Bayram namazı təkbirləri (Hənəfi məzhəbinin dəlilləri)

2126 - Əli b. Abdu'r-Rahmən və Yəhya b. Osmanın,

Abdullah b. Yusuf ---> Yəhya b. Həmzə ---> əl-Vədin b. Ata

isnadı ilə nəqllərinə görə, əl-Qasim əbu Abdu'r-Rahmən, belə demişdir:

Allah rəsulu (sallallahu aleyhi və səlləm)'in səhabələrindən biri, belə deyir:

Peyğəmbər, bir bayram günü, bizə namaz qıldırdı. 4 təkbir aldı. Sonra namaz bitdiyində, üzünü bizə çevirdi və baş barmağını yumaraq, digər barmaqları ilə işarət edib,

"Unutmayın! (Bayram namazı təkbirləri), cənazə namazı təkbirləri kimidir." buyurdu.

Hədisi, Tahavi ("Şərh-u Məani'l-Asar", lV, 345) nəql etmiş və isnadının həsən olduğunu bildirdikdən sonra, belə demişdir:

"Hədisin isnadındakı ibn Yusuf, ibn Həmzə, əl-Vədin və əl-Qasim, rəvayət əhli olub rəvayətləri səhih olaraq bilinən ravilərdir."

Bu xəbər, "Şərh-u Məani'l-Asar"dan nəqlən, "Kitabu'z-Ziyadat"da (ll, 399) yer almışdır.

Bizim qənaətimizə görə, hədisin isnadındakı Əli b. Abdu'r-Rahmən b. Muhamməd b. əl-Muğirə, "ət-Təhzib"(s. 150) bildirildiyi üzərə, siqadır. Yəhya b. Osman isə, saduq (haşiyə - 1) olsa da, şiə tərəfdarı olmaqla ittiham edilmişdir. Bəziləri, hədisi əslindən rəvayət etmədiyi üçün, onun leyyin (haşiyə - 2) olduğunu bildirmişlərdir. "ət-Təqrib"(s. 236) belə qeyd edilmişdir.

---------------------------------

(Haşiyə - 1:

Lüğətdə, "doğru danışmaq" mənasındakı "sidq" kökündən meydana gələn və "son dərəcə doğru danışan kimsə" mənasına gələn "saduq" kəliməsi, hədis termini olaraq, ravinin, ümumiyyətlə, güvənilən; bəzən də, zəif olduğunu ifadə edir.

Zəhəbi və Zeynuddin əl-İraqi'yə görə, tə'dilin üçüncü; Şəmsəddin əs-Səxavi'yə görə, beşinci mərtəbəsində yer alan ravilər haqqında istifadə edilir. Miladi 9-cu əsrin mühəddislərindən, Yəhya b. Main, Əhməd b. Hənbəl, əbu Zur'a ər-Razi, əbu Hatim ər-Razi kimi alimlər, bəzi raviləri "saduq" deyə vəsf etdikdən sonra, rəvayətlərinin, halal-haram mövzularında dəlil olaraq istifadə edilə biləcəyini söyləmişlərdir.

Əbu'l-Həsən əl-İcli və ibn Şahin kimi güvənilən ravilər haqqında əsər qələmə alan alimlər də, "saduq" deyə tərif edilən ravilərə, öz əsərlərində yer vermişlərdir.

Zəhəbi, ibn Həcər Asqalani və Əli əl-Qari kimi hədis alimləri isə, haqqında "saduq" ləfzi istifadə edilən ravilərin, siqa ravilərə görə zəbti bir az zəif olsa da, bu qüsurun, onların güvənilən olmalarını zədələməyəcəyini söyləmişlərdir.

İbn əbu Hatim'in, "Saduq olan ravi, ümumiyyətlə xəta edirsə də, tərğib və tərhib; zühd və ədəb mövzularındakı rəvayətləri yazılar; lakin halal-haram mövzularında dəlil olaraq istifadə edilməz." deməsi; Yəhya b. Main, əbu Zur'a ər-Razi və əbu Hatim ər-Razi kimi alimlərin, bu termini, leyyin olması səbəbilə, rəvayəti dəlil olmayan, ancaq zəbti araşdırılmaq üzərə rəvayəti yazıla bilən ravilərə dair bəhislərdə ələ alması, "saduq" terminin, zəif ravilər haqqında da istifadə edildiyini göstərməkdədir.

Bu qənaətdə olan ibnu's-Salah əş-Şəhrəzuri, Nəvəvi, Zeynuddin əl-İraqi, Şəmsəddin əs-Səxavi və Suyuti kimi alimlərə görə, "saduq" ləfzi, zəbti zəif ravilər haqqında istifadə edildiyindən, ravinin zəbti öyrənilmədən, rəvayətləri dəlil olaraq istifadə edilməməlidir.

"Saduq" deyilən bir ravinin rəvayəti, siqa ravilərin rəvayətinə zidd deyilsə, həsən; rəvayətini dəstəkləyici şahid olarsa, səhih li-ğayrihi olaraq qəbul edilməkdədir.

Ancaq "saduq" ravinin hədisi haqqında həsən və ya səhih li-ğayrihi hökmünün verilə bilməsi üçün, o ravinin zəbti araşdırılıb çox zəif olmadığı təsbit edilməlidir. Çünki "saduq" ləfzi, ümumilikdə, güvənilən ravilər; bəzən də, zəif ravilər haqqında istifadə edildiyi kimi; bidət sahibi olsa da, yalançı olmayan və bidətə dəvət etməyən ravilər haqqında "saduq ləkinnəhu mubtədi / saduq, lakin bidətçi" şəklində istifadə edilməkdədir.

Hədis rəvayətinə əhliyyətli olmaq üçün, lazım gələn digər şərtləri daşıdıqları halda, bu ravilərin rəvayətləri qəbul edilməkdədir.

----------------------------------

Haşiyə - 2:

"Lin" kökündən meydana gələn "leyyin" kəliməsi, lüğətdə, "yumşaq, asan" mənasına gəlir.

Hədis termini olaraq, "xəfifdən şiddətliyə doğru edilən cərh ləfzləri bölgüsünə görə, birinci mərtəbədə yer alan ən xəfif və tə'dilə ən yaxın ləfzlərdən biri olub, Daraqutni'yə görə, ravinin ədalat vəsfini yox etməyəcək, dolayısı ilə, rəvayətinin rəddini gərəkdirməyəcək qədər xəfif bir cərh"i ifadə edir.

---------------------------------

Müəllifimiz, (belə) deyir:

Hədisin isnadındakı Abdullah b. Yusuf, "Səhih"in ravilərindən olub, siqadır; və "əl-Muvatta"da, ravilərin ən güvənilənlərindəndir. "ət-Təqrib"(ll, s. 115) bu şəkildə qeyd edilmişdir.

Yəhya b. Həmzə əl-Hadrami, "Kütüb-ü Sittə" ravilərindən olub, siqadır; və Qədəriyyə məzhəbi tərəfdarı olmaqla ittiham edilmişdir. "ət-Təqrib"(s. 234) belə deyilməkdədir.

əl-Vədin'ə gəlincə, əbu Davud və ibn Macə, ondan hədis rəvayət etmişlərdir. Bu şəxs, saduq olub; yaddaşı, pisdir. Qədəriyyə məzhəbi tərəfdarı olmaqla ittiham edilmişdir. "ət-Təqrib" müəllifinin (s. 230) görüşü də, bu yöndədir. "Təhzibu't-Təhzib"də, icmal olaraq belə deyilməkdədir:

"əl-Vədin'i, imam Muhamməd, ibn Main və Duhaym, siqa olaraq görmüşlərdir. İmam Əhməd isə, onun üçün, 'Qədəriyyə (Mötəzilə) məzhəbinin görüşlərini mənimsəmişdi.' demişdir. İbn Adiyy, əbu Davud və ibn Hibban, siqa olduğunu bildirmişlərdir. Yenə əbu Davud, onun üçün, 'Qədəri idi.' demişdir. əl-Vəlid b. Muslim, İbn Sə'd, əl-Cüzcani, əbu Hatim, ibn Qani əl-Bağdadi, onun zəif olduğu qənaətindədirlər. İbrahim əl-Harbi isə, onun üçün, 'Başqası, ondan daha siqadır.' demişdir." (İbn Həcər Asqalani, "Təhzibu't-Təhzib", Xl, 120).

