Büzdüm hədisi
Əbu Hureyrə (radiyallahu anh)'dan rəvayət edildiyinə görə, Allah rəsulu (sallallahu aleyhi və səlləm) belə buyurmuşdur:
"Bir sümük xaric, insan (cəsədin)'dən çürüməyən heç bir şey yoxdur. O (çürüməyən sümük) də büzdümdür və qiyamət günü cəsədin yaradılışı o sümükdən qurular."
İbn Macə, Sünən tərcümə və şərhi, Kitabü'z-Zühd (Zühd kitabı): "Məzar və cəsədin çürüməsi" haqqında gələn hədislər babı, hədis no: 4266
---------------------
İzahı:
Bu hədisi:
* Buxari: "Təfsir";
* Muslim: "Fitnələr";
* əbu Davud: "Sünnət";
* Nəsai: "Cənazələr"
bölməsində rəvayət etmişlərdir.
Büzdüm (coccyx) diyə tərcümə etdiyimiz "acbu'z-zənəb": büzdümdəki sümüyün başı və ən balaca bir parçasıdır.
Hakim, əbu Davud və əbu Ya'la'nın, əbu Səid əl-Xudri (radiyallahu anh)'dan rəvayət etdikləri bir hədisə görə, "acbu'z-zənəb"in nə olduğu Ondan soruşulmuş və O da:
"Bir xardal dənəsi misli (kimi kiçik bir parça)'dır." cavabını vermişdir.
İbn Həcər'in bəyanına görə, əbu'l-Fərəc ibnu'l-Cevzi, ibn Aqil'in belə dediyini nəql edir:
"Hədisdə bildirilən kiçik sümük parçasının çürüməməsi və qiyamət günü insanların cəsədlərinin bu sümükdən təşəkkül etməsi məsələsində, Allahdan başqa kimsənin bilmədiyi bir sirr və hikmət vardır. Çünki yoxdan var edən Allah, insan cəsədini belə bir sümük üzərinə qurmağa əsla möhtac deyildir.
Bilindiyi kimi, qiyamət günü cəsədin bir bənzəri deyil, torpağa qarışmış olan zərrələr, Allahın əmri ilə birləşər və "acbu'z-zənəb" üstündə qurular.
"Acbu'z-zənəb", cəsəd binasının bir təməlini təşkil edər. Bu sümüyün digər parçalar kimi dağılmaması hikməti, mələklərin bu fövqəladə hadisədən xəbərdar edilməsi ola bilər. Çünki əgər bu parça da çürümüş olsaydı, mələklər yeniden dirilişin dağınıq parçaların birləşməsi surəti ilə deyil də, köhnə cəsədlərin bənzərlərinin yaradılması və ruhların bu bənzər cəsədlərə girməsi surətilə olacağını zənn edə bilərdilər.
Hədisin: "İnsan (cəsədin)'dən çürüməyən heç bir şey yoxdur." cümləsindən məqsəd:
1. Cəsədin parçalarının tamamilə çürüyüb yoxluğa getməsi ola bilər.
2. Parçaların yoxluğa getməyib, şəkil dəyişdirməsi və zərrələrinin torpağa qarışması mənası qəsd edilmiş ola bilər.
Birinci izaha görə, zikr edilən sümük parçası, cəsədin bir toxumcuğunu təşkil edər və cəsəd bundan meydana gəlib təşəkkül edər.
İkinci izaha görə isə, cəsədlərin dirilməsi əmri verildiyi zaman torpağa qarışmış olan zərrələr birləşər və zikr edilən sümük üzərində qurular."
İmam əbu'l-Həsən Sindi (əl-Hənəfi) də bu hədisin izahı bölməsində icmal olaraq belə deyir:
"Bu hədisin zahirinə görə, "acbu'z-zənəb" deyilən sümük parçası çürüməz. Qiyamət günü cəsədin yaradılışı bu sümük üzərində qurular. Yəni bu sümük, cəsədin təməlini meydana gətirər."
İbn Həcər belə deyir:
"Alimlər demişlərdir ki, peyğəmbərlər bu hədisin hökmü xaricində qalır. Çünki torpaq, onların cəsədlərini çürütməz, yeyə bilməz.
* ibn Abdi'l-Bərr, şəhidləri də peyğəmbərlərə əlavə etmiş, yəni şəhidlər də bu hədisin hökmü xaricində tutular, demişdir.
* Qurtubi də, müəzzinlik vəzifəsini ifa edənləri bunlara əlavə etmişdir.
* Qadı İyad, bu hədisi belə açıqlamışdır:
Torpağın yeyə bildiyi cəsədlər çürüyər. Amma peyğəmbərlərin cəsədləri kimi bəzi cəsədləri torpaq yeyə bilməz, diyə məlumat vermişdir."
Xülasə:
Acbu'z-zənəb deyilən büzdüm sümüyünün xardal dənəsi kiçikliyindəki parçası çürüməz. Allah Taala, qiyamət günü cəsədləri diriltməyi dilədiyi zaman, köhnə cəsədlər geri verilər. Bu geri veriliş şəkli:
* Ya bu sümük parçasının toxum kimi inkişaf etməsi və cəsədin bundan meydana gəlməsi surəti ilədir; və ya
* Çürüyüb torpağa qarışmış olan cəsədin bütün zərrələri, Allahın əmri ilə sanki maqnit kimi birləşərək bu sümük parçası üzərində toplanar və bu sümük, cəsədin təməlini təşkil edər və beləcə cəsəd meydana gəlib ruhun girməsi ilə dirilər.
Cumhur, zikr edilən sümük parçasının çürüməyəcəyi hökmü üzərində ittifaq edərək, bu hədisi zahiri mənasında tutmuşlardır. Çünki bəzi rəvayətlərdə yerin o sümüyü əbədi olaraq yeyə bilməyəcəyi açıqca bildirilmişdir.
