Bəqərə surəsi 183-cü ayətin təfsiri
يَـٰٓأَيُّهَا ٱلَّذِينَ ءَامَنُوا۟ كُتِبَ عَلَيْكُمُ ٱلصِّيَامُ كَمَا كُتِبَ عَلَى ٱلَّذِينَ مِن قَبْلِكُمْ لَعَلَّكُمْ تَتَّقُونَ
"Ey iman gətirənlər! Sizdən əvvəlkilərə yazıldığı (fərz qılındığı) kimi, müttəqi (təqva sahibi) olasınız deyə, sizə də oruc yazıldı (fərz qılındı)." (Bəqərə/183)
-----------------------------------
Təfsiri:
Altıncı hökm: Oruc (savm)
"Savm" kəliməsinin lüğəvi mənası:
Bil ki, "əs-siyam" kəliməsi, "qiyam" vəznində, "sam" felinin məsdəridir.
• Ərəbcədə, siyam: "bir şeyi tərk etmək" deməkdir. Danışmağı tərk etdiyi üçün susan kimsəyə də, bu mənda "savmun" deyilmişdir. Ayətdə də:
...إِنِّى نَذَرْتُ لِلرَّحْمَـٰنِ صَوْمًا...
"...Şübhəsiz Mən (Məryəm), Rahmən olan Allah üçün susmağı nəzr etdim..." (Məryəm/26) buyurulmuşdur.
• Günəş yaxşıca yüksəlib gündüzün istisi yaxşıca vurduğu zamana, "savmun nəhari" deyilir. Necə ki, İmru'l-Qays belə demişdir:
"Tərk et o sevgilini və günəş tam təpəyə yüksəlib istisi şiddətləndiyində, ona aid olan kədərini həsrət ilə təsəlli et..."
"Savm" (oruc) kəliməsinin lüğəvi mənası, bax budur.
---------------------------------
Orucun tərifi:
Dini terminologiyada isə, "savm": fəcrin doğmasından günəşin batmasına qədər, insanın oruc olduğunu bilərək və buna niyyətli olaraq, orucu pozan şeylərdən özünü tutmasıdır.
-----------------------------------
Birinci məsələ (Ayətdəki bənzətmə haqqında):
Bu ayətdəki bənzətmə ilə bağlı 2 görüş vardır:
a. Bu, orucun fərz qılınması ilə bağlı bir bənzətmədir. Yəni:
"Bu ibadət, Adəm (əleyhissəlam)'dan sizin zamanınıza qədər bütün peyğəmbərlərə və ümmətlərə fərz qılınmışdır. Allah Taala, bunu sadəcə sizə deyil, istisnasız digər bütün ümmətlərə fərz qılmışdır." deməkdir.
Bu sözün mənası: orucun məşəqqətli bir ibadət olduğudur. Məşəqqətli bir şey ümumiləşincə, ona qatlaşmaq da asan olur.
b. "Bu bənzətmə, orucun zamanı və miqdarı ilə bağlıdır."
Bu görüş, zəifdir. Çünki bir şeyin bir şeyə bənzədilməsi, bu 2 şeyin hər hansı bir şeydə bərabər olmalarını gərəkdirir.
"Təşbih (bənzətmə), bütün xüsuslarda bərabərliyi gərəkdirir." deyilməsi, doğru deyildir.
Bu görüş sahibləri, öz görüşlərilə bəzi izahlar vermişlərdir:
1. Allah Taala, ramazan orucunu, yəhudi və xristianlara da fərz qılmışdır.
Yəhudilər, bu ayda oruc tutmağı tərk etmiş, ilin tək bir günündə oruc tutmuş və bu günün fironun dənizdə boğulduğu gün olduğunu söyləmişlərdir. Bu günün, fironun boğulduğu gün olduğunu da, yalan söyləmişlərdir. Çünki bu gün (fironun boğulduğu gün), Peyğəmbər (sallallahu aleyhi və səlləm)'in bəyanına görə, aşurə günüdür.
Xristianlar da, (30 gün) ramazan orucunu tutmuş və ramazanın bir günündə çox şiddətli istiyə təsadüf etdikləri üçün, onu hər il eyni mövsümdə olan bir günə nəql etmişlər, sonra da:
"Gəlin, onun vaxtını artıraq." demiş və ona 10 gün əlavə etmişlərdir.
