Cəbriyyə kimdir?
Alimlər, Səhabələr və Əməvilər dövründə, Allah Taala'nın qüdrətilə bərabər, insanın qüdrəti və qədər məsələsi haqqında, fərqli görüşlər iləri sürmüşlərdir.
Bəzi alimlər:
"Qul, öz fellərinin yaradıcısı deyildir və qula nisbət edilən (ixtiyari) fellərində, qulun heç bir rolu yoxdur." demişlərdir.
Bu məzhəb, hər hansı bir işi quldan uzaqlaşdırıb bunu Allaha nisbət etməkdədir. Çünki bunlara görə, qul, hər hansı bir işə, "gücü çatan" olaraq vəsf edilə bilməz. Çünki o, gördüyü işləri, gücü, iradəsi və seçim sərbəstliyi (azad iradəsi) olmadan, məcbur edir. Allah Taala, cansız varlıqlarda görülən halları (yəni onlardan hasil olan qeyr-i ixtiyari felləri) yaratdığı; və insanın, digər varlıqlara məcazi olaraq nisbət edildiyi kimi; insana da (bu felləri), məcazi olaraq nisbət edilir. Məsələn:
~ "Ağac, meyvə verdi."
~ "Su, axdı."
~ "Daş, yuvarlandı."
~ "Gün, doğdu."
~ "Gün, batdı."
~ "Göy, buludlandı."
~ "Göy, yağış yağdırdı."
~ "Yer, yaşıllaşdı."
~ "Yer, məhsul çıxardı." deyildiyi kimi...
"İnsan, savab qazanmağa və ya cəzalanmağa məcburdur."
İnsanın, məcbur qaldığı ortaya çıxdıqdan sonra, artıq qulun, bəzi işlərlə mükəlləf olması da, cəbr ilədir.
İbn Hazm, cəbriyyə'nin dəlillərini izah edərək, belə deyir:
"Cəbriyyə müntəsibləri, dəlil gətirərək dedilər ki:
'Allah Taala, hər şeyi yaradan və yaratdıqlarında, Özünə bənzər heç bir şey mövcud olmayan mütləq bir güc sahibi olduğuna görə, Ondan başqa hər hansı bir varlığın bir iş görməməsi lazım gəlir.'
Yenə cəbriyyə müntəsibləri dedilər ki:
'Bir işin görülməsini insana nisbət etmək, 'Zeyd, öldü.', 'Bina, tikildi.' sözünə bənzəyir. Əslində isə, Zeydin özü ölməmişdir, onu, Allah öldürmüşdür. Bina, tikilməmişdir, onu, Allah tikmişdir."
Tarixçilər, bu düşüncəni ilk əvvəl kimin iləri sürdüyünü izah etməyə çalışmış və məzhəbə çevrilən bu düşüncənin, ilk olaraq kimlər tərəfindən atıldığını təsbit etməyin çox çətin olduğu qənaətinə varmışlardır. Bu səbəblə, bu düşüncənin nə vaxt başladığını və ya ilk əvvəl kimin ortaya atdığını təyin etməyimiz, çox çətindir. Bununla bərabər, cəbr haqqında söylənilən sözlərin, Əməvilər dövrünün başında meydana çıxdığını; yenə əməvilər dövrünün sonunda bir məzhəb halını aldığını, qətiyyətlə söyləyə bilərik.
Əlimizdə, "Murtaza" adlı alimin "əl-Munyətu və'l-Əməl" adlı əsərində zikr etdiyi, Əməvilərin ilk dövrlərində yaşayan 2 böyük alimin 2 məktubu mövcuddur.
~ Məktublardan biri: Abdullah b. Abbas (radiyallahu anh)'a aiddir. Abdullah, bu məktubunda, Şam'da yaşayan Cəbri'lərə səslənir və onları, belə sözləri söyləməkdən əngəlləyir və deyirdi:
"İnsanlara təqvanımı əmr edirsiniz? Halbuki təqva sahibləri, sizin bu görüşlərinizlə haqq yollarından azmışlardır. İnsanları pisliklərdənmi çəkindirmək istəyirsiniz? Halbuki üsyankarlar, sizin bu görüşlərinizlə ortaya çıxmışlardır.
Ey keçmiş münafiqlərin uşaqları, zalımların köməkçiləri və fasiqlərin məscidlərinin qoruyucuları! İçinizdən Allaha böhtan atan, günahlarını Ona yükləyən və etdiklərini Ona nisbət edənlərdən başqaları heç çıxmazmı?!"
~ İkinci məktub isə: Hasan əl- Basri (rahmətullahi aleyh) tərəfindən, Basrada cəbriyyə'nin görüşlərini mənimsəyən bəzi insanlara yazılmışdır. Məktubda, bunlar yazılıdır:
"Kim Allaha, qəza və qədərinə iman etməzsə, o şəxs, küfrə girmişdir. Kim öz günahını Rəbbinə yükləyərsə, o da kafir olmuşdur. Allah Taala, Özünə zorla itaət edilən və ya zorla üsyan edilən deyildir. Çünki Allah, qullarına verdiyi şeylərin həqiqi sahibidir. Qullarının gücü çatdığı şeylərə, Özü daha da qadirdir. Əgər qullar Ona itaət edərlərsə, etdiklərinə mane olmaz. Əgər üsyan edərlərsə, istəyərsə onların etdiklərinə mane olar. Əgər bir şey etməmişdirlərsə, onları bir şey etməməyə, O məcbur etmiş deyildir. Əgər Allah, yaratdıqlarını itaət etməyə məcbur etmiş olsaydı, onlardan savabı qaldırardı. Əgər onları günah işləməyə məcbur etsəydi, onlardan cəzanı qaldırardı. Əgər onları öz başına buraxmış olsaydı, (haşa) qüdrətində əksiklik olması lazım gələrdi. Lakin Allah Taala'nın, yaratdıqlarından gizli saxladığı bir sirri vardır. Əgər qulları itaət edərlərsə, bu, Allahın, qullarına bir ehsanıdır."
