"Cənnət anaların ayaqları altındadır." hədisini izah edərsinizmi?

Müaviyə b. Cahimə əs-Sələmi radiyallahu anh'dən rəvayət edildiyinə görə, o, belə demişdir:

"Mən, Allah rəsulunun yanına gələrək:

-'Ey Allahın rəsulu! Allahın razılığını və axirət xoşbəxtliyini diləyərək səninlə bərabər cihada niyyətləndim. (Yəni cihada səninlə bərabər çıxmağıma icazə ver)' dedim.

Allahın nəbisi mənə:

"Anan həyattadır mı?" diyə soruşdu.

Mən:

"Bəli, ey Allahın elçisi."

diyə cavab verdim. Peyğəmbər (sallallahu aleyhi və səlləm):

"Geriyə dön və anana itaət və yaxşılıq et." buyurdu.

Sonra mən, Allah rəsuluna digər tərəfdən gələrək:

"Ey Allahın rəsulu! Mən, Allahın razılığını və axirət xoşbəxtliyini diləyərək səninlə bərabər cihad etməyə ciddi olaraq niyyətləndim."(yəni cihada çıxmağıma icazə ver) dedim.

Peyğəmbər:

"O halda, sən ananın yanına geri dön və ona itaət et." buyurdu.

Sonra mən Allah rəsulunun önünə çıxıb:

"-Ey Allahın elçisi! Mən, Allahın razılığını və axirət xoşbəxtliyini diləyərək səninlə bərabər savaşa çıxmağa həqiqətən niyyətləndim." dedim. Peyğəmbər:

"Anan həyattadır mı?" diyə soruşdu. Mən:

"-Bəli, ey Allahın rəsulu!" dedim. Peyğəmbər:

"Sən ananın ayağına sarıl. Çünki cənnət oradadır." deyə buyurdu.

İbn Macə, Sünən tərcümə və şərhi, Cihad kitabı, "Ata və anası həyatda olduğu halda savaşa gedən adam haqqında gələn hədislər" babı, hədis no: 2781

-------------------------------------------------------------------------------------------------------------------

Hədisin izahı:

Bu hədisi Nəsai, Əhməd və Beyhaqi də rəvayət etmişlərdir.

Peyğəmbər cihad üçün müraciət edən səhabəyə:

"Sən ananın ayağına sarıl. Çünki cənnət ordadır."

ifadəsi yerinə, imam Nəsai'nin rəvayət ettiyi hədisdə:

فالزمها فإن الجنة تحت رجليها

"O halda, sən anana sarıl (ondan ayrılma), çünki şübhəsiz cənnət onun ayaqları altındadır." ifadəsi yer almışdır.

İmam Sindi (əl-Hənəfi) bu hədisin izahını belə vermişdir:

"Yəni cənnətdən nəsibini, ancaq ananın razılığını qazandığın halda əldə edə bilərsən. Sanki o nəsib, ananın əmrindədir və anan onun üzərində durmuşdur. Bu nəsib, ancaq anan tərəfindən sənə çattırıla bilər. Çünki bir şey bir kimsənin ayağının altında olduğunda, artıq başqasının bu nəsibi əldə etməsi, ancaq o kimsənin icazə və izniylə ola bilər."

Cümlədən məqsədin, anaya qarşı təvazökar davranmağın cənnətə girməyə vəsilə olduğu mənası da ola bilər.

Xattabi bu hədisin şərhində:

"Birinin çıxmaq istədiyi cihad, özü üçün fərz olmayıb nafilədirsə, ata və anasının icazəsi olmadıqca cihada çıxması, caiz deyildir. Ancaq cihad bu kəsə fərz-i ayndırsa (hər mükəlləf müsəlmanın etməsi gərəkən vəzifədirsə), (misal üçün, kafirlərlə döyüşmək üçün, dövlət tərəfindən savaşa çağrılmış isə), belə bir cihada qatılmaq üçün ata və ananın icazəsinə gərək yoxdur. Bu hökm, müsəlman ata və anaya məxsusdur. Əgər ata və ana qeyr-i müsəlmandırlarsa, müsəlman övlad, onlardan icazə almadan nafilə və ya fərz cihada qatıla bilər." diyə izah gətirmişdir.

