Bilərəkdən pozulan oruca 60 gün kəffarət lazımdırmı?
Ramazan günü oruca başladıqdan sonra üzrü olmadığı halda orucu pozmağın kəffarət və qəzanı gərəkdirdiyi:
2487. Rəvayət edilir ki, əbu Hureyrə (radiyallahu anh), belə demişdir:
(Bir dəfə), biz, Nəbi (sallallahu aleyhi və səlləm)'in yanında oturmuşduq. Birdən bir nəfər gəlib (belə) dedi: "Ey Allahın rəsulu! Mən, həlak oldum."
- Peyğəmbər (sallallahu aleyhi və səlləm), soruşdu: "Nə olub sənə?"
- (Adam) dedi: "(Ramazanda) oruclu ikən, zövcəmlə cinsi münasibətə girmişəm."
- Peyğəmbər (sallallahu aleyhi və səlləm) soruşdu: "Qul azad edə bilərsənmi?"
- (Adam): "Xeyr." deyə cavab verdi.
- Peyğəmbər (sallallahu aleyhi və səlləm) soruşdu: "2 ay ardıcıl oruc tuta bilərsənmi?"
- (Adam): "Xeyr." deyə cavab verdi.
- Peyğəmbər (sallallahu aleyhi və səlləm) soruşdu: "60 kasıbı yedirdə bilərsənmi?"
- (Adam): "Xeyr." dedi.
Bundan sonra, Peyğəmbər (sallallahu aleyhi və səlləm) bir qədər susdu. Bu əsnada, Peyğəmbər (sallallahu aleyhi və səlləm)'ə, bir araq (15 sa'nı ehtiva edən zənbil; təxminən 30 kq 540 qram) dolusu xurma gətirdilər.
- Peyğəmbər (sallallahu aleyhi və səlləm) soruşdu: "Sual verən adam, hardadır?"
- Adam: "Mən, (burdayam)." dedi.
- (Peyğəmbər (sallallahu aleyhi və səlləm) zənbili ona tərəf uzadıb) belə buyurdu: "Götür bunu. (Öz adından) sədəqə ver."
- Adam dedi: "Məndən də kasıb olanamı sədəqə verim, ey Allahın rəsulu? And olsun ki, Mədinənin bu 2 daş-kəsəkli sahəsi arasında, mənim ailəmdən daha kasıb ailə yoxdur."
- Peyğəmbər (sallallahu aleyhi və səlləm), dişləri görünənədək güldü. Sonra belə buyurdu: "Elə isə, bunu, ailənə yedirt."
Hədisi, Buxari (hədis no: 1936, 1937, 2600, 5368, 6087, 6164, 6709-6711, 6821) rəvayət etmişdir.
əbu Davud'un rəvayətinə görə ("Savm", 38), Allah rəsulu (sallallahu aleyhi və səlləm):
"Bu xurmanı götür. Sən və əhlin yeyin. 1 gün oruc tut və Allahdan bağışlanmanı istə."
əbu Davud, bu hədis haqqında sükut etmişdir (yəni, hər hansı bir söz danışmamışdır).
İmam Malik'in "Muvatta"sında ("Siyam", 29), bu rəvayət, mürsəl olaraq: "Onu ye və 1 gün oruc tut." şəklində yer almaqdadır.
-------------------------------
2488. Aişə (radiyallahu anha)'dan nəql edildiyinə görə^
Bir adam, Allah rəsulu (sallallahu aleyhi və səlləm)'in yanına gəlib: "Ey Allahın rəsulu! Mən yandım, mən yandım." dedi. Allah rəsulu (sallallahu aleyhi və səlləm), ondan, nə baş verdiyini soruşunca, adam: "Ramazan günü orucumu pozdum." dedi. Sonra orda oturmağa davam etdi. Allah rəsulu (sallallahu aleyhi və səlləm)'ə, bir araq dolu xurma gətirildi. Allah rəsulu (sallallahu aleyhi və səlləm) də, bunu, o adama verərək, yoxsullara sədəqə verməsini əmr etdi.