Hədisin isnadındakı əbu Umamə'nin dostu olan əl-Qasim b. Abdu'r-Rahmən əd-Diməşqi, saduq olub, əksəriyyətlə mürsəl rəvayətlər nəql etmişdir. "Sünən" imamları, ondan hədis nəql etmişlərdir. "ət-Təqrib"(s. 171), bu şəkildə qeyd edilmişdir. Buxari, ibn Main, Yaqub b. Süfyan, Tirmizi, Cüzcani, əbu Hatim, əbu İshaq əl-Harbi, onun siqa olduğunu söyləyərlərkən; imam Əhməd, əl-İcli, əl-Ğulabi, zəif olduğunu bildirmişlərdir. İbn Hibban, "əl-Qasim b. Abdu'r-Rahmən, səhabələrdən, mu'dal (çox zəif və mövzu) hədislər nəql edərdi." demişdir. (İbn Həcər, "Təhzibu't-Təhzib", Vlll, 223, -müxtəsər bir şəkildə-)

Bu hədis, bayram namazı təkbirlərinin sayını, açıq bir şəkildə göstərməkdədir. Birinci rükətdəki 4 təkbir, iftitah təkbirilə zəvaid təkbirlərinin cəmi; ikinci rükətdəki 4 təkbir isə, rüku və zəvaid təkbirlərinin cəmidir. Çünki bu təkbirlərin cənazə namazı təkbirlərinə bənzədilməsi, onların ard-arda alınacağını, açıq olaraq göstərməkdədir. Bu da, ancaq, bizim zikr etdiyimiz yolla edilərsə, gerçəkləşər.

------------------------------------------

2127 - Məkhul'un əbu Hureyrə (radiyallahu anh)'ın dostu əbu Aişə'dən nəqlinə görə, Səid b. əl-As, əbu Musa əl-Əşari ilə Huzeyfə b. əl-Yəman'dan, Peyğəmbər (sallallahu aleyhi və səlləm)'in, qurban və ramazan bayramı namazlarında neçə təkbir aldığını soruşdu.

- əbu Musa (radiyallahu anh): "Allah rəsulu (sallallahu aleyhi və səlləm), cənazə təkbiri kimi 4 təkbir alardı." deyincə,

- Huzeyfə (radiyallahu anh): "Doğru dedi." deyə cavab verdi.

Bunun üzərinə, əbu Musa, "Mən, Basra valisi ikən, belə təkbir alardım." dedi.

Əbu Aişə, "Bu hadisənin baş verdiyi vaxt, mən, Səid b. əl-As ilə bərabər idim." demişdir.

~ Zeylai, "İbnu'l-Cevzi, bu hədisi, isnadındakı Abdu'r-Rahmən b. Səvban səbəbilə, illətli (səhihlikdən çıxaran qüsurlu) qəbul etmişdir." demişdir. (Zeylai, "Nasbu'r-Rayə", l, 321)

~ İbn Main isə, "Abdu'r-Rahmən, zəifdir." demişdir.

~ İmam Əhməd b. Hənbəl, "Abdu'r-Rahmən, qüvvətli deyildi; hədisləri, münkərdir (haşiyə)." demişdir.

İmam, sözünə davam davamla, "Abdu'r-Rahmən, bayram təkbirləri haqqında, Peyğəmbər (sallallahu aleyhi və səlləm)'dən səhih hədis rəvayət etməzdi." demişdir.

----------------------------------

(Haşiyə:

Münkər hədis: Lüğətdə, "inkar etmək, bilməmək, xoş qarşılamamaq" mənasındakı "nəkr" kökünün ifəl vəznindən meydana gələn "münkər" kəliməsi, fərqli zamanlarda yaşamış mühəddislər tərəfindən, fərqli şəkillərdə tərif edilmiş olmaqla bərabər, daha çox, "zəif ravinin, siqa/güvənilən raviyə müxalifəti səbəbilə zəif olan hədis" mənasında istifadə edilmişdir.

-------------------------------------

"ət-Tənqih" adlı əsərdə, Abdu'r-Rahmən b. Səvban'ı, bir çox mühəddisin, siqa olaraq dəyərləndirdiyi bildirilməkdədir.

~ ibn Main, onun üçün, "(Onda) bir beis yoxdur." demişdir.

~ Lakin əbu Aişə haqqında, ibn Hazm, "(O), məchul (heç bilinməyən və ya kifayət qədər tanınmayan bir ravi)'dir." demişdir.

~ ibnu'l-Qattan, "Onun halını bilmirəm." demişdir.

Bizim qənaətimizə görə, Abdu'r-Rahmən b. Sabit b. Səvban haqqında, ixtilaf edilmişdir. İbn Main'in onun haqqındakı dəyərləndirməsi də, ixtilaflıdır. Abdu'r-Rahmən b. Sabit'in həyatı, "Təhzibu't-Təhzib"(Vl, 150), geniş bir şəkildə yer almaqdadır. "Təqribu't-Təhzib"də, "Abdu'r-Rahmən, sadiqun yuxtiu / xəta edən bir saduqdur. Qədəri olmaqla ittiham edilmişdir. Ömrünün sonlarına yaxın, (yaddaşı) dəyişilmişdir." deyilməkdədir. (bax: "Təqribu't-Təhzib", s. 116)

Əbu Aişə'dən, Məkhul və Xalid b. Mə'dən hədis rəvayət etmişlərdir. "ət-Təqrib"(s. 258), "əbu Aişə, məqbuldur." deyilməkdədir. Məchul bir ravi, məqbul olaraq vəsf edilə bilməz. Bu halda, bəhsi keçən "məchulluq", ortadan qalxır.

-------------------------

Bəzilərinin, Niməvi'yə yönəltdikləri tənqidlərə cavab:

Niməvi'nin, "əbu Aişə'dən 2 nəfərin hədis rəvayət etmiş olması ilə, məchulluq ortadan qalxar." (Niməvi, "Asaru's-Sünən", ll, 106) şəklindəki ifadəsindən məqsəd, budur. Yəni, bunun üçün, tə'dil alimlərinin, özünü məqbul olaraq vəsf etmələri də lazımdır. Onun (başqa şərt axtarmadan) sadəcə 2 nəfərin rəvayətilə məchulluğunun ortadan qalxdığını qəsd etdiyini qəbul etsək belə, bu, onun "Tə'liq"ində (l, 78), bir ravidən 2 nəfərin rəvayət etməsilə, halının məchulluğunun ortadan qalxmayacağı yolundakı ifadəsilə zidd düşməz. Çünki bu halda, "cəhalətu'l-ayn" (haşiyə), alimlərin ittifaqı ilə ortadan qalxar. Məchulluğun ortadan qalxmasından qəsd edilən də, budur.

--------------------------------------

(Haşiyə:

Cəhalətu'l-Ayn: Özündən hədis rəvayət etmiş olan ravi tərəfindən, adı və siqa olduğu söylənmiş olsa da, özündən, sadəcə bir şəxsin hədis rəvayət etmiş olduğu kimsədir.)

--------------------------------------

Dolayısı ilə, bizim, -məstur (haşiyə) olan bir kimsənin rəvayəti, məzhəbimizcə məqbul olduğu üçün-, cəhalətu'l-hal (halını bilməməy)'in ortadan qalxıb-qalxmadığını öyrənməyə ehtiyacımız yoxdur.

-------------------------------------

(Haşiyə:

Məstur: Görünüşdə adil olan, lakin halı, bütün təfsilatları ilə bilinməyən, dolayısı ilə, özündən qəflət və ya kizb (yalan) düşünülə bilən, ancaq, bunlarla da ittiham edilməyən ravidir.)

