Böyük günahlar- 2

Böyük günahların sayı mövzusunda, səhabə və tabiundan fərqli sözlər nəql edilmişdir. 4, 7, 9 və 11 deyənlər olduğu kimi, daha çox olduğunu söyləyənlər də vardır.

Məsələn, səhabədən:

• ibn Məsud (radiyallahu anh), böyük günahların 4;

• ibn Ömər (radiyallahu anh), 7;

• Abdullah b. Amr (radiyallahu anh) da, 9

olduğunu söyləmişdir.

~ Səhabədən Abdullah b. Abas (radiyallahu anh), ibn Ömərin:

"Böyük günahlar, yeddidir."

şəklindəki sözlərini eşidincə:

"Böyük günahlar, yeddidən daha çox yetmişə yaxındır."

deyə qarşılıq vermiş, bir başqa səfər də, belə demişdir:

"Allah Taalanın qadağan etdiyi hər şey, böyük günahdır."

~ Bir digər şəxs də, belə demişdir:

"Allah Taalanın cəhənnəmlə təhdid etdiyi hər davranış, böyük günahlardandır."

~ Sələfdən biri də, bunları demişdir:

"Dünyada şəri cəza gərəkdirən hər davranış, böyük günahdır."

~ Belə də deyilmişdir:

"Böyük günahların həqiqi sayları, bilinməməkdədir.

• Gecələr içərisində qədr gecəsi;

• Cümə günündə də ən şərəfli saat necə gizlənmişdirsə;

• Günahlar içində də ən böyük günahların sayları mübhəm (üstü örtülü) buraxılmışdır."

~ Səhabədən ibn Məsud (radiyallahu anh)'a böyük günahların nələr olduğu soruşulduğunda, bu cavabı verir:

"Nisə surəsinin başından etibarən 30 ayət oxu. Allah Taala, surənin başından 31-ci ayətə qədər nəyi qadağan etmişdirsə, onların hamısı böyük günahlardır."

~ əbu Talib əl-Məkki də, belə deyir:

"Hədislərdən topladığım böyük günahların sayı, 17'dir. Səhabədən ibn Abbas ilə ibn Məsud, ibn Ömər və daha başqalarının bəyanlarından anlaşıldığına görə:

✓ Bu günahların 4'ü: QƏLBDƏ'dir. Bunlar:

• Allaha şərik qoşmaq;

• Günahda israr etmək;

• Allahın rəhmətindən ümid kəsmək;

• Allahın məkrindən əmin olmaq.

---------------------------------------

✓ Günahlardan 4'ü: DİL'lə edilən günahlar olub aşağıdakılardır:

• Yalan yerə şahidlik;

• Namuslu şəxsə böhtan atmaq;

• Qamus andıdır. Yəni, özü ilə batilin haqlı və ya haqqın batil göstərildiyi anddır.

Belə də deyilmişdir:

Bir misvaq belə olsa, özü ilə bir müsəlmanın malını haqsız şəkildə almağa səbəb olan anddır. Sahibini cəhənnəmə daldırdığı üçün, "daldıran" mənasındakı "qamus" ilə vəsf edilmişdir.

• Sehr (cadu)'dur. Gərək insanların və gərəksə digər cisimlərin fitrətlərini dəyişdirən şeydir.

--------------------------------

✓ Böyük günahların 3'ü də: MƏDƏ ilə bağlı olub bunlardır:

• Şərab və sərxoşluq verən şeylər içmək;

• Haqsız yerə yetim malı yemək;

• Bilə-bilə faiz yemək.

----------------------------------

✓ Bu günahlardan 2'si də: ƏDƏB YERLƏRİ ilə bağlıdır və bunlardır:

• Zina;

• Livata (kişilərin kişilərlə cinsi münasibəti)

----------------------------------

✓ Böyük günahlardan 2'si də: ƏLLƏR'dədir. Bunlar da:

• Öldürmək; və

• Oğurluqdur.

----------------------------------

✓ Böyük günahlardan 1'i də: AYAQLAR'la bağlı olub:

• Bir nəfərin hərbdə 2 nəfərdən, 10 nəfərin də 20 nəfərdən qaçmasıdır.

----------------------------------

✓ Böyük günahlardan 1'i də: BÜTÜN VÜCUD'la bağlı olub:

• Valideynlərə qarşı üsyankar olmaqdır.

Əbu Talib əl-Məkki, belə deyir:

"Ana və atasının mal bölgüsünə razı olmamaq da, onlara qarşı işlənən günahlar arasında dəyərləndiriləcəyi kimi; ana və atasının istədikləri şeyi verməməsi, onları söyməsi, döyməsi, onlar ac ikən onları yedizdirməməsi də, bu meyanda dəyərləndirilir."

