Böyük günah sahiblərinə şəfaət ediləcəkdirmi?

Haqq əhlinin görüşünə görə, şəfaət haqdır. Mötəzilə isə, şəfaəti rədd etmiş və cəhənnəmə girən günahkar möminlərin, əbədiyyən əzabda qalacaqlarını qəbul etmişlərdir.

Halbuki peyğəmbərlərin ümmətlərindən muvahhid olub günahkar və asi (üsyankar) olan bəzi kimsələrin,

• mələklərin;

• peyğəmbərlərin;

• şəhidlərin; və

• salehlərin

şəfaətinə nail olacaqlarını ifadə edən xəbərlər, ard-arda gəlmiş və bir birini dəstəkləməkdədir.

Qadı İyad, mötəzilənin görüşünü rədd edərkən, 2 əsasa dayanmaqdadır:

• Bunlardan birincisi:

Məna etibarı ilə təvatür dərəcəsinə çatan, sayıla bilməyəcək qədər çox xəbərlər;

• İkincisi isə:

Bu xəbərləri qəbul etmək xüsusunda, sələfin icma etməsi, onlardan hər hansı bir kimsənin, hər hansı bir əsrdə, bu xəbərləri rədd etməməsidir.

1. Şəfaətə dair xəbərlərin açıqdan-açığa rəvayət edilməsi;

2. Sələfin, bunların sihhəti üzərə icma edib bu xəbərləri təsdiq etməsi,

haqq əhlinin inancının doğruluğunun, buna qarşılıq mötəzilə'nin tuttuğu yolun (haqqa) uyğun olmamasının qəti dəlilidir.

Mötəzilə (və bu görüşü dəstəkləyənlər) belə deyə bilərlər:

"Quranda varid olmuş bəzi naslar, şəfaətin gerçəkləcəyinə dair xəbərləri rədd etməyi gərəkdirməkdədir. Uca Allahın bu buyuruğunda olduğu kimi:

'Zalımlar üçün nə şəfqətli bir dost, nə də şəfaəti qəbul edilən bir şəfaətçi olacaqdır.' (əl-Mu'min/18)"

Mötəzilə belə deyir:

"Böyük günah sahibləri isə, zalımlardır. Bir başqa yerdə də uca Allah, belə buyurmaqdadır:

'Kim bir pislik edərsə, onunla cəzalandırılar.' (Nisa/123)

Ayrıca:

'Kimsənin şəfaəti də qəbul olunmaz.' buyurulmaqdadır.

Bunlara cavab olmaq üzərə belə deyirik:

Bu ayətlər, bütün zalımlar haqqında ümumi deyildir. Bu cəhətdən, bu ayətlər, hər kəsi və bütün günah işləyənləri ehtiva etməz.

Bunlardan məqsəd, sadəcə kafirlərdir. Möminlər, bu muhtəvanın xaricindədirlər. Bunun dəlili isə, bu xüsusda bizə çatan xəbərlərdir.

Digər tərəfdən, şanı uca olan Allah, bəzi kimsələrin lehinə şəfaət ediləcəyini ifadə buyurarkən, bəzi kimsələrə də, şəfaət edilməyəcəyini buyurmaqdadır:

'Onlar (mələklər) ancaq Onun rizasına nail olan kimsələrə şəfaət diləyərlər...' (Ənbiya/28);

'Onun nəzdində şəfaət, özünə izin verdiklərindən başqasına fayda verməz.' (Səbə/23)

Bax, bu buyuruqların bütünündən, bunu anlayırıq:

'Şəfaət möminlərə fayda verəcək, kafirlərə isə, fayda verməyəcək.'

Digər tərəfdən, müfəssirlər, uca Allahın:

'Və elə bir gündən qorxun ki, kimsənin kimsəyə heç bir faydası olmaz, kimsənin şəfaəti də qəbul olunmaz.' (Bəqara/48)

buyuruğunda qəsd edilənin:

hər kəs deyil, sadəcə kafir kimsələrin qəsd edildiyini, görüş birliyi halında (yəni icma ilə) ifadə etmişlərdir.

Bizlər hər nə qədər hər üsyankar və zalımın, ümumi olaraq əzaba uğrayacağını qəbul etsək də, bunların əbədiyyən cəhənnəmdə qalacaqlarını söyləmirik. Buna dair dəlilimiz isə, rəvayət etdiyimiz xəbərlər ilə uca Allahın:

'Şübhəsiz Allah, özünə ortaq qoşulmasını bağışlamaz. Ondan başqasını isə, dilədiyi kimsələrə bağışlayar.' (Nisa/48, 116) buyuruğudur.