Bu xəbəri, Nəsai, "əs-Sünənu'l-Kubra"sında (ll, 211), səhih bir isnadla rəvayət etmişdir. (ibnu't-Türkməni, "əl-Cəvhəru'n-Naqi alə Sünəni'l-Beyhaqi", l, 305)
---------------------------------
2489. Əli b. Abdullah b. Mübəşşir'in,
Əhməd b. Sinan ---> Yezid b. Harun ---> əbu Mə'şər ---> Muhamməd b. Ka'b əl-Qurazi
isnadı ilə nəqlinə görə, əbu Hureyrə (radiyallahu anh), belə deyir:
Bir adam, Ramazanda yedi. Bunun üzərinə, Allah rəsulu (sallallahu aleyhi və səlləm), ona:
~ bir qul azad etməsini; və ya
~ iki ay oruc tutmasını; ya da
~ 60 kasıbı doyurmasını
əmr etdi.
Bunu, Daraqutni, "əs-Sünən"ində (l, 243) rəvayət etmişdir.
------------------------
2490. Mücahid'in, əbu Hureyrə (radiyallahu anh)'dan nəqlinə görə,
Allah rəsulu (sallallahu aleyhi və səlləm), ramazan günü orucunu pozan kimsəyə, zihar kəffarətinin eynisini əmr etmişdir.
Bunu, Daraqutni, "Sünən"ində (ll, 190) rəvayət etmiş və belə demişdir:
"Məhfuz olanı, hədisin,
Huşeym ---> İsmayıl b. Salim ---> Mücahid
isnadı ilə Allah rəsulu (sallallahu aleyhi və səlləm)'dən mürsəl olaraq rəvayət edildiyidir." (Zeylai, "Nasbu'r-Rayə", l, 443)
--------------------
Müəllif deyir:
(2487 no-lu) əbu Hureyrə (radiyallahu anh) hədisi, oruc ikən xanımı ilə belə cinsi münasibətdə olan kimsəyə, kəffarətin vacib olduğunu açıqca göstərməkdədir. (Bəhsi keçən) cinsi münasibətin gündüz vaxtı olduğunu, hədisdəki "oruc ikən" ifadəsi göstərməkdədir. Çünki oruc, gündüz tutulur. Bu hadisə, zihar edən ərin, Ramazanda zövcəsilə cinsi münasibətə girməsindən fərqlidir. Çünki xanımına zihar edən şəxsin onunla cinsi münasibətə girməsi, gecə olmuşdur. Zihar hadisəsi, əbu Davud'un "Sünən"ində, "Talaq kitabı"nda (16-17-ci bab: "Bab-u fi'z-zihar", hədis no: 2213), bu şəkildə yer almaqdadır:
"Ramazan ayı girincə, mənə zərər gələcək bir şəkildə zövcəmə yaxınlaşmaqdan və nəhayət (o şəkildə) sabahlamaqdan qorxdum və ramazan ayı çıxana qədər zihar etdim. Bir gecə, o (yəni, zövcəm) mənə xidmət edərkən, ondan (yəni, bədənindən bir qismi), mənə açıldı. Dərhal üstünə tullandım."
əbu Davud, bu xəbər haqqında sükut etmişdir.
Onun əbu Hureyrə hədisinin sonundakı: "Bu xurmanı götür, sən və ailən yeyin." şəklindəki rəvayətinə gəlincə, bunun cavabı xüsusunda, Zühri belə deyir:
"Bu, ona məxsus bir ruxsat idi. Bu gün, bir adam belə edərsə, kəffarətdən başqa çarəsi yoxdur."
"Fəthu'l-Qadir"də belə deyilir:
"Alimlərin cumhuru, Zühri'nin qövlü üzərədir."
Belə deyilə bilər:
Xüsusi hallar, xəbər ehtimala açıq ikən, sabit olmaz. Xanımına zihar etdiyi halda gecə onunla cinsi münasibətə girən kimsədən, kasıb olduğu üçün kəffarətin düşdüyü nəticəsini çıxaran kimsə, bu görüşünü, bu görüşə istinad etmişdir:
~ Peyğəmbər (sallallahu aleyhi və səlləm), orucunu pozan kimsəyə verdiyi xurmanı, özünün və ailəsinin yeməsini əmr etdiyinə; və
~ İləridə başqa bir zaman bu qədər xurmanı yoxsullara sədəqə olaraq verməsini əmr etmədiyinə;
~ Bu halın, sadəcə o şəxsə məxsus olduğunu göstərən bir söz də söyləmədiyinə
görə, burdan, aciz olan kimsədən kəffarətin düşdüyü başa düşülür.
