BİLSƏNİZ, BU SİZİN ÜÇÜN NƏ QƏDƏR XEYİRLİDİR
"Bilsəniz, bu sizin üçün nə qədər xeyirlidir!" (Cümə surəsi, 9)
Rasulullah aleyhissalatu vəssələmın qıldırdığı ilk Cümə namazı, Ranuna deyilən yerdə Salim İbn Avf məscidində olmuşdur. Peyğəmbərimiz sallallahu aleyhi və səlləm Mədinəyə hicrət etdiyində ilk olaraq Quba`da Amr İbn Avfoğullarına qonaq oldu. Orada bazar ertəsi, çərşənbə axşamı, çərşənbə və cümə günləri qalıb, Quba Mescidinin təməlini atdı; Sonra Cümə günü Mədinəyə getmək üçün yola çıxdı. Bənu Salim yurduna gəldikdə Cümə namazı vaxtı girmişdi. Orada xütbə oxuyub ilk dəfə Cümə namazını qıldırdı. Bu, Peyğəmbərin qıldırdığı ilk Cümə namazıdır. Cüməni vacib edən ayə bundan əvvəl nazil olmuşdur. Mədinə xaricində ilk Cümə namazı qılınan yer də Bəhreyndə "Cəvasa" da Abdi Qays Məscididir.
Əbu Hüreyrə radiyallahu anhdan rəvayət edildiyinə görə Rasulullah sallallahu aleyhi və səlləm belə buyurdu:
"Bizlər, bizdən əvvəl kitab verilənlərə görə ən sonuncuyuq. Qiyamətdə isə ən önə keçəcəyik. Onlar, Allahın onlara fərz qıldığı bu Cümə günündə ixtilafa düşdülər. Allah onu bizə göstərdi. Digər insanlar bu məsələdə bizə tabe olurlar. Ertəsi gün yəhudilərin, daha ertəsi gün isə xristianlarındır." (Buxari, Cümə, 1; Müslim, Cümə hədis no:Müslimin ləfzi az fərqlidir.)
Əbu Hüreyrə (Radiyallahu Anh) rəvayət edir ki, Rasulullah (Sallallahu Aleyhi və Sellem) buyurdu:
"İçərisində günəşin doğduğu ən xeyirli gün Cümə günüdür! Adəm o gündə yaradıldı, o gündə cənnətə qoyuldu, o gündə oradan çıxarıldı və o gündə qiyamət qopacaqdır! O gündə elə bir saat var ki, Müsəlman bir qul, o saata tuş gətirərək Allahdan xeyirli bir şey istəyərsə, Allah onun istəyini verər" (İbnul-Munzir əl-Əvsad 1714, Müslim 854/1717, Əbu Davud 1046, Tirmizi, 491, İbni Hibban 2772, Malik 1/108, 109, Bəğavi 1050, Abdurrəzzaq 5583, Əhməd 10307)
Böyük Fürsət-Cümə Günahların Bağışlanmasına Vəsilədir.
“Kim cümə günü qüsl edib bacardığı qədər hər cür təmizlik edər, saç və saqqalına yağ vurub darayar (saç və saqqalını səliqəyə salar) və ya gözəl ətir vurar, sonra evdən çıxıb məscidə gedər, orada yanaşı oturan iki möminin başı üstündən keçmədən və onları narahat etmədən gözəl şəkildə oturar, daha sonra Allahın (c.c.) buyurduğu qədər namaz qılar və ardınca da xütbəyə başlayan imama diqqətlə qulaq asarsa, həmin adamın o cümə ilə növbəti cümə arasında olan kiçik günahları bağışlanar”. [Buxari, Cümə 6]
Əbu Hüreyrə (radiyallahu anh) nəql edir: Rasulullah (Sallallahu Aleyhi və Səlləm) buyurdu:
"Böyük günahları işləmədikcə beş vaxt namaz və Cümə, digər Cüməyə qədər aralarında işlənən günahlara kəffarədir". (Müslim 233/14, Əbu Avanə 2/20, Tirmizi, 214, İbn Macə, 1086, İbni Huzeymə 314, İbn Hibban 1733, Tayalisi 2470, Beyhaqi 2/467, Bəğavi 345, Əhməd 2/484)
Cümə Günü Həftəlik Bayram Günüdür!
