Bir məzhəbi tərcih etməyin gərəklilik səbəblərinin açıqlanması

Bir məzhəbi tərcih etməyin gərəklilik səbəblərinin açıqlanması:

"...bütün bu yuxarıda danışılanları bilib qavrayan, bu məzhəblərdən birinin yolunu tutan, digərlərinin haqqına girməkdən həya edər. Özünü aşan səbəblərdən dolayı, ictihadi məsələlərdə müctəhid olmayan birinin, bu imamlardan birini tərcih edib ona tabe olması, nə gözəldir! Bunun üçün bir imamı tərcih etməsi, öz tərcih etdiyi müctəhidin daha fəzilətli olmasına dəlalət etməz.

Məsələn, əbu Hənifəni (haşiyə) müctəhid olaraq seçən biri:

"O, tabiindəndir, Allah rəsulu (sallallahu aleyhi və səlləm)'in zamanına daha yaxın və saf dövrə yaxın olmaqla, onların elmlərinə nail olmağa daha layiqdir."

desə, bu məziyyətlər, əbu Hənifənin məzhəbini seçməyə bir səbəb ola bilər. Lakin ümumi olaraq, bu fəzilətlər, onun elmdə tərcih edilməsini gərəkdirməz. Bu mövzuda qəflətə düşmək, caiz deyildir. Çünki zamanı, Nəbi (sallallahu aleyhi və səlləm)'in zamanına daha yaxın olmaqla bərabər, tabiindən neçə müctəhid alim bilinməkdədir.

(Haşiyə-1

Hənifə: Numan b. Sabit'in mütəmadi yanında hoqqa (mürəkkəb qabı) daşıdığı üçün bu ləqəblə ləqəblənmişdir. Çünki İraq əhli hoqqaya: "hənəfiyyə" deyirdilər. (bax: Xatib, "Tarix", Xlll, 347)

-------------------------

Vəhyin endiyi yerdə yaşadığı üçün imam Maliki tərcih etmək, onunla eyni əsrdə yaşamış olan digər alimləri görməməzlikdən gəlmək, caiz deyildir. Çünki digər alimlər də, Hicazın elminə şərik idilər. Çünki digər imamlar da, çox Həcc etdikləri üçün və Harameynə qonşuluqlarından dolayı, vəhyin endiyi yerdə olmuşdular. Hətta vəhyin endiyi yerdəki alimlərin arasından bəziləri (burda qəsd edilən, imam Malikdir), sadəcə Mədinədə yaşayıb başqa yerlərə elmi səyahət etmədiklərindən dolayı, digər alimlərdən daha fəzilətli sayıla bilməz. Allah rəsulu (sallallahu aleyhi və səlləm)'in vəfatından sonra səhabələr digər torpaqlara yayıldılar. Allah rəsulu (sallallahu aleyhi və səlləm), səhabə və fuqaha-i səba'nın (haşiyə-2) yaşadığı dövrdə yaşamaqla, bunların zamanlarından sonrakı zamanlarda Mədinədə yaşamaq, bir biri ilə müqayisə edilə bilməz.

(Haşiyə-2:

Fuqaha-i səba: Səhabələrdən sonra tabiin nəslinin Mədinəli ən böyük 7 aliminə verilən addır. Bu şəxslər:

Səid b. əl-Musəyyəb; Urvə b. Zubeyr b. Avvam; Süleyman b. Yasar; Qasim b. Muhamməd b. əbi Bəkr; Ubeydullah b. Abdullah; Haricə b. Zeyd; və Salim b. Abdullah b. Ömər'dir.)

------------------------

İmam Şafi'yə tabe olan biri:

"O, Qüreyş'dəndir."

deyə tabe olsa, bu imtiyaz, onun elmdə tərcih olunmasını icab etdirməz. Muslim'in "Səhih"ində gələn bir hədisdə:

"Kimin əməli, geridə qalmasına səbəb olarsa, nəsəbi/soyu onu iləriyə götürməz." (Muslim, hədis no: 2699)

buyurulmuşdur. Əgər üstün olmaq, Qüreyşlilik ilə olacaqsa, Qüreyşli olduğu ittifaq edilən bur çox alim üçün, "daha alimdir" deyilərdi.

