Bidət əhlindən hədis rəvayət etmək caizdirmi?

Bidət, 2 növdür:

1. Rəvayətin rəddində müəssir olan bidət;

2. Rəvayətin rəddində müəssir olmayan bidət;

Bidətə gəlincə, bidətlə vəsf edilən kimsə,

~ ya o bidət səbəbilə, təkfir (küfrə nisbət) edilər;

~ ya da o bidət səbəbilə, təfsiq (fisqə nisbət) edilər.

• İnsanın, bidət səbəbilə təkfir edilməsi üçün, bu təkfirin, bütün imamların (müctəhidlədin) qaydalarına (üsullarına) görə, muttəfəqun aleyh (üzərində ittifaq edilən) olması lazımdır. Rafizilərin ğulatı (iləri dərəcə azmışları) kimi, ki,

~ bunların bəzisi, uluhiyyətin -haşa- Əli (radiyallahu anh)'a və ya başqalarına hulul (İlahi sifətlərin, məxluqlar ilə bütünləşdiyini, onlara nüfuz) etdiyini;

~ bəziləri də, qiyamətdən əvvəl dünyaya geri qayıtmağa (reenkarnasiya'ya) iman edilməsi lazım gəldiyini; və ya

~ Quranda təhrif baş verdiyini; və ya

~ Seyyidə Aişə (radiyallahu anha)'ya (Allahın rizası, Onun üzərinə, lənəti də Ona böhtan atanların üzərinə olsun) töhmət nisbətini

iddia etməkdədirlər. Belə şəxslərin rəvayətləri, qəti olaraq, mərdud (rədd olunan)'dır.

• İnsanın, o səbəblə təfsiq (fisqə nisbət) edildiyi bidətlərə gəlincə,

~ xaricilərin;

~ ğuluvv (azğınlıq)'da əvvəlkilər qədər olmayan rafizilərin; və bununla bərabər

~ əhl-i sünnətin üsuluna zahiri bir xilaf ilə müxalif olan, lakin, bu xilafı, zahirən caiz olan bir təvilə istinad edən digər camaatların

bidətləri, bu növ bidətlərdəndir. Belə şəxslərin, yalandan çəkinməklə (uzaq durmaqla) məruf (tanınmış) olmaq; mürüvvətə (yüksək əxlaqa) xələl gətirən şeylərdən səlim olmaqla məşhur olmaq; və diyanət və ibadətlə məvsuf olmaları halında, rəvayət etdikləri hədislərin qəbul edilməsi xüsusunda, əhl-i sünnət üləması, ixfilaf etmiş; onlardan

~ bəziləri: "Mütləq olaraq qəbul edilər." demiş;

~ bəziləri də: "Mütləq olaraq rədd edilər." demişlərdir.

~ Üçüncü bir firqə isə, bidətinə dəvət edən kimsə olmaq ilə dəvət etməyən kimsə olmaq arasında təfsilə getmiş; bidətinə dəvət etməyən kimsənin rəvayət etdiyi hədisi, qəbul etmiş; dəvət edənin hədisini isə, rədd etmişdir ki, ən adil məzhəb də, budur və ümmətdən bir çox camaat, bu məzhəbə qail olmuşlardır.

Hətta, ibn Hibban, bunda, əhl-i nəqlin icması olduğunu iddia etmişdir. Lakin bu iddia üzərində düşünmək lazımdır.

Sonra, bu təfsilə gedənlər də, öz aralarında ixtilaf etmiş,

~~ bəziləri, bu məzhəbə mütləq olaraq qail olmuş;

~~ bəziləri də, buna bir təfsil də əlavə edərək: "Əgər bidətinə dəvət etməyən kimsənin nəql etmiş olduğu rəvayət, bidətini qüvvətləndirən, onu təzyin (bəzəyən) və təhsin edən (gözəl göstərən) xüsusları ehtiva edirsə, qəbul edilməz, ehtiva etmirsə, qəbul edilər." demişlərdir.

Hafiz ibn Həcər'in "Fəthu'l-Bari" müqəddiməsində, belədir.

"Qafvu'l-Əsər"də, belə deyilmişdir:

"Bizim nəzdimizdə (yəni, Hənəfilərdə),

~ bidətin küfrə müəddi (səbəb) olması halında, üsul alimlərinin əksəriyyətinin qövlünə müvafiq olaraq, bu bidət sahibinin rəvayəti, qəbul edilməz;

~ bidətin fisqə müəddi olması halında isə: 'Bu bidət sahibi, adil, siqa və bidətinə dəvətçi deyilsə, nəql etmiş olduğu rəvayət, qəbul edilir.' deyilmişdir."

Daha sonra da, bu qövlün, muxtar olan qövl olduğunu təsrih (sərih/açıq olaraq bəyan etmiş)'dir.

Hafiz, "əl-Fəth"in müqəddiməsində, belə deyir:

Bil ki, əqidə xüsusundakı ixtilafları səbəbilə, bir camaat, digər bir camaata tə'n etmişdir. Bu xüsusda diqqətli olmaq və haqq ilə olması halı müstəsna, bunlara etibar etməmək lazımdır.

Yenə, vəra əhli (təqvanın daha iləri dərəcəsi)'ndən bir qisim camaat, dünya işlərinə dalan digər bir qismini ayıblamış və bu səbəblə, onları tə'zif (zəif olduqlarına hökm) etmişdir. Halbuki, ravinin sidqi olduqdan və zəbti də qüvvətli olduqdan sonra, bu tə'zif'in müəssiriyyəti yoxdur. Təvfiq, Allah'dandır.