Abdullah ibn Abbas (Radiyallahu Anhuma) rəvayət edir ki, Rasulullah (Sallallahu Aleyhi və Sellem) buyurdu:
"Şübhəsiz ki, bu gün bayramdır! Allah bu günü Müsəlmanlar üçün bayram etmişdir! Cüməyə gələn insanlar yuyunsun! Əgər gözəl qoxusu varsa ondan sürtsün! Misvaka isə, önəm versin !". (İbn Macə, 1098, Tabarani Mucəmus-Sağir 1/1291/269)
Cümə günü qüsul almaq
İbn Ömər radiyallahu anhumdən rəvayət edildiyinə görə Rasulullah sallallahu aleyhi və səlləm belə buyurdu:
“Sizdən kim cümə namazına gedəcəksə, qüsul alsın”. (Buxari, Cümə 2, 5, 12; Müslim, Cümə 1, 2, 4; Tirmizi, Cümə 3; Nəsai, Cümə 7, 25; İbn Mac, İqamt 80)
Əbu Səid əl-Xudri radiyallahu anhdan rəvayət edildiyinə görə Rasulullah sallallahu aleyhi və səlləm belə buyurdu:
“Hər bir həddi-büluğa çatana cümə günü qüsul almaq vacibdir”. (Buxari, Azan 161, Cümə 2, 3, 12; Müslim, Cümə 5, 7; Əbu Davud, Təharət 127; Nəsai, Cümə 2, 6, 8, 11; İbn Macə, İqamt 80)
Mədineyi-Münəvvərə xalqı bir adamı təhqir etmək istədikdə "Cümə günü qüsul dəstəmazı almayandan betərsən"- deyərdi. Qüsul alarkən cümə qüsuluna niyyət edilməlidir.
Məscidə bəzəkli, təmiz və gözəl gəlmək. Bəzənmək, ağ paltar geymək ilə olur. Çünki Allah Təala paltarlar içərisində ən çox ağ olanı sevir. Gözəl qoxular sürtməli. Bunları məscidə və namaza təzim və hörmət üçün, ondan bir kimsəyə əziyyət verməməsi və ya qeybətə səbəb ola biləcək pis bir qoxunun çıxmaması üçün etməlidir.
Salavat gətir.
Əvs ibn Əvsin (r.a.) nəql etdiyinə görə, Allah Rəsulu (s.ə.s.) belə buyurmuşdur:
“Sizin ən fəzilətli, dəyərli gününüz şübhəsiz, cümə günüdür. Buna görə də o gün mənə çoxlu salavat oxuyun. Çünki sizin salavat və salamlarınız mənə xüsusi təqdim edilir”. [Əbu Davud, Salat 201, Vitr 26]
Allahummə salli aləə Muhammədin və aləə əəli Muhamməd
Cümə günü məscidə erkən get.
Bunun fəziləti böyükdür. Əvvəllər Cümə namazına səhər vaxtı (qaranlıq səbəbi ilə) şamla gedirdilər. Yolda sıxıntı çəkib çətinliklə yeriyərdilər. İbn Məsud bir dəfə məscidə getdi. Ondan əvvəl üç adam gəlmişdi. Öz-özünə hirslənib: "Sən dördüncü olsan, işin necə olar?"-dedi.
İslamda ortaya çıxan ilk bidətin Cüməyə erkən getməyin sünnət sayılmasının ortadan qalxması, unudulması olduğunu söyləyirlər. Yəhudilər və xristianlar şənbə və bazar günləri sinaqoqa və kilsəyə gedirlər, müsəlmanların da cümə cünündə qüsur etməsi doğru olarmı.
Əbu Hureyrə (r.a.) Allah Rəsulunun (s.ə.s.) belə buyurduğunu nəql edir:
“Kim cümə günü cünub olmuş kimi yaxşıca qüsl edib məscidə erkən gedərsə, bir dəvə, bir qədər sonra gedərsə, bir iribuynuzlu heyvan, ondan sonra gedərsə, buynuzlu qoç qurban etməyin savabını qazanar. Nisbətən daha sonra gedərsə, bir toyuğu, axıra yaxın gedərsə, bir yumurtanı sədəqə vermiş kimi savab qazanar. İmam minbərə çıxanda (o vaxta qədər gələnlərin savabını qeyd edən) mələklər zikri (xütbəni) dinləmək üçün camaatın arasına düşər və namaza hazır dayanarlar”. [Buxari, Cümə 4; Müslim, Cümə 10]
Cüməyə tez gedən ön səfdə minbərə yaxın yerdə oturmaqla, həmçinin vaxtının çox hissəsini məsciddə zikirlə keçirməklə daha çox savab qazana bilər.