Zeylai'də, əl-Munziri'nin "Havaşi"sindən belə bir ifadə yer alır:
Zühri'nin, "Bu, ona məxsus bir ruxsat idi." şəklindəki sözü, dəlilə söykənməyən bir iddiadan ibarətdir. Bir başqası isə, bunun mənsux olduğunu söyləmişdir ki, bu da, bir iddiadan ibarətdir. (Zeylai, "Nasbu'r-Rayə", l, 444)
Cavab olaraq, belə deyirik:
Cumhur, belə demişdir: Kəffarət, insanın kasıb olması ilə düşməz!
(Alimlər), belə deyirlər: Xəbərdə, kasıbdan kəffarətin düşdüyünü göstərən hər hansı bir dəlil yoxdur. Tam əksinə, xəbər, kəffarətin, o şəxsin üzərində qalmağa davam etdiyini göstərməkdədir.
Deyirəm:
"Kəffarətin, o şəxsin üzərində qalmağa davam etdiyini göstərməkdədir." ifadəsinin mənası: "əmrin və vacibliyin, xəbərlə qəti olaraq sabit olduğu" mənasındadır. Bunu da, kimsə inkar etmir. Dolayısı ilə, kəffarətin, insanın üzərindən kasıblıq səbəbilə düşdüyünü göstərən heç bir dəlil yoxdur. Bu halda, saqit olmağın sübutu (yəni, düşməyin sabit olması), kəffarətin varlığını davam etdirmə hökmü cəhətindən kifayət edir. Bunun üçün, başqa müstəqil bir dəlilə ehtiyac yoxdur. Peyğəmbər (sallallahu aleyhi və səlləm)'in: "Sən və əhlin yeyin." şəklindəki əmri, kəffarətin saqit olduğunu (düşdüyünü) göstərməz. Tam əksinə, bu ifadə, kəffarətin düşməsinə möhtəməl olduğu kimi; onun ertələndiyinə də möhtəməldir. Dolayısı ilə, əldə dəlil olmadan belə iddiada olmaq, mümkün deyildir.
Peyğəmbər (sallallahu aleyhi və səlləm)'in, o şəxsə, əbu Davud və Muvatta'nın rəvayətindən nəql edildiyi üzərə (hədis no: 2487'yə bax):
~ qəzanın vacib olduğunu; və
~ kəffarətin, qəzanın yerinə keçmədiyini
göstərir.
əbu Davud rəvayətinin sənədində, Hişam b. Sə'd mövcuddur. İbn Həcər, "Təlxisu'l-Habir"də, onun haqqında belə deyir:
"ibn Hazm, Hişam'ın rəvayətilə əməl etməyə əngəl bir qüsurun olduğunu iləri sürmüşdür. əbu Avanə'nin 'Səhih'ində (l, 196) rəvayət etdiyi üzərə, İbrahim b. Sə'd, ona mutabaat etmişdir."
Bəhsi keçən qüsur iddiasının cavabına gəlincə:
əbu Avanə'nin "Səhih"ində yer alan bütün rəvayətlər, hafiz Suyuti'nin, "Kənzu'l-Ummal"ın (l, 3) giriş qismində bildirdiyi üzərə, səhihdir. O, imam Malik'in "Muvatta"sındakı bölməsində də eyni şeyləri söyləmişdir. Bu, daha əvvəl keçmişdi.
Bu halda, qəza etmə əmri, səhih isnadlarla sabitdir. Hədis, cinsi münasibət haqqında varid olmuşdur. Bəzi hədislərdə, sual, "İftar, Ramazanda orucu pozma" kəliməsilə varid olmuşdur. Necə ki, mətndə yer alan ikinci hədisdə (hədis no: 2488'ə bax) belədir. Bu, hər nə qədər xüsusi bir hadisədirsə də, bununla ümumiləşdirmə edilə bilməz (yəni, bu, hər kəsə şamil edilə bilməz). Çünki, Peyğəmbər (sallallahu aleyhi və səlləm), o şəxsin orucunu, nə edib pozduğunu araşdırmadığına; və kəffarəti əmr etdiyinə görə, kəffarətin sadəcə cinsi münasibətə məxsus olmadan orucu pozan 3 şeydən (yəni, yemək, içmək və cinsi münasibətdən) hər hansı birilə əlaqəli olduğu, sabit olur. Mutad olmayan (yəni, adət edilməyən) və orucu pozan şey isə, alimlərin icması ilə, hökmdən istisna edilmişdir. "əl-Cəvhəru'n-Naqi alə Sünəni'l-Beyhaqi"də, belə deyilir:
"ibn-u bint-i Nuaym'ın, 'Nəvadiru'l-Fuqaha' adlı əsərində, belə deyilir:
Alimlər, -imam Şafi xaric- ramazan günü, bir üzrü olmadan qəsdən yeyən və ya içən kimsəyə, qəza və kəffarət gərəkdiyi xüsusunda, icma etmişlərdir. İmam Şafi isə, belə bir şəxsə, kəffarət lazım gəlməz, demişdir. Qəsdən yeyib-içmək, ramazan ayına hörmətsizlik cəhətindən, eynilə cinsi münasibət kimidir. Ancaq imam Şafi, kəffarəti, sadəcə qadınlarla (öndən) cinsi münasibətə girməklə məhdudlaşdırmamış; əksinə, heyvanlarla cinsi münasibətdə olmaq və arxadan cinsi münasibətə girmədə də kəffarət gərəkdiyini söyləmişdir."