Bu danışılanlardan başa düşüldüyünə görə, Cəbri'lər, o vaxt da mövcud olublar. Abdullah b. Abbas və Hasan əl-Basri kimi böyük şəxslər, bunlara cavab vermiş və məsələnin əsasını açıqlamağa çalışmışlardır.
Abdullah b. Abbas'ın oğlu Əli'nin, bunları dediyi rəvayət edilir:
Bir dəfə, atamın yanında oturmuşdum. Bir adam gəldi və bunları dedi:
"Ey Abdullah b. Abbas! Burda bəzi adamlar var, onlar, etdiklərinin Allah tərəfindən edildiyini söyləyir; və Allahın, onlara məcburən günah işlətdiyini iddia edirlər."
- Atam, buna belə cavab verdi:
"Əgər burda onlardan biri olsa idi, onu boğazından boğar, canı çıxana qədər buraxmazdım. 'Allah, qulları günah işləməyə məcbur edər.' deməyin. 'Allah, qullarının etdiklərini bilməz.' də deməyin." ("əl-Munyətu və'l-Əməl")
Daha əvvəl də izah etdiyimiz kimi, bu görüş, səhabə dövründə ortaya çıxmışdı. Hətta daha əvvəl də, müşriklərin dillərində dolaşmaqda idi. Necə ki, bir az əvvəl də zikr etdiyimiz kimi, Quran-i Kərim, bu xüsusu bəyan etmişdir.
Lakin Əməvilər dövründəki cəbriyyə'çiliyin əhəmiyyəti, burdan iləri gəlməkdədir:
Cəbr haqqındakı sözlər, bu dövrdə nəzəriyyə halını almış və məzhəb halına gəlmişdir. Bu məzhəbi mənimsəyənlər, başqalarını da ona dəvət edənlər və onu oxuyub digər insanlara açıqlamağa çalışanlar mövcud olmuşdur.
Cəbriyyə'çiliyi ilk əvvəl, yəhudilərin icad etdiyi; daha sonra, onu Müsəlmanlara öyrətdikləri, Müsəlmanların da onu yaydıqları iləri sürülməkdədir.
Müsəlmanlardan Cəbriyyə'çiliyə dəvət edən ilk adamın - Cə'd b. Dirhəm olduğu; bu adamın, Cəbriyyə'çiliyi, Şamda yaşayan bir yəhudidən öyrəndiyi və Basrada xalq arasında yaydığı; və Cəhm b. Safvan'ın da cəbriyyə'çiliyi bundan öyrəndiyi söylənilməkdədir.
"Sərh əl-Uyun" adlı əsərdə, Cə'd b. Dirhəm haqqında, bunlar danışılmaqdadır:
Cəhm b. Safvan, -özünə nisbət edilən Cəhmiyyə məzhəbi- cəbriyyə'çiliyi, bu Cə'd'dən öyrənmişdir. Cə'd'in də, İban b. Səman'dan ---> İbanın da, Talut b. Asam adlı bir yəhudidəm öyrəndiyi söylənilməkdədir.
Bu sözlərdən, bu görüşün, yəhudilərdən çıxdığı və səhabə dövründə başladığı başa düşülməkdədir. Çünki yuxarıda adı keçən Talut, Peyğəmbərimiz (sallallahu aleyhi və səlləm) həyatda ikən, yaşamaqda idi. O, səhabə və tabiun dövrünü də görmüşdü. Talut, zəhərlərini qusmaq üçün, fitnə dövründə böyük bir fürsət tapmış və nifaq toxumlarını saçmışdır.
Bununla bərabər, bu düşüncənin, sadəcə yəhudi qaynaqlı olduğunu da söyləyə bilmərik. Çünki daha əvvəllər, farslar arasında da, belə düşüncələr var idi. Bunlar, "Zərdüştlük", "Mani"lik və bənzəri məzhəblərin məşğul olduqları məsələlərdən idi.
"əl-Munyə və'l-Əməl" adlı kitabda, bunlar nəql edilməkdədir:
Hasan əl-Basri (rahmətullahi aleyh)'dən rəvayət edilməkdədir ki, farslardan bir adam, Peyğəmbər (sallallahu aleyhi və səlləm)'in yanına gəldi və belə dedi:
"Farsların, öz qızları və bacıları ilə evləndiklərini gördüm. Onlardan, 'Nə üçün belə edirsiniz?' deyə soruşduğumda, onlar: 'Bu, Allahın qəza və qədəridir.' deyirlərdi."
- Bunun üzərinə, Allah rəsulu (sallallahu aleyhi və səlləm), belə buyurdu:
"Hər ümmətin məcusiləri vardır. Mənim ümmətimin məcusiləri də, 'qədər yoxdur' deyənlərdir. Əgər xəstə olarlarsa, onları ziyarət etməyin. Ölərlərsə, onlara şahidlik etməyin (və ya cənazələrinə qatılmayın)." (Əhməd b. Hənbəl, "Müsnəd", 2-ci cild, s. 86; ibn Macə, Sünən, Müqəddimə, hədis no: 92)
Cəbriyyə məzhəbini, Cehm b. Safvan mənimsəmiş, özünü o yola həsr etmiş və insanları ona dəvət etmişdir. Cehm b. Safvan, Xorasanlıdır, Bəni Rasib qəbiləsinin dostlarındandır. Şureyh b. əl-Haris'in katibliyini etmişdir. Cehm, Şureyh ilə birlikdə, Nasr b. Səyyar'a üsyan etmişdir. Və Əməvilərdən Mərvan oğullarının son dövrlərində, Muslim b. Əhvəz əl-Mazini tərəfindən öldürülmüşdür. Cehm, öz görüşlərini yaymaq üçün, Xorasan və ətrafını seçmişdi. Öldürüldükdən sonra, özünə tabe olanlar, Nəhavənd şəhərini qərərgah etmişdilər.