Diz çökərək otur.
Çox təəssüf ki cümə günü əksər insan ayaq üsdə qalır və ya düzgün oturmur. Xütbə zamanı ayaq üstə durmaq olmaz.
Malik bin Ənəs (radiyallahu anh) nəql edir:
"Nəbi (Sallallahu Aleyhi və Səlləm) Cümə günü imam xütbə oxuyarkən Hibve oturuşunu qadağan edib" (Əhməd 15630, Əbu Davud 1110, Tirmizi, 514, Hakim 1069)
Bu hədisi səhihdir. Hakim, bunun səhih olduğu qeyd etmiş, Zəhəbi də bunu təsdiq etmişdir. (bax. Hakim-Təlhislə birlikdə - 1/427.)
Hibvə /və ya Hubvə olaraq oxunan bu kəlmənin bildirdiyi oturuş şəkli belədir:
Adam, yumşaq yeri üzərinə oturar, dizlərini havaya dikər, ayaqlarını qarnına yapışdıraraq üzərindən qollarını birləşdirir. (bax. Avnul-Mabud, 3/322)
Bu oturuş, yuxunun gəlməsinə səbəb olduğu üçün dəstəmazın pozulmasına səbəb ola bilər. Həmçinin antari kimi paltarların açılıb övrət yerlərinin görülməsinə də səbəb ola bilər. Bu səbəblə, bu oturuş, cümə vaxtında və xütbə oxunarkən qadağan olunmuşdur.
Abdulla ibn Ömər (dadiyallahu anhuma) nəql edir: Rasulullahı (Sallallahu Aleyhi və Səlləm) eşitdim:
"Biriniz Cümə günü məsciddə mürgülədiyi vaxt oturduğu yeri başqa bir yerlə dəyişdirsin! buyururdu". (Əbu Davud 1119, Tirmizi, 526, İbn Əbi Şeybə 2/29, İbn Huzeymə 1819, İbn Hibban əl-Məvarid 571, Hakim 1/291, Beyhaqi 3/237, Əhməd 2/22)
Cümə günü duaların qəbul olunduğu zaman
Salman əl-Farisinin (r.a.) rəvayət etdiyinə görə, Allah Rəsulu sallallahu aleyhi və səlləm belə buyurmuşdur:
Peyğəmbərimiz, "Cümə günü ərzində elə bir vaxt var ki, Müsəlman bir qul namaz qıldığı halda o vaxta rastlayıb da Allahdan bir şey istəsə, mütləq Allah onun istəyini yerinə yetirir" buyurur və bu sözləri deyərkən də əli ilə bu vaxtın çox qısa olduğuna işarə edirdi. (bax. Buxari, Cümə 37, Talaq 24, Daavat 61; Müslim, Müsafirin 166, 167, Cümə 13-15)
Əziz və şərəfli olan bu saat Günəş doğarkənmi, zəval vaxtındamı, Günəş batarkənmi, azan oxunarkənmi, xatib minbərdə ikənmi, namaza durmaq vaxtındamı, yoxsa əsr namazı vaxtındadırmı. Bu vaxt dəqiq olaraq bildirilməmişdir. Şübhəlidir. Qədr gecəsi kimidir. O halda bu anı yaxalamaq məqsədilə bütün günü zikir və ibadətlə keçirmək lazımdır.
Əbu Bürdə bin Əbu Musa əl-Əşari radiyallahu anh belə dedi:
Bir gün Abdullah bin Ömər radiyallahu anhum məndən soruşdu:
- Cümə günü duaların qəbul edildiyi vaxt haqqında atanın Rasulullah sallallahu aleyhi və səlləmdən bir hədis rəvayət etdiyini eşitdinmi? Mən də:
- Bəli, eşitdim. Atam Rasulullah sallallahu aleyhi və səlləmdən belə eşitdiyini dedi:
“Həmin vaxt imamın minbərə oturduğu andan namazın qılındığı zamana qədər olan müddət daxilindədir”. (Müslim, Cümə 16. Həmçinin bax. Əbu Davud, Salət 202)
İnsanlara əziyyət vermə.
