Cənnət və cəhənnəmin bəzi xüsusiyyətləri

4320- əbu Hureyrə (radiyallahu anh)'dan rəvayət edildiyinə görə, Allah rəsulu (sallallahu aleyhi və səlləm) belə buyurmuşdur:

"Cəhənnəm atəşi 1000 il yandırılaraq bəyazlaşdı.  Sonra 1000 il daha yandırılaraq qıpqırmızılaşdı. Daha sonra 1000 il yandırılmaq surəti ilə nəhayət qapqara hala gəldi. Artıq qaranlıq gecə kimi qapqaradır."

-----------------

4321- Ənəs b. Malik (radiyallahu anh)'dan rəvayət edildiyinə görə, Allah rəsulu (sallallahu aleyhi və səlləm) belə buyurmuşdur:

"Kafirlərdən dünya nemətləri çox olanlardan biri qiyamət günü gətiriləcək və:

"Onu atəşə bir dəfə batırın." deyiləcək.

(Bu əmr üzərinə) atəşə batırılacak və sonra ona:

"Ey filan (kimsə)! Keçmiş zaman boyunca hər hansı bir nemət əlinə keçdi mi?" deyiləcək. O:

"Mənə heç bir nemət isabət etmədi." deyər.

Möminlərin (dünyada ikən) ən şiddətli sıxıntı və bəla çəkəni də (qiyamət günü) gətirilər və:

"Bunu cənnətə bir dəfə batırın." deyilər. Bunun üzərinə o mömin, cənnətə bir dəfə daldırılar. Sonra ona:

"Ey filan (kimsə)! Keçmiş zaman boyunca sənə hər hansı bir sıxıntı və ya bəla toxundu mi?" deyilər. O da:

"(Xeyir)! Bu ana qədər heç bir sıxıntı və hiç bir bəla toxunmadı." deyər."

----------------

4322- əbu Səid əl-Xudri (radiyallahu anh)'dan rəvayət edildiyinə görə, Allah rəsulu (sallallahu aleyhi və səlləm) belə buyurmuşdur:

"Kafir kimsə (cəhənnəmdə) şübhəsiz elə iri cüssəli olar ki, dişi, Uhud (dağın)'dan şübhəsiz daha böyük olar və vücudunun dişindən böyüklüyü (də), hər hansı birinizin vücudunun dişindən böyüklüyü kimidir."  

(İbn Macə, Sünən tərcümə və şərhi: Kitabü'z-Zühd (Zühd kitabı): "Cəhənnəm atəşinin sifəti babı")

------------

İzahı:

4320 no-lu hədisi, Tirmizi, "Cəhənnəm sifəti" babında rəvayət etmişdir. Ayrıca Beyhaqi və Malik də, rəvayət etmişlərdir.

----------------

Qaranlıq gecə hər cür şər və təhlükələrə əlverişli olduğundan dolayı, cəhənnəm atəşinin qaranlığı gecənin qaranlığına, başqa bir deyimlə, qapqara cəhənnəm atəşi, qapqaranlıq gecəyə bənzədilmişdir.

Tirmizi'nin rəvayət etdiyi hədis mətninə görə, cəhənnəm atəşi, 1000 il yandırılaraq, nəhayət qıpqırmızı olmuş, sonra 1000 il yandırılaraq nəticədə bəyazlaşmış və bundan sonra 1000 il yandırılaraq, nəticədə qapqara hala gəlmişdir.

İbn Macə'nin rəvayətinə görə isə, atəşin rəng dəyişdirməsi sıra ilə:

Bəyazlaşmış---> Qırmızılaşmış---> Qaralmışdır.

Xülasə, bu hədis, cəhənnəm atəşinin şiddətini bəyan edən dəlillərdəndir.

--------------

4321- Ənəs (radiyallahu anh) hədisini, Muslim də, "Sifətu'l-Münafiqin" kitabının 12-ci babında rəvayət etmişdir. 

Bu hədisdən qəsd edilən məna belə ola bilər:

Dünyada ən çox rəfah və xoşbəxtlik içində yaşayan kafir, qiyamət günü bir dəfə cəhənnəm atəşinə batırılıb çıxarıldıqdan sonra, dünyadakı həyatı boyunca görmüş olduğu bütün nemətlər yoxmuş kimi və həyatında gördüyü nemət, rəfah və xoşbəxtlik yuxu kimi olar.

Digər tərəfdən dünya həyatında ən çox sıxıntı və bəlalara məruz qalmış mömin kimsə, qiyamət günü cənnətə bir dəfə batırılıb çıxarıldıqdan sonra dünyada ikən çəkmiş olduğu bütün sıxıntılar və bəlaları tamamilə unutmuş olar.

"Möminin cənnətə daldırması" ifadəsindən məqsəd, cənnətdəki çaylara daldırması ola bilər və ya bundan məqsəd, cənnətə daxil edilməsidir. 

Ədəbi sənətdə "müşakələ" deyilən üsul gərəyi, daldırma ifadəsi istifadə edilmişdir.

Yəni bundan öncəki cümlədə, kafirin cəhənnəm atəşinə atılması işi, batırılma şəklində ifadə edilmişdir. Möminin cənnətə daxil edilməsi işi də, bir əvvəlki cümlə ilə uyğun şəkildə olmaq üzərə, batırılma şəklində bildirilmişdir.

-----------------

4322 no-lu əbu Səid (radiyallahu anh) hədisi:

• Muslim, "Cənnət" kitabının 13-cü babında;
• Tirmizi, "Cəhənnəm sifəti" babının başında

Əbu Hureyrə (radiyallahu anh)'dan rəvayət etdikləri bir hədisdə, qiyamət günü kafirin dişinin Uhud (dağı) misli olacağı bildirilmişdir.

İbn Macə'nin rəvayətində bildirildiyi kimi, kafirin dişi bu qədər böyük olunca, cəsədinin halı da bu ölçü və nisbətə görə iri hala gələr.

Kafirin cəsədinin belə iri hala gəlməsindən məqsəd, vücudunun hər zərrəsinin daha çox əzab çəkməsidir.

Nəvəvi:

"Allah, kafirin cəsədini bu qədər iri hala gətirməyə qadirdir. Allah rəsulu (sallallahu aleyhi və səlləm) də bunu bildirmişdir. Bu etibarla buna inanmaq vacibdir."

In order to make a comment, please login or register