Cəbriyyə məzhəbi, bu ərazilərdə davam etmiş, ən nəhayətində, əbu Mansur əl-Maturidi'nin məzhəbi, bu civarda onlara qalib gəlmişdir. Bu mövzu, iləridə inşallah daha təfsilatlı olaraq gələcəkdir.
Cehm'in məzhəbi, sadəcə cəbr məsələsilə qalmayıb, özünə aid başqa görüşləri də ehtiva etməkdədir. Bu görüşlərdən bəziləri, bunlardır:
a. Cehm'in iddiasına görə, cənnət və cəhənnəm, fanidir. Heç bir şey, əbədi olaraq qalmayacaqdır. Quranda zikr edilən "əbədilik"dən məqsəd, uzun müddət qalmaqdır və yox olduqdan sonra, yoxluğunun əbədi olmasıdır. Yoxsa əbədilik davamlı qalmaq demək deyildir.
b. Yenə onun iddiasına görə, iman, bilmək; inkar isə, bilməmək deməkdir.
Cehm'in məzhəbinin zahirinə görə, Allah rəsulu (sallallahu aleyhi və səlləm)'in sifətlərini bilən yəhudilər və Peyğəmbərin peyğəmbərliyini yəqinliklə bildikləri halda Onu inkar edən müşriklər, mömin sayılırlar. Nə var ki, Cehm, "Boyun əyib qəbul etmək, bilməyi gərəkdirir. İman, qəbul edilən bilik, sadəcə bir təxmin deyil, qəbul edib boyun əyməyi gərəkdirən bir bilikdir." deməkdədir.
c. Cehm'in iddiasına görə, Allahın kəlamı, qədim deyil, haadis (sonradan meydana gəlmiş)'dir.
Bəzi alimlərin Quranın məxluq olduğu yönündəki görüşləri, buna söykənməkdədir. Hərçənd, bu məsələnin, -inşallah yeri gəldiyində də izah edəcəyimiz kimi- başqa bir yönü daha vardır.
d. Cehm, Allah Taala'nı hər hansı bir sifətlə vəsf etməmişdir. Məsələn, o, Allahı, "həyat" və "elm" sifətlərilə vəsf etməmişdir. Və demişdir ki, "Mən, Allahı, məxluqlarda olan sifətlərlə vəsf etmərəm."
e. Cehm, qiyamət günündə Allah Taala'nın qulları tərəfindən görülməsini də rədd etməkdədir.
Bir çox şəxslər də, bu görüşlərdə, Cehmə tabe olmuşlardır. Ancaq Cehmiyyə məzhəbini məşhurlaşdıran və onu digərlərindən ayıran xüsusiyyət, bu məzhəbin:
~ Cəbriyyə'çiliyi; və
~ "İnsanın nə iradəsi, nə də feli vardır." görüşüdür.
Bunun xaricindəki görüşlərində, bunlara, daha başqaları da qatılmaqdadır. Məsələn, Quranın məxluq olduğunu, mötəzilə də iləri sürmüşdür. Allah Taala'nın kəlam sifətinə sahib olmadığını, mötəzilə də iddia etmişdir.
Köhnə və yeni bir çox alim, cehmiyyə tayfasına cavab vermişlərdir. Bir az əvvəl, Hasan əl-Basri'nin və Ondan əvvəl də Abdullah b. Abbas'ın, bunlara verdikləri cavabı nəql etmişdik.
Bəli, bir çox böyük alim, fəqih və mühəddis, cəbr düşüncəsini rədd etmişlərdir.
İbnu'l-Qayyim, "Şifau'l-Alil" adlı kitabında, cəbriyyəçiliyin, Peyğəmbərimiz (sallallahu aleyhi və səlləm)'in gətirdiyi İslama necə zidd düşdüyünü, bir cəbriyyə müntəsibi ilə bir Sünni arasında münazirə şəklində açıqlamaqdadır. Münazirədə, bu xüsuslardan bəhs edilməkdədir:
- Cəbri (Cəbriyyə müntəsibi): Tövhidə (Allahın birliyinə) kölgə salmamaq üçün, qulun cəbr altında olduğunu söyləmək lazımdır. Allahın birliyi, ancaq bu təqdirdə doğru olaraq ifadə edilmiş olar. Çünki bizlər, qulun cəbr altında olduğunu qəbul etməzsək, hadisələrin, Allah ilə birlikdə başqa bir yaradıcının mövcud olduğunu; və bu yaradanın, istərsə bir şey edəcəyini, istəməzsə etməyəcəyini isbat etmiş olarıq. Bu da, açıqca, Allaha şərik qoşmaqdır. Qurtuluş yolu isə, ancaq qulun cəbr altında olduğunu söyləməkdir.
- Sünni: Əksinə, qulun cəbr altında olduğunu demək, Allahın birliyinə zidd düşür. Bu iddia, İlahi dinlərə; Peyğəmbərlərin dəvətlərinə; savab vermək və cəzalandırmaq hökmünə ziddir.