---------------------------------------

Məkki'nin bu açıqlamaları, yaxın bəyanlar olub məqsədi tam açıqlayacaq özəllikdə deyildir. Çünki bu sayları çoxaltmaq mümkün olduğu kimi; əskiltmək də mümkündür. Məsələn:

• O, faiz ilə yetim malını, ayrı-ayrı dəyərləndirib böyük günahlardan saymışdır. Bunların hər biri isə, mallara qarşı işlənən günahlardır.

• Yenə o, bədənlə bağlı böyük günahlar arasında, yalnız öldürməyə yer vermiş:

• göz çıxarmaq;

• əl kəsmək; və

daha başqa orqanlarla bağlı təcavüzlərə toxunmamışdır. Şübhəsiz ki:

• bir yetimi döymək;

• onu incitmək;

• bir tərəfini kəsmək;

malını yeməkdən daha böyük bir günahdır. Necə belə olmasın ki, hədisdə belə buyurulmuşdur:

"Bir söyüşə qarşı 2 dəfə söymək, böyük günahlardandır. İnsanın müsəlman qardaşının namusuna dil uzatması, böyük günahlardandır."

Bu, namuslu bir insana zina iftirası atmaqdan ayrı bir şeydir.

Əbu Səid əl-Xudri (radiyallahu anh) ilə səhabədən daha başqaları, belə demişlərdir:

"Sizlər, heç diqqətə almadığınız, qıl qədər belə əhəmiyyət vermədiyiniz bəzi davranışlar sərgiləyirsiniz ki, biz, o cür hərəkətləri, Allah rəsulu (sallallahu aleyhi və səlləm)'in sağlığında, böyük günahlardan sayardıq."

Bir qrup da, böyük günahlar mövzusunda, belə demişlərdir:

"Bilə-bilə edilən hər pis hərəkət, böyük günahdır."

-----------------------------------

Günahların dəyərləndirilməsindəki izafilik (nisbilik):

Bu məsələnin üzündən pərdəni qaldırmaq;

- məsələn, oğurluğun böyük günah olub-olmadığını anlamaq-

üçün, böyük günahın nə demək olduğunu incələməliyik. Məsələn, biri:

"Oğurluq, haramdır, yoxsa deyil?"

deyə soruşsa, ilk görəcəyimiz iş, ona haramın nə olduğunu açıqlamaq, arxasınca da, bu haram məfhumunun ifadə etdiyi şeyin, oğurluqda mövcud olub-olmadığını araşdırmaqdır.

Böyük günah deyə vəsf etdiyimiz "kəbirə" sözü, qapalı bir məfhumdur; nə lüğətdə, nə də şəriətdə, xüsusi bir özəlliyi yoxdur. "Kəbir" (böyük) və "sağir" (kiçik) sözləri, izafi (nisbi) dəyərlərdir.

Hər günah, özündən daha xəfif olana nisbətlə böyük; özündən daha üstününə nisbətlə də, kiçikdir.

Məsələn:

• yad bir qadınla eyni yataqda yatmaq, ona baxmağa nisbətlə böyük, zinaya nisbətlə kiçik günah; yenə

• müsəlmanın əlini kəsmək, onu döyməyə nisbətlə böyük, öldürməyə nisbətlə də kiçik günah

olaraq dəyərləndirilir.

Bəli, insan, atəşlə təhdid edildiyi davranışına, "kəbirə" adını verə bilər. Kəbirə deyərkən, atəşlə əzab edilməsinin böyük bir şey olduğunu qəsd edirik.

• Yenə dünyada, yerindəcə bir cəza gərəkdirən şeyin də, böyük olaraq vəsf edilməsi mümkündür.

• Yenə insan, Quranda açıq yer alan qadağalarla bağlı olaraq, belə deyə bilər:

"Bu qadağanın Quranda açıqca zikr edilməsi, böyük olduğunu göstərdiyi kimi; nisbi olaraq da böyük günah olduğunu ortaya qoyar. Çünki Quranın açıq bəyanları da, öz aralarında fərqlilik göstərirlər."

Bu mütləq ifadələrin istifadəsində, hər hansı bir çətinlik yoxdur. Səhabələrin bəyanları, bu izahlar arasında gedib gəlməkdədir. Onların izahlarını bu ehtimallardan birinə oturtmaq, uzaq görülməməlidir.

Bəli, Allah Taalanın:

إِن تَجْتَنِبُوا۟ كَبَآئِرَ مَا تُنْهَوْنَ عَنْهُ نُكَفِّرْ عَنكُمْ سَيِّـَٔاتِكُمْ...

