Cadu vardırmı?

5667- Aişə (radiyallahu anha)'dan belə rəvayət edilir:

Zureyq oğulları yəhudilərindən Ləbid b. Ə'sam deyilən bir yəhudi, Allah rəsulu (sallallahu aleyhi və səlləm)'ə sehr (cadu) etdi.

Aişə deyir ki:

Elə ki, Allah rəsulu (sallallahu aleyhi və səlləm)'ə, etmədiyi halda bir şeyi etdiyi xəyalı görünürdü.

Nəhayət bir gün, ya da bir gecə, Allah rəsulu (sallallahu aleyhi və səlləm), dua etdi. Sonra yenə dua etdi, sonra yenə dua etdi. Sonra (belə) dedi:

"Ey Aişə fərqinə (şüuruna) vardınmı? Allah, mənə, Özündən haqqında mənə fətva verməsini istədiyim xüsusda, fətva verdi.

Mənə 2 adam gəldi. Onlardan biri, başımın, digəri ayaqlarımın yanında oturdular.

- Başımın yanında oturan, ayaqlarımın yanında olana -yaxud ayaqlarımın yanında olan, başımın yanında olana-:

"Bu adamın ağrısı nədir?" dedi.

- Digəri:

"Ona sehr (cadu) edilmişdir." dedi.

- Bir digəri:

"Ona kim sehr (cadu) etmişdir?" deyə soruşdu.

- O:

"Ləbid b. əl-Ə'sam" dedi.

- Digəri:

"Bunu hansı şeydə etdi?" dedi.

- Bir digəri:

"Bir daraq daranarkən tökülən saç və erkək xurma tumurcuğunun qabı içinə..." dedi.

- Digəri:

"Bəs yaxşı, o, hardadır?" deyə soruşdu.

- O biri:

"Zu Ərvan quyusundadır." dedi.

Aişə deyir ki:

Allah rəsulu (sallallahu aleyhi və səlləm), səhabələrindən bəzi kimsələrlə o quyuya getdi. Sonra:

"Ey Aişə! Allaha and olsun ki, sanki onun suyu, isladılmış xına kimi idi, xurma ağacları da, şeytan başlarını xatırladırdı..." buyurdu.

Mən:

"Ey Allahın rəsulu! Onu niyə yandırmadın ki?" dedim. O:

"Xeyr. Mənə gəlincə, Allah, mənə sihhət (və ya afiyət) vermiş və Mən, insanlar əleyhinə bir şərri körükləməkdən (yəni şərrə qapı açmaqdan) xoşlanmadım. Bu səbəblə, verdiyim əmr ilə, o (sehr, cadu), basdırıldı." buyurdu.

(Not:

Bu hədisi, ibn Macə də (hədis no: 3545) rəvayət etmişdir.)

------------------------------------------------------------------------------------

Şərhi:

"...Allah rəsulu (sallallahu aleyhi və səlləm)'ə bir yəhudi sehr (cadu) etdi. Elə ki, Ona, bir işi etməmiş olduğu halda, onu etdiyi xəyalı görünürdü..."

İmam əl-Mazəri (Allah ona rəhmət etsin) belə deyir:

Sünnət əhlinin və ümmətin alimlərinin böyük əksəriyyətinin qənaəti, sehrin (cadunun) sabit olduğu, cadunun da, -sabit başqa şeylərin bir həqiqəti olduğu kimi- həqiqətinin olduğu şəklindədir. Əhl-i sünnətin bu xüsusdakı qənaəti, bunları inkar edənlərə və sehrin (cadunun) həqiqətini rədd edənlərə müxalifdir. Bunlar (cadunu inkar edənlər) isə, sehr (cadu) nəticəsində meydana gələn şeyləri, həqiqətləri olmayan batil bəzi xəyallara izafə edirlər. Halbuki uca Allah, Öz kitabında:

• sehri (cadunu) bəhs mövzusu etdiyi kimi,

• onun, öyrənilən şeylər arasında yer aldığını bəhs mövzusu etməkdə; və

• sehrdə (caduda), bir qismi səbəbilə küfrə girilə biləcəyinə işarət edən;

• ayrıca ər və arvad arasına ayrılıq salacaq növdən olanlarının mövcudluğuna da işarət edəcək

buyuruqlar endirmişdir. Bütün bunların, bir həqiqəti olmayan şeylərdə olmasına, imkan yoxdur.

