Bəqərə surəsi 89-cu ayətin təfsiri

وَلَمَّا جَٓاءَهُمْ كِتَابٌ مِنْ عِنْدِ اللّٰهِ مُصَدِّقٌ لِمَا مَعَهُمْۙ وَكَانُوا مِنْ قَبْلُ يَسْتَفْتِحُونَ عَلَى الَّذ۪ينَ كَفَرُواۚ فَلَمَّا جَٓاءَهُمْ مَا عَرَفُوا كَفَرُوا بِه۪ۘ فَلَعْنَةُ اللّٰهِ عَلَى الْكَافِر۪ينَ

"Onlara, Allah tərəfindən, öz yanlarında olanı (yəni, Tövratı) təsdiqləyən bir kitab (yəni, Quran) gəldiyində; daha əvvəl inkar edənlərə qarşı fəth istəyərlərkən; bildikləri şey (yəni, peyğəmbər) onlara gəlincə, inkar etdilər. Allahın lənəti, kafirlərin üzərinə olsun." (Bəqərə/89)

---------------------------------

Təfsiri:

"İstiftəh": "yardım istəmək" deməkdir. Hədisdə bildirildiyinə görə, Peyğəmbər (sallallahu aleyhi və səlləm), mühacirlərin kasıbları ilə, -yəni, onların dua və namazları ilə- "fəth/zəfər" istəyərdi. (Bənzəri mənada bir hədis: Tirmizi, Cihad/24)

Nəsai ("Sünən", Cihad/43), əbu Səid əl-Xudri (radiyallahu anh)'dan, Peyğəmbər (sallallahu aleyhi və səlləm)'in, belə buyurduğunu nəql etməkdədir:

"Allahın bu ümmətə yardımı, zəifləri, onların duaları, namazları və ixlasları sayəsindədir." (Nəsai'dəki bu hədis, əbu Səid əl-Xudri'dən deyil, Sa'd b. əbi Vaqqas'dan gəlmişdir.)

Yenə, Nəsai ("Cihad", 43), əbu Dərda (radiyallahu anh)'dan, belə dediyini rəvayət etməkdədir:

Allah rəsulu (sallallahu aleyhi və səlləm)'i, belə buyurarkən eşitdim:

"Mənə, zəif kimsələri gətirin. Çünki siz, ancaq, zəifləriniz sayəsində ruzilənir və yardım olursunuz." (Tirmizi, Cihad/24; Müsnəd, V, 198; bununla bərabər, Buxari, Cihad/76; əbu Davud, Cihad/70)

قال ابن عباس : كانت يهود خيبر تقاتل غطفان فلما التقوا هزمت يهود , فعادت يهود بهذا الدعاء وقالوا : إنا نسألك بحق النبي الأمي الذي وعدتنا أن تخرجه لنا في آخر الزمان إلا تنصرنا عليهم . قال : فكانوا إذا التقوا دعوا بهذا الدعاء فهزموا غطفان , فلما بعث النبي صلى الله عليه وسلم كفروا , فأنزل الله تعالى : ” وكانوا من قبل يستفتحون على الذين كفروا ” أي بك يا محمد

ibn Abbas (radiyallahu anh), belə deyir:

Xeybər yəhudiləri, Ğatafan'lılarla döyüşürdülər. (Bir dəfə), qarşı-qarşıya gəldiklərində, döyüşün sonunda, yəhudilər məğlub oldular. Yəhudilər, geri qayıtdıqlarında (yəni, təkrar hücum etdiklərində), belə dua etdilər:

"(Ey Allahım!) Bizə, axır zamanda çıxaracağını (və ya göndərəcəyini) vəd etdiyin ümmi olan Peyğəmbərin haqqı üçün, Səndən istəyirik: onlara qarşı bizə kömək et."

İbn Abbas (davam edərək belə) deyir:

(Hər dəfə) düşmənlərilə qarşılaşdıqlarında, yəhudilər bu dua ilə dua edər və Ğatafanlıları, məğlub edərdilər. Peyğəmbər (sallallahu aleyhi və səlləm) göndərildikdən sonra da, Onu inkar edib kafir oldular. Bunun üzərinə də, uca Allah:

"...daha əvvəl, inkar edənlərə qarşı fəth istəyərlərkən..." yəni: "Ey Muhamməd! Sənin (vəsilən) ilə fəth istəyərlərkən" ayətini, "Allahın lənəti, kafirlərin üzərinə olsun." hissəsinə qədər endirdi.

