Bəqərə surəsi 1-ci ayətin təfsiri - 3

 

Əlif, Lam, Mim. (Bəqərə/1)

-----------------------------

Təfsiri:

"Əlif, Lam, Mim" haqqında, fərqli görüşlər iləri sürülmüşdür.

• Abdullah ibn Abbas (radiyallahu anh)'ın belə dediyi rəvayət edilmişdir:

"Əlif, Lam, Mim: Mən Allaham, ən yaxşı bilənəm, deməkdir."

• Bunun:

~ "Allahın bir and ifadəsi olduğu" söylənildiyi kimi;

• Bu cür hərflərin:

"Surələrin başlanğıc qisimlərini təşkil etdiyi" də bildirilmişdir.

• Bir başqa görüşə görə:

Bu hərflərin hər biri, Allahın isimlərindən birinin, örtülü (kinayəli) ifadəsidir:

~ Əlif - Allah;

~ Lam - Lütfü;

~ Mim - Mülkü

deməkdir. Yaxud:

~ Əlif - Allahın nemətlərinə;

~ Lam - Allahın lütfünə;

~ Mim - Allahın məcdinə (ucalığına)

deməkdir. Və yaxud:

~ Əlif - Allah;

~ Lam - Cibril;

~ Mim - Muhamməd

deməkdir.

• Bir digər izaha görə, bunlar:

Şeir və bənzəri vəznli və ya qafiyəli sözləri və qafiyəsiz mətnləri ayırmaq üçün gətirilən (və şairlərin, qəsidələrinin başlanğıcında bir bəzək və bir giriş olaraq yer verdikləri) təşbib qəbilindən sözlərdir. (Haşiyə)

-----------------------------------------

(Haşiyə:

Alaaddin əs-Səmərqandi "Şərhu't-Təvilat" əsərində, belə deyir:

"Bəzilərinə görə, bu əlifba hərfləri, -insanların qafiyəli və qafiyəsiz ifadələrində adət olduğu üzərə- özlərindən sonra gələn sözün müqəddiməsi qəbilindəndir. Çünki bir nəsr parçasını qələmə alan ədibin və ya bir qəsidə düzən şairin adəti, qəzəl, qələm və bahar təsviri kimi əsl mövzuya giriş verdiyi bir müqəddimə ilə başlamasıdır. Bununla o, dinləyicinin anlayış və zehnini, sözünü anlamağa və qavramasına hazırlamasına fürsət vermiş olur; dolayısı ilə, bu hal, ədibin/ədəbiyyatçının və ya şairin hədəflədiyi məqsədə çatmasına, bir vəsilə təşkil edir. Bax surələrin başlanğıclarında yer alan əlifba hərfləri də, belədir.

Quranda bəzən gözə çarpan bu üslubun istifadə edilməsinin səbəbi, kafirlərin Quranı dinləməmələri və Ona maraq hiss etməmələri idi. Necə ki, Allah Taala, bu xüsusu, bu bəyanı ilə vermişdir:

وَقَالَ ٱلَّذِينَ كَفَرُوا۟ لَا تَسْمَعُوا۟ لِهَـٰذَا ٱلْقُرْءَانِ وَٱلْغَوْا۟ فِيهِ لَعَلَّكُمْ تَغْلِبُونَ

"Kafirlər: “Bu Qurana qulaq asmayın, oxunarkən hay-küy salın. Bəlkə, qalib gələsiniz”– dedilər." (Fussilət/26)

----------------------------------------------

• Yenə deyildiyinə görə:

Bu müstəqil hərflərin mənaları, özlərini izləyən qisimlərlə açıqlanmışdır. Məsələn:

~ "Əlif, Lam, Mim. Bu kitab..." ayətində (Bəqərə/1-2) olduğu kimi.

Burda, "bu kitab" qismi, "Əlif, Lam, Mim"in açıqlamasıdır.

Eyni şəkildə:

~ "Əlif, Lam, Mim. Allahdan başqa ibadətə layiq olan məbud yoxdur." (Al-i İmran/1-2);

~ "Əlif, Lam, Mim, Sad. Bu, Sənə endirilən kitabdır." (Əraf/1-2);

~ "Əlif, Lam, Ra. Bu kitab..." (Hud/1);

~ "Əlif, Lam, Mim. Bunlar, hikmət dolu kitabın ayətləridir." (Loğman/1-2)

kimi ayətlərdə də, bu hərflərin dərhal arxasından gətirilən qisimlər, onların açıqlaması mövqeyindədir.

• Bəzilərinə görə:

Bu hərflərdə,

ƏBCƏD HESABI İLƏ İSLAM ÜMMƏTİNİN HAKİMİYYƏTİNİN AQİBƏTİNƏ DAİR İŞARƏTLƏR VARDIR.