------------------------------------

Bir ravinin halının məchulluğunun ortadan qalxıb-qalxmadığını bilməyə ehtiyac, -bəzi mühəddislərin mənimsədikləri görüşə görə- ancaq rəvayəti qəbul edilmədiyində bəhs mövzusu olur. Niməvi'nin (l, 78) bir ravidən 2 nəfərin rəvayətilə halının məchulluğunun ortadan qalxmadığı yönündəki ifadəsi, bu şəxslərə -öz görüşünü bəyan etmək üçün deyil- onları susdurmaq üçün söylənmiş bir cavabdır. Çünki Hənəfi məzhəbinin, məstur ravinin rəvayətini qəbul etməsi, məşhurdur. Bəziləri bu incəliyi gözdən qaçırmış və Niməvi'nin 2 görüşü arasında ziddiyyət olduğunu iddia edərək, onu, qınanmış olan məzhəb təəssübünə düşməklə ittiham edərək, belə demişlərdir:

"Bu cəhətdə, onun bənzəri davranışları vardır. Niməvi, məzhəbini gücləndirən dəlillər gündəmə gəldiyində, yumşaqlıq göstərərkən; müxalif məzhəbin dəlilləri gündəmə gəldiyində, daha qüvvətli davranmaqdadır. Allah, 'əl-Müstəan / Özündən yardım istənilən'dir."

Bu, heç şübhəsiz ki, böhtandır. Çünki Niməvi və biz, müxaliflərimizin dəlilləri üzərinə, ilk olaraq, onların dəlilləri üzərinə danışırıq. Bundan məqsədimiz, onları, istinad etdikləri dəlilin, öz üsullarına görə dəlil olmağa əlverişli olmadığını söyləyərək ilzam etməkdir (susdurmaqdır). İkincisi, öz üsulumuza görə, onlara cavab veririk. Bizi təyid edən (dəstəkləyən) dəlillərimiz üzərində, sadəcə öz üsulumuza görə danışırıq. Bu xüsusda, heç bir qapalı hal yoxdur.

Yuxarıdakı hədis, bayram namazı təkbirlərinin sayı mövzusunda, açıq bir dəlildir.

-----------------------------------------

2128 - Yəhya b. Osman'ın,

Nuaym b. Hammad ---> Muhamməd b. Yezid əl-Vasiti ---> Nu'man b. əl-Munzir

isnadı ilə nəqlinə görə, Məkhul, belə demişdir:

Huzeyfə (radiyallahu anh)'ın elçisi və əbu Musa (radiyallahu anh)'ın mənə nəql etdiklərinə görə,

Allah rəsulu (sallallahu aleyhi və səlləm), hər 2 bayram namazında, iftitah təkbiri xaric, 4 təkbir alardı.

Hədisi, Tahavi ("Şərhu Məani'l-Asar", lV, 346) rəvayət etmişdir. İsnadı, şazz və münkər deyildir. Ancaq görüldüyü üzərə, münqati (qopuq)'dur.

Müəllifimiz deyir:

Bu hədis, bayram namazının başlanğıc təkbiri xaricində 4 təkbirlə qılınacağına dəlildir. Hədisi, əvvəlki rəvayətləri dəstəkləmək üçün nəql etdik. Çünki bayram namazının 4 təkbirlə qılınacağı hökmü, birinci hədislə, zatən sabit olmuşdu və bunun açıqlaması, daha əvvəl verilmişdi.

---------------------------------------

2129 - Huşeym'in, ibn Avn'dan nəqlinə görə, Məkhul belə demişdir:

Səid b. əl-As (radiyallahu anh) ilə birlikdə olan biri, mənə dedi:

Səid b. əl-As, Ridvan beyətində iştirak edən 4 səhabəyə xəbər göndərərək, bayram namazı təkbirlərini soruşdu. Bunlar, "Bayram namazı təkbirləri, 8-dir." dedilər.

Mən, bunu, ibn Sirin'ə dediyimdə, o, mənə, "Doğru demişdir. Lakin başlanğıc təkbirini unutmuşdur." dedi.

Hədisin isnadındakı məchul şəxsin əbu Aişə olduğu ortaya çıxmaqdadır. İsnadın qalan qismi isə, səhihdir.

Hədisi, ibn əbu Şeybə, "əl-Musannəf"ində (Vll, 14) nəql etmişdir. (bax: "əl-Cevhəru'n-Naqi", l, 243)

Bu hədis, Yəhya'nın rəvayət etdiyi hədisdəki hökmə açıqca dəlalət etməkdədir...

Bəziləri, belə demişlərdir:

Hədisin sənədini, "əl-Cevhəru'n-Naqi" müəllifi ibnu't-Türkməni, səhih olaraq dəyərləndirmiş, ancaq sənədə diqqətli baxmamışdır. Çünki ravi, Səid (radiyallahu anh)'ın göndərdiyi elçinin kim olduğunu bildirməməkdədir. Eyni şəkildə, ibn Sirin'dən bu fətvanı kimin aldığı da bildirilməmişdir. Bu hədis, olsa-olsa, onun mürsəllərindən ola bilər. Bu da, "Qüsldə ağza su almağın fərz olması" babında keçdiyi üzərə, səhihdir.

Mühəddislərin əksəriyyəti, isnadı səhih olsa belə, mürsəl hədisi, dəlil olaraq istifadə etməzlər. Burda, mühəddislər nəzərində bilinən sihhət də yoxdur. Çünki sihhət, ancaq, isnadın müttəsil (bitişik) olması ilə gerçəkləşir.

İbnu't-Türkməni, hədisin sənədinin, Huşeym'dən Məkhula qədər olan qisminin, səhih olduğunu bildirmişdir. Bu qismin sihhətində, şübhə yoxdur. Buna, ancaq qəlbi və gözü kor olanlar etiraz edə bilərlər.

---------------------------------

2130 - Süfyan əs-Sevri'nin, əbu İshaq vasitəsilə Alqamə və əl-Əsvəd'dən nəqllərinə görə,

"İbn Məs'ud (radiyallahu anh), bayram namazlarında, 9 təkbir alardı. Bunlardan 4-ü, qiraətdən əvvəl olardı. Sonra təkbir alar, rükuya gedərdi. İkinci rükətə qalxınca, ilk əvvəl qiraət edər, onu bitirdiyində, 4 təkbir alar, sonra rükuya gedərdi."

Xəbəri, Abdu'r-Razzəq, "əl-Musannəf"ində (lll, 293), nəql etmişdir. Xəbərin isnadı, "əd-Dirayə"də bildirildiyi üzərə, səhihdir. "Məcmau'z-Zəvaid"(l, 223), Kurdus'un, belə dediyi nəql edilir:

"Abdullah b. Məs'ud (radiyallahu anh), Qurban və Ramazan bayramı namazlarında, hər bir rükətdə, 9 təkbir alardı. Namaza başladıqdan sonra 4 təkbir gətirər; sonra bunlardan 1-ilə rükuya gedərdi."

Hədisi, Taberani, "əl-Mu'cəmu'l-Kəbir"ində (lX, 302) rəvayət etmişdir. Raviləri, siqadır.

Bu xəbəri, Abdu'r-Razzəq, "əl-Musannəf"ində, səhih bir isnadla, Muğirə b. Şu'bə'nin tətbiqatı olaraq nəql etmişdir. Bu tətbiqat, "əd-Dirayə" (s. 135) yer aldığı üzərə, ibn Məs'ud (radiyallahu anh)'ın rəvayətilə eynidir.

Hədis, bayram namazı təkbirlərinin sayını, açıqca göstərməkdədir.

--------------------------------------------

2131 - Abdullah b. Məs'ud (radiyallahu anh)'ın,

"Hər 2 bayram namazında alınacaq təkbir sayı, cənazə namazında olduğu kimi 4-dür." dediyi nəql edilmişdir.