Ayrıca bu hədis, sehrin (cadunun) sabit olduğunu və sehrin basdırılan və mövcud olduğu yerdən çıxardılan şeylərdən ibarət olduğunu da açıqca ifadə etməkdədir. Bütün bunlar, müxaliflərin söylədiklərinin batil olduğunu ortaya qoymaqdadır.

Çünki, sehrin (cadunun) həqiqət olduğunu imkansız görmək, imkansız bir şeydir və şanı uca olan Allahın:

• bir araya gətirilmiş bəzi sözləri söyləmək; yaxud da

• bəzi cisimləri bir-birinə qatmaq; ya da

• sehr (cadu) edəndən başqasının bilmədiyi bir sıralama ilə bəzi gücləri bir-birinə qatıb-qarışdırmaq

surətilə, fövqəl-adi bir hadisə meydana gətirməsi, ağlın qəbul etməyəcəyi bir şey deyildir.

İnsanın:

• zəhər kimi bəzi cisimlərin öldürücü;

• kəskin dərmanlar kimi bəzilərinin xəstələndirici;

• xəstəliyə zidd dərmanlar kimi bəzilərinin zərərli

olduğuna şahidlik etdiyinə görə, ağlının da, sehr (cadu) edənin:

• öldürücü bəzi gücləri; yaxud

• həlak edici bəzi sözləri; və ya

• ayrılıq salma nəticəsini verəcək bəzi sözləri

tək başına bilməsini, ağıl, uzaq bir ehtimal olaraq görməz.

Bidətçi bəzi kimsələr, bu hədisi, bir başqa səbəb dolayısı ilə inkar etməkdə və bu hədisin nübüvvət məqamının dəyərini azaltdığını və nübüvvət haqqında şübhə doğurucu olduğunu, bunu mümkün görmənin isə, şəriətə inanmağa əngəl təşkil etdiyini iləri sürməktədir.

Bu bidətçi kimsələrin ortaya atdıqları bu iddia isə, batildir. Çünki qəti dəlillər, onun doğruluğunu, sihhətini, təbliğ ilə əlaqəli xüsuslarda xətadan qorunmuş olduğunu ortaya qoyduğu kimi, möcüzə də, bunun şahidliyini etməkdədir. Bir iddianın əksinin doğruluğu, dəlil ilə isbatlanmışdırsa, o iddianı doğru qəbul etmək, batildir. Nəbi (sallallahu aleyhi və səlləm)'in:

• özü səbəbilə göndərilməmiş olduğu;

• özlərindən dolayı da üstün və fəzilətli qılınmamış olduğu; bununla birlikdə,

• insanlar haqqında baş verməsi mümkün olan xüsuslardan sayılan

dünyəvi bəzi məsələlərlə bağlı olan şeylərə gəlincə, dünya ilə əlaqəli bəzi xüsusların, həqiqəti olmayan bir şəkildə Ona xəyalən görünməsi, uzaq görüləcək bir ehtimal deyildir.

Ayrıca, belə də deyilmişdir:

O, zövcələri ilə birlikdə olmadığı halda, Onda, onlarla birlikdə olduğu təəssüratı oyanırdı. Bəzən yuxuda da insan, bənzəri bir təəssürata qapıla bilər. Oyaq ikən belə bir xəyala qapılması -bir həqiqəti olmadığı halda- uzaq görülə bilməz.

