Bazar günü və bazar ertəsi günü oruc tutmaq sünnətdirmi?

Rəbia b. əl-Ğaz (رضي الله عنه) 'dan rəvayət edildiyinə görə:

O, Rəsulullah ( ﷺ )'in nafilə oruc halını Aişə (radiyallahu anha)'dan soruşmuş, Aişə (radiyallahu anha) da belə demişdir:

O, ən əvvəl bazar ertəsi və cümə axşamı (günləri) orucunu arzulayardı.

------------------

Əbu Hureyrə (رضي الله عنه) rəvayət edildiyinə görə:

Rəsulullah ( ﷺ ) , bazar ertəsi və cümə axşamları oruc tutardı. Peyğəmbər ( ﷺ ) 'ə:

Ey Allahın Rəsulu! Sən bazar ertəsi və cümə axşamı oruc tutursan' deyə (bunun) hikməti soruşuldu. O ( ﷺ ) , belə buyurdu:

Bazar ertəsi və cümə axşamı günləri, Allah Taala hər müsəlmana məğfirət edər. Küsülü olanlar müstəsna. Allah:

Küsülü olan bu iki şəxs barışıncaya qədər, onları burax.' buyurur.[1]

---------------------------

İzahı:

Bazar ertəsi və cümə axşamı günləri orucunun fəzilətinə dair ilk hədisi, İmam Tirmizi ( رحمه الله) də rəvayət etmişdir.

Bu hədisdə keçən "taharri": ən layiqini və ən uyğununu tələb etməkdir. Bir qövlə görə, savab istəmək və bir şeyi normasından artıq bir istəklə tələb etməkdir.

İkinci hədis, Darimi ( رحمه الله) tərəfindən də rəvayət edilmişdir. Tirmizi də bunun bir qismini rəvayət etmişdir. Tirmizi'dəki rəvayət belədir:

Rəsulullah ( ﷺ ) buyurdu ki:

"Əməllər, bazar ertəsi və cümə axşamı günləri (Allaha) ərz edilər. Mən, oruclu ikən əməlimin ərz edilməsini sevərəm."

İmam Əbul Həsən əs-Sindi əl-Hənəfi( رحمه الله) belə deyir:

Əməllərin bu 2 gündə Allaha ərz edildiyi hədislərlə sabitdir. Mənə elə gəlir ki, əməllər ərz edildiyi zaman, Allah müsəlmanlara məğfirət edər. Bu məğfirətdən, məşru (şəriətə, dinə uyğun) bir səbəb yox ikən bir-birilə küsülü olanlar, istifadə edə bilməzlər.

Din uğrunda və ya ailə fərdlərinin ədəbləndirilməsi üçün küsülü qalmaq, caizdir. Belə bir səbəbə bağlı olaraq başqasına küsənlər, o məğfirətdən yararlanarlar.

---------------

Küsülü olanlar haqqında, Allah Taala:

"Bunları barışıncaya qədər burax..." buyurur.

1) Allah'ın xitab etdiyi kəs, əməlləri ərz edən mələk ola bilər. Bu təqdirdə: "...burax..." əmrindən məqsəd, onların əməllərini ərz etməməkdir.

2) Belə də ola bilər:

Allah birinə məğfirət etdiyi zaman, mələk onun xətalarını örtər və ya dəftərindən silər. Bu ehtimala görə "...burax..." əmrindən məqsəd, belələrin günahlarını örtmək və ya silmək işini burax, deməkdir."

---------------------

Sual edilsə ki:

Əməllərin hər gün sabah və axşam Allah'a yüksəldiyinə dair hədislər mövcuddur. Halbuki siz, bu hədislərlə, əməllərin Allah'a ərz edilməsini, sadəcə bazar ertəsi və cümə axşamına xas qıldınız?!

Cavab olaraq deyərik ki:

Zikr etdiyimiz hədislər, əməllərin sabah və axşam yüksəldildiyinə dair hədislərə tərs düşmür. Çünki yüksəldilmək və ərz edilmək başqa-başqa şeylərdir.

Bununla bərabər, əməllərin Şaban ayında yüksəldildiyinə və ya ərz edildiyinə dair hədislərə də tərs düşməz.

Çünki:

Həftəlik əməllərin- zikr edilən (1-ci və 4-cü) günlərdə;

İllik əməllərin də- Şaban ayında cəm halda ərz edilməsi mümkündür.

[1]. İbn Macə, Sünən tərcümə və şərhi, Kitabu's-Siyam (Oruc kitabı): 'Bazar ertəsi və Cümə axşamı günləri orucu babı', hədis no: 1739-1740

Read 2 times
In order to make a comment, please login or register