Hədisi, Taberani, "əl-Mu'cəmu'l-Kəbir"ində (lX, 305) rəvayət etmişdir. Raviləri, siqadır (bax: Heysəmi, "Məcmau'z-Zəvaid", l, 223)

Bu mövzu, birinci hədis açıqlanarkən ələ alınmışdı. Bu xəbər, ibn Məsud (radiyallahu anh)'ın, bayram namazını qılma şəkli olaraq, bir başqa yoldan rəvayət edilmişdir. "Məcmau'z-Zəvaid"(l, 223), İbrahim ən-Nəxai'nin nəqlinə görə,

Vəlid b. Uqbə (radiyallahu anh), bir gün məscidə girir. O əsnada, ibn Məsud, Huzeyfə, əbu Musa (radiyallahu anhum), məscidin həyətindədirlər.

- əl-Vəlid (radiyallahu anh): "Bayram namazı vaxtı gəldi. Nə edəcəm?" deyə soruşur.

- İbn Məsud (radiyallahu anh), bayram namazını, ona belə tərif edir:

"Allahu əkbər deyəcəksən. Sonra Allaha həmd edəcəksən. Sonra Peyğəmbərə salat və salam gətirib, Allaha dua edəcək, sonra təkbir alacaqsan. Ardından Allaha həmd edib, Onu tərifləyəcəksən. Peyğəmbərə salat və salam gətirib dua edəcək, sonra təkbir alacaqsan. Bundan sonra, Fatihəni, bir surə ilə birlikdə oxu. Sonra təkbir al, rükuya get, sonra səcdə et. Ardından ikinci rükətə qalx. Əvvəl Fatihəni oxu, sonra bir surə əlavə et. Ardından təkbir al, Allaha həmd et, Onu təriflə. Peyğəmbərə salat və salam gətir, sonra yenə təkbir al, səcdə et."

Bu tərif üzərinə, Huzeyfə və əbu Musa:

"ibn Məsud, isabət etdi." dedilər.

Bu xəbəri, Taberani, "əl-Mu'cəmu'l-Kəbir"ində (lX, 305) rəvayət etmişdir.

İbrahim ən-Nəxai, adı keçən səhabələrdən heç birinə çatmamışdır. Dolayısı ilə, bu xəbər, mürsəldir; və raviləri, siqadır.

Lakin İbrahim ən-Nəxai'dən gələn xəbərlər, bir-birindən fərqlidir. Çünki ondan nəql edilən xəbərin bir bənzəri, mətndə, ibn Məsud'dan rəvayət edilmişdir (yəni, qəsd edilən 2130 no-lu hədisdir).

İmam Muhammədin, "Kitabu'l-Asar"ında (s. 36), belə deyilməkdədir:

İmam əbu Hənifə'nin, Hammad ---> İbrahim ən-Nəxai vasitəsilə nəqlinə görə,

Abdullah b. Məsud, bir gün Kufə məscidində oturmuşdu. Yanında Huzeyfə b. əl-Yəman və əbu Musa əl-Əşari var idi. əl-Vəlid b. Uqbə gəldi. O, həmin vaxt, Kufə əmiri idi. Vəlid, orda olanlara, "Sabah bayram günü necə edəcəm?" deyə soruşdu.

- Bunun üzərinə, əbu Musa: "Ey əbu Abdu'r-Rahmən! Ona, namazı necə qılacağını bildir!" dedi.

Abdullah b. Məsud da, ona:

~ bayram namazını, azan oxumadan və iqamə gətirmədən qılmasını; və

~ birinci rükətdə, 5; ikinci rükətdə isə, 4 təkbir almasını;

~ təkbirləri, 2 qiraətin arasında almasını; və

~ namazdan sonra, miniyi üzərində xütbə oxumasını

əmr etdi.

Bu xəbər də mürsəl olub, raviləri, siqadır. Etimad edilən xəbər, budur. Çünki bu xəbər, ibn Məsuddan, mövsul (müttəsil, sənədində qopuqluq olmayan) bir rəvayətlə təyid edilmiş (dəstəklənmiş)'dir. Bu xəbər, daha əvvəl keçmişdi və bəhsi keçən xəbər, ibn Məsuddan məşhur olaraq nəql edilmişdir. Üstəlik, bilindiyi üzərə, mövsul olan xəbər, -səhih belə olsa-, mürsəldən əvvəl gəlir.

Digər yandan, bayram namazı təkbirlərilə bağlı hədislər, fərqli olaraq nəql edilmişdir. Bütün bu xəbərlər (hamısı birlikdə) səhih olduğu təqdirdə, (tək-tək) həsəndir. Tirmizi'nin, ("Cümə/34"),

Kəsir b. Abdullah ---> Atası ---> Babası

isnadı ilə nəqlinə görə, Peyğəmbər (sallallahu aleyhi və səlləm), hər 2 bayram namazının:

~ 1-ci rükətində, qiraətdən əvvəl - 7;

~ 2-ci rükətində isə, qiraətdən əvvəl - 5

təkbir almışdır.

Tirmizi, bu hədisi, "Həsəndir." şəklində dəyərləndirmiş və "Hədis, bu mövzuda, Peyğəmbər (sallallahu aleyhi və səlləm)'dən rəvayət edilənlərin ən gözəlidir." demişdir.

"Təlxisu'l-Habir"(l, 144), bu dəyərləndirmə vardır:

"Hədisin isnadındakı Kəsir, zəifdir. Bir qrup mühəddis, Tirmizi'yə, hədisi həsən olaraq dəyərləndirdiyi üçün, etiraz etmişlərdir." (İbn Həcər, "Təlxisu'l-Xabir", l, 144)

Zəhəbi, "Mizanu'l-İ'tidal"da, belə deyir:

"Tirmizi'yə gəlincə, o, Kəsirin babasından: 'Sülh, müsəlmanlar arasında caizdir.' (Tirmizi, "Əhkam/17") hədisini nəql etmiş və səhih olduğunu bildirmişdir. Bundan dolayı, alimlər, Tirmizi'nin səhih qılmasına etimad etməzlər." (bax: Zəhəbi, "Mizanu'l-İ'tidal", ll, 354)

Biz də, bunu əlavə edək:

"ət-Tərğib"(l, 152) bildirildiyi üzərə, imam ibn Xuzeymə, bu hədisdən başqasında, onun rəvayətinin səhih olduğunu bildirmişdir. Bu halda, Kəsirin babası, onun nəzərində, hədisi səhih olan bir ravidir.

"Nasbu'r-Rayə"(l, 322), belə deyilir:

"Tirmizi, 'əl-İləlu'l-Kübra'sında, belə deyir: İmam Muhamməd'dən bu hədisi soruşdum. Mənə, 'Bu mövzuda, bu hədisdən daha səhihi yoxdur. Mənim qənaətim də, bu yöndədir.' dedi.

Abdullah b. Abdu'r-Rahmən ət-Taifi'nin hədisi də, səhihdir. Taifi'nin hədisi, şazz və münkər deyildir."

İbnu'l-Qattan, "Kitab"ında belə deyir:

"Bu ifadə, hədisin səhih olduğunu açıq bir şəkildə bildirməkdədir. İmam Muhammədin, 'Bu mövzuda ən səhih olan rəvayət, budur.' şəklindəki ifadəsi, hədis, bu mövzuda, zəifliyi ən az olan rəvayətdir, deməkdir.

Onun, 'Mənim qənaətim bu yöndədir.' şəklindəki cümləsi, Tirmizi'nin ifadəsi ola bilər. Buna görə, Tirmizi, 'Bu hədis, bu mövzudakı ən açıq hədisdir.' demiş olmaqdadır."

'Taifi'nin hədisi də, səhihdir.' ifadəsi də, eyni şəkildə, Tirmizi'nin cümləsi ola bilər. Tirmizi'nin, Amr b. Şuayb'ın hədisini səhih olaraq dəyərləndirdiyi bilinməkdədir.

İbnu'l-Qattan, "Biz, hər nə qədər ləfzin zahirinə çıxmış olsaq da, ləfz, Kəsir b. Abdullah'ın, onların nəzdində mətruk (haşiyə) olmasını gərəkdirməkdədir." demişdir.