Ancaq onlar, bəzi hərfləri hesaba qatmış, bəzilərini də qatmamışlardır.

• Bir digər görüş:

Bu hərflərin, Allahın, haqqında məlumat vermədiyi mütəşabih qrupundan olduğu şəklindədir. Çünki Onun, Öz qullarını, istədiyi şəkildə imtahan etməsi, mümkündür.

• Yenə, bir görüşə görə:

Müşriklərin:

"...Bu Qurana qulaq asmayın, oxunarkən hay-küy salın. Bəlkə, qalib gələsiniz." (Fussilət/26);

"Onların müqəddəs Evin yanındakı ibadətləri fit vermək və əl çalmaqdan başqa bir şey deyildir..." (Ənfal/35)

ayətlərində işarət etdiyi üzərə, müşriklər, Quranı dinləmirlərdi. Bax bu səbəblə, əziz və cəlil olan Allah, eşitmələrinə vəsilə qılmaq və İlahi təbliği təmin etmək üçün, bu əlifba hərflərinə, kitabında yer vermişdir.

----------------------------

Hurufu'l-Muqatta'a mövzusunda hərəkət nöqtəsi olaraq bir az əvvəl də bəhsini etdiyimiz kimi, bunları "and ifadələri" olaraq müəyyənləşdirmək mümkündür.

Bəlli surələrin başında zikr edilənlərlə, ərəb əlifbasındakı bütün hərflər qəsd edilmiş ola bilər. Çünki ərəblərin adətlərinə görə, qiyməti uca və dəyərli şeylər üzərinə and içilir. Hərflər isə, dünya və axirət nizamını təmin edən təməl ünsürlərdən olub, onlar vasitəsilə bütün faydalı şeylərə çatıla bilir.

Bununla bərabər, muqatta'a hərfləri, bütün hikmət növlərinin özlərində toplandığı 2 böyük nemət olan "danışmaq" və "dinləyib eşitmək" nemətlərinə də işarət etməkdədir. Bu səbəblə, Allah:

"Hərflərin Rəbbinə and olsun."

mənasında, onlara and içmişdir.

Və ya:

İnsanların gözlərində, hərflərin qiymətini ucaltmaq məqsədilə, onlarla and içmişdir. Bunun, Allahın iradəsi altında olduğu, şübhəsizdir. Bütün güc və qüdrət, Allaha aiddir.

--------------------------------------

Bəzi surələrin başında yer alan hərflərdən hər birinin, təkrar edək ki,

ƏBCƏD HESABI İLƏ İNSANLARIN QATINDA BÖYÜK VƏ ƏHƏMİYYƏTLİ BİR HALA İŞARƏT EDƏN RƏMZ VƏ SİMVOLLAR OLMASI DA, MÜMKÜNDÜR.

--------------------------------------

Yenə onlarla:

~ Allahın isim və sifətləri;

~ Yaratdıqlarına ehsan etdiyi nemətləri;

~ İSLAM ÜMMƏTİNİN AQİBƏTİ, BU ÜMMƏTİN XƏLİFƏ VƏ DÖVLƏT BAŞÇILARININ SAYI VƏ İSLAM ÜMMƏTİNİN YAYILACAĞI YERLƏR,

simvollar halında bildirilmiş də, ola bilər.

Bu, son dərəcə vəciz bir ifadə şəklidir. Hətta söz yerinə rəmzlə kifayətlənmək və uzun açıqlamaya girişməkdənsə, işarətləri kafi (kifayət edən) görməkdir. (Haşiyə)

--------------------------------------

(Haşiyə:

"Deyildiyinə görə, Quranda keçən həca hərflərinin hər biri, böyük və əhəmiyyətli hallara işarət etməkdədirlər. Məsələn:

~ İslam ümmətinin hakimiyyətinin çatacağı sərhədlər; və

~ Onların hakimiyyətində, haqqın batilə qalibiyyəti; və

~ Dövlət başçıları ilə xəlifələrin sayları;

~ İslam dövlətinin hakim olacağı və yayılacağı yerlərin sayı,

son dərəcə vəciz bir ifadə ilə və uzun sözlər yerinə, sadəcə bu qısa hərflərlə kifayətlənilərək açıqlanmışdır. Bu surətlə, insanlar, Allahın, dilədiyi şeyləri işarət və simvol dililə bildirməsindəki qüdrətini öyrənmişlərdir.

Məgər görmürsən ki, Allah, bəzi məxluqlarının bədənlərinə elə gizli şeylər yerləşdirmişdir ki, həm ağıllar, həm idrak vasitələri, bunları anlamaqda heyrətə düşmüşlərdir. Məsələn:

- Böcəyin bədənində, ipəyin;

- Ceyranda, müşkün;

- Arıda, balın...

olması kimi.