Yenə, deyildiyinə görə, Ona, görmədiyi bir iş, görmüş kimi görünürdü. Lakin xəyal olaraq gördüklərinin doğruluğuna da, inanmırdı. Buna görə, Onun yenə inandıqları doğru halda qalmağa davam edirdi.

Qadı İyad belə deyir:

Bu hədisin rəvayətləri, çox açıq bir şəkildə sehrin (cadunun) yalnızca bədəninə və orqanlarının zahir qisimlərinə təsir etdiyini; ağlına, qəlbinə və inancına təsir etmədiyini açıqca ortaya qoymaqdadır.

Beləliklə, bu hədisdə keçən:

"...elə ki, zövcələrinə yaxınlaşmamış olduğu halda, onlara yaxınlaşdığını zənn edirdi..."

hədisinin mənası da, bu olur.

Bu, xəyalən Ona belə göründüyü şəklində də rəvayət edilmişdir. Yəni, Onun daha əvvəl etdiklərindən və adət etdiklərindən onlara (zövcələrinə) gücünün çatacağı qənaəti oyanmaqla birlikdə, onlara (zövcələrinə) yaxınlaşdığında, sehrin təsiri də onu ələ keçirir və onlara yaxınlaşa və buna imkan tapa bilmirdi. Eynilə, sehr (cadu) edilən kimsədə, bu halın görünməsi kimi bir təsirə qapılırdı.

Bütün rəvayətlərdə gələn, etməmiş olduğu bir işi, etmiş olduğu xəyalını görməsi və buna bənzər ifadələr, göz ilə xəyalən görmək şəklində açıqlanır. Ağla da təsir edən bir balanssızlıq olaraq görülməz.

Digər tərəfdən, bu halda, risalət haqqında bir qarışıqlıq bəhs mövzusu ola bilməyəcəyi kimi, dəlalət əhlinin iləri sürəcəkləri bir tənqidə də, meydan verməz. Ən doğrusunu bilən, Allah'dır...

əl-Mazəri belə deyir:

İnsanlar, sehrin (cadunun) nə qədər təsirli olduğu xüsusunda, anlaşmazlıq içərisindədirlər. Onların, bu xüsusda, bir-birilə ziddiyyət təşkil edən qənaətləri mövcuddur. Bəziləri:

"Sehrin (cadunun) təsiri, ər ilə arvad arasında ayrılıq salmaq miqdarından daha çox deyildir."

demişlərdir. Çünki uca Allah, bu xüsusu, ancaq sehr (cadu) əsnasında meydana gələcək olan nəticəni böyütmək və bizim haqqımızdakı dəhşətli halını ifadə etmək üçün dilə gətirmişdir.

Əgər sehr (cadu) nəticəsində, bundan daha böyük bir nəticə ortaya çıxsaydı, bunu da bəhs mövzusu edərdi. Çünki bir misal, mübaliğə edilmək istənildiyi təqdirdə, ancaq sözü edilənin ən üstün halı dilə gətirilərək verilir. (Haşiyə)

-------------------

(Haşiyə:

"Bir şey mütləq zikr edilincə, kamalına məsrufdur (sərf ediləndir)."

bir qaydadır. Yəni, fizika elmi mütləq zikr edilincə, ağla Eynşteyn gəldiyi kimi.

Burda da, sehr (cadu) mütləq zikr edilmiş və ən böyük nəticəsinin də, ər və arvad arasında ayrılığın salınması olduğu bildirilmişdir. Yəni, sehrin (cadunun) ən böyük nəticəsinin ər və arvad arasında ayrılıq salmaqdan başqa daha böyük bir nəticəsi olsaydı, doğru olan, ilk olaraq onun zikr edilməsinin gərəkəcəyidir. Ancaq bu, zikr edilməmişdir.)

----------------------

İmam Mazəri belə deyir:

"Əşarilərin qənaətinə görə, bundan daha artığının da gerçəkləşməsi mümkündür. Əqlən səhih olan da, budur. Çünki həqiqətdə, uca Allahdan başqa fail yoxdur. Bu qəbildən meydana gələn hər bir şey də, şanı uca olan Allahın icra etdiyi bir adətdir (sünnətullahdır). Bu xüsusda, fellər arasında bir fərqlilik olmaz. Onların bir qismi də, digərlərindən daha əhəmiyyətli deyildir.