------------------------------------

(Haşiyə:

Lüğətdə, "tərk edilmiş" mənasına gələn "mətruk" kəliməsi, hədis termini olaraq, "hədis uydurmamış olsa belə, günlük həyatında yalan söylədiyi bilinən ravinin, tək başına rəvayət etdiyi hədis" mənasında istifadə edilməkdə və zəif hədis növlərindən biri olaraq "mətruh" ilə eyni məna daşımaqdadır.

İlk dövrlərdən etibarən, mühəddislər, rəvayətləri tərk ediləcək dərəcədə zəif ravilər haqqında, "tərk" felindən meydana gələn, fərqli-fərqli ləfzlər istifadə etmişlərdir. Məsələn:

~ Muttəfəqun alə tərkihi: tərkində (tərk edilməsi gərəkdiyi xüsusunda) ittifaq vardır;

~ Mətruku'l-Hədis: Hədisi tərk edilmişdir;

~ Tərakuhu: Ondan rəvayəti tərk etdilər;

~ Turikə hədisuhu: Hədisi tərk edilmişdir;

~ Şəbihun bi'l-mətruk: Mətruk ravilərdən fərqi yoxdur;

kimi cərh xüsusiyyətli bu ləfzlər, ədalətində qüsur olan və ya zəbt cəhətindən qeyr-i kafi olan ravinin zəif olduğunu bildirmək məqsədilə istifadə edilməkdə; beləcə, həm özünün, həm də rəvayətlərinin tərk edilməsi gərəkdiyinə işarət edilməkdədir.

------------------------------------

Bizə görə, bütün bu sözlər, ifadənin zahirinə zidd, zəif və kifayət etməyən açıqlamalardır və bunlara, ehtiyac da yoxdur. Çünki Buxari'nin nəzərində, Kəsir, hədisi həsən olan bir ravidir. Hafiz ibn Həcər'in, "Təhzib"ində (Vlll, 422) nəqlinə görə, Tirmizi belə demişdir:

"Muhamməd əl-Buxari'dən, Kəsir b. Abdullahın atası vasitəsilə babasından, cümə günü duaların qəbul ediləcəyinin umulduğu saat haqqındakı hədisin halını soruşdum. Mənə, 'Bu hədis, həsəndir. Ancaq Əhməd, Kəsirin zəif olduğunu söyləyərdi. Yəhya b. Səid əl-Ənsari, ondan hədis nəql etmişdir.' dedi."

Bu ifadə, imam Buxari'nin, Kəsirin hədisini həsən qəbul etdiyini göstərməkdədir.

Nəticə olaraq, Kəsir, hədisi həsən olan bir ravidir.

Digər tərəfdən, Buxari, başqalarından da, Kəsirin zəif olduğunu bildirən ifadələr nəql etmişdir. Ancaq Kəsir, onun nəzərində zəif olsaydı, həsən olduğunu söyləməzdi.

Hədisi, Daraqutni, "Sünən"ində (ll, 48), belə nəql etmişdir:

əl-Hüseyn b. İsmayıl'ın, Muhamməd b. İsmayıl əl-Buxari və Əhməd b. əl-Vəlid əl-Kərabisi'dən nəql etdiyinə görə, (bunlar), belə demişlərdir:

İsmayıl b. əbu Uveys'in, Kəsir b. Abdullah ---> atası isnadı ilə nəqlinə görə, babası belə demişdir:

"Peyğəmbər (sallallahu aleyhi və səlləm), ramazan və qurban bayramlarında, birinci rükətdə - 7; ikincisində 5 təkbir alardı."

Buxari, bu rəvayəti nəql edərkən, "qiraətdən əvvəl" şəklində bir qeyd qoymuşdur.

Daraqutni, bu hədisin həsən və səhih olduğunu bildirmişdir. Buxari, şeyxi ibn əbu Uveys'dən, "Səhih"ində çox hədis nəql etmişdir. Burdan da, ibnu'l-Qattan'ın ifadəsində, heç ehtiyac yox ikən, böyük bir təkəllüf və imamın sözünü, onun razı olmayacağı bir şəkildə təvil etdiyi ortaya çıxmaqdadır.

Zəhəbi'nin tənqidinə belə cavab verilir:

Tirmizi, onun rəvayətini dəlil olaraq istifadə etməkdə tək deyildir. Əksinə, onun rəvayətini -daha əvvəl ifadə etdiyimiz üzərə- dünyaca məşhur hədis imamı əbu Abdullah əl-Buxari, "Səhih" sahibi ibn Hibban'ın şeyxi, "Səhih" müəllifi imam Muhamməd b. İshaq b. Xuzeymə, dəlil olaraq istifadə etmişlərdir. Bu halda, Tirmizi'ni tənqid edəcək hər hansı bir səbəb yoxdur.

İbnu'l-Qattan'ın, "Tirmizinin, Amr b. Şuaybın hədisini səhih olaraq dəyərləndirdiyi, bilinməkdədir." ifadəsinə gəlincə, bu sözü ilə, Buxarinin onun hədisini dəlil olaraq istifadə etmədiyini bildirmək istəyirsə, həqiqət, onun dediyi kimi deyildir. Çünki Tirmizi, "Sünən"ində, belə deyir:

İmam Muhamməd b. İsmayıl, belə dedi:

Əhməd və İshaqın -Buxari, bu 2 addan başqalarını da zikr etdi- Amr b. Şuaybın hədisini dəlil olaraq istifadə etdiklərini gördüm.

İbn Həcər, "Təhzibu't-Təhzib"(l, 43), belə deyir:

İmam Buxari, belə dedi:

Əhməd b. Hənbəl, Əli b. əl-Mədini, İshaq b. Rahuyə, əbu Ubeyd və əshabımızın demək olar ki hamısının, Amr b. Şuaybın atası vasitəsilə babasından rəvayət etdiyi hədisi, dəlil olaraq istifadə etdiklərini gördüm. Müsəlmanlardan heç kim, onun rəvayətini tərk etməmişdir. Buxari, sözünə davamla, "Onlardan başqa kimlər vardır?" demişdir.

Buxari, yenə "Təhzibu't-Təhzib"də ifadə edildiyi üzərə, "əl-Qiraə xalfə'l-imam" adlı cüzündə, onun rəvayətini dəlil olaraq istifadə etmişdir.

Burdan ortaya çıxan, Buxari'nin, onun rəvayətini dəlil olaraq qəbul etdiyidir. Çünki o, Amr b. Şuaybın rəvayətini dəlil olaraq qəbul edənlərin adlarını nəql etməkdə və özü də, dəlil olaraq istifadə etməklə birlikdə, onlara qoşulmaqdadır.

İbnu'l-Qattan,

"Buxari, onun rəvayətini səhih olaraq qəbul etmir." deyərkən, "Buxarinin, Amr b. Şuaybın hədisini səhih qılmaq kimi bir adəti olduğu bilinməməkdədir." demək istəyirsə, bunda, hər hansı bir beis yoxdur. Çünki sizin nəzdinizdə, bir şeyin sabit olmaması, əslində, onun yox olmasını gərəkdirməz. Bir mühəddis, fərqli hallardan dolayı, bir kimsənin rəvayətini, bəzən həsən qəbul edərkən; bir başqa səfər də, səhih qəbul edə bilir.

Söylədiklərimiz üzərində düşünüb incələmək lazımdır. Verdiyi nemətlərdən dolayı, Allaha həmd olsun.

Əbu Davud, Taifi'nin hədisini, hər hansı bir söz danışmadan, bu şəkildə nəql etmişdir:

Müsəddəd'in, əl-Mu'təmir'dən nəqlinə görə, Abdullah b. Abdu'r-Rahmən ət-Taifi, Amr b. Şuayb ---> atası isnadı ilə Abdullah b. Amr b. əl-As'ın, belə dediyini nəql etmişdir:

Allah rəsulu (sallallahu aleyhi və səlləm), belə buyurmuşdur:

"Ramazan bayramı namazında, təkbir, birinci rükətdə - 7; ikinci rükətdə - 5'dir. Qiraət, hər 2 rükətdə də, təkbirdən sonradır." (Əbu Davud, Salat/245)

Abdullah b. Abdu'r-Rahmən, "Təhzibu't-Təhzib"(V, 298) ifadə edildiyi üzərə, haqqında ixtilaf olan bir ravidir.