Abdullah bin Busr (radiyallahu anh) nəql edir:
"Cümə günü minbərin yanında oturmuşdum. Rasulullah (sallallahu sleyhi və səlləm) insanlara xütbə oxuyurdu. O əsnada bir adam insanların çiyinlərini əzə-əzə gəldi.
Rasulullah (sallallahu aleyhi və Səlləm) ona dedi:
"Otur! Həqiqətən əziyyət etdin və gec qaldın!". (İbn Hibban 2790, Əbu Davud 1118, Nəsai 1398, İbn Macə, 1115, İbni Carut 294, İbn Huzeymə 1811, Əhməd 4/188)
"Cümə günü kim camaatın çiyinlərinə basaraq irəliləyərsə, cəhənnəmə bir körpü edilər". (Tirmizi, Salat 369, 513)
Əbu Hüreyrə (radiyallahu anh) nəql edir: "Rasulullah (aleyhissalatu vəssəlam) buyurdu ki:
"Birinizin Harrənin belində namaz qılması, onun üçün cümə günü oturub oturub da imam xütbəyə başlayanda gəlib, camaatın çiyinlərini yararaq camaata qatılmasından xeyirlidir". (Muvatta, Cümə 18, (1, 110))
Hədis cümə günü məscidə erkən gəlməyi təşviq edir, sonradan gəlib insanların çiyinlərini yararaq yer axtarmağı qadağan edir.
"Belə edəni qiyamət günü körpü edirlər, hər kəs üstünə çıxaraq keçir." (Əbu Davud, Nəsai, İbn Hibban , Hakim)
Hədisdə keçən Harrə, Mədinənin kənarındakı qara qayalağın adıdır. Rənginin hərarətə görə qaraldığı qəbul edilir. "Harrənin qızmar istisində namaz qılmaq əlbəttə ki, müşkül, bəlkə də mümkünsüz bir işdir. Amma cümə günü heç bir üzr olmadığı halda, gözləyib gözləyib tam xütbənin başlaması anında gəlib, ön səflərdə yer axtarmaq məqsədilə camaatı yararaq irəlilləmək pis bir işdir. Bu pis işə yönəlməkdənsə, Harrə qayalarında namaz qılmaq insan üçün daha xeyirlidir". deyilməkdədir
Alimlər, insanlara narahatlıq doğuran səbəblər içində yerindən qalxmaq yanındakına dirsəklənmək, bir əzasının üzərində oturmaq, səccadəsində razılığını almadan oturmaq, pis qoxu yaymaq və s-ni də zikr edər. Hədisdə həm "insat" və həm də "sükut" keçməkdədir. Bunlar bir-birinə yaxın məna daşımaları səbəbiylə ümumiyyətlə, ikincisinin birincini qüvvətləndirmək üçün zikr edildiyi bildirilmişdir. Ancaq insatın can qulağı ilə dinləmək mənasında minbərə yaxın olanlar haqqında, sükut da daha çox səssiz olmaq mənasında uzaqda olanlar haqqında, yəni imamı kifayət qədər eşitməsə də, xütbəni başa düşərək təqib edə bilməsə də sükunət içində durmaq mənasında işlədilmiş ola biləcəyinə diqqət çəkilmişdir.
Cümə günü məscidə erkən gələnlər ön cərgələrdə, minbərə yaxın yerlərini alarkən, başqalarının çiyinlərini yararaq əziyyət vermək halına düşməzlər və həmçinin insat yəni "xütbəni can qulağı ilə dinləmək" şansını da zəmanət altına alarlar.
Cabir (Radiyallahu Anh) nəql edir:
"Nəbi (Sallallahu Aleyhi və Səlləm) buyurdu:
"Sizdən biri Cümə günü əsla qardaşını yerindən qaldırıb sonra onun yerinə keçərək oturmasın, amma 'yer açı, genişləyin' desin". (Müslim 2178/30, Əhməd 342, Albani Səhih 1302)
Xütbə zamanı danışma
Fəqehlər xütbə əsnasında danışmağın haram, susaraq xütbəyə qulaq asmağın isə fərz olduğunu bildirirlər. Minbərdən çox uzaqda xətibin səsini eşitməyənlər isə, ürəklərində Allahı zikr edə bilərlər. Bəzi fəqehlərə görə xütbəni eşitməyəcək qədər uzaqda olanlar Qur`an oxuya bilərlər.
