Bismillahsız başlayan surə hansıdır? Bu surənin başında nə üçün bismillah yoxdur?
Qur'ân-ı Kərim'in ilk nüzulunda ayə və surələr qələmlə yazıya keçdiyində Tövbə Surəsinin başına Bismillah yazılmadığı kimi, nə səhabələr, nə tabiin, nə təbə-tabiin, nə də bunlardan sonra gələn alimlər yazmamışlar.
Surənin başına Bismillah yazılmamasının və oxunmamasının səbəb və hikmətini bir neçə maddədə toplamaq mümkündür:
Birincisi: Tövbə Surəsi uzun bir fasilədən sonra nazil olmuşdur. Nazil olduğunda da məna və məzmun etibarilə Ənfal Surəsi ilə yaxın bir əlaqəsi görüldüyündən, onun davamı kimi mütaliə edilmişdir. Belə ki:
Ənfal surəsinin son ayələri müşriklərlə Müsəlmanlar arasında cərəyan edən cihad və bənzəri münasibətlərlə bitərkən, bu surənin ilk ayəsi də məalən,
"Müşriklərlə aranızda andlaşma olanlara ..."
şəklində başlamaqdadır. Hətta elə ki, səhabələr arasında bu ikisini bir surə zənn edənlər belə olmuşdur. Lakin həm ayələrinin çoxluğu, həm surənin bir çox adla məşhur olması, həm də Peyğəmbər Əfəndimiz sallallahu aleyhi və səlləm`in aşkar olaraq bunun başqa bir surənin davamı olub olmadığı barəsində səssiz qalması, Tövbə Surəsinin ayrı bir surə olduğunu bəyana kâfi gəlmişdir. Ayrıca tərtib baxımından da Ənfal'ın son səhifəsi ilə Tövbə'nin ilk səhifəsinə baxıldığında surələrin bir-birlərinin davamı olduğu intibaını (sezmək) verməkdədir. Bu səbəblərdən dolayı surənin başına Bismillah yazılmadığı kimi, həm də oxunmamaqdadır.
İkinci bir səbəb:Surə müşriklərə və münafiqlərə qarşı şiddətli təhdidlər ehtiva etdiyi və müşriklərə qarşı savaş elanı ilə başladığı üçün; rəhməti, əmniyyəti və səlâməti ifadə edən Bismillah, surənin başında yer almamışdır.
Necə ki, Abdullah bin Abbas, Həzrəti-i Ali'yə (ra) "Ənfal ilə Tövbə arasına Bismillah nə üçün yazılmadı?" şəklindəki suala Hz. Ali bu hikmətli cavabı vermişdir: "Çünki Bismillahirrahmanirrahim də əman və əminlik vardır. Halbuki bu surə qılınc və razılaşmanı pozan müşriklər haqqında nazil olmuşdur."
Üçüncü bir səbəb isə; bu surə ilə, Müsəlmanların daha öncə ortaq müdafiə və bənzəri xüsuslarda müşriklərlə imzalamış olduqları andlaşma və dostluqların tamamilə qaldırıldığı bəyan edilməkdədir. Necə ki 5-ci ayədə məalən,
"Haram aylar çıxınca müşrikləri harada görsəniz, öldürün, əsir alın, həbs edin və onların bütün yollarını tutun ..."
buyurulmaqdadır. Hərbdə də əman və mərhəmət olmadığından, surənin başına Bismillah qoyulmamışdır. Hətta Rahman və Rahim adlarını zikr etməyərək surəyə "Bismillah bərâətun minallah" deyərək başlamaq belə uyğun görülməməkdədir.
Bunun üçün surənin başında Bismillah nazil olmadığı və yazılmadığı kimi, oxunması da caiz görülməmişdir. Hətta namazda zəmmi-surə bu surənin başından etibarən oxunaraq başlansa belə namazın pozulacağı bildirilməkdədir.
Bu mövzudakı izah fərqlilikləri bir yana, İslâm alimləri bu surənin başında bismillahın yazılmaması və okunmaması lazım olduğu barəsində fikir birliyi içindədirlər. Bunun hər kəs tərəfindən qəbul edilən ortaq səbəbi Rəsulullahın bu surənin başında bəsmələni yazdırmamış olmasıdır. Bu vəziyyət, Qur'an'ın heç bir dəyişikliyə məruz qalmadan, eynilə Hz. Peyğəmbər (s.ə.s.) 'dən öyrənildiyi şəkildə, sonrakı nəsillərə ötürülməsi mövzusunda səhabənin böyük bir titizlik, diqqət göstərdiyini və bu ülvi əmanətin nəsillər boyu diqqətlə qorunduğunu açıqca ortaya qoyan dəlillərdən biri sayılmalıdır. (bax. Razi Tövbə Surəsinin başı)
Bu xüsusa da işarə edilməlidir ki, Tövbə surəsində bəsmələ çəkilməməsi bu surənin əvvəliylə əlaqədardır. Əgər Qur'an oxumağa bu surənin başından başlanacaqsa yalnız "əuzu" çəkilir; daha sonrakı bir ayəsindən başlanacaqsa əuzu ilə yanaşı bəsmələ də oxunar. Ənfal surəsindən Tövbə surəsində keçilərkən isə əuzu-bəsmələ oxumadan qiraət davam edilər. (bax. Yəs'əlûnəkə fi`d-dini vəl-Hayat, 1: 313-314: Haqq Dini Qur'ân Dili, 4: 2442-44; Qur'an Yolu, Heyət, Tövbə surəsinin əvvəli)
- Bismillahsız başlayan surə hansıdır?
- Namaz qılarkən fatihə və bir surə oxuyanda bəsmələ deyilməlidir?
- Fatihə surəsi Bəsmələ ilə başlayıb dua ilə gedir; Allah heç bəsmələ çəkər mi? Ərəbcə mətndə olmayan Saffat 164-166-də mələklər ifadəsini, bəzi ayələrdəki,-de ki,-söyle, kimi sözləri sanki insan söyləyir?
- Bismillah və onu oxumanın fəziləti haqqında məlumat verərsiniz?
- Qur`an
- QURAN HAQQINDA BİLMƏMİZ VACİB OLAN İLKİN MƏLUMAT
- Bəsmələi şərif və onu oxumanın fəziləti haqqında məlumat verərsiniz?
- Yuxuda və ya oyaq ikən qorxudan xilas olmaq üçün xüsusi dualar varmıdır?..
- Peyğəmbərimiz aleyhissalâtu vəssəlâm namazı necə qılmış?
- Cinlrdən və şeytanlardan qorunma, şərlərindən Allah`a sığınma necə olmalıdır?