Bəzi Cəfərilərin, "Mən səni insanlara imam edəcəyəm". (Bəqərə 2/124) tərcüməsindəki ayətə görə, imamətin ilahi məqam olduğu və peyğəmbərlik məqamından daha yüksək olduğu iddialarına necə cavab verməliyik?

Və bir zaman Rəbbi İbrahimi bəzi kəlmələrlə (əmr və qadağalarla) imtahan etmiş, bunun üzərinə (o) onları tamamilə yerinə yetirmişdi. (Rəbbi də ona): "Doğrusu, mən səni insanlara imam (hər xüsusda özünə tabe olunan rəhbər) edəcəm" buyurdu. (İbrahim isə): "Nəslimdən də (imamlar seç)"! dedi. (Rəbbi də): "Verdiyim söz (sənin nəslindən də olsa, əsla) zalımlara çatmaz"! buyurdu. (Bəqərə, 124)

a. Bu ayədən açıqca başa düşülür ki, Həzrət İbrahim (as) kimi bir peyğəmbərin nəslindən də təqva sahibləri ilə yanaşı, zalım və fasiq olanları da olacaqdır.

"Ona da İshaqa da feyz və bərəkət verdik. Onların hər ikisinin nəslindən yaxşı işlər görən də var, açıq-aşkar özünə zülm edən də! " (Saffat Surəsi, 37/113)

Demək ki təqva sahibləri, peyğəmbər mənasındakı imam ola bilərlər, amma onlardan zalım olanlar, öndər, lider mənasındakı imam olsalar belə, peyğəmbər ola bilməzlər. (bax. Təbəri, Razi, İbn Kəsir, Alusi, Bəqərə Surəsi, 124-ci ayənin təfsiri.)

b. Bu ayədə yer alan "İmam/imamət" qavramı hər şeydən əvvəl birbaşa peyğəmbərlik mənasında istifadə edilmişdir. Çünki, Həzrət İbrahimin (as) ali peyğəmbərlərdir. Bu səbəbdəndir ki, təşəhüddə "İbrahim alinə salat və salam etdiyin kimi, Muhammədin alinə də salatı salam elə"! mənasındakı dua oxunur. Yəni burada Hz.ibrahim aleyhissalamın ali, Həzrəti Muhammədin (sallallahu aleyhi və səlləm) alındən daha üstün göstərilmişdir. Çünki, Həzrət İbrahimin ali peyğəmbərlərdir.

"Biz İbrahimə (övlad və nəvə kimi) İshaq və Yaqubu ehsan etdik. Onun nəslindən gələnlərdə, peyğəmbərliyi və vəhyi davam etdirdik. Ona dünyada mükafatını verdik. O, axirətdə də əlbəttə salehlərdən olacaqdır ". (Ənkəbut, 29/27)
tərcüməsindəki ayədə bu həqiqət qeyd olunmuşdur.

c. "İmam" kəlməsi öndər mənasında olub hər mömin üçün istifadə edilə bilər. Belə ki;

"Və (O təqva sahibi möminlər) belə niyaz edərlər: "Ey kərəmi bol Rəbbimiz! Bizə gözümüzün, könlümüzün aydınlığı olan təmiz zövcələr və nəsillər ehsan eylə, bizi müttəqilərə /təqva sahiblərinə imam/önder elə! " (Furqan Surəsi, 25/74)
 

tərcüməsindəki ayədə yer alan "imam" kəlməsi, peyğəmbərlər üçün və əhli-beyt imamaları üçün istifadə edilməmişdir. Əksinə, təqva sahibi möminlər üçün istifadə edilmişdir.