"Sizə qadağan olunmuş böyük günahlardan çəkinsəniz, digər qəbahətlərinizin üstünü örtərik..." (Nisa/31)

sözlərinin mənası ilə, Allah rəsulu (sallallahu aleyhi və səlləm)'in:

"Namazlar, böyük günahlar xaric, namazlar arasındakı kiçik günahlara kəffarət olarlar."

bəyanlarının nə demək olduğunun başa düşülməsi, əhəmiyyətli mövzulardandır. Çünki bunları başa düşmək, böyük günahların hökmünü isbatdır.

Burda, haqq olan, budur:

Şəriət nəzərində günahlar 3'ə ayrılır:

1. Böyük günah sayıldığı bilinənlər;

2. Kiçik olaraq dəyərləndirilən günahlar;

3. Şübhəli olub hökmləri bilinməyən günahlar.

Əslində bu mövzuda, mövzu ilə əlaqəli xüsusları ehtiva edən, dəxlisi olmayanları da mövzu xaricində tutan ümumi bir tərif nəql edilməmişdir. Əksinə, fərqli ləfzlərdə, fərqli şeylər varid olmuşdur.

Bunu, əslində, tərif olaraq dəyərləndirmək də, mümkün deyildir. Bunun mümkünlüyü, yalnız Allah rəsulu (sallallahu aleyhi və səlləm)'dən:

"Mən, böyük günahlarla 10 və ya 5 (günahı) qəsd edirəm."

deyib, bunları təfsilatı ilə açıqlamasına bağlıdır. Belə bir şey isə, bizə nəql edilmədiyinə görə, burda bir tərif verməyimiz də, mümkün deyildir. Əksinə:

• bəzi hədislərdə:

"3 şey, böyük günahlardandır." deyilmiş;

• bəzilərində:

"7 xüsus, böyük günahlardandır." deyilmiş;

• bir başqa hədisdə:

"1 söyüşə qarşılıq 2 söyüş, böyük günahlardandır."

ifadəsi yer almışdır, ki, bu, 7 və 3'ün xaricindədir.

Bütün bu ifadələr, Allah rəsulu (sallallahu aleyhi və səlləm)'in, bu bəyanları ilə, müəyyən bir sayı qəsd etmədiyini göstərməkdədir.

O halda, şəriətin məhdudlaşdırmadığı bir şeyi, say ilə, rəqəmlərlə müəyyənləşdirib məhdudlaşdırmaq, necə mümkün ola bilər?! Belə bir şeyə, necə həvəs edilə bilər?!

Şəriət, bəzi günahların kiçikmi, yoxsa böyükmü olduqları xüsusunda, qapalılığı tərcih etmişdir ki, qullar, qorxu və təmkin ilə davransınlar və kiçikdir deyə, günahlara cürət etməsinlər. Necə ki, qədr gecəsi, insanlar gecələri ibadətlə keçirsinlər, qədr gecəsini ciddi bir şəkildə axtarsınlar deyə gizlədilmişdir.

Bəli, bizim ümumi olaraq bir əsasımız vardır. Bu sayədə, böyük günahların cinslərini və həqiqi növlərini bilə bilərik. Ancaq müəyyən olaraq, özlərini zənni və təxmini olaraq bilə bilərik.

Yenə böyük günahların ən böyüyünü də, bilə bilərik. Ancaq kiçik günahların ən kiçiyini bilmə imkanımız yoxdur.

Məsələni bir az açaq:

Şəriətin şahidliyi və bəsirət nuru ilə, bu həqiqəti çox yaxşı bilirik:

Bütün şəriətlərin məqsədi:

• insanları, Allah yoluna sövq etmək;

• Ona qovuşma səadətinə çatdırmaqdır.

Bunun yolu da:

• Allahı tanımaq;

• Allahın sifətlərini;

• Allahın kitablarını; və

• Allahın peyğəmbərlərini bilməkdir.

Bu həqiqətə, Allah Taala'nın bu ifadələrilə işarət edilmişdir:

وَمَا خَلَقْتُ ٱلْجِنَّ وَٱلْإِنسَ إِلَّا لِيَعْبُدُونِ

"Mən cinləri və insanları ancaq Mənə ibadət etsinlər deyə yaratdım." (Zariyat/56)

Yəni cinlər və insanlar, Mənə qulluq etsinlər, Mənim qullarım olsunlar, deyə yaratdım. Elə isə, qul, ilk əvvəl özünü və Rəbbini tanımaqla mükəlləfdir. Peyğəmbərlərin göndərilməsindəki əsas məqsəd də, budur. Bu da, ancaq dünya həyatında tamamlanacaq bir şeydir. Peyğəmbər (sallallahu aleyhi və səlləm)'in:

"Dünya, axirətin tarlasıdır." sözlərilə qəsd edilən də, budur.

