Cə'FƏRİYYƏ (Cəfərilik)


Hz. Ali'nin nəvələrindən Cəfər-i Sâdıq (ö. 148/765)'in ətrafında toplanan və onun ictihadlarına görə əməl edən müsəlmanların bağlı olduqları siyasi və fiqhi məzhəb. İmam Cəfər, bütün Sünnîlərə görə, xüsusilə təsəvvüf əhlincə böyük bir vəli, övliya olaraq qəbul edilir. O, özünü elmə və təfəkkürə həsr etmiş, Əbu Hənifə və İmam Mâlik kimi böyük müctəhidlər belə ondan faydalanmışdır. Hədîs âlimləri ondan hədis rəvayət etmə mövzusunda tərəddüd etmişlərsə də, İmam Şâfiî və Yəhya b. Maîn kimi âlimlər onu etibarlı bir mühəddis olaraq qəbul etmişlər. Məzhəblərində "imâm" və "on iki imam" mövzusuna ağırlıq verdikləri üçün bu məzhəbə "İmamiyyə" və ya "İsna Aşəriyyə" adı da verilmişdir.


Cəfər-i Sâdıq, Mədinə'də Əbu Hənifə ilə ilk qarşılaşdıqları zaman ona belə dedi: "Numan! Atam mənə, dədəmdən belə rəvayət etdi: -Din xüsusunda rə'yi ilə qiyasa ilk müraciət edən İblisdir. Allah ona, Âdəm 'ə səcdə et dedi. O da, Mən Âdəm'dən xeyirliyəm, çünki Sən məni oddan, onu torpaqdan yaratdın' dedi. Kim dində rə'yi ilə qiyas edərsə Allah onu Qiyamət günü İblisə yoldaş edər. Çünki o, qiyas etmək surətiylə şeytana uymuşdur. "Əbû Hənifə bu cavabı verdi:"Nə əlaqəsi var! şeytân Allah'ın əmrinə üsyan üçün qiyas etdi. Mən isə, Allah'ın əmrlərinə itaət yollarını tapmaq üçün qiyas edirəm." (M. Əbu Zəhra, İslâm'da Fiqhi Məzhəblər Tarixi, (çev. A. Şener) Ankara, 1968, s. 235; Əhməd Əmin, Düha'l- islâm, Qahirə 1936, III, 261).


Əsasən Əhli-Sünnəyə yaxın olan Cəfər-i Sadiq'ə ölümündən sonra bəzi iftiraçılar bir çox şeyi isnad etmişlər və bunları xalq arasında yaymışlardır. İmam Cəfər, daha həyatda ikən məzhəb içində bəzi sapıq görüşlər ortaya atılmış və bunları şəxsən özü rədd etmişdir. Bu sapıqların başında Əbû'l Xəttab Muhamməd b. Əbî Zeynəb gəlir. Əbû'l Xəttab, küfrə düşmüş, peyğəmbərlik iddiasında olmuş və Cəfər-i Sadiqin tanrı olduğunu irəli sürmüşdür. Haramları halal saymış və imamı tanıyan hər kəsin haramlardan azad sayılacağını söyləmişdir. Üstəlik bu görüşləri Cəfər-i Sâdiq adına çıxarmışdır. Bunu xəbər alan Cəfər, Əbul Xəttaba lənət etmiş, onunla heç bir əlaqəsinin olmadığını, bütün tələbə və yoldaşlarına bildirmiş, İslâm ölkələrinə məktublar yazaraq bu vəziyyəti hər tərəfə eşitdirmişdir. (İbnu'l-Əsir, əl-Kâmil fi't-Tarix, VIII, 9).


Zeydiyə'dən sonra Əhli-Sünnəyə ən yaxın bir Şiə məzhəbi olan Cə'fərîliyin bəzi görüşlərini beləcə ümumiləşdirmək mümkündür:


İmâmiyə'yə görə imâmət (dövlət başçılığı); peyğəmbərlik kimi ilâhî bir məqamdır. Peyğəmbər kimi imamı da Allah seçir. İnsanların imam təyin etmə səlahiyyəti yoxdur. Hz. Muhamməd Aleyhissalatu Vəssəlam vəfat etmədən öncə, öz yerinə kimin imam (xəlifə, müsəlmanların lideri) olacağını nass'la (Qur`an və sünnə) təyin etmişdir. Bu imam da özündən sonra gələcək olanı eyni şəkildə təyin etmişdir. İmâmın zahir, məşhur və meydanda olması caiz olduğu kimi; qeybi, örtülü və gizli olması da mümkündür. Son imam Muhamməd Mehdi on ikinci imam olub, hələ həyatdadır, lakin qaibdir. İmâmın olmadığı bir zaman yoxdur. İndi qaib olan Mehdiyə naiblər (ayətullahlar) vəkalət (əvəz) etməkdədir.


