Bəraət gecəsi haqqında hədislər-2

 

Əbu Musa əl-Əşari (radiyallahu anh)'dan rəvayət edildiyinə görə, Allah rəsulu (sallallahu aleyhi və səlləm) belə buyurmuşdur:

"Şübhəsiz Allah Taala, Şaban ayının 15-ci gecəsi (qullarına rəhmətlə) baxar və hər kəsi məğfirət edər. Yalnız Ona şirk qoşana və ya "müşahin"ə məğfirət etməz."

Not: "Zəvaid"də belə deyilmişdir:

"Sənədi zəifdir. Çünki ravi Abdullah b. Lehia, zəifdir."

(İbn Macə, Sünən tərcümə və şərhi, Kitab-u İqaməti's-Sala: "Şaban ayının 15-ci gecəsi haqqında gələn hədislər babı", hədis no: 1390)

-------------------

İzahı:

• Taberani və ibn Hibban, bu hədisin bənzərini Muaz b. Cəbəl (radiyallahu anh)'dan;

• Bəzzar və Beyhaqi isə, əbu Bəkr Siddiq (radiyallahu anh)'dan mərfu olaraq rəvayət etmişlərdir.

---------------

Hədisdəki "müşahin" kəliməsi, fərqli mənalarda açıqlanmışdır.

• "ən-Nihayə":

"Müşahin: düşmənlik edən, kin bəsləyəndir." deyilmişdir.

• İmam Sindi (əl-Hənəfi)'nin bəyanına görə, imam Əvzai:

"Müşahin'dən məqsəd: İslam camaatından ayrılan bidət sahibidir." demişdir.

• imam Tibi isə, belə deyir:

"Müşahin kəliməsi ilə, müsəlmanlar arasında düşmənlik, kin soxulmasının zəmm edilməsi (pislənməsi) qəsd edilmiş ola bilər. Din üçün başqalarına nifrət etmək, onlara düşmənlik etmək isə, məşrudur (yəni şəriətə uyğundur). Eqoistlik edərək, kin və düşmənlik bəsləmək isə, pisdir."

Şaban ayının 15-ci gecəsinin fəzilətinə aid başqa hədislər də rəvayət edilmişdir. "Tuhfətu'l-Əhvəzi şərh-i Camii't-Tirmizi" müəllifi Mübarəkpuri, bunları sənədlərilə bərabər rəvayət etmişdir.

Bu mövzuda varid olan hədislərin sənədləri, ümumiyyətlə zəif olmaqla bərabər, bunların bütünü, bu gecənin fəzilətinin bir əsli olduğuna dəlalət edir. Bu gecəni qismən də olsa, fərqli ibadət, zikr və dua ilə keçirtməkdə, hər halda fayda vardır.

Şaban ayının çoxunun Nəbi (sallallahu aleyhi və səlləm) tərəfindən orucla keçirildiyi varid olmuşdur. Hətta bəzən bütününün orucla keçirildiyi rəvayəti vardır.

Bu səbəblə, Şaban'ın 15-ci gününün orucla keçirilməsinə aid 1388 no-lu Əli (radiyallahu anh) hədisi zəif isə də, bununla əməl etməkdə məhzur (həzər ediləcək bir hal) yoxdur.

Read 8 times
In order to make a comment, please login or register