Elə isə, dünyanın mühafizə edilməsi də, dinlə bağlı bir qayə olur. Çünki dinə yetişməyin vasitəsi, dünyadır. Dünyada 2 şey axirətlə bağlıdır:

1. Canlar; və

2. Mallar.

Bu halda, Allahı tanıma qapısını örtən hər şey, böyük günahların ən böyüyüdür. Bu günahı ---> insan həyatını bitirən amillər, bunu da ---> insan həyatının bağlı olduğu yaşayış qaynaqlarını ortadan qaldıran hərəkətlər izləyir.

Buna görə:

• qəlblərin ---> İlahi mərifəti,

• bədənlərin ---> həyatı;

• şəxslərin də ---> sərvətləri

qorumaları, zəruri olub, bütün şəriətlərin hədəflədiyi bir qayədir. Bu 3 nöqtədə, insanlığın, bir-birilərinə zidd fikirlər iləri sürmələri, düşünülə bilməz.

Məsələn, Allah Taala:

• bir peyğəmbəri, bir topluluğa göndərərkən, özlərinə, din və dünyalarını düzəltmələrini öyüd verməklə vəzifələndirib;

• bir başqa peyğəmbəri də bir digər topluluğa göndərərkən də, o peyğəmbərin o topluluğuna, Özünü (Allahı) və Öz peyğəmbərlərini tanımamalarını, Allahın əmrlərinə boyun əyməmələrini və ya adam öldürmələrini, mallarını ziyan etmələrini əmr etmiş ola bilməz.

Bu izahlardan, böyük günahların 3 mərtəbədə dəyərləndirilmələri gərəkdiyi ortaya çıxmışdır:

√ Birinci mərtəbəni meydana gətirən böyük günahlar:

Allahı və peyğəmbərlərini tanımağı əngəlləyən günahdır.

Bu da, küfr günahıdır. Küfrün fövqündə, böyük günah yoxdur. Çünki Allah ilə qul arasındakı pərdə, cahillikdir. Allaha yaxınlaşdıran vəsilə isə, elm və mərifətdir. İnsanın Allaha yaxınlığı, Onu tanıması nisbətində olduğu kimi; Ondan uzaqlaşması da, Onu bilməməsilə mütənasibdir.

Küfr deyə adlandırılan cəhaləti, yəni Allahı tanımamağı ---> Allahın məkrindən əmin olmaqla, Onun rəhmətindən ümidsizliyə düşmək izləyir. Bunlar da, sırf cahillikdir. Allahı tanıyan şəxs, nə Allahın məkrindən əmin olar, nə də Onun rəhmətindən ümidsizliyə düşər.

Bundan sonra da, Allahın zat, sifət və fellərilə bağlı bidətlər gəlir. Bunlar da, öz aralarında qruplara ayrılırlar və bir-birilərinə nisbətlə fərqlilik göstərirlər. Bəzisi daha böyük, bəzisi daha kiçik günah olaraq dəyərləndirilirlər. Fərqlilikləri, o mövzulardakı cəhalətin məlumatsızlıqla və bir də, Allahın zatı ilə felləri, şəriətləri, əmr və qadağaları ilə əlaqələrilə münasibətdardır. Bunları, say qrupları ilə məhdudlaşdırmaq, mümkün deyildir. Çünki bu bidətlər içində:

• Quranda toxunulan böyük günahlar arasında sayılanlardan olduğu bilinənlər;

• Quranda zikr edilən böyük günahlar arasında mütaliə edilməyənlər;

• Quranda zikr edilən günahlara daxil olub-olmadıqları şübhəli olanlar

olmaq üzərə, 3 növ yer alır.

Şübhəli olanlar bölməsində yer alanların üzərindən şübhələri qaldırmaq həvəsləri, boş məşğuliyyətlərdir.

-------------------------------------

√ İkinci mərtəbəni meydana gətirən böyük günahlar:

İkinci mərtəbəni meydana gətirən böyük günahların başında: QƏTL'lər gəlir.

Çünki həyatın davamı, nəfslərin davamına bağlıdır. Nəfslərin davamı da, Allahı tanımaq imkanının mövcud olması deməkdir.

Bu cəhətdən qətl, küfrün altında bir dərəcə meydana gətirsə də, şübhəsiz, böyük günahlardandır. Küfrün altında bir dərəcədədir dedik, çünki küfr, qayənin şəxsən özü ilə zidd düşməkdədir. Halbuki öldürmək, qayə ilə deyil, qayəyə götürən vəsilə ilə zidd düşməkdir.

Bəli, qətl, böyük günahdır. Çünki dünya həyatı, axirət həyatı üçün murad edilir ---> Axirət həyatının əldə edilməsi isə, Allahın bilinməsilə mümkündür ---> Allahın bilinməsi isə, yaşamaqla mümkündür.

Bir insanın həyatının sonlandırılması, onu bütün bu imkanlardan məhrum buraxmaq deməkdir.