Əl-Fəth əsərinin müəllifi isə:

"Cumhura görə, müsəlman ata və ana, övladına cihada getməyə mane olduqlarında, övladın cihada getməsi, haramdır. Çünki ata və anaya itaət etmək, fərz-i ayndır (hər mükəlləf müsəlmanın etməsi gərəkən vəzifədir). Cihada getmək isə, fərz-i kifayədir (müsəlmanların bir qisminin yerinə gətirməsilə, digərləri üzərindən düşən fərz). Əgər cihada getmək övlad üzərinə fərz-i ayn olarsa, artıq onun atasından və anasından icazə almasına ehtiyac yoxdur." diyərək buna dair dəlilləri bəyan etmişdir.

--------------------------------------------------------------------------------------------------

Hədisin sənədi haqqında qısaca məlumat:

"Cənnət anaların ayaqları altındadır." hədisinin 2 rəvayəti vardır. Bu 2 rəvayətdən ən məşhuru, Ənəs b. Malik'in (radiyallahu anh) nəql ettiyi rəvayətdir. Bu rəvayətə görə, bir gün Peyğəmbər:

” الْجَنَّةُ تَحْتَ أَقْدَامِ الْأُمَّهَاتِ

"Cənnət anaların ayaqları altındadır." buyurmuşdur. (İmam Kuzai, Müsnəd əş-Şihab, c. 1, s. 189)

Əd-Dulabi'nin yenə Ənəs b. Malik'dən nəql ettiyinə görə isə, rəvayət belədir:

"Peyğəmbər buyurmuşdur ki:

'Sanki mən atəşə çağıran kəsi (vəzifəli mələyi) görür kimiyəm. O deyir ki:

'Ya Hənnan (ey çox mərhəmətli olan Allah)! Ya Mənnan (ey ehsanı bol olan Allah)! Cənnət anaların ayaqları altındadır." (əd-Dulabi, əl-Kuna və'l-əsma, c. 3, s. 1091)

Ənəs b. Malikdən nəql edilən bu rəvayət, gərək isnad zəncirindəki bəzi ravilərdən dolayı, gərəksə, mətindən dolayı tənqid edilmiş, bəzilərinə görə zəif, bəzilərinə görə münkər (zəif ravinin güvənilən raviyə müxalifəti səbibi ilə zəif olan hadis), bəzilərinə görə isə, həsən olmadığı bəyan edilmişdir.

Albani'nin dəyərləndirməsi isə, zəif olduğu yönündədir. (Albani, Sahih və Daif əl-Camiu's-Sağir, c. 1, s. 642)

Bizim paylaşdığımız hədisə gəlincə, bu hədisi nəql edən Müaviyə b. Cahimə'dir.

Onun anlatdığına görə, bir gün ibn Cahimə peyğəmbərə gələrək:

"Ey Allahın rəsulu! Mən cihada qatılmağa niyyətləndim (yəni cihada çıxmağıma izn ver)." dedim.

Allahın rəsulu isə:

"Anan həyatdadır mı?" diyə soruşdu.

Mən: "Bəli" deyincə, Allahın elçisi:

"Elədirsə, ondan ayrılma, çünki cənnət onun ayağının altındadır." buyurdu.

Bu hədi ibn Macə xaricində, imam Nəsai'nin Sünən'ində (Cihad/25), imam Əhməd'in Müsnəd'ində (c. 34, s. 299) və başqa qaynaqlarda da yer verilmişdir.

Rəvayət haqqında isə, alimlərimiz həsən və səhih demişlərdir.

Hakim ən-Nisaburi, bu hədisi dəyərləndirərkən, bu hədisin səhih olduğunu qeyd etmiş, imam Zəhəbi də öz dəyərləndirməsində bunu təsdiqləmişdir. (bax: Zəhəbi, Təlhisu'l-Müstədrək, c. 2, s. 114)

Albani'yə gəldikdə isə, bu rəvayətin sənədinin həsən olduğunu bildirmişdir. (bax: Albani, Sahihu və Daifu Sünəni'n-Nəsai, c. 7, s. 176)

Dolayısıyla bildirmək istəriyik ki, bu isnadla gələn hədis, bir çox alimimizin təsbitlərinə görə, səhih və yaxud da həsəndir.

Read 364 times
In order to make a comment, please login or register