Cəhənnəm atəşi insanın hansı üzvlərini yandırmaz.
Əbu Hureyrə (radiyallahu anh)'dan rəvayət edildiyinə görə, Allah rəsulu (sallallahu aleyhi və səlləm) belə buyurmuşdur:
"Cəhənnəm atəşi (mömin olan) Adəm oğlunun səcdə yeri (yəni orqanları) xaricində qalan bədənini yeyər (yandırar). Allah, cəhənnəm atəşinə səcdə əsərini (yəni orqanlarını) yeməyi (yandırmağı) qadağan etdi."
İbn Macə, Sünən tərcümə və şərhi, Kitabü'z-Zühd (Zühd kitabı): "Cəhənnəm atəşinin sifəti babı", hədis no: 4326
---------------------
İzahı:
Hədisdə keçən "səcdə əsəri", səcdə orqanları olaraq açıqlanmışdır. Yəni cəhənnəm atəşinə layiq olan mömin kimsə, əgər bağışlanmayıb cəhənnəm əzabı ilə cəzalandırılarsa, atəş onun səcdə orqanlarını yandırmayacaq. Vücudunun digər tərəfləri yanacaqdır. Bu da namaz qılanların fəzilətinə dəlalət edər.
********
əl-Haris b. Uqayş (radiyallahu anh)'dan rəvayət edildiyinə görə, Allah rəsulu (sallallahu aleyhi və səlləm) belə buyurmuşdur:
"Şübhəsiz, Mənim ümmətimdən (şəfaəti məqbul) elə kimsələr vardır ki, onların şəfaəti ilə Mudar (qəbiləsin)'dən daha çox olan insanlar, cənnətə girər. Şübhəsiz, Mənim (dəvət) ümmətimdən elə kimsələr də vardır ki, atəş(də yanmaq) üçün cəhənnəmin bir küncünü təşkil edəcək qədər iri cüssəli olar."
İbn Macə, Sünən tərcümə və şərhi, Kitabü'z-Zühd (Zühd kitabı): "Cəhənnəm atəşinin sifəti babı", hədis no: 4323
- Cəhənnəm atəşi insanın hansı üzvlərini yandırmaz.
- Cənnət və cəhənnəmin bəzi xüsusiyyətləri
- Cənnət və cəhənnəmin bəzi xüsusiyyətləri
- Dünya atəşi ilə cəhənnəm atəşinin müqayisəsi.
- Zəqqum nədir?
- Zəqqum ağacının təsviri
- Allahın qullları üzərindəki haqqı nədir?
- Qiyamət günü ölümün öldürülməsi hədisi.
- Qiyamət günü ölümün öldürülməsi hədisi.
- Ölümün öldürülməsi haqqında məlumat verərsinizmi?