Yenə, eyni əsərdə, yuxarıda mətndə zikr edilən Aişə (radiyallahu anha) hədisi nəql edildikdən sonra, bu sətrlər yer alır:
Peyğəmbər (sallallahu aleyhi və səlləm), o şəxsdən, orucunu nə ilə pozduğunu soruşmamışdır.
İmam Şafi, belə deyir:
"İnsanların halları cəhətindən təfsilata girməmək, o mövzuda deyiləcək sözün, ümumilik ifadə etdiyi şəklində dəyərləndirilir." (ibnu't-Türkməni, "əl-Cəvhəru'n-Naqi", l, 305)
Mətndə yer alan üçüncü hədis (2489 no-lu hədisə bax), yeyərək orucu pozmaqda, kəffarətin gərəkli olduğunu, açıqca göstərməkdədir.
Daraqutni'nin, hədisi rəvayət etdikdən sonrakı ifadəsinə gəlincə:
Hədisin sənədində yer alan əbu Mə'şər'in adı, Nuceyh olub, güclü deyildir. (Daraqutni, "Sünən", l, 243)
Bu iddiaya, "əbu Mə'şər, mütləq olaraq zəif deyildir. Haqqında ixtilaf edilmişdir." deyə cavab veririk. "Təhzibu't-Təhzib"də, belə deyilir:
~ əbu Zur'a əd-Diməşqi'nin nəqlinə görə, Nuaym, belə deyir:
"əbu Mə'şər, ağıllı və hədisi hafizi biri idi."
~ Yezid b. Harun isə, belə deyir:
əbu Cuz Nasr b. Tarif'dən eşitdim, belə deyirdi: "əbu Mə'şər, yerdə və göydəkilərin ən yalançısıdır."
Yenə, Yezid b. Harun, belə deyir:
"Uca Allah, əbu Cuz'u alçaltmış; əbu Mə'şər'i isə ucaltmışdır."
Eyni əsərdə,
~ Əli b. əl-Mədini'nin, "əbu Mə'şər, zəif idi. Muhamməd b. Qays vasitəsilə Muhamməd b. Ka'b'dan qəbul edilə bilən hədislər rəvayət etmişdir. O, Nafi və əl-Maqburi'dən, münkər hədislər rəvayət edirdi."
~ Amr b. Fəllas da, buna bənzər şeylər söyləmişdir. Amr, əlavə olaraq, "Nafi ilə birlikdə, Hişam b. Urvə və ibnu'l-Munkədir də mövcuddur." dedikdən sonra, "Onun hədisi, yazılmaz." demişdir. (ibn Həcər Asqalani, "Təhzibu't-Təhzib", X, 420, 421)
Burdan ortaya çıxır ki, əbu Mə'şər, ixtilaflıdır. İxtilafın isə, hər hansı bir zərəri yoxdur. Onun bu hədisi, Daraqutni'də, Muhamməd b. Ka'b'dan nəql edilmişdir. Muhamməd, ibnu'l-Mədini və Amr b. Fəllas'ın nəzərində, hədisi dəlil olaraq istifadə edilə bilən bir ravidir. Bil!
Beləcə, ramazan günü orucu pozan hər cür felin, bilə-bilə edilməsi nəticəsində, nəqlən və əqlən, kəffarət vacib olmaqdadır. Bunun bilə-bilə edildiyini, sualı soruşan kimsənin "məhv oldum" ifadəsi göstərməkdədir. Çünki bu söz, fel səhvən edildiyi halda işlənilməz. Ancaq əzm (yəni, qərarlılıq) halında edilmişdirsə, deyilir.