Başqa bir vaxd da, hökmdarları xəstə olmuş, sağalacağı halda 7 gün oruc tutmağı nəzr etmişdir. Xristianlar, oruclarına, bu 7 günü də əlavə etmişlərdir.
Daha sonra bir başqa hökmdar gəlmiş və:
"Geriyə nə qalıb ki?! Sadəcə 3 gün. Onu da (tutub) orucu 50 günə tamamlayın." demişdir.
Bax Allah Taala'nın:
ٱتَّخَذُوٓا۟ أَحْبَارَهُمْ وَرُهْبَـٰنَهُمْ أَرْبَابًا...
"Onlar, baş keşişlərini və rahiblərini Rəb qəbul etdilər." (Tövbə/31) ayətinin ifadə etdiyi məna da, budur.
Bu, Hasan əl-Basri'dən rəvayət edilmişdir.
2. Onlar, orucun müddəti haqqında ehtiyatla davranmış və 30 günlük orucun başına və sonuna 1 gün əlavə etmişlərdir. Daha sonra gələn hər nəsil, özlərindən əvvəlkilərin bu adətini mənimsəyib (hər biri orucun başına və sonuna 1 gün əlavə etmiş) və bu oruc 50 günə çatmışdır. Bax bundan dolayı, şəkk günü (haşiyə) oruc tutmaq, məkruh olmuşdur.
(Haşiyə:
Şəkk günü: "şübhəli gün" deməkdir. Havanın buludlu olub, Ramazan ayı hilalının görülməməsi səbəbilə, Şaban ayının 30-cu günü, yoxsa Ramazanın ilk günü olduğu bilinməyən, Şabanın 29-cu günündən sonra gələn gün.)
Bu görüş, Şabi'dən rəvayət edilmişdir.
3. Təşbih (bənzətmə) yönü budur:
"Daha əvvəlki ümmətlərə haram olduğu kimi, yatdıqdan sonra yemək, içmək və cinsi münasibətdə olmaq, sizə də haram qılındı."
Bu görüşdə olanlar, Muhamməd ümmətinin:
أُحِلَّ لَكُمْ لَيْلَةَ ٱلصِّيَامِ ٱلرَّفَثُ إِلَىٰ نِسَآئِكُمْ...
"Oruc gecələrində, xanımlarınızla münasibətdə olmaq, sizə halal qılındı..." (Bəqərə/187)
ayətinin, bu hökmü nəsx etdiyi xüsusunda icma etmiş olmalarını dəlil gətirmişlərdir. Bu, özünə bir dəlilin dəlalət etməsi lazım gələn bir hökmdür. Halbuki buna:
...كَمَا كُتِبَ عَلَى ٱلَّذِينَ مِن قَبْلِكُمْ...
"Sizdən əvvəlkilərə yazıldığı kimi, sizə də yazıldı..."
ayətindəki təşbihdən başqa bir dəlil yoxdur.
Bundan dolayı, bu təşbihin, bu hökmün (mənanın) sübutuna bir dəlil olması lazım gəlmişdir.
Birinci görüş sahibləri, belə demişlərdir:
"Biz, daha əvvəl 2 şeyin bir-birinə təşbih edilməsinin, o 2 şeyin bütün yönlərdən bir-birinə bənzəməsinə dəlalət etmədiyini; bundan dolayı bizim orucumuzun, onların oruclarına bənzədilməsindən, onların orucunun da ramazan ayında olub, miqdarının da 30 gün olmasının lazım gəlməyəcəyini açıqlamışdıq.
Sonra bu rəvayət, yəhudi və xristianların da belə olduğunu bilmələri halında, İslamın qəbulunu çətinləşdirəcək bir rəvayətdir."
----------------------------------
Orucla müttəqi olmağın umulması arasındakı münasibət:
Allah Taala'nın:
لَعَلَّكُمْ تَتَّقُونَ
"Müttəqi (təqva sahibi, pis əməllərdən çəkinən) olasınız deyə..."
qövlünə gəlincə, لَعَلَّ'nin, Allah Taala haqqındakı mənasının izahı, daha əvvəl keçmişdi.