Bunların etibardan ən uzaq olanı, bəzi raviləri, başqasına da həml edilə biləcək olan bir səbəblə və ya müasirləri arasında meydana gələn istənilməyən hadisələr səbəbilə təzif edən kimsənin etmiş olduğu təzifdir.

Bundan daha da şiddətli olanı, özündən daha siqa; və ya dəyəri daha uca; və ya hədis xüsusunda məlumatı daha çox olan kimsəni təzif edən kimsənin etmiş olduğu təzifdir.

Bu təziflərin heç biri, mötəbər deyildir.

(Zəfər Əhməd Təhanəvi, "Qavaid fi Ulumi'l-Hadis")

--------------------------

Əlavələr:

-Allah sənə müvəffəqiyyət nəsib etsin- bil ki, rəvayətlərin səhih olanını səqim/xəstə olanından; rəvayətləri nəql edən siqa ravilərin ittiham edilənlərin rəvayətlərini bir-birindən ayırmağı bilən hər kəsə düşən vəzifə:

O rəvayətlərdən çıxış yerlərinin səhih, o rəvayətləri nəql edənin məstur (halı məruf olmayan) və öndər olduqlarının bilinməsi və ittiham edilənlər ilə bidət əhlinin inadçılarından olanlar tərəfindən nəql edilən rəvayətlərdən çəkinilməsidir.

---------------------

Şərh:

Muslimin bu: "Səhih rəvayətləri, səqim olanından, rəvayətləri siqa nəqlçilərin ittiham edilənlərindən..." ifadəsi, təkid üçün təkrar növündən deyildir. Bunun xaricində bir mənası vardır. Çünki bəzi hallarda, bir mətnə dair rəvayətlər səhih olmaqla bərabər, onların bəzi sənədlərini nəql edən kimsələr, ittiham edilmiş kimsələr ola bilərlər. O təqdirdə, belə bir sənəd üzərində durulmaz.

Bidət əhlinin muənnid (inadçı)'larından nəql edilmiş rəvayətlərdən çəkinilməsi lazım gəldiyinə dair (Muslimin) xəbərdarlığına gəlincə, bu da, onun izlədiyi bir yoldur. Mühəddis, füqaha və üsul alimlərinin söylədiklərinə görə, bidəti dolayısı ilə küfrə girən bidətçinin rəvayəti, ittifaqla qəbul edilməz.

Bidətindən ötürü kafir olmayanın rəvayəti haqqında isə, ixtilaf edilmişdir:

~ Bəziləri: Fasiq olduğundan dolayı, qeydsiz-şərtsiz olaraq rədd etmiş; onun (öz fisqini) təvil etməsinin ona bir faydası olmaz, demişlərdir.

~ Bəziləri də: Belə bir bidətçinin rəvayətini, bidətçinin bidətinə dəvəti istər olsun, istər olmasın, öz məzhəbini, ya da məzhəbinə mənsub olanları dəstəkləmək məqsədilə yalan söyləməyi halal qəbul edənlərdən biri olmaması şərtilə, mütləq olaraq rəvayətini qəbul etmişlərdir.

Bu qənaət də, məzhəb imamımız Şafi'dən (Allahın rəhməti, onun üzərinə olsun) nəql edilmişdir. Çünki, O, belə deyir:

"Mən, həva əhli kimsələrin (yəni, bidətçilərin) şahidliyini qəbul edirəm. Rafizilərdən olan Xattabiyyə müstəsna, çünki onlar, özlərilə eyni qənaətə sahib olanlar lehinə yalan şahidlik etməyi, doğru görürlər."

~ Bəzi elm adamları da, belə demişlərdir:

Belə bir kəsin rəvayəti, əgər (bu adam), bidətinin dəvətini aparan biri deyilsə, qəbul edilər; bidətinə dəvət edər, ona çağırarsa, qəbul edilməz.

Bu da, elm adamlarından bir çox kimsənin, ya da əksəriyyətin görüşüdür. Daha mötədil və səhih olan da, budur.

Şafi'nin -Allah ona rəhmət etsin- məzhəbinə mənsub bəzi kimsələr də, belə demişlərdir:

Bidətinin dəvətini aparmayan bir kimsə haqqında, Şafi məzhəbinə mənsub alimlər, ixtilaf etmişlərdir. Bununla bərabər, bidətinin təbliğatını aparan şəxsin rəvayətinin qəbul edilməyəcəyini də, ittifaqla bildirmişlərdir.

ibn Hibban, belə deyir:

"Bütün imamlarımız nəzdində, bidətini təbliğ edən birinin rəvayətini dəlil göstərmək, qətiliklə caiz deyildir. Bu xüsusda, aralarında görüş ayrılığı yoxdur. Birinci görüş isə, olduqca zəifdir."

Gərək Buxari və Muslim'in "Səhih"lərində, gərəksə onların xaricindəki digər hədis imamlarının kitablarında, dəvətçi olmayan (yəni, bidətinin təbliğatını aparmayan) bidətçilərdən bir çoxunun rəvayətləri, dəlil göstərilmişdir. Sələf də, xələf də, hər hansı bir etiraz göstərmədən, onların rəvayətlərini qəbul etmiş, dəlil göstərmiş, onlardan hədis eşidib hədis eşitdirmişlərdir. Allah, ən gözəl biləndir...

(Nəvəvi, "əl-Minhac", Müqəddimə: "Siqa ravilərdən rəvayət etməyin, yalançıları tərk etməyin vacibliyi babı")

Read 22 times
In order to make a comment, please login or register
OXŞAR SUALLAR