Böyük günahlar və onlardan çəkinmək,

إِن تَجْتَنِبُوا۟ كَبَآئِرَ مَا تُنْهَوْنَ عَنْهُ نُكَفِّرْ عَنكُمْ سَيِّـَٔاتِكُمْ وَنُدْخِلْكُم مُّدْخَلًا كَرِيمًا

Sizə qadağan olunmuş böyük günahlardan çəkinsəniz, Biz sizin təqsirlərinizdən keçər və sizi şərəfli bir keçidə (Cənnətə) daxil edərik. (Nisa/31)

-------------------------

Bu buyuruğa dair açıqlamalarımızı 2 başlıq altında təqdim edəcəyik:

1. Böyük günahların mahiyyəti və buna dair görüşlər:

Uca Allah, bu surədə, böyük günahları qadağan etdiyindən dolayı, bunlardan çəkinməyə qarşılıq, kiçik günahların yükünü xəfiflədəcəyi vədi verməkdədir. Bu isə, günahların, böyük və kiçik günahlar olmaq üzərə 2 qismə ayrıldığının dəlilidir. Təvil əhli (müfəssirlər) ilə fəqihlər, bu görüşdədir.

Yenə onların görüşlərinə görə, böyük günahlardan çəkinmək şərti ilə, toxunmaq və baxmaq, bu, Onun (Allah) üçün vacib olduğundan dolayı deyil -uca Allahın doğru vədi və həqiqi sözü gərəyincə- qəti olaraq örtülür, əfv edilir.

Bu xüsusda veriləcək açıqlamaların bir bənzəri, daha əvvəl uca Allahın:

"Allahın, tövbələrini qəbul edəcəyi kimsələr..." (Nisa/17) buyuruğunu açıqlayarkən verdiyimiz açıqlamalara bənzəməktədir. Şanı uca olan Allah, böyük günahlardan çəkinmək surətilə kiçik günahları bağışlayar.

Bu qədər var ki, böyük günahlardan çəkinməyə bir xüsusun daha əlavə edilməsi lazımdır. O da fərzlərin yerinə yetirilməsidir. 

Muslim, əbu Hureyrə (radiyallahu anh)'dan belə dediyini rəvayət etməkdədir:

Allah Rəsulu (sallallahu aleyhi və səlləm) belə buyurdu:

"5 vaxt namaz, cümədən cüməyə (qılınan namaz ilə) Ramazandan Ramazana (tutulan oruc), qulun böyük günahlardan çəkinmək şərtilə aradakı kiçik günahların bağışlanmasına səbəb təşkil edər (kəffarət olar)." (Muslim, Təharət/16; ibn Macə, Sünən, hədis no: 1086)

(Haşiyə: Hədisin zahirinə görə, həftə içində böyük bir günah işləndiyi təqdirdə, cümə namazı kiçik günahlara kəffarət olmaz. Nəvəvi, Muslim'in "Təharət" babında belə deyir:

"Bu mövzuda rəvayət edilən hədislərdən məqsəd, vaxt namazları arasında və 2 cümə namazı arasında işlənən kiçik günahlara, bu namazların kəffarət olduğu və lakin böyük günahlara kəffarət olmadığıdır. Böyük günah işləndiyi təqdirdə, kiçik günahların zikr edilən namazlarla bağışlanmayacağı mənası qəsd edilmişdir. 

Deyək ki, bu məna möhtəməl (ehtimal edilən) isə də, hədislərin təqdim etdiyi (mənalar) buna manedir."

Qadı İyad (rahiməhullah) isə, belə izah verir:

"Kiçik günahların, zikr edilən namazlarla bağışlanması, əhli sünnətin məzhəbidir. Böyük günahlar isə, ancaq üsuluna uyğun tövbə ilə və yaxud Allahın rəhmət və ehsanı ilə bağışlana bilər."

Bəzi rəvayətlərdə, Ramazan orucu da zikr edilmişdir. Yəni 2 Ramazan ayı orucu, aralarındakı kiçik günahlara kəffarət olduğu hökmü vardır.

Belə bir sual xatirə gələ bilər:

"Vaxt namazları aradakı günahlara kəffarət olursa, Cümə namazları nəyə kəffarət olacaq? Bununla bərabər, Ramazan aylarındakı oruclar nəyə kəffarət olacaq?"