"Mizanu'l-İ'tidal"da (ll, 52), ibn Adiyy'in bu sözünə yer verilir:

"Onun digər hədislərinə gəlincə, bunlar, sağlamdır və Amr da, hədisi, etibar üçün alınan ravilərdəndir."

"Təlxisu'l-Habir"(l, 144), belə deyilmişdir:

Əhməd b. Hənbəl, Əli b. əl-Mədini və Tirmizi'nin nəqlinə görə, Buxari, onun rəvayətini, səhih olaraq qəbul etmişdir. Uqayli'nin nəqlinə görə, Əhməd b. Hənbəl, "Bayram namazlarında təkbir haqqında, səhih və mərfu bir hədis rəvayət edilməmişdir." demişdir. (bax: ibn Həcər, "Təlxisu'l-Habir", l, 144, müxtəsər bir şəkildə)

Bizim qənaətimiz, budur:

Əhməd b. Hənbəldən gələn nəql, bir-birilə zidd düşməkdədir. Geriyə, Buxari, şeyxi Əli b. əl-Mədini və Tirmizinin, onun rəvayətini səhih qılmaları qalmaqdadır. Tirmizi, Buxarinin bu qənaətini nəql etmiş və özü də, buna qatılmışdır. İraqi isə, onun üçün, "İsnadı, səhihdir." demişdir. Yenə eyni yerdə, Əhməd b. Hənbəlin, "Mən, bu görüşü mənimsəyirəm." ifadəsi yer almaqdadır. Bu 2 hədisi, hədis imamları, səhih olaraq dəyərləndirmişlərdir.

Üçüncüsü, Bəzzar'ın ("əl-Müsnəd", lll, 234), Abdu'r-Rahmən b. Avf (radiyallahu anh)'dan nəql etdiyi bu rəvayətdir:

Ramazan və Qurban bayramı namazlarında, Peyğəmbər (sallallahu aleyhi və səlləm)'in qarşısına qoyulmaq üçün, uzun bir əsa qoyulardı. Allah rəsulu (sallallahu aleyhi və səlləm), başlanğıc təkbiri ilə birlikdə 13 təkbir alardı. Əbu Bəkr və Ömər də, bayram namazlarını belə qılarlardı.

Bu hədisin isnadında, əl-Həsən b. Hammad əl-Bəcəli mövcuddur. Heç kim, onun zəif olduğunu bildirməmiş; siqa olduğunu da söyləməmişdir. Mizzi, onu diyərlərindən ayırmaq üçün, ondan bəhs etmişdir. Hədisin qalan raviləri, "Məcmau'z-Zəvaid"(l, 223) bildirildiyi üzərə siqadır.

~ "Neyl"də, onun üçün, "Hədisi, leyyindir." deyilməkdədir.

~ "Təlxisu'l-Habir"(l, 145), "Daraqutni, onun mürsəllərinin səhih olduğunu bildirmişdir." sözü yer almaqdadır.

Biz də, onun hədisinin, mövsul rəvayətlərlə gücləndiyini bildirmiş olaq.

Nəticə olaraq, əl-Həsən b. Hammad əl-Bəcəli'nin rəvayəti, bütün alimlər nəzdində dəlil olmağa əlverişlidir.

Dördüncüsü, məvquf bir rəvayət olub, imam Malik tərəfindən, Abdullah b. Ömər (radiyallahu anh)'ın azad edilmiş nökəri olan Nafi'dən, bu şəkildə nəql edilmişdir:

"Əbu Hureyrə ilə birlikdə, qurban və ramazan bayramı namazlarında oldum. O, birinci rükətdə, qiraətdən əvvəl - 7; ikinci rükətdə, yenə qiraətdən əvvəl - 5 təkbir aldı." (İmam Malik, "əl-Muvatta", "İydeyn"/9)

Tirmizi, "əl-İləlu'l-Kubra"sında, imam Buxari'nin bu ifadəsinə yer verməkdədir:

"Səhih olanı, imam Malik və hədis hafizlərindən başqalarının, Nafi vasitəsilə əbu Hureyrənin tətbiqatına dair nəqllərdir."

"Nasbu'r-Rayə"(l, 323) belə qeyd edilmişdir.

Beyhaqi ("Sünən", lll, 288) və Taberani, "əl-Bədru'l-Munir"də ifadə edildiyi üzərə, bu hədisin səhih olduğunu bildirmişlərdir.

"Təlxisu'l-Habir" haşiyəsində də (l, 145) belə bildirilməkdədir.

İbn Abbas (radiyallahu anh)'dan gələn rəvayətlər, bir-birindən fərqlidir. "əl-Cevhəru'n-Naqi"(l, 241) yer aldığı üzərə, Beyhaqi'nin Abdullah b. əbu Süleyman vasitəsilə Ata'dan nəqlinə görə,

"İbn Abbas (radiyallahu anh), hər 2 bayram namazında, birinci rükətdə - 7; ikincisində - 5 olmaq üzərə, cəmi 12 təkbir alardı."

Beyhaqi xəbəri nəql etdikdən sonra, "Bu, səhih bir isnaddır." demişdir.

Yenə "əl-Cevhəru'n-Naqi"də, ibn əbu Şeybə, ("əl-Musannəf", ll, 174) bir üçüncü isnad yolundan bəhs etməkdədir. Buna görə, Huşeym'in, Xalid əl-Hazza'dan nəqlinə görə, ibn Sirin'in xanımı tərəfindən qohumu olan Abdullah b. əl-Haris, belə demişdir:

"İbn Abbas, bir bayram günü bizə namaz qıldırdı. Birinci rükətdə - 5; ikincisində - 4 olmaq üzərə, 9 təkbir aldı və bu təkbirləri, iki qiraət arasında ard-arda aldı."

Bu, səhih bir sənəddir.

İmam hafiz ibn Həcər əl-Asqalani, "əd-Dirayə"də, "Xəbərin isnadı, səhihdir." demişdir.

"əl-Cevhəru'n-Naqi"də, ibn Hazm'ın bu ifadəsi yer almaqdadır:

Şu'bə vasitəsilə Xalid əl-Hazza və Qatadə'nin Abdullah b. əl-Haris b. Nevfəl'dən nəql etdikləri bu xəbəri rəvayət etdik:

"İbn Abbas (radiyallahu anh), bayram namazının birinci rükətində - 4 təkbir aldı. Sonra qiraət etdi, sonra rükuya getdi. Ardından ikinci rükətə qalxdı. Yenə qiraət etdi. Sonra rüku təkbiri xaric, 3 təkbir aldı."

İbn Hazm, belə deyir:

Yəhya əl-Qattan ---> Səid b. əbu Arubə ---> Qatadə ---> İkrimə (radiyallahu anh)

vasitəsilə nəql etdiyimiz bir rəvayətə görə, ibn Abbas (radiyallahu anh), hər iki bayram namazında yer alan təkbirlər haqqında:

"İmam, 9 və ya 11 ya da 13 təkbir alar." demişdir.

İbn Hazm:

"Bu 2 sənəd, son dərəcə səhihdir." demişdir.

İbn əbu Şeybə'nin ("əl-Musannəf", ll, 173),

ibn İdris ---> ibn Cureyc ---> Ata

isnadı ilə nəqlinə görə,

"İbn Abbas (radiyallahu anh), bayram namazının birinci rükətində, başlanğıc (iftitah) təkbiri ilə birlikdə - 7; ikincisində, rüku təkbirilə bərabər 6 təkbir alardı. Bunların hamısı, qiraətdən əvvəl olardı."

Bu da, isnadı səhih bir rəvayətdir.