Bu sözün, bura necə uyğun olduğu məsələsinə gəlincə, bu xüsusda bir neçə yön, bəhs mövzusudur:
1. Allah Taala, bu söz ilə, orucun, şəhvəti qırdığı və həva və həvəsi, pis şeylərdən uzaq tutduğu üçün, təqva meydana gətirdiyini bəyan etmişdir. Çünki oruc, azğınlıqdan, fuhşiyatdan əngəlləməkdə və dünya ilə ondakı məqamların dəyərsizliyini göstərməkdədir.
Bu, belədir. Çünki oruc, mədə və şəhvətin gücünü qırır. İnsanlar isə, ancaq, bu çox yayğın olan atalar sözündə deyildiyi kimi, bu 2 şeyi, yəni mədəsi və cinsi orqanı üçün çalışır. Bax, kim çox oruc tutarsa, bu 2 şey ona dəyərsiz görünər və onların özün üzərindəki şiddəti azalar.
Beləcə oruc, o kimsəni haramları və fuhşiyatı işləməkdən uzaq tutan, dünya rəisliyini dəyərsiz göstərən bir şey olur. Bu da, təqvanın səbəblərini özündə toplayan bir haldır. Buna görə ayətin mənası belə olur:
"Mən sizə, özü ilə, kitabımda mədh etdiyim və bu Quranın özləri üçün hidayət rəhbəri olduğunu elan etdiyim müttəqilərdən olasınız deyə, orucu fərz qıldım."
Oruc, özünə xas bu özəlliklərdən dolayı, Allah Taala'nın onu fərz qılarkən, fərz qılmasını لَعَلَّكُمْ تَتَّقُونَ (təqva sahibi olasınız deyə...) bəyan etməsi, tam yerindədir. Çünki nəfsi, günahlardan çəkindirən hər şeyin, mütləq vacib olması lazımdır.
2. Ayətin mənası belədir:
"Oruc vəsiləsilə təqva xüsusundakı ümidinizin qüvvətlənməsi, münasibdir."
Bu izah, لَعَلَّ kəliməsinin ifadə etdiyi mənadır.
3. Məna belədir:
"Umulur ki, tutduğunuz oruc və şəhəvi arzuları tərk etməyiniz səbəbilə, Allahdan çəkinərsiniz. Çünki bir şeyə olan rəğbət nə qədər qüvvətli olarsa, ondan çəkinmək də o qədər çətin olur. Şəhəvi arzu duyulan şeylərə qarşı olan istək, başqa şeylərə duyulan istəkdən daha şiddətli və çoxdur. Bu şeyləri tərk etmək surətilə, Allahdan ittiqa etmək (çəkinmək), sizə asan olunca, digər şeyləri tərk etmək surətilə Ondan ittiqa etməyiniz (çəkinməyiniz), daha asan və daha xəfif olar."
4.
كُتِبَ عَلَيْكُمُ ٱلصِّيَامُ كَمَا كُتِبَ عَلَى ٱلَّذِينَ مِن قَبْلِكُمْ لَعَلَّكُمْ تَتَّقُونَ
ayətindən murad:
"O oruca etinasızlıqdan və dərəcələrilə şərəfinin böyüklüyündən dolayı, ona davam etməməkdən çəkinəsiniz deyə..." mənasındadır.
5. "Umulur ki, siz, bu ibadət vasitəsilə, müttəqilər zümrəsinə daxil olarsınız. Çünki oruc, müttəqilərin əlamətidir."
Allah, ən doğru biləndir.
(Fəxrəddin ər-Razi, "Məfatihu'l-Ğayb" təfsiri, Bəqərə/183)
- Bəqərə surəsi 183-cü ayətin təfsiri
- "Oruclu üçün iki sevinc vardır"- hədsinin anlamı nədir?
- ORUCUN TƏRİFİ və TARİXÇƏSİ..
- Orucluq haqqında ən çox soruşulan suallara cavablar.
- Orucun qayəsi...
- Aşurə orucu haqqında məlumat verərsinizmi? (1)
- Orucluq haqqında ən çox soruşulan suallara cavablar.
- Orucluq haqqında ən çox soruşulan suallara cavablar.
- "Əməllər niyyətlərə görədir."- 1
- Digər dinlərdə namaz ibadəti var?