Üləma (alimlər) bu sualı belə cavablandırmışlardır:

"Bunların hamısı kəffarət olmağa əlverişlidir. Bunların biri, kəffarət olacağı bir günah taparsa, ona kəffarət olar. Tapa bilməzsə və adamın böyük günahı da yoxdursa, dərəcəsinin yüksəlməsinə və savab qazanmasına vəsilə olar. Böyük günahı varsa, bunu da xəfiflətməsini Allahdan umuruq.")

Kitabın buyuruqları ilə, səhih sünnətdəki rəvayətlərdə yer alan: harama baxmaq və buna bənzər kiçik günahların, (bu surətlə) qəti olaraq bağışlanacaqlarını ifadə edən buyuruqlar, bir birini dəstəkləməktədir. 

Sünnətdə "çəkinmək"dən məqsədin, bütün günahlardan bütünü ilə çəkinmək olmadığı da açıqlanmışdır. Ən doğrusunu Allah bilir...

Üsulud'din alimləri isə, belə demişlərdir:

"Böyük günahlardan çəkinməkdən dolayı kiçik günahların bağışlanması, qəti olaraq vacib deyildir. Bunun, zənn-i qaliblə, qüvvətli bir ümid ilə belə olacağı şəklində açıqlanır. İlahi məşiətin (iradənin) bu mövzuda dilədiyini edəcəyi də sabitdir. Buna dəlil də budur:

Əgər bizlər, böyük günahlardan çəkinib fərzləri yerinə gətirən kimsəyə, qəti olaraq kiçik günahların bağışlanacağını, əfv ediləcəyini söyləyəcək olsaq, şübhəsiz ki, bu, hər hansı bir  məsuliyyətliliyin qətiliklə bəhs mövzusu olmadığı- mübah hökmündə olacaq. Bu isə, şəriətin qulplarını sökməktir. 

əl-Quşeyri deyir ki:

"Səhih olan budur ki, (bütün günahlar) böyükdür. Lakin, onlardan kimiləri, kimilərindən daha böyük və daha ağırdır. Bunlar arasında hər hansı bir ayırıma getməməkdəki hikmət isə, qulun bütün masiyətlərdən (günahlardan) çəkinməsini təmin etməkdir."

Mən (Qurtubi) isə, deyirəm ki:

Yenə bəzilərinin dediyi:

"Sən, günahın kiçikliyinə baxma, kimə qarşı gəlib üsyan etdiyinə bax" sözündə olduğu kimi,

Günahlar, Allahın əmrinə müxalifət demək olduğundan dolayı, bütün günahlar böyük olur. 

Qadı Əbu Bəkr b. ət-Tayyib'in sözü də, Əbu İshaq əl-İsfərayini, əbu'l-Məali (əl-Cüveyni), əbu'n-Nasr Abdurrahim əl-Quşeyri və bənzərlərinin söylədikləri bu sözləri də, bu şəkildə açıqlanıb anlaşılmalıdır:

Bəzi günahlara kiçik deyilməsinin səbəbi, ondan daha böyük olan günaha nisbətlədir. 

Məsələn, küfrə nisbətlə zinaya kiçik günah demək kimi. Zinaya nisbətlə də, öpülməsi haram olan birini öpməyə, kiçik günah demək kimi. 

Bizə görə, başqa bir günahdan çəkinildiyi üçün, bağışlanılması bəhs mövzusu olan bir günah yoxdur. Əksinə, bütün bunlar, böyük günahdır və bu günahları işləyənin -küfür istisna olmaqla- işi, Allahın məşiətinə qalmışdır. Çünki uca Allah, Nisa surəsinin 48-ci ayəsində belə buyurmaqdadır:

إِنَّ ٱللَّهَ لَا يَغْفِرُ أَن يُشْرَكَ بِهِۦ وَيَغْفِرُ مَا دُونَ ذَ‌ٰلِكَ لِمَن يَشَآءُ ۚ وَمَن يُشْرِكْ بِٱللَّهِ فَقَدِ ٱفْتَرَىٰٓ إِثْمًا عَظِيمًا

"Şübhəsiz, Allah, Özünə ortaq qoşulmasını bağışlamaz, bunun xaricində olan (günah)ları isə, istədiyi kimsəyə bağışlayar. Allaha şərik qoşan kimsə, iftira atmaqla böyük bir günah etmiş olur."

