Bəraət gecəsi haqqında hədislər-1

1388- Əli b. əbi Talib (radiyallahu anh)'dan rəvayət edildiyinə görə, Allah rəsulu (sallallahu aleyhi və səlləm) belə buyurmuşdur:

"Şaban ayının 15-ci gecəsi olduğu zaman, gecəsində ibadətə qalxın. Və o gecənin gündüzünü (15-ci günü) oruc tutun. Çünki o gecə, günəş batınca Allah Taala (keyfiyyəti məchul bir halda) dünyaya ən yaxın göyə enərək (o andan) fəcr oluncaya qədər:

•Məndən məğfirət diləyən yoxdurmu? Ona məğfirət edim.

• Məndən ruzi istəyən yoxdurmu? Onu ruziləndirim.

• (Bir bəla) başına gələn yoxdurmu? Ona afiyət verim (yəni bəladan qurtarım).

• Belə olan yoxdurmu? Belə olan yoxdurmu?' buyurur."

Not: "Zəvaid"də belə deyilmişdir:

"İsnadı zəifdir. Çünki ravi ibn əbi Səbrə zəifdir."

---------------------

1389- Aişə (radiyallahu anha)'dan belə rəvayət edilir:

Nəbi (sallallahu aleyhi və səlləm)'in bir gecə (Şabanın 15-ci gecəsi) otağımdan ayrıldığının fərqinə vardım. Onu axtarmağa çıxdım. Baxdım ki, Baqiyyə'dədir. Başını səmaya qaldırmışdı. Mənə:

"Ey Aişə! Allah və rəsulunun sənə zülm etmələrindənmi qorxdun?" buyurdu.

Aişə (radiyallahu anha):

"Məndə bu (qorxu və pis zənn) yoxdur. Lakin Sənin bəzi xanımlarının yanına getdiyini zənn etdim." dedi. (Bunun üzərinə) O belə buyurdu:

"Şübhəsiz Allah Taala, Şaban ayının 15-ci gecəsi, dünyaya ən yaxın olan səmaya (keyfiyyəti məchul bir şəkildə) enər. Və (bəni) Kəlb qəbiləsinin qoyunlarının qıllarının sayısından daha çox günahları (və ya günah sahiblərini) bağışlayar."

(İbn Macə, Sünən tərcümə və şərhi, Kitab'u İqamətu's-Sala: "Şaban ayının 15-ci gecəsi haqqında gələn hədislər babı")

-------------------

İzahı:

1389 no-lu Aişə (radiyallahu anha) hədisini, Tirmizi və Beyhaqi də rəvayət etmişlərdir.

----------------

"Allah Taala, ən yaxın səmaya enər."

Hədisdə Allah Taala'nın dünyaya ən yaxın olan birinci göyə endiyi bildirilmişdir. Məkandan münəzzəh olan Allah Taala'nın enişindən məqsədin nə olduğu xüsusunda, alimlər arasında ixtilaf vardır.

"əl-Mənhəl Azbi'l-Məvrud şərh-u Sünən-i əbu Davud" müəllifi imam Mahmud Muhamməd Xattab əs-Subqi, bu xüsusda geniş izahat vermişdir. O, icmal olaraq belə deyir:

"Bu hədis, mütəşabih sifətlərə aid hədislərdəndir. Bu kimi hədislərin izahı haqqında sələf və xələf alimlərinin məşhur 2 görüşü vardır.

• Müctəhid 4 imamın: əbu Hənifə, Şafii, Malik və Əhməd;

• Zühri;

• Əvzai;

• ibnu'l-Mübarək;

• Məkhul;

• Süfyan əs-Sevri;

• ibn Uyeynə;

• Leys b. Sə'd; və

• 2 Hammad'ın da daxil olduğu sələfin cumhuru, bu kimi hədislərin izahı haqqında belə demişlərdir:

Allah Taala'nın sifətlərinə aid olub zahirinə görə Allah Taala'nın başqa şeylərə bənzədildiyi görülən hədislərin izahında, açıq və salamat yol, bu hədisləri, zahirinə görə buraxıb icmal olaraq buna inanmaq və Allah Taala'nı bənzətməkdən və keyfiyyətdən tənzih etməkdir. Çünki:

"...لَيْسَ كَمِثْلِهِۦ شَىْءٌ ۖ وَهُوَ ٱلسَّمِيعُ ٱلْبَصِيرُ..."

"Heç bir şey Ona bənzəməz. O eşidən və biləndir." (Şura/11)

ayəti, Allah Taala'nın heç bir şeyə bənzəmədiyini bildirmişdir. Bu məzhəb, bizim də mənimsədiyimiz, ən səlim məzhəbdir.

Xələfin cumhuruna gəlincə isə, onlar, mütəşabih ayətləri və hədisləri Allah Taala'nın şanına layiq bəzi təvillərlə açıqlamışlardır. Çünki Allah Taala'nın cisim olmaq, hərəkət etmək, durmaq, yön daşımaq, enmək, bir yerdə dayanmaq və bənzəri hallardan münəzzəh və pak olduğu, qəti dəlillərə sabitdir.