Bu cəhətdən, qətl, ən böyük günahlardan biridir.

~ Bir insanın orqanının kəsilməsi;

~ Özünü ölümə götürəcək şəkildə döyülməsi;

~ İşgəncələrə məruz buraxılması;

qətli izləyən böyük günahlardandır. Bu döyülmə və əziyyətlər də, öz aralarında dəyərləndirilirlər, fəlakətləri, nisbidir.

Zina ilə livata (kişilərin kişilərlə cinsi münasibəti) günahları da, bu ikinci dərəcədə dəyərləndirilir. Çünki insanlar şəhvətlərini yalnız kişilərlə tətmin etməyə yönəlsələr, nəsil kəsilər, soylar da quruyar.

Bir şeyin meydana gəlməsini əngəlləmək də, ortada olan şeyi yox etməyə yaxın bir nəsnədir.

Zinanın ikinci dərəcəni meydana gətirən böyük günahlar arasında sayılmasının səbəbi isə, budur:

Əslində, zina, nəslin ortadan qalxmasına bais olmasa da:

• soyları qarışdırır;

• irsiyyəti yox edir;

• cəmiyyət həyatının intizam içində davamının amili olan bütün dəyərləri zəiflədir.

Heyvanlar aləmində olduğu kimi, zina mübah qılınsa, cəmiyyət həyatında intizam necə təmin edilə bilər?

Bu cəhətdən, sosial həyata əhəmiyyət verən şəriətin əslində, zinanın mübah olması, düşünülə bilməz.

Ancaq zinanın günahı, adam öldürməkdən daha xəfif bir günahdır. Çünki zina, varlığın davamını sonlandırmadığı kimi, əslini də ortadan qaldırmamaqdadır. Ancaq soyu yox edir, cinayətlərə səbəb olur.

Bununla bərabər, zina hadisəsi, livata hadisəsindən daha betər bir günah olaraq anlaşılmalıdır. Çünki zina hadisəsində, şəhvət 2 tərəflidir və reallaşması daha çox olduğundan, zərəri də eyni nisbətdədir.

----------------------------

√ Üçüncü mərtəbəni meydana gətirən böyük günahlar:

Sərvətlərə edilən hücumlardır. Çünki xalqın yaşayışı, mal sayəsində mümkündür. Bu cəhətdən, insanların istila, qarət və daha başqa metodlarla başqalarının mallarına hücum edib ələ keçirmələri, caiz deyildir. Əksinə, həyatın davamını təmin etmək üçün, sərvətin qorunması da, bir zərurətdir.

Ancaq malların bundan əvvəlkilərdən fərqi, geri qaytarılmalarının və təzminat ödətdirilmələrinin, yeyilib əldən çıxarılmaları halında, qarşılıqlarının ödətdirilmələrinin mümkün olmasıdır. Bu cəhətdən, ələ keçirilən mallar xüsusunda, məsələ o qədər böyüklük ərz etməz. Bəli, geri qaytarılması çətin olan malların qəsb edilməsinin, böyük günahlardan sayılmaları lazım gəlir.

Bir malın başqaları tərəfindən ələ keçirilməsinin böyük bir günah olaraq dəyərləndirilə bilməsi üçün, bu 4 yoldan birilə təmin edilməsi lazımdır:

• Birinci yol: "Bir malı, gizlincə ələ keçirməkdir."

Bu da oğurluqdur. Çünki ümumiyyətlə, oğru tapılmayınca, oğurlanmış malın geri qaytarılması mümkün deyil.

• İkinci yol: "Yetim malı yeməkdir."

Bu da, gizlilik içində tətbiq edilən bir şeydir. Çünki yetimin malını, ya vəliləri, ya qəyyumları yeyir. Bir yetimin malını qorumaqla vəzifələndirilmiş şəxsin düşməni, kiçik olan yetimdir və bu yetim, öz malını qoruya bilməz. Bu cəhətdən, yetim malının yeyilməsi, böyük əhəmiyyət daşıyır. Halbuki qəsb, belə deyildir. Çünki qəsb hadisəsində, qəsb edən bilinir.

Əmanətə xəyanət etmək də, yetim malı yemək kimi dəyərləndirilə bilməz. Çünki əmanət qoyan, düşməndir və öz haqqını axtara bilər.

• Üçüncü yol: "Yalan yerə şahidlik etməklə, başqasının malının əlindən çıxmasına səbəbiyyət verməkdir."

• Dördüncü yol: "Qamus andı diyə adlandırılan, yalan yerə and içməklə əmanət və daha başqa mallar ələ keçirməkdir."