Bu ixtilaf, bayram namazı təkbirlərinin sayı mövzusunda, bir genişlik olduğuna həml edilmişdir. Görüldüyü üzərə, ibn Məsud (radiyallahu anh)'ın rəvayətində, mərfu hədislərdə olmayan bəzi cəhətlər yer almaqdadır. Lakin bu, hökmən mərfu olaraq dəyərləndirilmişdir. Çünki bu hökmlər, ağıl yürütməklə əldə edilə biləcək şeylər deyildir. "əl-Cevhəru'n-Naqi" (l, 244), əbu Ömərin, "ət-Təmhid"də belə dediyi yer almaqdadır:

"Belə bir hökmün qaynağı, rəy və görüş ola bilməz. Bu, ancaq, Peyğəmbər (sallallahu aleyhi və səlləm) tərəfindən bildirilmiş ola bilər. Çünki rəy və fiqhdə yerləşmiş qaydalar (qiyas) cəhətindən, 7 ilə bundan daha az və daha çox təkbir arasında, hər hansı bir fərq yoxdur."

İbn Abdi'l-Bərr, belə demişdir:

Abdullah b. Ömər, ibn Amr, Cərir, Aişə, əbu Vaqid və Amr b. Avf əl-Muzəni tərəfindən Peyğəmbər (sallallahu aleyhi və səlləm)'in Ramazan və Qurban bayramı namazlarında, birinci rükətdə - 7; ikinci rükətdə isə - 5 təkbir aldığı, həsən yollarla nəql edilmişdir.

Biz də, bunu əlavə edək:

Amr b. Avf (radiyallahu anh) və ibn Ömər (radiyallahu anh) hədisi, daha əvvəl keçmişdi. Aişə (radiyallahu anha) hədisini isə, əbu Davud, ibn Lehia'dan, haqqında bir söz etmədən nəql etmişdir. İbn Lehia haqqında, ixtilaf edildiyini bildirməkdə fayda vardır. Dolayısı ilə, bu, dəfələrlə keçdiyi üzərə, bəzi mühəddislər nəzdində, rəvayəti həsən bir ravidir. Buxari, bu hədisi zəif olaraq görərkən; Daraqutni, "əl-İləl"ində, onun məvqufluğunun səhih olduğunu ifadə etmişdir. "Təlxisu'l-Habir"(l 144), belə qeyd edilmişdir. Əbu Vaqid əl-Leysi hədisini, Taberani, "əl-Mu'cəmu'l-Kəbir"ində nəql etmişdir. Bu hədisin isnadında, yenə "Məcmau'z-Zəvaid"(l, 223) bildirildiyi üzərə, ibn Lehia mövcuddur.

İbn Ömər (radiyallahu anh) hədisi, Daraqutni'də (l, 181) nəql edilmişdir. "Təlxisu'l-Habir"də, bu dəyərləndirmə yer almaqdadır:

"Bu hədisin isnadında, zəif olan Fərəc b. Fadalə mövcuddur. Əbu Hatim, 'Fərəc, çox xəta edən bir ravidir.' demişdir." (bax: "Təlxisu'l-Habir", l, 145)

Biz də, bunu əlavə edək:

"Təhzibu't-Təhzib"(Vlll, 260), belə deyilməkdədir:

Əbu Davudun nəqlinə görə, Əhməd b. Hənbəl, "Fərəc, Şamlılardan hədis rəvayət etdiyində, hər hansı bir bes yoxdur. Lakin o, Yəhya b. Səid'dən münkər rəvayətlər nəql etmişdir." demişdir.

əl-Xəlili, "əl-İrşad"da, belə deməkdədir:

"Fərəci zəif olaraq dəyərləndirmişlərdir. Bunların arasında, onun, qüvvətli olduğunu söyləyənlər də vardır. O, bəzi hədislərin rəvayətində tək qalmışdır."

Biz də, bunu əlavə edək:

O, mətndəki rəvayətdə, tək başına deyildir. Onun hədisinin həsən olması, şəvahiddən (şahidlərindən) dolayıdır. Cabirin hədisi haqqında isə, bir şey öyrənə bilmədim.

Bayram təkbirləri mövzusunda, genişlik vardır. İmam Muhamməd, "əl-Muvatta"sında, (s. 138), belə deməkdədir:

"Alimlər, bayram namazı təkbirlərində ixtilaf etmişlərdir. Mənim əsas aldığım görüş, gözəldir. Məzhəbimizdə, bundan daha üstünü, ibn Məsud (radiyallahu anh)'dan rəvayət edilən tətbiqatdır."

"Bədaiu's-Sənai"də, belə deyilməkdədir:

Bizim məzhəbimizdə, tərcih ediləni, səhabələrin birləşdikləri görüş olması səbəbilə, ibn Məsud (radiyallahu anh)'ın görüşüdür. Kasani, daha sonra, əl-Vəlid b. Uqbə (radiyallahu anh)'ın, səhabələrə xəbər göndərdiyini; və onların, bu məsələni, ibn Məsud (radiyallahu anh)'a həvalə etdiklərini; və onun, bayram namazını, 9 təkbir olaraq öyrətdiyini; səhabələrin də, ona qatıldıqları şəklindəki xəbərə yer verir. (bax: "Bədaiu's-Sənayi", l, 277)

"əl-Bahr"da, ibn Məsud (radiyallahu anh)'dan rəvayət edilən tətbiqatın tərcih edilməsi mövzusunda "əs-Siracu'l-Vəhhac"dan, belə bir nəql yer alır:

"Çünki namazda təkbir almaq və əlləri qaldırmaq, bilinən əksinədir. Bu halda, bu mövzuda, daha az olan sayı əsas almaq, daha əvladır." (bax: "əl-Bahr", l, 173)

Bəziləri, belə demişlərdir:

Təkbir, bir zikrdir. Onu çoxca etmək, mətlubdur. Peyğəmbər (sallallahu aleyhi və səlləm)'ə istinad edilən bu əlavə, daha əfdal deyildir, şəklindəki görüş, bizcə mübahisəlidir.

Bizə müxalif olanların rəvayət etdikləri hədislərdə, hər 2 rükətdəki qiraətin, təkbirlərdən sonra olduğu bəyan edilməkdədir. Həqiqətən mərfu olan bir hədisdə, bunların ard-arda edildiyi yer almaqdadır. Hökmən mərfu olan hədis (haşiyə), həqiqətən mərfu olandan dərəcə etibarı ilə daha aşağıdır. Nəticə olaraq, həqiqətən mərfu olan hədislər, tərcihə daha uyğundur. Bu incəlik üzərində düşünməkdə fayda vardır.

--------------------------------

(Haşiyə:

Mərfu hədis, isnadı, Nəbi (sallallahu aleyhi və səlləm)'ə qədər çatan, Ona isnad edilən söz, fel və təqrirlərdən ibarət olan bütün hədislərə deyilir. Hədislərdəki söz, fel və təqrirlərin, Nəbi (sallallahu aleyhi və səlləm)'ə aid olduğu, ya səhabənin Ona isnad edən sözlərindən başa düşülür; ya da onların, Nəbi (sallallahu aleyhi və səlləm)'ə aid olduqlarına hökm edilir. Açıqca isnad edərək deyil, hökm etmək yolu ilə Nəbi (sallallahu aleyhi və səlləm)'ə aid olduğu başa düşülən hədislərə, "hökmən mərfu" adı verilir. Başqa bir ifadə ilə, səhabənin, Allah rəsulu (sallallahu aleyhi və səlləm)'ə isnad etmədən söylədiyi, ancaq isnadı, səhabədə sonlandığı halda, mövzusu etibarı ilə məvquf olmayıb mərfu olan hədislər, hökmən mərfu qəbul edilirlər.

Bir hədisin hökmən mərfu olduğu, o hədisi rəvayət edən səhabənin sözündən başa düşülür. Əgər səhabə, hədisini,

~ kunnə nə'qulu kəzə: "Bizlər, belə deyərdik";

~ kunnə nəfəlu alə əhdi'n-Nəbi: "Nəbi zamanında belə edərdik";

~Umirnə bi kəzə: "Bununla əmr olunduq";

~ Nuhinə ən kəzə: "Bundan nəhy edildik";

və ya bənzəri ləfzlə nəql etmişdirsə; yaxudda

~ kunnə nəqulu zəmənə'n-Nəbiyyi (sallallahu aleyhi və səlləm): "Bizlər, Nəbi zamanında belə deyərdik";

~ kunnə nəfəlu alə əhdi Rasulilləh (sallallahu aleyhi və səlləm): "Biz, Nəbi həyatda ikən, belə edərdik."

kimi ifadələrlə rəvayət edərsə, o hədis, hökmən mərfu sayılır.

