"Cəhənnəmdən ən son çıxıb, Cənnətə ən son girəcək adam"

Abdullah ibni Məs'ud (radiyallahu anh)'dan rəvayət edildiyinə görə, Allah Rəsulu (sallallahu aleyhi və səlləm) belə buyurmuşdur:

"Mən, cəhənnəmdən ən son çıxacaq və cənnətə ən axırıncı girəcək kimsəni tanıyıram. (O kimsə), cəhənnəmdən iməkləyərək çıxacaq və (Allah tərəfindən) ona:

'Get və cənnətə gir.' deyiləcək. 

(Bunun üzərinə) adam gedəcək, lakin cənnət ona dolu (kimi) görsənəcəkdir. (Bu adam da geri dönərək):

"Ey Rəbbim! Mən cənnəti dolu gördüm." deyəcək. Allah (da ona):

"Get və cənnətə gir." O da cənnətə gedəcək. Lakin ona cənnət (yenə) dolu görünəcək və (təkrar) geri dönəcək. Sonra:

"Ey Rəbbim! Mən cənnəti dolu gördüm." deyəcəkdir. Allah subhənəhu (ona):

"Get və cənnətə gir." buyuracaq. O da (təkrar) cənnətə gedəcək və (yenə) ona cənnət dolmuş kimi görünəcək. Təkrar dönüb:

"Ey Rəbbim! Cənnət şübhəsiz doludur." deyəcəkdir. Bunun üzərinə Allah (ona):

"Get və cənnətə gir. Çünki şübhəsiz (orada) dünya qədər və dünyanın 10 misli qədər sənindir (və ya şübhəsiz dünyanın 10 qatı qədər sənindir)." buyuracaqdır. Adam da:

"(Ey Rəbbim!) (Yeganə) Məlik (hökmdar) olduğun halda mənimlə istehzamı edirsən?" deyəcəkdir.

Abdullah ibni Məs'ud deyir ki:

(Vallahi) mən, Allah rəsulu (sallallahu aleyhi və səlləm)'i, (bu hədisin sonunu buyurarkən) azı dişləri görüləcək dərəcədə gülərkən gördüm."

(İbn Məs'ud sözünə davamla): 

"Bu adam, cənnətliklərin mərtəbəcə ən aşağı olanıdır, deyilirdi."

İbn Macə, Sünən tərcümə və şərhi, Kitabü'z-Zühd (Zühd kitabı): "Cənnətin sifəti babı", hədis no: 4339

---------------------

İzahı:

Bu hədisi:

• Buxari, "Tövhid" və "Riqaq" bölmələrində;
• Muslim, "İman" bölməsində; və
• Tirmizi, "Cəhənnəm sifəti" bölməsində rəvayət etmişlərdir.

Hədisdə keçən "habv": "iməkləmək" və ya "oturaraq sürünmək" deməkdir.

Nəvəvi, bu kəlimə haqqında belə deyir:

"Habv, lüğət alimlərinə görə, əllər ilə ayaqlar üstündə yerimək mənasına gəldiyi kimi, əllər ilə dizlər üstündə yerimək mənasına, bununla bərabər, oturaraq sürünmək mənasına da gəlir."

Ən son cəhənnəmdən çıxıb ən son cənnətə girən adamın adı haqqında fərqli görüşlər vardır. Bəzi rəvayətlərə görə, adı: Hənnad'dır. Digər bir görüşə görə, adı: Cuheynə'dir.

Bu adam bir neçə dəfə cənnətə varıb orda özü üçün boş yer qalmadığı zənni ilə geri dönər və hər dönüşündə halını Allaha ərz edincə, "Get və cənnətə gir." əmrini alar. Nəhayət Allah (azzə və cəllə) özünə:

"Get və cənnətə gir. Şübhəsiz dünya qədər və onun 10 misli sənindir (və ya şübhəsiz dünyanın 10 qatı qədər sənindir.)" buyurur.

Bunun üzərinə adamın:

"(Ey Rəbbim!) (Yeganə) Məlik (hökmdar) olduğun halda, mənimlə istehzamı edirsən?"

şəklindəki sözü ilə bağlı olaraq, alimlər fərqli izahlar gətirmişlərdir.

İlk əvvəl bunu açıqlamaqda fayda vardır:

"Allahın gülməsi" ifadəsi, həqiqi gülmə mənasında deyildir. Çünki gülmək, təəccüblənmək, kədərlənmək kimi insanlara məxsus hallardan Allah (azzə və cəllə) pak və münəzzəhdir. Bəzi yerlərdə varid olan gülmə kəliməsi, Onun razılığı mənasında açıqlanmışdır. 