Əgər qulun cəbr altında olduğu qəbul edilərsə, bütün İlahi nizamlar hökümsüz qalar, əmr və qadağaların mənası qalmaz, dolayısı ilə cəza və mükafat deyə bir şey bəhs mövzusu olmaz.
- Cəbri: Qulun cəbr altında olmasının, əmr və qadağalara, savab və cəzalara zidd düşməyini iddia etməyin, heyrət ediləcək bir şey deyildir. Çünki bu, əvvəlki vaxtlardan bəri deyilməkdədir. Heyrət ediləcək xüsus, cəbr məsələsinin, Allahın birliyinə zidd düşdüyü şəklindəki iddiandır. Halbuki cəbr, Allahı birləməyin ən güclü əlamətlərindəndir. Bir şeyi gücləndirən şey, necə ola bilər ki, o şeyə zidd düşsün?!
- Sünni: Qulun cəbr altında olduğunu söyləməyin, Allahın birliyinə zidd düşdüyü ən açıq məsələlərdəndir. Bu məsələnin, Allahın birliyinə zidd düşməsi, İlahi əmr və qadağalara zidd düşməsindən daha açıqdır. Bunun izahı isə, belədir:
Tövhid inancının təməli, Allahdan başqa ilah olmadığını; və Muhamməd (sallallahu aleyhi və səlləm)'in, Allahın peyğəmbəri olduğunu qəbullanmaqdır. Qulun cəbr altında olduğunu söyləmək isə, bu inanca zidd düşməkdədir. Çünki ilah demək, kamal və əzəmət sifətlərilə vəsf olunan deməkdir.
İlah, qəlblərin, həqiqətən ilah qəbul etdiyi, sevərək, qorxaraq və ümid edərək bağlandığı Şəxs deməkdir. Peyğəmbərlərin gətirdiyi tövhid, ilahlığın, yalnız aləmlərin Rəbbi olan Allaha aid olduğunu ortaya qoymaq və yalnız Onun ilah olduğunu qəbul etməkdir. Bu da, Allaha boyun əyməyi, Ona qarşı acizliyini etiraf etməyi, Onu tam bir məhəbbətlə sevməyi, Ona itaət etməyi və rizasını qazanmaq üçün səy göstərməyi, Onun sevdiyi və istədiyi şeyləri hər hansı bir qulun sevdiyi və arzuladığı şeylərə tərcih etməyi gərəkdirir.
Bəli, Peyğəmbərlərin dəvətlərinin əsası, budur. Onlar, insanlığı bunu dəvət etmişlərdir. Tövhid də, bax budur. Allah, əvvəlkilərdən də, sonrakılardan da, bundan başqasını bir din olaraq qəbul etməz. Allah, peyğəmbərlərinə bunu əmr etmiş, kitablarında bunu endirmiş, qullarını buna dəvət etmiş və bunun üçün, qullarına mükafat və cəza yurdu yaratmış və bunun kamilləşməsi və gerçəkləşməsi üçün, bir nizam göndərmişdir.
Ey Cəbri! Hal belə ikən, sən də qalxıb deyirsən ki:
Qulun, bunda nə bir qüdrəti, nə də bir təsiri vardır. Qul, bunu etmiş də deyildir. Allah Taala, qula bunu əmr edərkən, ona, gücünün çatmadığı bir şeyi əmr etmişdir. Daha doğrusu, Rəbb, qula, Rəbb olaraq özünün etməsi lazım gələn işi etməyi əmr etmişdir. Yaxud Allah Taala, qula əmrlər vermiş, daha sonra qulu, verdiyi əmrlərin əksini etməyə cəbr etmiş, qul ilə qula əmr edilən işlərin arasına girmiş, onun, bu əmrləri yerinə yetirməsini əngəlləmiş, qula bu əmrləri yerinə yetirməsi üçün, heç bir yol buraxmamışdır.
Ey Cəbri! Sənə görə, qəlblər, sevgi, məhəbbət, eşq, istək ilə Allaha çata bilməz, Onun razılığını istəyə bilməz.
Allahın bir olduğuna inanmaq (yəni tövhid), ilahlıq və qulluğu isbat və qəbulla mümkündür. Sən isə, ey Cəbri! Allahın, sevilən, sevgisində və rizasına çatmaqda və camalını müşahidə etməkdə qəlblərin yarışdığı ən böyük sevgili olduğunu inkar edərək, ilahlıq mənasını rədd edirsən. Qulun, bir iş görən, ibadət edən və Rəbbini sevən bir varlıq olduğunu inkar edərək qulluq mənasını rədd edirsən. Beləcə, Allahı birləmək məsələsi (yəni tövhid), cəbr ilə Allahın sevgisini inkar arasında itib batır. Çünki sən, Allahı, qula, etməyə gücünün çatmadığını əmr edən; və tərk etməyə gücünün çatmadığını tərk etməyi əmr edən bir Zat olaraq vəsf edirsən. Daha doğrusu, Allah Taala, qula, özünə aid olan işi etməyi və ya etməməyi əmr etdiyini, daha sonra da, qul, əmr ediləni etmədiyi təqdirdə onu ağır bir şəkildə cəzalandırdığını iləri sürürsən.
Allahın, qulu, əmr etdiyini etmədiyi və ya qadağan etdiyini qul etdiyi təqdirdə cəzalandırması, Onun
~ göydə uçmağı tərk etməsindən;
~ dağları yerindən oynatmamasından;
~ dənizlərin suyunu boşaltmamasından
dolayı cəzalandırmasına bənzədiyini, açıqca iləri sürürsən. Başqa bir ifadə ilə, Allahın, qulu, bunlardan dolayı cəzalandırmasının, qulun heç bir payı olmadığı:
~ rəngindən;
~ boyundan; və
~ kilosundan
dolayı cəzalandırmasına bənzədiyini iddi edirsən.