On iki imâm bunlardır: 1) Ali əl-Murtaza, 2) Həsən əl-Müctəba (ö. 50/670), 3) Hüseyn əş-Şəhid (ö. 61/681), 4) Ali Zeynəlabidin (ö. 94/713) , 5) Muhamməd Baqir (ö. 113/731), 6) Cəfər əs-Sâdiq (ö. 148/765), 7) Musa Kâzım (ö. 183/799), 8) Ali Rıza (ö. 192 / 808), 9) Muhamməd Cavad (ö. 220/835), 10) Ali Hâdi (ö. 254/868), 11) Həsən Əsgəri (ö. 260/874), 12) Muhamməd Mehdi (gizləndiyi tarix 260/874) .


Cəfərilərə görə imamlıq mərtəbəsi, insan olmanın üstündə; lakin peyğəmbərliyin altında bir məqamdır. İmamlar peyğəmbər kimi günahsız olub, yanılmazlar, günah işləməzlər. Cə'fərîlər imamın masumiyətini belə açıqlayırlar: "Ondan, böyük kiçik, qəsdən və ya yanlışlıqla unudaraq, yaxud ictihadında xəta edərək, yaxud da Allah'ın xətaya sövq etməsi səbəbiylə olsun, heç bir günah sadır olmaz (ortaya çıxmaz). Bu imamın sözü dinlənər, qorxusu qəlbdən çıxmaz bir adam olması üçün belədir. Onlardakı ismət sifəti, Allah onların ağıllarını kamala çatdırdığı andan etibarən ruhlarını alana qədər onlardan ayrılmaz bir vəsfdir.


Câ'fərî'yə görə mələklərə, kitablara və qədərə iman Allah'a və peyğəmbərə imanın içindədir. Onlara görə Hz. Muhamməd Aleyhissalatu Vassəlam'dən sonra xəlifə olma haqqı Hz. Ali'nin idi. Bu mövzuda ayə və hədislər mövcuddur. Lakin Əshab-ı Kiramın irəli gələnləri, öz ictihadlarına əsaslanaraq bu nassları təvil etdilər və Hz. Əbu Bəkir'i xəlifə seçdilər. Hz. Ali və ona tabe olan bir qrup, bu seçimi qəbul etmədi. Ancaq fitnə çıxmaması üçün Əbu Bəkirə beyət etdilər. İlk üç xəlifədə gördüyü əhliyət və layiq olma,uyğunluq səbəbiylə Hz. Ali, xilafət haqqından imtina etmişdi.


Ancaq Hz Ali (Allah ondan razı olsun), Muaviyə'nin deyil xəlifə, vali olaraq qalmasının belə zərərli olduğu qənaətinə gəldiyi üçün Əməvilərə qarşı müharibə elan etmişdir. Cə'fərîlər, ilk üç xəlifənin imamlığını qəbul etməməklə yanaşı onlara qarşı hörmətli olduqları halda, Müaviyə və oğlu Yezidə lənət oxuyarlar. (Muhamməd Hüseyn, Kâşifu'l-Gıta, Aslu'ş-Şiə və Usulühâ, Qahirə 1958. 126 vd .; Musəvî, əl-Muracaa, Beyrut 1393, 168).


Câ'fəriyə məzhəbi mənsubları, on ikinci imam Muhammədin evindəki "sirdap" deyə adlandırılan bir sığınacağa girib gizləndiyini və bir daha dönmədiyinə inanırlar. Ancaq gizlənən on ikinci imamın yaşı mövzusunda ixtilaf edilmiş və bəziləri gizləndiyində yaşının dörd olduğunu söylərkən, bəziləri də səkkiz yaşında olduğunu irəli sürmüşdür. Yenə, gizlənən imamın verəcəyi hökm mövzusunda ixtilaf olmuşdur.


Bəziləri, itdiyi yaşdaykən, xəlifənin bilməsi lazım olan şeyləri bildiyini və ona itaət etmənin vacib olduğunu önə sürərkən; digər bir qismi də hökm vermənin gizlənən imamın məzhəbinə bağlı alimlərə aid olduğunu iddia etmişlər.


İsna aşəriyyə, digər adıyla Câ'fərîyə məzhəbinə görə din, Əhli Sünnədə olduğu kimi iki əsas bölümdə ələ alınır. 1) Usu-i Din, 2) Furû-i Din. Üsulu Din (dinin əslləri) beş əsas üzərində qurulmuşdur: Tövhid, nübüvvət, İmamət, Məad (Axirət), Ədalət.


Tövhid: Allah birdir (vahid), təkdir (əhad). Onun zatı hər cür nöqsan sifətlərdən münəzzəhdir. Tayı, bənzəri və məxluqatına bənzər bir tərəfi yoxdur.


Nübüvvət: Peyğəmbərlik, Allah'ın seçdiyi qullarını Cəbrâil vasitəsiylə və vəhy yolu ilə ilâhî bir vəzifə ilə mükəlləf etməsidir. Peyğəmbərlər Allah'ın əmrlərini xalqa təbliğ edər və onları doğru yola çatdırarlar. Onlar insanların ən üstünü və qulların ən xeyirlisidirlər. Əmindirlər, günahsızdırlar və təbliğ vəzifələrində bir nöqsanlıq və xəta olmaz. Peyğəmbərlər ilâhî bir lütf və xəzinədir. Hz. Muhamməd sallallahu aleyhi və səlləm bütün peyğəmbərlərin ən üstünü və sonuncusudur. Onun ən böyük möcüzəsi Qur'an'dır.