Yuxarıda işarət edilən metodlarla ələ keçirilən malların geri qaytarılması mümkün olmadığından, göndərilən şəriətlərin bu metodlarla ələ keçirilən malları haram saymaqlarının, qətiyyətlə, bir-birini nəqz edən əmrlər olduğu düşünülə bilməz. Ancaq hamısı, ikinci mərtəbəni meydana gətirən qətl günahının altında günah özəlliyi daşıyırlar.

Şəriət, maliyyə cəhətindən özünə işarət edilən təcavüzlərdən bəzilərində bir cəza bildirməmişdirsə də, bu 4 metodla mal təmin etməyin böyük günahlardan sayılmaları, münasibdir. Çünki şəriət, cəza təyin etməmiş olsa da, cəhənnəm ilə təhdid etmiş, dünya maslahatının intizam, birlik-bərabərlik içində davamının, bu hərəkətlərdən uzaqlaşmaqda böyük rolu olduğunu bildirmişdir.

--------------------------------------

√ Məsələnin faiz cəhətindən təhlili:

Əslində faiz, şəriətin qoymuş olduğu şərti zədələmək surətilə, tərəflərin razılığı ilə, başqasının malını yemək (zimmətinə keçirmək)'dir. Şəriətlərin bu kimi hallarda fərqli əmrlər ehtiva etmələri, uzaq görülməməlidir.

Sahibinin və şəriətin razılığı olmadan, başqasının malını ələ keçirmək, yəni qəsb hadisəsi, (digər böyük günahlara nisbətlə) böyük günahlar arasında dəyərləndirilmədiyinə;

Faiz yemək də, şəriət razılıq verməsə belə, mal sahibinin razılığı ilə təmin edilən bir mal olduğuna görə,

faiz, qəsb hadisəsindən daha əhvən (zərəri daha az) olmalıdır.

İndi şəriət, faizi qadağan xüsusunda böyük etina göstərmişdirsə, eyni etinanı qəsb və xainlikdən qadağan mövzusunda da göstərmişdir.

Bu nöqtədən hərəkətlə, xainlik və qəsb yolu ilə bir quruş ələ keçirməyi böyük günahlardan saymaq fikri, mübahisəyə açıq məsələdir. Çünki şübhəli bir sahədir. Halbuki zənnə dayanan məsələlərin əksəriyyəti, böyük günahlar meyanında dəyərləndirilə bilməz. Əksinə, böyük günah məfhumunun dində zəruri olması üçün, şəriətin ixtilafının, caiz görülə bilməyəcəyi hadisələrə təxsisi gərəkdir.

Bu izahlardan sonra, əbu Talib əl-Məkki'nin, yuxarıda toxunulan və rəqəmsal olaraq 17 olaraq bildirdiyi böyük günahlardan, geriyə sadəcə:

• böhtan atmaq;

• şərab içmək;

• sehr (cadu) etmək;

• hərb meydanından qaçmaq;

• ata-anaya üsyan etmək

üzərə 5 günah qaldı.

-------------------------------------------

√ İçkinin böyük günahlardan sayılmasının analizi:

İçki ağlı aldığı üçün, böyük günahlar meyanında dəyərləndirilməyə layiqdir. Şəriətin bu mövzudakı ağır qadağaları ilə əqli məlumatlar da, içkinin böyük günahlardan sayılmasını gərəkdirir. Çünki can əmin-amanlığı kimi, əqli əmin-amanlıq da, bir zərurətdir. Bundan da əlavə, ağılsız bir vücudun faydası yoxdur. Bu cəhətdən, ağlın itirilməsi, böyük günahlardandır. Çox təbiidir ki, böyük günah məfhumu, bir damla içkidə bəhs mövzusu deyildir.

Məsələn, içində bir damla içki olan bir stəkan suyu içən şəxs, böyük günah işləmiş ola bilməz. O, yalnız pis bir suyu içmiş sayılır. Tək başına bir damla içki isə, şübhəli sahədir.

Şəriətin içki içilməsinə hədd cəzası tətbiq etməsi, bu hadisəyə böyük əhəmiyyət ətf etdiyini görsədir və bu da, şəriət tərəfindən böyük günahlardan sayılmasının bir dəlili sayılır.

Şəriətin bütün sirlərinə vaqiflik, bəşərin gücü daxilində deyildir. Əgər içki içməyin böyük bir günah olduğu mövzusunda bir icma gerçəkləşərsə, bu icmaya tabe olmaq, fərz olar. İcma olmazsa, təvaqquf edilib səs çıxarılmamaq imkanı vardır.

-----------------------------------------

√ Böhtan atmağın böyük günahlardan sayılmasının təhlili:

Böhtan: Heysiyyətlərə dil uzatmaqdır. Heysiyyat və namuslar, dərəcə cəhətindən, sərvətlərdən sonra gəlir.

