Cahiliyyə adətləri hansılardır?
Əbu Malik əl-Əşari (radiyallahu anh)'dan rəvayət edildiyinə görə, Allah rəsulu (sallallahu aleyhi və səlləm) belə buyurmuşdur:
"Ümmətim arasında cahiliyyə işindən olub tərk etməyəcəkləri bu 4 şey qalacaqdır:
• Soylarla qürurlanmaq;
• Nəsəblərə dil uzatmaq;
• Ulduzlarla yağış istəmək; və
• Ağı demək
Ayrıca, belə buyurdu:
"Ağı deyən qadın, əgər ölümündən əvvəl tövbə etməyəcək olarsa, qiyamət günündə, üzərində qətrandan bir libas və narahatlıq verən (və ya qaşıntı verən) paltar olduğu halda qaldırılacaqdır."
(Nəvəvi, "əl-Minhac fi şərh-i Səhih-i Muslim b. Haccac", "Cənazələr kitabı", 10-cu bab: "Ağı deməyin günahının ağır olduğu bab", hədis no: 2157)
--------------------
Şərhi:
"Ağı deyən qadın, ölümündən əvvəl tövbə etməyəcək olarsa..."
buyuruğunda, ağı deməyin haram olduğuna dəlil vardır. Bu, üzərində icma edilmiş bir xüsusdur.
Yenə bu hədisdən, mükəlləf kimsə, ölmədən və can çəkişmə halına gəlmədən əvvəl, tövbəsinin səhih olacağı hökmü də, anlaşılmaqdadır.
---------------------------
"...ulduzlarla yağış istəmək..."
Nəvəvi, "İman kitabı", 32-ci babda, "Ulduzun doğub batması ilə bizə yağış yağdırıldı" deyən kimsənin kafir olduğunun bəyanı babı", hədis no: 228-231-də, belə deyir:
Ulduzlar ilə bağlı qənaətlər və bunun etiqada təsiri:
Hədisin mənasına gəlincə, elm adamları:
"...filan ulduzun doğması ilə bizə yağış yağdırıldı..."
deyən kimsənin kafir olması xüsusunda, 2 fərqli görüşə sahibdirlər:
1. Bu görüşlərin birinə görə, bu:
• imanın əslini ortadan qaldıran;
• islam dininin xaricinə çıxaran;
• şanı uca olan Allahı inkar etmək
mənasında bir küfrdür. Bu görüşdə olan alimlər deyirlər ki:
Bu hökm isə, ulduzun:
• fail (yəni təsir sahibi);
• yağışı meydana gətirən; və
• tədbir edən
varlıq olduğuna inanaraq belə deyən kimsə haqqında bəhs mövzusudur. Bu şəkildə inanan kimsənin kafir olacağında şübhə yoxdur. Aralarında Şafi'nin də olduğu elm adamlarının əksəriyyətinin mənimsədiyi görüş, budur. Hədisin zahirindən başa düşülən də, budur.
Bu görüş sahibləri, belə deyirlər:
Buna görə, əgər bir kimsə, yağışın Allahdan gəldiyinə və Onun rəhməti ilə endiyinə inanaraq bu ulduzun doğması səbəbilə:
"...bizə yağış yağdırıldı..."
deyib, ulduzun doğuşu isə, bu xüsusdakı adətə (yəni Allahın kainatdakı adəti, sünnətinə) etibar edərək, yağışın əlaməti və vaxtı olduğu qənaətilə belə deyərsə, belə bir kimsə:
"...bu vaxtda bizə yağış yağdırıldı..."
demiş kimi olur. Belə bir kimsə isə, kafir olmaz.
Bununla bərabər, belə deməyin də, məkruh olub-olmadığı xüsusunda ixtilaf edilmişdir. Ancaq daha güclü görünən, bunun, günahı gərəkdirməyən tənzihi bir kərahət olduğudur. Kərahətinin səbəbi isə, bu kəlimənin, küfr olanla olmayan sözlər arasında şərik olaraq istifadə edilməsidir. Bunun istifadə edilməsi halında, bunu istifadə edən kimsə haqqında pis düşünülməyə səbəb ola bilər. Ayrıca, bu ifadə, cahiliyyənin və onların yolunu izləyənlərin şüarıdır.
------------------------------
2. Hədisin əsl təvili ilə bağlı ikinci görüş isə, burdakı küfrdən məqsəd:
Uca Allahın nemətinə küfr etmək (küfran-ı nemət, yəni nankorluq etmək) olduğudur. Çünki belə deyən kimsə, sadəcə yağışı ulduza izafə etmiş olur.
Ancaq bu hökm, ulduzun tədbir və idarə etdiyinə inanmayan kimsə haqqındadır.
Bu təvili, bu babın sonunda yer alan 231 no-lu hədisdə keçən:
• "İnsanlardan kimiləri, şükr edici, kimi kafir (nankorluq) edici olaraq sabahladılar..." ifadəsi;
və 230 no-lu digər rəvayətdə yer alan:
• "Uca Allah, səmadan nə qədər bərəkət endirdisə, insanlardan bir qrup, onu mütləq inkar edənlər (yəni ona kafir olanlar, bu nemətlərə nankorluq edənlər) olaraq sabahlamışlardır..." buyuruqlarıdır.
Burdakı, "ona" təbiri:
"Nemətin inkar edilməsi, nankorluq mənasında bir küfr"
olduğunun dəlildir.
------------------------
Hədis mətnində yer alan "nəv" kəliməsinin açıqlamasına gəlincə:
Bütün il ərzində, 28 ulduzun doğuş zamanları bilinməkdədir. Bunlar isə, ayın 28 mənzilindəki ulduzlar olaraq bilinirlər. Bu mənzillərin hər 13 gecəsində, bir ulduz, dan yerinin ağarması ilə bilrikdə qərbdə batarkən, eyni zamanda, buna müqabil, şərqdə bir ulduz doğmaqdadır.
Cahiliyyə dövrü insanları da, bu hadisə meydana gəldiyində, əgər yağış yağarsa, o yağışı, bunların itən və ya batan ulduzlarına nisbət edərlərdi.
-------------
- Cahiliyyə nə deməkdir?
- Müsəlman olmadan əvvəlki günahlarımızdan dolayı cəzalandırılacayıqmı?
- Musiqisiz zümzümə etmək caizdirmi? Musiqi dinləmək caizdirmi? Musiqili toylara, ad günlərinə qatılmaq olarmı? İslamda ilahilərin hokmü nədir?
- Müsəlman olmamışdan əvvəlki günahlar üçün cəzalandırılacayıqmı?
- Əlfaz-ı küfr söyləyən şəxs kafir olarmı? Bir kimsənin bəzi sözlərindən dolayı ona kafir demək, təkfir etmək doğrudurmu?..
- "Dində məcburiyyət yoxdur." ayətinin təfsirini verə bilərsinizmi?
- "Dində məcburiyyət yoxdur." (Bəqərə/256)
- Allahın endirdiyi ilə hökm etməyənlər- 3
- Maidə surəsi 44-cü ayətin təfsiri- 3
- İmamsız ölən cahiliyyə üzərəmi öləcəkdir? Hədisdə imam sözündən məqsəd nədir?