Xütbə oxunarkən danışmaq və danışanı tənbeh etmək məkruhdur. Habelə xütbə dinləyənlərin sağa-sola baxması, salam verib alması da məkruh hesab olunmuşdur. Əbu Hüreyrədən rəvayətə görə, Hz. Peyğəmbər (s.ə.s) buyurmuşdur:
“Cümə günü imam xütbə oxuyarkən yoldaşına “sus” deyən kəs boş danışmışdır” [Nəsai, Cümə, 22; Əbu Davud, Səlat, 228, 229, H. No: 1112; İbn Macə, İqamə, 86, H. No: 1110; Tirmizi, Cümə, 16, H. No: 51]
“Cümə günü imam xütbə oxuyarkən yanındakı yoldaşına “sus” desən ləğv (yəni faydasız bir iş görmüş) etmiş olarsan.” (Buxari, Cümə, 36; Müslim, Cümə, 11-12)
Ləğv sözünü "cümə ədəbinə uyğun gəlməyən hər bir söz" deyə tərif edə bilərik. Xütbə sırasındaki hər cürə söz"ə ləğv deyilməkdədir, çünkü xütbədə hazır olmağın ədəbi, heç bir şey danışmadan can qulağı ilə dinləməkdir Alimlər, camaatı yarmaq və s. surətdə camaata verilən əziyyəti də ləğvə daxil edirlər. İbn Həcər bu kəlməni açıqlarkən bu izahları qeyd etmişdir:
Ahfəş: "Şübhə və batilə girən əsassız sözlərə ləğv" demişdir.
İbn Arəfə deyir ki: Ləğv, sözün düşüyüdür, doğrudan ayrılmağa da ləğv deyilmişdir. وَاِذَا مَرُّوا بِاللَّغْوِ مَرُّوا كِرَامًا ayəsinə görə ləğv günah deməkdir. Zeyn İbnu`l-Münir: "Müfəssirlər ləğv sözünün "gözəl olmayan söz" olduğunda ittifaq edir" demişdir.
Əbu Hüreyrə (Radiyallahu Anh) nəql edir: Rasulullah (sallallahu aleyhi və səlləm) buyurdu:
"..Kim çınqıl daşları ilə oynayarsa ləğv etmiş olar!". (İbn Macə, 1025, Müslim 857/27, Tirmizi, 498, Bəğavi 336)
Əli ibn Əbu Talib radiyallahu anh Kufədə xütbə verərkən minbərdən belə səslənmişdir: "Cümə günü olanda şeytan bazara erkəndən bayraqları ilə gedər, insanlara min bir əngəl çıxararaq mane olmağa, onları cümədən (heç olmasa) gecikdirməyə çalışır. Mələklər də erkəndən gedib məscidin qapılarında dayanırlar. Gələnləri birinci saatda gələnlər, ikinci saatda gələnlər deyə yazırlar. Bu hal imam (xütbəyə) çıxana qədər davam edir. Şəxs məsciddə, imamı görüb, eşidə biləcəyi bir yerə oturub diqqətlə qulaq asdı və danışmadısa, ona ikiqat savab vardır. Şəxs uzaqda qalar və imamı dinləyə bilməyəcəyi bir yerə oturar, səssiz duraa və danışmarsa bir hissə savab alır. Əgər o, imamı görüb eşidə biləcəyi bir yerə oturur amma boş söz danışıb, səssiz qalmasa, ona iki hissə günah yazılır. Əgər, eşitmə və görmə imkanı olmayan bir yerə oturur və boş danışır və səssiz qalmazsa, ona bir hissə günah vardır. Kim də yanındakı dostuna cümə günü "sus" deyərsə "boş danışmış" olar. Kim də boş danışarsa, o cümədəki savabdan nəsibsiz qalar". Əli radiyallahu anh sözünün sonunda bunu dedi: "Mən bunu Rasulullahdan sallallahu aleyhi və səlləmdan eşitdim". (Əbu Davud, Salat, 209 (1061))
Bu rəvayət, cüməyə erkən getməyi təşviq edən hədislərdən biridir. Hədisdə sadəcə erkən getmək deyil, xütbə verəcək xətibi görməyə və dinləməyə imkan tanıyacaq bir yerə oturmağı da təşviq edir. Hədisdə sadəcə, dinləmək deyil, "görmək" qeydinin da qoyulmuş olması xüsusən günümüz şərtlərində ağla gələ biləcək bəzi suallara cavab olur: Çünki səsucaldanlar sayəsində çöldə də xütbələri tam dinləmək olur. Bu halda vaizin görülə biləcəyi bir yeri tutmaq üçün tez davranmaq, bunu niyətə qoyaraq hərəkət etmək əsasdır. Buna baxmayaraq, kənarda qalanların insat və sükut şərtinə riayət etmələri halında, hədisdə vəəd edilən ikiqat savaba nail olacaqları İlahi rəhmətdən umula bilər, çünki möminin niyyəti əsasdır.