Heysiyyətlərə dil uzatmağın da, fərqli dərəcələri vardır. Ən pisi, insana zina böhtanı atmaqdır. Şəriət bu nöqtədə, şiddətlə durmuşdur.

Mənim qalib olan zənnimə görə, səhabələr, şəriətin hədd cəzası olaraq ön gördüyü günahları, böyük günahlar olaraq dəyərləndirirlərdi. Bu etibarla, 5 vaxt namaz, bu cür günahları bağışlatmaz. Bizim bu anda böyük günahla qəsd etdiyimiz, budur.

Ancaq şəriətlərin bu mövzuda fərqli hökmlər ehtiva etmiş olmaları mümkün olduğundan, sırf qiyas prinsipi, iftira hadisəsinin böyük günah sayılmasına kifayət etməz.

Bundan da əlavə, şəriətin, bir insanın zina etdiyini görüb bu xüsusda şahidlik edən adil bir şəxsin şahidliyini qəbul edib, onun şəhadətilə əleyhində şahidlik edilən şəxsi cəzalandırmış olması düşünülə biləcəyi kimi, şahidliyini qəbul etməməsi halında, "niyə belə bir şahidlik etdin" deyə cəzalandırması da düşünülə bilər. Çünki belə bir şahidin cəzalandırılması, ehtiyacların dərəcələndirilməsi cəhətindən, ümumilikdə zahiri maslahatlardan sayılsa belə, dünya maslahatlarında zərurilik göstərməz.

Elə isə, şəriətin hökmlərini bilən bir şəxsin, qalxıb tək başına böhtan hadisəsində şahidlik etməsi, özü haqqında böyük günah olaraq dəyərləndirilərkən;

Şəriəti bilməyən və həqiqətən gördüyü zina hadisəsində tək başına şahidlik etmək mövqeyində olduğunu zənn edən və ya edəcəyi şahidliyin, başqalarının şahidliyinə köməkçi olacağını düşünərək böhtan mövzusunda şahidlik etməsi, böyük günahlar arasında dəyərləndirilməz.

-----------------------------------------

√ Sehrin (cadunun) böyük günahlar arasında mütaliə edilməsinin təhlili:

Əgər edilən sehrin (cadunun) içində, küfr sayılan bir ünsür varsa (küfrü ehtiva etdiyi üçün küfr kategoriyasında dəyərləndirilərək), böyük günah özəlliyi qazanır. Ancaq muhtəvasında küfrü gərəkdirən bir özəllik olmazsa, pisliyi, zərərlərilə dəyərləndirilir. Məsələn, ölüm səbəbi olarsa ona görə; xəstəlik səbəbi olarsa, xəstəliyin özəlliyinə görə hökm verilir.

-----------------------------------

Hərb (döyüş) meydanından qaçmağın böyük günahlar arasında dəyərləndirilməsinin təhlili:

Döyüş meydanından qaçmaqla, ata-anaya qarşı gəlməyin böyük günahlar meyanında mütaliə edilməsi, qiyas cəhətindən, üzərində qəti qərara varmağın mümkün olmadığı, təvaqqufu (durmaq, haqqında söz etməməyi) gərəkdirən məsələlərdən olduğu görülməkdədir. Çünki:

~ Zina isnad etmək;

~ Döymək;

~ Zülm;

~ Qəsb;

~ Yurdundan çıxarıb qovmaq

kimi davranışlar, yuxarıda işarət edilən 17 günah xaricində

-ki, böyük günahlar mövzusunda verilən ən böyük rəqəm, 17'dir-

qalan hər hansı bir hərəkətlə

~ insanları söymək,

böyük günahlardan sayılmadığına görə, bu mövzuda qəti bir nəticəyə varmayıb təvaqquf etmək, uzaq ehtimal deyildir.

Yalnız hədis, bu hərəkətlərin də böyük günahlardan sayılmasını göstərə bildiyindən, bunlar, yəni döyüşdən qaçmaqla ata və anaya qarşı gəlmək də, böyük günahlara əlavə edilməlidir.

Xülasə:

Biz, böyük günah deyərkən, şəriətin hökmü gərəyi, namazların bağışlada bilməyəcəyi günahları qəsd edirik. Bu halda, belə bir bölgü verə bilərik:

a. Bəzi günahlar vardır ki, bunları 5 vaxt namaz bağışlada bilməz;

b. Bəzi günahlar da vardır ki, namazlar, bunların bağışlanma səbəbləri olur;

c. Bəzi günahlar da vardır ki, namazların bağışladacağı və ya bağışlada bilməyəcəyi bilinməyənlər.

Üzərində təvaqquf edilib nəticələri bilinməyən günahlardan:

• bəziləri, nəfy və isbat cəhətindən;

• bəziləri də, şübhə ehtiva etmələri

cəhətindəndir.

