Bayram namazlarından əvvəl və sonra nafilə namaz vardırmı?
Bu yazıda, 2 bayram (ramazan və qurban) günlərində,
~ bayram namazından əvvəl, mütləq olaraq (yəni, həm evdə, həm məsciddə); və
~ bayram namazından sonra da, xüsusi olaraq məsciddə
nafilə namaz qılmağın məkruhluğu mövzusu ələ alınacaqdır.
----------------------------------
2117 - əbu Səid əl-Xudri (radiyallahu anh)'ın, belə dediyi rəvayət edilir:
"Allah rəsulu (sallallahu aleyhi və səlləm), bayramdan əvvəl, heç bir namaz qılmaz; evinə qayıtdığında isə, 2 rükət namaz qılardı."
Bunu, ibn Macə rəvayət etmişdir (bax: İqamə/160)
"Zəvaid"də, belə deyilmişdir:
"Bu, ceyyid və həsən bir isnaddır."
Bunu, Sindi söyləmişdir.
(İbn Həcər) "Fəthu'l-Bari"də (2/396) bunu nəql etdikdən sonra, belə deyir:
"Həsən isnadla rəvayət edilmişdir; və Hakim, bunun səhih olduğunu demişdir."
---------------------------------
2118 - "Səhih"də, "Bayramdan əvvəl və sonra namaz" babında, bu rəvayət vardır:
Əbu'l-Mualla, belə deyir:
"İbn Abbas'ın, bayramdan əvvəl namazı kərih gördüyünü, Səid'dən eşitdim." (Buxari, "Səhih", "Kitabu'l-İdeyn"/26)
----------------------------------
2119 - Yenə "Səhih"də, ibn Abbas (radiyallahu anh)'dan bu rəvayət vardır:
"Peyğəmbər (sallallahu aleyhi və səlləm), bayram günü çıxdı, 2 rükət namaz qıldı. Nə ondan əvvəl, nə də ondan sonra, başqa namaz qılmadı. Onunla bərabər, Bilal da vardı." (Buxari, "Kitabu'l-İdeyn"/26; Muslim, "İdeyn"/13)
Müəllifimiz (Təhanəvi), (belə) deyir:
2117 no-lu Əbu Səid (radiyallahu anh) hədisinin,
~ bayram namazından əvvəl nafilə namaz qılmağı tərk etmək; və
~ onu, (bayram) namaz(ın)dan sonra qılmağın,
Peyğəmbər (sallallahu aleyhi və səlləm)'in adəti olduğuna dəlaləti, açıqdır. Tərk etməyə müxalif davranmaq, məkruh olar. Çünki Allah rəsulu (sallallahu aleyhi və səlləm), nafilələrə çox arzulu olduğuna baxmayaraq, adət olacaq şəkildə nafilə qılmağı tərk etmişdir. Bil!
"Təlxisu'l-Habir"də (1/144), Əhməd b. Hənbəl'in, Abdullah b. Amr (radiyallahu anh)'dan mərfu olaraq rəvayət etdiyi bildirilən,
"Bayram günü, nə namazdan əvvəl, nə də sonra heç bir namaz yoxdur." sözünə gəlincə, mən (Təhanəvi), bunu, imam Əhməd'in "Müsnəd"ində tapa bilmədim. "Təlxis"də də, sənədi nəql edilməmişdir ki, ora baxılsın. İbn Həcər də, onu, "Fəthu'l-Bari"də nəql etməmişdir. Dolayısı ilə, bunda, bir hüccət yoxdur. Əgər sabit olsaydı, məkruhluq xüsusunda açıq olardı.
------------------------------------
2120 - əbu Məsud (radiyallahu anh)'ın, belə dediyi rəvayət edilir:
"Bayram günü imam çıxmadan əvvəl, namaz qılmaq, sünnətdən deyildir."
Bunu, Taberani, "əl-Kəbir"ində (17/782) rəvayət etmiş olub, ricalı, siqadır.
Əbu Məsud (radiyallahu anh) hədisinin, (bizim) bu bab(ımız)ın bəzi cüzlərinə (yəni, bayramdan əvvəl nafilə qılmamaq xüsusuna) dəlaləti, açıqdır.
-------------------------
2121 - ibn Sirin'in, belə dediyi rəvayət edilir:
"İbn Məsud və Huzeyfə (radiyallahu anhuma), insanları nəhy edirlərdi.