Bax, Allahın, Öz kəlamındakı rəmzli bəyanları da, bunun kimidir. Bütün güc və qüdrət, Allaha aiddir." (Səmərqandi, "Şərhu't-Tə'vilat")

----------------------------------------

Bəhsi edilən hərflərin, surə adları olması da, mümkündür. Kitablarına, istədiyi adları verdiyi kimi; surələrinə də istədiyi adları verməsi, Allaha aid bir işdir. Cins isimləri, ən çox 5 hərfli olduqları kimi, muqattaa hərflərindən meydana gələn surə adları da belədir. (Haşiyə)

------------------------------------

(Haşiyə:

Ərəb dilində, əlavə hərflər ehtiva etməyən cins isimlərinin, ən çox 5 hərfdən meydana gəldiyi izah edilməkdədir.

"Qaf, Ha, Yə, Ayn, Sad." və "Ha, Mim, Ayn, Sin, Qaf" kimi surələrin başında yer alan muqatta'a hərflərin də ən uzunu, 5 hərfdir.)

-------------------------------------

Bunun dəlili, bu cür hərflərlə başlayan bütün surələrin, bəhsi edilən hərflərlə bir münasibət içində olmasıdır. Sanki surə, başındakı muqatta'a hərflərilə qurulmuşdur. Bütün güx və qüdrət, Allaha məxsusdur.

-------------------------------------

Heca hərflərinin, -daha əvvəl bəhsini etdiyimiz üzərə-, vəznli və vəznsiz sözlərin arasını ayırmaq vəzifəsi görən təşbib qəbilindən olması da, mümkündür.

Hislər aləmindəki sözlərdə adət olan, mənzumələrin təşbib ilə başlanmasıdır. Şair, bu surətlə, əsl söyləyəcəyi kəlamdan fərqli bir giriş verər. Bax, Allah kəlamının da misalı, belədir.

Məgər görmürsən ki, Quran, bəşəri söz növləri çərçivəsində bir hal ərz edir, lakin bəşərin kəlamında, Qurana eynilə bənzəyən bir ifadə tapmaq mümkün deyildir. Şairlərin təşbibində də, hal, eynidir. Bütün güc və qüvvət, Allaha məxsusdur.

------------------------------------------

Allahın bu hərfləri, nəyi qəsd etdiyini yalnız Özünün bildiyi şəkildə endirmiş olması da, mümkündür. Bu surətlə, Allah:

- hurufu'l-muqatta'a'nı təvil və təfsir etməkdən çəkinmək;

- həqiqi mənalarını və özlərilə nə bildirilmək istənildiyini onları Endirənə buraxmaq; və

- onların mütəşabih ayətlər olduqlarını qəbul etmək

xüsusunda, qullarını imtahan etməyi diləmişdir. Necə ki, mülhidlərin (inkar edənlərin) ilişib qaldığı mövzulardan biri də, bu hərflərdir. Bütün güc və qüvvət, Allaha məxsusdur.

-------------------------------------------

Bu hərflərin, Məkkəlilərin, daha əvvəl bənzərini görüb tanımadıqları qəribə bir şəkildə gəlmələri səbəbilə, üzərində düşünməyə sövq edəcək tərzdə endirilmiş olması da, mümkündür.

Çünki Allah, onların:

~ haqqı qəbul etməyib dirəndiklərini;

~ Quranı dinləməyib Ondan üz çevirdiklərini; və ~ Onların:

"... “Bu Qurana qulaq asmayın, oxunarkən hay-küy salın..." (Fussilət/26)

dediklərini bilirdi. Çünki Məkkəlilər, Peyğəmbər (sallallahu aleyhi və səlləm)'i, özlərindən Biri kimi qəbul edirlərdi. Bununla bərabər, bu hərflər, daha əvvəl tanımadıqları bir ifadə şəkli gətirdiyindən, onların tənqidlərinə yol açmışdır. Allah rəsulu (sallallahu aleyhi və səlləm) də, bu inancsızlara, hər şeyin idarəsinə sahib olan Allahın qatından nazil olanları öyrənməyə özlərini sövq edəcək olan kəsik hərfli surələr oxumuşdur. Bu səbəbdən, onlar, Quranın bütün digər ayətləri arasında, bu hərflər üzərində fikir yormağa başlamışdılar. Bütün güc və qüvvət, Allaha məxsusdur.

-------------------------------

Nəhayət, digər bir görüşə görə də, Allah, yaratdıqlarını, bu hərflər üzərində düşünməyə dəvət etmişdir. Bunlarla nəyi bildirmək istədiyini bilən, sadəcə Özüdür.

(İmam əbu Mansur əl-Maturidi, "Təvilatu'l-Quran" təfsiri)

Read 36 times
In order to make a comment, please login or register