müəyyən bir ləfzlə isimləndirmək, böyük bir iş deyildir. Bundan dolayı, bu ismin, şöhrətdə təvatür dərəcəsinə çatmamış olması, CAİZDİR.

~ Üçüncü muarazaya cavab:

Bir şeyi 3 isimlə isimləndirmək, "xadra məvtə"də olduğu kimi, tək bir isim qılsan, bu, ərəbcənin xaricinə çıxmaq olur. Ancaq say isimlərində olduğu kimi, tərkib halında olmadan, tək-tək saymağa gəlincə, bu, caizdir. Çünki Sibeveyh, bir şeyin:

• cümlə ilə;

• bir şeirin beytilə; və

• bir qrup hərf ilə

isimləndirmənin caiz olduğunu açıqlamışdır.

~ Dördüncü muarazaya cavab:

Şöhrət cəhətindən, ləqəbin, əsl isimdən, daha çox yayılmış olması, uzaq bir ehtimal deyildir. Burda da, belədir.

~ Beşinciyə cavab:

İsim: Müəyyən bir zamanı göstərmədən, öz başına müstəqil bir şeyə dəlalət edən bir ləfzdir. "əl-İsm" ləfzi də, belədir. Buna, isim, özünün ismi olur. Bu, caiz olunca, bir şeyin cüzünün o şeyin ismi olması, niyə caiz olmasın ki?!

~ Altıncıya cavab:

İsim, bir hikmətdən dolayı qoyulur. Bu hikmətin, surələrin bir qisminə deyil digər bir qisminə isim qoymağı gərəkdirmiş olması, uzaq bir ehtimal deyildir. Çünki Allah Taala, istədiyi şeyi edər.

Hurufu'l-muqatta'a'nın bir mənası olduğunu söyləyən görüşü dəstəkləmə sədədində söylədiyimiz sözün sonu, budur.

Nəql etdiyimiz sözlərlə dəstəklədiyimiz bu görüşdən sonra, Qutrub'un görüşü gəlir. Onun görüşü, budur:

"Kafirlər, bir-birilərinə:

...لَا تَسْمَعُوا۟ لِهَـٰذَا ٱلْقُرْءَانِ وَٱلْغَوْا۟ فِيهِ...

'...Bu Qurana qulaq asmayın, oxunarkən hay-küy salın...' (Fussilət/26)

demişlərdir. Peyğəmbər (sallallahu aleyhi və səlləm), bu surənin başındakı bu hurufu'l-muqatta'a'nı oxuyunca, kafirlər, ondan heç bir şey başa düşmədilər. İnsan, əngəlləndiyi şeyə qarşı düşgündür. Bundan dolayı da, müşriklər, bu qapalı sözq təfsir edəcək və bu müşkili izah edəcək bir söz gələr ümidilə, Qurana qulaq verir, Onun surə və ayətlərini, təfəkkür edib düşünürlərdi. Bu da, onların, Quranı dinləmələrinə, Onun surələrini və ayətlərini yaxşıca düşünmələrinə bir vəsilə olmuşdu."

Bu görüşü, 2 şey dəstəkləməkdədir:

• Birincisi:

Bu hərflər, sadəcə surələrin başlarında vardır. Bu da, məqsədin, söylədiyimiz şey olduğunu xatirə gətirir.

• İkincisi:

Alimlər, belə demişlərdir:

Mütəşabih ayətlərin endirilməsindəki hikmət, bunun səbəblərini araşdıran kimsənin, Quranın mütəşabih ayətlər ehtiva etdiyini öyrəndiyində, görüşünü dəstəkləyəcək və qənaətinə kömək edəcək bir şey tapmaq ümidilə, Quranı incədən-incəyə düşünməsi və Onun üzərində təfəkkürə səy göstərməsidir. Bu cəhd də, beləcə, onu azğınlıqlardan qurtaracaq olan möhkəm ayətlərə vaqif olmasına bir vəsilə olar.

(Elə isə) Bəzi azğın fikirlərə çəkilə bilən mütəşabih ayətlərin bu hikmət üçün endirilmələri caiz olunca; heç bir xəta və azğınlığa yol açmayan kəsik hərflərin eyni hikmət (qayə) üçün endirilmələri, daha uyğun olar.

Bu mövzuda, ən uzaq görüş, belə deyilməsidir:

"Əgər bu, caizdirsə, Allah Taala'nın, ərəblərə, zəncilərin dililə danışması və bu hikmət üçün mənasız sözlər söyləməsi də, caiz olar. Bu da, Quranın bir hidayət rəhbəri və açıqlama olmasına, zərər verər."

Lakin, buna qarşı biz, belə deyirik:

Allah Taala'nın, ərəblərə, zəncilərin dililə danışa biləcəyini söyləmək, niyə caiz olmasın ki?! Bunda da, eyni (hikmət) vardır. O halda, bu da caiz olur.

Bu mövzuda, sözün özü:

Danışmaq, bir feldir. Danışmağa götürən səbəb isə, bəzən fikrini ifadə etməkdir, bəzən də, başqa bir şeydir.

"Bu, mənasız söz söyləmək olur."

sözünə gəlincə, biz, deyirik:

Əgər sən, "mənasız söz (həzəyan)" kəliməsilə, faydadan uzaq bir feli qəsd edirsənsə, hal, belə deyildir. Əgər "həzəyan" sözü ilə, bir şey ifadə etməyən ləfzləri qəsd edirsənsə, bu ləfzlərdə, bunun xaricində başqa faydalar mövcuddursa:

"Bu, hikmətə zərərdir." niyə deyilsin ki?!

Quranın, bir hidayət rəhbəri və açıqlama olaraq vəsf edilməsinə gəlincə, bu, söylədiklərimizə zidd deyildir. Çünki məqsəd, bizim zikr etdiyimiz xüsus olunca, onların Quranı dinləmələri, ən böyük hidayət və açıqlama növü olmuş olur.

Ən doğru bilən, Allahdır.

(Fəxrəddin ər-Razi, "Məfatihu'l-Ğeyb" təfsiri)

Read 39 times
In order to make a comment, please login or register