Əgər şəriət, bir mərtəbədən daha iləriyə getməyəcəyini bildirmiş olsaydı, onu qəbul etmək gərəkəcəkdi. Lakin birinci (yəni cadunun ən böyük nəticəsi, ər və arvadı ayırmaq olduğu) görüşü sahibinin söylədiyinin, sərhədini aşmamağı gərəkdirəcəyi şəkildə qəti bir şər'i dəlil mövcud deyildir. Ayətdə də, ər və arvadın arasına ayrılıq salmağın bəhs mövzusu edilməsi, (sehrlə, cadu ilə) daha artığının olmayacağına dair, açıq bir nass deyildir. Əsl göz önündə tutulması lazım olan, bu nassın, bu xüsusda zahir olub-olmamasıdır."

İmam əl-Mazəri, davam edərək, belə deyir:

"Əşarilər, sehr (cadu) edən kimsə vasitəsilə, fövqəl-adi bir işin reallaşmasını, caiz (mümkün) qəbul etmişlərdir.

'O halda sehrbaz (cadugər) kimsə, Nəbidən necə ayırd edilə biləcək?'

deyə soruşularsa, belə cavab verərik:

'Nəbi, vəli və sehr (cadu) edənlərin əli vasitəsilə, fövqəl-adi bir hadisə meydana gələ bilər.

Lakin Nəbi:

• bununla insanlara meydana oxuyar; və

• (qarşısındakıların) bənzərini meydana gətirməkdən aciz olduqlarını söyləyər;

• uca Allahdan, özünün təsdiq edilməsi üçün də, bu möcüzəsilə fövqəl-adi bir iş gördüyünü də xəbər verər.

Əgər yalançı olmuş olsaydı, əli ilə, bu fövqəl-adi halın gerçəkləşməyəcəyini bildirər.

Əgər Allah yalan söyləyən bir kimsə vasitəsilə fövqəl-adi bir hal meydana gətirəcək olsaydı, şübhəsiz, nəbilərə qarşı çıxanlar vasitəsilə də, fövqəl-adi halları meydana gətirərdi.

Vəli ilə sehr edənə (cadugərə) gəlincə, onlar bu etdikləri ilə, insanlara meydan oxumaz, bunu nübüvvətə bir dəlil olaraq göstərməzlər. Əgər belə bir iddiada olmuş olsalar, onlar üçün o fövqəl-adi halı göstərmək, bəhs mövzusu olmaz.

Vəlinilə sehr edən (cadugər) arasındakı fərq isə, 2 cəhətdəndir:

• Bunlardan birincisi budur:

Eyni zamanda məşhur olan görüş olub müsəlmanlar, sehrin (cadunun) ancaq fasiq bir kimsə tərəfindən göstəriləcəyi, kəramətin də, fasiq bir kimsə tərəfindən göstərilə bilməyəcəyi, ancaq bir vəli tərəfindən göstərilə biləcəyini, icma ilə qəbul etmişlərdir.

İmamu'l-Harameyn (əl-Cuveyni) və əbu Səid əl-Mutəvəlli ilə başqaları, bunu qəti bir dillə ifadə etmişlərdir.

• İkinci fərqə gəlincə, bəzi işlərin görülməsi:

• bəzi şeylərin bir-birinə qarışdırılması;

• bəzi çətinliklər; və

• bəzi dərmanların

nəticəsi olaraq, ortaya çıxa bilər.

Kəramətin isə, bunların heç birinə ehtiyacı yoxdur. Bir çox hallarda da, kəramət, onu gərəkdirən hər hansı bir xüsus, yaxud onun fərqinə varmadan ortaya çıxmaqdadır."