Bu halda, namazda danışmaq və ya camaatın çiyinlərini yararaq irəliləmək surətiylə başqasını narahat edənin cümədən əldə edəcəyi nəsib, başqalarına verdiyi bu əziyyətdən ibarətdir. Allah Rəsulunun bu ifadələri, hər nə sürətlə olursa olsun, camaata əziyyət verməyi şiddətlə şəkildə qadağan edir
İnsanın namaz məqsədilə evindən çıxdığı andan etibarən namazda olduğu nəzərə alınarsa, cümə namazına getmək niyyətilə evini tərk etdiyi andan etibarən boş sözləri tərk edib, zikr və ya sükun halında olması, xütbə əsnasında hədisdə "insat" kəlməsi ilə ifadə edilən diqqətlə,can qulağı ilə dinləməyə əhəmiyyət verməsi lazımdır.
Son olaraq onu da qeyd edək: əl-Muğnidə: "Namazda kəlamı caiz edən halların xütbədə də caiz edəcəyi barəsində aliminin ittifaq etdiyini" bildirir, gözləri kor olan kimsəni çuxura düşməkdən qorumaq kimi.
Xütbə oxunarkən xətibdən uzaqda və ya ona yaxın yerdə olan hər bir mömin xütbəni diqqətlə dinləyir. Çox uzaqda olub xətibin səsini eşitməyənlər isə yenə susub qəlbini zikrullah ilə məşğul edər. Üstün olan da budur. (Cəvahirül-Ahlati) Ehtiyata ən uyğun sayılan də budur. Zeylai də eyni fikirdədir.
Bəzisinə görə, xütbəni eşitməyəcək qədər uzaqda oturan kim Qur`an oxuyar. Bəzisinə görə, yuxarıda qeyd edildiyi kimi, susub zikrlə qəlbini məşğul tutur. Əl-Mühitin müəllifi Radıyuddin "Ən səhih olanı, susmaqdır". demişdir.
Xütbə zamanı namaz qılma
Hənəfi məzhəbinə görə xütbə oxunarkən namaz qılmaq olmaz. Camaat xütbə oxunarkən namaz da daxil olmaqla heç bir işlə məşğul olmamalı, ancaq xütbəyə qulaq asmalıdır. Elmihal kitablarında:
“İmam minbərə çıxdıqdan sonra camaat danışmamalı, salam alıb-verməməli, nafilə namaz qılınmamalıdır. Xütbədə Allah Rəsuluna (s.ə.s) səlat-salam gətirilərkən dinləmək daha fəzilətlidir. Camaat imam dua edərkən də səssiz “amin!” deyə bilər. İmam Əbu Yusifin bir görüşünə görə səssiz səlat-salam oxumaq olar.
Əgər bir şəxs cümə namazının ilk sünnəsini qılmağa başladıqdan sonra imam xütbə oxumağa başlasa həmin namaz tamamlanmalıdır. (Ö. N. Bilmən Böyük İslam Elmihalı) İkinci əzan oxunan əsnada məscidə gələn şəxs imam xütbəyə başlayana qədər qurtaracağını bildiyi təqdirdə namaz qıla bilər. Hənəfi məzhəbində tərcih olunan görüşə görə imam xütbə oxuyarkən namaz qılmaq təhrimən məkruhdur.