Digər tərəfdən, "əd-Dirayə"də, belə deyilir:
"Mutəammidən/bilə-bilə" kəliməsinə gəlincə, bunu, Daraqutni, "əl-İləl"ində, Səid b. əl-Musəyyəb'dən mürsəl olaraq nəql etmişdir:
Bir adam, Peyğəmbər (sallallahu aleyhi və səlləm)'in yanına gələrək: "Ey Allahın rəsulu! Ramazanda, qəsdən orucu pozdum." demişdir. (ibn Həcər Asqalani, "əd-Dirayə", s. 175)
Mətndə keçən birinci hədisdə, kəffarət olaraq veriləcək şeylər arasında, bir tərtib/sıralamadan bəhs edilməkdədir. Çünki, Peyğəmbər (sallallahu aleyhi və səlləm), sualı soruşan şəxsi, verməkdən aciz olduğu şeydən, bir başqasına keçirmişdir. Cumhur, hədisdə keçən şeylər arasında tərtib/sıralama olduğu görüşündədir. Rəvayətlərdə, kəffarət üçün gərəkli olan şeylər arasında, tərtib və muxəyyərlik olduğunu göstərən ifadələr vardır. Tərtibi rəvayət edən ravilər, daha çoxdur və onların rəvayətlərində, ziyadə/əlavə bir hökm bəhs mövzusudur.
Deyirəm:
Zeylai'də ifadə edildiyi üzərə, Buxari və Muslim'in rəvayətindən, bu xüsusda bir muxayyərlik (seçim sərbəstliyi) mövcud olduğu başa düşülməkdədir. əbu Hureyrə (radiyallahu anh)'ın nəqlinə görə, Peyğəmbər (sallallahu aleyhi və səlləm), ramazanda orucunu pozan şəxsə:
~ bir qul azad etməsini; və ya
~ ard-arda 2 ay oruc tutmasını; ya da
~ 60 kasıbı yedizdirməsini
əmr etdi. (Zeylai, "Nasbu'r-Rayə", l, 443; Muslim, "Siyam", 84)
Cumhur, bu ifadəni (kəffarət variantları arasında bir) muxayyərlik mənasına deyil; bir növləndirmə mənasına həml etmişdir. İfadə, tərtib və muxayyərlik cəhətindən, hər hansı bir şey gətirməməkdədir.
Mətndə yer alan birinci hədisi (yəni, 2487 no-lu hədisi), kəffarət felləri xüsusunda tərtibə dəlil göstərərkən, "Orucunu pozan şəxsin birinci seçimə gücü çatmayınca, Peyğəmbər (sallallahu aleyhi və səlləm), ona, ikinci variantı təklif etmişdir." şəklindəki ifadəmizə, bəzi kimsələr, "Peyğəmbər (sallallahu aleyhi və səlləm)'in bu sualı soruşmasından, kəffarətdə tərtib/sıralama hökmünün ortaya çıxdığı" şəklində etiraz etmişlərdir. Beydavi'dən, belə bir görüş nəql edilmişdir:
"Kəffarət fellərindən ikincinin, birinciyə; üçüncünün, ikinciyə 'fə' hərfi ilə bağlanması, -ifadə, açıqlama və soruşulan suala cavab vermə sədədində olduğu halda- muxayyərlik olmamasını göstərməkdədir. Dolayısı ilə, bu ifadə, şərt məsabəsində qəbul edilir."
Mətndə keçən 4-cü hədisə gəlincə (2490 no-lu hədisə bax):
Sanki kəffarət felləri arasında sıralamanın vacib olduğu, sarih/açıqdır. Çünki, Peyğəmbər (sallallahu aleyhi və səlləm), o şəxsə, zihar kəffarətini əmr etmişdir. Zihar kəffarətində, kəffarət felləri arasında sıralama, nassın (Mücadilə/3-4) hökmüdür.
Bu bölmədə keçən hədislərin birincisində, "araq" kəliməsi yer almaqdadır. "əs-Sihah"ın bu kəliməni bu şəkildə açıqladığı nəql edilməkdədir:
"Araq, bir həcm ölçüsü olub, zənbilə bənzəməkdədir. İçinə, 15 sa xurma ala bilməkdədir."
Taberani'nin "əl-Mu'cəmu'l-Əvsat"ında (ll, 218), Peyğəmbər (sallallahu aleyhi və səlləm)'ə 20 sa xurma dolu bir zənbilin gətirildiyindən və Peyğəmbər (sallallahu aleyhi və səlləm)'in, o şəxsə, "Bu xurmaları götür; yoxsullara sədəqə ver." buyurduğundan bəhs edilməkdədir. Bu hədisin isnadında, Leys b. əbi Süleyman mövcuddur.