Bu məsələ ilə əlaqəli fiqhdəki fər'i hökmlərə gəlincə:

Sehr (cadu) etmənin haram və böyük günahlardan olduğu, icma ilə qəbul edilmişdir. Daha əvvəl "İman kitabı"nda keçdiyi üzərə, Allah rəsulu (sallallahu aleyhi və səlləm), sehri (cadunu), həlaka götürən 7 böyük günahdan biri olaraq saymışdır. Şərhi də, bildirilən yerdə keçməkdədir. Bunun xülasəsi budur:

• Sehr (cadu) etmək, bəzi hallarda küfür ola bilər, bəzi hallarda küfür olmayıb bir masiyət (günah, Allaha üsyan) ola bilər.

Əgər sehr (cadu) əsnasında, küfrü gərəkdirən bir söz, yaxud bir fel varsa, küfürdür; deyilsə, küfür olmaz.

• Sehr (cadu) öyrənib-öyrətməyə gəlincə, bu da haramdır. Əgər onu öyrənmək və öyrətmək küfür ehtiva edirsə, küfür olur; deyilsə, olmaz. Əgər sehrdə (caduda), küfrü gərəkdirən bir şey yoxdursa, sehr (cadu) edən tə'zir (haşiyə) edilər və bundan dolayı, tövbə etməsi istənilər. Bizə (Şafilərə) görə, öldürülməz. Tövbə edərsə, tövbəsi qəbul olunar.

Malik dedi ki:

"Sehr (cadu) edən, kafirdir və sehr (cadu) səbəbilə öldürülər. Tövbə etməsi də, istənilməz. Tövbə etməsi də, qəbul edilməz. Əksinə, qəti olaraq öldürülməsi lazımdır."

(Bu) məsələ isə, zındığın tövbəsinin qəbul edilməsi haqqındakı görüş ayrılığına bina edilən bir məsələdir. Çünki imam Malikə görə, daha əvvəl zikr etdiyimiz kimi, sehr (cadu) edən kimsə, kafirdir. Bizə görə isə, kafir deyildir. Ayrıca, bizə görə, münafiqin də, zındığın da tövbəsi qəbul edilər.

-----------------------------

(Haşiyə:

Təzir: Haqqında müəyyən bir şər'i cəza olmayan günahlardan dolayı, ulü'l-əmr (hökmdar, padşah) və ya vəkili tərəfindən tətbiq edilən cəzalar haqqında istifadə edilən bir məfhumdur. Təzir'in məşruluğu, Kitab, sünnət və icma ilə sabitdir.

Təzir, döyməklə, həbslə, hətta qətl ilə ola biləcəyi kimi, azarlamaq, sərt baxış və ya hər hansı bir davranış və vəziyyət ilə də ola bilər.

Döymək surətilə təzir, 39 şallaqdan artıq ola bilməz.)

-------------------------------

Qadı İyad belə deyir:

Əhməd b. Hənbəl də, imam Malik ilə eyni qənaətdədir. Bu görüş, eyni zamanda, səhabələr və tabiindən bir topluluqdan da rəvayət edilmişdir. Məzhəb alimlərimiz belə deyirlər:

Əgər sehr (cadu) edən şəxs, etdiyi sehr (cadu) səbəbilə, bir insanı öldürəcək olarsa və özü, sehri (cadusu) səbəbilə öldüyünü etiraf edib, əksəriyyətlə də, sehrinin (cadusunun) öldürücü olduğunu söyləyərsə, ona qisas tətbiq edilməsi lazımdır.

Əgər sehr (cadu) səbəbilə öldü ancaq etdiyi sehr (cadu) bəzi hallarda öldürə bilən, bəzi hallarda öldürücü deyildir, deyəcək olarsa, qisas bəhs mövzusu olmaz. Diyet və kəffarət lazımdır. Diyet də, onun aqiləsi (ata tərəfindən qohumları) tərəfindən deyil, onun malından ödənməlidir.