Yaxud o, belə demişdir:
(Onlar) İmam çıxmadan əvvəl, namaz qılan gördükləri kimsələri, oturdurdular."
Bunu, Taberani, "əl-Kəbir"də (hədis no: 9524) rəvayət etmişdir.
Bunların birində, belə deyir:
"Mənə xəbər verildi ki, ibn Məsud və Huzeyfə..."
Buna görə, bu hədis, mürsəldir; isnadı da, səhihdir. ("Məcmau'z-Zəvaid", 2/202)
Müəllifimiz Təhanəvi, belə deyir:
Hədisin, bu babın (yəni, "Bayramlarda nafilə namaz" babının) bəzi cüzlərinə (yəni, bayram namazından əvvəl nafilə qılmamağa) dəlaləti, açıqdır.
Bəzi səhabələrdən isə, buna müxalif nəqllər gəlmişdir. "Məcmau'z-Zəvaid"də (1/222), belə yazılıdır:
Əyyub'un, belə dediyi rəvayət edilir:
"Ənəs b. Malik və əl-Həsəni, bayram günü, imam çıxmadan əvvəl namaz qılarlarkən gördüm."
(O) deyir:
"Gördüm ki, Muhamməd b. Sirin gəldi, oturdu və namaz qılmadı."
Bunu, əbu Yə'lə rəvayət etdi. Bu hədisin ricalı, "Səhih"in ricalıdır. Bu isə, cəvaza (yəni, bunun caizliyinə) həml edilir.
Eyni şəkildə, namazdan sonra nafilə qılmağı xoş görməyən rəvayətlər də gəlmişdir. Məsələn:
Yenə "Məcmau'z-Zəvaid"də (1/222), Əbdü'l-Məlik b. Ka'b b. Ucrə'nin, belə dediyi rəvayət edilir:
"Bayram günü, Ka'b b. Ucrə (radiyallahu anh) ilə birlikdə, məscidə çıxdım. Ka'b (radiyallahu anh), imam gəlmədən əvvəl, oturdu və imam geri qayıdıb gedincəyə qədər, namaz qılmadı. İnsanlar, böyük topluluqlar halında, axın-axın məscidə doğru gedirlərdi.
- (Ona): 'Görmürsənmi?' dedim.
- (O): 'Bu, bidət və sünnəti tərkdir.' dedi.
Bir rəvayətdə də, belə dedi:
'Gördüklərimizin əksəriyyəti, anlayışsızlıq və elm azlığıdır. Bu 2 rükət (bayram) namaz (ı), (zöhr) namazı səni dəvət edincəyə qədər, bu günün təsbihidir."
Taberani, bu iki rəvayəti, "əl-Kəbir"də rəvayət etmişdir. İbn Hibban da, "əs-Siqat" adlı əsərində zikr etmişdir.
Buna (yəni, bayram namazından zöhr namazına qədər istər evdə, istər məsciddə namaz qılmamağa) dair cavab, budur:
Əbu Səid (radiyallahu anh) hədisi, ona (Ka'b b. Ucrəyə) çatmamışdır.
Əbu Səid (radiyallahu anh)'ın əsərində bu da vardır ki, bu gündə (yəni, bayram günlərində), bayram namazından əvvəl, istər evdə; istərsə də məsciddə olsun, nafilə namaz qılmaq, sünnət olmaz.
əl-Qari, "əl-Mənəqib" adlı əsərində, Xələf əl-Əhmər'in, belə dediyini nəql edir:
İmam əbu Hənifə, nə bayramdan əvvəl, nə də sonra, namaz qılmazdı. Sonra Onu, bayramdan sonra namaz qılarkən gördüm və bunu, Ondan soruşdum.
- (O) dedi:
"Mənə, Əli (radiyallahu anh)'ın, bayramdan sonra 4 rükət namaz qıldığı xəbəri çatdı. Mən də, Ona tabe oldum."
əl-Qari deyir:
"Bəlkə də, O (musallada və ya məsciddə deyil), evində namaz qılırdı. Necə ki, ibn Macə, Peyğəmbər (sallallahu aleyhi və səlləm)'in, evində 2 rükət namaz qılmaqda olduğunu rəvayət etmişdir."
(Təhanəvi, "İ'lau's-Sünən")
