"Bu ümmətin misalı, bu 4 nəfərin misalı kimidir..." hədisini davamı ilə bərabər izah edərsinizmi?

Əbu Kəbşə əl-Ənmari (radiyallahu anh)'dan rəvayət edildiyinə görə, Allah rəsulu (sallallahu aleyhi və səlləm) belə buyurmuşdur:

"Bu ümmətin misalı, bu 4 nəfərin misalı kimidir:

• (Birincisi), Allah'ın mal və (dini) elm verdiyi bir adamdır. Bu adam, malı(nı xərcləmə) haqqında elmi ilə əməl edərək (yəni dini məlumatı işığından hərəkətlə) onu, haqqı (olan zəkat, sədəqə) uğrunda xərcləyər.

• (İkincisi), Allah'ın (dini) elm verib də, mal vermədiyi adamdır. Bu da (qəlbində): 

Əgər bu malın misli mənim olsaydı, mən (də) bu adamın işlədiyinin mislini işlərdim, deyər.

Allah rəsulu (sallallahu aleyhi və səlləm):

Bu 2 adam (əsl) savabda bərabərdirlər, buyurduqdan sonra və:

• (Üçüncüsü), Allah'ın mal verib də (dini) elm vermədiyi adamdır. Bu adam, malında şüursuzca hərəkət edərək, haqqının xaricində (yəni nəfsi arzuları uğrunda) xərcləyər; və:

• (Dördüncüsü), Allah'ın nə (dini) elm, nə də mal verdiyi adamdır. Bu da:

Əgər bu malın misli mənim olsaydı, mən (də) bu adamın malında etdiyi şeylərin mislini edərdim (yəni nəfsi arzularım yolunda xərcləyərdim), deyər.

Rasulullah (sallallahu aleyhi və səlləm) buyurdu ki:

Bu 2 adam, (əsl) günahda bərabərdirlər.

(İbn Macə deyir ki) bu hədisin mislini... sənədilə İshaq b. Səmurə bizə rəvayət etdi."

(İbn Macə, Sünən tərcümə və şərhi, Kitabü'z-Zühd (Zühd kitabı): "Niyyət babı", hədis no: 4228)

-----------------------

İzahı:

Bu hədisi Tirmizi də "Zühd" kitabında rəvayət edir. Ayrıca, Əhməd də bunu rəvayət etmişdir.

Hədisdə keçən "elm" kəliməsi, dini elm mənasında açıqlanmışdır.

Bu hədisdə malı olub da, bunun bir miqdarını xeyir yollarında xərcləyən möminin savabı ilə, "malım olsa, mən də filan adam kimi bir miqdarını xeyir yollarında xərcləyərdim" diyə, qəlbən əzm və qərar verən möminin savabının bərabər olduğu bildirilir.

İmam Sindi (əl-Hənəfi) deyir ki, yəni savabın əsli baxımından bərabərlik vardır. Lakin savabın miqdarı haqqında bərabərlik yoxdur. Çünki başqa hədislə sabit olduğu kimi, xeyirli bir şeyə qəlbən qərar verən, niyyətlənən mömin üçün bir savab yazılır. Mömin o xeyri işləyincə savabı 10 qata çıxarılır.

Malını şüursuzca nəfsi arzuları uğrunda və batil yollarda xərcləyən cahil kimsənin halını görüb də, "mənim də malım olsaydı, mən də bunun kimi xərcləyərdim" deyən cahil də, günahkar sayılır. Hədisdə bu 2 cahilin günahda bərabər olduğu bildirilir. Burada da məqsəd, günahın əslində bərabərlikdir, miqdarında bərabərlik qəsd edilməmişdir. Çünki biri malını batil yollarda felən xərcləmiş, digəri isə, belə bir şey işləməmişdir.

Bir günah işləməyən kimsə, o günahı işləmiş sayılmaz. Ancaq bu cahil, o cür günahı işləməməklə bərabər: "mənim də malım olsaydı, mən də filan adam kimi malımı səfahət (günahlı, qadağan əyləncələr) yollarında xərcləyərdim" deməklə, günah işləmiş olar. Çünki belə bir söz demək, günahdır.

Read 13 times
In order to make a comment, please login or register