• Bunlar (yəni xələf), bu hədisdəki enişi, Allahın zatı ilə enişi deyil, vəzifəli mələyinin enişi olaraq açıqlayırlar. Ərəb dilində bu cür ifadələr istifadə edilir. Məsələn, dövlət başçısının əmrilə, onun vəzifəli məmurları bir iş gördükləri zaman:

'Bu işi, dövlət başçısı etdi.' deyilir.

• Belə də açıqlanmışdır:

Allahın enişilə:

• Onun qullarına yönəlməsi;

• Bütün qullarına rəhmət etməsi; və

• Bütününə ehsan edib dualarını və üzrlərini qəbul buyurması

qəsd edilmişdir.

Bədruddin əl-Ayni (əl-Hənəfi), Buxari şərhi "Umdətu'l-Qari"də bəyan etdiyinə görə, bəzi alimlər:

"Allahın enişi ilə, Onun tənəzzül buyurması qəsd edilmişdir.' demişlərdir. Yəni Allahın əzəmətinə baxılarsa, həqir və möhtac olan qulların dua və yalvarışlarına iltifat etməməsi gözlənilər. Lakin Allah Öz lütfünü əsirgəməyib tənəzzül edərək qullarına yaxşılıq edər.

Muslim'in imam Malik'dən olan rəvayətindəki:

"Rəbbimiz tənəzzül buyurar." ifadəsi, bu izahı dəstəkləməkdədir. Çünki tənəzzül, mənəvi nüzul (yəni eniş) mənasına gəlir. Hətta ilk ağla gələn məna budur.

Əbu Bəkr b. Furek'in bəzi güvənilən ravilərdən nəqlinə görə, hədisdəki fel, "ينزل=yunzil" olaraq zəbt edilmişdir. Fel, belə oxunduğunda, cümlənin mənası:

"Rəbbimiz təbarəkə və taala, birinci göyə mələk endirər." şəklində olur.

"əl-Mənhəl" müəllifi, yuxarıdakı məlumatı verdikdən sonra belə davam edir:

"Bu mövzuda tabe olmağa və qəbula uyğun ən səlim izah, sələf məzhəbinin izahıdır. Beyhaqi də bu mövzudakı məzhəbləri nəql etdikdən sonra belə deyir:

'Ən səlim məzhəb (yol), keyfiyyətindən bəhs etmədən və qəsd edilən mənanı araşdırmadan, buna inanmaqdır. Ancaq Nəbi (sallallahu aleyhi və səlləm) tərəfindən bir açıqlayıcı məlumat sabit olarsa, ona rücu edilər (dönülər). Necə ki, alimlər, bu cür hədislərin müəyyən bir şəkildə təvil edilməsinin zəruri olmadığı xüsusunda ittifaq etmişlərdir. Bu halda ən səlim yol, bunun elmini Allaha həvalə etməkdir."

"əl-Mənhəl" müəllifi daha sonra, bu mövzudakı məzhəblərin görüşlərini açıqlayıcı mahiyyəttəki Nəvəvi'nin "Muslim şərhi"ndəki bəyanını nəql etmişdir. Bu bəyan, yuxarıdakı açıqlamanın bir bənzəri olduğu üçün, bunu nəql etməyə gərək görmürük.

"əl-Mirqat" şərhinin müəllifi, Nəvəvi'nin məzkur (haqqında danışılan) bəyanını zikr etdikdən sonra belə deyir:

"Nəvəvi'nin bu bəyanı ilə:

• əbu İshaq Şirazi;

• imamu'l-Harameyn əl-Cüveyni;

• hüccətü'l-İslam imam Ğazzali;

və başqa bir çox imamın bəyanından anlaşılan odur ki, bu xüsusda sələf və xələf məzhəbi mənsubları, kitab və sünnətdə varid olan mütəşabih cümlələrin zahirinə görə mənalandırılmaması xüsusunda, ittifaq halındadırlar.

Allah haqqında kitab və sünnətdə varid olan:

• gəlmək;

• enmək;

• əl;

• üz;

• qəzəb;

• yazığı gəlmək;

• ərşdə oturmaq;

• göydə olmaq

kimi sözlərin zahiri mənasının, Allah haqqında əqlən imkansız olduğu qətidir. Bunların zahiri mənalarına inanan kimsələrin, İslam'dan çıxdığı xüsusunda icma vardır. Bu sözləri zahiri mənaya həml etmək mümkün olmayınca, sələf və xələf alimləri, bunları təvil etmək məcburiyyətində qalmışlardır. Sələf və xələf alimləri, bu xüsusda müttəfiq olmaqla bərabər, açıqlama şəklində ixtilaf etmişlərdir.

Sələf alimlərinin əksəriyyətinin məzhəbinə görə, bu sözləri zahiri mənasından döndürmək, zəruridir. Amma bunları heç bir məna ilə təvil etməmək və Allah Taala'nın şanına layiq kamal sifətlərini ehtiva etdiyini və hər cür nöqsanlıqlardan münəzzəh və pak olduğuna etiqad edilir. Bu görüş, icmali bir izah mahiyyətini ərz edir.