Yenə, Allahın, Özünə heç bir şəkildə üsyan etməyən bir qulu ən şiddətli bir əzabla cəzalandırmasının mümkün ola biləcəyini, Allahın hikmət və mərhəmətinin buna mane olmayacağını, hətta Allah, Özünə qarşı gəlməyəni cəzalandırmayacağını vəd etsə belə, yenə də cəzalandıra biləcəyini iddia edirsən. Allah Taala'nı, belə bir sifətdən tənzih etmirsən.
Yenə sən, Allahın, qullarını mükəlləf tutduğu məsələlərdə, oxuyub yazması olmayan bir koru oxumaqla mükəlləf tutması, topal bir adamı qaçmaqla mükəlləf tutması kimidir, deyirsən.
Beləcə, dəvət etdiyin bu inanc metodu ilə, Rəbbi qəzəbləndirirsən. Və insanların, uca Mövla'dan uzaqlaşmasına səbəb olursan. Bununla bərabər, Allahın birliyini ifadə və isbat etdiyini zənn edirsən. Halbuki sən, "tövhid ağacı"nı, kökündən söküb atırsan.
Qulun, cəbr altında olduğu şəklindəki iddianın, şəriətə zidd düşməsi məsələsi, açıqdır. Çünki şəriətin əsası, əmr və qadağalara söykənir. Əmr edənin:
~ bir şeyi başqasına deyil, şəxsən özünə əmr etməsinin; və
~ bir işi başqasına deyil, yenə özünə qadağan etməsinin,
mənasız olduğu açıqdır. Çünki əmr və qadağalar, qulun feli ilə onun itaət və üsyanı ilə bağlıdır. Feli olmayan bir kimsədən, necə itaət və üsyan, gözlənilə bilər?! İtaət və üsyanı da olmayınca, mükafat və cəza da olmayacaqdır. (Belə olduğu təqdirdə) Allah Taala'nın, qiyamət günündə qullarına bəxş edəcəyi nemətlər və verəcəyi cəzalar, qulun itaət və üsyanının qarşılığı olmayıb, sadəcə Allah Taala'nın iradə və qüdrətindən doğan bir müamələ olacaqdır.
- Cəbri: Qul, hər hansı bir davranış sərgilədiyində, bu davranış:
1. Ya sadəcə Allah tərəfindən təqdir edilmiş olur; və ya
2. Qul, sadəcə öz gücü ilə bunu etmiş olur; yaxud da
3. Rəbb və qulun ortaqlığı ilə meydana gəlir.
Bu 3 ehtimaldan ən sonuncusunun batil olduğu, qətidir.
Nə var ki, bu 3 görüşdən hər birini, müəyyən bir qrup mənimsəmişdir.
1. Əgər davranışın sadəcə Rəbbin təqdirilə meydana gəldiyi görüşü qəbul ediləcək olarsa, -ki, biz, bu görüşdəyik-, bu hal, cəbrin məhz özüdür.
2. Əgər davranış, sadəcə qul tərəfindən edilmiş bir fel qəbul ediləcək olarsa, bu təqdirdə, bəzi şeylərin, Allah Taala'nın qüdrətindən uzaqlaşdırıldığı bəhs mövzusu olar. Beləcə, Allah Taala, hər şeyə qadir olmuş sayılmaz. Yaradılan aciz qul isə, Yaradıcının qadir olmadığı bəzi işlərə qadir olmuş sayılar.
Qədəriyyə (qədəri inkar edən firqə), bax bu cəhətdən tövhid inancından ayrılmışlar və məcusilərə bənzəmişlərdir (haşiyə).
--------------------------------------------
(Haşiyə:
Cabir (radiyallahu anh)'dan rəvayət edildiyinə görə, Allah rəsulu (sallallahu aleyhi və səlləm), belə buyurmuşdur:
"Bu ümmətin məcusiləri, Allahın qədərini təkzib edənlərdir. Xəstələnərlərsə, onları ziyarət etməyin; ölərlərsə, cənazələrində iştirak etməyin; və onlara rastlayarsanız, onlara salam verməyin." (İbn Macə, "Sünən", hədis no: 92)
Hədisin izahı:
"Miftahu'l-Hacə bi şərhi Sünən İbn Macə" müəllifi İmam Muhamməd bin Abdullah əl-Hindi, hədisi şərh edərkən deyir:
"Qədəri inkar edənlərin məcusilərə bənzədilməsinin səbəbi, budur:
Məcusilər, Nur (işıq) və Zülmət (qaranlıq) deyə, 2 ilaha inanırlar. Xeyirli şeylərin Nur'dan və şərlərin Zülmət'dən meydana gəldiyinə etiqad edirlər.
Qədəri inkar edənlər də, xeyri Allaha, şərri də insan və şeytana isnad edirlər. Halbuki xeyir olsun, şər olsun, hər şeyin yaradıcısı Allahdır. Elə isə, yaradılış yönündən hər şeyi Allaha isnad etmək lazımdır. Ancaq xeyir və şərri işləmək və qazanmaq (kəsb) yönündən İNSANA İSNAD ETMƏK LAZIMDIR. Çünki ikisinin də faili, insandır."