Bunun bir bənzəri, ibn Xuzeymə'də ("Səhih", lll, 221), Aişə (radiyallahu anha)'dan nəql edilməkdədir. Muslim'də, Aişə (radiyallahu anha)'dan rəvayət edilən hədisə görə isə, Peyğəmbər (sallallahu aleyhi və səlləm)'ə, içində təam olan 2 araq gətirilmişdi. (Muslim, "Siyam", 85)
Müəllif deyir:
Əsas götürülməsi lazım gələn, Muslim'in "Səhih"indəki xəbərdir. Çünki onda, səhih olan bir ziyadə mövcuddur. Bundan dolayı, bunu qəbul etmək, şərtdir. Yuxarıda rəvayətdə keçən 20, təxmin üzərə deyilmişdir və ya Muslim'in hədisilə zidd düşdüyü üçün, dəlil olaraq götürülməz, deyirik. Bu ləfzlərdən heç biri, sədəqənin miqdarına dəlil olmağa kifayət etmir. Əbu Davud'un "Sünən"ində, xanımına zihar edən kimsədən bəhs edilərkən, Peyğəmbər (sallallahu aleyhi və səlləm)'in, o şəxsə, "1 vəsq (60 sa'lıq, yəni, 62.400 dirhəmlik ölçü vahidi) xurmanı, 60 kasıba yedizdir." əmri yer almaqdadır. (əbu Davud, "Sünən", "Talaq", 16)
Bu, imam əbu Hənifə'nin, hər kasıba 1 fitrə miqdarı, yəni, məsələn 1 sa xurma yediriləcəyi görüşünün, açıq bir ifadəsidir. Heç bir müctəhid, oruc kəffarətilə zihar kəffarəti arasında fərq olduğunu söyləməmişdir.
əbu Hureyrə (radiyallahu anh) hədisində, Peyğəmbər (sallallahu aleyhi və səlləm)'in "qul azad et" əmri, Hənəfi məzhəbinin, bu kəffarət üçün, "Nökərin mömin olması, şərt deyildir." şəklindəki görüşünə, açıq bir dəlildir.
-----------------------------
2491. Osman b. Əhməd əd-Dəqqaq'ın,
Ubeyd b. Muhamməd b. Xələf ---> əbu Sevr ---> Mualla b. Mənsur ---> Süfyan b. Uyeynə ---> Zühri ---> Humeyd b. Abdu'r-Rahmən
isnadı ilə nəqlinə görə, əbu Hureyrə (radiyallahu anh), belə deyir:
- Bir adam, Peyğəmbər (sallallahu aleyhi və səlləm)'in yanına gələrək, "Məhv oldum və məhv etdim." dedi.
- Peyğəmbər (sallallahu aleyhi və səlləm): "Səni məhv edən, nədir?" deyə soruşdu.
- Adam: "Ramazan günü, zövcəmlə cima etdim (cinsi münasibətdə oldum)." deyə cavab verdi.
- Peyğəmbər (sallallahu aleyhi və səlləm): "Azad edəcək bir qul tapa bilərsənmi?" deyə soruşdu.
- Adam: "Xeyr." deyə cavab verdi.
- Peyğəmbər (sallallahu aleyhi və səlləm): "O halda, 2 ay, ard-arda oruc tut." deyə buyurdu.
- Adam: "Bacarmaram." deyə cavab verdi.
- Peyğəmbər (sallallahu aleyhi və səlləm): "Elə isə, 60 kasıbı yedizdir." deyə buyurdu.
- Adam: "(Buna da) gücüm çatmaz." dedi.
(Bu vaxt), Peyğəmbər (sallallahu aleyhi və səlləm)'ə, 1 araq dolusu xurma gətirildi. Peyğəmbər (sallallahu aleyhi və səlləm):
"Bu xurmaları götür, yoxsullara sədəqə ver." buyurdu.
- Adam: "Bizdən daha möhtac olan birinəmi?" dedi.
- Peyğəmbər (sallallahu aleyhi və səlləm): "Elə isə, bunları ailənə yedizdir." deyə buyurdu.
Hədisi, Daraqutni, "Sünən"ində (l, 251) rəvayət edir və belə deyir:
əbu Sevr hədisi, Əli b. Mansur vasitəsilə, ibn Uyeynə'dən "və əhləktu / və məhv etdim" cümləsilə rəvayətində tək qalmışdır. Ravilərinin hamısı, siqadır.