Səhabə tərəfindən Nəbi (sallallahu aleyhi və səlləm)'ə isnad edilərək deyil, bu və bənzəri ifadələrlə nəql edilən hədislərin hökmən mərfu sayılmaları, Nəbi (sallallahu aleyhi və səlləm) hələ həyatda ikən, səhabələrin Ondan soruşmadan özlərindən bir iş görmələrinin, ağla uzaq olmasından dolayıdır. Tarixən sabitdir ki, səhabələr, Müsəlman olduqdan sonra, əvvəlki həyat tərzlərini tərk edərək, tamamilə Quran və Peyğəmbərimizin sünnəti doğrultusunda, İslami bir həyat yaşamağa başlamışlardır.

Bununla bərabər, dinə uyğun olub-olmadığını, Allah rəsulu (sallallahu aleyhi və səlləm)'ə ərz etmədən, bir iş gördükləri görülməmişdir. Xüsusilə, etiqad, ibadət əsaslarını, öz ictihadları ilə tətbiq etmələrinə imkan yoxdur. Bu halda, Allah rəsulu (sallallahu aleyhi və səlləm) sağ ikən, səhabələrin etdikləri işlərin, Onun məlumatı altında və ya öyrətdiyi şəkildə işlənmiş olması lazım gəlir. Bununla bərabər, bir səhabə, "Bununla əmr olunduq, bundan nəhy edildik." demişdirsə, əmr edən də, nəhy edən də, Allah rəsulu (sallallahu aleyhi və səlləm)'dir. Onlara bu əmri verən, qadağa gətirən, başqası ola bilməz!

Yenə, bir səhabə, "Bu, sünnətdəndir." demişdirsə, o şeyin Nəbi (sallallahu aleyhi və səlləm) tərəfindən işləndiyini və ya təqrir yolu ilə bəyənildiyini ifadə etmişdir. Bu hala görə, səhabələrin, öz ictihadları ilə etmələrinə imkan olmayan işləri Nəbi (sallallahu aleyhi və səlləm)'dən öyrəndikləri şəkildə etdiklərinə hökm edilərək, belə işlərə, hökmən mərfu deyə təbir edilmişdir.

Burda, bir sual ağla gələ bilər:

"Səhabələrin hansı söz və felləri, hökmən mərfudur? Hansıları deyildir, məvqufdur? Hökmən mərfu olan bir hədisi, məvqufdan ayıracaq ölçü, nədir?"

Hökmən mərfu ilə məvqufun hüdudlarını ayrı-ayrı açıqlığa qovuşduracaq, belə bir ölçü gətirilmişdir:

Səhabələrin ictihadı olmayan, özlərindən demələri və ya etmələri imkanı da olmayan işlərlə ibadət mövzusunda söylədikləri, ya da etdikləri, hökmən mərfudur.

Özlərindən bildirdikləri bir görüş, şəxsi qənaət və ya hər hansı bir dini mövzuda verdikləri fətvalar isə, məvqufdur.

Məsələn, Quran ayətlərinin nüzul səbəbini göstərən səhabə rəvayəti, hökmən mərfudur. Çünki hadisədə, səhabənin dəxli yoxdur. Halbuki bir ayətin nüzul səbəbi haqqındakı rəvayət arasında, o ayətin mənası, yaxud təfsirinə dair şeylər söylənmişdirsə, bu, məvqufdur. Bu da vardır ki, səhabələrin, surə və ya ayətin eniş səbəbinə dair söylədikləri, ən azından, məna yönündən, aşağı-yuxarı eyni olduğu halda, təfsirinə dair söylədikləri, bəzən olduqca fərqlidir. Bu fərq, səhabələrin şəxsi görüş, qənaət və bilik fərqindən iləri gəlməkdədir.

Belə olması belə, Quran ayətlərinin nüzul səbəbləri haqqındakı səhabə sözlərini, hökmən mərfu; bunun təfsirinə dair söylədiklərinin məvquf sayılması üçün, kifayət edən bir səbəbdir.

-------------------------

Digər tərəfdən, "əd-Durru'l-Muxtar"da (l, 488) yer aldığı üzərə, məzhəb imamlarımız, bu təkbirlərin vacib olduğu qənaətinə vardıqlarını bilmək lazımdır. Bunun dəlili, Peyğəmbər (sallallahu aleyhi və səlləm)'in, mətndə zikri keçən bəzi hədislərdə yer alan ləfzlə bu təkbirlərə davam etmiş olmasıdır. Bunlardakı hökmü, daha əvvəl dəfələrlə bildirmişdik.

Müxalifimizin, "Təkbir, bir zikrdir. Onu çoxca etmək, mətlubdur." yolundakı görüşünə gələcək olarsaq, zikri çoxca etmək, namaz içində, mütləq olaraq, mətlub bir şey deyildir. Tam əksinə, imama, namazı qısa qıldırması əmr edilmişdir.

Digər tərəfdən, çoxaldılması istənilən, bilinən təkbirdir. İftitah və intiqal (rüku və səcdəyə gedərkən; səcdədən qalxarkən gətirilən) təkbirləri xaricindəki təkbirlər, açıqca anlaşılacağı üzərə, namazda bilinən təkbirlər deyildirlər. Bilinməyin çoxca edilməsi, tələb edilməz. Əksinə, bu kimi şeylərdə, qətilik ifadə edən ən az say əsas alınır. Bizim də əsas aldığımız, zatən budur. Bu tətbiqat, Peyğəmbər (sallallahu aleyhi və səlləm)'dən qövli olaraq sabit olması cəhətindən də tərcihə uyğundur. Bunun xaricindəkilər, feli olaraq nəql edilmişlərdir. Qövli rəvayət, feli rəvayətə tərcih edilir.

Müxalifimizin,

"Bizə müxalif olanların rəvayət etdikləri hədislərdə, hər 2 rükətdəki qiraətin, təkbirlərdən sonra olduğu bəyan edilməkdədir." şəklindəki ifadəsinə gələcək olsaq, buna cavabımız, budur:

Müxaliflərimizin rəvayət etdikləri hədislərin heç biri -görüldüyü üzərə- tənqiddən uzaq deyildir. Hökmən mərfu olan hədis, məşhur hədislərdən alınmış səhih qiyasla təyid edilmişdir. Bu hökm, birinci rükətdə zikrin başlanğıc təkbirində olduğu kimi, qiraətdən əvvəl; ikinci rükətdə isə, qunut duasında olduğu kimi, qiraətdən sonradır. Bu mövzuda, hökmən mərfu olan hədis, həqiqətən mərfu olana tərcih edilməkdədir.

Bəzilərinin: "Bəhsi keçən təkbirlərin vaciblik dəlili, Peyğəmbər (sallallahu aleyhi və səlləm)'in buna davam etmiş olmasıdır." şəklindəki ifadəsinə gəlincə, belə deyirik:

Bunun dəlili, Peyğəmbər (sallallahu aleyhi və səlləm)'in, "Bayramlarınızı, təkbirlə bəzəyin." əmridir. (Taberani, "əl-Mu'cəmu's-Sağir", l, 357)

Bu hədis, daha əvvəl keçdiyi üzərə, Peyğəmbər (sallallahu aleyhi və səlləm)'in, felən təkbirlərə davam etmiş olması ilə bərabər, həsəndir. Bu incəlik üzərində düşünm

əkdə fayda vardır.

(Təhanəvi, "İ'lau's-Sünən")

-------------------------------------------------------------------------

Əlavələr:

 

 

Read 127 times
In order to make a comment, please login or register
OXŞAR SUALLAR