(Qurtubi, "əl-Cami li Əhkami'l-Quran" təfsirindən nəql)

------------------------

وكانوا من قبل يستفتحون على الذين كفروا نزلت في بني قريظة والنضير كانوا يستفتحون على الأوس والخزرج برسول الله صلى الله عليه وآله وسلم قبل مبعثه قاله ابن عباس وقتادة والمعنى يطلبون من الله تعالى أن ينصرهم به على المشركين كما روى السدي أنهم كانوا إذا اشتد الحرب بينهم وبين المشركين أخرجوا التوراة ووضعوا أيديهم على موضع ذكر النبي صلى الله عليه وآله وسلم وقالوا:اللهم إنا نسألك بحق نبيك الذي وعدتنا أن تبعثه في آخر الزمان أن تنصرنا اليوم على عدونا فينصرون فلما جاءهم ما عرفوا كفروا به كنى عن الكتاب المتقدم بما عرفوا لأن معرفة من أنزل عليه معرفة له ووجه الدلالة من هذه الآية ظاهر فإن الله سبحانه أقر استفتاح اليهود بالرسول ولم ينكره عليهم وإنما ذمهم على الكفر والجحود بعد إذ شاهدوا بركة الاستفتاح بالنبي صلى الله عليه وآله وسلم .

"İnkar edənlərə qarşı, fəth tələb edirlərdi."

Bu ayət, Bənu Qureyza və Bənu Nadir haqqında nazil olmuşdur. Çünki onlar, Peyğəmbərimiz göndərilmədən əvvəl, Peyğəmbər (sallallahu aleyhi və səlləm) ilə, Əvs və Xəzrəcə qarşı , Allahdan fəth tələb edirlərdi.

İbn Abbas və Qatadə dedi:

Bunun mənası:

Onlar, Allah Taaldan, onları (yəni, Bənu Qureyza və Bənu Nadiri) müşriklərə qarşı kömək etmələri üçün istəyirdilər.

Süddi'nin rəvayət etdiyinə görə:

Özləri və müşriklər arasındakındöyüş ən şiddətli hala gəldiyində, Tövratı çıxarar və Nəbinin zikr edildiyi yerə, əllərini qoyardılar. Və deyərdilər:

Allahummə, innə nəsəlukə, bihaqqı nəbiyyikə əlləzi vəadtənə əntə bəəsəhu fi əxirizzəməni ən tənsuranə əl yəvmə alə aduvvinə.

"Allahım! Biz, Səndən, bizə göndərəcəyini vəd etdiyin Nəbinin haqqı ilə istəyirik. Bizə, bu gün, düşmənlərimizə qarşı kömək et."

(Bu duadan sonra), yardım görərdilər.

...Bu ayətin dəlalət vəchi, zahirdir:

Şübhəsiz, Allah subhənəhu, yəhudilərin rəsul ilə istiftahını (fəth tələb etməsini) iqrar etmiş, inkar etməmişdir. Ancaq, onların Nəbi ilə yardım görmələrinin bərəkətini müşahidə etmələrinə rəğmən, küfr və inkar etmələrindən dolayı, onları zəmm etmişdir.

(Alusi, "Ruhu'l-Məani" təfsirindən nəql)

----------------------

İbn Abbas (radiyallahu anh)'dan nəql edilən, yəhudilərin Nəbi (sallallahu aleyhi və səlləm) ilə olan təvəssülü, yenə:

~ ibn Kəsir; və

~ Suyuti'nin

təfsirlərində də mövcuddur.

Not: Peyğəmbər (sallallahu aleyhi və səlləm)'in həyatda olmadığı halda yəhudilərin Onun ilə təvəssülü, "Zat ilə təvəssül"ün caizliyinə dəlildir.

Read 100 times
In order to make a comment, please login or register
OXŞAR SUALLAR