Zeylai'də belə deyilir:
"Hədisi, Beyhaqi 'Sünən'ində, Əvzai ---> Zühri isnadı ilə, bir qrupdan rəvayət etmişdir. Bu xəbərdə də, 'məhv oldum və məhv etdim' cümləsi yer almaqdadır."
"əl-Cəvhəru'n-Naqi alə Sünəni'l-Beyhaqi"də, belə deyilir:
Digər tərəfdən, Beyhaqi, Əvzai hədisini, Zühri ---> Humeyd isnadı ilə əbu Hureyrə (radiyallahu anh)'dan bu şəkildə nəql etmişdir:
Bir gün, Peyğəmbər (sallallahu aleyhi və səlləm)'in yanında ikən, bir adam gəldi və: "Ey Allahın rəsulu! Məhv oldum və məhv etdim." dedi. (Beyhaqi, "Sünən", lV, 227)
Beyhaqi, hədisi nəql etdikdən sonra,
"Şeyximiz əbu Abdullah əl-Hafiz, 'və əhləktu/və məhv etdim' sözünün zəif olduğunu dedi. Ardından, bunun dəlilini zikr etdi və sonra, sözü, bu yerə gətirdi: 'Bu cümləni, Zühri'nin əshabından heç biri, Zühri'yə isnad edərək zikr etməmişlərdir. Ancaq,
əbu Sevr ---> əl-Mualla b. Mansur ---> Süfyan b. Uyeynə
sənədilə, Zühri'dən rəvayət edilən rəvayət, müstəsnadır.
Şeyximiz, cümlənin, bu rəvayətdə də xəta ilə yer aldığını, 'Kitabu's-Savm'da, əl-Mualla b. Mansur'un məşhur xətt ilə təsnifinə baxdığı və orda, bu hədisi, bəhsi keçən cümlə olmadan tapdığı səbəbinə bağlamışdır." (ibnu't-Türkməni, "əl-Cəvhəru'n-Naqi alə Sünəni'l-Beyhaqi", lV, 227)
Deyirəm:
Daraqutni, "Sünən"ində, bu hədisi, əbu Sevr rəvayətinə istinad etdirmişdir. əbu Sevr, fəqih, qədr-qiyməti uca olan bir (alim)'dir. Hakim, əbu Abdullah və ibn Asakir, Muslim'in, "Səhih"ində, ondan hədis rəvayət etdiyini zikr etmişlərdir. Nəticə olaraq, onun bu rəvayəti, "Məchul bir nəfərin yazısında həmin cümlə düşüb." deyə, tərk edilməz. Bu cümlənin, xəttatın səhvi nəticəsində düşmüş olması ehtimalı vardır. Bir xəttatın, hər hansı bir cümləni salmış olması, onu əlavə edən kimsəyə qarşı, dəlil ola bilməz! Tam əksinə, -daha əvvəldən bilindiyi üzərə- ziyadə/əlavə, məqbuldur. Necə məqbul olmasın?! Onun bu rəvayəti, ilk əvvəl, Beyhaqi'nin zikr etdiyi rəvayət yolu ilə və ibnu'l-Cevzi'nin "Kitabu't-Təhqiq"də nəql etdiyi rəvayət ilə güclənmişdir. ibnu'l-Cevzi'nin rəvayəti:
Daraqutni ---> Nisaburi b. Muhamməd b. Əziz ---> Səlamə b. Ravh ---> Aqil ---> Zühri ---> Hammad
isnadı ilə, əbu Hureyrə (radiyallahu anh)'dan nəql edilmişdir. əbu Hureyrə (radiyallahu anh)'ın zikr etdiyi bu rəvayətdə, "hələktu və əhləktu / məhv oldum və məhv etdim" cümləsi yer almaqdadır. Bu isnadda adı keçən Səlamə'dən, "Səhih"ində, ibn Xuzeymə; "əl-Müstədrək"ində, Hakim hədis rəvayət etmişlərdir. İbn Hibban, onun üçün, "müstəqim/hədisi, səhih və ya həsən olan ravi" deməkdədir. Beyhaqi, "əl-Xilafiyyat"ında, ibn Xuzeymə'nin, bu hədisi,
Muhamməd b. Yəhya ---> Abdu'r-Razzəq ---> Ma'mər ---> Zühri ---> Humeyd
isnadı ilə, əbu Hureyrə (radiyallahu anh)'dan belə nəql edir:
Bir adam, Peyğəmbər (sallallahu aleyhi və səlləm)'in yanına gəldi və: "Ey Allahın rəsulu! Əhləktu/məhv etdim." dedi.