Xələf alimlərinin əksəriyyəti isə, bu sözləri Allahın şanına layiq bir şəkildə təvil etmək yolunu tutmuşlardır. Bu yol, təfsili bir izah mahiyyətini ərz edir..."

---------------------

"Bəraət gecəsi":

"Bəraət" kəliməsi: "2 şey arasında münasibət olmaması, insanın bir yükdən qurtulması" mənasına gəlir.

Şabanın 15-ci gecəsində müsəlmanların, Allahın əfvi və bağışlaması ilə, günah yükündən qurtulacağı umularaq, bu gecəyə "Bəraət gecəsi" deyilmişdir.

"Bəraət gecəsi" üçün ərəbcə əsərlərdə:

• "şabanın ortasındakı gecə",

• "mübarək gecə",

• "rəhmət gecəsi"

mənalarına gələn tərkiblər istifadə edilməkdədir.

Bu gecənin ibadətlə keçirilməsinin fəziləti, bu hədislərdən anlaşılır.

---------------------

Hədisin davamında, Nəbi (sallallahu aleyhi və səlləm), otaqdan ayrılaraq, Bakiu'l-Qarkad adlı səmtə gedərək, orda ibadət və dua ilə vaxtını məşğul etmişdir.

Aişə (radiyallahu anha), Peyğəmbər (sallallahu aleyhi və səlləm)'i otağında görə bilməyincə, başqa xanımlarının yanına getdiyini zənn etmişdir. Ancaq bunun Peyğəmbər (sallallahu aleyhi və səlləm)'ə mübah olduğu qənaətində olduğundan dolayı, bu zənn, pis bir zənn və Nəbi (sallallahu aleyhi və səlləm)'i zülm etməklə ittiham etməyi gərəkdirməz.

Yəni Aişə (radiyallahu anha), Peyğəmbər (sallallahu aleyhi və səlləm)'in başqa xanımlarının yanına getməsinin, bir zülm və haqsızlıq olduğu qənaətində deyildi. Bu səbəblə, Aişə (radiyallahu anha), təxmin və zənninin, pis zənn olduğunu düşünmürdü. Onun üçün, Peyğəmbər (sallallahu aleyhi və səlləm)'ə verdiyi cavabda, Allah və rəsulunun zülm etmələrindən qorxusu olmadığını ifadə etmək istəmiş və mübah olaraq başqa xanımlarına getmə zənnini daşıdığını söyləmişdir.

Nəbi (sallallahu aleyhi və səlləm)'ə isnad ediləcək haqsızlığın, Allaha da isnad edilmiş sayıldığı, hədisdən anlaşılır. Çünki Allah rəsulu (sallallahu aleyhi və səlləm), Allahın icazəsi olmadıqca, bir şey edə bilməzdi.

Aişə (radiyallahu anha), kamil bir şəkildə, gözəl bir cavab vermişdir. Çünki bəslədiyi zənni gizləmiş olsaydı, yalan söyləmiş olacaqdı. Nəbi (sallallahu aleyhi və səlləm)'in sualına:

"Bəli!" diyə cavab versəydi, Allah rəsulu (sallallahu aleyhi və səlləm)'ə haqsızlıq isnad etmiş olacaqdı. Lakin elə etməyib təfsilatlı bir şəkildə cavab vermişdir. Qısqanclığını bildirmiş olmaqla bərabər, Peyğəmbər (sallallahu aleyhi və səlləm)'in başqa xanımlarının yanına getməsinin, Allah tərəfindən mübah qılındığı qənaətini açıqlamışdır. Peyğəmbər (sallallahu aleyhi və səlləm) isə, Aişə (radiyallahu anha)'nın yanında keçirəcəyi gecədə, başqa xanımlarının yanına getməsinin haqsızlıq olduğunu və bu haqsızlığı etmədiyini bildirmişdir.

--------------------

Hədisdə, qoyunçuluqla məşhur olan Bəni Kəlb qəbiləsinin qoyunlarının qıl sayından daha çox günahların bağışlandığı və ya qıl sayı qədər günahkar insanların bağışlandığı bildirilmişdir.

"Tuhfətu'l-Əhvəzi şərh-i Camii't-Tirmizi" müəllifi Mübarəkpuri'nin, əl-Əbhəri'dən nəqlən bəyan etdiyi izaha görə, məqsəd, zikr edilən qoyunların üzərindəki qılların sayından daha çox günahların, bu gecə bağışlanmasıdır. Qıllar qədər günahkarların bağışlanması deyildir.

Əli əl-Qari'nin dediyinə görə, Beyhaqi də belə rəvayət etmişdir.

"əl-Mirqat"dan bəyan edildiyinə görə, ravi Rəzin, bu hədisin sonunda:

"Cəhənnəm atəşinə layiq olanlardan"

əlavəsini rəvayət etmişdir. Bu rəvayətə görə isə, qəsd edilən məna, zikr edilən qoyunların qıllarından daha çox cəhənnəmlik olan möminlərin bağışlanmasıdır.

Read 91 times
In order to make a comment, please login or register