İmamət: İmân, dinin əsillərindən olan imamətə inanmaqla tamamlana bilər. İmamiyyə, peyğəmbərliyin necə Allah'dan bir lütf olduğuna inanırsa, hər əsrdə peyğəmbərlərin vazifələriylə vazifələnmiş, insanların hidayət və irşadlarını boynuna götürmüş bir imamın varlığına da inanır.


Məad (Axirət): Bu, ölümdən sonra axirət həyatının haqq olduğu əsasıdır. Qiyamətə dair Qur'an və hədislərdə keçən mizan, sual, hesab, sirat, şəfaət, Cənnət, Cəhənnəm hamısı həqiqətdir, bunların heç biri ağılla təfsir oluna bilməz. Keyfiyyətini də bilmərik. Lakin hamısının gerçək olduğuna inanırıq. Məad cismanidir və bunlara icmalan iman kifayətdir və şərhsiz olaraq qəbul etmək lazımdır.


Ədalət: İsna aşəriyyə'yə görə dinin beşinci əsli və dolayısıyla inanc əsaslarından olan ədalət, Allah'ın ədalətli; qulun da iradəsində və feillərində azad və muxtar olmasıdır. Onun, yaxşıya yaxşılığına qarşılıq mükafat, pisə pisliyinə qarşılıq mücazat (cəza) etməsi ədalətinin zəruri bir gərəyidir. Qul, hərəkətlərində azad və muxtardır.


İsna aşəriyyə, şər'i hökmlərin qaynağı olaraq dörd əsası qəbul edər. Bunlar, kitab, sünnə, icma və ağıldır. Ayrıca füru-u din ikiyə ayrılır: 1) İbadət, 2) Müamələt.


İbadət: Namaz, oruc, həcc, zəkât, xüms, cihad, əmri bi'l mə'ruf nəhyi ani'l-münkər, Təvəlla və Təbərrâ'dən ibarət olan bir bütündür.


Müamələt: Ticarət həyatı, şəxs hüququ, cəzalar, evlənmə, miras və bənzəri xüsuslardır.


Göründüyü kimi İsna aşəriyyə, üsul-i din dediyimiz inanc əsasları və fər'i hökmlərdə, yəni fiqhi mövzularda Əhli-Sünnədən çox fərqli düşüncələrə sahib deyil. Ancaq Tövhid, Nübüvvət və Axirət kimi üç böyük əsasda Əhli-Sünnə ilə birləşmiş olmalarına baxmayaraq; İmamətin dinin əsasları arasında zikr edilməsi səbəbiylə Hz. Peyğəmbərdən sonra belli kəslərin peyğəmbər kimi "ismət" sifətinə və başqalarında olmayan "xüsusi bir bilgi" yə sahib olduqları xüsuslarının qəbul edilməsiylə Əhli-Sünnədən ayrılmaqdadır. Ayrıca təqiyyə və bədâ, Câ'fərîlik'də önəmli iki inanc mövzusudur. Onlar, məcburiyyət və basqı qarşısında bir şiənin inancını gizləməsinə "təqiyyə" * adını verirlər. Hz. Muaviyə'nin təzyiqi altında inanclarını gizləyən şiələr Məkkə dövründə səhabənin də müşriklərin təzyiqindən qurtulmaq üçün bu prinsipə müraciət etdiklərini söyləyirlər. Onlara görə, təqiyyə bəzən fərz, bəzən caiz, bəzən da haram olur.


Bədâ isə, Cənâb-ı Haqq'ın Lövhi-Məhfuz`a * yazdığı bir şeyi vəhylə peyğəmbərinə bildirdikdən sonra dəyişdirməsidir. Bu vəziyyət, vəli və imamlar üçün də keçərlidir.


İslâm şəriətinin öncəki şəriətləri nəsx etməsi (aradan qaldırması) və ya İslâm şəriətində bəzi ayələrin digər ayələri nəsx etməsi də bəda anlayışına yaxındır. (Muhamməd Hüseyn, a.k.ə., 131).


Câ'fərîlik bugünkü İran'da əksəriyyətin və İran İslâm dövlətinin rəsmi məzhəbidir. Iran'dan başqa, Türkiyədə Qars və ətrafında çox az olmaq üzrə İraq, Suriya, Livan, Əfqanıstan və Hindistanda Cəfərilər vardır. İmam Cəfərdən sonra əsrlər boyunca edilən ictihadlarla bir xeyli genişlənən Cafəriyə fiqhi, yuxarıda zikr edilən yerlərdə və bir qisim Yaxın Şərq ölkələrindəki kiçik camaatlar halında olan şiələr arasında tətbiq edilməkdədir.


Hamdi Döndürən

Read 7.450 times
In order to make a comment, please login or register