------------------------------------------------
3. Əgər, "Fel, Rəbb ilə qulun ortaqlığı ilə meydana gəlmişdir." deyilərsə, belə olduğu halda, Allaha şərik qoşulmuş sayılır. Bir işin, 2 iş görən tərəfindən meydana gətirildiyi və 2 gücün qatqısı ilə olduğu və bir əsərin 2 sənət sahibi tərəfindən edildiyi qəbul edilmiş olur ki, bu da, imkansızdır. Çünki 2 əsər sahibi, 1 əsər üzərində birləşdikləri təqdirdə, o əsər, özünü meydana gətirənlərdən birinin mövcud olması halında, digərinə möhtac olmaz. Beləcə, bir-birilə zidd 2 hal ortaya çıxar. Bir əsər, həm 2 əsər sahibinə möhtac qəbul edilər; həm də heç birinə ehtiyacı yoxmuş kimi qəbul edilər.
- Sünni: Allahın qüdrətinin, Zat, sifət və fellərdən mümkün olan hər şeyi əhatə etdiyini; hər hansı bir şeyin, Allah Taalanın qüdrəti xaricində olmayacağını, dəlillər göstərməkdədir. Yenə, qulun, öz işini öz gücü ilə etdiyini, etdiklərinin isə, həqiqətən özünə aid bir fel olduğunu, bu səbəblə, ağla, örfə və dinə görə bəzən təriflənib, bəzən də pisləndiyini; və Allah Taalanın, ağıl sahibi qullarını, hətta heyvanları bu təbiətdə yaratdığını, yenə dəlillər göstərməkdədir.
Yenə dəlillərlə sabitdir ki, müəyyən bir işin, 2 fail tərəfindən edilməsi; müəyyən bir əsərin 2 müəssir tərəfindən ayrı-ayrı meydana gətirilməsi, mümkün deyildir.
Yenə dəlillər göstərməkdədir ki:
~ Hadisəni meydana gətirən mövcud olmadıqca, bir hadisənin meydana gəlməsi; və
~ Tərcih edən mövcud olmadıqca, bir şeyin tərcih edilməsi,
imkansızdır. Allah Taala, bütün bunları, ağıllara yerləşdirmişdir. Səlim ağıldan qaynaqlanan dəlillər, əsla bir-birilə zidd düşməzlər. Bunların bəzilərinə istinad edərək digərlərini çürütməyin, imkanı yoxdur. Əksinə, bunların hamısına, birdən (bərabər) inanılır və bunların gərəyi edilir. Çünki bunlar, bir-birilərini dəstəkləyən mahiyyətdədirlər. Səlim ağla istinad edən dəlillərin bir-birilərilə ziddiyyət içində olduqlarını, ancaq, bəsirəti zəif, şübhəçi olanlar, qeyr-i məqbul olaraq çoxca danışanlar, zənn edərlər. Elm isə, şübhələrdən və qeyr-i məqbulluqdan bəri olan bir şeydir.
Bu məsələ haqqında doğru olan, budur:
Qulda görülən fel, Allah Taala'nın, qula verdiyi qüdrət və iradə ilə meydana gəlmişdir. Allah Taala, qulun, bir işi etməsini dilədiyi vaxt, o işi edəcək bir qüdrət və o işə sövq edəcək bir səbəb yaradır və qulda görülən iş, qula nisbət edilərək, ona, "qulun işi/feli" deyilir. Bu ifadə şəkli, əsəri, səbəbə bağlama qəbilindəndir.
Digər tərəfdən, qulda görülən bu fel, yaradılma cəhətindən, Rəbbin qüdrətinə nisbət edilir. O halda, 2 qüdrətin təsirilə bir işin meydana gəlməsi, imkansız deyildir. Çünki 2 qüdrət sahibindən qulun qüdrəti, Rəbbin qüdrətinin bir əsəri və Onun bir cüz'üdür. Rəbbin qüdrəti isə, müstəqildir, başqa bir gücə istinad etmədən təsirini göstərir.
Bu məsələni ifadə edərkən, "2 qüdrət sahibinin 1 əsəri" şəklində izaha çalışmaq, yalnış bir ifadədir və işi qarışdırmaqdan ibarətdir. Çünki bu ifadə şəkli, hər 2 qüdrətin, bərabər olduğu qənaətini verir. "Bu paltar, bu 2 adamındır." "Bu ev, bu 2 şərikindir." misalında olduğu kimi...
Qulun feli, sonradan yaradılan qüdrətilə meydana gəlir. Bu məsələ, bir işin, səbəbi tərəfindən meydana gətirilməsinə bənzəyir. Səbəb, səbəbin meydana gətirdiyi hadisə, fail, vasitə...bütün bunlar, Allah Taala'nın, əzəli və əbədi olan qüdrətinin bir əsəridir. Beləcə, Allah Taalanın qüdrəti, hər şeyi əhatə ediciliyindən və kamalından uzaqlaşdırılmış sayılmaz və mümkün olan hər şeyi əhatəsinə almaqdan bəri qılınmış olmaz. Kainatda, uca Rəbbin iradə və qüdrətindən başqa, öz başına fail olan heç bir güc və qüvvət yoxdur. Bütün varlıqlar, Allah Taalanın yaratdığı məxluqlardır. Bunlar, Allah Taalanın qüdrətinin və iradəsinin bir əsəridir. Bunu inkar edən şəxs, Allah Taaladan başqa bir yaradıcının varlığını və ya yaradıcısız olaraq yaradılanların mövcud olduğunu isbat etmək məcburiyyətindədir.