Hənəfi məzhəbinin bu görüşü aşağıdakı hədisə əsaslanır:
Məlumdur ki, “əmri bil məruf nəhyi ənil münkər” yəni yaxşılığı əmr edib pisliklərdən çəkindirmək vacibdir. Ancaq xütbə oxuyarkən danışan şəxsə xəbərdarlıq etmək belə qadağan olunmuş və bununla xütbənin əhəmiyyətinə diqqət çəkilmək istənilmişdir.
Maliki məzhəbindəki hökm də hənəfilərdəki kimidir.
Şafei və Hənbəlilər isə, aşağıdakı hədisə əsaslanaraq xütbə oxunarkən iki rükət təhiyyətul-məscid namazının qılına biləcəyini deyirlər. Cabir ibn Abdullahın (r.a) belə dediyi rəvayət edilmişdir:
“Cümə günü Rəsulullah (s.ə.s) xütbə oxuyarkən Qatafan qəbiləsindən Süleyk gəldi və dərhal oturdu. Rəsulullah belə buyurdu: “Süleyk! Qalk, iki rükət namaz qıl. Mümkün qədər qısa bitir.” Sonra belə davam elədi: “Sizdən biriniz cümə günü imam xütbə oxuyarkən məscidə daxil olarsa iki rükət namaz qılsın və onu mümkün olduğu qədər qısa tutsun.” (Müslim, Cümə, 59). Şafei, Əhməd ibn Hənbəl, İshak ibn Raheveyh və mühəddis fiqhçilərin (hədisçilər ekolu) görüşlərini Cabir ibn Abdullahın hədisinə əsaslandırırlar. Həsən əl-Bəsri və mütəqaddimun alimlərindən də bənzər görüşlər rəvayət edilmişdir. Qazı İyaz, Əbu Hənifə, Malik ibn Sad, Leys ibn Sad, Süfyan əs-Səvri, səhabə və tabeunun cumhuruna (əksəriyyətinə) görə imam xütbə oxuyarkən namaz qılmaq olmaz. Hz. Ömər, Hz. Osman və Hz. Əlidən (r.anhum) də belə nəql edildiyi bildirilmişdir.
Cabir ibn Abdullahın rəvayəti xəbəri-vahidddir. Başqa bir rəvayətdə Süleyk namaz qılana kimi Allah Rəsulu xütbəni dayandırmış, onu namazını qurtarınca davam etmişdir.
Bütün bunları nəzərə alaraq imam xütbə oxuyarkən namaz qılmamaq daha məqsədə uyğundur. Ancaq Şafei və Hənbəli məzhəbindən olanlar da qılsa onlara da bir şey deməmək lazımdır.
Cümədən sonra.
Səhl bin Səd (Radiyallahu Anh) nəql edir:
"Rasulullah sallallahu Aleyhi və Səlləmin zamanında biz Cümə namazını qılmamış nə qaylulə (günorta yuxusu) edərdik, nə də yemək yeyirdik". (Müslim 859/30, Buxari,Cümə 40,41, Hars 21, Ətimə 17.(899). Əbu Davud, Cümə 224 (1086), Tirmizi, Salat 378 (525))
Ənəs radiyallahu anh nəql edir:
"Biz cümə namazını qılar, sonra (evlərimizə) qayıdar və qaylulə (günorta yuxusu) edərdik". (İbnu Macə, Sünən(1102))
Cüməyə gəlməmək
Əbu Hureyrə və İbn Ömər (r.anhumə) rəvayət edir: “Allah Rəsulu (s.ə.s.) minbərdə buyurdu:
“Cümə namazını tərk edən bəzi adamlar ya buna son qoyacaqlar, ya da Allah onların qəlbini möhürləyəcək, qafillərdən olacaqlar”. [Müslim, Cümə 40]
"Hər kim əhəmiyyət vermədiyi üçün üç Cüməni tərk edərsə, Allah onun qəlbini möhürləyər." (Ebu Davud,Salat 210, (1052), Tirmizi, Salat 359, (500), Nesai, Cuma 2, (3,88))
"Cümə namazını üzrsüz olaraq kim tərk edərsə bir dinar pul sədəqə versin, (bu qədər) tapa bilməsə, yarım dinar sədəqə versin".(Əbu Davud, Salat 211, (1053-1054), Nəsai, Kəffarə 3, (3,89), İbnu Macə, İqamət, 93 (1128))
Bu hədis, bu ağır cəzaya hədəf olmaq istəmədən, etinasızlığına peşman olanlara, xətanı düzəltmə yolu göstərməkdədir: Maddi kəffarət.
