Cənnətlik və ya cəhənnəmlik olan kimsələri necə bilə bilərik?
4224- ibn-i Abbas (radiyallahu anh)'dan rəvayət edildiyinə görə, Allah rəsulu (sallallahu aleyhi və səlləm) belə buyurmuşdur:
"Cənnətlik olan (mömin) o kimsədir ki, Allah onun 2 qulağını, (işlədiyi) yaxşı bir şeydən dolayı, insanların tərifləri ilə doldurar. Özü də (xeyir ilə anıldığını) eşidər.
Cəhənnəmlik olan da o kimsədir ki, Allah onun 2 qulağını, (işlədiyi) şər bir şeydən dolayı, insanların (onu) pis anmaları sözlərilə doldurar. Özü də (şər ilə anıldığını) eşidər."
Not: Heysəmi, Məcmau'z-Zəvaid'də belə deyir:
"Bunun sənədi səhih olub raviləri siqadır (güvəniləndir). Ravi əbu'l-Cəvza'nın adı, Uveys b. Abdullah ər-Ribi'dir. Ravi əbu Hilal'ın adı d, Muhamməd b. Suleym'dir."
------------------------
4225- əbu Zərr (radiyallahu anh)'dan belə rəvayət edilir:
Mən, Allah rəsulu (sallallahu aleyhi və səlləm)'ə:
"Adam Allah (rizası) üçün (xeyirli) şey işləyər. İnsanlar da işdən dolayı onu sevərlər (yəni bu hala qarşı nə buyurursunuz)?" dedim.
Allah rəsulu (sallallahu aleyhi və səlləm):
"Bu (sevgi), möminin (qovuşacağı) müjdənin təcili olanıdır." buyurdu.
(İbn Macə, Sünəm tərcümə və şərhi, Kitabü'z-Zühd, "İnsanı yaxşı xislət və gözəl sifətlərlə anmaq babı", hədis no: 4224-4225)
---------------------
İzahı:
İbn-i Abbas hədisindən məqsəd budur:
• Cənnətlik olan mömin o kimsədir ki, Allah onu xeyirli işlər görməyə müvəffəq edər. Sonra onun bu xeyirli işi gördüyünü, xalq arasında yayar və beləcə hər kəs bu haldan xəbərdar olar.
Nəhayət, hər kəs və ya xalqın böyük çoxluğu, o kimsəni xeyirlə o qədər anarlar ki, özü də bunu çoxca eşidər.
Təbii ki, adamın o xeyirli işləri, sırf Allah rizası üçün etməsi və göstərişdən və riyakarlıqdan uzaq olması şərtdir. Əks təqdirdə, o iş, xeyir olmaqdan çıxıb, günah halına gəlmiş olar.
Bir də, o adamın o xeyirli şeydən dolayı, xalqın təqdir və sevgisini tələb etməməsi, bu xüsusda bir səy içinə girməməsi gərəkdir. Çünki bir xeyirdə ixlas zədələndiyi zaman, çox da qiyməti qalmaz.
• Cəhənnəmlik olan da o kimsədir ki, şər və pis şeylər işləyər. Allah onun bu halını, insanlara duyurar və nəticədə o şəxs, xalqın dilinə dolaşar. Hər kəs onu pislik və şər ilə anarlar. Nəhayət özü də, xalqın bu etirazını çoxca eşidər.
Əbu Zərr (əl-Ğifari) (radiyallahu anh) hədisini, Muslim də "Kitabu'l-Birr və's-Sila" bölməsinin son babında rəvayət etmişdir.
Nəvəvi, bu hədiskn izahı bölməsində icmal olaraq belə deyir:
"Alimlər deyiblər ki:
"Bu (sevgi) möminin (qovuşacağı) müjdənin təcili olanıdır." cümləsinin mənası budur:
Xalqın o xeyir sahibini sevməsi, onun üçün xeyirli, təcili bir müjdədir və axirəti üçün saxlanan müjdənin əlamətidir. O tez verilmiş müjdə, Allahın, ondan razı olduğunun və onu sevdiyinin əlamətidir. Bir hədisdə bildirildiyi kimi, Allah qulunu sevdiyində, onu xalqa da sevdirər.
Təbii ki, yuxarıda bildirilən hal, xeyir sahibi şəxsin bir təşviqi və səyi olmadan, xalqın özü özlüyündən onu xeyir ilə anması halına məxsusdur. Əgər özünün təşviq və səyləri nəticəsində xalq onu tərifləyərsə, bunun bir dəyəri qalmaz."
- Hər hansı bir kimsənin cənnətlik və ya cəhhənəmlik olduğunu necə bilə bilərik?
- Ölü haqqında pis danışmaq olarmı?
- Dünyadakı zülümlərə Allah niyə icazə verir?
- Şəms surəsi 8-ci ayətin təfsiri-2
- "Hər kim Allaha qovuşmağı sevərsə, Allah da ona qovuşmağı sevər." hədisini izah edərsinizmi?
- Taun xəstəliyi
- İbadətlərimizi açıqdan etməyimiz, riya sayılırmı?
- Tövbə nədir? Şərtləri nələrdir? Allahın, qulun tövbəsinə sevinməsi nə deməkdir? İzah edərsinizmi?
- Şəhid nə deməkdir?
- Zəif möminlərin fəziləti