Bayram günlərinin sabahında yemək yemək, caizdirmi?
Ənəs b. Malik (رضي الله عنه) 'dan rəvayət edildiyinə görə, o, belə demişdir:
Rəsulullah ( ﷺ ) bir neçə xurma yemədikcə, Ramazan bayramı günü (bayram namazına) çıxmazdı.
----------------------
Bureydə (رضي الله عنه) 'dan rəvayət edildiyinə görə, o, belə demişdir:
Rəsulullah ( ﷺ ) Ramazan bayramı günü (bir şey) yemədikcə (bayram namazına) çıxmazdı və Qurban bayramı günü, bayram namazından dönmədikcə (bir şey) yeməzdi.[1]
---------------------------
İzahı:
İlk hədisi, İmam Buxari ( رحمه الله) və Tirmizi ( رحمه الله) də rəvayət etmişlərdir.
İkinci hədisi, Tirmizi ( رحمه الله) , İmam Əhməd (رضي الله عنه) , İbni Hibban ( رحمه الله) , Daraqutni ( رحمه الله) , Hakim ( رحمه الله) və Beyhaqi ( رحمه الله) də rəvayət etmişlərdir.
Tirmizi ( رحمه الله) bu hədisləri rəvayət etdikdən sonra belə deyir:
Elm əhlindən bir camaat Ramazan bayramı namazına çıxmadan əvvəl bir şey yeməyi və varsa, xurma yeməyi, müstəhəb #saymışlardır.
Qurban bayramı günü də, namazdan dönmədikcə, bir şey yeməməyi müstəhəb saymışlardır."
Tuhfətu'l-Əhvəzi müəllifi- Mübarəkpuri isə, belə deyir:
Ramazan bayramı sabahı, bayram namazından öncə xurma ilə iftar etmək müstəhəbdir. Tapa bilməyənlər, bal kimi başqa şirniyyat yeməlidirlər. Heç bir şey tapa bilməyənlər, su içməlidirlər.
Qurban bayramı günü isə, qurban ətindən yemək üçün, bayram namazından dönənə qədər, bir şey yeməmək müstəhəbdir.
İmam Əhməd (رضي الله عنه) isə, müstəhəblik hökmünü, qurban kəsəcəklərə təhsis etmişdir (xas qılmışdır).
[1]. İbn Macə, Sünən tərcümə və şərhi, Kitabu's-Siyam (Oruc kitabı): "Ramazan bayramı günü (bayram namazına) çıxmadan əvvəl bir şey yemək haqqındakı bab", hədis no: 1754, 1755, 1756
- Şəvval orucu
- Sahur etmək vacibdirmi?
- Oruc ikən pis söz danışmaq
- Ramazan və Qurban bayramı gecələrini ibadətlə keçirməyin fəzilətinə dair hədis
- Ərəfə gecəsinin fəziləti
- Orucu xurma ilə açmaq vacibdirmi?
- Kim Allah yolunda bir gün oruc tutarsa, Allah, onun vücudunu cəhhənəm atəşindən 70 il uzaqlaştırar.- hədisinin şərhi
- "Şükr edən orucsuza, səbr edən nafilə oruclunun savabının misli vardır"- hədisinin şərhi
- "Şübhəsiz, hər oruclu üçün iftarını açdığında rədd edilməyən bir dua vardır"- hədisinin mənası nədir?
- Ramazan orucundan bir və ya iki gün öncə oruc tutmaq caizdirmi?