Həzrəti Əbu Hüreyrə Radiyallahu Anh nəql edir: "Rasulullah aleyhissalatu vəssəlam buyurdu ki: "Fərz edək ki, sizdən birinin, şəhərdən bir-iki mil uzaqda davar sürüsü olsun da, orada ot tapmaq çətinləşsin və daha uzaqlara getsin, sonra cümə gəlsin, amma o cümə namazına gəlməsin, bir cümə daha gəlsin, o yenə cümə namazına qatılmasın, üçüncü cümə gəlsin, o yenə də cümə namazına gəlməsin. Məhz Allah belə birinin qəlbini möhürləyər". (İbnu Macə, Sünən (1127) - Hds: (6327))
Bu hədis, şəhərdən iki mildən daha uzaq bir yerdə belə olsa, qoyun sürüsünün başında da olsa üst-üstə cüməni tərk etməyə icazə olmadığını bildirməkdədir. Heyvandarlıq, əkinçilik kimi məşğuliyyətlər cüməni tərk etməyə şəri (qanuni) bir üzr deyildir. Qəlbin möhürlənməsi isə, xeyrin çatmasını çətinləşdirən, əngəlləyən qatılıqdir. Demək ki insan fitrəti üst-üstə üç cümə gəlməməyə dözümlü deyildir. Əgər gəlmirsə mənəvi bağlardan və dini həssaslıq və sirrli duyğulardan çox şey itirəcəkdir. Bəzi alimlər qəlbin möhürlənmə təhdidini "üst-üstə üç cümənin tərkinə aid edərkən, bəziləri üst-üstə olmasa da, üç cümənin tərkilə möhürlənmənin olacağını söyləmişdir.
Bu gün bir dilim çörək də olsa, sədəqəsiz keçirilməməlidir. Çünki cümə günündəki sədəqənin fəziləti böyükdür.
Həfdənin bu günü axirət işlərinə həsr edilməlidir. Bütün günü xeyirlə, yaxşılıqla məşğul olunmalıdır. Dünya işləri ertəsi günə buraxılmalıdır. Allah Təalanın Qurani-Kərimdə "Namaz qılınıb qurtardıqdan sonra yer üzünə dağılın və Allahın lütfündən ruzi diləyib axtarın!"(Cümə,10) buyurulur. Ənəs (Allah ondan razı olsun) bu ayəni belə açıqlayır:
Bunun mənası ticarət etmək və dünya malı qazanmaq deyil, elm öyrənmək, qardaşlarını və xəstələri ziyarət etmək, cənazə arxasında getmək və buna bənzər şeylər deməkdir. (İmam Qəzali/ Kimyay-Səadət)
Xatırlatma.
Cümə günləri cümədən sonra işləri olmayanlar cüməni çıxışa ən uzaq yerlərdə qılsınlar. Çünki əksər qardaşlarımız cümədən sonra tez işlərinə getməlidirlər. Onlar cüməyə icazə alıb gəliblər. Cümədən sonra tələsməyənlər çıxışlara yaxın yerdə namaz qılıb tələsən qardaşlarımıza mane olmasınlar.
Cüməyə maşınla gələnlər isə maşınlarını məscidə ən uzaqda saxlamaqla həm məscidə piyada gəlmək savabını qazanar həm də gediş-gəlişə əngəl olmadan qul haqqına da girməzlər.
- Cümə namazı vaxtında çalışmaq, alışveriş etmək və qazanılan pul haramdırmı?
- Cümənin şərtləri
- Kərahət vaxtları haqqında məlumat verərsinizmi?
- Cümə namazının ilk və son sünnətləri vardırmı? Varsa, neçə rükətdir?
- Nafilə və ya Tətəvvü Namazları.
- Cümə, Cənazə (meyit), Təravih, Bayram, Səfər Namazları ve Namazların qəzası
- Hz. Peyğəmbərin (sav) Hz Həsən və Hüseyin (R.A) və uşaqlar üçün necə dua edərdi?
- Allah Rəsulunun (aleyhissalatu vəssəlam) öyrətmə metodları necə idi, nümunələr verə bilərsinizmi?
- Bayram və Bayram Namazları