Bunlar, uca Allahın bu buyuruğunu, böyük günahları tək halda olaraq bu:

"Sizə qadağan edilən böyük günahdan çəkinərsənizsə..."  diyə oxuyanların qiraətini də dəlil olaraq göstərmişlərdir. Böyük günah isə, şirkdir. 

Onlar davam edərək belə deyirlər:

"Günahlar şəklindəki cəm halda olan qiraətə görə isə, məqsəd, küfrün fərqli növləridir. 

Bax bu mövzudakı hökmə qeyd (məhdudiyyət) gətirən bu ayəyə, bu sahədə varid olmuş (yəni gəlmiş) bütün buyuruqlar rədd edilir. (Yəni onun işığında anlaşılır.)

Uca Allahın:

"Ondan başqasını dilədiyinə bağışlayar." buyuruğu da, bu qeydi (məhdudiyyəti) gətirməkdədir. 

Bunlar, ibn Macə, Muslim və digərlərinin Əbu Umamə əl-Harisi (radiyallahu anh)'dan rəvayət edilən Allah Rəsulu (sallallahu aleyhi və səlləm)'in bu buyuruğunu dəlil göstərirlər:

"Müsəlman bir kimsənin haqqını and içmək surətilə qoparan heç bir adam yoxdur ki,  Allah, cəhənnəm atəşini ona vacib və cənnəti ona haram qılmasın."

Səhabələrdən biri Ona belə dedi:

"Ey Allahın Rəsulu! Qoparılan az bir şey olsa da mı?"

Allah Rəsulu (sallallahu aleyhi və səlləm) belə buyurdu:

"İstərsə, ərak ağacından bir misvaq (çubuğu) olsa belə (yenə belədir)." (ibn Macə, Sünən: "Kitabu'l-Ahkam: Bir mal qoparmaq üçün yalan yerə and içənin (günahını bəyan edən hədislər) babı", hədis no: 2324)

Görüldüyü kimi, çoxca günah haqqında ağır təhdidlər bəhs mövzusu olduğu kimi, bəsit və əhəmiyyətsiz görülən şeylər haqqında da, təhdidlər varid olmuşdur.

• ibn Abbas (radiyallahu anh) belə deyir:

"Böyük günah, uca Allahın (Quranın) sonunda cəhənnəm əzabı, yaxud qəzəb, lənət və ya əzab ilə son verdiyi hər günahdır."

• ibn Məs'ud (radiyallahu anh) belə deyir:

"Böyük günahlar, uca Allahın, Nisa surəsində 1-ci ayədən 33-cü ayənin sonuna qədər qadağan etdiyi günahlardır. Bunu doğrulayan isə, uca Allahın:

"Sizə qadağan edilən böyük günahlardan çəkinərsənizsə..." buyuruğudur.

• Tavus belə deyir:

İbn Abbasa:

'Böyük günahlar 7 dənədir mi?' diyə sual verildi. O:

"Xeyr. 70 olma ehtimalı, daha yaxındır."

• Səid b. Cubeyr (radiyallahu anh) belə deyir:

"Bir adam ibn Abbasa:

'Böyük günahlar 7 dənədir mi?' diyə sual verdi. O da:

"Xeyr. 700 olması, 7 olmasından daha yaxın bir ehtimaldır. Bu qədər var ki, istiğfar ilə bərabər böyük günah(ın günahı) qalmaz; israr ilə kiçik günah (kiçik günah olaraq) qalmaz."

• İbn Məs'ud (radiyallahu anh)'ın belə dediyi rəvayət edilmişdir:

"Böyük günahlar 4'dür:

1. Allahın lütf və ehsanından ümidini kəsmək;
2. Allahın rəhmətindən ümidini kəsmək;
3. Allahın məkrindən əmin olmaq; və
4. Allaha şirk qoşmaq.

Bunların böyüklüyünə də, Quranın buyruqları dəlildir."

