Cəhənnəm atəşi insanın hansı üzvlərini yandırmaz.
Əbu Hureyrə (radiyallahu anh)'dan rəvayət edildiyinə görə, Allah rəsulu (sallallahu aleyhi və səlləm) belə buyurmuşdur:
"Cəhənnəm atəşi (mömin olan) Adəm oğlunun səcdə yeri (yəni orqanları) xaricində qalan bədənini yeyər (yandırar). Allah, cəhənnəm atəşinə səcdə əsərini (yəni orqanlarını) yeməyi (yandırmağı) qadağan etdi."
İbn Macə, Sünən tərcümə və şərhi, Kitabü'z-Zühd (Zühd kitabı): "Cəhənnəm atəşinin sifəti babı", hədis no: 4326
---------------------
İzahı:
Hədisdə keçən "səcdə əsəri", səcdə orqanları olaraq açıqlanmışdır. Yəni cəhənnəm atəşinə layiq olan mömin kimsə, əgər bağışlanmayıb cəhənnəm əzabı ilə cəzalandırılarsa, atəş onun səcdə orqanlarını yandırmayacaq. Vücudunun digər tərəfləri yanacaqdır. Bu da namaz qılanların fəzilətinə dəlalət edər.
- Cəhənnəm atəşi insanın hansı üzvlərini yandırmaz.
- Allahın qullları üzərindəki haqqı nədir?
- Cənnət və cəhənnəmin bəzi xüsusiyyətləri
- Cənnət və cəhənnəmin bəzi xüsusiyyətləri
- Heç bir gözün görmədiyi, heç bir qulağın eşitmədiyi və heç bir insanın qəlbindən keçməyən nemətlər
- Dünya atəşi ilə cəhənnəm atəşinin müqayisəsi.
- Həsəd etmək haqqında məlumat verə bilərsinizmi?
- Sirat körpüsü haqqında məlumat verərsinizmi?
- Sirat körpüsü haqqında məlumat verərsinizmi?
- Duada israrlı olmaq