Cənnətdə Reyyan qapısından yalnız oruclularmı girəcək?

Səhl b. Sa'd (əs-Saidi) (رضي الله عنه) 'dan rəvayət edildiyinə görə, Peyğəmbər ( ﷺ ) belə buyurdu, demişdir:
Şübhəsiz, Cənnətdə Reyyan deyilən bir qapı vardır. Qiyamət günü:
'Oruclular hardadır?' deyə səslənilir.
Kim oruclulardan idi isə, o qapıdan girər və o qapıdan girən bir kimsə əbədi susuzluq hiss etməz.[1]
--------------------
İzahı:
Imam Tirmizi ( رحمه الله) də bunu rəvayət etmişdir. Imam Buxari və Imam Muslim'də:
---ومن دخله لم يظمأ ابدا---
Kim bu qapıdan girərsə, əsla susuzluq duymaz.
qismi xaric bunu rəvayət etmişlərdir.
Imam Nəsai ( رحمه الله) və ibn Xuzeymə ( رحمه الله) 'nin rəvayətində isə, hədisin son qismi belədir:
---ومن دخل شرب ومن شرب لو يظمأ ابدا---
Kim bu qapıdan girərsə, içər və kim içərsə, əbədi susuzluq duymaz.
Reyyan kəliməsinin lüğət mənası, "sudan doymuş" deməkdir. Oruclulara təhsis edilən Cənnətin bir qapısına özəl isim verilmişdir. Bu isim, orucluların halına münasibdir.
İmam Qurtubi ( رحمه الله) bu haqda belə deyir:
Sudan doymuş mənasını ifadə edən Reyyan kəliməsinin Cənnətin qapısına isim olaraq verilməsi ilə kifayətlənilmiş, toxluğu ifadə edən bir isim verilməmişdir.
Çünki sudan doymaq, toxluğu gərəktirir və dolayısı ilə ona da dəlalət edər.
İbn Həcər əl-Əsqalani ( رحمه الله) də öz görüşünü bu şəkildə açıqlayır:
Vəya orucluya susuzluq, aclıqdan daha çətin olduğu üçün sudan doymaq mənasını ifadə edən bir kəlimə seçilmişdir.
İmam Buxari və İmam Muslimin bir rəvayətində Cənnətin 8 qapısının var olduğu, bunlardan birinin isminin Reyyan olduğu və bu qapıdan yalnız oruc kimsələrin girəcəyi bildirilmişdir.
İmam Əbul Həsən əs-Sindi əl-Hənəfi ( رحمه الله) bu haqda belə deyir:
Hədisdəki oruclulardan məqsəd, çox oruc tutanlardır. Necə ki:
• ədaləti alışqanlıq halına gətirənə- adil;
• zülm etməyi alışqanlıq halına gətirənə də- zalım deyilir.
Bir dəfə ədalət edənə, adil; vəya bir dəfə zülm edənə zalım deyilməz.
Çox oruc tutan kimsə, fərz orucla bərabər, nafilə oruc da tutana deyilir. Yalnız Ramazan orucunu tutmaqla kifayətlənənə zahirən çox oruc tutandır deyilməz.
Hədisin:
"...əbədə qədər susuzluq duymaz..." cümləsinin zahirinə görə, susuzluq duymamaq vəsfi, Reyyan qapısından girənlərə məxsusdur.
Allah Taala'nın:
---لا تظمأ فيها---
-"...sən burda susuzluq duymayacaqsan..." (Taha/119)
ayəti isə, Cənnəttə heç kimsənin susuzluq duymayacağına dəlalət edər. Bu halda, hədisin zahiri, ayətə tərs düşər.
Ancaq ayət belə izah edilə bilər:
Ayətdən məqsəd, Cənnətdə susuzluğun olmaması deyildir. Məqsəd, cənnət içkilərinin ara verilmədən ehsan edilməsidir. Artıq insan Cənnət'də susuz qalmaz.
Lakin ehsan edilən içkiləri istifadə etməsə belə, susuzluq hiss etməyəcəyi mənası qəsd edilməmişdir.
Hədisdə qəsd edilən məna isə, Reyyan qapısından Cənnət'ə girənlərdə susuzluq hiss etmə halının kökündən qaldırılmış olmasıdır. Yəni Cənnət'dəki içkiləri içməsələr belə, susuzluq hiss etməyəcəklərdir.
Belə də izah vermək mümkündür:
Hədisdən məqsəd, Reyyan qapısından Cənnətə girənlər, giriş anından etibarən susuzluq hiss etməyəcəklərdir.
Digər qapılardan girənlər isə, Cənnətdəki məqamlarına çatdıqları zaman, susuzluq hiss etməyəcəklərdir. Aradakı fərq budur.
[1]. İbn Macə, Sünən tərcümə və şərhi, Kitabu's-Siyam: Orucun fəziləti haqqında gələn hədislər babı, hədis no: 1640
- "Birinizin oruc tutduğu gün olduğu zaman, (qəti olaraq) çirkin söz söyləməsin. Və cəhalətin gərəklərindən bir şey işləməsin. Əgər bir kimsə, ona qarşı cahilcə davransa:"-Mən oruclu bir adamam desin. hədisinin izahı nədir?
- "Ramazan ayında şeytanların zəncirlərə vurulması"- hədisin anlamamı nədir?
- Kim inanaraq və sırf Allah razılığını diləyərək Ramazan orucu tutar və iqamə edərsə, onun keçmiş günahları bağışlanar- hədisinin anlamı nədir?
- Kim inanaraq və sırf Allah razılığını diləyərək Ramazan orucu tutar və iqamə edərsə, onun keçmiş günahları bağışlanar- hədisinin anlamı nədir?
- Ramazan və Qurban bayramı günlərində günortaya kimi qida qəbul edilməməsi Peyğəmbərimizin əməlinə ziddirmi?
- Sahur etmək vacibdirmi?
- Yalan danışmaq orucu pozurmu?
- Ramazanın hansı gecələri daha fəzilətlidir?
- "Şübhəsiz, hər oruclu üçün iftarını açdığında rədd edilməyən bir dua vardır"- hədisinin alamı nədir?
- Kim Allah yolunda bir gün oruc tutarsa, Allah, onun vücudunu cəhhənəm atəşindən 70 il uzaqlaştırar.- hədisinin anlamı nədir?