• ibn Ömər (radiyallahu anh)'dan da bunların 9 olduğu rəvayət edilmişdir:

1. Haqsız yerə birini öldürmək;
2. Faiz yemək;
3. Yetim malı yemək;
4. Günahsız iffətli qadına zina iftirası atmaq;
5. Yalan şahidlik etmək;
6. Ana-ata haqlarına riayət etməmək;
7. Döyüşdən qaçmaq;
8. Cadu ilə məşğul olmaq;
9. Beytu'l-Haram'da zülm etmək.

Elm adamlarına görə, bunlar da böyük günahlar arasında sayılır:

1. Qumar;
2. Oğurluq;
3. İçki içmək;
4. Sələf-i salihin'ə söymək;
5. Hakimlərin haqdan uzaqlaşıb həvalarına tabe olmaları;
6. Yalan yerə and içmək;
7. Allahın rəhmətindən ümidini kəsmək;
8. İnsanın öz ata-anasına -birinə söyməsi üzərinə, onun da ata-anasına söyməsi surətilə- söyməsi;
9. Yerdə fəsad çıxarmaq uğrunda çalışmaq; və

buna bənzər Quranda və hədis imamlarının rəvayət etdikləri hədislərdə bəyan edildiyinə görə, sayıb bitirilməsi çox olan günahlar.

Muslim, "Səhih"ində, "Kitabu'l-İman" adını verdiyi bölmədə, bu böyük günahların daha çoxunu zikr edər.

Bu xüsusdakı rəvayətlərin fərqliliyi dolayısı ilə, elm adamları, bunları saymaq xüsusunda fərqli görüşlərə sahibdirlər. 

Mövzu ilə bağlı, Mənim (Qurtubi'nin) görüşüm də budur:

"Bu xüsusda, günahlar münhasirən (yəni inhisar altına alınaraq) bu qədərdir." 

demək məqsədi güdülməmiş və bir çox səhih və həsən hədis gəlmişdir.

Lakin, zərərinin çoxluğuna nisbətlə, əlbəttə ki, bunlardan bəziləri, digərlərindən daha böyükdür. 

1. Şirk, bütün bu günahların ən böyüyüdür. Uca Allahın bu xüsusdakı açıq nassı dolayısı ilə, şirk, bağışlanmaz.

2. Bundan sonra isə, Allahın rəhmətindən ümidini kəsmək gəlir. Çünki Allahın rəhmətindən ümid kəsmək, Quranı yalanlamaqdır. Çünki uca Allah, Əraf surəsi 156-cı ayəsində belə buyurur:

"...وَرَحْمَتِى وَسِعَتْ كُلَّ شَىْءٍ..."

"Rəhmətim hər şeyi əhatə etmişdir."

Allahın rəhmətindən ümid kəsən isə, özünə məğfirət olunmayacağını söyləməklə, geniş olan bir şeyi daraltmış olar. Təbii ki, bu, onun belə olacağına inanması halında bəhs mövzusu olar.

3. Daha sonra haqsız bir yerə adam öldürmək günahı gəlir. Çünki bununla canlar yox edilmiş, varlıq ortadan qaldırılmış olur.

4. Lut qövmünün (livata- kişilərin kişilərə meyl etməsi) münasibətində isə, nəslin kəsilməsi bəhs mövzusudur.

5. Zina ilə suların (nütfələrin) qarışması səbəbilə, nəsillər qarışır.

6. İçki içməklə, təklifin (Allahın əmr və qadağaları ilə insanları vəzifələndirməsinin) təməl səbəbi olan ağlın ortadan qaldırılması bəhs mövzusudur.

7. Namaz və azanın tərkilə, İslam şüarlarının üzə çıxarılması tərk edilmiş olur.

8. Yalan şahidlikdə isə, başqalarının haram olan qanları, namusları, malları halal qılınmış olur.

Və buna bənzər zərərləri açıqca ortada olan digər günahlar...

Bax, şəriətin ağır cəza ilə etdiyi təhdidlərdə, yaxud da bəhsini etdiyimiz şəkildə varlıq aləmində zərərinin böyük olduğunu ifadə etdiyi hər bir günah, böyük günahdır. Bunun xaricində qalanlar isə, kiçik günahlardır. 

Bu açıqlama, bu xüsusda sağlam bir ölçü və bir miqyas ortaya qoymaqdadır. Ən doğrusunu Allah bilir...

İmam Qurtubi, "əl-Cami li Ahkami'l-Quran" təfsiri

Read 9 times
In order to make a comment, please login or register