Bu, elə bir şübhədir ki, bunu, ya Quranın, ya da hədisin açıq ifadələri ortadan qaldıra bilər. Bu imkan da mövcud olmadığına görə, mövcud şübhəni ortadan qaldırmaqla məşğul olmaq, muhalla (imkansızla) iştiğaldır.

--------------------------------------

Sual:

Sənin bu bəyanların, böyük günahın tərifinin imkansız olduğu mövzusunda, dəlil iləri sürmə cəhdləridir. Bu halda, şəriət, tərifi verilə bilməyən şeyi, necə gündəmə gətirə bilər ki?

Cavab:

Bunu yaxşı bilməlisən:

Dünyada, özü ilə bağlı bir hökm mövcud olmayan hər məsələdə mübhəmlik olması, mümkündür. Çünki mükəlləfiyyət yeri, dünyadır. Böyük günah, sırf böyük günah olduğu üçün, dünyada özü ilə bağlı müəyyən bir hökmü yoxdur. Əksinə, şəri cəza gərəkdirən hər davranış, -oğurluq, zina kimi- xüsusi isimlərlə anılırlar.

----------------------------------------

√ Yad bir qadınla baş-başa qalmağın fərqli cəhətlərdən dəyərləndirilməsi:

Böyük günahın böyük günah olaraq hökmü, 5 vaxt namazın özünü bağışlatmamasıdır. Bu da, axirətə aid, axirətlə əlaqəlidir. Burda isə, qapalılıq, daha ağla uyğun bir metoddur. Çünki hökmləri axirətə buraxılan günahların kiçik, yoxsa böyük olduqları qapalı buraxılaraq, insanların qorxu və təmkin ilə davranmaları və beləcə, "necə olsa 5 vaxt namaz, kiçik günahları bağışladır" deyərək, kiçik günahlara yanaşmaları əngəllənmiş olur. Kiçik günahları, yalnız 5 vaxt namaz deyil, Nisa surəsinin 31-ci ayətində yer alan:

"Əgər qadağan edilmiş böyük günahlardan çəkinərsənizsə, sizin digər qəbahətlərinizi örtərik."

ifadələri gərəyincə, böyük günahlardan uzaq durmaq, kiçik günahları bağışlatmaqda rol oynamaqdadır. Təbiidir ki, böyük günahlardan çəkinmək, insanın qüdrət və iradəsinə söykəndiyi vaxt, kiçik günahları bağışladar. Məsələn:

Bir qadınla baş-başa qalıb özü ilə cinsi münasibətə girmək imkanı var ikən, nəfsilə cihad edərək buna yaxın durmayıb sadəcə toxunmaq və ya baxmaqla kifayətlənən şəxs kimi... Çünki, bu şəxsin, nəfsini zinadan uzaq tutmaq surətilə mübarizə aparması, qəlbini nurlandırması cəhətindən, qadına baxmaq surətilə öz qəlbini qaraltmasından daha böyük rol oynayır.

Bax, böyük günahın kiçik günahı bağışlatmasının mənası da, budur.

Halbuki naməhrəm bir qadınla baş-başa qalan bir kişi:

• kişilikdən düşdüyü;

• cinsi münasibətə gücü qalmadığı; və ya

• cinsi münasibət gücü olub maddi hər hansı bir narahatlıq ilə münasibətə girə bilmədiyində,

zinadan uzaq durması, qadınla baş-başa qalma günahını bağışlatmaz.

Yenə misal üçün, şərab, özünə mübah qılınmış olsa belə, yaradılışı gərəyi, təbii olaraq şəraba nifrət edən şəxsin, bir əyləncə məclisində iştirak edib mahnılar dinləmək, əyləncələri seyr etmək kimi içkinin müqəddiməsi sayılan bir mühitdə yer almaq günahını bağışlatmaz.

Ancaq içki içməyi və mahnı dinləməyi nəfsi arzulayarkən, nəfsilə mübarizə apararaq mənəvi narahatlıqlarla içki içməzsə, içki içməməsi, mahnı dinləməyindən ötürü qəlbinə doğru yüksələn günah zülmətini, qaranlığını yox edər...

Bütün bunlar, axirətlə bağlı hökmlərdir. Bunların bəzilərinin şübhə məhəllində qalmaları, caizdir. Bu halda, şübhəli şeylərdən sayılırlar və qəti nəticələri, ancaq nass ilə, yəni Quran və hədisin açıq ifadələrilə bilinə bilərlər. Halbuki ortada nə nass vardır, nə də hər hansı bir tərif...

(Hüccətü'l-İslam imam əbu Həmid əl-Ğazzali, "İhya'u-Ulumi'd-din", 4-cü cild, 1-ci kitab: Tövbə)

Read 2 times
In order to make a comment, please login or register