Bayram namazlarında hansı surələri oxumaq, daha fəzilətlidir?

2137 - Səmurə b. Cundəb (radiyallahu anh)'ın nəqlinə görə, Allah rəsulu (sallallahu aleyhi və səlləm), bayram namazlarında, Əla və Ğaşiyə surələrini oxuyardı.

Xəbəri, Əhməd b. Hənbəl; "əl-Mu'cəmu'l-Kəbir"ində Taberani rəvayət etmişlərdir.

İmam Əhmədin raviləri, siqadır (bax: Heysəmi, "Məcmau'z-Zəvaid", l, 222).

Alimlərin əksəriyyəti, imamın,

~ birinci rükətdə - Əla;

~ ikinci rükətdə - Ğaşiyə

surəsini oxumasını, müstəhəb görmüşlərdir. Bu tətbiqat, Peyğəmbər (sallallahu aleyhi və səlləm)'dən bizə qədər, mütəvatir olaraq nəql edilmişdir. "Bidayətu'l-müctəhid"də (l, 137), belə qeyd edilmişdir.

-----------------------------------

2138 - əbu Vaqid əl-Leysi (radiyallahu anh), belə deyir:

Ömər b. əl-Xattab (radiyallahu anh), məndən, Allah rəsulu (sallallahu aleyhi və səlləm)'in bayram namazında hansı surəni oxuduğunu soruşdu. Ona, "Qəmər və Qaf surələrini oxudu." deyə cavab verdim.

Hədisi, Muslim ("Salatu'l-İdeyn", 15) rəvayət etmişdir.

Bu 2 hədis, bayram namazlarının:

~ birinci rükətində - Əla; ikinci rükətində - Ğaşiyə; və ya

~ birinci rükətində - Qəmər; ikinci rükətində - Qaf

surələrinin oxunacağına, açıq bir dəlildirlər. Deyilmək istənilən, Allah rəsulu (sallallahu aleyhi və səlləm)'in, bir dəfə belə, bir dəfə elə etdiyidir. Bunların hamısı da, sevilən şeylərdir.

(Təhanəvi, "İ'lau's-Sünən")

Read 51 times
In order to make a comment, please login or register
OXŞAR SUALLAR