-------------------

İmam Əhmədə tabe olan biri, onun çox hədis bildiyini zikr etsə -işin əslində də bu, belədir- əgər mücərrəd çox hədis bilmək, dərin incələməyə və araşdırmağa yaxın olmazsa, o zaman, faydası və karı çox az olar.

------------------------

Digər müctəhidləri tərk edib sadəcə bir müctəhidə tabe olduğu səbəblərdən dolayı, müqəllid üzərində məhdudiyyət yoxdur. Müqəllidin nəzərində müctəhidlərdən birini tərcih etmək, nəfsü'l-əmirdə (işin özündə), digər müctəhidlərdən daha üstün olmasını gərəkdirməz. Müctəhidlər arasında üstünlük dərəcəsində dərinə dalmaq, hikmətdən uzaqdır.

Əgər biz, imam əbu Hənifə'nim daha üstün olduğunu isbat etmək üçün,

• "Tərtibu'l-Mədarik və taqribu'l-Məsalik li mərifəti a'ləmi məzhəbi-Malik" kitabının sahibi Qadı İyad'ın, imam Malikin daha üstün olduğunu isbat üçün tutduğu yolu tutsaq; və ya

• "Muğisu'l-Xalq" adlı kitabın sahibi imamu'l-Harameyn əl-Cüveyni'nin, imam Şafini üstün tutmaq üçün seçmiş olduğu yolu tutsaq; ya da

• ibnu'l-Cevzi'nin "Mənaqibu'l-imam Əhməd" adlı kitabında, öz imamlarının tutduğu yolu tutsaq,

o vaxt, bu mövzuda kəlam/söz, çox uzanıb gedərdi.

Lakin hikmətdən uzaqlaşanlar ilə bərabər, biz də ondan uzaqlaşmarıq, hansının daha fəzilətli olması məsələsində dərinə dalanlar ilə bərabər biz də dərinə dalmarıq. Əksinə, biz, o müctəhid imamların hamısının Rəblərindən bir hidayət üzərə olduqlarına inanırıq. İnsanların zövqləri və məşrəbləri fərqli olduqları üçün, hansı imama tabe olurlarsa, insanları öz halında buraxarıq. Çünki insanlar, idrakları etibarı ilə fərqlidirlər. Mütləq olaraq müctəhid imamlardan hər hansı birinə tabe olanın zimmətinin təmiz olduğunu qəbul edirik. İstərsə imamı ictihadında doğruya isabət etsin, istərsə də yalnışa. Çünki ictihadında isabət edərsə, imamı üçün 2, isabət edə bilməyib xəta edərsə, 1 əcr vardır. Tabe olanın zimməti, 2 halda da ittifaq ilə qorunmuşdur.

Müctəhid olmayan üçün, əməl zərurətindən dolayı, müctəhidlərdən birinə tabe olması, əlbəttə lazımdır. Anlaya bilmədiyi məsələlərdən dolayı onlardan birini seçər və ona tabe olar. Ancaq öz müctəhidinin bütün məsələlərdə doğruya isabət etdiyini iddia etsə, qeybi bilmək iddiasıdır. Əməlin sihhətində "zənn-i qalib" kifayətdir.

Əgər bir insanın müctəhid olduğunu iqrar edərsək, onun xəta və ya isabət etdiyini, hər 2 halda da (çox böyük və əhatəli çalışmasından sonra) savab qazandığını etiraf etmiş olarıq. O zaman hər 2 müctəhiddən birinin mütləq olaraq isabət etdiyi söylənmiş olar. Elm əhlindən insaflı olanlar, bu cürətkarlıqlarından bəridir, uzaqdırlar. Çünki imamının mütləq isabət etdiyini söyləmək, onu "ismət" məqamına yüksəltməkdir. İsmət sifəti, ancaq Allahın rəsulları və nəbiləri üçün məqbuldur.

(Zahid əl-Kəvsəri, "Tə'nibu'l-Xatib", s. 37-39)

Read 4 times
In order to make a comment, please login or register