"Cənab" sözü nə deməkdir?

 

"Cənab" sözü hərfi mənası ilə "tərəf və cəhət" deməkdir. Lakin, dilimizdə bu məna ilə istifadə edilmir.

 

Dilimizdəki ifadəsi, "Həzrət" , təzim və hörmətdən ibarətdir. Bu söz ümumiyyətlə "Allah" üçün istifadə edilməkdədir: "Cənabı Haqq, Cənabı Allah" kimi.

 

Bununla birlikdə, hörmətə layiq olan başda peyğəmbərlər olmaq üzrə, səhabə, övliya, alimlər və İslam böyükləri üçün də istifadə edilə bilər. "Cənabı Peyğəmbər, Cənabı Ömər" kimi.

 

Osmanlı dövründə bu sifət tez-tez istifadə edilərdi. Məsələn Peyğəmbərimizdən (s.ə.s.) bəhs edərkən "Cənab Rəsulullah", bir elçidən bəhs edərkən "səfir cənabları" ifadələri də istifadə edilərdi.

 

Eyni sözün "əli, ülvi" sözləri ilə birlikdə istifadə edilməsi halında isə bu tərkib, "şərəf və şərəfini mühafizə edən, pis şeylərə bulaşmayan, comərd və əliaçıq kəslər" mənasını ifadə etməkdədir:

 

Lakin, bu günkü dilimizdə "Cənab" sifəti yalnız "Allah" ın adının əvvəlində gəlməkdədir. Digər böyük şəxslər üçün yalnız "Həzrət" sifəti istifadə edilir.

Read 10.390 times
In order to make a comment, please login or register