Məzhəb alimlərimiz belə deyirlər:

Bəyyinə (açıq dəlil; adil olan 2 kişi və ya bir kişi, 2 qadın şahid) ilə, sehrdən (cadudan) dolayı öldürmənin gerçəkləşdiyini ortaya qoymaq, düşünülə biləcək hal deyildir. Ancaq sehr (cadu) edənin etirafı ilə bu düşünülə bilər. Allah ən doğru biləndir...

---------------------------

"...nəhayət, bir gün, yaxud bir gecə, Allah rəsulu (sallallahu aleyhi və səlləm) dua etdi, sonra yenə dua etdi, sonra yenə dua etdi..."

Bu ifadələr, xoşlanılmayan halların ortaya çıxması halında dua etməyin, duanı təkrarlamağın, uca Allaha gözəl bir şəkildə sığınmanın müstəhəb olduğuna dəlildir.

-----------------------------

"...bu adamın ağrısı nədir? Digəri: 'Ona sehr (cadu) edilmişdir.' dedi..."

Hədisdə keçən "matbu: özünə sehr (cadu) edilmiş kimsə" deməkdir. Bir şəxsə sehr (cadu) edildiyi zaman, "tubbə ərraculu" deyilir.

Beləliklə, ərəblər, zəhərli bir heyvan tərəfindən sancılmış kimsədən kinayəli olaraq "səlim: salamat" dedikləri kimi, sehri (cadunu) da, tibb ilə kinayəli olaraq ifadə etmişlərdir.

İbnu'l-Ənbari belə deyir:

"Tibb kəliməsi, zidd mənalı kəlimələrdəndir. Xəstəliyin dərmanına tibb deyildiyi kimi, sehrə də tibb deyilir. Sehr (cadu) da, xəstəliklərin ən böyüklərindəndir. Təbib bir adam da, məharətli kimsə deməkdir. Ona təbib deyilməsi də, məharəti və qavrayışı dolayısı ilədir."

--------------------------------

• Aişə (radiyallahu anha)'nın:

Mən:

"Ey Allahın rəsulu! Onları niyə yandırmadın?" dedim.

• İkinci rəvayətdə isə:

Mən:

"Ey Allahın rəsulu! Onu çıxart." dedim." şəklindədir.

Hər ikisi də, səhihdir. Peyğəmbərdən, onu ordan çıxardıqdan sonra yandırmasını istədi.

Qəsd edilən isə, sehrin (cadunun) edildiyi şeylərin, çıxarılmasıdır. Allah rəsulu (sallallahu aleyhi və səlləm) isə, bunları basdırmış və şanı uca olan Allahın, artıq Ona sihhət verdiyini və o sehri (cadunu) çıxardıb yandırmasının müsəlmanlar əleyhinə bir zərərə və ya bir şərrə səbəb olub bunun yayğınlıq qazanmasından, haqqında danışılıb durulmasından, yaxud da bu işi edənə əziyyət verilməsindən qorxular.

Bu hal isə, sehr (cadu) edəni, yaxud onun ailə xalqından onu sevənlərdən bəzi şəxsləri ya da münafiqlər arasından və ya başqalarından ona təəssüblə tərəfdarlıq edənləri:

• başqa insanlara sehr (cadu) etməyə;

• onlara əziyyət verməyə;

• bu yolla müsəlmanlara pislik etmək üçün ortaya çıxmağa

təşviq edə bilər.

Bax burda edilən bu tətbiqat, daha böyük bir pislik (şər) çıxar qorxusu ilə, maslahat olan bir işi tərk etmək növündən bir tətbiqatdır. Bu isə, İslamın təməl qaydalarının ən əhəmiyyətlilərindəndir. Məsələ, daha əvvəl dəfələrcə keçməkdədir. Allah, ən doğru biləndir...

(Nəvəvi, "əl-Minhac", 28-ci kitab: "Tibb kitabı", 17-ci bab: "Sehr (cadu) babı")

Read 65 times
In order to make a comment, please login or register