"Birini sevən adam, bunu sevdiyi adama söyləsin." deyə bir hədis varmıdır; açıqlaması necədir?

     Mikdam İbnu Mâdikərib (radıyallahu anh) nəql edir:

     "Rəsulullah (aleyhissalatu vəssalam) buyurdular ki:

 "Biriniz qardaşını (Allah üçün) sevirsə, ona sevdiyini söyləsin." [Əbu Davud, Ədəb 122, (5124); Tirmizi, Zühd 54, (2393).]

     Hədisin Açıqlaması:

    1. Rəsulullah (aleyhissalatu vəssalam), burada bir kimsəyə çox sevgi duyduğumuz halda bunu ona söyləməyimizi tövsiyə edir. Şərhçilər, qardaşıva bunu bildirməklə, qarşılıqlı olaraq sevginin artacağına görə Rəsulullahın bunu tövsiyə etdiyini  bildirir.

   Xəttabi: "Hədisin mənası qarşılıqlı sevgiyə, qaynaşmaya bir təşviqdir. Çünki, qardaşına onu sevdiyini xəbər verməklə onun qəlbini özünə meyl etdirər və sevgisini cəlb edər." demiş.

      Xattab, hədisdən bu mənanı istixrac edir:

    "Əgər insan sevildiyini bilirsə,  onu sevənin nəsihətini qəbul edər. İçində olduğu bir ayıbı tərk etməsi və ya özündən ortaya çıxan xətanı düzəltməsi üçün xəbər verincə bunu rədd etməz, qəbul edər. Əgər nəsihət edən qardaşı tərəfindən sevildiyini əvvəldən bilməzsə, haqqında sui-zənn etməsinə səbəb  olur və nəsihətini qəbul etməz. Hətta bu vəziyyət arada soyuqluğa və düşmənçiliyə gətirib çıxara  bilər. "

      Bağdadi deyir ki: "Bu təşviq, sevginin Allah üçün olması şərtinə bağlıdır. Dünyəvi bir tamah və ya həva üçün olan sevginin bildirilməsi mövzuya daxil deyil. Dünya və bir qarşılıq üçün sevgi biruzə vermək bir yaltaqlıq və düşüklüktür."

      Hədislə əlaqədar olaraq Münavi bu xüsusa diqqət çəkir:

 "Hədisin zahiri qadınlara aid deyildir. Çünki hədisdə keçən 'ahad احد' kəlməsi kişilər üçün istifadə olunur və vahid mənasındadır. Qadınlar nəzərdə tutulsaydı 'ixdaa اِِحْدَى  deyilməli idi. Ancaq, tağlib yolu ilə qadına da şamil edilə bilər. Xüsusi olaraq kişinin zikri, əksəriyyətlə xitabın onlara gəlməsi səbəbiylədir. Bu vəziyyətdə bir qadın, digər bir qadını Allah üçün sevərsə, sevdiyini ona söyləməsi bəyənilən bir işdir. "

     2. Bağdâdî'nin də qeyd etdiyimiz kimi, sevgidən məqsəd Allah üçün sevməkdir. Müzakirə etdiyimiz hədisin mətnində bu qeyd olunmasa da başqa hədislərdə mövcuddur. Rəsulullah  sallallahu aleyhi və səlləm israrla, təkrarla möminləri Allah üçün bir-birlərini sevməyə təşviq etmişdir.

     Münavi: "Mömin, mömin qardaşını onda olan gözəl sifətləri səbəbiylə sevməlidir." deyir və davam edir: "Çünki ali himmət və uca əxlaq sahiblərinin əlaməti, onlarda olan bu məqbul sifətlər səbəbiylə sevgidir, məhəbbətdir. Çünki onlar, zatlarında olan kamal səbəbiylə bu xislətlərə sahib olan insanları sevərlər. Beləcə onlar, əslində öz şəxsləri və sifətlərindən başqa bir şeyi sevmiş olmurlar. Eyni şəkildə, bunu şəxsi məhəbbətə aidiyyəti də iddia edilmişdir, yetər ki yalnış məqsədlərdən təmiz olsun. "

     Hz. Ənəs (radiyallahu anh) nəql edir:

 "Rəsulullah aleyhissalatu vəssalam'ın yanında bir adam var idi. Bu əsnada oradan biri keçdi. (Aleyhissalatu vəssəlamın yanındakı):

 "Ey Allahın Rəsulu! Mən bu keçəni sevirəm." dedi.

 "Bəs özünə xəbər verdin mi?" deyə Aleyhissalatu vəssalam soruşdu.

 "Xeyr!" dəyincə,

 "Ona xəbər ver!" dedi. Adam qalxıb, gedənə çatdı və:

 "Səni Allah üçün sevirəm!" dedi. O da:

 "Özü adına məni sevdiyin Allah da səni sevsin!" deyə cavab verdi. "[Əbu Davud, Ədəb 122, (5125).]

(bax. Prof. Dr. İbrahim Canan, Kutubu Sittə Tərcümə və Şərhi, Altıncı fəsil, Qarşılıqlı Məhəbbət, c. X, Hadis no: 3337-3338)

Read 3.911 times
In order to make a comment, please login or register
OXŞAR SUALLAR