- Cəbri: Qədəriyyə'yə görə, kafirin dəlaləti (haqdan azmışlığı) və cəhaləti, kafir tərəfindən yaradılmış və kafirin istəyi ilə meydana gəlmiş bir hadisədir. Bu isə, imkansızdır. Çünki belə olacaq olsaydı, kafirin, bunları məqsədli olaraq etməsi lazım gələrdi. Çünki məqsəd, istəklə edilən işlərin gərəklərindəndir. Kafirin dəlalət və cəhalətində, bilə-bilə məqsədli olması, imkansızdır. Çünki ağıl sahibi bir insan, özünün, dəlalət və cəhalət içində olmasını istəməz. O halda, demək ki, kafir, öz istəyilə özündə görülən felin faili deyildir.
- Sünni: Sənə heyrət etməkdəyəm, ey cəbri! Qulu, (özünə) inkar və zülm edən bir şəxs olmaqdan tənzih edirsən və bütün bunları, Allah Taala'ya nisbət edirsən. Bu sözün də, çox heyrət vericidir. Deyirsən ki:
"Ağıllı bir şəxs, özü üçün inkar və cəhaləti seçməz."
Halbuki sən, bir çox insanların:
~ sırf inad, həddi aşmaq və gözü götürməməkdən dolayı, inkar və cəhaləti məqsədli olaraq özü üçün seçdiyini;
~ haqq və doğruluğun, bunların xaricində olduğunu bildiyi halda, həva və həvəsinə, cəhalətinə və insafsızlığına boyun əydiyini;
~ onu doğru yola və hidayətə götürəcək səbəblərə müxalifət etdiyini;
~ dəlalət yolunu tutduğunu;
~ hidayət yoluna arxa çevirdiyini
görməkdəsən. Söz söyləyənlərin ən doğrusu olan uca Allah, belə buyurur:
• سَأَصْرِفُ عَنْ ءَايَـٰتِىَ ٱلَّذِينَ يَتَكَبَّرُونَ فِى ٱلْأَرْضِ بِغَيْرِ ٱلْحَقِّ وَإِن يَرَوْا۟ كُلَّ ءَايَةٍ لَّا يُؤْمِنُوا۟ بِهَا وَإِن يَرَوْا۟ سَبِيلَ ٱلرُّشْدِ لَا يَتَّخِذُوهُ سَبِيلًا وَإِن يَرَوْا۟ سَبِيلَ ٱلْغَىِّ يَتَّخِذُوهُ سَبِيلًا ۚ ذَٰلِكَ بِأَنَّهُمْ كَذَّبُوا۟ بِـَٔايَـٰتِنَا وَكَانُوا۟ عَنْهَا غَـٰفِلِينَ
"Haqsız olaraq yer üzündə təkəbbürlük göstərənləri ayələrimdən uzaqlaşdıracağam. Onlar bütün möcüzələri görsələr də onlara inanmazlar. Onlar doğru yolu görsələr, ora yönəlməz, azğınlıq yolunu görsələr, onu özlərinə yol seçərlər. Bu ona görədir ki, onlar ayələrimizi inkar edir və onlara məhəl qoymurdular." (Əraf/146);
• Digər bir ayətdə:
وَأَمَّا ثَمُودُ فَهَدَيْنَـٰهُمْ فَٱسْتَحَبُّوا۟ ٱلْعَمَىٰ عَلَى ٱلْهُدَىٰ فَأَخَذَتْهُمْ صَـٰعِقَةُ ٱلْعَذَابِ ٱلْهُونِ بِمَا كَانُوا۟ يَكْسِبُونَ
"Səmud xalqına gəldikdə isə, Biz onlara doğru yol göstərdik, onlar isə korluğu doğru yoldan üstün tutdular və onları qazandıqları günahlar üzündən alçaldıcı əzab ildırımı yaxaladı." (Fussilət/17) buyurmuşdur.
• Yenə Allah Taala, firon qövmü haqqında danışarkən, belə buyurmaqdadır:
وَجَحَدُوا۟ بِهَا وَٱسْتَيْقَنَتْهَآ أَنفُسُهُمْ ظُلْمًا وَعُلُوًّا ۚ فَٱنظُرْ كَيْفَ كَانَ عَـٰقِبَةُ ٱلْمُفْسِدِينَ
"Buna qəti inandıqları halda, haqsızcasına və təşəxxüslə onları inkar etdilər. Gör fəsad törədənlərin aqibəti necə oldu!" (Nəml/14);
• Digər bir ayətdə də, belə buyurmaqdadır:
وَعَادًا وَثَمُودَا۟ وَقَد تَّبَيَّنَ لَكُم مِّن مَّسَـٰكِنِهِمْ ۖ وَزَيَّنَ لَهُمُ ٱلشَّيْطَـٰنُ أَعْمَـٰلَهُمْ فَصَدَّهُمْ عَنِ ٱلسَّبِيلِ وَكَانُوا۟ مُسْتَبْصِرِينَ
"Adı da, Səmudu da məhv etdik. Bu, onların məskənlərindən sizə bəllidir. Şeytan onlara etdikləri əməlləri gözəl göstərib onları haqq yoldan çıxartdı. Halbuki onlar gözüaçıq adamlar idilər." (Ənkəbut/38)
• Bir başqa ayətdə:
