Basir isminin şərhi

28. Basir isminin şərhi:

Müşahidə edən və görəndir. (Elə ki), yerin altındakı şey belə, Ondan gizlənə bilməz. Onun görməsi:

~ göz bəbəyi və qapaqları ilə gerçəkləşməkdən münəzzəh;

~ surət və rənglərin, -insanın göz bəbəyinə əks etdiyi kimi- Zatına əks etməsindən müqəddəsdir.

Şübhəsiz ki, bunlar, hadis (sonradan yaradılan) olmağı gərəkdirən təğayyur (dəyişmə) və təsirlənmək cümləsindəndirlər.

O, hadis olmağı gərəkdirən bütün bu nöqsanlıqlardan münəzzəh olunca, Onun haqqındakı basar/görmək sifəti, Özü vasitəsilə görülənlərin vəsflərinin, kamal mənada inkişaf etdiyi (açıldığı, bilindiyi) bir sifət demək olur. Bu isə, nöqsan gözün, görülənlərin zahirini idrak etməsindən başa düşdüyün mənaya nəzərən, daha açıq və daha vazehdir.

Tənbeh:

Qulun, hiss cəhətindən, basar/görmə sifətindən nəsibi, zahirdir. Ancaq, zəif və nöqsandır. Çünki bu hiss, uzaq olana çata bilmir; yaxın olanın da batininə işləyə bilmir. Ancaq zahir olanları ələ alıb, sirrlər və batinlərdən nöqsan qalır.

Dini cəhətdən, qulun, bu sifətdən nəsibi, 2 cürdür:

1. Gözün, (İlahi) ayətləri, mələkut (haşiyə) və səmaların qeyr-i adiliklərini görməsi üçün yaradılmış olduğunu bilməsidir. Bu halda, nəzəri, ancaq ibrət üçün olmalıdır.

- İsa (əleyhissəlam)'dan belə soruşurlar: "Xalq içində, Sənin kimisi vardırmı?"

- İsa (əleyhissəlam), belə cavab verir: "Kimin nəzəri, ibrət; sükutu, fikir; kəlamı da, zikr olarsa, o, Mənim kimidir."

----------------------

(Haşiyə:

Mələkut, nədir?

https://suallarlaislam.com/.../m%C9%99l%C9%99kut-al%C9...)

-----------------------

2. Qulun, Allah (azzə və cəllə)'nin özünü gördüyünü və eşitdiyini bilməsi; və Allahın, onu görüb-bilməsini xəfifə almamasıdır. Allahdan gizlətmədiyini başqasından gizlədən, Allahın nəzərini xəfif görməkdədir.

Bu sifətin imani meyvələrindən biri, muraqabə (özünü kontrol etmək)'dir. Allah (azzə və cəllə)'nin, özünü gördüyünü bildiyi halda, bir günaha yaxınlaşan kimsə, necə cəsur və hüsrandadır?! Allah Taala'nın, özünü görmədiyini zənn edən kimsə, necə zalım və küfr içərisindədir?!

(əbu Həmid əl-Ğazzali, "əl-Maqsadu'l-Əsna fi şərh-i Əsmaillahi'l-Husna" əsərindən nəql)

 

 

 

 

Read 10 times
In order to make a comment, please login or register
OXŞAR SUALLAR