Burda gülmə ifadəsinin razılıq mənasında açıqlanması uyğun görülmədiyi üçün, istehza mənasında açıqlanmışdır. Çünki ümumilikdə, istehza eden kimsə, həqir gördüyü kimsəyə gülər. Bu etibarla, istehza etmək ilə gülmək arasında, məna baxımından bir münasibət vardır.

Adamın: "Mənimlə istehzamı edirsən?" sözü ilə bağlı olub yuxarıda işarət etdiyimiz görüşlər, icmal olaraq bunlardır:

1. Bundan məqsəd:

"Mənim vəfasızlığım və sözümdə durmamağımın cəzasını mı verirsən?" deməkdir, deyənlər vardır.

Səbəbi də budur:

Buxari'nin "Riqaq" kitabında: "Sırat, cəhənnəm körpüsüdür." adı ilə açdığı babda, əbu Hureyrə (radiyallahu anh)'dan rəvayət etdiyi uzun bir hədisə görə, bu adam, ilk əvvəl Allahdan, cəhənnəm atəşindən qurtulmasını istəyəcək. Allah ona:

"Sənin bu istəyini qəbul etsəm, Məndən başqa şey istəməyin umulur." buyuracaq. Adam, başqa bir şey istəməyəcəyinə söz verəcək. Lakin Allah onu cəhənnəmdən qurtarınca, o, bu dəfə cənnətin qapısına yaxınlaşdırılmağını istəyəcək və yenə başqa heç bir şey istəməyəcəyinə söz verəcəkdir. Ən nəhayət Allah yenə:

"Sənə istədiyini verərsəm, başqa şey də istəməyin umulur." 

buyuracaqdır. Adam başqa bir şey istəməyəcəyinə qəti söz verdiyi halda, Allah onu cənnət qapısına yaxınlaşdırdığında, bu dəfə adam cənnətə daxil edilməsini istəyəcəkdir...

Xülasə, bu hədisdə bəyan edildiyi üzərə, adam sözündə heç cür durmayıb vəfasızlıq göstərdiyində, onun bu halı bir növ istehza etmək yerinə qoyulmuşdur. Sonra Allahın icazəsi ilə adam bir neçə dəfə cənnətə gedib oranı dolu görmüş kimi görüb dönməsi nəticəsində, cənnətə girməsi ümidinin boşa çıxdığı qənaətinə varar və işləmiş olduğu vəfasızlığa qarşı, cənnətə girmə ümidinin verilib də gerçəkləşdirilməməsi şəklində cəzalandırıldığını zənn edər və bundan dolayı o sözü söyləyər. Yəni:

"Ey Rəbbim! Mən vəfasız oldum, sözümdə durmadım və beləcə bir növ istehza etmək xətasını işlədim. Sən məni dolmuş haldakı cənnətə göndərib: 'get və ora gir' deməklə, bu yalnışımın cəzasını mı verirsən?"

Bu izahı, əl-Maziri vermişdir.

2. Əbu Bəkr əs-Sayrafi (rahmətullahi aleyh) belə deyir:

"Burdakı istifham (sual) ədatı, qeyri-müəyyənlik üçündür. Yəni:

'Ey Rəbbim! Sən yeganə Məlik (hökmdar) ikən, bilirəm ki, mənimlə istehza etməzsən. Mənə ehsan etdiyin bu qədər geniş cənnətə də layiq deyiləm. Layiq olmadığım bu qədər mərtəbələri mənə lütf etməyinə təəccüb edirəm." və ya heyrət edirəm.

3. Qadı İyad'a görə, adam ifrat sevincindən dolayı, şüurunu itirərcəsinə, nə dediyinin fərqində olmayaraq, belə danışacaq. Necə ki, başqa bir adamla bağlı bir hədisdə buyurulur ki:

"Adam, ifrat sevincindən özünü itirərək, Allaha:

'Sən Rəbbimsən, mən də Sənin qulunam' deyəcəyi yerdə, 'Sən qulumsan, mən də Rəbbinəm.' deyəcək."

-------------------

Allah rəsulu (sallallahu aleyhi və səlləm)'in hədisdə bildirilən adamın qovuşacağı bu qədər lütf və ehsanı bəyan etdikdən sonra, azı dişləri görüləcək dərəcədə gülməsinin səbəbi, Allahın günahkar mömin quluna olan mərhəmət, lütf və kərəminə sevinməsi və məmnunluğudur.

Read 8 times
In order to make a comment, please login or register