وَٱتَّبَعُوا۟ مَا تَتْلُوا۟ ٱلشَّيَـٰطِينُ عَلَىٰ مُلْكِ سُلَيْمَـٰنَ ۖ وَمَا كَفَرَ سُلَيْمَـٰنُ وَلَـٰكِنَّ ٱلشَّيَـٰطِينَ كَفَرُوا۟ يُعَلِّمُونَ ٱلنَّاسَ ٱلسِّحْرَ وَمَآ أُنزِلَ عَلَى ٱلْمَلَكَيْنِ بِبَابِلَ هَـٰرُوتَ وَمَـٰرُوتَ ۚ وَمَا يُعَلِّمَانِ مِنْ أَحَدٍ حَتَّىٰ يَقُولَآ إِنَّمَا نَحْنُ فِتْنَةٌ فَلَا تَكْفُرْ ۖ فَيَتَعَلَّمُونَ مِنْهُمَا مَا يُفَرِّقُونَ بِهِۦ بَيْنَ ٱلْمَرْءِ وَزَوْجِهِۦ ۚ وَمَا هُم بِضَآرِّينَ بِهِۦ مِنْ أَحَدٍ إِلَّا بِإِذْنِ ٱللَّهِ ۚ وَيَتَعَلَّمُونَ مَا يَضُرُّهُمْ وَلَا يَنفَعُهُمْ ۚ وَلَقَدْ عَلِمُوا۟ لَمَنِ ٱشْتَرَىٰهُ مَا لَهُۥ فِى ٱلْءَاخِرَةِ مِنْ خَلَـٰقٍ ۚ وَلَبِئْسَ مَا شَرَوْا۟ بِهِۦٓ أَنفُسَهُمْ ۚ لَوْ كَانُوا۟ يَعْلَمُونَ
"Onlar, Suleymanın səltənətində şeytanların oxuduqlarının ardınca getdilər. Süleyman kafir olmadı. Lakin şeytanlar sehri və Babildə Harut və Marut adlı iki mələyə nazil olanı insanlara öyrədərək kafir oldular. Mələklər: “Biz ancaq bir sınağıq, sən gəl kafir olma!”– deməmiş onu heç kəsə öyrətmirdilər. Yəhudilər ərlə arvadı bir-birindən ayıracaq işləri onlardan öyrənirdilər. Lakin onlar Allahın izni olmadan heç kəsə zərər verə bilməzlər. Onlar özlərinə zərər verən, faydası olmayan şeyləri öyrənirdilər. Onlar bilirdilər ki, onu əldə edən kimsə üçün axirətdə heç bir pay yoxdur. Nəfslərinin əvəzində satın aldıqları şey necə də pisdir! Kaş bunu biləydilər!" (Bəqərə/102) buyurmaqdadır.
• Yenə bir digər ayətdə, belə buyurmaqdadır:
بِئْسَمَا ٱشْتَرَوْا۟ بِهِۦٓ أَنفُسَهُمْ أَن يَكْفُرُوا۟ بِمَآ أَنزَلَ ٱللَّهُ بَغْيًا أَن يُنَزِّلَ ٱللَّهُ مِن فَضْلِهِۦ عَلَىٰ مَن يَشَآءُ مِنْ عِبَادِهِۦ ۖ فَبَآءُو بِغَضَبٍ عَلَىٰ غَضَبٍ ۚ وَلِلْكَـٰفِرِينَ عَذَابٌ مُّهِينٌ
"Allahın Öz qullarından istədiyi kimsəyə Öz lütfündən bəxş etməsinə həsəd aparmaq və Onun nazil etdiyini inkar etməklə nəfslərini satıb əvəzində aldıqları şey necə də pisdir! Onlar Allahın onlara bəslədiyi qəzəbi daha da şiddətləndirdilər. Kafirlərə alçaldıcı bir əzab vardır." (Bəqərə/90)
• Başqa bir ayətdə:
يَـٰٓأَهْلَ ٱلْكِتَـٰبِ لِمَ تَكْفُرُونَ بِـَٔايَـٰتِ ٱللَّهِ وَأَنتُمْ تَشْهَدُونَ
"Ey Kitab əhli! Haqqa şahid olduğunuz halda nə üçün Allahın ayələrini inkar edirsiniz?" (Al-i İmran/70) buyurmaqdadır.
• Yenə bir ayətdə:
يَـٰٓأَهْلَ ٱلْكِتَـٰبِ لِمَ تَلْبِسُونَ ٱلْحَقَّ بِٱلْبَـٰطِلِ وَتَكْتُمُونَ ٱلْحَقَّ وَأَنتُمْ تَعْلَمُونَ
"Ey Kitab əhli! Nə üçün siz bilə-bilə haqqa batil donu geyindirir və haqqı gizlədirsiniz?" (Al-i İmran/71) buyurmaqdadır.
• Bir digər ayətdə də, belə buyurmaqdadır:
قُلْ يَـٰٓأَهْلَ ٱلْكِتَـٰبِ لِمَ تَصُدُّونَ عَن سَبِيلِ ٱللَّهِ مَنْ ءَامَنَ تَبْغُونَهَا عِوَجًا وَأَنتُمْ شُهَدَآءُ ۗ وَمَا ٱللَّهُ بِغَـٰفِلٍ عَمَّا تَعْمَلُونَ
"De: “Ey Kitab əhli! Siz haqqa şahid olduğunuz halda, nə üçün doğru yolu əyri göstərməyə çalışıb iman gətirənləri Allah yolundan sapdırırsınız?” Halbuki, Allah sizin etdiklərinizdən xəbərsiz deyildir." (Al-i İmran/99)
Quran-i Kərim'də, bu kimi ayətlər çoxdur. Allah Taala, bunlarla, inkar edənlərin, bilə-bilə, qəsdən, dəlalət və inkarı tərcih etdiklərini bəyan etməkdədir.
Digər yandan, hər hansı bir şeyin azğınlıq və kor-koranə bir təəssüb olduğu ortada açıq ikən, hər hansı biri, bunun doğru bir şey olduğunu zənn edərək, qəsdən onu etmək istəyər...
(Əbu Zəhra, "Tarixu'l-Məzəhib əl-İsləmiyyə")