Əgər imamət nübüvətdən üstün isə, təqva sahibi bütün möminlərin peyğəmbərlərdən üstün olmaları lazımdır ki, belə bir düşüncə nə ağla, nə dinə, nə də vicdana sığar.

d. Lüğət mənası etibarilə imamlıq, öndərlik deməkdir. Sözləri, felləri, yazıları, kitabları rəhbər qəbul edilən hər bir öndər mövqeyindəki insana "imam" deyilir. Bu imam haqq üzrə olan bir kimsə ola bildiyi kimi, batil üzrə olan kimsə də ola bilər. (Rağib, əlaqədar maddə). Aşağıdakı ayələrdə bu həqiqəti görmək mümkündür:

"Gün gəlir, hər sinifdən insanları, (zalımları, məzlumları, kafirləri-möminləri) tabe olduqları imamlarına / liderlərinə nisbət edərək çağırarıq. Kimin hesab dəftəri sağından verilərsə onlar dəftərlərini əmin olaraq oxuyar və qıl qədər olsun, haqsızlığa uğradılmazlar. " (İsra, 17/71).

"Biz onları (Firon və onun kimilərini) insanları atəşə çağıran imamlar / öndərlər etdik. Bu dünyada xalqı işlədib dəstəklərini təmin etsələr də, qiyamət günü ən xırda bir yardım belə görə bilməyəcəklər ". (Qəsəs, 28/41).

e. Bütün bu açıqlamalardan başa düşülür ki, əhli-beyt imamları, hər nə qədər çox böyük bir vəlayət və əzəmətli bir imamətə sahib olsalar da, ancaq bu imamət digər məzhəb imamları və müctəhid olanlar üçün də istifadə edilir. Çünki, əgər imamət nübüvətdənn daha üstün isə, bu təqdirdə İmamı Əzəm, İmam Şafi də onlardan üstündür. Çünki bu şəxslərin milyonlarla insana imam və öndər olduğu inkarı mümkün olmayan bir həqiqətdir.

İmamət anlayışını sasəcə Əhli-beytə təsis etmək dəlilsiz bir iddiadan başqa bir şey deyildir. Qaldı ki, başda İmam Əli (r.a) olmaqla, heç bir imam peyğəmbərlərdən daha üstün olduğunu söyləməmiş və heç bir Əhli sünnə qaynağında belə bir şey yer almamış və heç bir əsası da müzakirə mövzusu olmamışdır.
 

Əksinə, həyatları boyunca bütün imamlar, başda Həzrət Muhamməd (a.s.m) olmaq üzrə bütün peyğəmbərləri insanların ən üstünü, ən hörmətlisi, onların rəhbərliklərində getməyin yeganə qurtuluş çarəsi olduğunu, həm sözlü, həm də əməli olaraq ortaya qoymuşlar.

Heç birbaşa Allahdan vəhy alan peyğəmbərlərlə, o peyğəmbərlər sayəsində mənəvi məqam qazanan imamlar, öndərlər, vəlilər və xəlifələr bir olarmı? Belə bir iddia həddindən artıq sevgidən irəli gələn ölçüsüz bir qiymətləndirmənin nəticəsidir. Bu ifrat və də ölçüsüz sevgiyə görə Hz. İsa aleyhissalamı -haşa- Allahın oğlu kimi qiymətləndirmək nə qədər yanlış isə, imamlara olan ifrat sevgi üzündən xilafəti nübuvətdən (peyğəmbərlikdən) daha üstün görmək -o qədər olmasa da - ciddi bir yalnışdır, alimlərin, cumhurun görüşünə ziddir, risalətin ruhuna tərsdir.

Qur`anda peyğəmbərlər üçün istifadə edilən "ıstıfa / seçmək" qavramı (Ali İmran, 3/33; Araf,7/144; Həcc, 22/75; Nəml, 27/59, onların Allah tərəfindən xüsusi olaraq seçilən, başqa insanlardan üstün edilən seçkin insanlar olduğunun göstəricisidir.

Allah, cümləmizi haqqı bilən və ona tabe olan qullarından eylesin. (Amin).

 

Read 4.274 times
In order to make a comment, please login or register