Mötəzilə və onların görüşlərini dəstəkləyənlər:

"Uca Allah:

'Onlar (mələklər), ancaq Onun razı qaldığı kimsələrə şəfaət diləyərlər...' (Ənbiya/28)

deyə buyurmaqdadır. Fasiq isə, özündən razı qalınan kimsə deyildir."

deyə etiraz edəcək olsa, onlara belə cavab verərik:

Burada uca Allah, "razı olmayacağı kimsələr" deyə buyurmamaqdadır. Bunun yerinə, "razılığını qazanmış" təbirini istifadə etməkdədir. Allahın, şəfaətə nail olmaq üzərə razılığını qazananlar isə, muvahhid kimsələrdir. Bunun dəlili də, Allahın bu buyuruğudur:

'لَّا يَمْلِكُونَ ٱلشَّفَـٰعَةَ إِلَّا مَنِ ٱتَّخَذَ عِندَ ٱلرَّحْمَـٰنِ عَهْدًا

Mərhəmətli Allahdan əhd almış kəslərdən başqaları, şəfaət etməyə qadir olmazlar. (Məryəm/87)

Nəbi (sallallahu aleyhi və səlləm)'ə:

'Allahın, qulları ilə əhdi nədir?'

diyə soruşulduğunda, O belə cavab verir:

'İman etmələri və Ona hər hansı bir şeyi ortaq qoşmamaqlarıdır."

Müfəssirlər isə, bu ayəti:

"Lə iləhə illəllah deyəndən başqası"

şəklində açıqlamışlardır.

Əgər onlar desələr ki:

"Haqqında razı olunan kimsə, Allaha dönərək Allah qatında əhd alan, tövbə edən kimsədir. Buna dəlil isə, mələklərin onlara məğfirət diləməsidir. Ayrıca uca Allah da belə buyurmuşdur:

'Tövbə edənlərə və Sənin yoluna tabe olanlara məğfirət et...' (əl-Mu'min/7) diyə buyurmuşdur. Bax peyğəmbərlərin şəfaəti də belədir. Onlar böyük günah işləyənlərə deyil, tövbə edən kimsələrə şəfaət edəcəklərdir."

Bu suala verəcəyimiz cavab belə olacaq:

"Sizin görüşünüzə görə, Allah tövbələri qəbul etməklə mükəlləfdir. Əgər Allah günahkarın tövbəsini qəbul edirsə, tövbə edənin şəfaətə də, məğfirətə də ehtiyacı yoxdur.

Digər tərəfdən, müfəssirlər, uca Allahın:

• 'tövbə edənlərə məğfirət buyur.'

buyuruğu ilə qəsd edilənlərin: şirkdən dönənlər olduğu;

• 'sənin yoluna tabe olanlar'

buyuruğu ilə də, qəsd edilənlərin isə: möminlərin yoluna tabe olanlar

olduğu üzərində görüş birliyi etmişlərdir.

Buna görə, uca Allah'dan özlərinə şirkin xaricində qalan günahlarını bağışlamasını istəmişlərdir. Necə ki, başqa yerdə:

'Bundan başqa dilədiyi kimsələrə məğfirət edər.' (Nisa/48, 116) diyə buyurmaqdadır."

Desələr ki:

"Bütün ümmət Nəbi (sallallahu aleyhi və səlləm)'in şəfaətinə nail olmağı arzu edir. Əgər bu şəfaət sadəcə böyük günah sahibləri haqqında bəhs mövzusu olacaqsa, onların da belə bir şeyi istəmələrinin nə mənası var ki?..."

Biz isə, belə deyirik:

"Bəli, hər müsəlman, Allah Rəsulunun şəfaətini diləyir və bu şəfaətə nail olmağı Allahdan istəyir. Çünki o, (dünya həyatında) günahlardan qurtula bilmədiyinə, şanı uca Allahın özünə fərz qıldığı hər şeyi yerinə gətirmədiyinə, qənaət gətirməkdədir. Hətta hər kəs öz adına qüsurlu olduğunu etiraf edir. Bu cəhətdən, hər kəs, cəzalandırılmaqdan qorxur və qurtuluşunu umur.

Nəbi (sallallahu aleyhi və səlləm) də belə buyurmuşdur:

"Şanı uca Allahın rəhmətilə olmadıqca, heç bir kimsə qurtula bilməz."

Ona:

"Sən də mi, ey Allahın Rəsulu?" diyə soruşulduğunda bu cavabı verir:

"Allah, rəhmətilə məni də əhatə etməzsə, mən də həmçinin."

(Qurtubi, "əl-Cami li Ahkami'l-Quran", Bəqərə/48 təfsiri, 5-ci başlıq)

Read 93 times
In order to make a comment, please login or register