Xattabi'nin, "Məalimu's-Sünən"ində, xülasə olaraq belə deyilməkdədir:
Bəhsi keçən şəxsə kəffarət əmrinin verilmiş olması, qadına da eyni şəkildə kəffarət gərəkdiyinə dəlildir. Çünki dinimiz, -təxsis dəlilinin mövcud olduğu yerlər (yəni, sırf kişiyə xas qılınma) xaric- qadınla kişini bərabər tutmuşdur. Çünki, qadının, bilə-bilə cinsi münasibətdə olması səbəbilə, özünə, orucunu qəza etməsi gərəkli olduğu kimi; eyni səbəbdən, eynilə kişi kimi kəffarət verməsi də gərəkli olur. Və bu, alimlərin əksəriyyətinin məzhəbi (görüşü)'dür.
İmam Şafi, belə demişdir:
"Kişi, bir ədəd kəffarət verər və bu, qadının da kəffarəti yerinə keçər. Çünki, Peyğəmbər (sallallahu aleyhi və səlləm), kişiyə bir ədəd kəffarət vermə hökmünü qoymuş və cinsi münasibət qadın üçün də gerçəkləşdiyi halda, O, qadından bəhs etməmişdir."
Ancaq bu, lazım (bağlayıcı) deyildir. Çünki bu hal, ümumilik ifadə etməyən xüsusi bir hekayədir. Qadının:
~ xəstəlik və ya səfərilik səbəbilə oruc tutmaması möhtəməl olduğu kimi;
~ istəmədiyi halda, (əri tərəfindən) cimaya məcbur edilmiş olması; və ya
~ oruclu olduğunu unutmuş olması da, mümkündür.
ibn-u bint-i Nuaym'ın "Nəvadiru'l-Fuqaha"sında (l, 305-306), belə deyilir:
"Alimlər, -Əvzai və imam Şafi xaric- bir qadın ramazan günü cinsi münasibətə istəyərək girdiyi təqdirdə, üzrü də yoxdursa, kişidən başqa, özünün də bir kəffarət verməsi lazım gəldiyi xüsusunda, icma etmişlərdir.
Onlara (Şafi və Əvzai'yə) görə isə, 1 ədəd kəffarət, həm kişinin, həm də qadının kəffarəti yerinə keçər."
"əl-Kifayə"də (ll, 262), belə deyilir:
"...Sonra, nəzdimizdə (yəni, məzhəbimizə görə), 'cinsi münasibət səbəbilə kişiyə kəffarət lazım gəldiyi kimi; qadına da kəffarət lazım gəlir' sözü, qadın, cinsi münasibətə istəyərək girdiyi təqdirdədir. Qadın, istəmədən cinsi münasibətə girmişdirsə, kəffarət verməsi vacib deyildir."
(Təhənəvi, "İ'lau's-Sünən")
-------------------------------
Əlavələr:
Abdu'r-Rahmən əl-Cəziri, "Kitabu'l-Fiqh alə'l-Məzəhibi'l-Ərbaa" (1-ci cild, s. 509-512) kitabında, 4 məzhəbin bu məsələdəki görüşlərini belə zikr edir:
• Hənəfilər dedilər:
2 şey, həm qəza, həm kəffarəti vacib qılır:
1. Oruc tutan şəxsin, şəri bir üzrü olmadan, qida və ya qida mənasında olan bir şeyi yeməsi. Yemək-içmək kimi.
2. Cinsiyyət orqanının şəhvətini tam olaraq qəza (tətmin) etməsi.
• Şafiilər dedilər:
Sadəcə cinsi münasibət səbəbilə həm qəza, həm kəffarət vacib olur.
• Malikilər dedilər:
Orucu pozan hər şey, həm qəza, həm də kəffarəti vacib qılır.
• Hənbəlilər dedilər:
2 şey, həm qəza, həm kəffarəti vacib qılır:
1. Ramazanda, gündüz, öndən və ya arxadan birilə cinsi münasibətdə olmaq.
2. Bir qadının, başqa bir qadına çılpaq olaraq sarılması və oxşaması nəticəsində, mənisi axarsa, qəza və kəffarət vacib olur.
Not: Burda, kitabdan müxtəsər bir şəkildə zikr edilmişdir. İstəyən, məzhəblərin, bu görüşlərdəki təfsilatına baxa bilər
